Редаксийа щейяти



Yüklə 286,05 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix21.05.2023
ölçüsü286,05 Kb.
#118908
  1   2   3   4   5
808978(meqale)

    Bu səhifədəki naviqasiya:
  • E-mail


Bakı Qızlar Universiteti Elmi əsərlər Cild 11 №4 2020(44)
 
 
101 
Müəllimin pedaqoji mədəniyyəti və onun
peşə keyfiyyətlərinin mühüm şərti kimi 
 Könül Fikrət qızı Qüdrətli  
Bakı Qızlar Universiteti 
E-mail: k.gudratli@gmail.com 
Rəyçilər: p.ü.e.d., prof. H.H. Əhmədov, 
p.ü.f.d., dos. P.M. Həsənova 
Açar sözlər: müəllim, səriştəlilik, peşə, mədəniyyət, humanizm 
Ключевые слова: педагог, компетенция, профессия, культура, гуманизм 
Key works: teacher, competence, professional, culture, humanism 
Müəllim! Bu nadir və müqəddəs peşə qədim və çox əhəmiyyətli sahədir. İnsanın həyat 
fəaliyyətini işıqlandırır. Cəmiyyətin inkişafında böyük rol oynayır. Müəllim həyata şüurlu 
münasibət göstərir. 
Müəllimin ümumi mədəniyyətinin tərkib hissələrindən biri olan pedaqoji peşə mədəniy-
yəti onun peşəkarlığında və səriştəliliyində mühüm yer tutur. Ümumi mədəniyyət, kulturoloji 
səriştə, yaradıcı pedaqoji təfəkkür, yeni pedaqoji texnologiyalardan istifadə bacarıqları və s. 
kimi amillər vardır ki, müəllimin pedaqoji peşə mədəniyyəti bunlardan qaynaqlanır və bır sıra 
səmərəlilik göstəricilərində ifadə olunur. Müəllimin peşə səriştəliliyinə və peşəkarlığına malik 
olmasının əsas atributlarında biri onun peşə mədəniyyətinə yiyələnməsidir. Pedaqoji peşə mə-
dəniyyəti müəllimin ümumi mədəniyyətinin tərkib hissəsi olub, onun şəxsi keyfiyyətlərini, 
nüfuzunu, peşəkarlığını, pedaqoji ustalığını və s. özündə birləşdirən keyfiyyətlərin məcmu-
sundan ibarətdir. Hər bir peşənin daxil olduğu peşə qrupları, əmək obyekti və əmək predmeti, 
onların özünəməxsus spesifik xüsusiyyətlər olduğunda peşə mədəniyyəti bu peşələrin reallaş-
ması şəraitində özünü göstərə bilir. Peşənin qarşısında duran vəzifələr həm də həmin peşənin 
mədəniyyətini özündə ehtiva etdirir. Başqa sözlə desək, peşə mədəniyyəti özünü müəyyən bir 
peşənin və ya peşə qrupunun qarşısında duran əsas vəzifələri yüksək səviyyədə yerinə yetiril-
məsi kimi göstərir. Peşə sahibi, ixtisasçı öz üzərinə düşən peşə vəzifələrini peşəkarlıqla, ləya-
qətlə və vicdanla yerinə yetirirsə, icra etdiyi işin məsuliyyətini və bu işdə həm də özünü təcəs-
süm etdirdiyini dərk edərək işinə yanaşırsa, bu, peşə mədəniyyətinin yüksək səviyyədə oldu-
ğunun göstəricisidir. Müəllimin pedaqoji peşə mədəniyyəti onun peşəkar keyfiyyətləri sırasın-
da mühüm yer tutur. Onun didaktik, təşkilatçılıq, kommunikativ, konstruktiv, perseptiv, suq-
qestiv, digər bacarıq və qabiliyyətləri kimi, pedaqoji peşə mədəniyyəti də peşəkarlıq, səriştəli-
lik və pedaqoji ustalıq sferasında xüsusi rola malikdir.
Müəllimin pedaqoji peşə mədəniyyəti humanizmə əsaslanan, humanist münasibətlərdən 
qaynaqlanan bir mədəniyyətdir. Müəllimin uşaqlara humanist münasibəti, onların gələcəyinə 
ümidlə baxması, gələcək cəmiyyətin məhz onların əli ilə qurulacağını dərindən dərk etməsi 
pedaqoji peşə mədəniyyətini istiqamətləndirən amillər kimi əhəmiyyətlidir, təsirlidir Bu ba-
xımdan müəllimin pedaqoji peşə mədəniyyəti həmdə onun bir vətəndaş kimi Vətən, xalq, mil-
lət qarşısında öz borcunu və vəzifəsini ləyaqətlə yerinə yetirməli olduğuna inamlı olması və 
onu yerinə yetirməsidir Müəllim peşəkarlığının əsas komponentlərindən biri kimi pedaqoji 
peşə mədəniyyəti müəllimin yeniliklərə canlatması, onları öyrənməsi, öz işinə və fəaliyyətinə 
yaradıcılıqla yanaşması ilə sıx bağlı olan bir keyfiyyətdir. Bundan məhrum olan tərbiyəçi və 


Bakı Qızlar Universiteti Elmi əsərlər Cild 11 №4 2020(44)

Yüklə 286,05 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin