Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə9/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   ...   6   7   8   9   10   11   12   13   14

 
 
BİRİ VARDI, BİRİ YOXDU 
 
Kainatın nə vecinədi 
Ulduzlar arasında 
Hansı Qalaktikanın harasında 
Bir Yer kürəsi var, ya da yoxdu. 
Bəlkə min il sonra biləcək 
Bir ulduz da axdı... 
Bəlkə əksinə, 
Ulduzlar səs verəcək 
İtkin düşmüş ulduzun səsinə. 
Bir ulduzun ki, 
İnsan adlı balası vardı. 
Troya adlı şəhəri, 
Yeddi möcüzəsi, 
Bir də Qız qalası vardı. 
Hələ saysız-hesabsız 
Möcüzələrini demədik. 
Günəşli gündüzlərini, 
Aylı gecələrini demədik. 
Bir Yer kürəsi vardı, 
İnsan adlı möcüzəsi, 
Möcüzənin yaratdığı söz, 
Sözün yazanda şəkli, - 
Danışanda səsi vardı. 
Bir də Oljas Süleymenov, 
Süleyman nəvəsinin 
Söz haqqında sözü vardı. 
Qalaktikanın xatirəsində 
Yer kürəsinin yerini tapmayacaqlar, 
Başlayacaq tapmacalar. 
Ulduzoloqlar tox duracaqlar, 

  
 
 
 
232
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Oğurlanmış səyyarə hesabına 
Hərə bir nağıl uydurub,  
Elmlər doktoru olacaqlar.  
Sonra bu şarlatanlar,  
Fərz eləyənlər  
Qara yaxanlar, şər atanlar  
Silahlar yaradıb  
Dayanacaq üz-üzə,  
Göz-gözə, 
Silahlar taxtabiti kimi daraşacaq 
Səmaya, 
yeraltına, 
dənizə, 
çölə, düzə, 
zirzəmiyə, dama, dəhlizə.  
Balaca casuslar qoyulacaq  
adamların ciyərinə,  
ürəklərinin içinə.  
Gizli qalmasın heç nə.  
Oğurlanmış Yer kürəsi üstündə  
hansı bir səyyarəsə  
Olacaq pis gündə.  
İki düşmən cəbhəyə 
bölünəcək ölkələr –  
Bir-birinin üstünə sürünəcək  
Vahiməli qara kölgələr.  
Bu gecə məni də yorub  
Bəlkə, bəlkə də, bəlkələr... 
Bəlkə ayağımızın altında  
Heç partlatmayaq doğma yeri.  
İşə salmayaq  
Uzaq səyyarələri. 

                                                                                  
 
 
233
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
 
İNSANLAR 
 
Insanlar bezib 
Gərginlik altındakı dincliyindən.  
Bir-birinə gəldiyi  
kələyindən, bicliyindən.  
Elədiyi savabdan da,  
günahdan da doyub insan.  
Qorxub yaratdığı silahdan da,  
onu da əlindən yerə qoyub insan.  
İndi öz ağlından  
qorxduğunu gizləyir.  
Möcüzə gözləyir,  
Kimsə göydən düşsün,  
yerdən çıxsın, 
axırı ki, bu həqiqətləri yıxsın.  
Əlimizdən silahları alsın,  
Ağıl qoysun başımıza.  
Havamızdan vahimə götürülsün,  
dinclik hopsun  
torpağımıza-daşımıza.  
Döyülək, söyülək, danlanaq  
uşaq kimi, 
olsun ki, saflaşaq işıq kimi.  
Başları böyüyüb,  
ağla dolub, artmağa.  
Təzədən başlayaq  
bu dəhşətli silahları yaratmağa. 

  
 
 
 
234
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
RİSKSİZ CƏSARƏT 
 
Demə "taleyi-bəxt",  
uduzmayacaqsan heç vaxt,  
Nəyin var, nə uduzasan?  
Ucuz demə  
Ucuza sən. 
Atılmısan ortaya, oyna! 
Nə abır, nə həya, oyna! 
Sonra da qışqır, 
Getdi abrım, həyam - 
Elə bilsinlər var imiş! 
Çıxdı əlimdən gül kimi əyyam - 
Elə bilsinlər var imiş. 
Haray sal, düşdüm hörmətdən, 
düşdüm qiymətdən, 
elə bilsinlər o da var imiş. 
Ürəyinin odu azaldı, 
Qoy elə bilsinlər 
Ürəyinin odu var imiş. 
Haray sal 
"ağlım korşaldı", 
"gözüm işıqdan qaldı", 
elə bilsinlər ağlın da, gözün də varmış, 
Yellən, a qamış, 
xışılda, a qamış. 
Ay boydan uzun, ağıldan gödək 
allah qarğamış. 
Qışqır, həyasızlıq elə. 
Olmayan yerdən nə itirəcəksən? 
Bəlkə bir şey qazandın 
bundan belə. 

                                                                                  
 
 
235
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
          *** 
 
Qızı gördü ağladı göy. 
Yağış altda yarpaqladı qız, 
Yoldaca pardaqladı qız. 
Bəsdir, yağma, ay insafsız, 
bizə yazığın gəlsin. 
Məhəbbət bürüdü yolları, 
Qızı görüb söyüdlərin 
yanına düşdü qolları. 
Analar, evdə gizlədin 
Yeniyetmə oğulları. 
Ölüm olsa, mən özümü toxuyardım, 
Bu ölümdən də betərdi. 
Bu məhəbbət, hər oğulun işi deyil, 
hər ananın 
yükü deyil oğul dərdi. 
 

  
 
 
 
236
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ŞİRİN SÖHBƏT 
 
Yaman şirin keçdi bu söhbətimiz,  
Yanaşı durmuşdu gölməçə, dəniz.  
Əcdadımız birdi, kökümüz birdi,  
Kim bilir bəlkə də, yükümüz birdi.  
Səni də, məni də kin bulandırar, 
Yağış sərinlədər, günəş yandırar.  
Nə fərqi gölməçə, ya da ki dəniz,  
Səma güzgüsündə eyni şeyik biz.  
Fərqi yox, kainat tay-tuşumuzdu,  
Ulduzun axması uçuşumuzdu.  
Mən də yaşayıram qoca dünyada,  
Sən də öz ömrünü yaşayacaqsan.  
Mən desəm nəyəmsə tanışa, yada,  
Sən də bu söhbəti başlayacaqsan.  
Yadıma düşəndə öz "dəniz" adım,  
Xəlvətcə qəlbimdə mən lovğalandım.  
Dedim: "kiçikliyim səndən böyükdü,  
Dəvənin dərisi eşşəyə yükdü". 
Hərdən ölümünü unudur insan,  
Başından yuxarı baş aparır dil.  
Gölməçə, bağışla, əgər bacarsan,  
Əgər bacarmasan, heç gərək deyil. 
 

                                                                                  
 
 
237
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
MƏNİM BİRCƏ DÜNYAM 
 
Ac qalsam ümidimi yeyərəm,  
Günəş işığına bürünüb,  
dumanını əynimə geyərəm.  
Əlsiz-ayaqsız qalsam,  
İlan kimi sürünüb  
yenə sənə gözəl dünya deyərəm.  
Mənim bircə dünyam,  
Neynim, səndən ayrısı yoxdur. 
 
Gözlərim gözəlliyini görür,  
Çiçəklərin üzümə gülür. 
 
Görsəm ki, arzumun  
Ləçəkləri tökülür,  
Görsəm ki, ümidimin  
beli bükülür,  
Yenə işığını sevərəm,  
Səni öyərəm. 
Gözəlsən, dünya, deyərəm.  
Mənim bircə dünyam,  
Neynim, səndən ayrısı yoxdur. 
 
Yolların ayrıcında 
Məni dörd yerə parçalasalar da, 
Məni suda boğsalar da, 
Məni oda qalasalar da 
Yenə sənin gözəlliyindən danışaram. 
Yenə sənə nəğmələr qoşaram, 
 

  
 
 
 
238
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Yenə sənə baş əyərəm. 
Gözəlsən, dünya, deyərəm, 
Mənim bircə dünyam, 
Neynim, səndən ayrısı yoxdu. 
 

                                                                                  
 
 
239
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
İNSAN ÖMRÜ 
 
Bu yatmaq deyil
Üzü arzulara uzanırıq səhərə kimi. 
Bütün ömrümüz uzunu 
bunu təkrar eləyirik 
Son səfərə kimi. 
Gözlərimizi yumub baxırıq 
ulduzlardan o yana. 
Adam istəmir 
bu şirin səfərdən ayrıla, oyana. 
Ulduzlara səfərdən gecikmişəm,  
əlim çatmaz ətəyinə  
bir də o günlərin. 
Dünyaya gələn kimi 
Sorağını almışam bu xəbərin. 
İçin-için ağlamışam.  
bilmişəm ki, 
nə sürünənəm, nə də quşam. 
Çəyirtkəyəm, 
kosmosa kimi atılıb, düşürəm. 
Quş yumurtasında balayam, 
yer atmosferində yetişirəm. 
Yumurtanı dimdikləyirəm  
iç üzündən. 
Hələ nə kainatdan xəbərim var,  
nə də özümdən. 
Hələ bu yuxudan oyanmalıyam, 
Hələ öz rəngimə boyanmalıyam. 
Hələ ulduzdan 
ulduzlara qonmalıyam. 
Hələ beynim yuxudan ayılmayıb,  

  
 
 
 
240
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Gözlərim açılmayıb səma kimi,  
Hələ qanadlarım düzəlməyib, 
uzanmayıb arzuma kimi.  
Hələ quruca adım var,  
Bizim Qalaktikanın 
balası İnsanam.  
İnsan olası İnsanam.  
Bu böyük ömürdə                   
bir zərrəyəm, 
zərrəciyəm mən,  
Lap ondan da kiçiyəm mən.  
Eh, nə fərqi var,  
bu günəm, 
sabaham,  
dünənəm.  
Hər halda böyük bir  
İnsan ömründənəm! 
 

                                                                                  
 
 
241
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
MƏNİ DƏNİZ ÇAĞIRIR 
 
Gecələr yuxudan oyanıram pıçıltısına, 
məni dəniz çağırır.  
Elə bil unutduğum layla səsidi.  
Elə bil dünyanın  
Əbədiyyət nəğməsidi, 
Mavi gözlüm çağırır məni.  
Uzun bir yuxu,  
gözəl bir ölüm çağırır məni.  
Sizə qəribə gəlməsin  
Ömür var ki, 
Şərəfsizlikdən də şərəfsizdi.  
Ölüm var ki, 
böyükdü, aydındı, gözəldi,  
elə bil ki, dənizdi. 
Bəzən adam 
öz içindən quruyur  
Ağac kimi, bulaq kimi.  
Bəzən adam öz zirvəsindən  
Sökülür dağ kimi.  
Bəzən adam öz çəkisini itirir,  
uşaq əlində də oynayır  
oyuncaq kimi.  
Belə anlarda axır üstümə,  
Uzaq ulduzların zümzüməsindən  
boylanır yaşıl bir  
yarpaq səsindən.  
Bəlkə də ürəyimin gücündə qalmış 
bir damla yaşamaq həvəsimdən. 
Dənizin səsini eşidirəm,  
Bir cüt mavi göz olur dəniz.  

  
 
 
 
242
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Məni göllərin 
balacalığı sevindirir,  
ruhumu nurunda yuyundurur.  
Məni dəniz çağırır  
Balamdan, sevgilimdən xəlvət.  
adi yaşamaqdan,  
adi ölümdən xəlvət.  
Məni canındakı  
Lovğasız, təmiz çağırır.  
Soyunuram təmizlikdən özgə hər şeyi,  
Məni dəniz çağırır. 
 

                                                                                  
 
 
243
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
GƏRƏKDİ 
 
Ömür onsuz da gödəkdi.  
Bu gödək ömürdən də  
Yeddi il bağçanı çıx, 
on beş il məktəbi,  
Çoxunun gözündə qalır mətləbi.  
O vaxtacan 
gözünün oduyla qazan qaynadan  
qızlar tağından düşür.  
Oğlanlar dəliqanlılıq 
oylağından düşür.  
Evlənməmişdən hesablayırlar 
əmini, dayını,  
Olası uşaqların sayını,  
Babanın, nənənin payını.  
Evlərinə gələni, gedəni.  
Toy günü sayırlar  
Saçlarına düşən dəni.  
Ömür onsuz da gödəkdi...  
Neyləyəsən axı,  
Oxumaq da gərəkdi,  
Ev də gərəkdi, uşaq da gərəkdi... 
 

  
 
 
 
244
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MƏKTUBLAR 
 
Bir ürəyin arzusundan yoğrulur,  
bir ürəyin istəyindən doğulur,  
bir ürəyin istisindən ayrılır,  
məktublar.  
Dəmir çarıq geyən oğul kimi,  
Xoşbəxtlik axtarmağa gedən  
oğul kimi 
düşür bu yolların ağına.  
Heç kəs bilmir 
nələr gələcək başına,  
bir ünvan yazılıb ayağına  
məktubun.  
Sözlərdə ürək çırpınır - 
sevincdən partlayır,  
kədərdən sınır.  
Bu həyəcanlı xətt  
aşkar yazılar, 
gizli yazılar.  
Sözlərin arxasında  
Gözlərdən oğurlanıb  
Xəlvət görüşə gedən 
əli çıraqlı arzular.  
Çoxusu yazılmaz, 
bəzi yazılar.  
Gözlənər, gözlənməz  
gözdən gizlənər, gizlənməz  
məktublar. 
Ağlar, gülər 
bəzi zərif dodaqlarda öpülər.  
Bəzən cırılıb pəncərədən tökülər.  

                                                                                  
 
 
245
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Kiminin evinə 
qələbə sorağı gələr.  
Kimi də qəhrəman kimi ölər.  
Məktublar, məktublar.  
Kimi cılız bir mətləb olar,  
Kimi bir məktəb olar  
Məktub var, məktub var...  
Yolların sərgərdanı  
Məktublar... məktublar... 
 

  
 
 
 
246
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
YOLUNA BAX 
 
Gecə ayrı bir gecə.  
Sakit, ayrı bir gecə,  
Piyada yol gedirəm, 
Yola sərilib sükut,  
ulduzlarla mıxlanıb  
göyə bir topa bulud.  
Yolum dərədən keçir,  
Yolum təpədən aşır.  
Deyəsən, yol axırda  
Gedib aya dırmaşır.  
Gecə ayrı bir gecə...  
Gecə ayrı bir gecə...  
Könlümə uçmaq düşdü,  
Gözümü dikdim aya.  
Niyə axı qanadsız  
Gəlirik biz dünyaya?!  
Qalxardım asimana, 
ay nurunda üzərdim,  
dağların başı üstə  
Qartal kimi süzərdim...  
Ayağım daşa dəydi, 
tozlu yola sərildim.  
Özüm özümə gəldim.  
"Göyə, aya, ulduza 
adam yavaşca qalxar".  
Gecə yol yeriyəndə  
Adam yoluna baxar! 

                                                                                  
 
 
247
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
YOL 
 
Biz bu yolu çox getmişdik  
atılıb düşə-düşə,  
güləşə-güləşə.  
Getmişdik piyada,  
arabada, atlı, 
Sözlü, zarafatlı, qanadlı.  
İllər keçib,  
Subaylığın soltanlıq 
taxtından ucalmışıq,  
Hərəmiz bir yanda yurd salmışıq.  
Uşaqlı, arvadlıyıq,  
Kabinet hünərliyik, 
vəzifə adlıyıq.  
Sözümüzün kəsəri artıb,  
Qulağımızın xəbəri artıb,  
Bizi vəzifə dartıb, 
uzadıb, düppədüz eləyib.  
Dostumuzu unutdurub  
Tanışlarımızı yüz eləyib.  
İndi əlli ilin başındayıq, 
yenə həmin yoldu. 
Maşındayıq. 
Öldürə bilmirik 
İlan kimi ürək üzən vaxtı. 
Söhbətimiz qısadı, 
Yol uzaqdı...uzaqdı... uzaqdı... 

  
 
 
 
248
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BİR AN 
 
Ay işığında 
lümlüt soyunub gecə,  
Ay işığında yuyunub gecə,  
Çiyninə sarı bir tül atıb.  
Meh qara bir pişik kimi  
Gecənin ayağı altında yatıb.  
Ağaclar ayaq üstə donub qalıb,  
Nəfəsini də çəkmir. 
Quşları yuvalara 
elə bil əridib töküblər.  
Ay işığını dənizə  
Elə bil əkiblər.  
Dağlarda şəlalələr  
yəqin indi  
asılı qaldı havadan,  
Dondu zaman,  
Uzandı an. 
Təyyarələr səsini içinə saldı,  
İşıqlı pəncərələrini yumdu.  
Yarasaların, bayquşların  
Təyyarə qanadı kimi 
qanadları dondu qaldı.  
Mən qapıda donmuşam,  
Tərpənsəm əgər  
Sular axar, 
meh dirilər,  
ay işığı yağar. 
Ağaclar dərin bir köks ötürüb 
başını bulaya-bulaya pıçıldaşacaq,  
 

                                                                                  
 
 
249
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Quşlar yuvalardan 
aşıb-daşacaq.  
Keçib gedəcək an,  
Belə də nə qədər  
Qapıda donub qalasan. 
            

  
 
 
 
250
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ÖZBƏK QARDAŞIM 
 
Boynum vurulub bəzən, 
amma əyilməyibdi  
Heç zaman başım mənim.  
Sənin duz-çörəyinə 
bu gün baş əyirəm mən,  
Özbək qardaşım mənim.  
İki min ildi dedin  
Gözəl Daşkəndin yaşı. 
üç milyardı keçib  
İnsanlıq yaşın sənin.  
Özbək qardaşım mənim,  
Mən yaxşı tanıyıram 
bu torpağı, bu daşı.  
Qardaşlığın yanında 
dostluğun azdır yaşı.  
İnsan ağlı kəsən vaxt 
indilərdi, indidi,  
Yer kürəsi insanın 
balaca Daşkəndidi.  
Zəlzələsi olmasın, 
vəlvələsi olmasın,  
doğma səslər içində  
Ögey səsi olmasın.  
Tarix elə gətirsin  
Bir zaman Daşkənd desin:  
Milyondur yaşım mənim. 

                                                                                  
 
 
251
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
ƏVVƏLİNDƏ, AXIRINDA 
 
Ömrün əvvəlində 
Zamanın cilovunu 
möhkəm tut əlində. 
Ömür bir əlcə çörək deyil, 
yeyəsən, üstündən su içəsən. 
Ömür bir yoxuşluq yol deyil, 
fıt çala-çala keçəsən. 
 
Ürəyinin astarını üzə çevir,  
damla gözlərini 
dənizə çevir. 
İşlət, açılsın beyninin pası. 
Fikrinin qarşısında 
qırılacaq ulduzlu kainatın  
mavi yaxası. 
 
Yaşa, 
zamanla baş-başa, 
insanlarla əl-ələ. 
Ya da elə-belə 
insansız, zamansız,  
amma inamsız  
yox! 
Ömrün axırında 
ömür bir əlcə çörəkdi.  
Yemisən, üstündən su iç. 
Ömür bir yoxuşluq yoldu, 
keçmisən, sonunu da kişi kimi keç. 
 

  
 
 
 
252
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Hələ bacarsan, 
son nəfəsdə bir zarafat elə.  
camaat gülə-gülə qalsın, 
Sən də aradan çıx 
gülə-gülə. 
 

                                                                                  
 
 
253
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
GECƏYARI 
 
Gecənin altında ocaq qalamışam,  
Qaranlığı odlamaq istəyirəm.  
Gecəni yaman yaxalamışam –  
Üstündən səhərə adlamaq istəyirəm.  
Göydə də milyon-milyon  
Ocaq qalayıb mənim kimi ağılsızlar,  
Səhərə kimi qaranlıq  
yanar, sızlar. 
Səhər gözəllərin gözlərinə 
köçəcək qaranlıq,  
Dönəcək qara ətirli saçlara,  
qara qaşlara,  
ocaqlı, ulduzlu baxışlara.  
Od qoyub alışdıracaq məni,  
Göyə dırmaşdıracaq məni.  
Min ədası,  
Min nazı olacaq,  
Canından keçən mən, 
Məndən narazı,  
Özündən razı olacaq.  
Axşam da "mən getdim" - deyə  
Əriyib qarışacaq gecəyə. 
 

  
 
 
 
254
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
SÖZÜ QURTARIB 
 
Dənizin sözü qurtarıb, 
Çəkib üstünə dumanı,  
Uzanıb dan yerinin altına,  
Görkəmi heç yaraşmır adına.  
Elə bil əritmisən dənizi  
Tökmüsən torpağın çopuruna –  
Hamar olsun yer üzü.  
Dağların damarı qırılıb,  
qırçını açılıb.  
Sahildə qayalar  
Fikrə gedib - qocalıb.  
Günəş qalxıb o başdan,  
qızıl süfrəsini  
dənizin üstünə salıb,  
üstündə gümüş  
balıqlar atılıb-düşür. 
Qağayılar 
Sevincindən gülüşür. 
Yaman dirçəlib 
Taykeş ayaqqabılara oxşayan 
balaca qayıqlar.  
Balaca qayıqlarda üzür 
balaca qayğılar.  
Şeytanın biri deyir:  
-
 
Oyat dənizi, - qışqır,  
Ya da sal əlini 
dənizi qarışdır. 
 
 
 

                                                                                  
 
 
255
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
QAZAX ANASI          
 
Qazaxların anasını gördüm,  
Dayanmışdı bir göl sahilində, 
atının cilovu əlində.  
Ucsuz-bucaqsız çöllərə baxmaqdan,  
Üfüqə dirənən yollara baxmaqdan 
gözləri qıyılmışdı.  
Yanağı susuz çöllər kimi  
qırış-qırışdı.  
Atı da qulaqlarını şəkləmişdi,  
at ayaqlarının  
səsini eşitmək istəyirdi,  
İgidlərinin nərəsini eşitmək istəyirdi.  
Zamanın yalmanına 
yatıb gedənlər,  
Üfüqə dırmaşan yolu 
tutub gedənlər,  
Elə bil heç yox idilər,  
elə bil 
qarmaqarışıq bir yuxu idilər.  
Onlardan bu ucsuz-bucaqsız 
çöllər düşüb qaldı,  
Atlarını suvardıqları 
bu çaylar, göllər düşüb qaldı.  
Bir də ana yaddaşında 
meydan suladıqları  
Saralmış illər düşüb qaldı.  
Dərələrdə dəstə-dəstə ağaclar  
baş-başa verib 
O illərin dastanını danışır, 
üz-üzə durub qoşa-qoşa qovaqlar  

  
 
 
 
256
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
aşıqlar kimi yarışar.  
Nə at ayağının səsi gəlir, 
nə də üfüqdə görünmür bir qaraltı,  
yenə gün batdı, qaş qaraldı.  
Ananın əli 
qaşının üstündə qaldı,  
atı da yedəyində.  
Qayıtmayan qazax batırlarının  
Anasını gördüm mən bu gündə. 
 
 

                                                                                  
 
 
257
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
QAZAXISTAN 
 
Təyyarədən aşağı Qazaxıstanın 
adamsız, ağacsız, karvansız çölləri, 
Qurbansız, 
qurbansız, 
qansız çölləri. 
Elə bil qədim bır 
döyüş meydanıdı, 
zaman süpürüb təmizləyib 
Tarixin qalıqlarını, 
Keçmişin arxasında gizləyib. 
 
Min il bundan əvvəl  
Gördüyüm kino lentidir elə bil  
Fırlanır başımda,  
heç kino lentinin özü də deyil, 
Köhnəlmiş, solğun kölgəsi  
qalıb yaddaşımda. 
 
Keçmişimin tanışı çöllər 
Gözümdən keçir. 
Əyri qılınclı keçmişim 
bu çöllərin dərəsindən, düzündən keçir. 
Arvad-uşağın 
yanında qalmağa utandım, 
ölümdən qorxduğumu dandım, 
Səhraya oxşayan qoşuna 
mən də qoşuldum, 
yola düşdüm. 
Dava eləmək istəmirdim,  
Amma lap ürəkdən döyüşdüm.  

  
 
 
 
258
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Ölümün qorxusundan,  
öldürdüm düşmənləri,  
yolumu kəsənləri,  
qılıncla üstümə düşənləri  
Dünya kimi mənə tanışdı,  
dünya kimi köhnədi bu xatirələr.  
Heç bilmirəm olub-olmayıb,  
haradan yadıma düşdü. 
Hardan xəyalımda göynədi  
bu xatirələr. 
 
İlk dəfədi gəlirəm bu yerlərə, 
Amma tanış gəlir mənə  
bu qarlı dağlar, yaşıl dərə.  
Qarşılayanlar əl verdi,  
Şirin-şirin qazaxca nəsə danışdı.  
Sözlər çoxdan gördüyüm  
şirin bir yuxu kimi  
mənə tanışdı. 
 
Kumıs içməmişdim ömrümdə,  
elə ilk qurtumdan 
Kumıs yadıma saldı.  
Min il bundan əvvəl  
Sürdüyüm bir kəhəri.  
Kəhərimi yol sıxmışdı,  
Altımda oynayırdı yəhəri. 
Sağrısında təri, 
Tərinin ətri gəldi kumısdan. 
 
Bilmirəm heç nə soruşdum 
kumıs verən qızdan, 

                                                                                  
 
 
259
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
qız dodaqlarını büzdü, çiyinlərini çəkdi, 
Bilmirəm, bunlar hamısı yuxudu, 
yoxsa gerçəkdi. 
Bu gündü, 
keçmişdi, gələcəkdi?!  
Amma kumısda  
min illərin tamı var, 
Mən görənlərin,  
mən bilənlərin tamı var. 
 

  
 
 
 
260
Ôèêðÿò Ãîúà
 
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin