Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası Bitki yağlarının istehsal texnologiyası



Yüklə 24,64 Kb.
səhifə6/7
tarix10.01.2023
ölçüsü24,64 Kb.
#78832
1   2   3   4   5   6   7
Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası

Qoyun yağını istehsal etmək üçün əsas etibarilə qoyunun quyruq piyindən istifadə edilir. Bəzi hallarda dərialtı və daxili piyindən də istifadə edirlər. Qoyun piyindən nəinki əla sort əridilmiş yağ, hətta aşağı tempera-turda əriyən oleo-şip yağı da əldə edilir. Bu yağın ərimə temperaturu 26-280C-dir.
Qoyun piyi mal piyinə nisbətən saxlanılmağa davamsızdır. Bu yağın istehsalı adi qayda üzrə aparılır. Standarta görə 15-200C-də bərk konsistensiyalı, ağ və sarımtıl rəngdə olur. Qoyun yağı özünəməxsus xü-susi iyi ilə fərqlənir.
Əla sort əridilmiş qoyun piyi təmiz, kənar iysiz ol-malı, 1-ci sortda az qovrulmuş dad verməsinə icazə verilir. Əridilmiş halda tamamilə şəffaf olmalı, tərkibində su: əla sortda – 0,2%, 1-ci sortda – 0,3%, turşuluq ədədi uyğun olaraq – 1,2 və 2,2-dir. Ərimə temperaturu 44-450C, donma temperaturu 32-450C, 200C-də sıxlığı 932-961 kq/m3, yod ədədi 31-46,2 olmalıdır.
Donuz yağı donuz piyinin əridilməsindən hazırlanır. Əridilmiş donuz piyinin konsistensiyası xam piyin cəmdəyin hansı yerindən alın-masından asılı olaraq müxtəlif olur. Donuzun dərialtı piyi daxili və böy-rəküstü piyə nisbətən daha aşağı temperaturda əriyir.
Yağın ərimə tem-peraturu nəinki piyin növündən, hətta heyvanın yaşadığı şəraitdən, onun yemindən və s. asılı olaraq dəyişir. Məsələn, aşağı temperatur şəraitində yaşayan donuzun piyində, yüksək temperatur şəraitində yaşayana nisbətən olein turşusunun miqdarı çoxdur və buna görə də şimal rayonlarında bəslənən donuz piyinin ərimə temperaturu nisbətən aşağı olur. Heyvanın yaşı da onun piyinin fiziki-kimyəvi göstəricilərinə təsir edir. Cavan hey-vandan alınan piyin rəngi açıq, ərimə temperaturu isə nisbətən aşağı olur. Keyfiyyətindən asılı olaraq donuz yağı əla və 1-ci sorta ayrılır.
Əla sort yağ 15-200C-də ağ rəngdə, iyi və dadı özünəməxsus normal, əridilmiş halda şəffaf olmalıdır. 15-200C-də yaxıntılı konsistensiyalıdır. Suyun miqdarı əla sortda 0,25%, 1-ci sortda 0,3%, turşuluq ədədi uyğun olaraq 1,1 və 2,2-dir. Ərimə temperaturu 36-460C, donma temperaturu 26-320C-dir. 200C-də sıxlığı 931-938 kq/m3, yod ədədi isə 46-70-dir.

Yüklə 24,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin