Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə56/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   51   52   53   54   55   56   57   58   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Bir  il  də  keçdi,  1964-cü  ilin    sentyabr  ayında  DTK 



gizlin fəaliyyətimizdən xəbər tutdu. 

1964-cü  ilin    payızı  idi.  Universitetin  Yasamalda 

yerləşən  yataqxanasında  səhər  tezdən  qapımız  döyüldü, 

tanımadığımız adamlar içəri girdilər. 

- Balakişiyev kimdir? 

- Mənəm, - dedim. 

- Gəl! 

Məni  araya  aldılar,  pilləkəni    endik…  Jurnalistika 



fakültəsinin  tələbəsi  Hüseyni  də  mənim  kimi  araya 

almışdılar. İki qara maşın dayanmışdı, hərəmizi bir maşina 

qoyub apardılar. 

Hara 


getdiyimizi 

bilirdim. 

Keçən 

həftə 


yoldaşlarımızdan  bir  neçəsini  aparmışdılar.  Gedib 

qayıdanlar  artıq  bizə  yaxınlaşmırdılar.  Münasibətlər 

qapanıb ətrafa anlaşılmaz dərin vahimə çökmüşdü. 

Səhər  tezdən,  qaranlıq  düşənəcən  məni  müxtəlif 

otaqlarda dindirdilər. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qaranlıq çökmüşdü, saat 9-10 radələriydi. Uzun, ala-



qaranlıq dəhliz boyu dolana-dolana xeyli getdik (bəlkə də 

mənə belə gəlirdi), bir otağın qapısında dayandıq. Qapını 

ehtiyatla və ehmalca açıb məni içəri saldılar. 

Qapının  ağzında  dayanıb  otağa  göz  gəzdirdim, 

özümü itirmişdim, fikrimdə-düşüncəmdə heç nə yox idi. 

 Çox güclü, şaqraq gülüş səsinə özümə gəldim. Otaq 

çox  böyükdür,  yuxarı  başda  saçlarını  arxaya  daramış, 

enlikürəkli bir adam oturmuşdu. 

- Yaxın gəl..! 

Bir neçə addım gedib yenə dayandım. 

- Yaxın gəl..! 

Stolun  üstündə  iri  vazada  alma  qoyulmuşdu.  Yaxın-

laşdım. 

- Alma ye! 

- Yemirəm, - dedim, dodağımın altında. 

- Otur, görüm!- Səs dəyişmişdi. Elə zəhimli idi ki, elə 

bil məni divara çırpdılar. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qorxulu-qorxulu başımı qaldırıb baxdım. Elin-obanın 



«komissar»  dediyi  əmimi  xatırladım,  kövrəldim…  Burdan  

çıxıb  qurtaracağıma  inanmırdım,  ümidim  üzülmüşdü 

artıq. 

- Neynəmisiz? 



Susmuşdum… 

- Düzünü de, görüm, neynəyibsiz! 

-  Heç  nə,  –  dedim.  –  Yığışıb  Cənubi    Azərbaycan 

haqda danışmışıq. 

-  Cənubi  Azərbaycanın  nəyindən  danışmısız? 

Tanıyırsız Cənubi Azərbaycanı?! 

Dinmədim. 

- Sonra neynəmisiz? 

- Heç nə… 

-  Onsuz  da  məlumdur  hər  şey…  Keçini  keçi 

ayağınnan, qoyunu qoyun ayağınnan asacayıq. 

Sözə  başımı  qaldırdım,  çoxdandır  bu  məsəli 

eşitmirdim. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 



Hardansan, 



danışığınnan 

bir 


şey 

ayırd 


edəmmədim. 

Hardan olduğumu dedim… 

Bir  az  ara  verdi,  bu  səssizliyi  anlamaq    üçün  başımı 

qaldırdım… Mənə baxırdı… O vaxtdan qırx il keçib, mən o 

baxışları  bütün  dərinliyiylə  indi  də  xatırlayıram.  Bayaq 

sərtliyinə,  zəhminə  tab  gətirmək  mümkün  olmayan 

göyümsov, daha çox yaşıla çalan gözlərində doğmalıq hiss 

olunurdu. 

- Kimin var, sənin? 

- Atam davadan qayıtmayıb, anam var. 

- Harda işləyir anan? 

- Kolxozda… 

-  Sizə  zəhmət  çəkənlərin  əməyini  itirməyin,  təhsil 

alın, biliyinizi artırın. Ağıllı, bilikli gəncliyə xalqın indi daha 

böyük  ehtiyacı  var.  Sən  bilirsənmi,  başqa  vaxt  olsaydı, 

sizin  başınıza  nə  oyun  açardılar?  Güllələyərdilər… 

hamınızı! 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Mən  artıq  özümə  gəlmişdim,  olanları,  olacaqları 



anlayırdım.  Başladığımız  işin  belə  uşaqcasına  qırıldığının 

göynərtisi  yenidən  oyansa  da  bu  doğma  adamın  hissləri, 

duyğuları qarşısında baxa-baxa qalmışdım. 

-  Mənim  bu  sözümü  unutmayın,  bunu  mən  sizin 

hamınıza  demişəm.  Ağlınızı  başınıza  yığın,  bu  xalqa,  bu 

millətə xeyir verin, elmini ucaldın, tarixini yazın. Rus dilini 

öyrənin,  başqa  dillərə  yiyələnin.  Nə  elədiyinizdən 

xəbərimiz var. Bilmirsiz ki, bu işin ziyandan başqa bir xeyri 

olmayacaq?!  İndi  Moskva    nəticəsini  soruşacaq  bizdən! 

Hamısını  eşidiblər,  bilirlər.  Amma  mən  sizi  Moskvaya 

təqdim  etməyəcəyəm.  Bunun  nə  demək  olduğunu 

anlayırsızmı?! 

O  vaxtdan  qırx  il  keçib.  Mən  o  görüşü  həmişə 

xatırlamışam.  Bərkə-boşa  düşdükcə,  yaxını-uzağı  dərk 

etdikcə bunun nə demək olduğunu anlamışam… 

60-cı 


illərin 

sağlam 


mühitini, 

ali 


məktəb 

müəllimlərinin  dilə  gətirdikləri  milli  duyğuların  hardan 

gəldiyini, 

qarşısıalınmaz 

oyanışın 

kökünün 


hara 

bağlanıldığını 

bildim, 

Azərbaycanın 

ictimai-siyasi 

mühitində  yaranmış  milli  hisslərin,  özünüdərkin,  sətraltı 

çağırışların oyanmasının səbəbini, mənasını anladım. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Dövlət  Təhlükəsizliyi  Komitəsinin  qorxulu  nağıllara 



bənzəyən  qaranlıq,  qapalı  həyatına  Heydər  Əliyevin 

gəlişiylə işıq düşmüşdü və bu işıq nəhayət, bizim də milli 

düşüncələrimizi  işıqlandırmışdı,  bu  işıqda  biz  bir-birimizi 

görməyə  başlamışdıq, birliyə səslənirdik. 

1969-cu ildə  Heydər Əliyevin  Azərbaycan KP MK-in 

I katibi vəzifəsinə təyin olunması milli oyanışın daha geniş 

vüsət almasına səbəb oldu. 

Xalq  ən  yüksək  tribunadan  nəhayət  ki,  öz  səsini 

eşitməyə başladı. Respublikanın birinci şəxsi onun doğma 

dilində danışır, milli hisslərə, duyğulara geniş yer verir, öz 

dilini  gözəl,  səlis  bilməyiylə  ümidi  üzülmüş    ziyalılarımızı 

təəccübləndirir, xalqsa sevindiyindən kövrəlirdi. 

Yadımdadır, 70-ci illərin ortalarıydı, Novruz bayramı 

ərəfəsində  böyükdən  kiçiyə  hamı  Şıx  çimərliyi  səmtində 

ağac  əkməyə  çıxmışdı.  Yazıçılar  İttifaqının  ayrıca  sahəsi 

vardı,  orda  ağac  əkirdik.  Heydər  Əliyev  sahələri  dolaşıb, 

adamlarla görüşüb axırda yazıçıların yanına gəldi. Həmişə 

olduğu  kimi  səmimiydi,  ərki  çatanlarla  zarafat  edir, 

gənclərlə maraqlanırdı. 

Şair Qabil yenə özünəməxsus orijinallığı ilə seçildi: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-  Yoldaş  Əliyev,  Siz  azərbaycanca  nə  gözəl 



danışırsınız! 

Heydər Əliyev astadan gülüb dedi: 

-  Qabil,  sən  niyə  mənim  rusca  gözəl  danışmağıma 

təəccüb  etmirsən,  azərbaycanca  danışmağıma  təəccüb 

edirsən?  Bu  dil  mənim  ana  dilimdir,  mən  bu  dili 

bilməliyəm! Eləcə də  hamımız. 

Bu  söz,  bu  fikir  elə  ordaca  alqışlarla  qarşılandı… 

Amma  onunla  bitmədi,  çoxlarımızın  xəbəri  olmadan  bu 

söz,  bu  fikir  kiçik  məcrasından  çıxdı.  Uzun  müddət  milli 

tərbiyəmizdə iş gördü. 

Rus 

məktəblərinin 



get-gdə 

genişlənən 

və 

şirnikləndirici perspektivlər vəd edən qapılarının taybatay 



açıq  olduğu  vaxtda,  yüksək    vəzifə  yiyələrinin  öz  dilini 

unutduğu bir zamanda deyilmiş bu söz, bəlkə də bir neçə 

günün  içində  Azərbaycanımızın  bütün  künc-bucağına 

yayıldı,  öz  doğma  dilinə  xor  baxan  vəzifə  sahiblərinin 

yadına çox şeyləri saldı. 

Onları dönüb arxaya baxmağa vadar etdi… Arxadakı 

isə taleyi tükdən asılı olan Azərbaycan idi… Bu da faktdır 

ki,  bir  az  əvvəl  yuxarı  səviyyələrdə  Azərbaycan  dilində 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ümumiyyətlə  danışıq  getmirdi,  rus  dilini  pis  bilənləri  işə 



götürmürdülər, ona pis baxırdılar və s. 

Adi bir iməcilik günündə deyilmiş bu söz, bu fikir və 

ümumiyyətlə  Heydər  Əliyev  fəaliyyəti  doğma  dilimizə 

olan  soyuq  münasibəti  dəyişdirdi.  Yeri  gəldi-gəlmədi  rus 

dilində danışan və danışmağa can atan kütləviliyin qarşısı 

alındı.  Gələcəyi  bu  cür  anlayanlar  ayaq  saxladılar  və 

düşünməyə məcbur oldular. 

Rəhmətlik 

Rəsul 

Rza 


danışırdı 

ki, 


(Anarın 

dediklərindən)  Azərbaycan  KP  MK-nin  I  katibi  H.Əliyevin 

qəbulunda oldum… 

Novruz  bayramıyla  bağlı  fikirlərimi  bildirdim.  Mənə 

dedi,  -  Rəsul  müəllim,  gəlin  gedək  bizim  evə,  görək 

Novruz  bayramını  siz  yaxşı  keçirirsiniz,  yoxsa  biz.  Əgər 

bizim  ziyalılarımız  Novruz  bayramını  mənim  tapşırığımla 

keçirəcəklərsə  bu  heç  də  yaxşı  deyil…  Qoy  ürəkləri 

istədikləri şəkildə keçirsinlər. 

O zaman 70-ci illərin əvvəlləri idi, bu söz də dildən-

dilə düşdü… 

Yaz  bayramımız  öz  səmənisiylə    evlərdən  bayıra 

çıxdı, yaxınlı-uzaqlı yurdumuzu dolaşdı. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

1976-cı  ildə  Azərbaycan  Yazıçılar  İttifaqının  VII 



qurultayı  keçirilirdi.  Qurultayda  Respublikanın  I  katibi 

Heydər  Əliyev  iştirak  edirdi.  Gənc  yazıçıların  –  mənim 

yaşıdlarımın  iştirak  etdiyi  ilk  qurultay  idi  və  orda 

mübahisələrə, müzakirələrə səbəb olan söhbətlər indi də 

yadımızdadır… 

Heydər  Əliyev  prezidiumda  oturmuş  Süleyman 

Rüstəmə  və  başqa  qocaman  şair,  yazıçılara  müraciətlə 

dedi: 


-  Süleyman  müəllim,  mən  hələ  orta  məktəbdə  ikən 

dərsliklərdə  sizin  şeirlərinizi  oxuyurdum,  60  il  keçib, 

dərsliklərdəki  yenə  sizin  şeirlərinizdir.  Bu  çox  yaxşıdır. 

Bəs, bu 60 ildə heç gənc şair yetişmədimi?.. Gənclər hanı 

bəs?! 

O  vaxtın    gurultulu  alqışları  hələ  də  qulaqlarımdan 



getməyib. 

Yekun  iclasında  bir  sıra  məsələlərlə  yanaşı  İraqın 

Kərbəla şəhərində uyuyan Məhəmməd Füzulinin qəbrinin 

Azərbaycana  gətirilməsi  haqda  məsələ  qaldırıldı.  Heydər 

Əliyevin dediyi sözləri yəqin ki, iştirakçılar yaxşı xatırlayır. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

- Siz istəyirsiz bu məsələni mən qaldırım. Ancaq bilin 



ki,  elə  şeylər  var,  mənə  qədər  həll  olunmalıdır.  Siz  öz 

tərəfinizdən bu  istəyinizi,  arzunuzu bildirsəniz daha  yaxşı 

olar.  Çünki,  mən  bunu  etsəm  hallandıracaqlar, 

mənalandıracaqlar, başqa rəng verənlər olacaq… 

Vaxt-zaman özü bunu təsdiq etdi. Biz bunu yaşadıq, 

bu gerçəkliyi gözümüzlə gördük, başımıza gəldi… 

Həmin  illərdə  Yazıçılar  İttifaqının qonağı  olan  gürcü 

şair-tərcüməçi  Zezva  Medulaşvilini  Bakının  görməli 

yerləriylə 

tanış 


edirdim, 

Yazıçılar 

İttifaqından 

tapşırmışdılar…  Nağıllarımızın,  «Koroğlu»  dastanının 

gürcü  dilinə  tərcüməsiylə  məşğul  idi.  Azərbaycan  və 

erməni dillərini yaxşı  bilirdi. 

İçəri  şəhəri  dolaşdıq,  Dağüstü    parkdan  Bakını  seyr 

etdik…  Bakı  doğrudan  da  bir  neçə  ilin  içərisində 

dəyişmişdi… 

Qonaq baxdı-baxdı, gözləmədiyim halda dedi: 

- Bilirsiz, siz niyə belə sürətlə inkişaf edirsiz?! 

- İnkişaf edirik ki, bəyəm?! – təəccübümü gizlədə bil-

mədim. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-  Siz  görməsəniz  də  böyük  inkişaf  mərhələsi 



keçirirsiniz, - dedi.        

– Uzaqdan hər şey yaxşı görünür. 

- Bəs, inkişafımızın səbəbi nədir? – soruşdum. 

- Sizin birinci katibiniz millətçidir, budur səbəb. 

Dedim: 

- Hörmətli Zezo, hamı sizə millətçi deyir, sizsə… 



Dedi: 

- Hamının millətçi olmağı başqa şeydir. Bir də ki, bi-

zimkilər ancaq danışarlar, iş görməzlər. Sizinki isə danışır, 

amma dilindəki işi yox, ürəyindəki işi görür. 

Bu söz gözlənilməz olsa da mən fəxr etdim və qürur 

duydum… 


Biz çox vaxt uzaqların-qonşuların belə yaxşı gördüyü 

bu həqiqəti görmək istəmirik. Ancaq görməmək mümkün 

deyil,  sadəcə  görüb  göz  yumuruq…  olsun!  Amma  fakt 

faktlığında qalır. Zaman keçir,  hər  şey durulur  və  Heydər 

Əliyevin  40  illik  siyasi    yaradıcılığı  bu  gün  müstəqillik 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

təntənəsini  yaşayan  Azərbaycanımızın  əsasını  təşkil  edir. 



Biz  desək  də,  deməsək  də  Azərbaycanda  inkişaf  etmiş, 

böyümüş, artmış, tikilmiş, yenidən qurulmuş hər nə varsa 

onun adıyla bağlıdır! Bunu danmaqsa mümkün deyil… Bu 

tarixdir! 

 1983-cü illərdə Əbülfəz Elçibəyin bir söhbətini xatır-

layıram:  «Türkiyə    radiosunu  dinləyirdim,  veriliş  Heydər 

Əliyevə  həsr  olunmuşdu.  Jurnalist  belə  bir  cümlə  işlətdi: 

«Azərbaycanda  doğulmuş  türk  cocuğu  Haydar  Aliyev 

Kremli  fəth  ediyor…»  Sonra  əlavə  elədi,  XX  əsrdə  türk 

dünyası  iki  böyük  şəxsiyyət  yetirib.  Mustafa  Kamal  

Atatürk  və  Heydər  Əliyev.  Çoxlarımız  bunun  fərqinə 

varmırıq,  amma  onlar  çox  uzaq  görəndirlər,  həm  də 

sərkərdədirlər. Türk dünyasının sərkərdələri… 

1970-ci  illərin  sonlarına  yaxın  Heydər  Əliyevin 

iştirakı  ilə  Bərdə  rayonunda  zona  müşavirəsi  keçirilirdi. 

Yazıçılar  İttifaqının  sədri  İmran  Qasımovun  başçılığı  ilə 

gənc  yazıçı  və  şairlər  də  iştirak  edirdi.  Mən  də  onların 

arasındaydım… 

Hər  yanda  səliqə-sahman,  işgüzarlıq  duyulur,  hər 

şey sözün əsl mənasında üzə gülürdü!.. «İttifaq daxilində» 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

bu  görüntünün,  mənzərənin  özü  də  yazılası,  maraqlı 



mövzulardandır…  

Zona müşavirəsinin birinci günü sona yetdi… 

Heydər  Əliyev  bizi  unutmamışdı,  Bərdə  rayon 

partiya komitəsinin I katibinə üz tutdu: 

- Səfərəliyev, yazıçılarla özün məşğul ol! – Onun bizə 

ayırdığı diqqət həmişəlik yaddaşlarda qalacaq. Bu gün 60 

yaşını  haqlamış,  Azərbaycan  ədəbi  mühitində  əsaslı  yer 

tutan yazıçı və şairlərimiz o günü, o anı bütün ömrü boyu 

xatırlayacaqlar. 

-  İmran  müəllim,  gənc  yazıçıları  təqdim  et,  tanış 

olaq! 

 Vaxt o vaxt idi ki, yazdığımız şeirləri, hekayələri milli 



soyadımızla  yaza  bilməzdik,  gizli  qadağa qoyulmuşdu.  Və 

gizli  qadağaların  əslində  daha  qorxulu  olduğunu  nəzərə 

alsaq  o  günlərin  sıxıntılarını  anlamaq  o  qədər  də  çətin 

deyil. 


Müşavirədə  iştirak  edən    Rüstəm  və  Maqsud 

İbrahimbəyov  qardaşları  elə  o  zamanlar  da  tanınırdılar, 

İttifaq  miqyasında  məşhur  idilər.  Azərbaycan  Yazıçılar 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

İttifaqının  sədri  İmran  Qasımov  bizi  tanış  etdi.  Bir-bir 



qalxıb özümüzü təqdim etdik: 

- Nüsrət Kəsəmənli. 

Mətbuat 

nümayəndələri, 

ittifaqın 

müxtəlif 

yerlərindən gəlmiş qonaqlar, jurnalistlər, kinooperatorlar, 

teleoperatorlar  maraq  içindəydilər.  Bir  anlıq  sükutdan 

sonra Nüsrətin soyadını Heydər Əliyev də təkrar etdi. 

- Həə, Kəsəmənli… Nə deməkdir Kəsəmənli? 

- Kəndimizin adıdır. 

- Oldu, Kəsəmənli… 

Sıraylı oturmuşduq. Sabir qalxdı: 

- Sabir Rüstəmxanlı! 

Heydər Əliyev Sabirin soyadını da təkrar etdi. 

- Hə, Rüstəmxanlı! 

Mətbuatda  «oğlu»,  «xanlı»,  «lı-lü»  soy-famil 

sonluğunu yaxın buraxmayanların bəziləri də müşavirədə 

iştirak  edirdilər.  Çoxunu  hətta  tanıyırdıq  da…  Onların 

hamısı  ləzzət  içində  gülümsəyirdilər.  Yəqin  düşünürdülər 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

ki,  indi  ciddi  şəkildə  tapşırılacaq  ki,  yığışdırın,  bu  cür 



familiyaları. Hamı gərginlik içində gözləyirdi. 

- Səyavuş Sərxanlı. 

Heydər Əliyev gülümsədi: 

- Hə, Sərxanlı – xanlı! 

Mən ayağa durdum: 

- Mövlud Süleymanlı. 

- Oldu, sağ olun, əyləşin! 

Müşavirədən  bir  müddət  sonra  İmran  müəllim  bizi 

qəbul etdi. 

- Mən, yoldaş Heydər Əliyevin tapşırığıyla sizi bir də 

çağırtdırdım. İstəyirəm onun sözünü sizə çatdırım. Heydər 

Əliyev  dedi  ki,  müşavirədə  iştirak  edən  gənc  yazıçılardan 

muğayat ol, nə problemləri olsa həll et. Yaxşı uşaqlardır. 

Doğrudan  da  elə  o  ərəfədə  evlə  təmin  olunduq, 

maşın  aldıq,  hərəmiz  bir  yerdə  işləyirdik.  Bir  yazmaq 

qalırdı… 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Və  doğrudan  da  böyük  həvəslə,  ruh  yüksəkliyilə 



yazılarımızı yazırdıq… 

Yeni ab-hava yeni də düşüncə tərzi tələb edirdi… 

İstər-istəməz  milli  duyğular  canlanır,  ağlı  başında 

olan  hər  bir  qələm  əhli  özünü  dərk  etməyə  çalışır,  onu 

əhatə  edən  sıxıntıları,  yad-yabançı  münasibətləri 

ədəbiyyata gətirir, özünü təsdiq edirdi. 

Heç,  şübhəsiz,  «Dəyirman»  povesti  də  bu  sağlam, 

duru,  doğma  ab-havanın  məhsulu  kimi  meydana  çıxdı. 

Əsər  1979-cu  ildə  «Azərbaycan»  jurnalında  dərc  olunan 

kimi  hücumlara  məruz  qaldı.  Antisovet  əsər  adıyla 

hallandırıldı.  Mərkəzə  məktublar  yazıldı.    Elə  həmin  ilin 

payızında  Yazıçılar  İttifaqı,  Natəvan  adına  klubda 

«Dəyirman»  povestinin  müzakirəsini  «məhkəməsini» 

keçirməli oldu. 

Qaragüruh bu əsərə qarşı, - mənə qarşı çox aqressiv 

idi…  bu  münasibəti  mən  indii  təhlil  edib  göstərmək 

fikrində  deyiləm.  Fikrim  məni  qoruyan,  məni  sınmağa, 

məhv  olmağa  qoymayan  insanlara  minnətdarlığımı 

bildirməkdir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

«Dəyirman»  əsərinin  müzakirəsi,  ona  qarşı  olan 



hücumlar  böyüyüb bütün Azərbaycanı bürüdü, Moskvaya  

teleqramlar  vuruldu…  Burda  da,  orda  da  kitablarım 

plandan çıxarıldı. Hamısı üstümə qaytarıldı. 

Belə  sıxıntılı  günlərimin  birində  gənclərin  dostu, 

xeyirxahı  olan  mərhum  İmran  Qasımov  Əkrəm  Əylisliylə 

məni yanına çağırdı, dedi: 

-  Yoldaş  Heydər  Əliyev  indi  mənimlə  telefonda 

danışdı.  Soruşdu  ki, bu nə  «Dəyirman»dı belə? Toyda  da 

dəyirman,  yasda da  dəyirman.  Mən povest  haqda  qısaca 

fikrimi bildirdim. 

- Göndər. – dedi – mən də baxım. 

Və  mən,  sizin  xəbəriniz  olmadan  «Azərbaycan» 

jurnalını  göndərdim.  Budur,  oxuyub  fikrini  bildirdi,  hətta 

akademik Həsən Əliyev də oxuyub, onun da fikrini dedi. 

«Əsər  istedadla  yazılmış  əsərdir,  müəllifi  qorumaq 

lazımdır.  Sadəcə  onun  həyata  baxışını,  görüşlərini 

müəyyənləşdirmək lazımdır. Anlasın ki, həyatımızda yalnız 

tünd boyaları yox, işıqlı tərəfləri də görsün»… 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Sonra dedi  ki,  müəllifi də,  əsəri  nəşr  edən  redaktor 



Əkrəm Əylislini də vaxt tapan kimi qəbul edəcəm. 

Mən  köməyi  –  dəstəyi  dərhal  bütün  varlığımla  hiss 

etdim…  Dediyim  qaragüruh  məni  uçurum  qarşısınacan 

sıxışdırmışdı. Əllərini çəkdilər. 

Heydər  Əliyevin  qəbulunda  da  olmuşdular  artıq.  O 

dəstənin arasından bir nəfər mənə danışdı: 

-  Hərəmizin  əlində  «Dəyirman»  povestinin  nəşr 

olunduğu 

«Azərbaycan» 

jurnalı 


Heydər 

Əliyevin 

qəbulunda  olduq. Bizi görən kimi, - nolub, - dedi, - nə baş 

verib?! 


-  Yoldaş  Əliyev,  bu  əsərdə  bizim  quruluşumuza 

böhtanlar atılıb, qara yaxılıb, söyüşlər yağdırılıb! 

- Nə söyüş? – soruşdu. 

-  Söyüşlərin  altını  qırmızı  karandaşla  cızmışıq… 

Sayını da bilirik. Yetmiş üç söyüş var. 

Heydər Əliyev əsəri vərəqlədi, altından xətt çəkilmiş 

söyüşün birini oxuyüb bərkdən güldü, dedi: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin