Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə52/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   48   49   50   51   52   53   54   55   ...   61
Gasimov-informatika-darslik

Windows  95  əməliyyat  sistemi  fərdi  kompüterlərdə,  evdə, 

kiçik müəssisələrdə, dövlət müəssisələrində istifadə üçün nəzərdə 

tutulmuş,  rahat  interfeysə,  multimediya  imkanlarına,  xidməti 

proqramlara malik universal sistemdir. Windows 95 sistemi sadə, 

vahid  istifadəçi  interfeysi,  çoxməsələlik,  kompüterin  qurğularının 

diaqnostika edilməsi və s. kimi xüsusiyyətlərə malikdir. 



Windows  98  əməliyyat  sistemi  Windows  95  əməliyyat 

sisteminin  genişləndirilmiş  formasıdır.  Bu  sistemdə  Internet 

beynəlxalq  kompüter  şəbəkəsinə  qoşulmaq  üçün  zəruri  olan 

proqramlar,  drayver  və  utilitlər  reallaşdırılmışdır.  Windows  98 




 

73 


sistemində setup proqramı, istifadəçi interfeysi və s. komponentlər 

daha da təkmilləşdirilmişdir. 

Windows  98  sistemində  yeni  kompüter  qurğularının 

qoşulması  və  idarə  edilməsi  prosesi  avtomatlaşdırılmış  və 

intellektuallaşdırılmışdır 

(konfiqurasiyanın 

və 

enerji 


ilə 

qidalanmanın  idarə  edilməsi,  Win32-drayver  modeli,  bir  neçə 

monitorun qoşulması və s.).  

Windows 98 sistemindən başlayaraq reallaşdırılmış Plug and 

Play  texnologiyası  kompüterin  resurslarının,  ona  qoşulmuş 

qurğuların düzgün işləməsinə, onların avtomatik təyin edilməsinə, 

quraşdırılmasına və ya silinməsinə, diaqnostikasına və fəaliyyətinə 

nəzarət  etməyə  imkan  verir.  Belə  ki,  kompüter  yükləndikdə  ona 

yeni  qoşulan  qurğu  avtomatik  olaraq  tanınır,  qurğunun  bütün 

lazımi  drayverləri  yüklənir  və  ya  onların  yüklənməsi  üçün 

istifadəçiyə  müraciət  olunur  və  bu  məqsədlə  ekranda  zəruri 

məlumatlar çıxır. 

Plug  and  Play  texnologiyası  Windows 98-in  elektrik 

qidalanma  parametrlərindən  istifadə  edir  və  onları  nizamlayır. 

Nasazlıq  yarandığı  zaman  hadisələr  jurnalında  onlar  haqqında 

sistem tərəfindən qeydlər aparılır.

 

Bunlardan  əlavə,  kompüter  şəbəkələri  ilə  iş  sahəsində 



Windows  98  sisteminin  tərkibinə  yeni  protokolları  daxil 

edilmişdir:  NDIS  5.0,  Windows  Sockets  2.0  (Win  Sock  2.0), 

RSVP  protokolou,  ISDN-lə  iş,  çoxkanallı  PPP,  PPTP  (virtual 

xüsusi şəbəkə protokolu), DFS (paylanmış fayl sistemi) və s. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin