AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Fermentlərin aktivliyinin təyin edilmə metodları



Yüklə 8,61 Mb.
səhifə3/11
tarix12.02.2017
ölçüsü8,61 Mb.
#8283
1   2   3   4   5   6   7   8   9   10   11

2.4.Fermentlərin aktivliyinin təyin edilmə metodları
Aminotransferazaların aktivliyi Raytman, Frenkel metoduna görə təyin edilmişdir [17].

Bu metodun mahiyyəti ondan ibarətdir ki, aspartat – və alanin - aminotrans-ferazanın iştirakı ilə baş verən peraminləşmə nəticəsində oksalasetat və piroüzüm turşusu əmələ gəlir. Oksalasetat fermentativ reaksiya nəticəsində piroüzüm turşusuna çevrilmək xüsusiyyətinə malikdir. 2,4-dinitrofenilhidrazin əlavə edildikdən sonra, piroüzüm turşusunun hidrozonu əmələ gəlir ki, o da qələvi mühitdə qırmızı-qəhvəyi rəngə boyanır, rəngin intensivliyi əmələ gələn piroüzüm turşusunun miqdarı ilə düz mütənasibdir.

Kəsilən həm sağlam və həm də yoluxmuş heyvanlardan heparinli sınaq şüşəsinə götürülən qarışıq qan 1500 gövr/dəqiqə 5 dəqiqə müddətində sentrifuqa (BioSan

Şək. 2.1. Zülal fraksiyalarının molekul çəkisinin təyin edilməsində istifadə edilən qrafik.

3000) edildikdən sonra ayrılan qan zərdabında alaninaminotransferaza (ALT) və aspartataminotransferazanın (AST) aktivliyi təyin edilmişdir.

AST-nin aktivliyini təyin etmək üçün sınaq şüşəsinə 0,5ml substrat məhlulu əlavə edilmiş, sonra onun üzərinə 0,1ml qan zərdabı əlavə edilərək sınaq şüşəsi termostatda 370C-də 1 saat müddətində saxlanılmışdır. Sonra sınaq şüşəsi termostatdan çıxarılaraq üzərinə 0,5ml 2,4-dinitrofenilhidrozin əlavə edilərək otaq temperaturunda 20 dəqiqə saxlanılmış, onun da üzərinə 5 ml 0,4N NaOH əlavə edilərək 10 dəqiqə gözlədikdən sonra spektrofotometrdə 530 nm dalğa uzunluğunda optiki sıxlığı ölçülmüşdür. Kontrol nümunədə isə qan zərdabının əvəzinə 0,1 ml distillə suyu əlavə edilmişdir. Kontrol nümunə təcrübə nümunəsində olduğu kimi inkubasiya edilmişdir.

Alaninaminotransferazanın aktivliyini təyin etmək üçün sınaq şüşəsinə 0,5 ml substrat məhlulu və 0,1 ml qan zərdabı əlavə edilərək termostatda 370C temperaturda 30 dəqiqə müddətində inkubasiya edilmişdir.

Analizin sonrakı mərhələləri aspartataminotransferazanın aktivliyinin təyinində olduğu kimi həyata keçirilmişdir.

Aminotransferazaların aktivliyinin təyin edilməsi üçün kalibrovka əyrisini qurmaq məqsədilə 0,05; 0,10; 0,15; 0,20; 025; 0,30 ml olan substratın hər birinin (pruvatın) üzərinə 0,5 ml 2,4-dinitrofenilhidrazin əlavə edilərək otaq temperaturunda 20 dəqiqə inkubasiya edildikdən sona hər bir sınaq şüşəsinə 5 ml 0,4N NaOH əlavə edilərək qarışdırılmış və 30 dəqiqədən sonra sınaq şüşələrində olan məhlulların 530 nm dalğa uzunluğunda optiki sıxlığı ölçülmüşdür. Qrafikin ordinat oxunda göstərilən hər bir nümunənin optiki sıxlığı və absis oxunda isə ALT və AST-nın müvafiq aktivliyinə görə kalibrovka əyrisi qurulmuşdur.

ALT (AST) –nin aktivliyinin hesablanmasında


(2.3)
düsturundan istifadə edilmişdir.

Burada: En- təcrübə nümunəsinin optiki sıxlığını, Ek-kontrol nümunənin optiki sıxlığıdır.



K sabiti kalibrovka əyrisinə görə

K=C/E (2.4)

düsturundan istifadə etməklə hesablanmışdır.


ALT və AST-nin aktivliyi mkmol/q(ml)·saat ilə ifadə edilmişdir.

Tədqiqatlar nəticəsində alınan kəmiyyət göstəricilərinin statistik işlənilməsində İBM Statistics v.20 proqramından istifadə edilmişdir. Cədvəldə göstəricilər M±Sd kimi verilmiş, P≤0,05 olduqda baş verən dəyişikliklərin statistik dürüst olduğu qəbul edilmişdir.



2.5.Tədqiqat aparılan ərazilərin fiziki-coğrafi xüsusiyyətləri
Azərbaycan Respublikasının ərazisi relyef formalarına, landşaft elementlərinin ümumiliyinə, geomorfoloji strukturuna görə 5 fiziki – coğrafi vilayətə (Böyük Qafqaz fiziki-coğrafi vilayəti, Kür çökəkliyi fiziki-coğrafi vilayəti, Kiçik Qafqaz fiziki-coğrafi vilayəti, Lənkəran fiziki-coğrafi vilayəti, Orta Araz (Naxçıvan) fiziki-coğrafı vilayəti) bölünür (şək. 3.1). 5 fiziki-coğrafi vilayətin 4-ündən material götürüldüyün-dən onların fiziki-coğrafi xüsusiyyətləri haqqında qısa məlumat verməyi məqsədə uyğun hesab edirik. Fiziki-coğrafi vilayətlərin fiziki-coğrafi xüsusiyyətləri haqqında məlumatlar Azərbaycanın Milli Ensiklopediyasından götürülmüşdür [1, s.48-54].

Böyük-Qafqaz coğrafi vilayəti – respublikanın şimal-qərbində Gürcüstan ilə sərhəddən başlayaraq cənub-şərq istiqamətində Xəzər dənizi sahilinə qədər uzanır. Cənubdan Acınohur ön dağlığı, Şirvan və Cənub-Şərqi Şirvan düzləri, şimaldan Rusiya Federasiyası ilə sərhədlənir. Ərazinin hündürlüyü 4466m-dən – 27m-dək dəyişir. Təbii şəraitinin müxtəlifliyinə görə vilayət 6 fiziki-coğrafi rayona bölünür.

Samur-Dəvəçi rayonu Böyük Qafqaz dağlarının şimal şərq ətəkləri ilə Xəzər dənizi arasında yerləşir. Vilayət üçün yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi xarakterikdir. Bu ərazinin hündürlüyü 300-500 m arasında olub, orta temperatur yanvarda 0-30C, iyulda 20-250C-dir. İllik yağıntı 200-400 mm-dir.

Qonaqkənd rayonu Böyük Qafqaz silsiləsinin suayrıcı ilə Samur-Dəvəçi fiziki coğrafi rayonu arasındakı ərazini əhatə edir. Hündürlüyü 200-300-dən 4466m-dəkdir. Rayon üçün tundra, qışı quraq keçən soyuq, yağıntıları il boyu bərabər paylanan mülayim isti, yayı quraq keçən mülayim isti və qışı quraq keçən mülayim isti iqlim səciyəvidir. Orta temperatur yanvarda -140C-dən 00C-yədək, iyulda 5-250C-dir. Alçaq dağlıqda illik yağıntı 300mm, yüksək dağlıqda 900 mm-dir.

Zaqatala-Lahic rayonu qərbdən Mazım, şərqdən Ağsu çayları, cənubdan Qanıx-Əyriçay vadisi ilə hüdudlanan ərazini əhatə edir. Ərazinin hündürlüyü 500-600m-lə 4466 m arasında dəyişir. Rayon üçün ilboyu bir-birini əvəz edən bərabər paylanan mülayim isti, qışı rütubətli soyuq və dağlıq tundra iqlimi xarakterik olub, orta temperatur yanvarda -140C-dən 00C-yədək, iyulda 5-200C arasında dəyişir. İllik yağıntı 600-1600 mm dir.

Qanıx-Əyriçay rayonu Baş Qafqaz silsiləsinin cənub ətəkləri boyu şimal qərbdən Gürcüstanla sərhəddən cənub-şərqdən Girdiman çayına qədər uzanır. Cənubdan Acınohur ön dağlığı ilə əhatələnir. Ərazi üçün qışı quraq keçən mülayim

isti iqlim xarakterikdir. Orta temperatur yanvarda -30Cdən +30C-yədək, iyulda 20-250C arasında dəyişir. İllik yağıntı 400-900 mm arasında dəyişir.

Şamaxı (Dağlıq Şirvan) rayonu Ağsu çayı dərəsindən şərqdə, Qobustan alçaq dağlıq silsiləsindən şimal-qərbdə yerləşir. Ərazinin maksimal hündürlüyü 2500m-dir. Rayonda qışı quraq keçən mülayim-soyuq və yayı quraq keçən mülayim-isti iqlim tipləri hökm sürür. Orta temperatur yanvarda -40C-dən 00C-yədək, iyulda 15-200C, illik yağıntı 300-800 mm arasında dəyişir

Abşeron rayonunun ərazisinə Qobustan alçaq dağlıq silsiləsini, Abşeron rayonunu və Abşeron rayonundan şərqdə və cənubda yerləşən bir sıra dağlar daxildir. Ərazidə yayı quraq keçən yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda -1,50C-yədək, iyulda 24-270C, illik yağıntı şimal qərbdən cənub-şərqə getdikcə 500mm-dən 150 mm-dək azalır.

Şək.3.2. Azərbaycanın fiziki-coğrafi rayonlaşdırılması


I. Böyük Qafqaz fiziki-coğrafi vilayəti. II. Kür çökəkliyi fiziki-coğrafi vilayəti. III. Kiçik Qafqaz fiziki-coğrafi vilayəti. IV. Lənkəran fiziki-coğrafi vilayəti. V. Orta Araz (Naxçıvan) fiziki-coğrafı vilayəti. (Xəritə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin http://www.dtxk.gov.az/maps/fiziki_rayon_a.html saytından götürülmüşdür)

Kiçik Qafqaz coğrafi vilayətinin sərhədləri cənub-qərbdən Ermənistan Respubli-kası şimal-qərbdən Gürcüstan, Gəncə-Qazax və Qarabağ düzləri ilə hüdudlanır. Vilayətin cənub şərqini və şimal sərhədlərini Arazboyu rayonu təşkil edir.

Burada alçaq dağlıqda dağ-çöl, meşə-kol, orta dağlıqda enliyarpaqlı meşələr, yüksək dağlıqda dağ-çəmən landşaftları inkişaf etmişdir. Vilayətin tərkibinə 4 fiziki-coğrafi rayon daxildir.

Gəncə rayonu – relyefində dalğalı təpəli orta dağlıq, yayla, silsilələr və tirələr əsas yer tutur. Ərazi üçün qışı quraq mülayin-isti, soyuq və dağlıq tundra iqlimi xarakterikdir. Rayonda orta aylıq temperatur -100C-dən 00C-yədək, iyulda isə 10-250C-dir.

Qaradağ rayonu Murovdağ silsiləsinin cənub və Qaradağ silsiləsinin şimal yamaclarını əhatə edir. Rayon üçün alçaq və orta dağlıqda, əsasən qışı quraq keçən mülayim-isti, yüksək dağlıqda qışı quraq keçən soyuq iqlim xarakterikdir. Orta aylıq temperatur yanvarda – 130C-dən 20C-yədək, iyulda 14-260C arasında dəyişir. Orta ilik yağıntı 400-700 mm təşkil edir.

Qaradağ vulkanik yaylası rayonu Ermənistan respublikası ilə Həkəri çayının sağ sahili arasındakı ərazini tutur. Ərazidə qışı quraq keçən soyuq dağlıq tundra iqlimi hakimdir. Yanvarda orta aylıq temperatur -100C-dən 00C, iyulda 10-220C arasında dəyişir. Orta illik yağıntı 500-800 mm-dir.

Həkəri rayonu - ərazisinə Həkəri çayı hövzəsi daxildir. Rayonda qışı quraq keçən mülayim iqlim hökm sürür. Orta aylıq temperatur yanvarda -30C-dən 00C, iyulda 15-200C, illik yağıntı isə 500-800 mm arasında dəyişir

Kür çökəkliyi vilayəti - şimaldan şərqə Böyük Qafqazın cənub şərq hissəsi vilayəti, şimal qərbdən Gürcüstan, cənub qərbdən Kiçik Qafqaz və Lənkəran vilayətləri, cənubdan İran İslam Respublikası, şimaldan Xəzər dənizi ilə əhatələnir. Ovalığın bataqlaşmış sahələrində çəmən-bataqlıq landşaftları inkişaf etmişdir. Ərazinin hündürlüyü qərbdən şimala doğru azalır. Vilayətin ərazisi 5 fiziki-coğrafi rayona bölünür.

Ceyrançöl-Acınohur rayonunun ərazisini Qarayazı düzü, Ceyrançöl və Acınohur ön dağlığı əhatə edir. Ərazinin hündürlüyü 1100 m-dir. Rayon üçün qışı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi xarakterikdir. Orta aylıq temperatur yanvarda -00C-dən 30C, iyulda 25-270C arasında dəyişir. Əraziyə düşən illik yağıntı 200-400 mm-dir.

Qazax-Qarabağ rayonu ərazisinə Gəncə-Qazax düzənliyi, Qarabağ və Mil düzləri daxildir. Ərazinin hündürlüyü 550 m-ə qədər olub, iqlimi mülayim-isti yarımsəhra və quru çöl tiplidir. Yanvarda orta aylıq temperatur -30C-dən +30C, iyulda 20-270C arasında dəyişir. Əraziyə düşən illik yağıntı 200-400 mm təşkil edir.

Küdrü-Şirvan rayonu – Şirvan düzünün hündürlüyü 0-200 m -dək olan əraziləri əhatə edir. Şimaldan Acınohur ön dağlığı, Qaraməryəm tirəsi, şimal şərqdən Ləngəbiz silsiləsi ilə hüdudlanır. İqlimi yazı quraq keçən mülayim isti yarımsəhra və quru çöl tiplidir. Orta aylıq temperatur yanvarda 0-30C, iyulda 25-270C, illik yağıntı 300-400 mm arasında dəyişir.

Arazboyu rayonu - ərazisinə Kiçik Qafqazın alçaq dalıq hissəsi ilə Araz çayı arasındakı ərazi daxildir. Şimal-şərqdən Mil düzünə qovuşur. Rayonun hündürlüyü 200-500 m, iqlimi mülayim-isti yarımsəhra və quru çöl tipli, orta aylıq temperatur yanvarda 00C –dən +30C-yədək, iyulda 25-270C, illik yağıntı isə 200-400 mm təşkil edir.

Mərkəzi Aran (Kür-Araz ovalığı) rayonu – Kür və Araz çaylarının aşağı axınları boyundakı ərazini tutur. Yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl iqlimi hakimdir. Tərkibinə Şirvan düzünün – 27m-dən 0 m-dək olan hissəsi, Qarabağ və Mil düzlərinin təqribən 100m-dən aşağı olan hissələrini, cənub şərqi Şirvan, Muğan və Salyan düzləri daxildir. Şimaldan Xəzər dənizi ilə əhatələnir. Orta aylıq temperatur yanvarda 0-30C-yədək, iyulda 25-270C-dir. İllik yağıntı 200-400 mm-dir.

Respublikanın cənub şərqində yerləşən Lənkəran vilayəti, Lənkəran ovalığı və Talış dağlarını əhatə edir. Şimaldan Xəzər dənizi, şimal qərbdən, qərb və cənubdan İran İslam Respublikası ilə sərhəddir. Ərazinin hündürlüyü -27m-dən (Xəzər dənizi sahili) 2493m-dək (Kömürgöy dağları) dəyişir. Lənkəran vilayətinin tərkibinə 2 rayon - Lənkəran və Talış rayonu daxildir.

Əsasən Lənkəran ovalığını əhatə edən Lənkəran rayonu Xəzər dənizi ilə Talış dağları arasında yerləşir. Cənubda İran İslam Respublikası sərhədinə qədər uzanır (Astara çayına qədər). Ərazinin hündürlüyü dağətəyi sahədə 200 m, Xəzər dənizi sahilində isə okean səviyyəsindən 27m-dək aşağıdadır.

Lənkəran rayonunda yayı quraq keçən mülayim-isti, rütubətli subtropik iqlim hakimdir. Orta aylıq temperatur yanvarda 0-30C, iyulda 20-270C, illik yağıntı 200-400 mm arasında dəyişir.

Talış rayonu vilayətin dağlıq hissəsini əhatə edir. Lənkəran ovalığı vasitəsilə Xəzər dənizindən ayrılır. Cənub, cənub-qərb və şimal-qərb İran İslan Respublikası ərazisi ilə əhatələnir. Bir-birinə paralel istiqamətdə şimal-qərbdən cənub-şərqə uzanan Talış, Peştəsər və Burovar silsilələrindən ibarətdir. Sistemin ən hündür silsiləsinin hündürlüyü 2493 m-dir (Kömürgöy). Talış rayonu soyuq və quraq iqlimə malik olub, orta aylıq temperatur yanvarda 1-30C, iyulda 15-210C, orta illik yağıntı 300-1900 mm-dir [1, s.48-54].

III FƏSİL

QOYUNLARIN PROTOZOY FAUNASI
Azərbaycan ərazisində qoyunlarda parazitlik edən sarkosporidi morfoloji xüsusiyyətlərinə görə iki növə aid edilir. Bunlardan biri makrosista əmələ gətirən və aralıq sahibi pişiklər olan Sarcocystis gigantea (=S.ovifelis), digəri isə mikrosista əmələ gətirən və əsas sahibi itlər olan Sarcocystis tenella (=S.ovicanis)-dir.

3.1. Qoyunların sarkosporidilər ilə yoluxmasının heyvanların yaşından və cinsiyyətindən asılılığı
Azərbaycanda ev qoyunlarının Sarcocystis giganteaS.tenella ilə eyni zamanda yoluxmasının ekstensivliyini müəyyən etmək üçün Böyük Qafqaz fiziki-coğrafi vilayətində (Abşeron, Şabran, İsmayıllı, Şamaxı, Şəki və Zaqatala rayonları), Kür çökəkliyi fiziki-coğrafi vilayətində (Bərdə, Beyləqan, İmişli, Biləsuvar, Sabirabad, Saatlı rayonları), Kiçik Qafqaz fiziki-coğrafi vilayətində (Gədəbəy rayonu) və Lənkəran fiziki-coğrafi vilayətindən (Lerik, Yardımlı rayonları) ümumilikdə 775 baş heyvandan götürülmüş materiallar üzərində müayinə aparılmış və alınan nəticələr cədvəl 3.1-də verilir.

Cədvəl 3.1-də verilən məlumatlardan görünür ki, Lənkəran fiziki-coğrafi vilayəti istisna olmaqla tədqiqat aparılan digər fiziki-coğrafi vilayətlərdə qoyunların Sarcocystis gigantea ilə yoluxması müşahidə edilir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, respublika üzrə qoyunların S.gigantea ilə yoluxma ekstensivliyi yüksək olub, 4,9-44,0% arasında tərəddüd edir.

Müxtəlif iqlim şəraitinə malik rayonlarda saxlanılan qoyunların S.gigantea ilə yoluxmasının öyrənilməsi nəticəsində əldə edilən məlumatların müqayisəli analizi

göstərir ki, heyvanların parazitlə yoluxma ekstensivliyi fərqlənir (cədvəl 3.1).

Cədvəl 3.1

Azərbaycanın bəzi rayonlarında qoyunların Sarcocystis ilə yoluxması

(2009-2013-cü illər)


Rayonlar

Yoxlanılan heyvanların

ümumi sayı



S.gigantea

S.tenella

Yoluxan heyvanların sayı

İE, %

Yoluxan heyvanların sayı

İE, %

Böyük Qafqaz fiziki-coğrafi vilayəti

Abşeron

25

11

44

20

80,0

Şabran

13

-

-

11

84,6

İsmayıllı

19

-

-

18

94,7

Şamaxı

24

-

-

21

87,5

Şəki

90

-

-

80

88,9

Zaqatala

160

9

5,6

121

75,0

Cəmi

331

20

6,0

271

81,8

Kür çökəkliyi fiziki-coğrafi vilayəti

Bərdə

130

7

8,5

120

92,3

Beyləqan

162

8

4,9

126

77,7

İmişli

23

4

17,4

23

100

Biləsuvar

18

3

16,7

17

94,4

Sabirabad

14

3

21,4

10

71,4

Saatlı

12

-

-

11

91,7

Cəmi

359

25

6,9

307

85,5

Kiçik Qafqaz fiziki-coğrafi vilayəti

Gədəbəy

28

2

7,1

22

78,6

Cəmi

28

2

7,1

22

78,6

Lənkəran fiziki-coğrafi vilayəti

Lerik

34

-

-

29

85,3

Yardımlı

23

-

-

20

86,9

Cəmi

57

-

-

49

86,0

Orta hesabla

775

47

6,1

649

83,7

Böyük Qafqaz fiziki-coğrafi vilayətinə daxil edilən Abşeron, Şamaxı, İsmayıllı, Şəki, Zaqatala və Şabran rayonlarında qoyunların Sarcocystis gigantea ilə yoluxma ekstensivliyi Abşeron rayonunda 44%, Zaqatala rayonunda isə 5,6% olduğu müşahidə edilmişdir. Zaqatala rayonunda tədqiqat apardığımız müddətdə müxtəlif fərdi təsərrüfatlarda kəsilən 160 heyvandan 9-da S.gigantea-nın makrosistalarına təsadüf edilmişdir ki, bu da 5,62% təşkil edir. Şabran rayonunda 13, İsmayıllı rayonunda 19, Şamaxı rayonunda 24, Şəki rayonunda isə tədqiq edilən 90 baş qoyunun heç birində S.tenella makrosistalarına təsadüf etmədik (cədvəl 3.1).

Kür çökəkliyi fiziki-coğrafi vilayətinə daxil edilən Bərdə, Beyləqan, İmişli, Biləsuvar, Sabirabad və Saatlı rayonlarında kəsilən qoyunların S.gigantea ilə yoluxma ekstensivliyi 4,90-21,40% arasında tərəddüd etmişdir. İnvaziyanın ən aşağı ekstensivliyi Beyləqan (4,9%), ən yüksək ekstensivliyi isə Sabirabad rayonunda (21,4%) olmuşdur. Bərdə, İmişli və Biləsuvar rayonlarında invaziyanın ekstensivliyinin müvafiq olaraq 8,5%, 17,4% və 16,7% olduğu müəyyən edilmişdir. Saatlı rayonunda isə müayinə edilən 12 baş qoyunda S.gigantea makrosistalara təsadüf edilməmişdir (cədvəl 3.1).

Kiçik Qafqaz fiziki-coğrafi vilayətinə daxil edilən rayonlardan Gədəbəy rayonunda aparılan tədqiqatın nəticələri göstərdi ki, bu rayonda invaziyanın ekstensivliyi 7,1%-dir. Belə ki, Gədəbəy rayonda tədqiq etdiyimiz 28 baş heyvandan 2-də makrosistalara təsadüf edilmişdir (7,1%).

Lənkəran fiziki-coğrafi vilayətinə daxil edilən rayonlardan Lerik və Yardımlı rayonlarında aparılan tədqiqatlar nəticəsində Lerikdə kəsilən 34 baş, Yardımlıda isə 23 baş heyvanın heç birində S.gigantea makrosistaları tapılmamışdır.

Ümumiyyətlə, yoluxan heyvanların müayinə edilən orqanlarından ancaq qida borusunda S.gigantea makrosistalarına təsadüf edilməmişdir.

Qoyunların qida borusu əzələlərində təsadüf etdiyimiz S.gigantea sistaları ağ rəngli, yumru ellipsvarı formada olub yetkinlik dərəcəsinə görə fərqlənmişlər. Ən kiçik sistaların ölçüsü orta hesabla 2-4x4-7 mm, böyüyünün isə 4-8x10-11 mm olmuşdur. Ən çox təsadüf edilən böyük sarkosistalar 200mq ağırlığında olmuşdur.

Qida borusu, diafraqma, qarın əzələləri, ürək və dil əzələləri tədqiq edilərkən onların S.gigantea ilə yoluxması ilə bərabər S.tenella mikrosistalarına da təsadüf edilmişdir (cədvəl 3.1).

Qoyunların Sarcocystis tenella ilə yoluxmasının ekstensivliyinin öyrənilməsi nəticəsində alınan nəticələrin fiziki-coğrafi vilayətlər üzrə müqayisəli şəkildə analizi göstərir ki, invaziyanın ən yüksək ekstensivliyi orta hesabla, Lənkəran fiziki-coğrafi vilayətində (86,0%), ən az ekstensivliyi isə Kiçik Qafqaz fiziki-coğrafi vilayətindədir (78,6%). Kür çökəkliyi fiziki-coğrafi vilayətində invaziyanın ekstensivliyi 85,5%, Böyük Qafqaz fiziki-coğrafi vilayətində isə 81,8%-dir.

Cədvəl 3.1-də verilən məlumatların müqayisəli analizi göstərir ki, rayonların iqlim şəraitinin müxtəlif olması heyvanların S.tenella ilə yoluxmasına ciddi təsir göstərmir. Məsələn, Şabran, Beyləqan və Yardımlı rayonları fərqli iqlim şəraitinə görə fərqlənmələrinə baxmayaraq bu rayonlarda qoyunların S.tenella ilə yoluxma ekstensivliyi yüksək olub, müvafiq olaraq 84,6%, 77,7% və 86,9% təşkil edir. Göründüyü kimi bu rayonlarda qoyunların parazitlə yoluxma ekstensivliyi demək olar ki, eynidir. Oxşar iqlim şəraitinə malik İmişli rayonunda invaziyanın ekstensivliyi 100% olduğu halda, Sabirabad və Saatlı rayonlarında bu göstərici müvafiq olaraq 71,4% və 91,7%-dir.

Qoyunların eyni zamanda S.tenella ilə yanaşı S.gigantea ilə yoluxması haqqında məlumatların müqayisəli şəkildə analiz etdikdə aydın olmuşdur ki, Azərbaycanda qoyunların S.tenella ilə yoluxması S.gigantea-ya nisbətən yüksək olub, S.tenella mikrosistalarına tədqiqat apardığımız bütün fiziki-coğrafi vilayətlərdə təsadüf edilmişdir. İnvaziyanın ekstensivliyi Böyük Qafqaz fiziki-coğrafi vilayətində 80,0-94,7%, Kür çökəkliyi fizik-coğrafi vilayətində 71,4-100%, Kiçik Qafqaz fiziki-coğrafi vilayətində 78,6%, Lənkəran fiziki-coğrafi vilayətində isə 85,3-86,9% arasında variasiya etmişdir. S.gigantea sarkosistalarına isə Böyük Qafqaz fiziki-coğrafi vilayətində tədqiqat apardığımız Abşeron və Zaqatala rayonlarında, Kür çökəkliyi fiziki-coğrafi vilayətində Saatlı rayonu istisna olmaqla tədqiqat aparılan bütün rayonlarda, Kiçik-Qafqaz fiziki-coğrafi vilayətində Gədəbəy rayonunda saxlanılıb kəsilən qoyunlarda təsadüf edilmişdir. Lənkəran fiziki-coğrafi vilayətində isə tədqiqat apardığımız Lerik və Yardımlı rayonlarında S.gigantea sarkosistalarına təsadüf edilməmişdir (cədvəl 3.1).

Cədvəl 3.1-də verilən məlumatlara nəzər saldıqda aydın olur ki, tədqiqat aparılan Şabran, İsmayıllı, Şamaxı, Şəki, Saatlı, Lerik və Yardımlı rayonlarında S.gigantea sarkosistalarına təsadüf edilməsə də, S.tenella mikrosistalarına bütün rayonlarda təsadüf edilmişdir.

Kür çökəkliyi fiziki-coğrafi vilayətinə daxil edilən Bərdə, Beyləqan, İmişli,

Biləsuvar, Sabirabad və Saatlı rayonlarında kəsilən qoyunlarda S.tenella mikrosistalarına təsadüf edilmişdir. Qeyd etmək lazımdır ki, bu rayonlardan İmişli rayonunda tədqiq edilən 23 baş qoyunun hamısında (100%) S.tenella 17,4%-ində isə S.gigantea sarkosistaları tapılmışdır. Saatlı rayonunda kəsilən qoyunlarda S.gigantea makrosistalarına təsadüf edilməsə də, heyvanların S.tenella ilə yoluxma ekstensivliyi yüksək (91,7%) olmuşdur.

Gədəbəy rayonunda (Kiçik Qafqaz fiziki-coğrafi vilayəti) kəsilən 28 baş qoyunun müayinəsi zamanı S.gigantea makrosistaları 2 baş qoyunda, (İE 7,1%), S.tenella mikrosistaları isə 22 baş qoyunda tapılmışdır (İE 78,6%). Bu rayonda S.gigantea makrosistalarına heyvanların qida borusunda, S.tenella mikrosistalarına isə qoyunların dil, ürək, qida borusu və qaraciyərində təsadüf edilmişdir (cədvəl 3.1).

Lerik və Yardımlı rayonlarında (Lənkəran fiziki-coğrafi vilayəti) S.gigantea makrosistalarına müayinə edilən materiallarda təsadüf edilməsə də, S.tenella ilə yoluxma ekstensivliyi müvafiq olaraq 85,3 və 86,9% olmuşdur.

Cədvəl 3.1-də verilən məlumatlardan göründüyü kimi qoyunların eyni zamanda S.tenellaS.gigantea ilə yoluxmasına digər fiziki-coğrafi vilayətlər üzrə müqayisədə Kür çökəkliyi fiziki-coğrafi vilayətinə daxil edilən Saatlı rayonu istisna olmaqla tədqiqat apardığımız bütün rayonlarda müşahidə edilmişdir.

Beləliklə, müxtəlif iqlim şəraitinə malik 4 fiziki-coğrafi vilayətin müxtəlif rayonlarından toplanan materialların analizi nəticəsində əldə edilən məlumatların müqayisəli təhlilindən aydın olur ki, qoyunların S.tenella ilə yoluxma ekstensivliyi onların hansı fiziki-coğrafi vilayətdə saxlanılmasından asılı olmayaraq yüksəkdir.

Qoyunların yaşından asılı olaraq S.gigantea ilə yoluxması da öyrənilmişdir. Bu məqsədlə 1 yaşa qədər, 1 yaş, 1 yaşdan yaş yarıma qədər və yaşı 1 yaş yarımdan yuxarı olan quzu, toğlu və yaşlı qoyunların qida borusu, qarın əzələləri, ürək və dil əzələləri müayinə edilmişdir (cədvəl 3.2). Müayinə edilən orqanlardan qida borusunda S.gigantea makrosistalarına təsadüf edilmişdir. Digər orqanlarda isə parazitin sistaları tapılmamışdır. Vizual analizlər zamanı güclü yoluxmalar hallarında qida borusunun şişdiyi müşahidə edilmişdir. Kiçik ölçülü sistalar əzələ liflərinin arasında olduğundan əzələləri lanset vasitəsilə yardıqda sistalar görünmüşdur. Qida borusu əzələlərində təsadüf edilən S.gigantea sistaları yumurtavari formada olmuşdur. Sistalar qida borusunun udlağa yaxın hissəsində daha çox lokalizasiya olunmuşdur.

Cədvəl 3.2

Qoyunların S.gigantea ilə yoluxmasının yaşdan asılılığı (2009-2013-cü illər)


Heyvanların

yaşı


Heyvanların sayı

İE, %

İİ

yoxlanılan

yoluxan

1 yaş

150

4

2,7

1-3

1,6 yaş

520

20

3,8

3-5

1,6 yaşdan yuxarı

105

7

6,7

5-7

Cədvəl 3.2-də verilən məlumatlara əsasən göstərmək olar ki, heyvanların yaşı artdıqca invaziyanın ekstensivliyi də artır. Yəni heyvanların yaşı artdıqca onların S.gigantea ilə yoluxma ekstensivliyi də artır. Məsələn, 1 yaş və 1 yaşa qədər olan heyvanlarda invaziyanın ekstensivliyi 2,7% (150/4), 1 yaşdan yuxarı, 1 yaş altıaylığa qədər olan heyvanlarda 3,8% (520/20), yaşı yaş yarımdan yuxarı olan heyvanlarda isə 6,7%-dir (105/7).

Qeyd edilən yaş qrupundan olan qoyunların qida borusunun S.gigantea ilə yoluxmasının intensivliyinin öyrənilməsi göstərir ki, yaşlı heyvanlarda xəstəliyin intensivliyi cavan heyvanlara nisbətən yüksək olmuşdur. Yaşlı heyvanların qida borusunda 3sm2 sahədə 5-7 sista yerləşdiyi halda, cavan heyvanların qida borusunun qeyd edilən sahəsində təsadüf edilən sistaların sayı 3-4 olmuşdur. Eyni zamanda cavan heyvanlarda təsadüf etdiyimiz sistaların ölçüləri (3-4x4-7 mm), yaşlı heyvanlarda təsadüf etdiyimiz sistaların ölçülərindən (6-8x10-11mm) kiçik olmuşdur.

Yaşlı heyvanlarda xəstəliyin ekstensivliyinin yüksək olması, onların fərdi inkişaf dövründə parazitlə daha çox təmasda ola bilməsi ehtimalının yüksək olması ilə izah edilə bilər.

Tədqiqatlar zamanı heyvanların yaşı ilə yanaşı onların cinsiyyətindən asılı olaraq S.gigantea ilə yoluxma ekstensivliyi də öyrənilmiş və alınan nəticələr isə cədvəl 3.3-də verilir. Cədvəldə verilən məlumatlardan görünür ki, erkək heyvanların Sarcocystis gigantea ilə yoluxması dişi heyvanlara nisbətən az olur.

Tədqiqatın nəticələrinə görə ümumilikdə kəsilən 500 baş erkək toğludan 473 baş toğluda makrosistalara təsadüf edilmədiyi halda 27 baş heyvanda Sarcocystis gigantea sistalarına təsadüf edilmişdir. Ümumilikdə kəsilən 275 baş dişi qoyundan 20 başında makrosistalara təsadüf edilmışdir.

Cədvəl 3.3

Qoyunların cinsiyyətindən asılı olaraq S.gigantea ilə yoluxması (2009-2012-ci illər)



Yoxlanılan heyvanların ümumi sayı

Erkək fərdlər

İE, %

Dişi fərdlər

İE, %

yoxlanılan

yoluxan

yoxlanılan

yoluxan

775

500

27

5,5

275

20

9,09

Cədvəl 3.2 və 3.3-də verilən məlumatların müqayisəli surətdə analizindən aydın olur ki, heyvanların S.gigantea ilə yoluxması onların yaşından və cinsiyyətindən asılıdır.

Erkək fərdlərin dişilərə nisbətən az yoluxması onların kök və xəstəliyə qarşı daha dözümlü olmaları ilə yanaşı, onların humoral sisteminin parazitin inkişafına təsiri ilə izah edilə bilər.

Qoyunların ilin fəsillərindən asılı olaraq S.gigantea ilə yoluxması haqqında məlumatlar cədvəl 3.4-də verilir.

Cədvəl 3.4

Qoyunların ilin fəsillərindən asılı olaraq S.gigantea ilə yoluxması (2009-2012-ci illər)



Fəsillər

Heyvanların sayı

İE, %

yoxlanılıb

yoluxub

Payız

173

11

6,4

Qış

112

4

3,6

Yaz

250

20

8,0

Yay

240

11

4,6

Qoyunların ilin fəsillərindən asılı olaraq S.gigantea ilə yoluxma ekstensivliyi öyrənilərək müəyyən edilmişdir ki, bütün respublika üzrə qoyunların bu növ parazitlə ən çox yoluxmasına yaz (8,0%, 250/20) və payız (6,4%, 173/11), ən az isə yay (4,6%, 240/11) və qış fəslindədir (3,6%, 112/4). Bu məlumatlar qoyunların S.gigantea ilə yoluxmasının ilin fəsillərindən asılı olduğunu göstərir. Qoyunların parazitlə yoluxmasının qış fəslində yay fəslinə nisbətən aşağı olması ətraf mühitdə parazitin sistalarının aşağı temperaturun təsirindən məhv olması və qış aylarında heyvanların otlaqlara ötürülməməsi ilə əlaqədardır. Yay fəslində isə temperaturun yüksək olması ətraf mühitdə sporosistaların məhvinə səbəb olduğundan yoluxmanın ekstensivliyi də aşağı olur (cədvəl 3.4).

Cədvəl 3.4-dən göründüyü kimi ilin əksər fəslində qoyunların S.gigantea ilə yoluxma ekstensivliyinin belə yüksək olması fəsillərdən çox, yemin, otlaq sahələrinin və s. itlər tərəfindən parazitin sporosistaları ilə çirklənməsindən asılıdır.

Son sahibin ifraz etdiyi sporosistaların xarici mühitdə invazion xüsusiyyətinin uzun müddət saxlaması ilə də əlaqədar olaraq ot yeyən heyvanlarda invaziyanın ekstensivliyi həmişə yüksək səviyyədə saxlanılır.

Belə bir nəticəyə gəlmək olar ki, heyvanların yoluxma ekstensivliyi onların saxlama şəraitindən və otladıqları otlaq sahələrinin bu parazitin əsas sahibi olan xəstə pişiklər və itlər tərəfindən ifraz olunan sporosistalar ilə “çirklənməsindən” asılıdır.


Yüklə 8,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin