Book · January 005 citations reads 1,187 author: Some of the authors of this publication are also working on these related projects



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix02.01.2022
ölçüsü1,25 Mb.
#43447
1   ...   53   54   55   56   57   58   59   60   61
Gasimov-informatika-darslik

Windows  XP  sistemi  proqramların  fon  rejimində  işləməsi 

üçün  daha  yaxşı  imkanlara  malikdir.  Bütövlükdə  sistemin 

qorunması əhəmiyyətli dərəcədə gücləndirilmişdir, ona görə də bu 

sistem vasitəsilə Internetə qoşulmaq, onun xidmətlərindən istifadə 

etmək  daha  təhlükəsizdir.  Bundan  əlavə  şəxsi  məlumatların 

məxfiliyinin  qorunması  yüksək  səviyyədə  təmin  edildiyi  üçün 

şəbəkə  vasitəsi  ilə  digər  istifadəçilərlə  təhlükəsiz  əlaqə  yaratmaq 

mümkündür.  

Windows  XP  sistemi  əvvəlki  versiyalara  nisbətən  daha 

sürətlə  işləyir,  ona  görə  də  bu  sistemdə  eyni  zamanda  daha  çox 

proqramın  yüklənməsi  onların  işləmə  sürətinin  əhəmiyyətli 

dərəcədə zəifləməsinə gətirib çıxarmır və kompüterin daha sürətlə 

işləməsini  təmin  edir.  Windows  XP  sistemi  daha  etibarlı  və 

dayanıqlıdır,  sistemdə  digər  əməliyyat  sistemlərinin  proqramları 

ilə  işləmək  üçün  maksimum  uyğunluq  dərəcəsi  əldə  olunmuşdur. 

Ümumiyyətlə,  Windows  XP  sistemində  kompüterin  istifadəsi 

sadələşdirilmiş və multimediya imkanları təkmilləşdirilmişdir.  

Bundan  əlavə,  Windows  XP  sistemində  digər  effektiv 

vasitələrdən  və  texnologiyalardan  da  istifadə  etmək  mümkündür. 

Belə  ki,  işçi  stolun  məsafədən  idarə  edilməsi  rejiminin  köməyilə 

istifadəsi  öz  kompüterindəki  iş  seansına  uyğun  olaraq  digər 

kompüterlərdəki  Windows  seansına  qoşula  bilər.  «Axtarış  üzrə 

köməkçi»  vasitəsilə  zəruri  məlumatları  tez  bir  zamanda  tapmaq, 

«Windows  fayllarının  qorunması»  və  «Sistemin  bərpası» 

vasitələrinin  köməyi  ilə  isə  faylların  təsadüfən  pozulmasının 

qarşısını  almaq  və  təsadüfi  problem  yarandıqda  sistemi  əvvəlki 

ilkin  vəziyyətə  qaytarmaq  mümkündür.  Düz  (müstəvi)  ekrana 



 

76 


malik  monitorlu  kompüterlə  işləyərkən  ekran  şriftlərinin  əks 

olunması  üçün  ClearType  texnologiyasından  istifadə  etmək  olar. 

Bununla yanaşı Dualview texnologiyası noutbuk kompüterlərində 

ayrıca monitorun istifadə edilməsinə imkan verir. 




Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin