C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə2/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Müəllif hüquqları:


Kitabda daxil olunan materialın və proqram nümunələrinin sizin hansısa işinizə yarayacağına müəllif tərəfindən heç bir təminat verilmir. Bu proqramlardan istifadə nəticəsində yaranan istənilən ziyana görə məsuliyyəti oxucu özü daşıyır, müəllif heç bir məsuliyyət daşımır.
Siz bu kitabda daxil olunan material, proqram nümunələri və şəkilləri çap etmək, başqa şəxsə ötürmək, öz saytınızda yerləşdirmək kimi hüquqlara sahibsiniz.
Kitabda verilən məlumatlardan istifadə üçün müəllifə istinad vermək zəruri deyil.
Əgər sizin C++ proqralaşdırma təcrübəniz varsa və kitabın gələcək versiyalarının hazırlanmasında köməklik göstərmək istəyirsinizsə müəlliflə aşağıdakı ünvandan əlaqə saxlaya bilərsiniz.

ahmed.sadikhov@gmail.com


Mündəricat


  1. Giriş… 5

  2. Dəyişənlər 17

  3. Operatorlar 28

  4. Funksiyalar 39

  5. Cərgələr 45

  6. Sətirlər 49

  7. Strukt tiplər 53

  8. Siniflər 55

  9. Göstəricilər 63

  10. Makroslar və başlıq fayllar 72

Əlavələr 74

$1 Giriş.


Bu mətndə C++ dilində proqram tərtibindən bəhs olunur. Bu mətndən istifadə edə bilmək üçün ilkin olaraq heç bir proqramlaşdırma dilini bilmək tələb olunmur.
Hər bir paraqrafın sonunda verilmiş çalışmalar mütləq yerinə yetirilməlidir. Bu sizə materialı daha da aydın başa düşməyə kömək etməklə yanaşı, sizdə gələcək inkişaf üçün əvəzedilməz olan proqramlaşdırma təcrübəsi yaradacaq və artıracaq.

Yadda saxlayın ki, proqramlaşdırmanı örgənmənin yeganə yolu ancaq və ancaq sərbəst proqram yazmaqdır.


Çətinliyi artırılmış məsələlər * simvolu ilə qeyd edilir.
Gələcəkdə Unix sistem proqramlaşdırmanı örgənmək istəyənlər $9 – Göstəricilər bölməsinə xüsusi ilə diqqət yetirməlidirlər.


    1. Ümumi mənzərəyə baxış.


C++ dilinin öyrənilməsinə keçmədən öncə əvvəlcə istərdim ki, kompüter ,proqram, proqramlaşdırma dili kimi məsələlərə bir balaca aydınlıq gətirək. Bugünkü günümüzdə kompüterlərin həyatımıza inteqrasiyasının getdikcə daha da gücləndiyini hiss edirik.
Kompüterlər demək olar ki, bizi hər tərəfdən əhatə edir.

Kompüterlər əsasən idarəetmə işlərində istifadə olunur. Son dərəcə dəqiq, səhvsiz və həddən artıq sürətli olmaları onların bütün keçmiş rəqiblərini durmadan sıxışdırmaqdadır. Ən maraqlı məqam isə bu qədər müxtəlif işləri görən kompüterin əsas istifadə predmetinin məlumat olmasıdır. Kompüterin hər-hansı bir işi görməsi üçün ona lazım olan ən əsas şey məlumatdır.


Məlumatsız kompüter heç-bir işi yerinə yetirə bilməz. Kompüter bütün işlərini məlumat vastəsilə həyata keçirir. Bundan əlavə günümüzdə bizə xidmət edən kompüterlər təkbaşına deyil, şəbəkə halında fəaliyyət göstərirlər. Və belə halda məlumat nəinki hər- hansı kompüterin bu və ya digər işi yerinə yetirməsini həmdə, kompüterlərin şəbəkə vastəsilə əlaqə qurmasını təmin edir.


Kompüterin məlumat üzərində gördüyü işlərin son nəticəsinin kifayət qədər rəngarəng bir spektr əhatə etməsinə baxmayaraq , ümumi halda kompüter məlumat üzərində aşağıdakı işləri həyata keçirir, bunu hər bir proqramçı əzbər bilməlidir:





  1. Kompüter məlumatı qəbul edir. Kompüter məlumatı istifadəçidən, hər-hansı qurğudan və ya şəbəkədəki digər kompüterdən qəbul edə bilər.

  2. Kompüter məlumatı emal edir. Kompüter məlumat üzərində müxtəlif çevrilmə, axtarış

v.s. əməliyyatları apara bilər.

  1. Kompüter məlumatı ötürür. Kompüter məlumatı istifadəçiyə, hər-hansı qurğuya və ya şəbəkə vastəsilə başqa bir kompüterə ötürə bilər.

  2. Kompüter məlumatı yadda saxlayır.

Bütün bu deyilənlərdən isə məntiqi olaraq aşağıdakı sual yaranır: Bəs kompüter hər- hansısa bir məlumat üzərində, konkret hansı əməliyyatın aparılmalı oluğunu necə müəyyən edir?


Əlbətdə ki, heç bir kompüter, heç-bir məlumat üzərində necə gəldi, hansısa əməliyyat apara bilməz. Bütün bunlar əvvəlcədən dəqiq ölçülüb-biçilmiş, düşünülmüş, dəfələrlə test edilmiş instruksiyalar ardıcıllığı vastəsilə həyata keçirilir.
Bu instruksiyalar ardıcıllığı adlanır PROQRAM və ya PROQRAM TƏMİNATI.
Kompüterin hər-hansı bir işin görülməsi üçün tələb olunan instruksiyalar ardıcıllığını tərtib etmək isə adlanır proqramlaşdırma.

Biz dedik ki, kompüterin hər-hansı işi görməsi üçün tələb olunan ən əsas şey məlumatdır. Proqram təminatı da istisna deyil. Yəni proqram təminatı da, başqa sözlə kompüterin məlumat üzərində icra etdiyi instruksiyalar ardıcıllığı da öz növbəsində kompüter üçün bir məlumatdır, kompüterə hansı işləri görməli olduğunu bildirir. Bu nöqteyi nəzərdən biz məlumatları iki tipə ayıra bilərik : kompüter instruksiyaları və istifadəçi məlumatları.





    1. Yüklə 257,56 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin