Редаксийа щейяти



Yüklə 286,05 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix21.05.2023
ölçüsü286,05 Kb.
#118908
1   2   3   4   5
808978(meqale)

 
 
103 
nasibəti, bədii mədəniyyətə yiyələnməsi, xalq sənətinə, həmçinin dünya bədii sənətinə, incə-
sənətinə bələd olması, nəhayət, estetik zövqə, hissə və qabiliyyətə malik olması onun bir 
müəllim – ziyalı nüfuzunun yüksəlməsinə mühüm təsir göstərir. Mədəni xarici görünüş, tə-
miz, səliqəli, zövqlü geyimdə bu prosesdə az əhəmiyyət kəsb etmir.
Humanistlik müəllim peşəsinin mahiyyətində, onun daxilində olan bir xüsusiyyətdir. 
Müəllimin peşə fəaliyyəti uşaqların şəxsiyyət kimi formalaşdırılması ilə xarakterizə olundu-
ğundan şəxsiyyətə şəxsiyyət kimi yanaşmaq tələb olunur. Onları gələcəyin böyük şəxsiyyətlər 
ikimi görmək, şəxsiyyətlərinə hörmət etmək, tərbiyələrinə humanist mövqedən yanaşmaq 
müəllimin özünə də böyük hörmət qazandırır. Bu keyfiyyətlərlə müəllimin ixtisas bilikləri 
üst-üstə düşdükdə müəllim əsl müəllim kimi özü də hörmət qazanmış olur. Yalnız avtokratik 
mövqedən yanaşmaq, uşaqları qorxutmaq, onları valideynləri ilə və ya imtahanla hədələmək 
nə müəllimin özünə, nə də pedaqoji prosesə fayda verir. Heç bir fiziki təsir, fiziki cəza işə yol-
verilməzdir. “Müəllimin vurduğu yerdə gül bitmir, güllər solur”. Fiziki cəza şagirdin müəlli-
mə inamını azaldır, onunsa qəlbində müəllimə qarşı heç də xoş olmayan hislər yaradır, müəl-
limin xeyirxahlıq və humanistlik kimi missiyalarına zərbə vurur. 
Məqalənin aktuallığı. Müəllim təkcə nəsillərarası varisliyin deyil, həm də mədəniyyətin, 
dəyərlərin daşıyıcısı kimi mühüm bir missiyanı da yerinə yetirir. Müəllim bu gün fəaliyyət 
göstərməklə gələcəyi qurur, gələcəyin təməl daşlarını qoyur. O özünün fəaliyyəti ilə keçmişin 
sınaqlardan keçib gələn elmi, mədəniyyəti yeni nəslə ötürür və gələcəyi nəzərə almaqla on-
larda yeni bilik, bacarıq və vərdişlər formalaşdırır. Keçmiş nəsillərdən miras qalan yaxşılıqları 
gənc nəslə aşılamaqla yanaşı, onların yerinə yetirə bilmədikləri, lakin Vətən, millət, xalq üçün 
gərəkli olan bir çox problemlərin gələcəkdə həll edilməsi üçün onlarda yeni bilik, bacarıq və 
vərdişlər yaradır. Həm də təkcə bunları yox, onları mənimsəmək motivləri də formalaşdırır. 

Yüklə 286,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin