Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects


 Fayl sistemləri, fayl və kataloq (qovluq) anlayışları



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə57/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   53   54   55   56   57   58   59   60   61
Gasimov-informatika-darslik

4.6. Fayl sistemləri, fayl və kataloq (qovluq) anlayışları 

Kompüterin  yaddaş  qurğusunda  informasiyanın  fayllar  və 

kataloqlar 

şəklində  saxlanmasını,  faylların  yaradılmasını, 

adlandırılmasını,  qeydiyyatını  və  s.  müəyyən  edən  qaydalar 

məcmusu əməliyyat sisteminin fayl sistemi adlanır.  



Informasiyanın  saxlanılması  və  bir  yerdən  başqa  yerə 

daşınması üçün kompüterlərdə müxtəlif texnologiyalara əsaslanan 

disk  qurğuları  nəzərdə  tutulmuşdur.  Əvvəlki  paraqraflarda  qeyd 

olunduğu  kimi,  müasir  kompüterlərdə  maqnit  disklərindən  (bərk 

disk,  yumşaq  disket  və  s.)  və  CD-disklərindən  (lazer 

texnologiyasından)  istifadə  olunur.  Növündən  asılı  olmadan  hər 

bir disk qurğusu informasiyanı müəyyən müddət (uzun və ya qısa) 

yadda  saxlamaq  üçün  nəzərdə  tutulmuşdur  və  informasiyanın 

diskə yazılıb oxunması üçün yazı-oxu mexanizmlərinə malikdir.  

Disk qurğuları fiziki element kimi kompüterə qoşulur, lakin 

istifadə  zamanı  onlar  əməliyyat  sistemi  tərəfindən  məntiqi  disk 

kimi qəbul edilir. Belə ki, hər bir fiziki disk sistem tərəfindən bir 

və  ya  bir  neçə  məntiqi  disk  kimi  istifadə  edilə  bilər.  Beləliklə, 

məntiqi  disk tam  fiziki  diskdən  və  ya  onun  bir hissəsindən  ibarət 

ola  bilər.  Adətən,  əməliyyat  sistemlərində  məntiqi  disk  ingilis 

hərfləri  ilə  işarə  olunur.  Bu  hərfdən  sonra  qoşa  nöqtə  qoyulur, 

məsələn, «A:», «B:», «C:». 

Kompüterə  bir  neçə  bərk  disk,  disk  sürücüsü  (yumşaq 

disketlər  üçün),  CD-ROM  qoşula  bilər.  Qeyd  olunmalıdır  ki, 

əməliyyat sistemlərinin əmr və funksiyalarının köməyi ilə əməli 

yaddaşın  bir  hissəsini  də    məntiqi  disk  (virtual  disk)  kimi  elan 

etmək  olar.  Bu  disklər  kompüter  qoşulu  olduqda  özünü  sərbəst 




 

77 


fiziki  disk  kimi  aparır,  söndürüldükdə  isə  əməli  yaddaş  kimi 

onun  üzərinə  yazılmış  informasiya  tamamilə  silinir.  Bəzən 

proqramlar  tərəfindən  aralıq  informasiyanın  daha  sürətlə  diskə 

yazılması və diskdən oxunması tələb olunur. Bu zaman məntiqi 

disklərdən  istifadə  olunması  proqramın  işini  xeyli  sürətləndirir. 

Belə ki, əməli yaddaşlarda yazıb oxuma prosesi maqnit, lazer və 

s.  disklərdəki  yazıb  oxuma  prosesindən  dəfələrlə  sürətlə  yerinə 

yetirilir. 

Qeyd  olunduğu  kimi,  informasiya  yaddaş  qurğularında 

baytların 

ixtiyari 

ardıcillığı 

şəklində 

saxlanılır. 

Bu 

informasiyanın  formatı  (yazılış  forması)  və  başlığı  (adı) 



məlumdursa,  onda  konkret  məna  kəsb  edir.  Konkret 

informasiyanı  əks  etdirən  baytlar  ardıcıllığı  kompüterin 

yaddaşında  qeydiyyatdan  keçir.  Qeydiyyatdan  keçmiş  belə 

baytlar ardıcıllığına fayl deyilir. 

Başqa  sözlə,  informasiya  disklərdə  fayllar  şəklində 

saxlanılır.  Fayl  –  diskin  informasiya  yazılmış  və  müəyyən 

olunmuş qaydada adlandırılımış hissəsidir. Faylın adına, ölçüsünə, 

formatına  əsasən  onu  kompüterin  yaddaşından  oxumaq,  emal  və 

istifadə  etmək  mümkün  olur.  Faylın  ölçüsü,  yəni  daxilində  olan 

informasiyanın həcmi baytlarla ölçülür.  

Faylların adlarının formatı əməliyyat sisteminin fayl sistemi 

ilə  müəyyən  olunur.  Məsələn,  MS-DOS  əməliyyat  sistemində 

faylların adları cəmi  12  simvoldan  ibarət  ola  bilər  və  ad  iki yerə 

bölünür: ad və əlavə hissə (genişlənmə). Ad hissənin uzunluğu 8 

hərfdən, əlavə hissənin uzunluğu isə 3 hərfdən çox ola bilməz.  

Ad  və  əlavə  hissə  bir-birindən  «.»  (nöqtə)  ilə  ayrılır. 

Məsələn:  «readme.txt»,  «system.ini»,  «command.com».  Digər 

əməliyyat  sistemlərində  (UNIX,  MS  Windows  və  s.) 

məhdudiyyətlər bir qədər fərqli olur. 

Faylın adının genişlənməsi adətən, onun məzmununun hansı 

növə aid olduğunu göstərir, məsələn: 

.txt – mətn faylı; 




 

78 


.c    -    C  proqramlaşdırma  dilində  yazılmış  proqramın  ilkin 

mətni; 


.pas  -  Pascal  proqramlaşdırma  dilində  yazılmış  proqramın 

ilkin mətni; 

.hlp – adətən sistemlərdə kömək üçün nəzərdə tutulmuş fayl. 

Müəyyən  proqramların  yaratdığı  və  emal  etdiyi  faylları 

digərlərindən  fərqləndirmək  üçün  ümumi  qəbul  olunmuş 

genişlənmələrdən istifadə olunur, məsələn: 

.doc - MS Word proqramında yaradılmış sənəd; 

.xls - MS Excel proqramında yaradılmış cədvəl; 

.ppt – MS Point proqramında yaradılmış slayd və s. 

Digər  bir  qisim  fayllar  -  yerinə  yetirilə  bilən  fayllar,  yəni 

proqramlardır.  Proqram  faylları  adətən  kompilyator  və  ya 

translyator  vasitəsilə  yaradılır.  Bütün  növ  fayllar  özlərində 

informasiya  saxlayırlar.  Bu  informasiya  xüsusi  proqramlar 

tərəfindən istifadə oluna, oxuna və ya istifadəçiyə göstərilə bilər. 

Lakin proqram faylları özlərində informasiya saxlamaqla yanaşı 

eyni  zamanda  yaradılarkən  nəzərdə  tutulmuş  müəyyən 

funksiyanı  yerinə  yetirə  bilirlər.  Proqram  fayllarının  adlarının 

əlavə hissələri mütləq «.exe» və ya «.com» olmalıdır. 

Faylların  adları  disklərdə  kataloqlarda  qeyd  olunurlar. 

Kataloq  -  disk  üzərində  faylların  adlarının,  onların  ölçüləri, 

axırıncı  dəyişdirilmə  tarixi  haqqında  məlumatların,  faylların 

atributlarının  (xassələrinin)  və  s.  saxlandığı  xüsusi  yerdir.  Əgər 

hər hansı faylın adı müəyyən kataloqda qeydiyyata alınıbsa, onda 

deyirlər ki, verilən fayl bu kataloqa daxildir. Hər bir diskdə çoxlu 

sayda  kataloqlar  yaradıla,  hər  bir  kataloqa  isə  çoxlu  sayda  fayl 

daxil ola bilər, lakin hər hansı fayl yalnız bir kataloqda qeydiyyata 

alına  bilər.  Faylın  başqa  kataloqa  da  daxil  olması  üçün  bu  faylın 

surətini mütləq həmin kataloqa köçürmək lazımdır. 

Əslində  hər  bir  kataloq  xüsusi  struktura  malik  fayldır,  ona 

görə  də  kataloqlar  da  ada  malik  ola,  başqa  kataloqda  qeydiyyata 

alına  bilər.  Qeyd  olunduğu  kimi  kataloqlar  və  fayllar  prinsip 




 

79 


etibarı ilə analogiya təşkil etdiyi üçün onların adlarına olan tələbat 

və məhdudiyyətlər də eynidir. 

Qeyd  olunmalıdır  ki,  kataloqlara  bir  çox  başqa  kataloqlar 

daxil  ola  bilər.  Onda  daxil  olan  kataloqa  həmin  kataloqun 

altkataloqu,  daxilində  başqa  kataloqlar  saxlayan  kataloqa  isə 

üstkataloq deyilir. 

Faylların  kataloqlara,  bu  kataloqların  digər  kataloqlara,  öz 

növbəsində onların da başqa kataloqlara daxil olması ümumiyyətlə 

ağacvari  iyerarxik  struktur  əmələ  gətirir.  Bu  strukturun  kökündə 

baş kataloq (kötük  kataloq) durur. Hər bir diskdə bir baş kataloq 

və  təbii  ki,  kataloqların  bir  ağacvari  iyerarxik  strukturu  ola  bilər. 

Baş  kataloq,  adətən,  həmişə  bu  diskin  özü  olur.  Ağacvari 

strukturda  altkataloqlar  silsiləsinin,  yəni  altkataloqların  dərinliyi 

(bir-birinə daxil olan kataloqların sayı) həddən artıq çox ola bilər. 

Bəzi əməliyyat sistemlərində buna məhdudiyyət qoyulmur.  

Ağacvari  iyerarxik  strukturun  təxmini  forması  4.5  saylı 

şəkildə göstərilmişdir. 

Əməliyyat sistemində fayllara müraciət və onlarla iş zamanı 

faylların tam (bütöv) adi istifadə olunur. Faylın tam adı dedikdə 

baş kataloqdan başlayaraq faylın özünə qədər bütün kataloqların, 

altkataloqların adları daxil olmaqla tam yolu (marşrutu) göstərilən 

sətir  başa  düşülür.  Bu  zaman  kataloqların  və  faylların  adları  bir-

birindən ayrıc  ("\" və ya "/") ilə ayrılır, məsələn: 

 

C:\Windows\Command\attrib.exe 



 

 

 



Baş 

kataloq 


(disk) 

Yol 


(marşrut) 

Fayl 



 

80 


 Faylın  tam  adı  onun  hansı  diskdə,  bu  diskin  hansı 

kataloqunda,  bu  kataloqun  hansı  altkataloqunda  və  s.  olduğunu 

dəqiq müəyyən edir.  


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin