Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects


 Əməliyyat sistemlərinin təsnifatı



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə49/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   45   46   47   48   49   50   51   52   ...   61
Gasimov-informatika-darslik

4.4. Əməliyyat sistemlərinin təsnifatı 

Qeyd  olunmalıdır  ki,  informasiya  texnologiyaları  inkişaf 

etdikcə digər proqram sistemləri ilə yanaşı əməliyyat sistemləri də 

inkişaf etmişdir. Son dövrlərdə imkanları, interfeysi və servisi ilə 

bir-birindən 

çox  fərqlənən  onlarla  əməliyyat  sistemləri 

yaranmışdır.  

Ümumi  iş  prinsipinə  və  imkanlarına  görə  əməliyyat 

sistemləri bir neçə yerə bölünürlər: 

-   bir  məsələli  bir  istifadəçi  əməliyyat  sistemləri  –  eyni 

zamanda  yalnız  bir  istifadəçi  hər  hansı  bir  proqramla  işləyə 

bilər. 


 

İstifadəçi  

 

Əməliyyat sistemi 



 

Əməliyyat 

sisteminin 

əmrləri 


 

Örtük 


proqram-

ları 


Əlavə  

proqram 


təminatı 

 

Kompüterə 



qoşulan 

qurğular 

 

Şəkil 4.4. Əməliyyat sisteminin qarşılıqlı əlaqə 



sxemi (servis proqramları ilə) 


 

68 


-   çox  məsələli  bir  istifadəçi  əməliyyat  sistemləri  –  eyni 

zamanda  yalnız  bir  istifadəçi  işləyə  bilər,  lakin  o,  eyni 

zamanda bir neçə proqramı yükləyə bilər. 

-   çox  məsələli  çox  istifadəçi  əməliyyat  sistemləri  –  bu 

sistemlər  eyni  zamanda  bir  neçə  istifadəçinin  bir  çox 

proqramlarla işləməsinə imkan verir. 

-   şəbəkə  imkanlarına  malik  əməliyyat  sistemləri  –  onlar  çox 

məsələli  və  çox  istifadəçi  əməliyyat  sistemləri  olmaqla 

yanaşı,  həm  də  şəbəkə  xidmətlərinin  göstərilməsi,  şəbəkə 

vasitəsilə  digər  kompüterlərə  və  informasiya  resurslarına 

qoşulma,  onların  emalı,  istifadəsi  və  s.  imkanlara  malik 

olurlar. 

Ən çox istifadə olunan və geniş yayılan əməliyyat sistemləri 

aşağıdakılardır: 

-    EHM-in  əməliyyat  sistemləri  (OS  ES,  IBM  və  s.)  –  bu 

əməliyyat  sistemləri  bir  neçə  istifadəçinin  terminallar 

vasitəsilə  eyni  zamanda  bir  sıra  proqramlarla  işləməsinə 

imkan  verir,  yəni  onlar  çox  istifadəçi  və  çox  məsələli 

əməliyyat  sistemləridir.  Bu  növ  əməliyyat  sistemlərindən 

CM, OS, IBM tipli böyük hesablama maşınlarında (makro və 

mini EHM) istifadə olunurdu. 

-   IBM/PC  tipli  fərdi  kompüterlərin  əməliyyat  sistemləri  - 

CP/M,  MSX,  MS  DOS,  PC  DOS,  DR  DOS  və  s.  Onlar 

birinci  qrup əməliyyat  sistemlərinə  aiddirlər  və  əvvəlki  nəsil 

fərdi kompüterlər üçün nəzərdə tutulmuşdur. 

-  Windows 

əməliyyat 

sistemləri: 

Windows 

3.1/95/98/2000/NT/XP.  Windows  3.1/95/98/2000/XP  bir 

istifadəçi  və  çoxməsələli  əməliyyat  sistemləridir,  lakin 

Windows  95/98/2000/XP  sistemlərində  şəbəkə  vasitəsilə  bir 

və  daha  çox  istifadəçinin  işlənməsi  üçün  imkanlar 

reallaşdırılmışdır. Windows NT sistemi isə çox məsələli çox 

istifadəçi şəbəkə əməliyyat sistemidir. 



 

69 


-   UNIX  əməliyyat sistemləri: UNIX, Linux, RedHat  və s. Bu 

sistemlər  çox  məsələli  çox  istifadəçi  şəbəkə  əməliyyat 

sistemləridir. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin