Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   49   50   51   52   53   54   55   56   ...   61
Gasimov-informatika-darslik

Windows  NT  sistemi  kompüter  şəbəkələrinin  yaradılması 

üçün  zəruri  imkanlara  malikdir.  Bu  sistemdə  «klient-server» 

texnologiyasına  əsaslanan  bir  çox  şəbəkə  protokolları 

reallaşdırılmış  və  serverlər  üçün  zəruri  olan  proqram  təminatı 

onun  tərkibinə  daxil  edilmişdir.  Windows  NT  həm  işçi  stansiya, 

həm  də  serverlərdə  istifadə  üçün  nəzərdə  tutulmuş  iki  variantda 

(Windows NT  Workstation və Windows NT Server) hazırlanaraq 

istifadəyə  verilmişdir.  Kompüter  şəbəkələrində,  eləcə  də 

Internetdə  müxtəlif  xidmətlərin  qurulması  və  həyata  keçirilməsi 



 

74 


üçün  müvafiq  server  proqramları  Windows  NT  Server 

komplektinə  daxildir.  Windows  NT  sistemi  istifadəçilərin  idarə 

olunması, onların sistemə əlavə edilməsi, pozulması, səlahiyyət və 

hüquqlarının  dəyişdirilməsi,  sistem  resurslarına  girişlərin 

məhdudlaşdırılması  və  s.  imkanlara  malikdir.  Bundan  əlavə, 

sistemdə  təhlükəsizlik,  o  cümlədən  informasiya  təhlükəsizliyi 

məsələlərinin həlli yüksək səviyyədə nəzərə alınmışdır.  

Windows  2000  əməliyyat  sistemi  Windows  95/98  və 

Windows  NT  sistemlərinin  bir  çox  xüsusiyyətlərini  özündə 

birləşdirir,  ümumi  görünüşünə  və  yerinə  yetirdiyi  funksiyalara 

görə    Windows  95/98  sisteminə,  şəbəkə,  təhlükəsizlik  və  digər 

imkanlarına  görə  isə  Windows  NT  sisteminə  daha  yaxındır. 

Hazırda  Windows  2000  sisteminin  bir  neçə  variantı  istifadə 

olunur: 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin