Редаксийа щейяти



Yüklə 286,05 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix21.05.2023
ölçüsü286,05 Kb.
#118908
1   2   3   4   5
808978(meqale)

 
 
102 
müəllimin pedaqoji prosesdə uğur qazana bilməsi çətindir. Çünki son illər təhsilimizdə baş 
verən yeniliklər, sürətli inkişaf tendensiyaları, dünyanın qabaqcıl ölkələrinin yaxşı təcrübəsi-
nin pedaqoji prosesə gətirilməsi müəllimin bu yeniliklərlə ayaqlaşa bilməsini sürətləndirir. 
Hazırda müəllimdən öz fənnini təkcə yaxşı bilib - öyrətmək deyil, həm də pedaqoji prosesə 
yaradıcılıqla yanaşmaq, novator olmaq, yeniliklilərlə işləyə bilmək, təhsilalanların təfəkkürü-
nü inkişaf etdirmək, onları bir şəxsiyyət kimi formalaşdıra bilmək və s. tələb olunur. Müəllim 
uşaqları təkcə biliklərlə silahlandırmalı deyil, həm onları bacarıqlara yiyələndirməli və inkişaf 
etdirməlidir. 
Kütləvi informasiya vasitələrinin sürətlə artması, sürətli informasiya texnologiyalarının 
həyat və məişətimizə geniş daxil olması, məktəblilərin maraq dairəsinin qlobal xarakter alma-
sı və s. məsələlər bu prosesə müəyyən müsbət çalarlar gətirsə də, onun şagirdlərin təlim mara-
ğının digər maraqlar hesabına zəifləməsinə də təsiri yox deyildir. Bu isə müəllimdən öz işinə 
daha səriştəli yanaşmaq, uşaqların artan tələbat və maraqlarına cavab verə biləcək səviyyədə 
peşəkar olmaq bacarığı və vərdişləri tələb edir. Müəllim pedaqoji peşəkarlığın texnoloji tərəf-
lərinə yiyələnməklə, öz fəaliyyətinə yeniliklər gətirməklə, yeni pedaqoji texnologiyalardan is-
tifadə etmək bacarığına malik olmaqla bu prosesdə müvəffəqiyyət qazana bilər. Bunlardan çı-
xış edərək müəllimin pedaqoji peşə mədəniyyətini şərtləndirən amillər sırasında aşağıdakıları 
xüsusi olaraq qeyd etmək olar:
1. Ümumi mədəniyyətə, kulturoloji səriştəyə malik olmaq.
2. Yaradıcı pedaqoji təfəkkürə yiyələnmək. 
3. Yeni pedaqoji texnologiyalara yiyələnmək və onlardan istifadə bacarıqlarına malik ol-
maq. 
Ümumi mədəniyyətin tərkib hissəsi olan müəllimin peşə mədəniyyəti müəllimin hərəkət 
və davranışının, sözünün, münasibətinin mənəvi normalar daxilində olması deməkdir. Müəl-
lim harada, hansı şəraitdə - sinifdə, məktəbdə, məktəbdən kənarda, cəmiyyət içərisində olursa 
olsun müəllim olduğunu, müəllim kimi yüksək ad daşıdığını yaddan çıxarmamalı və mədəni 
hərəkət etməlidir. Bu həm müəllim peşəsinin, həm də bu adın daşıyıcısı kimi müəllimin özü-
nün nüfuzunu artıran amillər kimi də mühüm əhəmiyyət kəsb edir. Müəllimin ümumi mədə-
niyyətə malik olması, yəni şəxsi mədəniyyəti pedaqoji prosesdə mühüm rol oynayır. N.Çerni-
şevski yazırdı ki, tərbiyəçi tərbiyə etdiyi uşaqdan nə düzəltmək istəyirsə, özü də elə olmalıdır. 
Deməli, müəllim öz yetişdirmələrini savadlı, mədəni, yüksək mənəvi keyfiyyətlərə malik 
şəxslər kimi görmək istəyirsə, ilk növbədə özü bu keyfiyyətlərə malik olmalıdır. Müəllimin 
şəxsi mədəniyyəti onun özünəməxsus keyfiyyət kimi nüfuzunu yüksəldir, onu hörmətli edir. 
Ümumi mədəniyyətin tərkib hissəsi olan şəxsi mədəniyyət bəzən cəmiyyətin müəyyənləşdir-
diyi ümum mədəni maraqlardan da yüksəyə qalxır və müəllimin nüfuzunu daha da artırır. 
Müəllimin şəxsi mədəniyyətinin bır sıra komponentləri vardır. Bunların içərisində əxlaq mə-
dəniyyəti və estetik mədəniyyəti xüsusi qeyd etmək olar. Əxlaq mədəniyyəti müəllimin hərə-
kət və davranışının əxlaqi prinsip və normalara uyğun olması, əxlaqi keyfiyyətlərinin yerin-
dən, zamanından asılı olma-yaraq sabitliyi, ünsiyyət mədəniyyətinin olması, dinləməyi bacar-
maq, çətin situasiyalarda özünü ələ ala bilmək, obyektivlik, şagird şəxsiyyətinə hörmətlə ya-
naşmaq, danışıq və davranışında müəyyən həddi gözləmək, tələb etniklərinə özünün əməl et-
məsinə s.-dən ibarətdir. Müəllimin bu keyfiyyətlərə malik olması əxlaqi sərvətlər, dəyərlər ki-
mi onun nüfuzunu artırır. Bunlar həmçinin müəllimin mədəni dünyagörüşünü artırır. Onun 
xarakterinin formalaşmasına təsir göstərir. Müəllimin estetik mədəniyyəti onun əxlaqı mədə-
niyyətindən heç də az rol oynamır. Onun estetik sərvətlərə – dəyərlərə yiyələnməsi ziyalılıq 
səviyyəsinin əsas göstəricilərində birinə çevrilir. Müəllimin təbiətə və cəmiyyətə estetik mü-


Bakı Qızlar Universiteti Elmi əsərlər Cild 11 №4 2020(44)

Yüklə 286,05 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin