Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə57/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   51   52   53   54   55   56   57   58   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-  Onda  gərək  rus  xalqı  M.Şoloxovu  məhkəməyə 



versin ki. 

Beləcə…  Heydər  Əliyev  məni  sözün  əsl  mənasında 

qaragüruhun  əlindən  aldı.  Mən  nihilist  tənqidin  dəmir 

caynaqlarından  qurtulub  bir-birinin  ardınca  romanlarımı 

yazdım.  Bacardığım  qədər  sağlam,  təmiz,  halal  sözümü 

dedim.  Bütün  bunlara  görə  və  ən  əsası  yurdumuz 

Azərbaycanı yenidən tikib yaratdığına, Azərbaycan xalqını 

əsl oğul istəyi ilə sevdiyinə, dünyanın ən uca kürsülərində 

Azərbaycan  adını  sevə-sevə  çəkdiyinə  görə  Heydər 

Əliyevə minnətdaram. 

Bu 

gün 


onu 

sevməyənlər 

də 

ondan 


öyrənməkdədirlər. 

Bu  da  həqiqətdir  ki,  uca  dağlar  ətəyindən-dibindən 

bütün əzəmətilə görünməz. Yüzilliklər, minilliklər keçdikcə 

daha  ucalacaq.  Tarix  bütün  mərhələlərində  onu 

xatırlayacaq, Böyük, əbədi Sözünü deyəcək… 

Bu  günsə  O,  -  hələ  də  nigarançılıq,  narahatçılıq 

içində xalqın ağrılarını yaşamaqdadır. Bu ağrıları yaşamaq 

Onun şərəfli taleyinə yazılmış müqəddəs borcdur… 

Siz bu ağrıları yaşamaqdasınız… 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yaşayın, cənab Prezident! 



 

 

*** 



 

Uzaq günlərin birində iki adam bir vaxtda dəyirmana 

gəlir.  Nobat  olmadığına  görə  dəyirmançı:  -siz  dəninizi 

üyüdün,  mən  indi  gəlirəm,  deyib  dəyirmanı  bunların 

umuduna  qoyub  çıxıb  gedir.  Bu  iki  adamın  hərəsi  bir 

səmtdən  gəlsə  də  sən  demə  şeytannan betərmişlər...  Nə 

təhər  olursa  su  azalır,  dəyirman  daşı  birdən  birə  ağır 

işləməyə  başlayır,  biri  o  birisinə:  -Gedim  suya  baxım, 

görüm  niyə  azaldı,  -  deyib  çıxır,  suya  baxmağa.  O  çıxan 

kimi  içəridə  qalan,  onun  dəninnən  bir  çanaq  götürüb  öz 

dəninə qatır.  

Ocaq qalayıb oturmuşdular ocağın qırağında, hər şey 

qaydasındaydı,  dən  üyünürdü,  dəyirman  daşı  da  avaza 

düşmüşdü.  Dən  oğurlayan  birdən-birə  başladı  mahnı 

oxumağa. 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dillən ay daşım, dillən 



O çıxdı yannan,  

Imannan, dinnən, 

Mən aldım dənnən. 

Dillən ay daşım, dillən 

Dillən qardaşım, dillən... 

 

O  biri  işin  nə  yerdə  olduğunu  anladı,  üstünü 



vurmadı,  yalınca  baş  barmağını  ocağın  havasına  tutdu:-

Sən  bilən,-dedi,-  sazaq  hardan  gəlir?    Dən  oğurlayan  çox 

bilmiş  olsa  da  bir  şey  anlamadı,  ona  görə  də  narahat 

olmağa  başladı.  Elə  bu  vaxt  su  yenə  azaldı,  o  biri  dən 

oğurlayana  dedi:  -Bayaq  mən  getmişdim  indi  sən  get, 

suyu  artır...Dən  oğurlayan  qalxdı,  öz  dənini  nişanlayıb 

manşır  elədi,  amma  dəninnən  xeyli  üyünmüşdü.  Çıxdı  ki, 

suyu  artırsın.  Dəyirmanda  qalan  adam  onun  dəninə 

dəymədi, çünki manşırlanmışdı, ununnan götürdü. 

Qayıdırdılar,  yolda  dən  götürən  yenə  başladı  avazla 

öz mahnısını oxumağa: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Əylən qardaşım, əylən, 



Dillən ay daşım, dillən.  

O çıxdı yannan, 

Mən aldım dənnən, 

Dillən, ay daşım dillən.  

 

Un  götürən  yenə  baş  barmağını  qaldırıb  havaya 



tutdu, sakitcə, avazsız dedi: 

Sən aldın dənnən, 

Mən aldım unnan, 

Imannan, dinnən; 

Nə çıxsın bunnan?... 

 

 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

*** 


 

El  arasında  “Quyruq  doğdu”,  “Quyruq  dondu” 

ifadələri var; bu ifadələr eyni anlayışı daşısalar da ayrı-ayrı 

qaynaqlara  söykənir.  Təəssüf  ki,  indi  el  arasında  da, 

elmdə,  -elmi  araşdırmalarda,  mətbuat  aləmində  də  bu 

ifadələr  bir-birinə  qarışdırılır;  bir  hərfin  -  “n”,  “ğ” 

hərflərinin doğurduğu səhv kimi anlaşılır. Belə deyil... 

Yaylaq  həyatında payıza yaxın  havanın  sərinləşdiyini 

görən  ağsaqqallar,  bu  vaxtlar  çovğun,  boran  olduğunu 

bilirdilər,  ona  görə  də  ağbirçəklər  bayıra  quyruq  əridib 

qoyurlar  ki  havanın  nece  olduğunu  öyrənsinlər.  Bunu 

bilmək  indi  də  yaylaq  əhlinə,  daha  çox  çobanlara  lazım 

olur.  Axşamdan  quyruq  yağını  əridib  bayırda  əl  çatmaz 

yerdə  saxlayırlar.  Quyruq  donarsa,  yəni  soyuducuya 

qoyulubmuş  kimi  donarsa  təcili  köçmək  gərəkir.  Azacıq 

üzü  qaysaqlanırsa  və  yaxud  elə  belə  soyuyursa  hər  biri 

üçün köçməyə müddət, vaxt ayrılır... 

“Quyruq  doğdu”  ifdəsi  də  var,  bu  ancaq  ulduz 

düzülüşü  və  doğulmasıyla  bağlıdır.  Bu  da  həmin  vaxta 

düşür,  yəni  quyruq  donan  ərəfələrdə  düzülüşü  quyruğa 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

oxşar  ulduzlar  topası  görünməyə  başlayır.  Quyruğun 



donduğunu  görənlər  həmişə  gecənin  bir  aləmində  baş 

qaldırıb göyə baxarlar ki, görsünlər quyruq da doğubmu? 

Bunlar  xırda  ulduzlar  topasıdı,  batıya,  yəni  günbatana 

doğru əyili, ucu qatdanmış halda görünər... 

“Quyruq  doğdu”    “Karvanqıran”  ulduzunun  yanında 

olar.  Bu  ulduzlara  çoban  ulduzları  da  deyirlər.  Belə 

deyirlər  ki,  “Karvanqıran”  ulduzunun  öz  adı  varmış,  (bu 

adı qardaşım  mənə  demişdi,  çox təəssüf  ki, unutmuşam) 

səhərə  yaxın  çıxar,  çıxmadığı  günlər  də  olur,  o  günlər  də 

çovğunlu,  tufanlı  keçər.  Bu  ulduz  görünməyiylə  havanın 

xoş, ilıq keçəcəyini bildirir.  Hardansa bir duz karvanı gəlir, 

əylənir  Əyri  qarın  ətəyində.  Sözü  bir  yerə  qoyurlar  ki, 

dincələk,  əgər  o  ulduz  görünsə  yola  çıxarıq.  Beləcə, 

gözətçi  qoyub  yatırlar.  Gözətçi  səhərə  yaxın  yanılır, 

ulduzu  tanıya  bilmir,  başqa  ulduzla  yerini  səhv  salır, 

çıxdığını deyir. Qalxıb yollarına davam edirlər, bir az keçir, 

boran,  tufan  başlayır.  Karvandakılar  borana  düşüb 

qırılırlar. O vaxtdan ulduzun adına “Karvanqıran” deyilir... 

 

Noxtalı adam... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

(Xalqın  yaddaşında  dolaşan  bu  hekayət  əsasında 

1980-ci illərdə yazdığım eyni adda ədəbi ssenari var) 

Belə  deyirlər  ki,  bir  at  sövdagərı  bir  kişinin  atına 

vurulur,  -nece  olur-olsun,  neçəyə  olur  olsun-  deyir 

ürəyində,  -  gərək  o  atı  alam.  Ondan-bundan  soruşur, 

öyrənir,  görən-görən  deyir,  o  at  “igid  arxası,  yol  ağasıdı” 

heç kəs satmaz o atı... Sövdagər gedir at yiyəsinin yanına: 

-Qardaş,  -deyir,  maldan  mal  verim,  dövlətdən  dövlət, 

çəkidən  yüngül,  dəyərdən  ağır,  nə  isrəyirsən  götür,  sat 

atını mənə. Ya əlimi kəs, ya ətəyimi. 

 Kişi  toxdamış,  ağayana  adam  idi,  deyir:-Qardaş, 

tanımaza  bilməzə  qapıma  gəlmisən,  qonağımsan,  canımı 

da istəsən verərəm, atı istəmə. 

Sövdagər  kor-peşiman  qayıdası  olur,  amma  atın 

sevdası başından çıxmır. Bir ay keçir, iki ay keçir, dolanıb 

yenə  gedir  at  yiyəsinin  yanına.  At  yiyəsi  deyir:  -Qonaq 

mən  sənə yox  demişəm,  yenə  yox,  deyirəm.  Mənim  yaxşı 

atım  olduğu  kimi  yaxşı  da  itim  var,  bir  də  gəlsən  itə 

yedirdərəm səni. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 Sövdagər  deyir:  -  İzin  ver,  heç  olmasa  gennən  də 

olsa baxım.  Deyir, nə qədər istəyirsən bax. Sövdagər ata 

xeyli  tamaşa  edir,  nə  fikirləşir,  nə  fikirləşmir  deyir:  - 

Qardaş,  sən  mərd  adama  oxşayırsan,  mən  də  mərdi-

mərdanə  deyim,  mənim  başqa  yolum  qalmayıb,  bəlkə 

mən bu atı oğrlamaq fikrinə düşdüm, neyniyərsən? 

 At  yiyəsi  deyir:  -Gəl  belə  danışaq,  mən  atımı 

qoruyacam, əgər oğurlaya bilsən sənindi...halal eləyirəm. 

 Əl  tutub  sağollaşırlar...  O  gündən  at  yiyəsi  atını 

qorumağa  başladı,  sövdagər  atı  güdməyə.    Bir  neçə  kərə 

cəhdi  boşa  çıxdı,  at  tövləsinə  girmək  istədi,  az  qaldı  özü 

itlərə  yem  olsun.  Oğru  dəstəsiylə  kəsmətə  girdi 

(müqaviləyə)  yenə  bir  şey  çıxmadı.  Atı  elə  bil  qalada 

saxlayırdılar, yaxın düşmək mümkün deyildi. Sövdagər ata 

ancaq gendən-genə tamaşa eləyə bilirdi. At yiyəsinin eyni 

vaxtda  evdən  çıxmağı,  yaylağa  qalxmağı,    eyni  vaxtda 

yaylaqdan  enməyi  vardı.  Həmişə  də  enişdə  atdan  enər, 

düzənliyəcən  yedəkləyərdi...  Günlərin  birində  bu  daşlı-

kəsəkli eniş sövdagərin yadına nə saldısa bir neçə gündən 

sonra  elə  burda  atı  gözləməyə  başladı.  Yanında  da  bir 

nəfər  vardı.  Axşama  yaxın  idi.  Qayalıqların  arasında 

gizlənmişdilər... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

At  yiyəsi  həmişə  olduğu  kimi  enişə  çatanda  atdan 

düşdü,  atı  yedəyə  alıb  üzüaşağı  endi.  Sövdagər 

yanındakıyla bir yerdə gizləndiyi yerdən çıxıb atın ardınca 

getdilər. Dar keçid idi, qayalıqların arasıyla burula-burula 

enirdilər,  sövdagər  yavaş-yavaş  yaxınlaşdı,  atın  noxtasını 

açıb öz başına keçirtdi, atı yanındakına verib işarə elədi ki, 

buralarda  gözlə.  At  yiyəsi  eniş  qurtaranda  yüyəni  çevirdi 

ki, ata minsin, noxtadakı başı görüb özündən getdi, çöküb 

daşların  arasına  uzandı.  Sövdagər  başında  da    noxta 

qayıdıb ata doğru qaçdı... 

O vaxtdan sövdagərə noxtalı adam dedilər... 

 

*** 


 

“Quyruq  donandan”  sonra  elin-obanın  yaylaqdan 

enməyi də yaylağa qalxmağı kimi xalqın yaradıcılığı, toyu-

düyünü,  sazı-sözüylə  müşayət  olunardı,  bəzənərdi:  el 

gəlir,  -deyərdilər,  -bir  yanında  ağ-arxa  sürüləri,  bir 

yanında  muraz  üstə  bulud-  bulud  atları,  yelini  paçasına 

sığmaz  haçalı-paçalı  ağartılı  inəklər,  toysin  cöngələr, 

burnu halqalı buğalar, yayla motallarıyla, toyla yununnan 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

toyluq  kələfləriylə,  kərə  yağ  qarınları,  üzdü-üzsüz 



qurudları,  qız  hörüyü  kimi  hörülən  yaylaq  əvəliyi,  kəklik 

otu-kək  otlarıyla  yaylaqdan  enərdilər.  El-oba  zurna-

balabanla yola çıxıb qarşılayardı... 

Hər  halda  yaylaqdan enən  məhsul,  ağartı  Aran azığı 

(azuqəsi-ruzusu) seçilirdi... yaylaq ruzusu idi. 

Bizim  tərəkəmələrdə  işlənən  qarın  yağına  Türkiyə 

türkləri  “dəri  yağı”  deyirlər.  Bizlərdə  işlənən  qarın  yağı 

ancaq  qoyun  qarnından  düzələr.  Qoyun  kəsilərkən 

öncədən qarnı  yağ saxlamaq üçün  ayrılır.  Çox  kök  qoyun 

da,  arıq  qoyun  da  bu  mənada  hesaba  alınmaz,  yəni 

yaramaz.  Lap  yağlı qarınlarda  yağı  saxlamazlar,  ona  görə 

də  deyərlər:  yağlı  qarın  yağ  saxlayar,  amma  öz  dadını 

verər.  Sağlam,  gümrah  qoyunların  qarnı  yağ üçün  ayrılır, 

yuyulub,  təmizlənib,  duzlanıb  sonra  da  üfürülməklə 

şişirdilib qurumağa qoyulur, üzü, astarı asta-asta qurusun 

deyə  günün  altına  yox,  kölgəyə  asarlar,  elə  yerə  ki,  yağ 

tutanların  diliylə  desək,  yelquz    olsun,  yəni  yeldöyəndən 

(skvoznyak)    asardılar.  Təcrübəsiz  gəlinlər  dərinin 

quruyub  qurumadığını  yaxşı  bilmədikləri  üçün  analara, 

nənələrə  göstərərdilər  ki,  görün qarın  quruyubmu.  Onlar 

da baxıb deyərdi: -Hələ canını tapşırmayıb. Yəni hələ nəmi 

var,  yaxşı  qurumayıb.  Qurumuş  olsa  deyərlər:  hə,  canını 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

tapşırıb...Yalnız  onnan  sonra  işə  başlayardılar.  Belə  bir 



deyim  var;  yağın  dadı  yamacdadı.  Yəni,  örüşdən,  -otlaq 

yerindən  asılıdır.  Ən  dadlı  məhsul,  -ağartı  güney 

otundadı.  Hara  gün  çox  düşürsə  oranın  otu  dadlı  olar. 

Ona  görə  də    deyərlər,    qoy  may  ayı  keçsin,  may  ayının 

südü  suludur.  Ağartını  adətən  qora  bişirən  ayında 

yığarlar. Qarın yağı da o vaxtlar hazırlanır. Nehrələr asılır, 



yağı  yağ,  ayranı  ayran...Deyərlər,  nehrə  asılanda  yan-

yörədə yarasa görünərsə xeyir üçündü. Doğrudan da çox 

vaxt nehrə asılan kimi  üstündən o yan - bu yana yarasalar 

uçuşar.  Ona  görə  də  hətta  yarasanı  tutub  qanadının 

tozunu nehrəyə sürtərlər ki, bərəkətli olsun... Yağ tutanda 

qurudulmuş  qarını  astar  üzünə  çevirib  dediyimiz  kimi 

üfürüb şişirdirlər, sonra nehrədən təzəcə çıxmış kərə yağı 

əl içi boyda eliyib qarına doldururlar, elə etmək lazımdı ki, 

içəridə  hava  qalmasın.  Beləliklə,  ağzı  qayım  bağlanıb  so-

yuq aylara saxlanılar. Bu haqda belə deyim var: “yağ qarı-

nının  ağzını  yayda  açan  kasıb”.  Bu  o  deməkdir  ki,  qarın 

yağı  qış  üçündür...  ancaq  kasıb  olan  məcburiyyət 

qarşısında  yayda  yağ  qarnının  ağzını  açar...  Ona  görə  də 

bu deyim yaranıb. 

Çox  adamlar  dadlı  olsun  deyə  yağa  sınanılmış  otlar, 

göyərti,  ətirli  çiçəklər  qatardılar.  Bir  vaxtlar  bu  otların, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

çiçəklərin  adı  bəlliydi,  çox  təəssüf  ki,  bu  adları  öyrənə 



bilmədim. 

Çalxandıqca yağdan ayrılmış nehrə ayranı da maraqlı 

ağartılardandı.  “Ayran  aşı”  deyilən  yemək  növü  var.  Ən 

yaxşı  dovğa  ayrandan  olar.  Ayran  dovğasının  ətri  bütün 

kəndi  başına  götürər.  Ayran  bir  də  qurud  hazırlananda 

işlədilər, süzməyə ayran qatıb qurud üçün yoğurub qurud 

kündəsi  yapılardı...Bir  zamanlar  yəni,  tələbə  olduğum 

illərdə  rus-sovet  arxeoloqları  Sibirdə,  səhv  etmirəmsə, 

Tuva  Muxtar  Respublikasında  arxeoloji  qazıntılar  zamanı 

üç  min  il  bundan  qabaq  düzəldilmiş  qurud  aşkar 

etmişdilər,  o  vaxtın  mətbuatının  verdiyi  bilgiyə  görə 

tərkibini  o  qədər  də  dəyişməmişdi,  tədqiqatçılar  bunun 

nə  olduğunu  bilmirdilər,    onlara  yerli  tuvalılar 

anlatmışdı... 

Dediyimiz  kimi  qatıq  çalınır,  (qatığın  mayalanması- 

çalınması  haqda  artıq  yazmışam)  uyuşandan-tutandan 

sonra kətan torbaya doldurulur, asılır bir yerdən ki, suyu 

süzülsün.  Suyu  süzülür,  torbada  qalır  süzmə.  Süzmə 

kündələnir,  xəmir  kündəsindən  fərqli  olaraq  bir  ucu  iti, 

armudvari yumrulanır. Qurud üçün əsas olan onun harda 

qurumağıdı.  Həmişə  hündürdə  yelquzda  günün  altında 

qurudarlar.  Qurud  günəş  şüalarını  özündə  bol  və  uzun 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

müddət  saxlayandır.  1970-ci  illərdə  kinorejissor  Xamis 



Muradovun  aptekçi  qardaşı  Məhəmməd  Muradovun 

xahişiylə  kənddən  beş-on  dənə  qurud  gətirdim. 

Labaratoriya  şəraitində  tərkibini  araşdırdı,  heyrətli 

nəticələr  söyləyirdi:  ikinci  elə  bir  maddə  tanımıram  ki, 

günəş şüasını özündə bu qədər saxlamış, yaşatmış olsun...   

Dediyim kimi süzməyə ayran qatılırsa bu olur, ayran 

qurudu, ən yaxşı qurud sayılır. Elə belə adi, yəni ayransız 

süzmədən üzlü üzsüz qurud tədarük edilir; əsasən Güney 

Azərbaycanda,  Qərbi  Azərbaycanda,  Göyçə  qurudu  adla 

söylənərdi,  Borçalıda  qurudsuz  qışı  keçirməzlər.    Qurud 

ən  çox  xəngəldə  işlədilir.  “Ahsaqulağı”  deyilən  yemək 

növümüz var, kərə yağı əridilir, əzilib həll olunmuş quruda 

tökülür, 

bu 


da 

dadlı, 


gözəl 

ayaqüstü 

yaylaq 

yeməklərimizdəndir.  Anaların, nənələrin  “qım-qımı”  çalıb 



belə bir mahnı oxuduqları yadımdadır: 

 

Qurudu, qurudu quruddaq, 

Gün vurar yanı çatdar...  

 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Yeri  gəlmişkən    kərə  yağ  haqqında;  kərə  yağ duzsuz 



olur.  Nehrədən  çıxan  yağa  duz  vurmayıb  açıqda 

saxlanılırsa bu kərə yaqdı... 

Zaur  Həsənov  “Çar  skiflər”  tədqiqat  əsərində 

Herodota,  onun  müasiri  olan  Mitilenli  Hellanikə 

əsaslanaraq  göstərir  ki,  “skiflər  və  kimmerlər  həm  də  ilk 

dəfə heyvan yağını hazırlayanlar kimi də tanınırlar”...(“Çar 

skiflər” səh. 39. Bakı-2005)  

Bu  gün  biz  haqlı  olaraq  idmanımızı,  muğamlarımızı, 

aşıq  havalarımızı  dünya  səhnəsinə  çıxardıb  qürur 

duyuruqsa bunlarla, -bu təqdim etdiyim kökü minilliklərə 

bağlı  olan  araşdırmalarla  da    dünyanı  heyrətə  salıb  fəxr 

edə  bilərik.  Çünki  bütün  bunlar  da  mədəniyyətimizin  bir 

ayrılmaz  parçasıdır.  Yuxarıda  dediyim  kimi  “suyun  yanı 

əyilməz,  suyun üzü   düzdü”,  xalqın  yaratdıqları bir  sahəli 

olmur,  yəni,  yalnız  bir  sahəsini  inkişaf  etdirmir,  təbiətdə 

olduğu  kimi  cəmiyyətdə  də  hər  şey  bir-birinə  bağlıdır. 

Əgər “Qız qalası” kimi tikililər yapa bilirsə, muğam sənəti 

kimi ucalığa vara bilirsə, saz havaları  təbiətin-varlığın özü 

kimi  insana  təsir  etmək  gücündə  ola  bilirsə  sözü  də, 

mətbəxi  –  bişi-düşüsü  də  o  səviyyədədir. Türkiyə  türkləri 

demiş, kəsin olaraq böylə kavramalıyız. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Biz  indi  lazımınca  dəyər  verməsək  də  bilməliyik  ki, 



qarın  yağı,  kərə  yağ,  üzdəmə  qaymaq,  motal  pendiri, 

axtarma pendiri, çanaq pendiri, çılğı pendiri, tecən (tejən) 

pendiri,sucuq,  üzlü-üzsüz  ayran,  üzlü-üzsüz  qatıq,  süzmə 

üzlü-üzsüz,  qurud,  onun  da  üzlü-üzsüzü  var,  hamısı  türk 

dünyasının,  indiki  halında  mənsub  olduğum  oğuzların 

min-min illiklər boyu yaratdıqlarıdır ki, öz zamanının kəşvi 

də  deyə  bilərik,  yer  üzünün  əksər  xalqları  bu  adətlərdən 

adıyla-sanıyla  öz  zamanının  kəşfləri  kimi  götürüb  istifadə 

ediblər, indi də yararlanmaqdadırlar... 

Məsəl  var,  “arvadı  əri  saxlar,  pendiri  dəri”,  bu  elə 

belə  söz  deyil,  nece  deyərlər,  əsilli-nəsilli,  köklü-köməcli 

sözdür.  Min-min  illərin  təcrübəsindən,  sınağından  çıxmış 

fikirdir. Dəyişməz əbədi bir qanunun ifadəsidir... 



Motal  böyüklüyündən,  kiçikliyindən  asılı  olaraq 

qoyun  dərisindən  düzəlir.  Yəni  motalın  çəkisi  dərinin 

böyüklüyündən,  kiçikliyindən  asılıdır.  Elə  qoç  dərisi  var 

ki,70-80  kq  pendir  tutur.  Motal  sıxma,  çanaq,  baş 

pendirlərdən  tutulur,  eyni  ölçüdə  üç  barmaq  enində 

doğranıb  duzlanır,  astar  üzünə  çevrilmiş  dəriyə 

doldurulur,  daha  doğrusu,  motal  ağacı  deyilən  xüsusi 

yonulub  sığallanmış  əltutanı  olan  ağacla  dəriyə 

yerləşdirilir. Motal ağacı da hər ağacdan olmaz, palıd, tut, 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

göyrüc  ağacından  düzəlir  ki,  qamqalağı  (Abşeronda 

tilişgə)  qopub  pendirə  qarışmasın.  Həmin  ağacla  basılır, 

sıxılır  ki,  içində  hava  qalmasın.  Motallıq  dərinin  də  yağ 

qarını  kimi  yaxşı  olması,  yuyulub  qurumasından  çox 

asılıdır.  Pendirə  tük  çıxmasın  deyə  dərini  içindən  cuna  ilə 

(tənzif)  örtərlər.  Amma  tükün  pendirə  çıxması  dərinin 

hazırlığından:  yuyulmasından,  qurudulmasından,  xüsusən 

duzundan asılıdır. Çox yerdə pendirə kək otu qatırlar. Yeri 

gəlmişkən, bu ota kəklik otu da deyirlər. Eyni şey olsa da 

kək  otu  kəkdə  bitər,  deyiblər,  yəni  dikdə  bitər.  “Kək”  çox 

əsgi türkcəmizdə dik deməkdir. Saç mənasında işlətdiyimiz 

Kəkil də o sozdəndir, məncə “əmkək” sözünü də o sıraya 

aid  etmək  olar.  Deyərlər,  “Məhləmizə  dəllək  gəlib  kəkili 

yannan qoyur”. 

Pendirin daha ətirli olmasıyçün kək otundan istifadə 

edilir.  Kəklik  sözünün  əsgi  tüpkcəmizdə  mədə-qursaq 

anlamını  ifadə  etdiyi  də  məlumdur.  Ifadə  var:  “Kəkliyim 

azıb...”    Nə  gəldi  yeyəndə,  çox  yeyəndə  mədədə 

narahatçılıq yaranır, ağızda pis dad hiss olunur. Bu “kəkliyi 

azmaq”dır. 

Axtarma  pendir,  bu  ifadəyə  ustad  aşıq  Ələsgərin 

yaradıcılığında  da  rast  gəlinir.  Axtarma  pendir  qoyunun 

çiçək  axtardığı  dövrün  məhsuludur.  Yəni,  bu  dövr  yaylaq 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin