Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   2   3   4   5   6   7   8   9   ...   14

 

  
 
 
 
144
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QOCALANDA 
 
Yanağıma qırışlar qonacaq,  
Saçlarıma - ağ.  
Sənə olan məhəbbətim də  
qocalacaq. 
Ancaq 
Ürəyimdə nəvəm kimi  
cavan bir məhəbbət 
baxacaq xəlvət-xəlvət  
Yanımdan közərə-közərə, 
qızara-qızara  
Keçən yanağı lalə,  
Dodağı çiyələk qızlara.  
Baxma ki, stuldan özümü 
ayaqlarım üstünə  
birtəhər götürəcəyəm,  
Qoluna girib 
o yan-bu yana baxıb  
köksümü ötürəcəyəm. 
 

                                                                                  
 
 
145
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
İLK SEVGİ 
 
Sən məni sevəndən qorxaq olmuşam,  
Özüm də özümə çətin sualam.  
Büllur oyuncaqlı uşaq olmuşam.  
Qorxuram büdrəyəm, əlimdən salam. 
 
Gözlərim həmişə üzündə olur,  
Qorxuram baxışın soyuya birdən.  
Tək fıkirləşəndə gözlərim dolur,  
Bu boyda xoşbəxtlik görməmişəm mən. 
 
Sevgilim, sən mənə könül açdıqca  
Hicranın indidən lap üzür məni.  
Xoşbəxtiik mənə çox yaxınlaşdıqca  
Bədbəxtlik daha çox qorxuzur məni. 
 
Dəli də inanmaz buna, dəli də,  
Ömür uzun şeydi, xoşbəxtiiksə az.  
Eh, uzun bir ömür var irəlidə,  
Ömrü belə xoşbəxt yaşamaq olmaz. 
 
Hər şirin çağların acı anı var,  
Bizim o anımız əvvəl gələydi.  
Hər sakit dənizin bir tufanı var,  
Bizim tufanımız əvvəl gələydi. 
 
Əvvəl döyüləydim yağışda, qarda,  
Zəhmətim bu boyda eşqə dəyəydi.  
Əvvəl bərkiyəydim fırtınalarda,  
Sonra da üzümə günəş güləydi. 
 

  
 
 
 
146
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Yoxsa birdən-birə qarşıma çıxdın,  
Dedim ki, sevirəm, sevirəm, dedin,  
Sən bütün ömrümü yollardan yığdın,  
Bir anın içində xoşbəxt eylədin. 
 
Yarpaq tək əsirəm indi yanında,  
Günüm günəşsizdi, gecəm də aysız. 
Mən sənin eşqinin burulğanında  
Düşüb boğuluram haysız, haraysız. 
 

                                                                                  
 
 
147
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
HEYİF 
 
Bir qara daş kimi soyuğam indi,  
Qızların baxışı ruhumu danlar.  
Ürəyim var idi, soyudu, söndü,  
Heyif o əzablar, heyif o anlar. 
 
Bir xoş baxışıyla dünya gülərdi,  
Qaşların çatılsa, ələnərdi qar.  
Hicranın yuxuma qonaq gələrdi,  
Heyif o əzablar, heyif o anlar. 
 
Almısan eşqimi son damlayadək,  
Özümə nə qalıb, daha nəyim var.  
İndi bir küləyəm, avara külək,  
Heyif o əzablar, heyif o anlar. 
 
Eşqim gözünüzdə gəzirsiz bu gün  
Mən gəzən yerlərdə siz, ay cavanlar.  
Barı siz axırda baxıb deməyin:  
Heyif o əzablar, heyif o anlar. 
 

  
 
 
 
148
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
UZAQ DOLANMA 
 
Desəm, şaham - sarayımsan,  
Mən gecəyəm - sən ayımsan,  
İlk sözüm, son harayımsan,  
İnanma, ay qız, inanma. 
 
Desəm, sənsiz aləm batar,  
Gəl, bəşərə həyat qaytar.  
Ay qız, qaç canını qurtar,  
İnanma, ay qız, inanma. 
 
Səni görüb dönsəm lala,  
Hər anda düşsəm yüz hala,  
Məni oda sala-sala, 
Uzaq dolanma, dolanma. 
 

                                                                                  
 
 
149
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
DƏCƏL ÜRƏYİM 
 
Çırpınma, küy salma sinəmdə, ürək,  
Sənə söz verirəm - bu bahar səni,  
Açıb bu çöllərə buraxam gərək,  
Yüyür təp gözünə çölü-çəməni. 
 
Onsuz da göynəyir ruhumda tellər,  
Sənə söz verirəm daşanda sellər  
Səni təpəcəyəm sellər qoynuna,  
Bulaqlar gözünə, güllər qoynuna. 
 
Hardasa bir çoban tonqalı tapıb  
Çoban bayatısı olub yanaram.  
Ən uca dağların başından qopub  
Ən dərin dərəyə yumbalanaram. 
 
Bilirəm, könlünə düşüb duman, çən,  
Bilirəm, dağlardı-daşlardı yerin.  
Sən mənim sinəmdə ürək deyilsən,  
Ürkək balasısan bizim çöllərin. 
 

  
 
 
 
150
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MƏN SƏNƏ QURBAN 
 
Bu nə gözdü, bu nə qaşdı,  
Elə bılmə qəlbim daşdı,  
Baxdın, ayağım dolaşdı,  
Dağı yıxar qəmzən, havan. 
 
Baxıram, qınayan olur,  
Baxmıram, könül qan olur,  
Halım necə yaman olur,  
Adım qoca, ruhum cavan. 
 
Səni görsəm ucalıram,  
Görməyəndə qocalıram.  
Cavanların, qocaların  
Adından mən sənə qurban. 
 

                                                                                  
 
 
151
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
XEVSUR OĞLANIN QARĞIŞI 
 
Xevsur qızı, 
Dədən niyə deyil razı, 
Gəlib daşa basacağam darvazanızı. 
Azı, azı 
On bir dəfə elçi gəlib  
Sizə mənim adamlarım, 
 
Xevsur qızı, 
Gözəl gürcü dağlarının, 
Ay ən gözəl insafsızı! 
Görüm sizin barınızı uçursunlar, 
Görüm səni at belində qaçırsınlar, 
Amma mənim adamlarım. 
 
Sən çox yandırmısan məni,  
Xevsur qızı,  
Barışığa gələn günü  
Görüm dədən kabablara  
İşlətsin düz bir tay duzu,  
Görüm içib qurtarsınlar  
Sizin bütün çaxırınızı,  
Amma mənim adamlarım. 
 

  
 
 
 
152
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
GÜRCÜ SAĞLIĞI 
 
Bir buynuz çaxırı qaldırıb göyə,  
Tamada sağlığa başlayır yenə.  
Uzun bir söhbətdir sağlıq yerinə,  
Kimin nə həddi var xətrinə dəyə.  
-Dahi sürücüdü bizim Valiko,  
Dahi naxırçıdı bizim Şaliko,  
Dahi əlimizdə bu dahi buynuz,  
Bu dahi çaxırı qaidırağın biz,  
Adını indicə eşitdiyimiz  
Dahi qonaqların cansağlığına.  
Tamada buynuzu çəkir bığına.  
Nəfəsim qaralır, alnı tərləyir,  
Bir buynuz tərifı içdim deyəsən.  
Baxma, asan deyil, ürək istəyir  
Hamını ürəkdən tərifləyəsən. 
 

                                                                                  
 
 
153
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
GÜRCÜ DOSTUM 
 
Xatirinə dəysə biri  
Nə davaya dartınar o,  
Nə də pərt olub sınar o,  
Nə qorxub çəkilər geri,  
Zarafata sala bilər. 
 
Yas içində olsa əgər,  
Qapısından qonaq baxa,  
"Genasvali, buyur", - deyər,  
Gözündən yaş axa-axa,  
Zarafata salar, gülər. 
 
Heç zaman baş əyməz yada,  
Heç zaman qısmaz səsini. 
Özü üç gün ac olsa da,  
Dostuyla son tikəsini  
Zarafata salar, bölər. 
 
Gürcünün kefi kök olar –  
Qonağı, çaxırı bolsa,  
Dost yolunda gürcü dostum  
Yeri düşsə, lazım olsa,  
Zarafata salar, ölər. 
 

  
 
 
 
154
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
PUŞKİNİN  
HEYKƏLİ ÖNÜNDƏ 
 
Cavan getdin dünyadan,  
Rus şeirinin ən cavan  
Sərkərdəsi sən oldun.  
Tarixin yaddaşında  
Həmişə cavan oldun.  
Hər adını çəkəndə  
Özüm yaşda bir oğlan  
Xatırlaram, anaram.  
Bir az qibtə edərəm, 
bir az sənə yanaram...  
Moskvaya qar yağıb,  
Yağıb o ki var, yağıb.  
Dayanmışan fıkirli,  
Saçın ağ, saqqalın ağ.  
Sənə çox yaraşırmış  
Ömür sürmək, qocalmaq. 
 

                                                                                  
 
 
155
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
İNSAN İNADI 
 
Sibirin suyu boldu,  
Torpağı xəmir kimi  
Yoğruldu qar, yağış altında,  
Timsah kimi bataqlıqlar 
qamış altında.  
Adam düşsə, yox olar,  
Dəvə düşsə, düşməz 
damcı da qanı.  
Nə uzadım 
milyon illərdi yeyir.  
Onsuz da doyan deyil  
Yer kürəsinin qarnı.  
Su bolluğundan 
ağaclar tala-tala quruyur,  
Nə qınayaq, 
Sibir göllərlə, bataqlıqlarla 
vəhşi azadlığını qoruyur.  
Beton yollarla 
kəmənd atmışıq boynuna,  
Çapalaya-çapalaya qalacaq, 
yumşalacaq,  
Minib sürəcəyik hara istəsək  
Sibiri. 
Torpaqda hardandır 
insan inadı, insan səbri?! 
 

  
 
 
 
156
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
SİBİRƏ QALDI 
 
Yayda Sibirə getmişdim,  
Sibir başdan-başa güldü.  
Dağa baxdım, oxqay, dedim,  
Gülə baxdım gözüm güldü.  
Yadıma nəğmə saldı,  
Mən nəğməylə döndüm geri,  
Güllər Sibirə qaldı. 
 
Yeniseylə yola çıxdım,  
Sağı dağdı, solu dağdı.  
Adamların yolu sudu,  
Ayıların yolu dağdı.  
Xəyalımı caynağına  
Şığıyan bir şahin aldı.  
Bizim dağlara qayıtdım,  
O dağlar Sibirə qaldı. 
 
Qızlarında gözlərə bax,  
Gözlərində sözlərə bax.  
Od oğluyam, mən Sibirdə  
Oda düşdüm, aman Allah.  
Ürəyimdə o gözlərdən 
Düşüb qalan iziərə bax.  
Elə bil ki, qız deyillər,  
Nəğmədilər, xəyaldılar.  
Məni təyyarə gətirdi, 
Qızlar Sibirə qaldılar. 
 

                                                                                  
 
 
157
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
SÜRÜCÜLƏR SİBİRDƏ 
 
Yanaqları qar ilə,  
Şaxta ilə ovular!  
Bığları boz sırsıra,  
Kirpiyi qırov olar  
Sürücülər Sibirdə. 
 
Məclis vaxtı, məclisə  
Bir yaraşıq olarlar.  
Təmkininə, boyuna  
Qızlar aşiq olarlar.  
Gecələr yollar boyu  
Dönüb işıq olarlar  
Sürücülər Sibirdə. 
 
Ən ucqar torpaqlara  
İlk addımı atandır.  
Bərk ayaqda haraya  
Ən birinci çatandır.  
Hamıdan gec yatandır.  
Sürücülər Sibirdə. 
 
Bəzərlər kabinəni  
Qızların şəkli ilə,  
Maşın batdı, ya yatdı, 
Əvvəlcə bir şəkilə  
Göz vurar gülə-gülə.  
Qorxu bilməz bir gilə,  
Bəli, belədir, belə  
Sürücülər Sibirdə. 

  
 
 
 
158
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BURUSA ÇAYI 
 
Qayıqlarla keçirdik 
qayalar şahlığından.  
Keçmə bu tərəflərdə 
yerin allahlığından.  
Kaha dərinlikləri 
fıkirdən də dərindi.  
bilmirsən ki, bu dağlar  
Yerindi, göylərindi?!  
Bunlar dağlar deyillər 
torpağın naləsidi,  
göylərə ucalıbdı,  
daşa dönüb qalıbdı.  
Bəlkə də, bu göylərin 
ən ağır sözləridi,  
dodağından salıbdı,  
Bəlkə də, Burusanı 
qoruyan oğullardı,  
Onların ovucundan 
axıb keçir Burusa.  
Bəlkə də, bu qayalar 
ovulub quma dönər  
Burusası qurusa.  
Bunlar dağlar deyillər,  
Sibirin al günəşə 
uzanan əlləridir.  
Bunlar dağlar deyillər, 
qədim sibirlilərin  
qədim heykəlləridi. 
 

                                                                                  
 
 
159
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
XATIN KƏNDİ 
 
Sal daşların arxasında  
İnsan yatıb bu torpaqda.  
Dəhşətlərdən daşa dönüb  
Zaman yatıb bu torpaqda.  
Viranələr bayquşunun  
Ən möhtəşəm sarayıdır  
Yandırılmış Xatın kəndi.  
O günahsız ölənlərin  
Daşa dönmüş harayıdır  
Mərmərlərlə dondurulmuş 
Xatın kəndi.  
Burda bitən çiçək deyil,  
Körpələrin naləsidir.  
Burda əsən külək deyil,  
Anaların nəfəsidir.  
Burda uca boylu şamlar  
Babaların heyrətidir –  
Buludlara ucalıbdır.  
Burda torpaq bircə gündə  
Dünyamızdan  
Min il artıq qocalıbdır.  
Nə deyim ki, a kənd, səndə  
Gözəl qızlar, mərd oğullar 
dəfn olunub.  
Burda evlər dəfn olunub,  
Burda yollar dəfn olunub.  
Dəfn olunub sevənlərin  
Gizli, aşkar görüş yeri. 
Dəfn olunub adamların  
Nəğmələri, gülüşləri,  

  
 
 
 
160
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Öldürülmüş arzuların  
Məzarı bəs hara sığar.  
Belorusiya sinəsində  
Yanıq bir kənd yarası var.  
Baxdım, baxdım,  
Gözlərimdən bulaq axdı, 
Xatın kəndi.  
Bu, tarixdə milyon illər 
yaşayacaq,  
Daş yaddaşlı Xatın kəndi. 
 

                                                                                  
 
 
161
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
LİTVALI TƏRCÜMƏÇİ 
 
Nə görürdü tez tərcümə eləyirdi, 
Ağzından od ələyirdi. 
Bax, bu daşdı, 
Bu ağacdı, 
Bu da çaydı, 
O da göydü, 
O da aydı. 
 
Bu vaxt bir bülbül oxudu,  
Nəğməsini çölə yaydı.  
Tərcüməçi susdu birdən,  
Başını da yerə əydi.  
Aramız bərk dəyəcəkdi –  
Bülbülü də o, tərcümə eləsəydi. 
 

  
 
 
 
162
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
LİTVADA 
 
Duz-çörək! 
Düz durun 
Himn çalınanda durduğunuz tək. 
Duz-çörək kəsirik, 
duz-çörək. 
Bir anlığa dursun 
Havada təyyarələr, 
dənizdə gəmilər,  
qatarlar yolda dayansın. 
Ulduzlar başımız üstündə 
bayram şamları kimi yansın. 
Bu an yer üzündə 
Xəyanət olmasın gərək, 
Yer kürəsi üstündə insan dayanıb  
əlində duz-çörək. 
Əlisilahlılar bir an 
silahı gizləsin! 
Yalançıların bağrı partlamaz ki,  
bir an yalan deməsin,  
gözləsin. 
Barmağını tətikdə saxla, atma, 
Dayan bir an, aldatma. 
Bircə an heç harada 
partlamasın qəzəb, kin. 
Bu an kürəmiz üstdə 
namərd olmasın heç kim. 
Dayanın, 
Heç vaxt xəyanətlə  
duz-çörək 
yanaşı olmayıbdı.  

                                                                                  
 
 
163
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Duz-çörəkdən ayıbdı,  
biz odlar övladıyıq,  
Odlar yurdu bizə  
həm məzar olub, 
həm də beşik.  
Bizi heç vaxt əyə bilməyib  
Tarixin qılınclı xaqanları,  
Silahlı xuliqanları.  
Biz ancaq dostun  
Duz-çörəyinə əyilmişik! 
 

  
 
 
 
164
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
LAYMA GÜNÜNDƏ LAYMALAR 
 
Latviyada ayrı-ayrı adların rəsmi günləri keçirilir. 
Bu adlar təqvimdə də qeyd olunur. Məsələn, bu gün 
Layma günüdürsə, həmin gün Layma adlı bütün 
qızların ad günü hesab edilir. 
 
Bir gündə yüz-yüz ad günü,  
Yüz-yüz gözəl qız ad günü.  
Bir günə min görüş düşər,  
Gül almağa yürüş düşər.  
Gül üstünə sevinc yağar,  
Gül üstünə gülüş düşər.  
Gül tapmayan kədərlənər,  
Gül tapana öpüş düşər.  
Hər evdə toy-düyün olar,  
Yamanca ərköyün olar  
Layma günündə laymalar.  
Nə çoxdur Layma Riqada,  
Hamı qəşəng, hamı gözəl.  
Oğulsansa di indi gəl,  
Bir Laymam unut bu gün.  
Günün olar düyün-düyün.  
Qaşlarıyla hücum çəkər,  
Gözləriylə oda salar.  
Saçlarıyla çalar keçər,  
Ürəyini talar keçər.  
Könül qırar, könül alar,  
Yamanca ərköyün olar  
Layma günündə laymalar. 
 

                                                                                  
 
 
165
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
DƏNİZ VƏ QIZ 
 
Dalğa gəlir, çıx çölə,  
Dalğa gəlir, ay-haray!  
Dalğalar dəli-dolu,  
Dalğalar alay-alay.  
Sahili qoyma yalqız,  
Sahilə çıx, gözəl qız.  
Gözlərin bu dənizin  
İkicə damlasıdır.  
Dalğalara qarışar,  
Nə bilərik hansıdır.  
Bir parça ağ buludsan,  
Dalğa toxunsa sənə  
Yox olarsan sən özün.  
Astarını üzünə  
Çevirərəm dənizin –  
Dənizi dalğa-dalğa,  
Dalğanı damla-damla  
Axtarıram, ay gözəl!  
Məni işə salma gəl,  
Sən özün bilə-bilə.  
Dalğa gəlir, ay haray!  
Sahilə çıx, sahilə. 
 

  
 
 
 
166
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
MACARLAR 
 
Macarlar ağacları kimi qamətlidi,  
Özləri kimi yaraşıqlıdı.  
Gözləri 
Budapeştin gecələri kimi,  
Cavanları cavan olduğuna görə,  
Qocaları da qoca olduğuna haqlıdı.  
Cavanları da qocaları da 
                                        maraqlıdı. 

                                                                                  
 
 
167
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BALATONDA PAYIZ 
 
Quşlar 
yuva qayğısından, bala qayğısından  
azad oldu. 
İndi səma onlar üçün uzaq yoldu. 
Adamlar 
kölgələrini yığdılar 
qumlar üstündən. 
Çantaya bükdülər, 
Ləpirlərini yola tökdülər. 
Kürəklərində günəş rəngi apardılar. 
Qulaqlarında dalğa səsi, 
Gözlərində Balaton lövhəsi. 
Apardılar yarpaqların yaşıl ömrünü  
quşlar qanadında, 
insanlar xəyalında. 
Balaton qaldı tək, 
Sahilə ağ qurd kimi soxulacaq külək. 
Ağacların yaşıl donunu, 
dartıb cıracaq. 
Yarpaqları hürküdüb uçuracaq  
belədən-belə. 
Ağaclar çıpaq əllərini göyə qaldırıb 
gələn yaya kimi qışqıracaq: 
- İnsanlar, hardasınız, 
sahilə gəlin, sahilə! 
 

  
 
 
 
168
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
SİZİ XATIRLADIM 
 
Bu fransız gözəlidi,  
Bu macardı, o almandı.  
Yerişləri bir yanğındı.  
Baxışları bir dastandı.  
Birdən qəlbim alovlandı,  
Dəli könlüm arzuladı  
Öz yurdumun qızlarını;  
Odlu qara gözlərini. 
 
Qumdan qalxıb Balatona  
Çiçək kimi düşdü qızlar.  
Xəyalımdan Xəzər keçdi,  
Sahilimdən keçdi qızlar.  
Odlu-odlu baxışların  
Könlüm düşdü yağışına. 
 
İstəyirsən məni qına,  
Bu dünyanın qızlarını dəyişmərəm  
Azərbaycan qızlarının  
Bir qıyqacı baxışına. 
 

                                                                                  
 
 
169
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
SALAM PÖTEFİ 
 
Salam, ay Macarıstan.  
Salam, Pötefı, salam.  
Gərək burda səni mən  
Hər yerdən xəbər alam.  
Sənin son ünvanındı  
Macar torpaqlarının  
Hər qayası, hər daşı.  
Salam, şair Müşfiqin  
Məzarsızlıq yoldaşı.  
Sənin nəğmələrindir  
Bu çöllər, bu bulaqlar.  
Sənin nəğmələrindir  
Yaşıl geyimli dağlar.  
Dunay ömründür - axır,  
Göllər gözündür baxır.  
Sənin məhəbbətindir  
Yaşıl geyimli dağlar.  
Dunay ömründür - axır.  
Sənin məhəbbətindir  
Burda hər gül, hər çiçək.  
Məzarını tapmayıb,  
Şair, kədərlənmədim.  
Dünyada ölməzlərin  
Məzar nəyinə gərək. 
 

  
 
 
 
170
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
BALATONDA 
 
Balatonda qızlar üzür sona-sona,  
Gecə mavi nəğmə dolar  
Gözlərinin yuxusuna.  
Qayıq olar çarpayılar,  
Sübhə kimi yuxusunda  
Bu gözəllər çapalayar.  
Biri üzər Missisipiyə,  
Biri üzər 
mavi gözlü Volqasına. 
Sübhə kimi 
səhər yenə  
Balatonu ortalığa sərəcəyik 
süfrə kimi.  
Bu rus qızı,  
bu fransız, 
bu da macar.  
Balatonun sahilində  
Gözəllərdən düzəldilmiş  
bir sərgi var.  
Gözəllərin hamısı bir,  
Dindirməsən bilmək olmaz 
nə fərqi var. 
 

                                                                                  
 
 
171
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
TƏLƏSMƏ 
 
Gəzdiyim böyük şəhərlərdə bəzi yeniyetmə qızlar 
özlərini yaşlılara oxşatmaq üçün saçlarına ağ xətt 
çəkir, yaraşdı-yaraşmadı boya sürtürlər. Əllərinə 
çanta alıb, gözlərinə dərin bir hüzn ifadəsi verir, 
küçədə, bulvarda gözləri yarıyumulu asta-asta 
gəzirlər. 
 
Yaman yorğun-arğın baxışların var,  
Hər sözün başında yüz ah çəkirsən.  
Gözündə o qədər yağışların var  
Payıza düşərəm qəlbimə girsən.  
Üzün qönçə kimi cavan, tər-təzə,  
Sən hardan almısan bu dərdi-qəmi.  
Kədər sürmə deyil çəkəsən gözə,  
Dərdi gəl geyinmə, son moda kimi.  
Darıxma, gözünə qonacaq kədər,  
Darıxma, saçına düşəcəkdir dən.  
O vaxt dərdin olsa dünyalar qədər  
Bir gülüş altında gizlədəcəksən.  
Gəzib dolaşmalı ellər var hələ,  
Enməli, qalxmalı pillələr də var,  
Qolundan tutası əllər var hələ,  
Üzünü tutası şillələr də var.  
Oxşatma özünü nakam gəlinə,  
Gəzinmə gözləri yarıyumulu.  
Ananın çantasın alıb əlinə,  
Köhnə dikdabanla didmə sən yolu.  
Darıxma, özünü soxma irəli,  
Ömürdü, dondurma növbəsi deyil. 
Elə danışırsan sən, ay gülməli,  
Sən yaşda olmayıb heç kəs elə bil.  

  
 
 
 
172
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Sil gözün qəmini, gözlərimə bax,  
Sənin gülüşlərin təravətindi.  
Yaşlı olmağına hamı olacaq,  
Dönüb cavan olmaq yaman çətindi.  
Bir el bəzəyisən o göz-qaşınla,  
Qışın bu çağında sən ilk baharsan.  
Elə vaxtındır ki, bir baxışınla  
Qışın şaxtasını sən yumşaldarsan.  
Tulla o çantanı! At o çalmanı!  
Qaç bu sahil boyu belədən-belə.  
Sevindir qumları, güldür dalğanı,  
Kişnət buludları gülüşlərinlə. 
 

                                                                                  
 
 
173
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
              *** 
 
Silsiləsi ilan kimi qıvrılıb,  
Zirvələri buludlardan sıyrılıb,  
Bir karvandı, zaman keçib yorulub,  
Gözlərində büllur-büllur bulaqlar –  
Zaqatala dağlarıdı bu dağlar. 
 
Dağ sığışmaz hər qəlbə, hər xəyala,  
Bu ellərə həm qalxandı, həm qala,  
Min illərlə qaya gedər xəyala, 
Bir yanağı günəş olar, biri qar –  
Zaqatala dağlarıdı bu dağlar. 
 
Mərdlik olub onun işi, peşəsi,  
Nəfəsində çiçək ətri, quş səsi,  
Yaşıl kürkü palıd, vələs meşəsi,  
Ömrü boyu düşmən qovar, dost arar –  
Zaqatala dağlarıdı bu dağlar. 
 

  
 
 
 
174
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
             *** 
 
Güllər gözəllərdən gözəl,  
Gözəllər güllərdən gözəl.  
Üzümüzə illər gəlir,  
İllər o illərdən gözəl, -  
Hayıf ki, biz qocalırıq. 
 
Binaların boyu uca,  
Şəhərimə çox yaraşır.  
Qoca Bakı günü-gündən  
Yaşıllaşır, cavanlaşır, -  
Hayıf ki, biz qocalırıq. 
 
Saçlarıma yağan qar da  
Ərimədi bu baharda.  
Dünən uşaq olanlar da  
Bu gün cavan oğlanlardı, -  
Hayıf ki, biz qocalırıq. 
 
Ağ saçlar ağ gün gətirib, 
Ömrümüzlə öyünürük.  
Ömür sürən qocalacaq,  
Nahaq yerə deyinirik, -  
Hayıf ki, biz qocalırıq. 
 

                                                                                  
 
 
175
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin