C++ proqramlaşdırma dili


Dəyişənlərin elan olunmasına aid misallar



Yüklə 257,56 Kb.
səhifə14/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

2.3.1 Dəyişənlərin elan olunmasına aid misallar




Calışma 1. int tipindən x adlı dəyişən elan edin.


Həlli: Dəyişənin tipi int, adı isə x olduğundan int x; operatoru ilə int tipindən x adlı dəyişən elan etmiş oluruq.


Çalışma 2. int tipindən dey1, cem və x adlı 3 müxtəlif dəyişən elan edin. Həlli: int dey2, cem, x;


Çalışma 3. int tipindən x,y,z, float tipindən q,r, char tipindən isə S,s, c, dd dəyişənlər elan edin.

Həlli:


int x,y,z; double q,r; char S,s,c;

2.4 Dəyişənə qiymət mənimsədilməsi


Dəyişən elan edərkən onun üçün yaddaşda yer ayrılır. Bu yerdə dəyişənin tipinə müvafiq məlumat yerləşdirmək olar. Bu əməliyyata dəyişənə qiymət mənimsətmə və ya qısa olaraq mənimsətmə deyilir. Dəyişənə qiymət mənimsətmək üçün müxtəlif vasitələrdən istifadə olunur. Misal üçün mənimsətmə operatorundan istifadə etməklə, cin operatorndan istifadə etməklə, dəyişənin ünvanına başqa ünvanda olan məlumatı köçürməklə. Bunlardan ilk ikisi ilə (mənimsətmə və cin operatorları) bu paraqrafda tanış olacayıq, ünvandan köçürmə qaydası ilə isə paraqraf 9) göstəricilər mövzüsunda tanış olacayıq.

2.4.1 Mənimsətmə operatoru


C++ dilində mənimsətmə operatoru bərabərlik simvolu ilə işarə olunur, = kimi. Bu operator vastəsilə dəyişənə qiymət mənimsətmək üçün aşağıdakı qaydadan istifadə olunur:




dəyişən = qiymət;

Son mütləq ; simvolu ilə bitməlidir. Dəyişənə qiymət mənimsətmədən öncə o mütləq elan olunmalıdır. Bu zaman dəyişənin əvvləki qiyməti silinir və onun qiyməti yenisi ilə əvəzlənir.




Tipik proqramlaşdırma səhvi: Yeni başlayan proqramçılar dəyişəni elan etməmiş, proqramda ona qiymət mənimsədirlər və ya elanda dəyişənə bir ad verirlər, qiymət mənisədəndə isə səhvən bir qədər fərqli addan istifadə edirlər. Nəticədə kompilyator "xxx" adlı dəyişən tanınmadı səhv mesajını çap edir.


Məsləhət: Dəyişənə qiymət mənimsədərkən onun elanı sətrini bir daha nəzərdən keçirin və adın eyni olduğuna əmin olun.



Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin