AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu



Yüklə 8,61 Mb.
səhifə5/11
tarix12.02.2017
ölçüsü8,61 Mb.
#8283
1   2   3   4   5   6   7   8   9   10   11

Beləliklə, tədqiqatın nəticəsindən aydın olur ki, mülayim iqlimli dağətəyi bölgədə qoyunların parazitlə yoluxması daha yüksəkdir. Bu bölgələrdə aparılan tədqiqatlardan belə nəticəyə gəlirik ki, dağ və aran rayonlarında iqlim şəraiti ilə əlaqədar parazitin oosistaları müəyyən qədər ətraf mühitdə məhv olur. Nəticədə qoyunlar S.tenella (=S.ovicanis) sporosistaları ilə nisbətən az yoluxur. Respublikanın dağətəyi bölgələrində isə parazitin sporosistalarının yaşaması üçün əlverişli temperatur və rütubətin olması səbəbindən qoyunların yoluxma ehtimalı daha çoxdur.

Aparılan tədqiqat zamanı mikroskopik müayinələrdən aydın olur ki, sahibin hansı rayonda saxlanılmasından asılı olmayaraq onun qida borusu və diafraqma əzələsində sarkosporidinin mikrosistalarına daha çox rast gəlinir.

Ətraf mühitin S.tenella-nın sporosistaları ilə “çirklənməsi” nəticəsində qoyunları yoluxmadan qorumaq məqsədilə heyvanlar saxlanılan binaların sanitariya vəziyyətinə, heyvanların saxlanılma şəraitinə, qidanın, yemin, suyun təmizliyinə diqqət yetirilməlidir. Parazitin əsas sahibi olan itlər S.tenella-nın sistalarını kütləvi şəkildə yaydığı üçün, heyvanların saxlanıldığı ərazidən təcrid olunmalıdır.

Beləliklə, Azərbaycanın müxtəlif ərazilərində aparılan tədqiqatların nəticəsini ümumiləşdirdikdə məlum olur ki, qoyunların Sarcocystis tenella ilə yoluxması yüksək (80,5%) olub, onların saxlandıqları qurşaqların invaziyanın ekstensivliyinə elə bir ciddi təsir göstərmir.

Qoyunların S.tenella ilə yoluxmasının onların cinsiyyətindən asılılığını araşdırmaq üçün Abşeron, Biləsuvar, Sabirabad və İmişli rayonlarında kəsilən heyvanların qida borusu, qarın və ya gövdə, dil, ürək və diafraqma əzələlərindən materiallar toplanmışdır.

Qoyunların cinsiyyətindən asılı olaraq Sarcocystis tenella ilə yoluxması istiqamətində aparılan tədqiqat işinin nəticələri cədvəl 3.11-də verilir.

Cədvəl 3.11-də verilən məlumatların analizindən aydın olur ki, tədqiqat aparılan rayonlar üzrə heyvanların cinsiyyətini nəzərə almasaq invaziyanın ekstensivliyi 70,3% (tədqiq olunan 508 fərddən 357 fərd yoluxmuşdur) olmuşdur. Ümumilikdə tədqiq edilən 246 erkək fərddən 146-sı (59,3%), 262 dişi fərddən isə 211-i (80,5%) yoluxmuşdur. Məlum olur ki, dişi fərdlər arasında yoluxma erkək fərdlərə nisbətən yüksək olur. Rayonlar üzrə aparılan tədqiqatın nəticələrini müqayisə etdikdə, erkək fərdlər arasında invaziyanın ekstensivliyinə görə birinci yeri İmişli rayonunun (76%), ikinci yeri isə Abşeron rayonunun (61,7%) tutduğu məlum olur. Növbəti yerləri isə Sabirabad və Biləsuvar rayonları tutur (müvafiq olaraq 51,7 və 41,5%). Dişi fərdlər arasında da invaziyanın ekstensivliyinə görə birinci yerdə İmişli rayonudur (82,2%). İnvaziyanın ekstensivliyinə görə növbəti yerlərdə Biləsuvar (87,8%), Sabirabad (86,5%) və Abşeron rayonudur (62,7%).

Cədvəl 3.11

Qoyunların cinsiyyətindən asılı olaraq Sarcocystis tenella ilə yoluxması (2010-2012-ci illər)




Rayonlar

Erkək fərdlər

İE, %

Dişi fərdlər

İE, %

Yoxlanılmışdır

Yoluxmuşdur

Yoxlanılmışdır

Yoluxmuşdur

Abşeron

68

42

61,7

59

37

62,7

Biləsuvar

53

22

41,5

74

65

87,8

Sabirabad

56

29

51,7

67

58

86,5

İmişli

63

53

76,0

62

51

82,2

Cəmi

246

146

59,3

262

211

80,5

Alınan nəticələri müqayisəli şəkildə analiz etdikdə məlum olur ki, İmişli rayonunda erkək və dişi fərdlər arasında invaziyanın ekstensivliyi digər rayonlara nisbətən yüksəkdir. Tədqiqat aparılan bu rayonlar üzrə dişi və erkək fərdlər arasında invaziyanın ekstensivliyinə görə ayrı-ayrı rayonlarda fərqlər qeydə alınsa da bütün hallarda dişi fərdlər arasında invaziyanın ekstensivliyi erkək fərdlərə nisbətən yüksəkdir (cədvəl 3.11).

Fikrimizcə, erkək və dişi fərdlər arasında ekstensivlik fərqinin belə olması, cavan erkək fərdlərin dişi fərdlərə nisbətən daha tez kəsilməsi və hormonal təsirlə əlaqədardır.

Tədqiqatlarda qoyunların qida borusu, diafraqma, qarın, ürək və dil əzələlərinin S.tenella ilə yoluxma ekstensivliyi və intensivliyinin heyvanların cinsiyyətindən asılılığını müəyyən etmək üçün ümumilikdə Abşeron, Biləsuvar, Sabirabad və İmişli rayonlarında kəsilən 508 qoyun müayinə edilmişdir ki, bunlardan da 246 baş erkək, 262 baş dişi fərd olmuşdur. 508 qoyundan hazırlanan 2510 əzələ kəsiyinə baxılmışdır

Tədqiqat aparılan ərazilərdə ev qoyunlarının erkək və dişi fərdlərinin müxtəlif

əzələ qruplarında mikrosistalara təsadüf edilməsi haqqında məlumatlar cədvəl 3.12 və 3.13-də verilir.

Cədvəl 3.12

Erkək fərdlərin müxtəlif qrup toxumaların Sarcocystis tenella ilə

yoluxma dinamikası (2009-2013-cü illər)


Toxuma

qruplarının adı



Tədqiq olunan nümunələrin (kəsiklərin) sayı

Yoluxan nümunələrin (kəsiklərin) sayı

İnvaziyanın ekstensivliyi, %

İnvaziyanın intensivliyi 1 kəsikdə olan sistaların sayı

Abşeron rayonu

Qida borusu

340

23

6,76

13

Diafraqma

10

2,94

6

Qarın əzələləri

7

2,06

2

Ürək

6

1,78

2

Dil əzələləri

10

2,94

3

Biləsuvar rayonu

Qida borusu

265

13

4,91

7

Diafraqma

8

3,02

5

Qarın əzələləri

6

2,26

4

Ürək

3

1,13

3

Dil əzələləri

5

1,88

6

Sabirabad rayonu

Qida borusu

280


20

7,14

10

Diafraqma

6

2,14

7

Qarın əzələləri

4

1,42

3

Ürək

2

0,71

1

Dil əzələləri

7

2,50

5

İmişli rayonu

Qida borusu

315

28

8,88

8

Diafraqma

18

3,18

14

Qarın əzələləri

4

1,27

4

Ürək

2

0,64

3

Dil əzələləri

10

3,18

4

Cəmi

Qida borusu

1200

84

7

7-13

Diafraqma

42

3.5

6-14

Qarın əzələləri

21

2,7

3-6

Ürək

12

1,8

2-4

Dil əzələləri

32

1,1

3-6

Cədvəl 3.12-də verilən məlumatlardan aydın olur ki, erkək fərdlərin qida borusu əzələləri, diafraqma əzələləri, qarın əzələləri, ürək və dil əzələlərinin S.tenella ilə yoluxması arasında fərq vardır. Abşeron, Biləsuvar, Sabirabad və İmişli rayonlarından toplanan materialların tədqiqi nəticəsində məlum olmuşdur ki, bu rayonlarda qoyunların qida borusu əzələlərinin mikrosistalarla yoluxma ekstensivliyi 4,91-8,88%-dir. Bu zaman invaziyanın intensivliyi (1 kəsikdə olan sistaların sayı) 7-13 olur. İnvaziyanın ən yüksək intensivliyi İmişli rayonunda, əz az intensivliyi isə Biləsuvar rayonunda müşahidə olunmuşdur.

Müəyyən edilmişdir ki, qida borusundan sonra ən çox yoluxan diafraqma əzələləridir (2,14-3,18%). Öyrənilən orqanlardan ən az yoluxanı ürək əzələsi olmuş-dur. Bu orqanın S.tenella ilə yoluxma ekstensivliyi 0,64-1,78% olmuşdur (İİ 1-3).

Erkək fərdlərin müxtəlif qrup əzələ toxumalarının ayrı-ayrı rayonlar üzrə S.tenella ilə yoluxmasını aydınlaşdırılması istiqamətində aparılan işlərin nəticələrini müqayisəsi göstərir ki, tədqiq edilən əzələ qruplarının yoluxma ekstensivliyinin orta hesabla toxuma qruplarına görə aşağıdakı ardıcıllıqda olmuşdur: qida borusu əzələləri – diafraqma əzələləri – qarın əzələləri – ürək əzələləri – dil əzələləri. Yəni invaziyanın ekstensivliyinə görə birinci yerdə qida borusu əzələləri, ikinci yerdə diafraqma əzələləri, üçüncü yerdə qarın əzələləri, dördüncü yerdə ürək əzələləri, beşinci yerdə isə dil əzələləridir (cədvəl 3.12).

İnvaziyanın intensivliyinin öyrənilməsi nəticəsində əldə edilən məlumatları ayrı-ayrılıqda rayonlar üzrə müqayisə etdikdə məlum olur ki, tədqiqat aparılan bütün rayonlarda invaziyanın intensivliyi arasında fərq olsa da bütün hallarda invaziyanın intensivliyinə görə birinci yerlərdə qida borusu və diafraqma, axırıncı yerdə isə ürək əzələsi durur.

Beləliklə, erkək fərdlərin orqanlarında invaziyanın ekstensivliyi və intensivli-yinin tədqiqat aparılan Abşeron, Biləsuvar, Sabirabad və İmişli rayonları üzrə ümumi orta qiymət belə olmuşdur: qida borusu İE=7%, İİ=7-13 sarkosista, diafraqma İE=3,5%, İİ=6-14 sarkosista, qarın əzələlərində İE=2,7%, İİ=3-6 sarkosista, ürək əzələlərində İE=1,8%, İİ=2-4 sarkosista, dil əzələsində İE=1,1%, İİ=3-6 sarkosista.

Dişi fərdlərin qida borusu, diafraqma, qarın əzələləri, ürək və dil əzələlərinin S.tenella ilə yoluxma ekstensivliyi və intensivliyi haqqında məlumatlar cədvəl 3.13-də verilir. Dişi fərdlərdə də erkək fərdlərdə olduğu kimi ən çox yoluxan qida borusu əzələsidir (6,77-8,58%). Bu zaman invaziyanın intensivliyi 10-12 -dir.

Məlumatları rayonlar üzrə müqayisə etdikdə müəyyən edilmişdir ki, qida borusunda invaziyanın ən yüksək ekstensivliyi Sabirabad (8,58%) rayonunda, ən az ekstensivliyi isə Abşeron və İmişli rayonlarındadır. Hər iki rayonda invaziyanın ekstensivliyi 6,8% olmuşdur. Abşeron və İmişli rayonlarında invaziyanın ekstensivliyi eyni olsa da intensivliyinə görə fərqlənir. Belə ki, Abşeron rayonunda dişi fərdlərin qida borusunda invaziyanın intensivliyi yüksək (12 sarkosista), İmişli rayonunda isə orta (10 sarkosista) olmuşdur.

Cədvəl 3.13

Dişi fərdlərin müxtəlif qrup əzələ toxumalarının S.tenella ilə yoluxması

(2009-2013-cü illər)


Toxuma

qrupları


Tədqiq olunan kəsiklərin sayı

Yoluxan kəsiklərin sayı

İE, %

İİ

Abşeron rayonu

Qida borusu

295

20

6,78

12

Diafraqma

9

3,05

6

Qarın əzələləri

5

1,69

5

Ürək

4

1,36

2

Dil əzələləri

11

3,73

6

Biləsuvar rayonu

Qida borusu

370

28

7,68

10

Diafraqma

8

2,16

5

Qarın əzələləri

11

2,97

3

Ürək

6

1,62

1

Dil əzələləri

10

2,70

3

Sabirabad rayonu

Qida borusu

335

29

8,58

11

Diafraqma

10

2,99

7

Qarın əzələləri

8

2,39

4

Ürək

7

2,09

4

Dil əzələləri

9

2,68

3

İmişli rayonu

Qida borusu

310

21

6,77

10

Diafraqma

16

5,16

9

Qarın əzələləri

8

2,58

6

Ürək

4

1,29

1

Dil əzələləri

13

4,19

4

Bütün rayonlar üzrə

Qida borusu

1310

98

7,5

10-12

Diafraqma

43

3,3

6-10

Qarın əzələləri

32

2,4

3-6

Ürək

21

1,6

1-4

Dil əzələləri

43

3,3

3-6

Biləsuvar rayonunda kəsilən qoyunların qida borusu, diafraqma, qarın əzələləri ürək və dil əzələlərindən toplanan 370 nümunənin analizi göstərir ki, bu rayonda invaziyanın ekstensivliyi müvafiq olaraq 7,68%, 2,16%, 2,97%, 1,62% və 2,70% olmuşdur. İnvaziyanın intensivliyi isə orta hesabla 1-10 sarkosista olmuşdur. Müayinə edilən orqanlardan bu halda da qida borusunun yoluxma ekstensivliyi və intensivliyi ən yüksək (İE=7,68, İİ=10 sarkosista), ürək əzələsində isə invaziyanın ekstensivliyi 1,62%, intensivliyi 3 sarkosista olduğu müəyyənləşdirilmişdir.

Abşeron rayonunda qoyunların dişi fərdlərinin diafraqma və dil əzələləri arasında invaziyanın ekstensivliyi çox az fərqlənir. Dil əzələlərinin yoluxma ekstensivliyi diafraqma əzələlərinin yoluxma ekstensivliyindən 0,68% çox olmuş, invaziyanın intensivliyi isə eyni (6 sarkosista) olmuşdur (cədvəl 3.13).

Sabirabad rayonunda kəsilən qoyunların diafraqma, qarın, ürək və dil əzələlərində invaziyanın ekstensivliyi (müvafiq olaraq 2,99%, 2,39%, 2,09% və 2,68%) oxşar olmuş, invaziyanın intensivliyi qarın, ürək və dil əzələlərində 3-4 sarkosista, diafraqmada isə 7 sarkosista olduğu müəyyən edilmişdir.

İmişli rayonunda isə müayinə edilən orqanlarda invaziyanın ekstensivliyi ilə intensivliyi arasında bir-biri ilə müqayisədə fərqlər aydın nəzərə çarpır (cədvəl 3.13).

Beləliklə alınan nəticələri ümumiləşdirərək göstərmək olar ki, dişi fərdlərin qida borusu, diafraqma, qarın, ürək və dil əzələlərində invaziyanın ekstensivliyi və intensivliyi bütün rayonlar üzrə ümumi orta göstəricisi qida borusunda İE=7,5%, İİ=10-12 sarkosista, diafraqmada İE=3,3%, İİ=6-10 sarkosista, qarın əzələlərində İE=2,4%, İİ=3-6 sarkosista, ürək əzələlərində İE=1,6%, İİ=1-4 sarkosista, dil əzələlərində isə İE=3,3%, İİ=3-6 sarkosista olmuşdur.

Abşeron, Biləsuvar, Sabirabad və İmişli rayonlarında qoyunların erkək və dişi fərdlərinin orqanlarının S.tenella ilə yoluxma intensivliyinin və ekstensivliyinin bütün rayonlar üzrə göstəricilərini müqayisəsi nəticəsində müəyyən edilmişdir ki, qoyunların cinsiyyətindən asılı olmayaraq qida borusu, diafraqma, qarın və ürək əzələlərinın yoluxma intensivliyi demək olar ki, eyni olub az fərqlənir.

Dil əzələlərində isə invaziyanın intensivliyi eyni (3-6 sarkosista), ekstensivliyi isə nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu halda dil əzələlərinin yoluxma ekstensivliyi 1,1%, dişi fərdlərdə isə 3 dəfə çox (3,3%) olmuşdur.



3.3. Qoyunların cinsindən asılı olaraq sarkosporidilər ilə youxması
Qoyunların müxtəlif saxlama və bəsləmə şəraitinə uyğunlaşma potensialının yüksək olması səbəbindən dünyanın hər yerində saxlanılır. Bu heyvanların böyük uyğunlaşma qabiliyyətinə malik olması onların yeni cinslərinin yaradılmasına, müxtəlif təbii-iqdisadı bölgələrdə yetişdirilməsinə şərait yaratmışdır. Azərbaycanda yetişdirilən qoyun cinslərindən, xüsusilə, mazex, balbas, bozax, qarabağ, şirvan, qala qoyunları cinsindən olan qoyunlar üstünlük təşkil edir. Mazex cinsindən olan qoyunlar xüsusilə Naxçıvan MR-da yetişdirilir və burada yetişdirilən qoyunların 80%-i bu cinsdəndir.

Bozax cinsi Azərbaycanın qərb ərazisində, xüsuxilə Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən və Xanlar rayonlarında yetişdirilir. Qarabağ cinsindən olan qoyunlar adından göründüyü kimi Qarabağ ərazisində, şivan qoyun cinsləri Kür-Araz düzənliyində və Abşeron yarmadasında yayılmış, Muğan və Şirvan oturaq-otlaq şəraitinə çox yaxşı uyğunlaşmışdır. Qala cinsindən olan qoyunlar isə Abşeron yarımadasında becərilən qoyun cinsidir.

Tədqiqatlarda bozax, şirvan və qala cinslərindən olan qoyunların sarkosporidilər ilə yoluxma ekstensivliyi və intensivliyi də öyrənilmişdir (cədvəl 3.14).

Cədvəl 3.14

Qoyunların cinsindən asılı olaraq sarkosporidilər ilə youxması


Qoyunlqrın cinsi

Müayinə edilən heyvanların sayı

Yoluxan heyvanların sayı

İE, %

İİ

Sarcocystis gigantea

Bozax

100

13

13

1-9

Şirvan

150

38

25

9-11

Qala

100

27

27

9-11

Sarcocystis tenella

Bozax

100

80

80

12-13

Şirvan

150

135

90

13-20

Qala

100

93

93

13-18

Cədvəldə verilən məlumatlardan aydın olur ki, bozax cinsindən olan qoyunların S.gigantea ilə yoluxma ekstensivliyi 13% (100/13), şirvan cinsindən olan qoyunlarda 25% (150/38), qala cinsindən olan qoyunlarda isə 27% (100/27) olmuşdur. Bozax cinsindən olan qoyunlarda invaziyanın intensivliyi zəif (1-9 sarkosista) olduğu halda, şirvan və qala cinsindən olan qoyunlarda orta (9-11 sarkosista) olmuşdur.

Bozax, şirvan və qala cinslərindən olan qoyunların S.tenella ilə yoluxma ekstensivliyinin və intensivliyinin öyrənilməsi nəticəsində məlum olmuşdur ki, qoyunların bu növ parazitlə yoluxma ekstensivliyi şirvan və qala cinsinə nisbətən zəifdir. Şirvan və qala cinslərində invaziyanın ekstensivliyi müvafiq olaraq 90% və 93% olduğu halda, bozax cinsində 80% olmuşdur (cədvəl 3.14).

S.tenella ilə yoluxma intensivliyinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, bozax cinsindən olan qoyunların 1sm2 toxumasında 12-13 mikrosista məskunlaşdığı halda, şirvan və qala cinslərinin hər birinin 1sm2 toxumasında 13-20 mikrosista məskunlaşır.

Qoyunların cinsindən asılı olaraq S.giganteaS.tenella ilə yoluxma ekstensivliyinin və intensivliyinin müqayisəli analizi göstərir ki, bu növlər ilə yoluxma ekstensivliyi və intensivliyi eyni olmayıb S.tenella ilə yoluxma ekstensivliyi və intensivliyi daha yüksəkdir. Bu baxımdan S.tenella-nın qoyunçuluğun inkişafına daha ciddi maneə olduğunu qeyd etmək lazımdır.

Beləliklə, alınan nəticələr belə deməyə əsas verir ki, invaziyanın tez bir zamanda qoyunlar arasında geniş yayılmasına potensial imkan vardır. Əgər vaxtlı-vaxtında baytarlıq sanitariya tədbirləri aparılmazsa bu növ parazit qoyunçuluğun inkişafına ciddi zərər verə bilər.


Yüklə 8,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin