Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə58/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   51   52   53   54   55   56   57   58   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ayının  sonlarına  təsadüf  edir.  Sağmal  qoyunların  südü 

azalır,  soğulmaq  həddinə  çatır,  “payızın  ucu”  körünür 

artıq.  Ot-əncər  saralıb  yox  olmağa  başlayır.  Sürünün 

ot,çiçək,  -xam  axtardığı  vaxt  olur.  O  vaxtın  südündən 

pendir  tutulur,  bu  pendirləri  bir  müddət  qaymaqda 

saxlayırlar. Bu pendirlər qaymağı canına çıkib “yeyəndən” 

sonra  motallıq  dəriyə  yuxarıda  dediyim  qaydada, 

doldurulir, yerləşdirilir. 

 

   



 

 

*** 



 

Deyərlər,  durnalar  gələndə  həmişə  dimdiyində  bir 

şey  gətirir.  Sünbül  gətirsə  bolluğa,  sümük  gətirsə  pisliyə 

işarədi. Deyərdilər, bu yaz durnalar lələk saldı, deyərdilər, 

lələk barışıqdı, gedənlərimiz gələcək. Biz də səs-səsə verib 

çığırışardıq:  -  Ay  durna  lələ,  bizə  lələk  tulla,  sünbül  gəti, 

dən gəti... ay durna lələ, bizə lələk sal. 

 

*** 



 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Şərilli aşıq Billabalı Şiralı... 

 

Billabalı aşıq Şiralı haqqında yazmadan Ilk öncə Şəril-



Şərur  toponimi  haqqında  qənaətimi  deyim  və  bir  daha 

qeyd  edim  ki,  mənim  bu  haqda  bildiklərim  əsasən  xalq 

yaradıcılığına  söykənən,  min  illiklər  boyu  yaddaşlarda 

saxlanılan,  müəyyən  bağlarla  elmi  anlayışlara  gəlib  çıxan 

fikirlərimdir; düşünürəm ki, “yanlışı olsa da yalanı olmaz”. 

El arasında deyərlər: “ Yazıda Şərurdu, dildə Şəril... Bütün 

bunları  yüz  ölçüb  bir  biçəndən  sonra  seçib  araya 

gətirirəm,  bu  halda  mənə  yox,  deyə  bilərlər,  amma  çox 

istərdim  ki,  “yox”,  deyənlər  də  yüz  ölçüb  bir  biçsinlər, 

yalnız  bu  zaman  biz  çox  yayğın,  çox  zəif  işlənmiş 

toponomiya, etnoqrafiya elmimizə xeyirlər vermiş olarıq. 

Ona görə də  xalq ifadəsiylə deyim: yanlış da bir naxışdır... 

Orxon  yazılarının  Tanyıquq  kitabəsində  deyilir: 

Göytürk  Xaqanlığının,-  imperatorluğunun  əhalisinin 

əsasını  oğuzlarla  yanaşı  Sir  xalqı  təşkil  edirdi...  Sir  xalqı 

altı  tayfa  birliyindən  ibarət  idi.  Uyğur,  tunra,  ediz,  boku, 

bayırku,  si.  Bu  altı  qohum  tayfanın  hamısı  bir  yerdə  Sir 

xalqı  adlanırdı.  (pof.  Dr.    Tələt  Tekin.  “Orhon  yazıtları” 

səh.101. Ankara 1988. ) Mənə belə gəlir ki Şirvan bölgəsi 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

də  Sir  adıyla  bağlıdır.  Aradakı  fərq  “ş”  “s” 



əvəzlənməsindən başqa bir şey deyil. Sirik, Sarıcalı, Sarab, 

Sirab,  Saraclı,  Şor,  Böyük-Şor,  Şərur,  Şəril,  Corat,  Çıraq, 

Şirak və bu kimi  yer adlarımızı eyni kökdən hesab e tmək 

olar...Bakı  kəndlərindən  Novxanının  adı  yaxın  vaxtlara 

qədər  Siyan  olub,  indi  də  xarabalıqları  görünən  si-lərin 

izləri...  



 Yüz  illərdir,  Bakı  kimi  doğma  şəhərimizin  adı 

haqqında  ağlasığmaz  fikirlər  yürüdürük.  Xalq  demiş, 

“ağına-bozuna,  sağına-soluna”  baxmadan  Bakını  Badu 

kübə  eləməyə  çalışmışıq.  Bu  boyda  yalana-yanlışlığa 

ağlımız  kəsir,  inanırıq,  Sir  xalqının  əsasını  təşkil  edən  altı 

tayfa  birliyindən  biri  olan  boku-bakı  adını  qəbul  etmək 

istəmirik. On-onbeş il qabaq bu haqda məqalələr yazdım; 

“Xalq  qəzeti”ndə  nəşr    elətdirdim,  amma  heç  kəsdən  bir 

tərpəniş görmədim... 

Səbayıl  dediyimiz  yer  adı  da  onun  kimi.  Bu toponim 

Sir  xalqının  bir-birinə  qohum  olan  iki    tayfasının  –  Si  və 

Bayıl  (r)  qəbilələrinin  adını  ifadə  edir.  İndi  Səbayıl 

dediyimiz bölgədə hər iki qohum tayfanın bərabər yaşaya 

bilməsi  təbii  idi,  nece  ki,  biz  adına  nə  dedik,  demədik, 

yaşamaqdadırlar. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Türk tarixçisi  Tələt Təkin bəy əfəndi adını artıq qeyd 



etdiyimiz  “Orhon  yazıtları”  əsərində  yazır  ki,  ...  “eki  ediz 

kəlməsini  Tomsen  iki  edizker  şəklində  oxumuş  və  bunu” 

cesurlar və soylular” deyə tərcümə etmişdir”.(yenə orada) 

Mənə  elə  gəlir  ki,  Eldəgiz,  -Eldəgəz  –Eldəniz  kimi 

işlətdiyimiz X-X1 əsrdə mövcud olmuş Eldəgizlər dövlətinin 

adını  da  Sir  xalqının  ediz-  edizker  deyilən  tayva  birliyinin 

adında  aramaq  doğru  olardı...Beləliklə.  mənə  elə  gəlir, 

Şərur-Şəril yer adını da minillik tariximizdən keçən Sir yer 

adyla bir kökdən hesab etmək mümkündür... 

 

*** 

 

Şərurun Billabalı kəndindən olan aşıq Şiralının cavan 



vaxtlarıydı. Belə deyirlər ki, günlərin birində aşıq Şiralı yol 

gedirdi, qış  vaxtıydı,  orda  burda  tala-tala  qar  vardı.  Biraz 

getmişdi  qarşısına  bir  fərə  çıxdı,  təntidiyinnən  bilmirdi 

hara  getsin.  Ayağına  da  qırmız  bağlamışdılar.  Aşıq, 

ürəyində  fikirləşdi  ki,    deyəsən  bu  fağır  toydan-nişannan 

qaçıb. Hər nə, uğuruma çıxandı deyib tutdu, bürüncəyinin 

altına  soxub  yoluna  davam  elədi.  Bir  az  getmişdi,  gördü 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

biri elə gəlir, elə gəlir, elə bil qovullar. Yetişən kimi dedi: -



Qardaş oğlu, bəlkə buralarda fərə görəsən?! 

Aşıq Şiralının könlünə elə ordaca bi-iki xana söz gəldi, 

sazı çiyinindən aşırıb aldı görək nə dedi: 

 

Ay əmi, qar yağıb boran eləyib, 

Bu sınıq könlümü viran eləyib 

Bəlkə də qar-çovğun haram eləyib, 

Bəlkə də düşübdü borana fərə. 

 

Kişi  ürəyində dedi, “yoluqara kimi gəldim yenə aşığa 

rast  oldum”...  Şiralının  aşıqlığı  tutmuşdu,  qarda-boranda 

meydan açmışdı. 



Kişi izin tutub düşüb sorağa, 

Indi  Şəril əhli qalxar ayağa. 

Boran döyə-döyə, qar yağa-yağa 

Bəlkə də addadı o yana fərə. 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

“O  yan”  sözü  deyiləndə  Türkiyə    nəzərdə  tutulurdu; 

xüsusən  Sovetlər  birliyi  dönəmində;  heç  kəs  ürək  eləyib 

“Tükiyə”  sözünü  elə belə  açıq  deyə bilməzdi, üstü  örtülü 

“o tay”, “o üz” sözləriylə ifadə edərdi.  

Kişini  od  götürdü,  -indi  sənə  elə  söz  deyərəm, 

dəymişin  dura-dura  kalın  tökülər.  Özün  bənzəyirsən  “o 

taya”  keçənə.  Sazı  əlinnən  alıb,  yalın  göndərərəm  səni. 

Indi eşit gör, sözü nece deyirlər: 

 

Yəqin canın gəlib can ayağına, 

Əyər annamadın qanayağına 

İndi baş əyərsən qan ayağına 

Yaxşı dərman olar yarana fərə. 

 

Aşıq Şiralı gördü fərə zad yalan olub, kişi az qalır xata 

çıxartsın.  Başladı  fərənin  nişanını  verməyə  ki,  bəlkə  kişi 

özünə gəldi... 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Darıdan yeyibdi, əti yağlıdı, 



Qırmızı baftadan qolu bağlıdı 

Sinəm üstü çalın-çarpaz dağlıdı 

Halal maldı, dönməz harama fərə... 

 

Belə deyirlər ki, aşıq Şiralı sazla dediyi kimi sözlə də 

dedi,  fərəni  çuxasının  altından  çıxardıb  yiyəsinə 

verdi...Sən sağ, mən salamat. 

*** 

 

Şəril  obalarının  birində  bir  qarıya  qazan  lazım  olur. 



Qarı dümələnə-dümələnə özünü salır qonşuya:  -Qazanını 

ver, lazımımdı. -deyir. Qonşu: -yoxdu, - deyir - bir qazanım 

var,  baş  (baş-ayaq)  asmışam,  qazanmışam,  aş  asmışam, 

çox asmışam, az asmışam, verəmmərəm. Bərəkətimə göz 

dəyər. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarı  deyir:  -  Biz  gor  qonşusuyuq,  odu  köznən 



çıxardarlar,  istəyənin  bir  üzü  qara,  verməyənin  iki  üzü 

qara. Mən sözümü dedim, yadında saxla, qazan diyirlənib 

qapağın  tapar...  Qazan  dedi,  “dibim  qızıldı,  çömçə  dedi, 

indi  gəzib  gəlmişəm”.  Vermirsən  vermə,  “əl  əldən 

utanar”. 

Kor  peşiman  qayıdır  evinə.  Qarı  gedəndən  sonra 

qonşu xeyli fikirləşir, qarının dediklərini xeyrə yoza bilmir. 

Qazanını  da  götürüb  qarının  ardıca  gəlir.  Amma  qarı 

deyir:  -Yox  ay  qonşu,  qazanın  daha  lazım  omadı.  Ordan 

gələndə öz qazanım qaynadı, belə bir şeir yazdım, izin ver 

deyim: 

 

Bu gün hava yaxşıdı, 



Dərdə dəva yaxşıdı, 

Qonşunun qazanınnan  

Bizim tava yaxşıdı.  

 

*** 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Ağıçılar... 



 

Bütün türk dünyasında olduğu kimi Azərbaycan türk-

lərində  də  islam  dinindən  çox-çox  öncə  keçirilən  yas 

mərasimlərinin 

izlərinə 

hələ 


də 

rast 


gəlmək 

mümkündür...Xalq  arasında  belə  bir  deyim  var:  “Dərd 

dərddi, dərdin ağı qarası olmur”. Sonra deyir: “Dərd dərd 

üstə gələr”, “Dərd dərdi gətirər”. Bunu ona görə deyir ki, 

dərdə  çox  üzülməsin.  Elə  bu  anlamda  belə  bir  ifadə  də 

var:  “Dərdi  verənin  acığına  ağlama”,  “Gül,  oyna,  acı 

günlər acığına”...Bütün bunlarla Xalq öz sahmanını düzəl-

dir; bu ifadələrlə O özünə düzən verir. Dərdi yaşamaq da 

ömürdəndi, deyir. Xalqın öz sözüdü: “ Toyla yas qardaşdı” 

Toy-düyününü nece keçirdirsə yasını da elə keçirdir. Toy-

düyünündə  nece  sevinirsə  yasında  da  elə  ağrı-acı  yaşaya 

bilir...  Özü  deyir:  “Ölüm  haqdı”,  Dədə  Qorqudun  diliylə 

“Gəlimli-gedimli,  bir  ucu  ölümlü  dünya”  deyir. 

Yaşamağına  nece  inanırsa,  ölümünə  də  elə  inanır, 

həyatını  da  ona  görə  oz  istədiyi  kimi  qura  bilir;  ölümlə 

itim  arasında...Özü  deyir:  “Ölüm  itim  dünyasıdı,  dediyini 

indi de, elədiyini indi elə”...Tamamilə doğru olar desək ki, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bu  xalq  dərdə  yaxın  xalqdı.  Deyir,  sevinc  aparar,  dərd 



gətirər.    Dərdə  dözmək  ağlamaqla  deyil,  yaşamaqladı, 

ağlamaq  ən  asan  yoludu.  Toy  günündə  evladının  ölüm 

xəbərini  eşidən  analarımız  var,  heç  kəsə  bildirmir,  oğul 

cənazəsini  gizlədib  yenə  toyunu  çaldırır  ki,  şadlığı 

sınmasın,  düyünə  gələnlər  narahat  olmasınlar.  Özünün 

dediyi  kimi:  “Bir  gözü  ağlayar,  bir  gözü  gülər”  Yenə 

özünün dediyi kimi yaşayar, “ağ qarda-göy buzda, saçının 

birini  ağ  hörər,  birini  qara”...    “Dərdi  tək  çəkib,    yaxanı 

tanıtma”,  deyər...  Belə  deyimlər  var:  səksəni  keçən  yüzə 

də gedər, belə gedəni toy-düyünnən apar”.  

Ağır yaslarda evin orta dirəyinə qara bağlanar. “Ağır 

yas”  seçilən  yasdı.  Yalnız  yas  yiyələri  yox,  qonum-qonşu, 

məhəllə, kənd, oba adamları bərkdən danışmazlar, yavaş 

yeriyərlər,  yasda  olanlar  da,  olmayanlar  da  dərdi  dərd 

yiyəsiylə bu cür bölüşərlər. Ayağı yer tutan “baş sağlığına” 

gedər:  “Tanrı  o  dünyasını  versin”,  “Başın  sağ  olsun”, 

“Tanrı  toxdaqlığını  versin”,  “Torpağı  sanı  yaşa”,  “Allah 

soyuqluğunu versin”... 

 Dünyasını dəyişən azyaşlıdırsa ata-anasına deyərlər, 

gedin  ölümün  acığına  yerinizi  qəbrstanlıqda  salın,  elə 

orda  özünüzə  uşaq  düzəldin,  əcəlin  acığına,  yeri  boş 

qalmasın.  “Ağır  yas”da  doğrudan  da  hər  şey  fərqlidi,  hər 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

şey  ağırdı.  Yasa  ağıçı  çağırılır,  əski  çağlaqda  buna  yuğçu  



deyilib...  El  arasında  ən  çox  ağıçı-yuğçu  kimi  yox,  “dil 

deyən”  kimi  işlədilir.  Ölənin  üstündə  “dil  deyilməsə”  bu 

onun ruhuna hörmətsizlikdi. Bu dili də ağıçılar deyər... Usta 

ağıçılar ağır yaslarda ölənin təsvirin verər, öyər, elə cizgilər 

çızar, elə tellərə toxunar, vay-şivən başlayar: 

Qolu dirsəyəcən düyməli 

Özü eydən öyməli 

Qalxanlı, qolçaqlı, 

Beli qılınclı, xançallı 

Ayağı dizəcən çəkməli, 

Çuxası qara bükməli  

Gəlin gərdəyinə girməyən, 

Yar otağı görməyən 

Balam vay, igidim vay, oğlum vay.. 

 

Ağ geydim, qara saldılar. 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yar dedim yara saldılar, 



Altım torpaq, üstüm qaya,  

Gör məni hara saldılar. 

Uca boylum, qara toylum,  

Oğlum, oğlum, oğlum vay... 

 

Qorqud  Dədə  demiş:  “Güz  alması  kimi  al  yanaqlar 



dartılıb  yırtılar”.    Göz  yaşları  qana  qarışar,  “qan 

ağlayarlar”.  “Qan  ağlamaq”  indi  də  qalıb,  yeri  gəldikcə 

indi  də  işlədilir:  filankəs  “qan  ağlayırdı”,  “qan  ağlatma 

yazıqdı”  “qanlı  yaş  axıtdı”  kimi  ifadə  edilir.  Minillikləri 

özündə  yaşadan  bu  cür  ifadələr  də  yarı  uçmuş  qala 

divarları kimi özündə müəyyən tarixləri yaşadır... 

Dərd  indi  də  var,  dərd  sağdı,  ölənlə  ölüb  getmir... 

Dərd  həmişə  sağlamdır.  Mən  öz  yaşımda  belə  ağır 

mənzərələri  çox  görmüşəm.  Bacım  oğlanları  bir-birinin 

ardınca qəzaya uğrayıb  dünyalarını dəyişdilər. Mən yasa 

gələndə  bacımın  qan  ağladığını  gördüm,  gəldiyimi  eşidib 

üzünü mənə sarı döndərmişdi, qanlı yaş içində gülümsədi 

birdən-birə.  Sonra  da  yerindən  tərpənmədən  qollarını 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qaldırıb içini çəkə-çəkə, öz hıçqırıqlarının ahənginə uyğun 



oynamağa  başladı:  -Ağ  toyunu  çaldırammadıq,  gəl,  qara 

toyunu oynayaq...! 

 Üzünü dırnaqlarıyla qopartmışdı, göz yaşları hələ də 

qanlıydı.  “Dərdin  acığına  oynayacam”,  dedi,  dərdini 

oynadı...  təxminən  əlli  il  qabaq  da  belə  bir  yas 

görmüşdüm.  On  yeddi  yaşında  bibim  oğlu  Borçalının 

Bolus  Kəpənəkçidən  Qaraxaç  (Qarakas)  yaylağına 

gedərkən  qəzaya  uğrayıb  dünyasını  dəyişmişdi.  O  vaxt 

mən  Kəpənəkçi  kəndini  iç  vura-vura  bir  yerə  sancılıb 

qırıla-qırıla  tərpənən,  oynayan  gördüm,  ömrüm  boyu  da 

unuda  bilmədim,  hərdən-hərdən  oxuduğum  tarixlərdə 

past gəldim. 

Hörmətli  alim  Zaur  Həsənov  “Çar  skiflər”  əsərində 

qeyd  edir:  “türklərin  əcdadlarının,  şərqi  köçərilərin  dəfn 

ənənələri  barədə  ən  erkən  məlumatlar  bizə  Çin 

mənbəlırindən  gəlib  çatır.  Xunnlar  da,”çar  skiflər 

kimi...ölənlərin  üstündə  ağlayarkən  üzlərini  bıçaqla 

doğrayırlar ki, döyüşçülərin göz yaşları qana qarışsın. Eyni 

şeyi  hunlarda  da  görmək  olar.  İordan  hunların  dəfn 

mərasimi  barədə  xəbər  verərək  deyir  ki,  Atillanın  ölüm 

xəbərini  eşitdikdən  sonra  hunlar  adətlərinə  uyğun  olaraq 

saçlarını  yolur,  üzlərini  yaralarla  eybəcər  hala  salırdılar. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bu  belə  izah  edilirdi  ki,  ad  çıxarmış  döyüşçü  vəfat  etmiş 

çarı  arvad  kimi  ağlayıb  sızlamaqla  yox,    qanıyla 

ağlamalıdır.  Göründüyü  kimi  hunların  bu  dəfn  adəti 

Herodotun “çar skiflər”in yas mərasimi ilə eynidir.”  

El  arasında  deyilən  “kişi  ağlamaz”,  “kişi  göz  yaşını 



göstərməz”  kimi  ifadələrin  də  yaranmasının  təsadüfü 

olmadığı ortaya çıxır.  

Yazının  əvvəllərində  “Kül  təpənə”,  “  başına  kül”  və 

sair  bu  kimi  ifadələr  haqda  fikirlərimi  söyləmişdim,  bir 

daha qeyd edim ki, bu ifadələrin də dərin mənayükü var... 

Bizim  alimlərimizdən  kimsə,  və  yaxud  kimlərsə,  indi 

adlarını  xatırlamıram,  “kül  təpənə”  ifadəsini  minillərlə 

bundan  qabaq  türklərin  dəfn-yas  mərasimləriylə  bağlı 

tədqiq  etmişdilər.  Səhv  etmirəmsə  araşdırmada  deyilirdi 



ki,  ölənin  yaxınları  dəfn  mərasimində  öz  başlarına,  daha 

doğrusu,  təpələrinə  kül  tökürdülər,  ona  görə  də  “kül 

təpənə”  ifadəsi-qarğışı  yaranıb.  Bu  yozumda  müəyyən 

uyğunluq olsa da mənə elə gəlir ki, təsadüfilik, quramalıq 

var. “Kül təpənə” ifadəsi ağıçının dil deməyiylə – dil deyib 

ağlamağıyla  tutmur,  həm  adət  kimi,  həm  də  daşıdığı 

məna  kimi  başqa-başqa  şeylərdir.  Başa  kül  tökmək, 

ağlayanların  üz  cırmagıyla  və  yaxud  hamının  birdən-birə 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bir  yerə  sancılıb  oynamağa  oxşar  hərəkətlər  etməsiylə 

bağlı  ola  bilməz,  yasdakı  ağrını-acını  yaşamaqdan,  ifadə 

etməkdən  uzaqdır.  Yas  törəni-şöləni  üçün  də  uyğun, 

yaraşası  adət  olmadığına  görə  mənə  elə  gəlir  ki,  heç  bir 

qaynaqda  qeyd  olunmayıb.  Əlbəttə  bunu  mütəxəssislər 

daha  dəqiq  bilərlər...    Ölənin  yaxınları  bir  yox,  beş  yox, 

yüzlərlə  ola  bilər,  üstəlik    yasdakı  adamların  hamısı  öz 

təpəsinə  kül  töksə  yas  məclisində  nələr  baş  verdiyini 

təsəvvür  eləmək  o  qədər  də  çətin  deyil,  desəm  yəqin  ki, 

yanılmaram...Mənə  elə  gəlir  ki  “kül  təpənə”  ifadəsi  başa 

kül  tökməklə  yox,  ölənin  qəbriylə,  basdırıldığı  yerlə 

bağlıdır.  Herodot  “Tarix”  kitabında  skif  çarlarının  dəfn 

mərasimi haqqında yazır ki, “...qəbrə həm də qızıl qablar 

qoyulur, sonra qəbir torpaqla doldurulur və üstündə təpə 

(kurqan) yaradılır.(H,1V,71). 

Məncə  “Təpənə  küllər”  ifadəsi  həmin  mərasimlə, 

mənzərəylə əlaqədardır. Əvvəla deyək ki, kül öz tərkibinə, 

işləndiyi  yerə  görə  torpaqdan  fərqlidir.  Kül  tökülən  yerdə 

ot  bitməz,  alaq-çayır  ola  bilməz,  torpağa  baxanda  daha 

isti,  daha  yumşaqdır,  həşaratlar,  böcək,  qurd-quş  üçün 

xoşagəlməzdir,  küllükdən  qaçırlar.  Kül  qalır,  bərkiyir, 

yanmış  olduğuna  görə  hava  saxlamır,  tez  birləşib 

möhkəmlənir...  Kül  tökülən  yerə  püşkək  deyilsə  də  daha 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çox  küllük kimi işlədilir. Belə bir deyim var: “Külü küllüyə 

tökərlər”.  Belə də deyirlər: “Püşkəyi yurd elə sınaqlı olar”. 

Fikrimcə  qırğız  türklərinin  başkəndi  olan  Bişkək  şəhərinin 

adı da həmin sözdəndir. Aldığım məlumata görə nə vaxtsa 

şəhər püşkəklikdə salınıb...    

 Demək  istədiyim  budur  ki,  dörd  künc  qazılan 

qəbirlər  əvvəlcə  küllə  döşənirdi,  yuxarıda  dediyim 

keyfiyyətinə  görə,  sonra  kül  qarışıq  torpaqla  yerdən 

seçilənəcən  doldurulurdu.  Elə  qəbirlər  də  olurdu  balaca 

təpəciklər  qədər  qaldırılırdı.  Bu  ölənin  imkanlarından 

asılıydı.  Yazının  əvvəllərində  dediyim  “Qaşqa  Sərdarın 

təpəsi”  buna  misal  ola  bilər.  Bu  Qaraxaç  (Qarakas) 

dağlarının  arasındakı  düzənlikdə  birdən-birə,  gözlənil-

mədən  qalxan  bir  diklikdir.  Baxan  kimi  əl  işi  olduğunu 

bilmək  mümkündür.  Yüz  illər  ərzində  görkəmini  dəyişib, 

ot gətirib. Qardaşım deyərdi, hər dağın öz otu var. “Qaşqa 

Sərdar  təpəsi”nin  otu  isə  “kəndi  gəlmə”di,  yəni    özü 

gələn.  “Kəndi  gəlmə”  yad  otlara,  -  torpaqla,  küləklə 

daşınan toxumlardan bitən otlara deyirlər... 

 

*** 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin