C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə7/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

std::cout << "Salam" ;

Bu operator icra olunduqda ekranda “Salam” sözü çap olunacaq. Bunun üçün operatorumuzu yuxarıda proqramın strukturu bölməsində izah edilən qayda ilə proqrama yerləşdirməliyik .Yekun proqram kodu aşağıdakı kimi olar:




#include int main (){
std::cout<<"Salam";

}


Baxdığımız bu proqramda PROQRAM KODU HİSSƏSİ std::cout<<"Salam"; operatorundan ibarətdir və biz onu tələb olunduğu kimi int main (){ ilə } -nin arasına yerləşdirmişik. Əgər bu proqramı icra etsək ekranda Salam sözü çap olunar.


Çalışma 1. Ekranda "Salam dunya" sətrini çap edən proqram tərtib edin.
Həlli. Ekranda "Salam dunya" çap etmək üçün std::cout << "Salam dunya" ; operatorundan istifadə edə bilərik. Müvafiq proqram kodu aşağıdakı kimi olacaq:


#include int main (){
std::cout << "Salam dunya" ;
}


İzahı: Biz proqramımızın Proqram Kodu Hissəsində yalnız bir operator yerləşdirmişik - std::cout << "Salam dunya" ; operatorunu. Proqram icra olunduqda təkcə bu operator icra olunur, nəticədə ekranda "Salam dunya" sətri çap olunur və proqram başa çatır.


      1. Yeni sətirdən çap etmə


Tutaq ki, biz std::cout operatoru ilə ekranda əvvəlcə "Salam dunya" sətrini, daha sonra isə "Men C++ dilini orgenirem" sətrini çap etmək istəyirik. Bunun üçün std::cout<<"Salam dunya"; std::cout<<"Men C++ dilini orgenirem"; operatorlarından istifadə etməliyik. Nəticədə ekranda aşağıdakı kimi yazı çap olunar:




Salam dunyaMen C++ dilini orgenirem

Buna səbəb std::cout operatorunun bütün məlumatları bir-birinin ardınca eyni sətirdən çap etməsidir. Bəzən bizə elə bu formada çap etmək tələb olunur, lakin bir-çox hallarda növbəti məlumatın yeni sətirdən çap edilməsi tələb olunur, aşağıdakı kimi:





Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin