AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 8,61 Mb.
səhifə1/11
tarix12.02.2017
ölçüsü8,61 Mb.
#8283
  1   2   3   4   5   6   7   8   9   10   11


AZƏRƏBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

ZOOLOGİYA İNSTİTUTU

Əlyazması hüququnda



Aynurə Alı qızı Namazova


AZƏRBAYCANIN BƏZİ RAYONLARINDA EKOLOJİ ŞƏRAİTDƏN ASILI OLARAQ QOYUNLARIN SARKOSPORİDİLƏRİNİN (SPOROZOA, APICOMPLEXA) PARAZİTOLOJİ VƏ BİOKİMYƏVİ TƏDQİQİ

2429.01-parazitologiya
Biologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi

almaq üçün təqdim edilmiş


DİSSERTASİYA

Elmi rəhbər: b.ü.f.d. dos. Əhmədov E.İ.

BAKI – 2014




MÜNDƏRİCAT











Səh.




GİRİŞ ............................................................................................

4

FƏSİL I.

ƏDƏBİYYAT MƏLUMATLARI




1.1.

Sarkosporidilərin dünyada və Azərbaycanda öyrənilmə dərəcəsi.

8

1.2.

Sarkosporidilərin həyat dövriyyəsi ...............................................

16

1.3.

Sarkosporidioz zamanı parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri..............................................................

21




MATERİAL VƏ TƏDQİQAT METODLARI




II FƏSİL.

SARKOSPORİDİLƏRİN TƏDQİQİNDƏ İSTİFADƏ EDİLƏN METODLAR ...........................................................

26

2.1

Nümunələrin toplanması və preparatların hazırlanması metodları

26

2.2.

Sarkosporidilərin toxumalardan ayrılması və onların təmizlənməsi metodları..................................................................

27

2.3.

Ümumi zülalın, zülal fraksiyalarının təyini üsulları .....................

28

2.4.

Fermentlərin aktivliyinin təyin edilmə metodları..........................

30

2.5.

Tədqiqat aparılan ərazilərin fiziki-coğrafi xüsusiyyətləri.............

33

III FƏSİL.

QOYUNLARIN PROTOZOY FAUNASI.................................................

39

3.1.

Qoyunların sarkosporidilər ilə yoluxmasının heyvanların yaşından və cinsiyyətindən asılılığı .............................................

39

3.2.

Qoyunların Sarcocystis tenella ilə yoluxmasının heyvanların, yaşından, ilin fəsillərindən və cinsiyyətindən asılılığı .................

46

3.3.

Qoyunların cinsindən asılı olaraq sarkosporidilər ilə youxması....

59

IV FƏSİL.

SARCOCYSTIS TENELLA İLƏ YOLUXMUŞ HEYVANLARIN BƏZİ ORQANLARINDA ZÜLALLARIN DİNAMİKASI ..............................................................................

61

V FƏSİL.


QOYUNLARIN QAN ZƏRDABINDA ÜMUMİ ZÜLAL, ALBUMİN VƏ QLOBULİNLƏRİN DİNAMİKASI...............

72

5.1.

Qoyunların yaşından asılı olaraq qan zərdabında ümumi zülal, albumin və qlobulinlərin dinamikası...........................................

72


5.2.

İlin fəsillərindən asılı olaraq Sarcocystis tenella ilə yoluxmuş heyvanların qan zərdabında ümumi zülal, albumin və qlobulinlərin dinamikası...............................................................

77

5.3.

Sarcocystis tenella ilə yoluxmuş qoyunların saxlanıldığı zonalardan asılı olaraq qan zərdabında ümumi zülal, albumin və qlobulinlərin dinamikası.................................................................

83

VI FƏSİL.


SARCOCYSTİS TENELLA SİSTALARININ ZÜLAL TƏRKİBİ VƏ TRANSFERAZALAR QRUPUNDAN OLAN BƏZİ FERMENTLƏRİN AKTİVLİYİ ..................................

88

6.1.

Sarcocystis tenella sistalarinin zülal tərkibi...................................

88

6.2.

Sarcocystis tenella ilə yoluxan qoyunların yaşından asılı olaraq qan zərdabında transaminazaların dinamikası................................

91

6.3.

Fəsillərdən asılı olaraq Sarcosystis tenella ilə yoluxmuş qoyunların qan zərdabında transaminazaların dinamikası ............

95

6.4.

Saxlanıldığı zonalardan asılı olaraq Sarcocystis tenella ilə yoluxmuş qoyunların qan zərdabında bəzi transaminazaların dinamikası ......................................................................................

100

6.5.

Sarcocystis gigantea sporosistalarında aspartat – və alaninaminotransferazanın aktivliyi ..............................................

102




ALINMIŞ NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ......

105




NƏTİCƏLƏR................................................................................

126




ƏMƏLİ TƏKLİFLƏR.................................................................

128




İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT......................................

129




ƏLAVƏLƏR ................................................................................

146



GİRİŞ
Mövzunun aktuallığı. Hüceyrədaxili parazitlər olan sarkosporidilər heyvanların əzələ toxumalarında inkişaf edərək, yoluxan toxuma və hüceyrələrin (ürək, əzələ, sinir və s. toxuması) patologiyasına səbəb olur. Kənd təsərrüfatı heyvanlarının parazitar xəstəlikləri bütün dünyada olduğu kimi Azərbaycanda da problem olaraq qalır. Son zamanlar yeni effektiv geniş təsir spektrinə malik dərman preparatlarının istehsal olunmasına geniş tətbiq edilməsinə baxmayaraq parazitozların epizootik və epidemioloji vəziyyətində əsaslı dəyişikliklərə səbəb olmamışdır.

Məlum olduğu kimi invazion xəstəliklər bütün dünyada geniş yayılıb və təsərrüfatlara zərər verməkdə davam edir. Bunu bu istiqamətdə aparılan tədqiqat işlərinin nəticələri sübut edir. Protozoozların ləğv edilməsi istiqamətində çoxsaylı tədqiqat işlərinin aparılmasına baxmayaraq onların iqtisadiyyata vurduğu zərərin qarşısını tam almaq mümkün olmamışdır [165, 63].

Fayer və b. göstərir ki, 1982-ci ildə ABŞ-da 4 il ərzində tək bir ət kombinatına sarkosporidilər ilə yoluxmuş qoyunların göndərilməsi nəticəsində dəyən iqtisadi zərər 1119, 463 dollar olmuşdur [93].

Ədəbiyyat məlumatlarına görə iribuynuzlu heyvanların sarkosporidilər ilə yoluxması bütün dünyada [59, 73, 123, 54, 126, 108, 127] o cümlədən də Azərbaycanda [2, 6, 15, 16, 17, 18, 19, 24, 16, 43, 34, 3, 4, 5] çox yüksəkdir.

Sarkosporidilərin aralıq sahibi olan vəhşi heyvanlarının bu parazitlərlə yoluxma ekstensivliyi və intensivliyi çox yüksək olub bəzi hallarda 100%-ə çatır [83, 79, 80, 122, 100, 135]. Sarkosporidioz zamanı kənd təsərrüfatı heyvanları arasında baş verən bala salma hallarının 75%-i iri, 60%-i isə davarların payına düşür [143]. Bu xəstəlik nəticəsində hər il böyük təsərrüfatlar ətin, südün, yunun və dərinin keyfiyyətinin aşağı düşməsi nəticəsində iqtisadi itkilərə məruz qalır [83, 84, 148].

Kənd təsərrüfatı heyvanlarının sarkosporidiozu Sarcocystis cinsinə daxil edilən ibtidai parazitlər tərəfindən törədilən və az öyrənilən xəstəliklərdən biridir. Xəstəlik bir çox növ məməlilərin, quşların və reptililərin eninə zolaqlı və digər əzələ toxumalarında sistalara təsadüf edilməsi ilə xarakterizə olunur. Bu parazitlər orqan və toxumalarda patomorfoloji dəyişikliklər törətməklə heyvanların arıqlamasına, inkişafdan qalmasına, nəsil vermə qabiliyyətinin aşağı düşməsinə, boğaz heyvanların bala salmasına, dölün autolizisinə, ətin keyfiyyətinin aşağı düşməsinə səbəb olmaqla yanaşı, heyvanlar arasında ölüm hallarına da səbəb ola bilir [15, 19, 154, 168].

Baytarlıq praktikasında iribuynuzlu heyvanlarda - S.bovicanis, (S.lirsula) S.bovifelis, qoyunlarda S.ovicanis, (S.tenella) S.ovifelis (S.gigaitea) və ev donuzlarında parazitlik edən aşağıdakı S.suicanis, S.suifelis, S.suihominis növləri mühüm əhəmiyyət kəsb edir [32, s. 23].

Bu cinsə daxil edilən növlər tərəfindən törədilən xəstəliklərə Azərbaycanda da kənd təsərrüfatı heyvanları arasında geniş təsadüf edilir [43, 24, 5, 33]. Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sarkosporidilərin öyrənilməsinə 1980-ci ildən akademik M.Ə.Musayevin rəhbərliyi altında başlanılmış, bu tədqiqat işlərinin nəticələri olaraq müxtəlif növ heyvanlarda parazitlik edən sarkosporidilərin morfologiyası, biologiyası və yayılması öyrənilmişdir [24, 43, 2, 5, 6].

Ölkəmiz müstəqillik qazandığı ilk illərdə, iqtisadi əlaqələrin kəsildiyi bir zamanda, bütün sahələrdə olduğu kimi bu özünü kənd təsərrüfatında da göstərdi. Xırda buynuzlu heyvanların sayı kəskin azalmağa başladı. Dövlət tərəfindən kənd təsərrüfatının inkişafı haqqında dövlət proqramının qəbul edilməsi, fermer təsərrüfat-larının yaradılması ilə əlaqədar olaraq Respublikamızda iri və xırdabuynuzlu heyvanların sayı artmağa başlamışdır. Lakin, qeyd edilənlərə baxmayaraq iri və xırda buynuzlu heyvanlar arasında yayılan parazitar xəstəliklər və onların vurduğu iqtisadi zərər məsələsi aktual olaraq qalır.

Heyvanların sarkosporidilər ilə yoluxmasının müəyyənləşdirilməsi üçün kifayət qədər təkmilləşdirilmiş asan diaqnostika üsullarının olmaması, onların əsas və aralıq sahiblərində inkişaf mərhələlərinin zülal tərkibinin öyrənilməməsi, sarkosporidioza qarşı istifadə edilən effektli dərman preparatlarının az olması, parazit-sahib sistemində baş verən proseslərin öyrənilməsinin nə qədər əhəmiyyətli olduğunu göstərir.

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sarkosporidiozlarının öyrənilməsi istiqamətində tədqiqat işlərinin aparılmasına baxmayaraq, davarlarda parazitlik edən sarkosporidilərinin yayılmasına iqlim şəraitinin, fəsillərin, heyvanların yaşı, cinsiyyəti və s. kimi amillərindən asılılığının, parazit-sahib münasibətlərinin biokimyəvi əsaslarının öyrənilməsi istiqamətində tədqiqatların aparılması zəruridir.

Tədqiqatın məqsədi. Kompleks parazitoloji və biokimyəvi metodları tətbiq etməklə qoyunların sarkosporidiozunun bəzi yayılma qanununauyğunluqlarını və parazit-sahib sisteminin münasibətlərinin öyrənməkdir.

Göstərilən məqsədin həyata keçirilməsi üçün aşağıdakı məsələlərin həll edilməsi nəzərdə tutulmuşdur:

1. Azərbaycanın müxtəlif ekoloji şəraitə malik ərazilərində qoyunların yaşından, cinsindən, cinsiyyətindən, iqlim şəraitindən və fəsillərdən asılı olaraq sarkosporidilər ilə yoluxma intensivliyi və ekstensivliyinin öyrənilməsi;

2. Rayonların zonal xüsusiyyətlərindən asılı olaraq qoyunların sarkosporidilər ilə yoluxmasını müəyyənləşdirmək;

3. Sarkosporidilər ilə yoluxmuş heyvanların zülal mübadiləsində baş verən dəyişkənlikləri müəyyənləşdirmək;

4. Parazitinin sporosistalarının inkişafı zamanı baş verən metabolik proseslərin bəzi məsələlərinin öyrənilməsidir.



Elmi yenilik. Azərbaycanın bir-birindən fiziki-coğrafi xüsusiyyətlərinə görə fərqlənən rayonlarında qoyunların cinsindən, cinsiyyətindən, yaşından və saxlama şəraitindən asılı olaraq sarkosporidilərlə yoluxma ekstensivliyi və intensivliyi, sahibin və parazitin zülal mübadiləsində baş verən dəyişkənliklər öyrənilmişdir:

  • İlk dəfə olaraq müxtəlif iqlim şəraitinə malik rayonlarda saxlanılan qoyunların sarkosporidilər ilə yoluxma ekstensivliyi və intensivliyi, onların zülal mübadiləsində baş verən dəyişkənliklər müqayisəli şəkildə analiz edilmişdir.

  • İlk dəfə S.tenella mikrosistalarının zülalları öyrənilmiş, onların sahib ilə oxşar zülal tərkibinə malik olduğu müəyyənləşdirilmişdir.

  • İlk dəfə S.gigantea sporosistalarının inkişaf mərhələlərindən asılı olaraq aspartat – və alanin – aminotransferazanın aktivliyinin dinamikası öyrənilmişdir.

  • İlk dəfə S.tenella mikrosistaları ilə yoluxmuş qoyunların qaraciyərində, ürək,

qida borusu və diafraqmasında ümumi zülalın və zülal fraksiyalarının dəyişilmə dinamikası öyrənilmişdir.

İşin elmi və praktiki əhəmiyyəti. Qoyunların sarkosporidilər ilə spontan yoluxması, sahibin toxumalarında və o cümlədən qan zərdabında biokimyəvi dəyişkənliklərin öyrənilməsi nəticəsində əldə edilən məlumatlardan sarkosporidioza qarşı müalicə və profilaktika tədbirlərinin hazırlanmasında, ali məktəblərdə parazitologiya və heyvanların biokimyası fənlərinin tədrisində istifadə edilə bilər.

Sarkosporidilər ilə yoluxmuş heyvanların orqanizmində zülal mübadiləsinin öyrənilməsi nəticəsində alınan məlumatlardan parazit-sahib münasibətlərinin mahiyyətinin aydınlaşdırılmasında, sarkosporidioza qarşı təsirli dərman preparatlarının sınaqdan keçirilməsinə və daha effektlilərin seçilməsinə köməklik göstərər.



İşin müzakirəsi. Dissertasiya işinin materialları AMEA Zoologiya institutunun illik hesabatlarında və elmi seminarlarında, AMEA aspirantların elmi konfranslarının materiallarında (2010) müzakirə edilmiş, respublikada və xarici nüfuzlu jurnallarda çap olunmuşdur.

Nəşr. Dissertasiyanın materialları əsasında 8 elmi məqalə çap edilmişdir.

İşin həcmi. Dissertasiya işi 155 səhifədən ibarət olub, giriş ədəbiyyat məlumatları, 6 fəsil xüsusi tədqiqatlardan, alınan nəticələrin müzakirəsindən, nəticələr, əməli təkliflər və ədəbiyyat siyahısından və əlavələrdən ibarətdir. Dissertasiyanın yazılmasında, azərbaycan, rus, ingilis və digər xarici dildə olan 169 ədəbiyyatdan istifadə edilmişdir.

Dissertasiya işində 26 cədvəl, 12 şəkil, 1 qrafik verilir.



I FƏSİL
ƏDƏBİYYAT MƏLUMATLARI
1.1. Sarkosporidilərin dünyada və Azərbaycanda öyrənilmə dərəcəsi
Sarcocystis (Sarcosporidia) cinsinin nümayəndələri 1843-cü ildə ilk dəfə ev siçanlarının əzələlərində tapılmasına baxmayaraq hazırda parazitin mikro – və makrosistalarına bütün məməlilərdə, reptililərdə və quşlarda təsadüf olunur [70, 137, 72, 150, 125, 78, 106, 61, 119, 157, 83, 85, 53, 87, 88, 89, 101, 118, 135, 80, 116, 156, 119].

İlk dəfə Şimali Amerikada sarkosistalar vəhşi ördəklərdə, qazlarda və digər su quşlarında tapılmışdır (Erickson, 1940). Bu makrosistaların düyü formasında olduğu göstərilir. Sonralar müəyyən edilmişdir ki, bu növ (S.rileyi) üçün son sahib zolaqlı skunsdur [72].

Hazırda Sarcocystis cinsinə daxil edilən əksər növlərin aralıq və əsas sahibləri dəqiqləşdirilmiş, onların təxminən yarısının tam həyat tsikli öyrənilmişdir. Sarcocystis cinsinə daxil edilən bəzi növlərinin əmələ gətirdiyi xəstəlik “sarcocystosis” insan və heyvanlar üçün təhlükəlidir. Onların kəskin patogen təsiri xüsusilə aralıq sahibdə müşahidə olunur, əsas sahiblərdə isə xəstəlik zəif keçir və ya heç bir klinik əlamət müşahidə edilmir. Bu xəstəliyin spesifik klinik əlamətlərinin olmamasına baxmayaraq bəzən yoluxan heyvanların ölümü ilə müşaət olunur.

Parazitin orqanizmə təsiri bir çox faktorlardan – parazitin növündən, onun virulentliyindən, sayından, lokalizasiya olunduğu yerdən, inkişaf biologiyasından və orqanizmin fizioloji vəziyyətindən asılıdır. Orqanizmin fizioloji vəziyyəti anlayışına isə bir çox faktorlar, orqanizmin immun statusu, yaşı, yemləmə, saxlanılma şəraiti və s. daxildir. Parazitin virulentliyi parazit-sahib münasibətlərinin aydınlaşdırılmasında çox mühüm əhəmiyyətə malik olub, müxtəlif amillərin təsirindən dəyişə bilər.

İri buynuzlu heyvanlarda xəstəlik adətən simptomsuz keçir. Xəstəliyin ağır hallarında iribuynuzlu heyvanlar arasında müşahidə edilən kliniki mənzərəsinə temperaturun yüksəlməsi, anemiya, çəkinin azalması, heyvanların axsaması, abort və diarreya aiddir [152, 139, 141, 76]. Xəstəliyin nevroloji əlamətlərinə ataksiya, əzələlərin titrəməsi, əzələ yorğunluğu, ağız suyunun axması, kor olma, göz qapağını sürətlə qırpma aiddir [139, 147]. Sarcocystis bovicanis ilə yoluxma zamanı iribuynuzlu heyvanlarda quyruğun uç hissəsində tüklərin tökülməsi baş verir [152].

Qoyun və keçilərdə xəstəlik simptomsuz keçə bilir. Yüksək yoluxmalar zamanı qoyun və keçilərdə də iribuynuzlu heyvanlarda müşahidə olunan əlamətlər müşahidə edilir [152, 147, 163].

Qoyunlarda parazitlik edən S.tenella S.arieticanis tərəfindən törədilən xəstəliyin nevroloji əlamətlərinə depressiya, hərəkətinin koordinasiyasının pozulması, arxa ətrafların qıc olması və koma aiddir [134, 139].

Belə hesab edilir ki, bu xəstəlik digər xəstəliklərin təsirini artırmaqla dolayısı ilə orqanizmə öz təsirini göstərir [83, 84].

2010-cu ilin may və dekabr aylarında Hakkari Bələdiyə Qurbangahında kəsilən 5 yaşına qədər olan 215 keçinin qida borusu Sarkosporidilər ilə yoluxma ekstensivliyi Abdullah Aydın və Yaşar Göz tərəfindən öyrənilmişdir. Müayinə edilən keçilərin 65 başında və ya 30,9%-da makroskopik sistaların, 189 başında (87,5%) isə mikroskopik sistaların olduğu müəyyən edilmişdir. Tapılan mikrosistaların hamısının Sarcosystis tenella-ya, 210 keçinin qida borusundan götürülən mikroskopik sistaların isə 71,7%-nin Sarcocystis capracanis-ə, 25,4%-nin isə S.tenella-ya aid olmuşdur [163].

Digər bir tədqiqat işində isə Türkiyənin Kırıkkale bələdiyyə qurbangahında 2005-ci ilin may-oktyabr aylarında kəsilən 1131 baş heyvanın (814 qoyun və 317 quzu) Sarcocystis növləri ilə yoluxası öyrənilmişdir. Heyvanların qida borusu və qabirğaarası əzələlərindən götürülən materialların müayinəsi nəticəsində müəyyən edilmişdir ki, nümunələrin 58,92%-ində Sarcocystis növlərinin makro - və mikro-sistalarına təsadüf edilmişdir. Mikrosistalarının 47,32%-i S.ovicanis-ə, 1,23%-i isə S.arieticanis-ə məxsus olmuşdur [166].

Arun M. və b. (2008) apardıqları bir tədqiqat işində keçilərin S.capracanisS.hircicanis növləri ilə yoluxmasının 72,24%, S.hircicanis ilə yoluxmasının 21,12%, hər iki növ ilə eyni zamanda yoluxmasına isə heyvanların 14,08%-da təsadüf edildiyini göstərirlər. Qida borusu, ürək, diafraqma və dilin yoluxma ekstensivliyi müvafiq olaraq 69,45%, 36,10%, 62,50% və 12,50% olmuşdur [68].

Digər bir tədqiqat işi iki ət kəsim məntəqəsində qoyunların Sarcocystis ilə yoluxmasının ekstensivliyinin və intensivliyinin öyrənilməsi məqsədi ilə aparılmışdır. Müayinə edilən 38 cəmdəyin 10-nun ancaq qida borusunda makrosistalara təsadüf edilmişdir. Mikrosistalar ilə ən yüksək yoluxma ekstensivliyi qida borusunda (81,6%), sonra ürək əzələsində (79,9%), daha sonra isə diafraqmada (68,8%) olmuşdur. 1 q miokardda 162 S.ovicanis (S.tenella) mikrosistası olduğu müəyyən edilmişdir [154 ].

Parazitin patogenliyi, onun növündən, intensivliyindən və parazitin orqanizmdə lokalizasiya olunduğu yerdən asılıdır. Hamiləlik, laktasiya, qida çatışmazlığı və ya digər stress halları sarkosistozun gedişinə təsir edə bilir [83, 94].

Qoyunların Sarcosystis ovicanis ilə yoluxma dozasına qarşı dözümlüyünü yoxlamaq üçün 30 və 60 dəqiqə ultrabənövşəyi şüalar ilə şüalandırılmış (1,5x104 dozada) sistalar ilə vaksinasiya olunandan sonra şüalandırılmamış Sarcosystis ovicanis sporosistaları ilə yoluxdurulmuşdur. Tədqiqatın nəticələrinə görə şüalandırılmış sporosistalar ilə yoluxdurulmuş quzularda xəstəliyin kliniki əlamətləri, təbii yolla yoluxmuş quzularda müşahidə edilən xəstəliyin kliniki əlamətlərindən zəif olmuşdur. Patogenliyi zəiflədilmiş sporosistalar ilə yoluxdurulmuş quzuların əzələlərində qeyri-normal sistalar formalaşmış və əzələ liflərindən ayrılmış şəkildə olmuşdur. Belə qeyri-normal sistalara xüsusilə 60 dəqiqə ultrabənövşəyi şüaların təsirinə məruz qalan sporosistalar ilə yoluxdurulma zamanı müşahidə edilmişdir [62].

Əksər Sarcocystis növləri üçün konkret olaraq müəyyən aralıq sahib mövcuddur, yəni bir növ parazit ancaq bir növ aralıq sahibdə parazitlik edə bilər. Son sahibə görə bu parazitlərin spesifikliyi çox azdır. Məlumdur ki, itlər vasitəsilə ötürülən Sarcocystis növləri pişiklər vasitəsilə ötürülə bilməz və əksinə. Məsələn, Fayer və Leek tərəfindən in vitro təcrübələr ilə sübut edilmişdir ki, Sarcocystis fusiformis sporozoitləri sporosistalardan mühitə öküzün deyil, son sahibin (itin) mədə şirəsi əlavə edilməzsə azad olmur [95]. Bu qanunauyğunluqdan kənaraçıxma ancaq, toyuqlardan alınan, definitiv sahibi itlər və pişiklər olan S. wenzeli növündə müşahidə

olunur [132].

Məməlilərdə parazitlik edən S.neurona, S.canis, S.cruzi, S.tenella, S.capracanis növləri daha patogen növ hesab olunur. S.neurona atlarda ataksiya, qıcolma, əzələlərin atrofiyası, miozit, qidanın çeynəməsinin və udulmasının çətinləşməsi və s. ilə müşahidə olunan təhlükəli xəstəliyin meydana çıxmasına səbəb olur [97, 144, 166, 138].

Qoyunlar Sarcocystis cinsinə daxil edilən 4 növün aralıq sahibidir. Bu növlərdən S.tenella (=S.ovicanis) və S.gigantea–ya (=S.ovifelis) bütün dünyada təsadüf olunur. O cümlədən də Azərbaycanda təsadüf edilən S.ovicanis-in (=S.tenella) son sahibi itlər, S.ovifelis-in (=S.gigantea) son sahibi isə pişiklərdir. Hər iki növün aralıq sahibi qoyunlardır. Digər iki növ isə konkret ərazidə; Sarcocystis arieticanis Avropa, ABŞ, Avstraliya və Yeni Zelandiyada, Sarcocystis medusiformis isə ancaq Avstraliyada və Yeni Zelandiyada yayıldığı haqqında məlumatlar verilir [86, 153].

Sarcocystis növlərinin sistaları ölçüləri və divarlarının morfoloji əlamətlərinə görə makrosista və mikrosista olmaqla iki qrupa bölünür. Gözlə görünən böyüklükdə olanları makrosistalar, görünəbilinməyənlər isə mikrosista adlandırılır. Qoyunlarda – aralıq sahibdə makroskopik sistaları olan və son sahibi pişiklər olan S.gigantea-dır (S.ovifelis).

S.gigantea makrosistalarına əsasən yaşlı qoyunlarda təsadüf edilir. 1 sm-ə qədər uzunluqda olan sistalar ağ rəngdə düyü dənəsinə bənzər formada olub, çıxıntılara malikdir [86]. Son sahibi itlər olan S.ovicanis–ya (S.tenella) qoyunların diafraqma, dil və ürək əzələlərində tapılmışdır [86].

S.ovicanis növü daha patogen olub, parazitin orqanizmə təsirindən anoreksiya, abort, ataksiya, yun tökülməsi, miozit baş verir. Bu patogen növün təsirindən hətta ölüm halları da baş verir [86, 169].

Türkiyədə İzmir bölgəsində qoyunlarda Sarcocystis növlərinin yayılmasını araşdırmaq məqsədilə aparılan bir tədqiqat işində 4 fərqli yaş qrupuna daxil edilən 200 baş qoyundan, ümumilikdə toplanan 734 nümunədə Sarcocystis cinsinin növlərinin müəyyən edilməsi üçün fermentativ və histoloji müayinə üsullarından istifadə edilmişdir. Müəyyən edilmişdir ki, bu bölgədə kəsilən qoyunlarda təsadüf edilən növlər S.ovifelis, S.ovicanisS.arieticanis – dir. S.ovifelis makrosistalarına müayinə edilən qoyunların 24,5%-nin qida borusunda təsadüf edilmişdir. S.ovicanisS.arieticanis mikrosistaları isə qoyunların 85%-də aşkar olunmuşdur. 6 aylığa qədər yaşdan olan quzuların 46%-də mikrosistalar təsadüf edildiyi halda, yaşı 6 aylıqdan yuxarı olan toğlu və qoyunların hamısında mikrosistalara təsadüf edilmişdir [71].

Qoyunların sinir toxumalarında Sarcocystis spp. təsadüf edilməsi haqqında məlumatlara da rast gəlinir [86, 85].

Böyük Britaniyada meninqoensefalit xəstəliyi müşahidə edilən iki qoyunun onurğa beyni mayesində polimeraz zəncir reaksiyası (PCR) vasitəsilə S.capracanis merozoitləri tapılmışdır. Bu keçilərdə parazitlik edən S.capracanis növünün qoyunları yoluxdurması haqqında verilən ilk məlumat olub, qoyunların S.capracanis üçün aralıq sahib rolunda çıxış edə bilməsinin mümkünlüyü bildirilir [96].

D.M.İsazadə və A.M.Surkovanın (1987) məlumatlarına görə Azərbaycanın şərq rayonlarında qoyunların S.tenella ilə yoluxma ekstensivliyi ürək əzələlərində 98%, qida borusu əzələlərində 75,5%, diafraqmada 86,2%, skelet əzələlərində isə 78,8%-dir [23].

S.Ç.Mahmudovun 1990-cı illərdə apardığı tədqiqatın nəticələrinə görə Azərbaycanın müxtəlif rayonlarından ət kəsim məntəqələrinə gətirilən qoyunların S.giganteaS.tenella ilə yoluxması müvafiq olaraq 4,93 və 78,4% təşkil edir [2].

Son sahib kimi itlər arasında sarcocystiosis-in yayılmasının öyrənilməsinə həsr edilən işlər kifayət qədərdir [151, 105, 103, 91].

Serbiyada itlər arasında saxlama və yemləmə şəraitindən asılı olaraq onlar arasında sarkosistozun yayılmasını öyrənmək məqsədilə şəhər, kənd, priyut, hərbi, fərdi pitomniklərdə saxlanılan, ümumilikdə 448 it tədqiq edilmişdir. Alınan nəticələr göstərmişdir ki, tədqiq edilən 448 itdən 11-i (2,46%) sarkosporidilər ilə yoluxmuşdur. Nəticələrin müqayisəli təhlili göstərmişdir ki, ən yüksək yoluxma priyut itləri (5,56%), sonra isə kənd itləri arasında olmuşdur (3,72%) [130].

Azərbaycanda N.H.İsgəndərovanın sahibsiz və həyətlərdə saxlanılan itlər üzərində apardığı tədqiqatın nəticələri göstərir ki, sahibsiz itlərin ifraz etdikləri Sarcocystis sporosistaların sayı, həyətlərdə saxlanılan itlərin ifraz etdikləri sporosistaların sayından çoxdur (müvafiq olaraq 23,0% və 15,4%). O eyni zamanda tədqiq etdiyi bütün kənd təsərrüfatı heyvanlarında (inək, qoyun, camış, zebu və keçi), toxuma sistalarına təsadüf etdiyini göstərir [24].

Xarici mühitə düşmüş S.gigantea, S.tenella, S.fusiformis, S.levinei, S.hirsura, S.cruizi növlərinin sporosistalarına Abşeron şəraitində xarici mühit amillərinin təsirini öyrənən N.İsgəndərova göstərir ki, qeyd edilən bütün növlərin sporosistaları invazion xüsusiyyətini üzün müddət, yayda günəş radiasiyasının təsirindən 4-5 sutka, payız-qış aylarında isə 25-27 sutka saxlayır. Yazda əlverişli temperatur və rütubət olduğundan sporosistalar üçün bu müddət 29-31 sutka təşkil edir. Sarkosistalar 700C-yə qədər qızdırıldıqda merozoitlər 10 dəqiqədən sonra məhv olur, temperatur 90-1000C olduqda bu müddət yarıya qədər azalır [24].

Ədəbiyyatlarda sarkosporidiozun dəvələr arasında da geniş yayılması haqında məlumatlar vardır. Sarcocystis növlərinin dəvələr arasında yayılmasının öyrənilməsi göstərir ki, bu göstərici Səudiyyə Ərəbistanında 88,4% [92], İraqda 91,6% [117] Monqolstanda 100% [98], Əfqanıstanda 47.3-66.3 % [114], Efiopiyanın cənubunda 45,5% [159] və Sudanda 81% [110] təşkil edir.

Akbar Valinezhad və b. (2008) tərəfindən İranda dəvələrin orqanlarında Sarcocystis spp. yayılmasını öyrənmək məqsədilə 250 dəvə analiz edilmişdir. Müəyyən edilmişdir ki, 2002-2005-ci illərdə kəsilən dəvələrin 209 yoluxmuşdur. Yoluxan dəvələrin qida borusu, ürək, çənə əzələləri, diafraqma və dilin yoluxma ekstensivliyi müvafiq olaraq 58,8%, 48,0%, 46,8%, 41,6% və 28,0% olmuşdur. Erkək (85,8%) və dişi dəvələrin (81,0%) yoluxmaları arasında elə bir əhəmiyyətli fərq olmamışdır [155].

Latviyada çöl donuzları arasında sarkosporidiozun yayılmasını öyrənən tədqiqatçılar göstərirlər ki, aralıq sahibi insanlar olan Sarcocystis suihominis-ə tədqiq edilən çöl donuzlarının 9,8%-ində təsadüf edilmişdir. İnvaziyanın ekstensivliyi 2009-cu ildə 4,3%, 2010-cu ildə isə 14,3% olmuşdur [142].

Vəhşi cütdırnaqlıların sarkosporidiozunun öyrənən tədqiqatçılar göstərir ki, nəcib maralın sarkosporidilər ilə yoluxması 83%-92,7%, arasında tərəddüd edir. Əzələlərin yoluxma ekstensivliyi 26,8% təşkil etmişdir. Bu zaman əzələ və qida borusunun yoluxması diafraqmadan yüksək olmuşdur [124]

Qaramal arasında bu xəstəliyin heyvanların cinsiyyətindən asılı olaraq yayılmasının öyrənilməsi nəticəsində məlum olmuşdur ki, erkək heyvanların sarkosporidilər ilə yoluxması (92%), axtalanmış öküzlərə (60%) və inəklərə nisbətən (51%) çoxdur [38].

Heyvanların sarkosporidilər ilə yoluxmasının onların saxlama şəraitindən asılılığını öyrənən B.K.Yesimovun məlumatlarına görə donuzların məişət tullantıları ilə yemlədikdə S.suihominis ilə yoluxması 36%, qarışıq qida ilə qidalandırdıqda isə 9-24% arasında olmuşdur. Sənaye əsaslı iri donuzçuluq təsərrüfatlarında donuzların sarkosporidilər ilə yoluxması 9-36% olduğu halda, kiçik kökəltmə məntəqələrində və fərdi təsərrüfatlarda xəstəliyin ekstensivliyi 51-100% arasında olur [22].

İnsanların da sarkosistalar ilə yoluxması haqqında tək-tək məlumatlara təsadüf edilir. Əzələ toxuması insanın qidasında əsas ərzaq məhsullarından biri olduğu üçün yoluxmuş ət definitiv sahibin, o cümlədən insanın yoluxmasında əsas faktorlardan biridir.

İnsanlar Sarcocystis üçün həm əsas və həm də aralıq sahib ola bilər. [86]. Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə iribuynuzlu heyvanlar və donuzların əzələlərində təsadüf edilən sistaların 50%-i S.hominisS.suihominis sistalarıdır [64].

İnsan, onun üçün son sahib olan, S.bovihominis, S.suihominis ilə yoluxmuş çiy, yaxşı qaynadılmamış və ya qızardılmamış əti yedikdə yoluxur. İnsanların sarkosporidiozu bağırsaq infeksiyası kimi qeydə alınır. Əzələ sarkosistozuna insanlarda təsadüf edilməsi haqqında T.Beyer 46 məlumatın olduğunu göstərir [12]. Bu məsələ hələ də geniş müzakirə olunur və yekdil ümumi bir fikir yoxdur.

Bəzi tədqiqatçılar belə hesab edirlər ki, xəstəlik insanlarda qarında ağrı, diarreya, tənəffüs çatışmazlığı, eozinofliya, ürək döyüntülərinin sayının artması və pasiyentlərdə arterial təzyiqin azalması ilə müşaət olunur [94, 65, 129]. İnsan tərəfindən sanitar gigiyena qaydalarına əməl edilməməsi bu ibtidailər tərəfindən törədilən mədə-bağırsaq infeksiyasında əsas təhlükə faktorudur [158].

Əzələ sarkosistaları ilə insanların Hindistanda və Cənub şərqi Asiyada, Cənubi Amerikada, Avropa, Afrika, Tailand, Misir, Malayziya, Çin və ABŞ-da yoluxduğu müəyyən edilmişdir [83, 63]. İnsanların toxumalarında təsadüf edilən sarkosistalara primatların (meymunlar) əzələ və ürəyində təsadüf edilmişdir [66].

Laosda yaşlı əhalinin 10%-i [99], Tibet əhalisinin 21,5%-nin S.hominis və 0,06-7%-nin S.suihominis, Malayziyada əhalinin 21%-nin yoluxduğu müəyyən edilmişdir [160].

Fayer göstərir ki, Polşa və Almaniyada müayinə edilən uşaqların müvafiq olaraq 10,4 və 7,3%-də [94] sarkosporidioz, Latviyada isə müayinə edilən 1184 adamdan 25-inin (2,1%) fekallarında sporosistalar müşahidə olunmuşdur [169].

Rahdar M. və Salehi M. insanlar arasında sarkosporidiozun yayılmasında ət məhsullarından qamburqer və kolbasanın rolunu araşdıraraq göstərirlər ki, tədqiq edilən qamburqerlərin 56%-ında, 9 brend altında istehsal olunan kolbasaların isə 8%-ında sarkosistalara təsadüf edilmişdir [140].

Rusiyada əhali tərəfindən istifadə olunan ət məhsullarının - ürək, çənə və çiyin, qabırğaarası əzələlərin, həmçinin bud əzələlərinin sarkosistalar ilə yoluxmasını müəyyən etmək üçün Baymişeva D.Ş. və Qasanov R.R. tərəfindən kompressori metodu ilə aparılan tədqiqatın nəticələrinə görə müayinə edilən nümunələrin 92%-də sarkosistalar aşkar edilmişdir [10].

Beləliklə, ümumiləşdirilmiş şəkildə qeyd etmək olar ki, bizim istifadə edə bildiyimiz mövcud ədəbiyyat məlumatlarının analizi göstərir ki, sarkosporidiozlar vəhşi və ev heyvanları arasında geniş yayılan protozoy xəstəlik olub, heyvandarlığa ciddi iqtisadi zərər vurur. Bu baxımdan da Respublikamız müstəqillik qazandıqdan sonra, ictimai mülkiyyət formalarının ləğv edildiyi və onların əsasında fərdi fermer təsərrüfatlarının yaradıldığından və dövlət tərəfindən kənd təsərrüfatının inkişafına və əhalinin yüksək keyfiyyətli təhlükəsiz ərzaq məhsulları ilə təminatına önəm verildiyi bir vaxtda kənd təsərrüfatı heyvanlarının, xüsusilə qoyunların sarkosporidiozunun öyrənilməsi və xəstəliyə qarşı mübarizənin elmi əsaslarının hazırlanması istiqamətin-

də aparılan tədqiqat işlərinin nə qədər önəmli olduğunu bir daha sübut edir.

1.2. Sarkosporidilərin həyat dövriyyəsi
Uzun müddət sarkosporidilərin həyat dövriyyəsini öyrənmək və sistematik yerini müəyyənləşdirmək mümkün olmamışdır. Əvvəllər sarkosporidilərin sistematik vəziyyətinin müəyyən edilməsi zamanı bu parazitin aralıq sahibdə tapılan sistalarının ölçülərinə görə (makro – və mikrosista) təsvir edilmiş, növ kimi isə təsvir edilməmişdir.

Sonralar sarkosporidilərin həyat dövriyyəsinin öyrənilməsi, onların ətraf mühitdə yayılması ilə bağlı əksər suallara cavab verildiyindən növlərin adı hər iki sahibin adına görə adlandırıldı. Məsələn, aralıq sahibi qoyunlar, əsas sahibi isə itlər və pişiklər olan növlərə Sarcocystis ovicanisS.ovifelis, əsas sahibi itlər və pişiklər, aralıq sahibi isə ev donuzları olan növlər S.saicanis və S.suifelis adlandırılmışdır. Belə sərbəst adlandırmalar anlaşılmazlıq yaratdığından və Zooloji nomenklaturaya uyğun olmadığından alimlər sarkosporidilərə nomenklaturaya uyğun ad verməyi qərara almışlar.

Son taksonomik sistemdə Sarcocystis cinsinə 189 növ daxil edilmişdir [131]. Hazirda isə bu cinsə daxil edilən növlərin sayı 220-dən çoxdur [136].

Sarkosporidilər N.D.Levaine tərəfindən aşağıdakı kimi sistemləşdirilir [120].



Yüklə 8,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin