Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   ...   6   7   8   9   10   11   12   13   14

 
 
DÜZLƏR 
 
Hər il şumlanan  
əkilən,  
biçilən bizik.  
Günəş kimi gündəliyik,  
Həyat kimi adi sözük.  
Hər il astarımızı 
üzümə çevirib geyirsiniz.  
Hər süfrədə bizi yeyirsiniz.  
Şeirinizdə dağlar,  
mahnınızda dağlar... 
canım, ədalət var,  
haqq var.  
Biz anayıq sizə, ana.  
Sərilmişik ayağınızın altına.  
Dağlar sizə 
üstdən-aşağı baxır,  
Seli-suyu üstünüzə axır.  
Neyləyəsən, 
əzəldən belədir,  
oğlum, insan. –  
Ayağının altındakını döyər, 
başının üstündəkini öyər. 
 

                                                                                  
 
 
321
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DOSTUM AĞAC 
 
Yol yanında 
bir ağac var
Hər il, hər bahar 
gəlib dəyirəm ona. 
Gəlib ürəyimin sirrini 
xəlvətcə deyirəm ona. 
Neçə illərin 
dostuyuq. 
Aramızda yalan olmayıb. 
Biz qanırıq  
bir-birimizi;  
bizim dilimizi 
qanan olmayıb. 
O ağacdı,  
gəzə bilmir, 
ayağını yerdən üzə bilmir. 
Gəlib dəyə bilmir mənə. 
Ayrı vaxt deyə bilmərəm,  
baharda 
mütləq düşürəm könlünə. 
Məni baharda  
mütləq arzulayır,  
günləri yox 
anları sayır. 
Pıçıldamaq istəyir mənə 
qışda nələr çəkib başı. 
Hər bahar mütləq gəlirəm, 
heç danışmasa da bilirəm. 
Mən o ağacın  
insan qardaşıyam, 

  
 
 
 
322
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
insan qardaşı.  
Ağacın gövdəsin 
dərinləşir qırışı,  
Bir bahar da artır yaşım,  
ağarır başım...  
Nə qədər canımda  
taqət var,  
gərək 
hər bahar gələk, 
bir-birimizi görək.  
Sən mənə ürəyini boşalt,  
Mən də sənə dərdimi danışım.  
Mənim yol yanındakı, 
tənha qardaşım. 
 

                                                                                  
 
 
323
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
          *** 
 
Mənə elə gəlir ki, 
min ildi yaşıyıram. 
Mən bu insan adını,  
bu insan qeyrətini 
min ildi daşıyıram. 
Çox çətin bir iş imiş,  
çox çətin görüş imiş, 
           çox çətin yürüş imiş. 
Eh, insan olmaq 
              nə imiş, allah. 
İnsan kimi yaşamaq 
Yaman çətindir, çətin. 
Hər yaman danışan ağız  
      yamaqdır, 
               dövrə yamaq
Təbiətə yamaqdır 
                sənin də təbiətin... 
Ömrümüz bu dünyadan  
          oğurluqdur,  
          oğurluq,  
          nə sözün var 
                         uğurluq?.. 
 

  
 
 
 
324
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ÇÖRƏK 
 
Bala, 
çörəyi ovxalama! 
Çörəyi toza bulama! 
Çörəyi tullama! 
Çörəyi zibilə qatmayın,  
evdən çıxartmayın. 
Əkilməyi, biçilməyi,  
yığılmağı, 
bir insanın doğulmağı kimi zəhmətdi,  
bərəkətdi. 
Zinətdi, 
görənlər bilir ki,  
qızıldan qiymətli zinətdi. 
İndi dənizdə balıqlar azalıb,  
qağayılar da  
çörək umuduna qalıb. 
Ac uşaq kimi 
adamın üstünə qaçır,  
baxır əlinə. 
Örüş yeri də qəhət olub,  
quzu var, doğulandan  
ot dəymir dilinə. 
Bizimlə bir süfrədə  
çörək yeyir. 
Şüşədən süd əmir. 
Muğamata qulaq asır,  
bircə, sağlıq demir. 
İndi əkəndə yox, 
biçəndə yox, 
yeyəndə çörəyə  

                                                                                  
 
 
325
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
şərikimiz çoxdu.  
Demirəm ki, yoxdur, 
var!  
Hələ çalışsaq 
iki bu qədər də olar.  
Amma dünya qarışsa, 
çörəyimiz barıta dönüb alışsa,  
indi zibilliyə tullanan,  
toz içində qızıl  
qırıntısı kimi yanan 
çörəklər gələcək  
gözümüzün qabağına.  
Onların sarısı çökəcək 
gözlərimizin ağına.  
Gözümüz qorxub, 
bəlkə ehtiyatımız olacaq,  
ancaq 
qağayılar acından öləcək... 
 

  
 
 
 
326
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
 
EVİMİZ 
 
Deyirlər, evimizi  
sökəcəklər,  
yerinə ağac əkəcəklər. 
Bu xəbər 
axşam, səhər  
"utana-utana",  
"yaşına-yaşına"  
vaxtsız əcəl kimi  
dolanır evin başına. 
Sökəcəklər, 
olacaq bir yığın daş,  
bir yığın toz-torpaq. 
Sonra yerinə su calanacaq,  
əkiləcək, 
olacaq bağ. 
Bu binanın  
barılarına, 
daşına-divarına hopub  
mənim sənə məhəbbətim,  
vüsalım, həsrətim,  
ürəyimin döyüntüləri,  
duyğuları... 
Bizim kövrək hisslərimizdi  
bu barı. 
Qıracaqlar, 
şüşə qab kimi  
sınıb töküləcək. 
Pıçıltılarım ayaq altında  
qalıb öləcək. 

                                                                                  
 
 
327
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Ömrümün şirin anlarını 
qatacaqlar tullantıların həyatına,  
aparıb atacaqlar  
ayın, ulduzların altına.  
Evimizin yerində 
bir söyüd sənə oxşayacaq.  
Gün işığında 
saçlarını yuyacaq.  
Bir qovaq 
şirin sözlər pıçıldayacaq  
sənə mənim səsimlə,  
yenə 
o gənclik ehtirasımla,  
o gənclik həvəsimlə... 
 

  
 
 
 
328
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
ANAMA MƏKTUB 
 
Dərsə gedən 
tərbiyəli uşaqlara 
oxşayır şəhərdəkilər. 
İşə gedər, 
işdən gələr, 
Unutmaz səhər idmanını,  
günorta naharını, 
axşam mütaliəsini. 
Nəzarətdə saxlayasan gərək  
sən ailəni, 
ailə səni. 
Əlini qaldırıb söz alar, 
icazə alıb oturar. 
Şəhər görüb-götürüb, ana,  
şəhərin  
tərbiyəsi var. 
Yoxsa bizim kənd - 
dalaşmağa sözə bənd... 
Məhəmməd kişi 
çomağını da götürüb  
tribunaya çıxmışdı  
keçən il. 
Çomağını elə dolayırdı  
havada 
sürü haylayırdı elə bil. 
Yerdə camaat ocaqda qazan kimi  
Pıqqıldayırdı, 
Onu lağa qoyurdu. 
Məhəmməd kişinin  
cini vurdu başına,  

                                                                                  
 
 
329
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
qızdı ağzı 
dedi: 
- Ay camahat, mədəniyyət  
yaxşı şeydi. 
Söz danışar,  
söhbət... gilas...deyil. 
sizin... 
.................... 
Ana, ayrı şeydi şəhər,  
səhər 
radionun səsinə qalxır,  
hamı üzünü qırxır,  
axşam hamı televizora baxır.  
"Gecəniz xeyrə qalsın" –  
deyəndə diktor  
elə bil hamının gözünə  
yuxu dərmanı tökür doktor.  
Gecə də birdən düşür,  
birdən yatır 
adamlar, binalar, küçələr...  
Ana, ayrı şeydi şəhər... 
 

  
 
 
 
330
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
*** 
 
Bu yay kəndə gedəcəyəm 
səhər şehində  
ayağımı, əlimi yumağa. 
Nənəm evin küncünə atacaq 
əlindəki yumağı. 
Yenidən başlayacaq 
nənəmin dərsi, öyüdü. 
Üstündən də bir kasa 
isti inək südü. 
Ayaqyalın gəzəm gərək  
nə olsun ayaqdır,  
deyil ürək. 
O da darıxır 
kənd yolunun 
isti tozundan ötrü. 
Qulaqlarım darıxıb 
kənd qızlarının 
utancaq söhbətindən, sözündən ötrü. 
Naxıra gedərəm bir gün 
özüm-özümlə söhbət üçün. 
Otlar üstündə uzanım, 
kirpiklərimə ilişsin  
sərin bir meh. 
Sevincindən atılıb 
ulduzlarda yellənər tale,  
uşaq kimi yüyürüm, atılım çaya,  
üzüm o taya, bu taya... 
Bu yay böyük arzularım var, 
yerinə yetirəm gərək, 
yoxsa boşalır ürək. 

                                                                                  
 
 
331
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
YONULMAMIŞ  
FƏHLƏ HEYKƏLLƏRİ 
 
Fəhlə 
ayağının altına 
daş yığa-yığa, 
binanı ucaldır; 
özü də başlayır ucalmağa. 
Mərtəbə-mərtəbə qalxır  
göydələnlər. 
Fəhlənin xəyalında - 
mənzilə köçən ailələr,  
deyənlər, gülənlər. 
Mənzilin havası ilıq... 
Mənzil, ağzına kimi 
dopdolu mehribanlıq. 
Nəğmə oxuyur, 
daşlar arasına  
hörülür nəğməsi,  
isti nəfəsi, 
ürəyinin səsi. 
Daşlara hopdurur 
məhəbbətindən,  
nifrətindən, bir az. 
Daşdır, dönüb ev olacaq, 
məhəbbətsiz, nifrətsiz olmaz. 
Ayağının altına  
arzusunu,  
eşqini 
həsrətini yığa-yığa 
ucaldır binanı, 
özü də başlayır ucalmağa.. 

  
 
 
 
332
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Fəhlə heykəlinin ayaq altıdır –  
bu işıq gələnlər, 
göydələnlər. 
Yonulur belə-belə 
 
heykəlləri. 
Qayalarda daş içində  
donub qalıb 
qabarlı əlləri. 
Kənddə dirədöymə oyanır  
heykəl, heykəltəraş  
olası uşaqlar. 
Qranit qayalardan 
heykəlləri açıb buraxacaqlar,  
qayalar gələcək şəhərə, 
qoşulacaq fəhlələrə... 
 

                                                                                  
 
 
333
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
VAXT ÖTDÜKCƏ 
 
Mənə bundan sonra  
tez-tez küsmək, 
birinə vurulmaq,  
birindən bezmək yaraşmır. 
Bədlərə uymaq, 
görmədiyim yerə ayaq qoymaq
köhnə dostlardan bezmək,  
doymaq yaraşmır. 
Gizli eşqimin 
nazına dözməyə  
canım da qalmayıb,  
həyəcanlana da bilmirəm;  
qurtarıb, 
həyəcanım da qalmayıb. 
Yolum üstdən aşağı, 
mənə həmişə soyuqdu... 
ummalı, 
unutmalı 
adamlarım da yoxdu. 
Adamlarımı 
itirməkdən qorxuram, 
Yerdən dost 
götürməkdən qorxuram. 
 

  
 
 
 
334
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GEC DEYİL 
 
Uzaq-uzaq ulduzlardan  
maviliyə bulaşmış,  
kainatı dolaşmış 
qonaqlarım gələydi. 
Sahildə uzanaydıq, 
gün işığına yanaydıq. 
Olmayaydı havada zavod iyi,  
dənizdə mazut ləkəsi, 
dalğada tullantı köpüyü. 
Su büllur kimi 
sınıb çilənəydi 
çilik-çilik. 
Ürəklə soruşaydım: 
necədir çimərlik. 
Görəydilər: 
hamı mərd,  
hamıda dəyanət,  
lüğətimizdən silinib - " 
xəyanət"... 
Minnət - nə qoyan var, 
nə də götürən. 
Gülümsünür bir-birini görən. 
Fərqi yoxdur: 
ağsan, qarasan, sarısan. 
Belə olur yer üzündə insan... 
Şair Qabil demiş: 
"necədir sizin üçün". 
Sizə yoluxası bəd xasiyyətimiz yoxdur, 
Buyurun doyunca  
havamızı udun,  

                                                                                  
 
 
335
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
suyumuzu için!  
hələ nə qədər ki,  
gəlməyib qonaqlar, vaxt ver,  
yır-yığış eləyək,  
yaxşını, pisi ələyək.  
Üstümüzdən yuyaq, 
başımızdan darıyaq,  
bəd niyyətləri,  
bəd əməlləri;  
bir bədənin  
iki əli kimi sıxsın  
dünyada 
əllər əlləri.  
Nə qədər ki, gələn olmayıb,  
sirrimiz çıxmayıb çölə  
gec deyil hələ... 
 

  
 
 
 
336
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GİLAVAR 
 
Nə acı dili var 
bu küləyin. 
Bir çəllək bal yalasa, 
yenə xeyri yoxdu. 
Səsi özündən soyuqdu. 
Axşamdan deyinir 
pəncərənin o üzündə. 
Nə çöldə abır qoydu, 
nə də özündə. 
Əlinə nə gəldi 
çeynəyir, cırır,  
çırpır divara, daşa;  
deyinir, donquldanır,  
mızıldayır, 
barı danışa... 
Dalğalar əlçim-əlçim  
onun əlinə getdi. 
Sahibinə də hürən 
həyasız itdi. 
Bir yaxşı yağış yağa,  
islana başdan ayağa,  
ayaq altına düşüb, büzüşüb  
tir-tir əsəcək. 
Dilini kəsəcək 
qanadları quruyana kimi, 
Biz də dincələk ona kimi. 
 

                                                                                  
 
 
337
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
QƏDİRBİLƏN ELLƏR 
 
Tənha qaldım, fıkirləşdim, üşündüm,  
Öz içimdə eşim-eşim eşildim. –  
Nə yaxşı ki, ağrı varmış, düşündüm,  
Ağrılardı insan edən adamı. 
 
Sülhsevərsən, döyüşürlər, döyüşmə,  
Sənin ilə əyişirlər, əyişmə,  
Həmsöhbətlər dəyişirlər, dəyişmə,  
De ki: "qardaş, qoruyuram adımı". 
 
Ömür - uzun, yol əyrili, düzlüdü,  
Qarı dünya qarı kimi sözlüdü.  
Ağıl hürkək, ağılsızlıq üzlüdür,  
Belə seçdim tanışımı, yadımı. 
 
Yalan sözdür bu dünyanı yaradan,  
Yaradan da qaçdı, çıxdı aradan.  
Hayıf, ömür keçdi, getdi yarıdan,  
İtirmişəm o əvvəlki dadımı. 
 
Olmasa bu qədirbilən ellərim,  
Mən bir an da yaşamaram, ölərəm.  
Güldür məni, uşaq kimi gülərəm,  
Kim eşidər fəryadımı, dadımı... 
 

  
 
 
 
338
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BAHARDA 
 
Körpəcə otların 
yaşıllığında  
mehribanlıq,  
yumşaqlıq, 
istilik,  
Bahar da üstəlik...  
Dumana bürüyüb 
dağlar yuxumu.  
Şəlalə deyinir ürəyi dolu.  
Qayanın qaşında 
qartal donubdur.  
Güllərin rənginə 
nəğmə qonubdur.  
Yamacda oyanıb 
gərnəşir əlik,  
Bahar da üstəlik...  
Budaqda yarpaqlar açır  
qoşa-qoşa,  
Quşlar uçur qoşa-qoşa.  
Yağış nəğmə qoşa-qoşa  
torpağa-daşa  
Torpağın yaşıllığı 
qaynayıb daşır.  
Telinə çiçək düzmüş  
ağacları da üstə gələk,  
Bahar da üstəlik... 
 

                                                                                  
 
 
339
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BİR BAHAR 
 
Bu dünya durduqca 
yaşayıram mən.  
Hər bahar yenidən yaşıllaşıram,  
hər bahar yenidən 
başlayıram mən.  
Payızda saralıb 
tökülsəm də, 
Torpağa bükülsəm də, ölsəm də -  
Könlünə düşsəm, 
deməli, gəlib baharım, yazım,  
Cücərərəm ot kimi, 
açılaram yarpaq kimi.  
Lalə olub 
od kimi yanaram.  
Çiçəklərə dönüb 
milyon rəngə boyanaram,  
üzə dayanaram.  
Qızılgül olaram, 
dodaqlarını öpər ləçəklərim;  
nəfəsim ətri olacaq  
çiçəklərin, - 
ətrimi çəkəcəksən sinənə.  
Qaçan yerin yoxdur, 
qovuşacağam sənə... 
 

  
 
 
 
340
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MƏN ƏSGƏRƏM 
 
Kürəyimdə 
həmişə yük var, -  
yükdü deyiləsi sözlər, 
gediləsi yollar. 
Uşaqlara sevinc 
daşımalıyam. 
Haqq yolunda döyüşməliyəm. 
Lap ölüm ayağına da düşməliyəm. 
Özüm də qalib gəlməliyəm, 
yaşamalıyam. 
Kürəyimdə həmişə yük var. 
Öz ömrüm də mənim deyil, 
haqq adlı, ədalət adlı 
məndən də böyük var. 
Onunam, 
istəsə nəğmə kimi, 
istəsə ağı kimi. 
Mən haqqınam 
başdan ayağa kimi. 
Öz qəmimə ağlamağa,  
öz sevincimlə  
gülməyə ixtiyarım yoxdu. 
Mən haqqa gərəyəmsə, 
ölməyə ixtiyarım yoxdu. 
Mən adi əsgərəm,              
hər cəfaya dözərəm. 
Vicdanımın verdiyi 
hər əmrə müntəzirəm. 
Həmişə kürəyimdə 
haqq adlı yük var.  

                                                                                  
 
 
341
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Mənə əmr ediblər - yaşa! 
yaşayıram!  
Mən özbaşına deyiləm,  
Məndən böyük var! 
 

  
 
 
 
342
Ôèêðÿò Ãîúà
 
 
 
 
QIZILGÜL 
 
Güllərin budağı ağlayar, 
kollar qoparar haray:  
Baharda üzülmüş 
qönçələrim vay! 
Əlimi kəsib, 
ovcumda apardılar sizi.  
A kor qalmış 
budaqlarımın gözü,  
Dodaqlarımın 
deyilməmiş sözü,  
ətriniz,  
yarpağınız,  
ləçəyiniz,  
kal idi  
Rənginiz, gözəlliyiniz 
lal idi hələ.  
Qoymadılar açılıb 
dönəsiniz gülə,  
Dünyaya baxasınız gülə-gülə.  
Bəs niyə dözürdüm mən  
bu qışa,  
qara, yağışa.  
Öz-özümə deyirdim: 
döz, yaşa!  
Yazda ovcunda güllərini yana-yana  
qaldırıb göstərərsən cahana.  
Görənlər əhsən deyər, 
güllərinə su çiləyər. 
Gözəllər 
gözəlliyinə baş əyər,  
Yolundan əylənər, keçər, 

                                                                                  
 
 
343
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ətrinə bələnər keçər.  
İndi mən 
o uzaq şəhərə  
gedən yolam,  
gülü qayçılanmış 
tikanlı kolam.  
Mənə deyən gərək 
bu boyuna-buxununa yaraşırmı  
o boyda qızılgüllər;  
yaxşı eləyib  
boğazını üzürlər. 
 

  
 
 
 
344
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
KÜLƏK 
 
Küləyə nə olub belə, 
çırpır özünü  
qayaya, divara, məftilə. 
İşıq simlərində 
əlçim-əlçim olur külək. 
Yaraları göynədikcə  
söyüdlərin saçını 
yolur külək. 
Zəhmli müdirin  
daz başından  
şlyapasını aldı,  
yerə saldı;  
müavinin qorxudan  
ürəyi ayağının altına düşdü, -  
qorxudan  
az qala 
dili tutulmuşdu. 
Çəkdi qırdı 
eyvanlardan sallanan  
qırmızı şilələri, 
Dalğalara tutdu şillələri. 
Kim küləyin 
quyruğunu tapdalayıb,  
onu kim dalayıb? 
Kim dəyib xətrinə, 
dəli olub yenə,  
aləmi başına alıb  
səsi-ünü.  
Boğub yerdə havanı,  
göydə günü.  

                                                                                  
 
 
345
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Bakının küləyi –  
ərköyünü,  
nə olub sənə,  
desənə. 
 

  
 
 
 
346
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BALIQÇI 
 
Qayıqlar 
kimin ayaqqabılarıdı,  
sahildə qum üstündə qalıblar? 
Kim çırmayıb balağını  
gedib dənizə,  
kim qayıdacaq  
gecədən və  
dənizdən  
danüzü!.. 
Kim gələcək, tək 
oturacaq qayanın üstündə? 
Sərtlik olacaq 
dəniz dalğası kimi  
qırışlı üzündə. 
Əlində balıq, 
gözündə yorğunluq,  
çiynində gecənin  
yuxusuzluğu boyda ağırlıq... 
...Balaları atanın kürəyinə dırmaşırlar. 
Dənizə baxmaqdan 
gözləri mavi balalar  
canavar balaları kimi  
sahildə oynaşırlar. 
Alnının qırışlarında 
xatirələr yığın-yığın,  
qayıqları ayağından çıxarıb 
Sahildə balıqçı oturub  
yorğun-arğın. 
 

                                                                                  
 
 
347
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
  
 
KOSMONAVTLAR 
 
Taledən, fələkdən, 
yağışdan, küləkdən,  
Gündüzdən, gecədən 
fəsillərdən, illərdən,  
Millətlərdən, dinlərdən 
dillərdən yuxarıda;  
insanlar arasındakı  
xırda-xuruş  
sözdən-bezdən,  
sizdən, 
bizdən yuxarıda  
yaşayır insan.  
Əsl insan ömrü 
başlayır insan.  
Gərək dalaşmasın, 
həddini aşmasın  
bəzi ölkələr.  
Haqsızlıq yüksəyə 
dırmaşmasın,  
yuxandan  
yaxşı görünür  
işıqlar, kölgələr...  
Təkliyə düşəndə 
deməyin burda mənəm,  
Bağdadda kor xəlifə,  
Ay nankor xəlifə, 
yuxarıda da insan var, - 
Haqqın, ədalətin 
balası insan. 
Lazım olsa, 

  
 
 
 
348
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
haqqın qisasını  
alası insan.  
Çöldən, düzdən, 
çaydan, dənizdən  
yuxarıda insan yaşayır, görür.  
Xırda-para sözdən-bezdən,  
sizdən-bizdən 
yuxarıda insan yaşayır, görür. 
 

                                                                                  
 
 
349
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
İLLƏR 
 
Günəş göyün anasıdır,  
Yer günəşin hanasıdır. –  
Bu xalça toxunasıdır  
hələ milyon-milyon illər. 
 
Yollar burda naxışlanar,  
rənglər yazlanar, qışlanar,  
nə qurtarar, nə başlanar  
hələ milyon-milyon illər. 
 
Yazıq dünya, kefinə bax,  
ana günəş damağı çağ 
toxuyubdur, toxuyacaq 
hələ milyon-milyon illər. 
 
Toxuyur ömrün rəngini,  
göz yaşını, söz cəngini,  
toxuyar hər ayı, günü  
hələ milyon-milyon illər. 
 
Qoşa rəngdi kölgə, işıq,  
yaşayıblar, yaşamışıq,  
Gələr uşaq, gedər aşiq  
hələ milyon-milyon illər. 
 

  
 
 
 
350
Ôèêðÿò Ãîúà
 
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin