Çıxış nömrəsi: ssof/ /09 Tarix: 31. 07. 09 Sənəd necə göndərilir



Yüklə 13,38 Mb.
səhifə17/32
tarix06.09.2017
ölçüsü13,38 Mb.
#29098
1   ...   13   14   15   16   17   18   19   20   ...   32

AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 23.11.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili Çox təcili*

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün:

Xarici İşlər Nazirliyinin

Kadrlar və ixtisasartırma

idarəsinin rəisi E.Sarıcalinskayaya


Hörmətli Elmira xanım,


Səfirlikdə vakant olan ştatdankənar xadimə vəzifəsinə təyin edilməsi nəzərdə tutulan Bolqarıstan vətəndaşı Stoyna Kirilova Sondovanın müvafiq qurumlarda xüsusi yoxlamadan keçirilməsi üçün sənədlərini diqqətinizə təqdim edir və lazımi köməklik göstərməyinizi xahiş edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov



AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN IN THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————
___________

Azərbaycan Respublikasının

Prezident Administrasiyasının

Xarici Əlaqələr şöbəsinin

müdiri cənab N.Məmmədova

Hörmətli Novruz müəllim,


Məlumat üçün bildiririk ki, 2011-ci ilin oktyabr ayında Bolqarıstanda keçiriləcək Prezident seçkiləri öncəsi ölkənin ictimai-siyasi həyatında, yeni hökumətlə sabiq hökumət və Prezident Administrasiyası arasında gedən siyasi çəkişmələrdə bir qədər sükutluq hiss olunur. 2009-cu ilin sonu 2010-cu ilin əvvəllərində olduğu kimi, tərəflər arasında Parlamentdə və KİV-də gedən qızğın mübarizələr, qarşılıqlı ittihamlar müşahidə olunmur. Hazırda ölkədəki siyasi partiyalar tərəfindən seçki öncəsi seçki kampaniyalarına hazırlıq işləri aparılır və KİV-də hər gün bu mövzuya geniş yer ayrılaraq, seçkilərdə yeni simaların, yaradılacaq yeni siyasi partiya və birliklərin iştirak etməsi ehtimalı barədə ətraflı məlumatlar yayılır.

Bildirmək istərdik ki, KİV-də son zamanlar seçkilərdə iştirak edəcək sabiq namizədlərlə yanaşı, yeni namizədlərin də adlarına rast gəlinir. Bunlardan GERB partiyasından (hazırki hakimiyyətdə olan partiya) – Avropa Komissarı Kristolina Qeorqiyeva, Xarici İşlər naziri N.Mladenov; BSP(Bolqarısyan Sosialistlər Partiyası) partiyasından və ya yeni yaranacaq ABV (Alternativ Bolqarıstan Dirçəlişi) hərəkatından Avro deputat, sabiq Xarici İşlər naziri İvaylo Kalfin; iş adamı, RZS partiyasının təsisçisi müstəqil namizəd Aleksey Petrovu qeyd etmək olar.

KİV-də yerli müşahidəçilərin fikirlərinə görə bu seçkilərdə namizədlikləri irəli sürülməsi ehtimal olunan K.Qeorqiyeva (GERB partiyası) və İ.Kalfinin (BSP və ya ABV birliyindən) digər namizədlərlə yanaşı -ATAKA partiyasının sədri V.Sidrov (2006-cı il Prezident seşkilərində 22 % -lə ikinci yerdə olan), RZS partiyasının sədri Y.Yanev, DSB partiyasının sədri İ.Kostovla (sabiq Baş nazir) yanaşı prezident seçkilərində böyük seçici səsi əldə etmək və qələbə qazanmaq imkanları olduları bildirilir.

Həmçinin KİV-də qeyri-hökumət təşkilatlarının həftəlik araşdırma-larına görə bu iki şəxsin (İvaylo Kalfin, Kristolina Qeorqiyeva) ictimaiyyət arasında nüfuzu və etimadı hazırki və sabiq hökumətin üzvləri ilə, həmçinin qeyd olunan digər namizədlərlə müqayisədə daha çox olması və günü-gündən artması qeyd olunur.

Bunuda qeyd etmək istərdik ki, KİV-də son zamanlar ölkənin ictimayi-siyasi həyatında yeni siyasi gücün Prezident G.Pırvanovun layihəsi əsasında ABV adlı Vətəndaş Hərəkatının yaranması və fəaliyyəti barədə məlumatlar yayılır.

KİV-də qeyd olunan məlumatlara görə, 11 noyabr 2010-cu ildə Prezident G.Pırvanovun dəvəti əsasında 200-dən çox ziyalının, ictimayi-siyasi xadimin iştirakı ilə hərəkatın ilk iclası keçirilmişdir. Məlumata görə, təbdirdə iştirakçılar arasında “Bolqarıstanın sabahı” mövzusu müzakirə edilmiş, iştirakçılara hərəkatın ideyası açıqlanmış, həmçinin kordinasiya şurasının (3 nəfər) və təşəbbüsçü komitənin üzvləri (10 nəfər) təqdim edilmişdir. Təqdimat mərasimində hərəkatının kordinasiya şurasına İ.Kalfinin, S.Danailovun, K.Paskalevin, təşəbbüsçü komitəyə isə İ.Kalfin, K.Paskalevlə yanaşı, B.Kitov(sabiq Meşə və kənd təsərrüfatı nazirin müavini), E. Kalo (Şalom yahudi icmasının sabiq sədri), Q.Qriqorov (Tibb Universitetinin rektoru), M.Mixov(sabiq Baş Qərargah rəisi), Krasimir Petrov (sabiq Dövlət Sərhəd Polisi Xidmətinin rəisi) V.Prodanov (Milli Elmlər Akademiyasının filosofiya elmləri institutunun direktoru), Y.Yovçev, V.Yordanov (Dünya və Avro çempionları) seçildikləri qeyd olunmuşdur. Bununla yanaşı, tədbirdə Bloqoyevqrad şəhərinin meri, sabiq Baş nazirin müavini Konstantin Paskalevin sözlərinə görə “Dövlətdə və idarəçilikdə mövcud olan problemlər və problemlərin aradan qaldırılması ilə bağlı aparılması zəruri olan işlər” mövzusunun da müzakirə olunduğu qeyd olunmuşdur.

KİV-də eyni zamanda, ABV tədbirindən 1 gün öncə Prezident G.Pırvanovun BSP partiyasının sədri, sabiq Baş nazir S.Stanişevlə görüşü və ABV layihəsi barədə müşahidəçilərin fikirləri də qeyd olunmuşdur.

KİV-də qeyd olunan məlumata görə Prezident G.Pırvanovun və S.Stanişevin görüşü zamanı tərəflər arasında ABV layihəsi, layihəyə dəstək verilməsi məsələsi, 11.11.2010-cu il tarixində keçiriləcək tədbirdə baxılacaq məsələlər müzakirə edilmiş və tərəflər layihənin siyasıləşdirilməməsi, sonrakı süni problemlərin yaranmaması məqsədi ilə BSP partiyasının rəhbər üzvlərinin bu tədbirdə iştirak etməmələrinə qərar verdikləri bildirilmişdir.

Bildirmək istərdik ki, həftə ərzində KİV-də bu görüş və hərəkatla bağlı fərqli yanaşmalara rast gəlinmişdir.

Məsələn :

“Trud”, “24 saat”, “Dnevnik” qazetlərində yazılan məlumatlara görə Prezident hərəkatının BSP partiyasının rəhbər üzvlərində qısqanclıq hisslərinin yaratdığını, həmçinin hərəkatın getdikcə güclənməsinin, siyasi qüvvəyə çevrilməsinin BSP partiyası daxilində bölünmələrə (partiyanı prezident tərəfdarlarının tərk etməsi) gətirib çıxarması və gələcəkdə rəqib bir qüvvə kimi siyasi arenaya çıxması ehtimalının partiya rəhbərliyini təşvişə saldığını bildirilmişdir. Bu səbəbdən BSP partiyası rəhbərliyinin tədbirdə iştirak etməmələrinə qərar verdikləri və partiya üzvlərinə, tərəfdaşlarına tədbirə getmələrinə təsir göstərdikləri qeyd olunmuşdur.

Digər hakimiyyət yönlü KİV-də isə bu şişirdilmiş bu hərəkatın heç bir gücə malik olmayacağı, həmçinin başsız olaraq qalması və tərəfdaşlarından lazımı dəstək almaması səbəbindən tezliklə məhv olub sıradan çıxacağı barədə məlumatlar yayılmışdır. Həmçinin bu məlumatlarda Prezident tərəfindən bu hərəkatın yaradılması təşəbbüsünü, G.Pırvanovun Prezident mandatının bitməsi ilə əlaqədar siyasi səhnədə qalması və gələcək seçkilərdə (Baş nazir) iştirak etməsi üçün atılmış hiyləgər bir addım kimi qiymətləndirilmişdir.

Yerli müşahidəçilər KİV-də isə bu hərəkatın getdikçə daha da inkişaf edərək prezident seçkilərinə qədər partiya kimi təsis edilmə ehtimalını bildirir və seçkilərdə ya partiya kimi yada bir neçə partiyanın birliyi kimi hərəkat adından vahid namizədi ilə iştirak edəcəyini və çox güman ki, bu qurumdan vahid namizəd kimi İ.Kalfinin irəli sürüləcəyini qeyd edirlər.

Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov





AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MNKT,MDPİ,MBQİ,MİNİ,MMXİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 29.11.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfir E.Kərimovun etimadnaməsinin Bolqarıstan Prezidenti G.Pırvanova təqdim edilməsi barədə
Azərbaycan Respublikasının

Xarici İşlər Naziri

cənab E.Məmmədyarova

Hörmətli cənab Nazir,


Məlumat üçün bildiririk ki, cari ilin 29 noyabr tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimovun etimadnaməsinin Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanova təqdim edilməsi mərasimi keçirilmişdir.

Protokol qaydalarına uyğun olaraq, ilk öncə Bolqarıstanın dövlət himni səsləndirilmiş və fəxri qarovul dəstəsinin önündən keçən səfir E.Kərimova qarovul rəisi tərəfindən məruzə edilmişdir. Sonra səfir E.Kərimov etimadnaməsini Prezident Georgi Pırvanova təqdim etmişdir. Mərasimdən sonra Prezident G. Pırvanov və səfir E. Kərimov arasında ikitərəfli görüş keçirilmişdir. Görüş zamanı Bolqarıstan Prezidenti ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmiş və dost ölkə olan Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələrin gündən günə inkişafını yüksək qiymətləndirmişdir. Həmçinin görüşdə ölkə rəhbərimiz cənab İlham Əliyevlə şəxsi, dost münasibətlərini qeyd edən Prezident G. Pırvanov, hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulamışdır.

Öz növbəsində səfir E.Kərimov Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəminin olduğunu vurğulamış və əlaqələrin inkişaf etdirilməsi yolunda bütün səylərinin əsirgəməyəcəyini bildirmişdir.

Görüşün sonunda Bolqarıstan Prezidenti G.Pırvanov salamlarını ölkə rəhbərimiz cənab İlham Əliyevə çatdırılmasını xahiş etmiş və bir daha Emil Kərimova diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdən sonra, ölkəmizin dövlət himni səsləndirilmiş və səfir E.Kərimov fəxri qarovul dəstəsinin önündən keçmişdir.

Sonra, protokol qaydalarına uyğun olaraq səfir E.Kərimov “Naməlum Əskər”in məzarını ziyarət emiş və ölkəmiz adından məzarı önünə gül dəstəsi qoymuşdur.

Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: N.Əfəndiyeva



AZƏRBAYCAN RESPUBLİKASININ EMBASSY OF THE REPUBLIC OF

BOLQARISTAN RESPUBLIKASINDAKI AZERBAIJAN TO THE REPUBLIC OF

SƏFİRLİYİ BULGARIA

Tel: (359 2) 817 00 70 Fax: (359 2) 817 00 77 E-mail: sefirlik@azerembsof.com

—————————————————————————————————————————

Məlumat üçün bildiririk ki, cari ilin 29 noyabr tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Emil Kərimovun etimadnaməsinin Bolqarıstan Respublikasının Prezidenti G.Pırvanova təqdim edilməsi mərasimi keçirilmişdir.

Protokol qaydalarına uyğun olaraq, ilk öncə Bolqarıstanın dövlət himni səsləndirilmiş və fəxri qarovul dəstəsinin önündən keçən səfir E.Kərimova qarovul rəisi tərəfindən məruzə edilmişdir. Sonra səfir E.Kərimov etimadnaməsini Prezident Georgi Pırvanova təqdim etmişdir. Mərasimdən sonra Prezident G. Pırvanov və səfir E. Kərimov arasında ikitərəfli görüş keçirilmişdir. Görüş zamanı Bolqarıstan Prezidenti ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə etmiş və dost ölkə olan Azərbaycanla müxtəlif sahələrdə, xüsusilə də enerji sahəsində əlaqələrin gündən günə inkişafını yüksək qiymətləndirmişdir. Həmçinin görüşdə ölkə rəhbərimiz cənab İlham Əliyevlə şəxsi, dost münasibətlərini qeyd edən Prezident G. Pırvanov, hər iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğulamışdır.

Öz növbəsində səfir E.Kərimov Azərbaycan ilə Bolqarıstan arasında bütün sahələrdə münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəminin olduğunu vurğulamış və əlaqələrin inkişaf etdirilməsi yolunda bütün səylərinin əsirgəməyəcəyini bildirmişdir.

Görüşün sonunda Bolqarıstan Prezidenti G.Pırvanov salamlarını ölkə rəhbərimiz cənab İlham Əliyevə çatdırılmasını xahiş etmiş və bir daha Emil Kərimova diplomatik fəaliyyətində uğurlar arzulamışdır.

Görüşdən sonra, ölkəmizin dövlət himni səsləndirilmiş və səfir E.Kərimov fəxri qarovul dəstəsinin önündən keçmişdir.

Sonra, protokol qaydalarına uyğun olaraq səfir E.Kərimov “Naməlum Əskər”in məzarını ziyarət emiş və ölkəmiz adından məzarı önünə gül dəstəsi qoymuşdur.



AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MNKT,MKAD Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 29.11.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 +1 Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi * Təcili Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir E.Məmmədyarov
Məlumat verilməsi üçün: Nazir müavini N.Hüseynov
Məsələyə dair: Səfirlikdə mövcud olan təsərrüfat müdiri vəzifəsinin saxlanmasına dair
Azərbaycan Respublikasının

Xarici İşlər Naziri

cənab E.Məmmədyarova

Hörmətli cənab Nazir,


Məlum olduğu kimi, ölkəmizin mülkiyyəti olan Səfirliyin inzibati binası 2007-də alınmışıdır. Üç mətəbəli, ümumi sahəsi (həyətyanı sahəsi ilə birgə)olan inzibati bina lazımi mebel və avadanlıqlarla, mühafizə qurğuları ilə təhciz edilmiş və əsaslı təmir edilmişdir. Bildiyiniz kimi, bu cür iri həcmli binanın saxlanması, inventarlara, avadanlıqlara və mühafizə qurğularına nəzarət edilməsi, təsərrüfat mallarının, inventarların, dəftərxana ləvazimatlarının alınması və digər təsərrüfat işlərin görülməsi ilə fərdi olaraq bir nəfər işçi məşğul olmalıdır. Qeyd olunan işlər 15 noyabr 2010-cu il tarixnədək, Səfirliyin təsərrüfat müdiri tərəfindən həyata keçirilmişdir. Onun digər diplomatik nümayəndəliyə təyinatı ilə əlaqədar, təsərrüfat müdiri vəzifəsi Səfirlikdə vakant olaraq qalmışdır. Hazırda bu vəzifələrin icrası müvəqqəti olaraq Səfirliyin sürücüsünə tapşırılsa da, iş rejimi ona qeyd olunan işlərin icrasına imkan vermir.

Bununla əlaqədar, ilin sonunda bu vəzifənin Səfirlikdən alınaraq digər diplomatik nümayəndəliyə verilməsi nəzərdə tutulan məsələnin təxirə salınmasına və Səfirliyə yeni təsərrüfat müdiri təyin olunmasına dair köməklik göstərməyinizi xahiş edirik.

Hörmətlə,
Səfir E.Kərimov

İcraçı:




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ

Haradan: SSOF

Haraya: MBQİ, MİƏİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 01.12.10

Sənəd necə göndərilir: Elektron poçt * Faks Dip.poçt

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi Təcili* Çox təcili

Vacibliyi: Adi Vacib* Çox vacib

Məruzə üçün: Nazir müavini X.Xələfov, M.Məmməd-Quliyev
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: Səfir E.Kərimovun Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi İşlər üzrə Direktorluğunun direktoru Yuri Sterklə görüşü barədə
Azərbaycan Respublikasının

Xarici İşlər nazirinin

müavini cənab X.Xələfova

Hörmətli Xələf müəllim,


Məlumat üçün bildiririk ki, 30 noyabr 2010-cu il tarixində Səfir E.Kərimov Bolqarıstan Xarici İşlər Nazirliyinin Siyasi İşlər üzrə Direktorluğunun direktoru Yuri Sterklə görüşmüşdür. Görüş zamanı ilk öncə cənab Sterk Səfir E.Kərimovu salamlayaraq, Bolqarıstana Səfir təyin olunması münasibəti ilə təbrik etmişdir.

Səfir E.Kərimov öz növbəsində cənab Y.Sterkə xoş sözlərə, təbrikə görə təşəkkürünü bildirmiş və iki ölkə arasında inkişaf edən münasibətlərin müxtəlif sahələr üzrə daha da intensivləşdirilməsi üçün əsaslı zəminin olduğunu qeyd etmişdir.

Sonra Səfir E.Kərimov ölkəmizin enerji siyasətindən ətraflı danışaraq, ölkəmizdə gedən iqtisadi-sosial inkişafdan, Azərbaycanın regionda lider ölkə olmasından cənab Sterkə bəhs etmişdir.

Bununla yanaşı, Səfir E.Kərimov cənab Sterkə ölkəmizin ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə də məlumat vermişdir.

Sonra Səfir E.Kərimov ölkəmizin Avropa Birliyi ilə böyük enerji layihələri üzrə həyata keçiriləcək əməkdaşlığını nəzərə alaraq, qarşılıqlı şəkildə AB-nin də münaqişənin həllində yaxından iştirak etməli olduğunu və hüquqi baxımdan qiymət verməli olduğunu cənab Sterkə bildirmişdir.
Öz növbəsində cənab Sterk ilk öncə öz diplomatik fəaliyyətindən qısa məlumat verərək, onun 2001-2005-ci illərdə Bolqarıstanın Avropa Şurası yanında Daimi Nümayəndəsi olduğu dövrlərdə regionda baş verən hadisələrə, Dağlıq Qarabağ münaqişəsinə yaxşı bələd olduğunu bildirmişdir. Sonra ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını bildirərək, münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu və ATƏT –in Minsk qrupu çərçivəsində münaqişənin həlli istiqamətində aparılan danışıqların dəstəkləndiyini qeyd etmişdir. Həmçinin cənab Sterk bolqar rəsmilərinin münaqişənin həlli ilə bağlı gedən prosesləri yaxından izlədiyini və son zamanlar atılan pozitiv addımları (04 noyabr tarixində milli qəhrəmanların cəsədlərin qaytarılmasını və s) - yüksək qiymətləndirdiyini həmçinin Astanada keçiriləcək ATƏT sammitində münaqişənin həlli istiqamətində konkret qərarlar qəbul ediləcəyinə, aparılan danışıqların nəticə verəcəyinə ümidvar olduğunu bildirmişdir. Bununla yanaşı, diplomat AB-nin hazırda münaqişənin həllinin ATƏT–in Minsk qrupu çərçivəsində həyata keçirilməsinin tərəfdarı olduğunu və gələcəkdə münaqişənin həllində daha da yaxından iştirak etməli olduğunu qeyd etmişdir.

Sonra Bolqarıstanın ölkəmizlə xüsusi ilə də energetika sahəsindəki əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən diplomat, ölkəsi üçün prioritet sayılan Nabukko layihəsi ilə yanaşı digər layihələr üzrə də (CNG, LNG, İTGİ və.s ) əməkdaşlıq etməyə maraqlı olduğunu qeyd etmişdir.

Sonra cənab Sterk ölkəmizin Bolqarıstanla QDİƏT çərçivəsində əməkdaşlığından danışmış və yaxın gələcəkdə Azərbaycanın üzvü olacağı ÜDTT çərçivəsində ölkəmizdə Azad Ticarət Zonasının yaradılması imkanlarını qeyd etmişdir.

Bu məsələlərlə yanaşı, görüş zamanı Səfir E.Kərimov cənab Sterkə iki ölkə arasında digər sahələrdə də - mədəniyyət, turizm, kənd təsərrüfatı- sahələrində də münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir. Həmçinin Azərbaycan və Bolqarıstan arasında Mədəniyyət sahəsində hökumətlərarası Memorandumun imzalanmasının, Mədəniyyət nazirlərinin qarşılıqlı səfərlərinin təşkilinin və Mədəniyyət günlərinin Bolqarıstanda tezliklə keçirilməsinin vacib olduğunu qeyd etmişdir. Bundan əlavə, Səfir E.Kərimov hər iki ölkənin yerli icra hakimiyyətləri orqanları arasında da əməkdaşlığa xüsusi önəm verildiyini bildirərək, mövcud olan qardaşlaşmış şəhərlər (Şəki-Qabrova) təcrübəsinin digər şəhərlərə də tətbiq edilməsinin mümkünlüyünü qeyd etmişdir. Həmçinin söhbət zamanı Səfir E.Kərimov Azərbaycan –Bolqarıstan Hökumətlərarası Komissiyanın 2008-ci ildə Sofiyada keçirildiyi 3-cü icalasından danışaraq, komissiyanın 4-cü iclasının 2011-ci ildə Bakıda keçirilməsi ilə bağlı müvafiq qurumlara müraciət edildiyini qeyd etmişdir.

Sonra cənab Y.Sterk Səfir E.Kərimovun deyilən təkliflərinə qoşulduğunu bildirərək, Bolqarıstanda diplomatik fəaliyyəti dövründə mövcud olan əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.
Sonda Səfir E.Kərimov cənab Y.Sterkə səmimi qəbula və təbrikə görə bir daha təşəkkürünü bildirmişdir.
Qeyd olunan görüşdə həmçinin BR XİN-nin Siyasi İşlər üzrə Direktorluğunun müşaviri A.Filipov və Səfirliyin üçüncü katibi E.Məmmədov iştirak etmişlər.
Məlumat üçün diqqətinizə təqdim edirik.

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MDPİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 01.12.10

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün: Dövlət Protokolu idarəsinin rəisi P.Mirzəzadə
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: “Etimadnamənin Təqdimatı Mərasimi” adlı kitabçanın göndərilməsi

Xarici İşlər Nazirliyinin

Dövlət Protokolu idarəsinin

rəisi cənab P.Mirzəzadəyə


Hörmətli Pərvin müəllim,
Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət Ptotokolu idarəsinin 2010-cu ildə nəşr etdirdiyi “Etimadnamənin Təqdimatı Mərasimi” adlı kitabçanı diqqətinizə təqdim edirik.
Hörmətlə,
Səfir E.Kərimov

İcraçı: E.Məmmədov




AZƏRBAYCAN RESPUBLİKASININ

BOLQARISTAN RESPUBLİKASINDAKI SƏFİRLİYİ
Haradan: SSOF

Haraya: MBQİ, MİNİ, MMXİ Surəti:

Çıxış nömrəsi: SSOF/ /10 Tarix: 06.12.10

Sənəd necə göndərilir: Elektron poçt Faks Dip.poçt*

___________________ N-li məktuba istinad



Səhifələrin sayı: 1 + Əlavə olunur:

Məhdudluğu qrifi

Təcililiyi: Adi* Təcili Çox təcili

Vacibliyi: Adi Vacib * Çox vacib

Məruzə üçün:
Məlumat verilməsi üçün: Aidiyyatı üzrə
Məsələyə dair: 03-05 dekabr 2010-cu il tarixlərində Bolqarıstanda yağan güclü leysan yağışları barədə

Hörmətlə,


Səfir E.Kərimov

İcraçı: E.Məmmədov

Məlumat üçün bildiririk ki, son zamanlar Balkan bölgəsini cənginə alan güclü leysan yağışları Bolqarıstandan yan keçməmişdir. Belə ki, 03-05 dekabr 2010-cu il tarixlərində güclü leysan yağışları nəticəsində ölkənin qərb bölgəsi- əsasən Sofiya, Kyustendil, Dupnitsa, Bloqoevqrad, Karlova, Kulata, Pernik, Petriç şəhərləri böyük ziyanla üzləşmişdir. Mesta, Djerman və Sturma çaylarının daşması nəticəsində Dupnitsa, Simitli, Bloqoevqrad rayonlarının bir çox kəndləri su altında qalmışdır. Yerli icra hakimiyyəti orqanlarının və müfaviq qurumların öncül tədbirləri sayəsində bu ərazilərdəki insanlar evakuasiya olunaraq, insan tələfatının qarşısı alınmışdır.
Bununla yanaşı güclü yağışlar Sofiya-Kulata şossesinin Simitli və Kresna istiqamətindəki yolunun bir hissəsini yuyaraq sıradan çıxartmış, həmçinin Sofiyanın qərb və cənub ərazilərinə böyük çıxış sossesi sayılan “Okolovristınski Put” yolunda da (Boyana Draqalevski istiqamətində) dağıntılar yartamışdır.
Bu hadisələrlə əlaqədar Bolqarıstanın Baş naziri B.Borisov daxil olmaqla hökumətin rəhbər işçiləri tərəfindən ziyan çəkmiş bölgələrə baxış keçirilmiş, həmçinin bölgələrə yardım göstərilməsi, dağılmış yolların bərpa edilməsi məqsədi ilə komissiyanıın yaradılmasına dair qərar verilmişdir.

Həmçinin bildirmək istərdik ki, Pernik rayonun Bosnek kəndində yerləşən Duxlata mağarasında 20 saatdan artıq qalan 7 nəfərdən (4 böyük, 3 azyaşlı) ibarət yerli turistlər dünən saat 21 radələrində Xilasedci təşkilatların, Vətəndaş Cəmiyyətlərinin və bölgə üzrə müvafiq orqanların səyi nəticəsində xilas edilmişlər.


Məlumat üçün diqqətinizə təqdim edirik.



Yüklə 13,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin