Buraxılışa məsul



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə2/14
tarix03.02.2017
ölçüsü1,06 Mb.
#7513
1   2   3   4   5   6   7   8   9   ...   14

 
 
AZAD İNSANIQ 
 
Çiynimdə ulduzlu səma,  
İslanmış səkilərdə  
Rəngarəng reklamların əksini  
Geyirəm ayaqlarıma.  
Bürkülü günlərdə sərin  
Ağac kölgəsində sərinləyirəm, elə bil  
çimirəm. 
Soyuqlu gecələrdən incimirəm  
Bürünürəm gümüşü ay işığına,  
Səhərəcən tamaşa eləyirəm  
Yerlə göyün barışığına.  
Gecələyirəm.  
Ya dörd divar arasında,  
Ya da 
elə belə, dünyada.  
Əzələmdə ilan kimi qıvrılıb gücüm.  
Ürəyimdəki bir yığın arzudur - köçüm.  
İşimdir - hara əlimi atsam.  
Yolumdur - hara üzümü tutsam. 
 
1964 
 

  
 
 
 
20
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
FƏHLƏYƏM 
 
Fəhləyəm. 
Yerin dibinə kəmənd atıram. 
Qolumun gücünü, belimin şaxlığını  
əridib polada qatıram. 
Baxın! 
Çayların dibindən qalxan, 
Körpüləri ovcunda saxlayan, 
Beton dirəklər 
mənim biləklərimdir, 
bax, bu biləklər. 
Qollarımı polada döndərmişəm 
üstündən qatarlar keçir. 
Gücümü nəhəng insan yuvaları - 
binalara döndərmişəm,  
qoynuma ailələr köçür. 
Barmaqlarımın izi var 
döşəmənizin hər misrasında. 
Evinizin içində də 
ayağınızı qəzəblə döşəməyə  
vurmayın siz, 
axı barmağımı əzirsiniz. 
Pəncərəniz mənim gözlərimdir, 
həmişə mənzilinizə baxır. 
Evinizin suyu da, 
çaylardan mənzilinizə kimi 
olan zəhmətimdir, axır. 
Əkdiyim kölgəli ağacda da mən varam. 
Gəzdiyiniz bağlaram, 
getdiyiniz yollaram. 
 

                                                                                  
 
 
21
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
Fəhləyəm - ölməzəm. 
Dəmir-beton eləyirəm, polad eləyirəm 
Ömrümün hər anını. 
Mən verirəm dövlətimin hər fərmanını. 
Ayaqlarım yerin dibində, 
başım kosmosdadır.  
Bax, belə nəhəngdir fəhlələr.  
Günəş mənim fanarımdır, onu dağların  
arxasından götürüb  
işə çıxarıram hər səhər. 
 
Baykal, 1964 
 

  
 
 
 
22
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
USTA EV TİKİR 
 
Ev tikir, barı hörür usta. 
Daşların üstə 
barmaqlarının izi 
barıya hörülür. 
Əlinin istisi 
barıya hörülür. 
Daşların arasına hörülür 
Ustanın oxuduğu nəğmələr. 
Ürəyinin döyüntüləri, 
Ömründən bir az, 
kim bilir daha nələr... 
Əlbət ki, adam belə evdə  
narahat olmaz. 
 
1963 
 

                                                                                  
 
 
23
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ANQARA 
 
Anqara boz duman kimi sürünüb gedir,  
Nə ucu var, nə bucağı - fıkirlər kimi. 
İnanmırsan bu yerlər də yer üzündədir.  
Hava təmiz - yağış yumuş bir səhər kimi  
Burda adam təmkinlidir, uca boyludur.  
Adamını öz boyuna biçibdir tayqa.  
Üfüqləri yağış yüklü bulud yoludur.  
Anqaradan bu taydayam, fikrim o tayda  
Bir qocanın tulladığı qırmağa düşdü.  
Hava sakit, göy buludlu, sular gümüşdü.  
Hava sakit, heç o qədər soyuq da deyil,  
Yarpaq elə xışıldayır üşüyürəm mən.  
Şam ağacı üfüqlərdə çimir elə bil,  
Hərdən ötən buludların tutur əlindən.  
Burda ürək olarmı ki, sevgisiz vura?  
Mavi Sibir, qızlarının gözünə bənzər.  
Soruşmayın hansı yerə bənzəyir bura,  
Bu dünyada Sibir ancaq özünə bənzər. 
 
Baykal, 1964 
 

  
 
 
 
24
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
QIŞDA ÇİÇƏKLƏR 
 
Kamçatkada şaxta olur, tufan olur.  
Kamçatkada kirpiyində buz da donur.  
Ağ yorğana bürünübdür hər nə varsa.  
Buludları oda tutan vulkanlarsa  
Alovlanır qızıl rəngli fəvvarə tək.  
Vulkanların ətrafında bahar kimi  
Bütün qışı ətir saçir min-min çiçək.  
İnsan qəlbi belə olur ağır gündə;  
Lap olur ki, sinəsinə ölüm enir,  
Ümid yanır vulkan kimi ürəyində  
Ətrafında neçə arzu çiçəklənir. 
 
Kamçatka, 1964 

                                                                                  
 
 
25
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
MƏRMİ 
 
Mərmi - 
infarktlı ürək kimi,  
Əsəblərin əmrinə müntəzir.  
Girəvə güdür, 
məqam gəzir.  
Partlasa baxışlar solacaq,  
Vaxtsız düşən şaxtadan, 
lalə solduğu tək.  
Nə sayım, daha nələr olacaq.  
Ürəyimizin infarktını da,  
Mərmini də 
özümüz yaratmayaydıq gərək!.. 
 
1966 
 

  
 
 
 
26
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
XİROSİMA 
 
Gecə 
Gizlicə-gizlicə 
Oğurlanıb soxulur 
İnsan həyatıma yuxum. 
Yuxuda görürəm ki, dünyada yoxam. 
Hələ bu Yer kürəsi də maviliklərin 
Dərin sükutu içində balaca bir qayıqmış. 
Od alıb elə yanır ki, yanır elə bil 
bir çəngə qamış. 
Yanır: 
yer, 
göy, 
su, 
hava. 
- Sus, 
dava 
başlayıb – 
deyir 
bir səs: 
"Partlayış! 
Deyirlər, 
XX əsrin 
Səbri partlamış". 
Yanır kirpiklərdə yaş, 
Yanır arzu, murad, təlaş. 
Ömrün yoludur yanan qarşımızda. 
Zəhər yağır kirpiyimizə, qaşımıza. 
Əsir çəhrayı rəngli əcaib bir külək 
Yuxudan gözlərimi açıram hövlnak. 
 

                                                                                  
 
 
27
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
Bir tərəfdə günəş - xeyirxah bir işıq 
Yadıma düşür, 
Axşam yuxudan qabaq Xirosimadan 
danışmışıq. 
 

  
 
 
 
28
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
KATOKDA  
 
Qış, qar, buz üstü. 
Yanan dodaqlarından 
Çıxan sözlər – boz tüstü. 
Süzürsən sola, sağa. 
Burda fıkir verən yox  
Yıxılmağa, durmağa...  
Bax, bax yıxıldın, durdun,  
Durdun, qəhqəhə çəkdin,  
Az qala gülüşünlə  
Buzu əridəcəkdin.  
Gülüm, şığı, yenə süz,  
Fırlan, dönə-dönə süz,  
Yenə yıxılacaqsan,  
Bu şübhəsiz, bu sözsüz.  
Fəqət hər yıxılanda  
Belə gül, demə: "Bəsdir!"  
Ömrün yolu belədir: 
Qış, qar, büz üstü. 
 
1960 
 

                                                                                  
 
 
29
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
NAĞILLAR 
 
Vətən müharibəsində həlak olmuş 
Nadir və Söyün əmilərimin əziz xatirəsinə. 
 
İllər ötür aram-aram...  
Uşaqlıqdan söz salıram,         
Neçə nağıl düşür yada.  
Nənəm deyən o qorxulu nağılları  
Sonra yatıb mən görərdim yuxularda.  
Həmişə də nağılların qəhrəmanı  
Nadir olub, Söyün olub.  
Yazıq nənə, 
qəhrəmanlar bərkə düşsə,  
gözü dolub ağlayardı.  
Əjdahalar qırılardı, 
Qəhrəmanlar sağ qalardı.  
Evə dönüb anasıyla görüşərdi 
iki igid, iki qardaş. 
Nağılların bu yerində 
gülümsərdi yazıq qarı,  
Kirpiyində yenə də yaş.  
Nənəm elə danışardı nağılları, 
bizim sınıq pəncərədən külək dolub  
evimizi dolanardı, dinləyərdi.  
Yığın, yığın ulduzlar da 
pəncərədən boylanardı, dinləyərdi.  
Yağış yağsa dama-dama evimizə, dinləyərdi.  
Lampamız da dil açmamış körpə kimi,  
Qoşulardı elə bizə, dinləyərdi. 
Keçib illər 
böyümüşəm, saçıma da düşübdür dən.  

  
 
 
 
30
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Nənəm deyən nağıllarda  
Əjdahayla döyüşməyə o vaxt gedən 
Əmilərim qayıtmadı.  
İllər ötür aram-aram... 
eh nə isə...  
Yenə hərdən axşamçağı  
Nənəm deyən nağılları xatırlaram,  
nədəndirsə...  
Eh, nə isə... 
 

                                                                                  
 
 
31
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
BULUDLAR 
 
Axşamlar sürünüb dağlara sarı,  
Zirvəyə baş qoyub yatar buludlar.  
Mavi sonsuzluqdur ömür yolları,  
Hərdən yağış ələr, hərdən də ki, qar. 
Zirvəyə baş qoyub yatar buludlar. 
 
Meşədə yanğına yağar söndürər,  
Səhrada kölgəlik olar karvana.  
Yamacda susuz bir gül sevindirər,  
Gəzər gün altında hey yana-yana.  
Səhrada kölgəlik olar karvana. 
 
Göylər sonsuzsa da, sərhədsizsə də  
Onlar da vuruşur cahangirlər tək.  
Sonsuz üfüqləri alır səs-səda!  
Göz yaşları - yağış, qılıncı - şimşək.  
Onlar da vuruşur cahangirlər tək. 
 
Buludlar, bilmirsiz mənim fıkrimi,  
Yığışın, gedirik uzaq yollara.  
Mən yer kürəsini təyyarə kimi  
Sürüb aparacam, kim bilir hara...  
Yığışın, gedirik uzaq yollara. 
 
Bəsdir uçduğunuz pərvanələr tək,  
Dolun dərələrə, düzlərə yatın.  
Yer darsa, qəlbimə doluşun gedək,  
Səfəri başqadır bu gün həyatın.  
Dolun dərələrə, düzlərə yatın. 
 

  
 
 
 
32
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Söykənib dağlara fıkrə getmişəm,  
Dizimə baş qoyub mürgüləyin siz.  
İndi ağla dolub mən dərk etmişəm,  
Gümüş manatımdır göydə hər ulduz.  
Dizimə baş qoyub mürgüləyin siz. 
 
Yola düşəcəyik sabah, buludlar,  
Buludlar, buludlar, ay ağ buludlar. 
 
1965 
 

                                                                                  
 
 
33
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
HƏRDƏN KÖNLÜMƏ DÜŞÜR 
 
Hərdən könlümə düşür  
Ağlamaq da, gülmək də.  
Hərdən könlümə düşür  
Tikanlı məftil kimi  
Şaxtalı bir külək də.  
Qınamayın siz məni,  
Dəcəl bir uşaq kimi  
Yaxşıca döyülmək də  
Hərdən könlümə düşür.  
Bəzən də gecə yarı  
Elə bil ki, ilk dəfə  
Göz açıb görürəm mən  
Şəhərdə işıqları,  
Göylərdə ulduzları.  
Mənə elə gəlir ki,  
İnsan ayağı üçün  
Qəribsəyib küçələr,  
Darıxırlar gecələr.  
Haray salıb dünyaya  
Evlərdə yatanları  
Mən oyatmaq istərəm.  
Yuxunu bir tül kimi  
İnsanların üzündən  
Alıb atmaq istərəm. 
Hərdən istəyirəm ki,  
Heç gözə görünməyim,  
Dindirsələr, dinməyım. 
Hərdən könlümə düşür  
Durum bağrıma basım  
Hər tanışı, hər yadı.  

  
 
 
 
34
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
(Hər insan bir dünyadı).  
Mən yaşaya bilməzdim  
Könlüm bir mayak kimi  
Alışıb sönməsəydi.  
Şeir də yazmazdım heç  
Bu könlümə düşənlər  
Misraya dönməsəydi. 
 
1961 
 

                                                                                  
 
 
35
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
TELEFONLA SÖHBƏT 
 
Dəstəyə əl atıb çağırdım: 
- Alo! Təcili yardım, 
kömək eləyin. 
-Alo! Buyurun, deyin, 
xəstənin neçə yaşı var? 
-Milyard, daha çox olar. 
-Uzatmaym, 
xəstəliyi nədir? 
-Nüvə silahı asılıb başının üstdən, 
bir ayağı qəbirdədir. 
-Tez eləyin, 
zarafatı buraxın,  
Hansı ünvana gələk, deyin! 
-Ünvan? Bizim səyyarə -  
Yer kürəsi. 
Günahlı, günahsız,  
bütün canlıların 
yaşamaq həvəsi.  
Ünvan? Bütün dünyanın 
taleyini həll eləyən, 
- "Mənəm! Mənəm!" - deyən 
natiqlərin gur səsi.  
Təcili yardım, tez gəl, -  
"tez" sözündən də bir az tez. 
Zamanın sürətilə yox,  
zamanın özündən də  
bir az tez. 
Həkim "dəli" dedi.  
Söhbət kəsildi beləcə.  
Güldüm, 

  
 
 
 
36
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Amma əl çəkən deyildim.  
Divar saatı dəqiqələri sayır, 
keçir gecə.  
Yenə zəng eləyəcəyəm indicə. 
 
1962 
 

                                                                                  
 
 
37
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
 
SİZİNLƏ LOVĞALANIRAM 
 
Milyonlarla pəncərələr açılır kainata,  
Hərəsinin arxasında bir ürək.  
Milyonlarla qapılar açılır həyata.  
Nə qədər pilləkənlər nə qədər yollara 
                                               calanır. 
Yollar yollarda haçalanır.  
Çağırır sizi 
Fit verən zavod, gəmi,  
qatar. 
Zəngli saatlar 
Çağırır hərənizi bir yana  
Yel kimi əsirsiniz  
zamanı calayıb zamana,  
Gecədən gündüzə, gündüzdən gecəyə  
Tələsirsiniz. 
Mən də sizdən uzaq deyiləm
hamınızın yanındadır mənim işim.  
Özünüz bir yana, yuxunuzu da öyrənmişəm.  
Yuxunuzda görürsünüz ötən gündən 
dumanlı xatirələr...  
Rəhmətlik babanızı, rəhmətlik 
uşaqlığınızı 
daha nələr, nələr...  
Ya da iş yerinizi, 
Ya da gələcək arzunuzdan dumanlı 
səhnələr... 
Sizinlə işə gedirəm, 
sizinlə işdən dönürəm.  
 

  
 
 
 
38
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
Yaxşı işinizlə öyünürəm, 
pis işinizdən od tutub yanıram mən,  
Bilin ki, təkcə özünüzlə yox, 
pəncərənizin işığıyla da  
lovğalanıram mən. 
 
1966 
 

                                                                                  
 
 
39
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
SAAT DANIŞIR 
 
Çıq, çıq, çıq!  
Yatma, dur!  
Ötən vaxt  
Üzündə 
Hörümçək torunu 
toxuyur. 
Çıq, çıq, çıq!  
Qalxsana,  
baxsana.  
Göy açıq,  
yer açıq,  
yol açıq.  
Yola çıx,  
gül açıb. 
Saçına düşür dən, 
çıq, çıq, çıq!  
Dünyanın çiynindən 
ömrünü düşürdən 
pillələr 
çıq, çıq, çıq.  
ömrünə vurulan 
sillələr 
çıq, çıq, çıq. 
güllələr 
çıq, çıq, çıq   
zamanam,  
O göydən ağıram,  
bu yerdən ağıram, 
sübhəcən üzünə,  
gözünə 

  
 
 
 
40
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
yağıram, 
döyürəm. 
deyirəm 
"çıq, çıq, çıq".  
Yuxuda yatanda  
sən ruhu zəncirli 
bir qulsan, 
əl açıq,  
qol açıq,  
yol açıq,  
yola çıx,  
yol açıq.  
çıq, çıq, çıq. 
 
1966 

                                                                                  
 
 
41
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
SALAM, ALLAH 
 
Eheyy... salam, Allah! 
Açıram pəncərəmi.  
Gecə yarıdır, boşdur otaq.  
Bəri bax, 
gəl, söhbət eyləyək,  
                             təkətək. 
Bu, həyatdır, - 
növbə allahlarla da  
vuruşmağa çatdı. 
Bir də sən 
pəncərədən gəl hökmən.  
Güvənmə ki, allahdır adın. 
Bu gün istirahət günü  
deyil, - deyə  
Səni qapıdan buraxmaz  
içəriyə, 
İbadətində duran 
bizim qapıçı  
qadın.  
Deyərlər, sən məni 
Yaratmısan, 
Adəm şəklində 
yer kürəsinə atmısan.  
Deyirlər, tez yaratmısan 
Mənim üçün ölümü də.  
Deməli, məni yaradan kimi 
məndən qorxmusan.  
Əlimdəsən, Allah, əlimdə. 
Deyirlər, qismətimə 
min-min bəlaları da  

  
 
 
 
42
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
sən yazdın.  
Məni yaradan kimi peşmanlamısan.  
Deməli, bilsəydin, -  
özündən güclünü 
yaratmazdın.  
Gəl vuruşaq! 
Sən milyon ildir 
başımın allahısan,  
Mən bir uşaq.  
Nənəm eşitsə bu şeiri, - 
qorxusundan çatlayar bağrı,  
Neyləsin, ömrü boyu  
Sənə səcdə edib  
yazıq qarı.  
Qazancı olub əlinin qabarı,  
Üzünün qırışları,  
Gözünün yaşları.  
Zaman sənin cibindən gedir.  
Cənnət, cəhənnəm  
nağılına inanmış  
ölülər də sənə üsyan edir.  
Üsyan edir sənə, 
bütün qəbiristanlıqlarda 
baş ağacları. 
Düş, gəl!       
Ayağın toxunsa yerə,  
Ömrün milyon il qısalar,  
Ayağın yerə toxunsa, - 
hamı səndən qisas alar. 
Düş, gəl! 
Vuruşaq.  
Sən, bütün cinayətlərə  

                                                                                  
 
 
43
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
qadir allah,  
Mən bir uşaq. 
Səni ilk dəfə mən kəşf elədim.  
Sənə ilk dəfə Allah mən dedim.  
Adını çəkdim hər addım başında.  
Mən səni, atom bombasını 
yaratdığım kimi yaratdım,  
Sonra da diz çökdüm qarşında.  
Ağlım kəsməyəndə 
səni yaratdım ki, -  
kimdənsə qorxum. 
Sənsə, 
vahiməylə zəncirlədin 
insanın ruhunu, ağlını.  
Sən, qatı düşmənimsən, qatı.  
Xofunla vahiməyə çevirirsən həyatı.  
Gəl, vuruşaq, allah! 
Bu vuruş  
bəşərin susuz dodağına 
su olacaq, su!  
Vuruşaq ki, çıxsın 
canımdan  
Allah vahiməsi, 
Allah qorxusu. 
 

  
 
 
 
44
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
DÖRD QÜTB,  
LAMPA HAQQINDA 
 
Bədbin:  
-
 
Lampa qanır deyə,   
Yanır deyə  
Boğazından asdılar. 
 
Nikbin:  
-
 
Lampa nur yayır deyə  
Başım üstə yeri var. 
 
Tərsinə fikirləşən:  
-
 
Lampanı asırlar ki,  
Göz qabağında olsun,  
Qaranlıqda itməsin. 
 
Qanunpərəst:  
-
 
Yuxarıdan asıblar ki,  
Hər kəs götürüb onu  
Həqiqət axtarmağa  
                  getməsin. 
 

                                                                                  
 
 
45
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
TƏRCÜMEYİ-HALIM 
 
Evim - avtobuslar, vaqonlar, təyyarələr. 
Kəndlər, şəhərlər, səyyarələr - 
dayanacağım.  
Milyon kilometrlərlə ömür  
yaşamışam. 
Kim bilir, 
Harda dayanacağam. 
 
1962 
 
 

  
 
 
 
46
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
VƏTƏNPƏRVƏR 
 
Oğluna qoyub vətəninin adını,  
Milli geyimə vərdiş elətdirir 
arvadını.  
Elə arvad-uşağına sərf eləyib  
ömrünü, istedadını. 
 
1963 
 

                                                                                  
 
 
47
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
                    *** 
 
"Günəş səyyarələrin tonqalıdır,  
Səmanın ürəyidir, dünyanın çırağıdır" –  
yazdıq. 
Amma bəzimiz başqasını qızdırmaq  
üçün yanmazdıq. 
 
1963 
 

  
 
 
 
48
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
            *** 
 
Hər ürək – 
Oxunmamış bir varaq.  
Hər üzün qırışında  
Bir ömrün hekayəti.  
Hər gözün də bir aləm  
Sevinci, şikayəti...  
Min sirrin sirdaşıdır  
Yol yanında hər ağac.  
Hər evin qapısını  
Roman cildi tək aç. 
 
1965 
 

                                                                                  
 
 
49
Ñå÷èëìèø ÿñÿðëÿðè
 
 
 
 
ANAM YAMAN FİKİRLİDİR... 
 
Fikri çaşıb, yazıq anam  
Nə qoyursa itirir.  
Duzdan ötru evə girir,  
Başqa bir şey gətirir.  
Deyirəm ki, nə var, ana,  
Hey yol çəkir gözlərin?  
Deyir: bala heç soruşma,  
Yaram dərindir, dərin.  
Zaman keçib,  
Yaxşı gəlib,  
Yaman keçib.  
Beş oğul böyütmüşəm.  
Dönə-dönə şükür deyib,  
İndi kama 
yetmişəm.  
Deyirlər ki, yenə dünya  
Qarışıqdır, ay bala.  
Elə bu dərd məni salıb  
Bu azara, bu hala.  
Anam yaman fıkirlidir.  
Fikirlidir bizim əsr.  
Küləklər də yer üzündən  
Qaçmaq üçün tələsir.  
Anam yaman fikırlidir.  
Fikirlidir analar.  
Yer üzündə milyon-milyon  
Anam kimi ana var. 

  
 
 
 
50
Ôèêðÿò Ãîúà
 
 
 
 
 
SÖHBƏT 
Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin