C++ proqramlaşdırma dili



Yüklə 257,56 Kb.
səhifə5/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

#include sətri daxiletmə direktividir(direktivləri (10 Makroslar )bölməsində örgənəcəyik). Onun vastəsilə proqrama iostream faylı əlavə olunur harada ki, yalnız bəzi standart funksiyaların elanı yerləşir. Burada icra olunan heç bir kod yerləşdirilmədiyindən hələlik bizim üçün maraqlı deyil.




  1. int main (){ sətri proqramın icraya başalama yeridir. C++ dilində tərtib olunmuş bütün proqramlar bu yerdən icra olunmağa başlayır.




  1. Proqram Kodu Hissəsində biz operatorların və dəyişənlərin köməyi ilə proqramın görməli olduğu işi kodlaşdırırıq. Bura istədiyimiz qədər proqram kodu yerləşdirə bilərik və həmin kod əvvəldən sona doğru icra olunacaq.




  1. } mötərizəsi proqram kodu hissəsinin sonunu bildirir.



      1. C++ proqramlarının icrası


Bizim C++ dilində tərtib etdiyimiz kod, misal üçün




#include int main (){
std::cout<<"Salam dunya \n";

}


kodu proqramın mənbə kodu adlanır. Bu mənbə kodu C++ dilinin sintaksis tələblərinə uyğun yazılmış adi mətndir və o icra oluna bilməz. Lakin xüsisu sistem proqramlar vastəsilə biz bu mətndən icra oluna bilən proqram kodu alırıq. Həmin xüsusi sistem proqramlar adlanır kompilyator. Proqramın mənbə kodundan icraolunabilən proqram kodunun alınması prosesinə isə deyirlər kompilyasiya və ya proqramın kompilyasiyası.

Deməli biz C++ dilində tərtib etdiyimiz proqram kodunu icra etmək üçün əvvəlcə onu kompilyator vastəsilə kompilyasiya edib ondan icraolunabilən proqram kodu almalıyıq. Daha sonra artıq icraoluna bilən proqram kodunu adi proqramları icra etdiyimiz kimi icra edə bilərik (üstündə 2 dəfə klik etməklə və ya proqramın adını terminaldan daxil etməklə).





      1. Yüklə 257,56 Kb.

        Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin