Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə50/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   46   47   48   49   50   51   52   53   ...   61
Gasimov-informatika-darslik

4.5. Windows əməliyyat sistemi 

IBM  PC  tipli  kompüterlər  üçün  80-ci  illərin  əvvəllərində 

Microsoft  firması  tərəfindən  yaradılmış  MS  DOS  əməliyyat 

sistemlərindən  daha  çox  istifadə  olunurdu.  Əvvəlki  paraqraflarda 

qeyd  olunduğu  kimi,  bu  əməliyyat  sistemləri  bir  çox  müsbət 

cəhətləri  ilə  yanaşı  bir  sıra  çatışmazlıqlara  da  malik  idi.  Bu 

çatışmazlıqlara  istifadəçi  ilə  kompüter  arasında  inkişaf  etmiş 

dialoqun,  müxtəlif  proqramlar,  qurğular  və  sistemlərlə  işləmək 

üçün  intellektual  interfeysin  olmaması,  adi  istifadəçilər  üçün  bu 

sistemdə  əmrlər  rejimində  işləməyin  çətin  olması  və  s.  aiddir. 

Adətən  bu  qisim  əməliyyat  sistemi  ilə  işləməyi  asanlaşdırmaq 

məqsədilə  örtük  proqramları  yaradılırdı.  Örtük  proqramlarına 

nümunə kimi MS DOS üçün ilk belə proqramlardan olan Norton 

Commander  (NC)  sistemini  göstərmək  olar.  Bu  sistem  kompüter 

istifadəçilərinin  rəğbətini  qazanaraq,  geniş  istifadə  olunurdu.  NC 

proqramının  köməyi  ilə  MS  DOS  əməliyyat  sisteminin  əsas 

əmrlərini  klaviaturadan  daxil  etmədən  müəyyən  düymələri 

basmaqla yerinə yetirmək mümkün olurdu. Bir çox örtük və servis 

proqramlarının  meydana  gəlməsinə  baxmayaraq  NC  sistemi 

kompüter  istifadəçiləri  tərəfindən  indiyədək  müvəffəqiyyətlə 

istifadə olunur. 

80-ci  illərin  ikinci  yarısından  başlayaraq  Microsoft  firması 

qrafik 

interfeysə 

malik 

Windows 


əməliyyat  sistemini 

istifadəçilərin  ixtiyarına  vermişdir.  Windows  sistemi  fərdi 

kompüterlər  üçün  yeni  növ  proqramların  meydana  gəlməsinə 

səbəb  olmuşdur.  Windows  sisteminin  asan  başa  düşülən,  rahat 

qrafik interfeysləri  bir-birindən asılı  olmayan  ayrı-ayrı  pəncərələr 

şəklində reallaşdırılmışdır. Belə ki, Windows sistemi, onun əlavə 




 

70 


proqramları,  utilitləri  və  digər  proqram  təminatları  yükləndikdə 

ekranda pəncərələr şəklində açılır. Pəncərələr Windows sisteminin 

əsas  müəyyənedici  elementidir.  Windows  sisteminin  adı  da 

pəncərə  sözündən  («windows»  ingiliscə  «pəncərə»  deməkdir) 

götürülmüşdür.  

MS DOS sistemi ilə müqayisədə Windows sistemi aşağıdakı 

əsas üstünlüklərə malikdir: 

-  Windows  sistemi  kompüterin  işini  bütövlükdə  rahat  idarə 

etməyə imkan verir və sistemin işini səmərəli edir; 

-  Windows  mühitində  daha  geniş  funksional  imkanlara  və 

intellektual  istifadəçi  interfeysinə  malik  proqram  vasitələri 

yaratmaq və onlardan istifadə etmək mümkündür; 

-  Windows  sistemi  kompüterin  resurslarının  proqram-texniki 

vəsaitlər  arasında  optimal  bölüşdürülməsini  və  daha  yaxşı 

idarə  olunmasını,  istifadəçilər  tərəfindən  kompüterdə  olan 

informasiya  resurslarının,  eyni  zamanda  bir  neçə  proqram 

tərəfindən istifadəsini, proqram-texniki təminatın paralel işini 

təmin edir. 

Ümumiyyətlə,  Windows  sistemini  xarakterizə  edən  əsas 

xüsusiyyətlər kimi aşağıdakıları qeyd etmək olar: 

-  Windows  –  fərdi  kompüterlər  üçün  nəzərdə  tutulmuş  bütöv, 

qapalı  işçi  sistemidir.  Windows  sisteminin  köməyi  ilə 

praktiki  olaraq  ondan  əvvəl  mövcud  olan  əməliyyat 

sistemlərinin əsas əməliyyatlarını yerinə yetirmək olar. 

-  Windows  qrafik  interfeysə  malik  sistemdir.  Istifadəçi 

klaviaturanın  köməyi ilə əmrləri  mətn  şəklində  daxil  etməyə 

məcbur  deyil.  Siçanın  və  ya  klaviaturada  hərəkət  etdirici 

düymələrin köməyi ilə pəncərədən, menyüdən və ya paneldən 

lazım  olan  əmri,  proqramı,  rejimi  seçməklə  yerinə  yetirmək 

mümkündür. 

-  Windows  çoxməsələli  sistemdir.  Windows  mühitində  bir-

birindən  asılı  olmadan  bir  neçə  məsələnin  paralel 

yüklənməsini və yerinə yetirilməsini təmin etmək olar.  



 

71 


-  Windows  proqramları  arasında  informasiya  mübadiləsi 

mümkündür.  Belə  ki,  bir  proqramdan  digərinə  keçmək, 

verilənləri  və  hər  hansı  informasiyanı  bir  proqramdan 

digərinə  ötürmək,  bəzi  proqramları  bağlamaq,  digərlərini 

yükləmək, eyni zamanda ekranda bir neçə proqramın dialoq 

və ya nəticə pəncərələrini açmaq olar. 

-  Windows  sisteminin  proqramları  xarici  qurğulardan  və 

kompüterin  texniki  parametrlərindən  asılı  olmur.  Bu 

proqramların  xarici  qurğularla  işi  Windows  sisteminin 

xidməti  proqramları  –  drayver  və  utilitləri  vasitəsilə 

nizamlanır və həyata keçirir. Bu o deməkdir ki, konkret xarici 

qurğu  ilə  işləyərkən  və  ya  kompüterin  resurslarına  müraciət 

edərkən, onların paylanması, eyni zamanda digər proqramlar 

tərəfindən istifadəsi və s. bu kimi məsələlərin həlli istifadəçi 

proqramları  tərəfindən  deyil,  Windows  əməliyyat  sistemi 

tərəfindən yerinə yetirilir. Başqa sözlə, əgər Windows sistemi 

hər  hansı  xarici  qurğu  və  ya  resursla  işləyə  bilirsə,  onda 

Windows  mühitində  işləyən  proqramlar  da  həmin  qurğu  və 

resurslardan istifadə etmək imkanına malik olurlar.  

-  Windows əməliyyat sisteminin daha böyük əməli yaddaşdan 

istifadə  etmək  imkanı  vardır.  MS  DOS  əməliyyat  sistemi 

yalnız  1Mb-a  qədər  əməli  yaddaşa  müraciət  edə  bilir. 

Windows sistemində isə belə məhdudiyyət yoxdur. 

-  Windows  sistemi  multimediya  qurğuları  ilə  işləmək,  audio-

video  informasiyanı  qəbul  və  emal  etmək,  eləcə  də  ötürmək 

imkanlarına  malikdir.  Belə  ki,  Windows  sistemində 

mikrofondan,  kompakt  diskdən,  MIDI-sintezatordan  və  s. 

qurğulardan 

audioinformasiyanı, 

rəqəm 


tipli 

videokameradan, 

TV-çeviricidən 

və 


s. 

qurğulardan 

videoinformasiyanı  qəbul  etmək,  eləcə  də  onlar  üzərində 

müxtəlif əməliyyatları yerinə yetirmək olar. 

Windows  sistemi  kompleksinə  daxil  olmayan  və  işləmək 

üçün  sonradan  yaradılmış  proqramlar  Windows  sisteminin 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin