C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə4/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

int main(){


int x,y,z;


x=10; y=15;
z=x+y;

}


Göründüyü kimi bu daha başadüşülən formadır. Proqramların mətni bu cür dillərdə yığıldıqdan sonra kompilyator adlandırılan xüsusi proqramlar vastəsilə əvvəlcə müvafiq assembler formasına, daha sonra isə ikili formaya çevrilirlər. Bir daha qeyd edim ki, hansı dildə tərtib olunmasından asılı olmayaraq proqramın kompüter tərəfindən icra edilə bilməsi üçün onun ikili formaya çevrilməsi mütləqdir.

Ümumi olaraq proqramın kompüter tərəfindən icra olunan formasına ikili kod, icraolunabilən kod və ya obyekt kod deyirlər. Proqramçılar tərəfindən tərtib və istifadə olunan yüksək səviyyəli dildə olan formasına isə proqramın mənbə kodu deyirlər. Biz bu kitabda yüksək səviyyəli dillərdən biri olan və 3-cü nəsil proqramlaşdırma dilləri arasında reytinqi daima yüksəkdə olan C++ dili ilə tanış olacayıq.




    1. C++ dili ilə ilk tanışlıq.


Gəlin C++ dilində ilk sadə proqram nümunəsi ilə tanış olaq:


int main ()
{

}


Gördüyünüz bu 3 sətirdən ibarət sadə kod bitkin bir kompüter proqram kodudur. Bu proqram icra olunduqda heç bir iş görmur, sadəcə proqram icraya başlayır və dərhal başa çatır.

İndi isə ikinci proqram nümunəsi ilə tanış olaq. Elə proqram tərtib edək ki, icra olunduqda nəsə bir iş görsün, misal üçün ekranda “Salam Dunya” sətrini çap etsin:




#include


int main ()
{


std::cout<<"Salam dunya \n";

}

      1. C++ proqramlarının strukturu


C++ dilində tərtib olunmuş proqramlar müxtəlif funksiyalardan, qarışıq kodlardan, müxtəlif


mənbə fayllarında yerləşən kodlardan, hətta ayrı kompilyasiya olunmuş ikili fayllarda yerləşən funksiyalardan ibarət olur. Bütün bunlarla biz gələcəkdə məşğul olacayıq. Hələlik isə (funksiyaları örgənənə kimi) bizim baxacağımız proqramların hamısı aşağıdakı strukturdan ibarət olacaq:



  1. #include




  1. int main(){




  1. PROQRAM KODU HİSSƏSİ: 4) }


  1. Yüklə 257,56 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin