AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


VI FƏSİL SARCOCYSTİS TENELLA SİSTALARININ ZÜLAL TƏRKİBİ VƏ TRANSFERAZALAR QRUPUNDAN OLAN BƏZİ



Yüklə 8,61 Mb.
səhifə9/11
tarix12.02.2017
ölçüsü8,61 Mb.
#8283
1   2   3   4   5   6   7   8   9   10   11

VI FƏSİL
SARCOCYSTİS TENELLA SİSTALARININ ZÜLAL TƏRKİBİ VƏ TRANSFERAZALAR QRUPUNDAN OLAN BƏZİ

FERMENTLƏRİN AKTİVLİYİ
6.1.Sarcocystis tenella sistalarının zülal tərkibi
Sitokimyəvi və biokimyəvi metodları tətbiq etməklə koksidilərin zülal tərkibi və onların inkişaf mərhələlərinin müəyyən dövründə zülal mübadiləsi tədqiqatçılar tərəfindən hərtərəfli öyrənilir. Parazitə qarşı mübarizə məqsədilə aparılan biokimyəvi tədqiqatların əksəriyyətində parazitlərin zülal mübadiləsinin öyrənilməsi sistalar üzərində aparılır. Belə tədqiqatlarda məqsəd parazitlərin maddələr mübadiləsini tədqiq etməklə alınan biokimyəvi göstəricilərə görə onların təkamülü, sistematikası və təsnifatı haqqında fikir yürütmək, parazit və sahibin oxşar və fərqli cəhətlərinə görə selektiv xassəli kimyəvi preparatlar istehsal etmək, parazitin zülal tərkibini öyrənməklə onlara qarşı immunoloji mübarizə üsulları hazırlamaqdır.

Sarkosporidioza heyvanlar sağ ikən diaqnoz qoymağın çətinliyi parazitin müxtəlif inkişaf mərhələlərinin antigenlərini öyrənmək üçün asan metodların olmaması ilə əlaqədardır. Bu istiqamətdə aparılan biokimyəvi və immunoloji tədqiqatlarda məqsəd parazitin müxtəlif inkişaf mərhələlərinin antigen tərkibini müəyyənləşdirmək, immunodiaqnostik və müalicə metodlarını işləyib hazırlamaqdır. Hazırda bu istiqamətdə aparılan tədqiqatlar qarşıya qoyulan məsələlərin həlli üçün kifayət deyildir.

Biokimyəvi tədqiqatlar əzələlərdən ayrılan S.tenella sistaları üzərində aparılmışdır. Bu parazitin sistaları toxumadan ayrıldıqdan sonra sistalarda ümumi zülalın miqdarı öyrənilmiş və poliakrilamidgel elektroforez metodu ilə fraksiyalara ayrılmış və hər bir fraksiyada zülalın miqdarı və molekul çəkisi təyin edilmişdir.

Qoyunların qida borusundan ayrılmış sistalarda ümumi zülalın miqdarı 1 q sista hesabı ilə 180,2±0,27mq/q təşkil edir. Bu növün sistalarında ümumi zülalın miqdarı sahibin qida borusu əzələsində (177,6±1,23mq/q) ümumi zülalın miqdarına yaxın olduğu müəyyənləşdirilmişdir.



S.tenella sistalarından poliakrilamidgel elektroforez metodu ilə 20 zülal fraksiyası ayrılmışdır (əlavə, şəkil 9).

Sistalarda olan zülalların miqdarı və molekul çəkiləri hesablanmış və alınan nəticələr cədvəl 6.1-də verilir.

Cədvəl 6.1

Sarcocystis tenella sistalarından alınmış fraksiyalarda zülalların

miqdarı və molekul çəkiləri (M±Sd)




EHS

Molekul kütləsi, Dalton

Hər fraksiyada olan zülalın miqdarı, %

EHS

Molekul kütləsi, Dalton

Hər fraksiyada olan zülalın miqdarı, %

0,01

29000

6,13±0,56

0,53

80000

17,03±0,33

0,05

32000

4,00±0,32

0,56

85500

3,90±0,09

0,06

33000

4,95±0,11

0,67

100000

5,18±0,11

0,10

35900

9,00±0,23

0,71

102000

3,97±0,16

0,25

48000

7,12±0,18

0,75

104500

2,76±0,09

0,31

54000

3,27±0,23

0,77

106000

3,95±0,15

0,33

56000

3,92±0,23

0,81

109500

3,08±0,27

0,36

58900

4,00±0,17

0,82

110000

2,70±0,23

0,43

66000

3,90±0,18

0,90

116000

4,13±0,18

0,47

72100

4,03±0,17

0,94

181500

2,98±0,35

Cədvəl 6.1-də verilən məlumatlardan göründüyü kimi parazitin sistalarında fraksiyalarda zülalın miqdarı fərqlənir. Ən çox zülala elektroforetik hərəkət sürəti (EHS) 0,53 olan 11-ci fraksiyada (80000D), molekul çəkisi 35900D olan 4-cü fraksiyada (EHS 0,10), molekul çəkisi 48000 D olan 5-ci fraksiyada (EHS 0,25), molekul kütləsi 29000D olan 1-ci fraksiyada (EHS 0,01) və molekul kütləsi 100000D olan 13-cü fraksiyada (EHS 0,67) rast gəlinir. Digər fraksiyalarda isə zülalın miqdarı 2,7-4,03% arasında tərəddüd etmişdir. Ən az zülal molekul çəkisi 110000D olan zülaldır (EHS 0,82), onun miqdarı 2,70±0,23%-dir.

Yüksək elektroforetik hərəkət sürətli (EHS 0,01; 0,05; 0,06; 0,10 və 0,25) zülalların miqdarını (5 fraksiya), az elektroforetik hərəkət sürətli zülalların miqdarı (eyni sayda fraksiya) ilə müqayisə etdikdə məlum olur ki, albuminlər zonasında yerləşən 5 fraksiyada zülalın miqdarı 16,84% təşkil etdiyi halda, yüksək molekul çəkili, az elektroforetik hərəkət sürətli bu sayda fraksiyada zülalın miqdarı 31,20% təşkil edir. Transferinlər zonasında yerləşən 10 fraksiyada zülalın miqdarı 51,96% olmuşdur.

Beləliklə, S.tenella-nın sistalarının zülal tərkibinin öyrənilməsi nəticəsində müəyyən edildi ki, parazitin lokalizasiya olunduğu qida borusu əzələsindən 15 fraksiya və parazitin sistalarından 20 zülal fraksiyası ayrılmışdır. Parazitin lokalizasiya olunduğu qida borusunun (cədvəl 5.4) zülalları ilə parazitin zülal fraksiyalarının müqayisəsi göstərir ki, zülal fraksiyalarının sayının eyni olmaması ilə yanaşı bu fraksiyalarda zülalların miqdarı və elektroforetik hərəkət sürətləri də fərqlənir. Qida borusunda təyin edilən 15 fraksiyada və sistalarda müəyyən edilən 20 fraksiyadan 10 fraksiyanın EHS eyni olmuşdur. Bu fraksiyalar EHS 0,01, 0,25, 0,33, 0,36, 0,43, 0,47, 0,67, 0,71, 0,77, və 0,90 olan fraksiyalardır.

Sistalardan ayrılan və EHS 0,05, 0,06, 0,10, 0,31, 0,53, 0,56, 0,75, 0,81, 0,82 və 0,94 olan fraksiyaları qida borusu əzələlərindən ayrılan zülal fraksiyaları ilə müqayisəli təhlili göstərir ki, qida borusunda təsadüf edilməyən fraksiyalardan zülalın ən çox miqdarı EHS 0,53 olan fraksiyadır (cədvəl 6.1). Bu fraksiyada zülalın miqdarı 17,03±0,33 olmuş, miqdarının çoxluğuna görə ikinci yerdə EHS 0,10 fraksiya durur ki, bu fraksiyada da zülalın miqdarı 9,00±0,23 təşkil etmişdir. Qida borusunda təsadüf edilməyən fraksiyalarda zülalların miqdarı belə olmuşdur: 2-ci fraksiyada 4,00±0,32% (EHS 0,05), 3-cü fraksiyada 4,95±0,11% (EHS 0,06), 6-cı fraksiyada 3,27±0,23% (EHS 0,31), 12-ci fraksiyada 3,90±0,09% (EHS 0,56), 17-ci fraksiyada 3,08±0,27% (EHS 0,81), 18-ci fraksiyada 2,70±0,23% (EHS 0,82) və 20-ci fraksiyada 2,98±0,35% (EHS 0,94).

Müəyyən edilmişdir ki, həm qida borusunda və sistalarda təsadüf edilən EHS 0,25, 0,43 və 0,67 olan fraksiyalarda zülalın miqdarı qida borusunda, S.tenella sistalarında olan miqdarından 2,5-3 dəfə çox, EHS 0,47 və 0,90 olan fraksiyalarda isə 2 dəfə azdır. EHS 0,36 və 0,77 olan fraksiyalarda isə zülalın miqdarı demək olar ki eynidir (cədvəl 5.4 və 6.1).

Beləliklə, müəyyən edilmişdir ki, həm qida borusu və həm də S.tenella sistalarında müəyyən edilən 20 fraksiyadan 10 fraksiyanın elektroforetik hərəkət sürəti eynidir. Bu da ümumi zülal fraksiyalarının 50%-ni təşkil edir. S.tenella-nın lokalizasiya olunduğu qida borusunun zülal tərkibi ilə parazitin sistalarının zülal tərkibinin oxşar olduğunu göstərir. Parazitin zülal tərkibi ilə sahibdə parazitin lokalizasiya olunduğu (bu halda qida borusunun) orqanın zülal tərkibinin eyniliyi uzun müddətli təkamül nəticəsində formalaşmış bir uyğunlaşmanın nəticəsidir.

6.2. Sarcocystis gigantea ilə yoluxan qoyunların yaşından asılı olaraq qan zərdabında transaminazaların dinamikası

Orqanizmdə maddələr mübadiləsi ümumilikdə mürəkkəb proses olub, bu proseslər arasında olan əlaqələr o qədər mürəkkəbdir ki, onların hər hansı bir həlqəsində baş verən dəyişkənliklər ümumi metabolizm proseslərinə təsir göstərir.

Hazırda qanın hərtərəfli tədqiqinə heyvandarlıqda geniş fikir verilir. Tədqiqatlar nəticəsində çoxsaylı tətbiqi və nəzəri məlumatlar əldə edilmişdir. Bu zaman nəzərə almaq lazımdır ki, kənd təsərrüfatı heyvanları əsrlər ərzində süni saxlama və yemləmə şəraitinə adaptasiya olunmuşdur.

Biokimyəvi tədqiqatlarda öyrənilməsinə xüsusi diqqət yetirilən qanın fermentləridir. Qanın fermentlərinin yerinə yetirdiyi katalitik proseslər müxtəlif olduqlarından onların aktivliyi orqanizmin patoloji vəziyyətinə çox həssasdır. Qan zərdabı fermentləri xüsusilə xarici və daxili faktorların təsirinə qarşı olduqca həssas olduğundan orqanizmin ümumi vəziyyətinin qiymətləndirilməsində istifadə olunur. Bununla əlaqədar olaraq metabolizm proseslərində əsas rol oynayan fermentlərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu fermentlər ilk növbədə amin turşu mübadiləsində mühüm rol oynayan transaminazalardır.

Transaminləşmə reaksiyaları qaraciyər hüceyrələrində, əzələ və beyin toxuma-

larında xüsusilə aktiv gedir. Transaminazaların aktivliyi hansı toxumada öyrənil-məsindən asılı olaraq fərqlənir.

Kliniki məqsədlər üçün xüsusilə alaninaminotransferaza (ALT) və aspart-aminotransferazanın (AST) aktivliyi öyrənilir. Diaqnostika üçün qan zərdabında transaminazaların aktivliyinin artıb və ya azalması bu və ya digər orqanlarda mübadilə proseslərinin sürətlənməsi və ya zəifləməsini bildirir. Transaminazaların aktivliyinin öyrənilməsindən ancaq xəstəliyə diaqnoz qoyulmasında deyil, müalicənin effektliyinə nəzarət, orqanizmdə azot mübadiləsinin intensivliyinin, qaraciyərin zülal sintezetmə qabiliyyətinin, hepatositlərin zədələnmə dərəcəsinin qiymətləndirilməsi üçün də istifadə edilir.
Cədvəl 6.2

Sarcosystis gigantea ilə yoluxmuş qoyunların yaşdan və cinsiyyətindən asılı olaraq qan zərdabında

transaminazaların dinamikası, M±Sd, mkmol/ml·saat




Heyvanların

yaşı


Erkək fərdlər

Dişi fərdlər

Göstərici

Qrup

M±Sd

Göstərici

Qrup

M±Sd

12 aylıq

ALT

I

0,58±0,01

ALT


I

0,55±0,01

II

0,67±0,01

P>0,05


II

0,64±0,01

P<0,01


AST

I

1,26±0,03

AST


I

1,14±0,01

II

1,35±0,02

P<0,05


II

1,27±0,01

P<0,01


18 aylıq

ALT


I

0,61±0,01

ALT


I

0,55±0,03

II

0,66±0,02

P<0,05


II

0,64±0,02

P<0,01

AST


I

1,22±0,01

AST


I

1,20±0,01

II

1,33±0,04

P<0,05


II

1,28±0,02

P<0,05

Qeyd: Qrup I – yoluxmamış kontrol heyvanlar ; Qrup II – yoluxmuş xəstə heyvanlar
Təcrübələrdə 12 və 18 aylıq qoyunların erkək və dişi fərdlərinin qan zərdabın-da alaninaminotransferazanın və aspartataminotransferazanın aktivliyinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, alaninaminotransferazanın (ALT) aktivliyi sağlam erkək fərdlərin qan zərdabında 0,58±0,01mkmol/ml•saat, dişi fərdlərin qan zərdabında isə 0,55±0,01 mkmol/ml•saat təşkil etmişdir.

S.gigantea ilə yoluxmuş 12 aylıq həm erkək və həm də dişi fərdlərin qan zərdabında kontrol qrupun göstəriciləri ilə müqayisədə ALT-nin aktivliyi müvafiq olaraq 0,09 mkmol/ml•saat artmışdır. Bu zaman yoluxmuş erkək fərdlərin qan zərdabında ALT-nin aktivliyində baş verən dəyişkənlik statistik dürüst olmamış (P>0,05), 18 aylıq erkək fərdlərin qan zərdabında statistik dürüst olmuşdur (P<0,05).

18 aylıq S.gigantea ilə yoluxmuş qoyunlarda kontrol qrupun göstəriciləri ilə müqayisədə həm erkək və həm də dişi fərdlərin qan zərdabında ALT-nin aktivliyi artmışdır. Bu zaman ALT-nin aktivliyi erkək fərdlərin qanında 0,05 mkmol/ml•saat (P>0,05), dişi fərdlərin qanında 0,09 mkmol/ml•saat artmışdır (P<0,01) (cədvəl 6.2).

12 və 18 aylıq qoyunların erkək və dişi fərdlərinin qan zərdabında aspartataminotransferazanın aktivliyində statistik dürüst dəyişkənliyin baş verdiyi müəyyənləşdirilmişdir. AST-nin aktivliyi 12 aylıq yoluxmuş heyvanların erkək fərdlərində 7,14% (0,09 mkmol/ml·saat) artaraq 1,35±0,02 mkmol/ml•saat, dişi fərdlərin qanında isə 11,40% (0,13 mkmol/ml•saat) artaraq 1,27±0,01 mkmol/ml•saat-ə qədər yüksəlmişdir (cədvəl 6.2).

18 aylıq qoyunların xəstəlik və yaşla əlaqədar olaraq qan zərdablarında AST-nin aktivliyinin artdığı müəyyənləşdirilmişdir. Müəyyən edilmişdir ki, xəstə erkək fərdlərin qanında fermentin aktivliyi 0,11 mkmol/ml•saat və ya 9,02% artaraq 1,33±0,04 mkmol/ml•saat-a yüksəlmişdir (kontrol qrupda AST-nin aktivliyi 1,22±0,01 mkmol/ml•saat olmuşdur). Eyni yaşdan olan dişi fərdlərdə isə AST-nin göstəricisi 1,20±0,01 mkmol/ml•saat-dan 1,28±0,02 mkmol/ml•saat-ə yüksəlmişdir (P<0,05).

Müəyyən edilmişdir ki, həm xəstə və həm də sağlam heyvanların qanında AST və ALT-nin aktivliyinin dəyişməsi de Ritis koefisentinin (AST/ALT) qiymətinə də təsir göstərir.

12 aylıq sağlam erkək fərdlərin qanında De-Ritis koefisentinin 2,17, dişi fərdlərdə isə 2,07 olduğu müəyyən edilmişdir. S.gigantea ilə yoluxan heyvanların qan

zərdabında bu göstərici müvafiq olaraq 2,01 və 1,98 olmuşdur.

12 aylıq xəstə erkək fərdlərin qanında fermentlərin göstəricisini 18 aylıq xəstə heyvanların müvafiq göstəriciləri ilə müqayisəsindən məlum olmuşdur ki, 18 aylıq heyvanların qanında ALT-nin aktivliyi 0,01 mkmol/ml•saat, AST-nin aktivliyi isə 0,02 mkmol/ml•saat azalır.

Hər iki yaş qrupundan olan sağlam dişi fərdlərin göstəricilərinin (ALT və AST-nin aktivliyinin) müqayisəsi göstərir ki, sağlam heyvanlarda ALT-nin aktivliyi 12 və 18 aylıq heyvanlarda eyni olmuş, AST-nin aktivliyi isə 12 aylıq heyvanların göstəriciləri ilə müqayisədə 0,06 mkmol/ml•saat artmışdır.

S.gigantea ilə yoluxan 12 və 18 aylıq heyvanların qan zərdabında hər iki halda ALT-nin aktivliyi 0,09 mkmol/ml•saat artaraq fermentin aktivliyi 0,64 mkmol/ml•saat-a yüksəlmişdir, AST-nin aktivliyi isə 12 aylıq heyvanların qan zərdabında 0,13, 18 aylıq heyvanların qanında isə 0,08 mkmol/ml•saat artmışdır (cədvəl 6.2).

De-Ritis koefisenti 18 aylıq sağlam qoyunların qan zərdabında isə belə olmuşdur: erkək fərdlərdə 2,00, dişi fərdlərdə isə 2,18. Bu yaşdan olan və S.gigantea ilə yoluxan qoyunlarda isə de Ritis koefisentinin qiyməti müvafiq olaraq 2,02 və 2,0 təşkil etmişdir. Göründüyü kimi 18 aylıq xəstə heyvanların qanında AST-nin aktivliyinin artması de Ritis koefisentinin yüksəlməsinə, dişi fərdlərdə isə ALT-nin aktivliyinin kəskin artması bu sabitin aşağı düşməsinə səbəb olmuşdur. Bu S.gigantea ilə yoluxmuş heyvanların qaraciyərinin hüceyrələrinə (hepatositlərin) parazitin mübadilə məhsullarının təsirini sübut edir.

Beləliklə, sağlam və S.gigantea ilə yoluxan hər iki yaş qrupundan olan heyvanların qan zərdabında transaminazaların aktivliyinin müqayisəli şəkildə öyrənilməsi göstərir ki, heyvanların cinsiyyətindən asılı olmayaraq qanda ALT və AST-nin aktivliyi artır. Lakin bu zaman nəzərə alınmalıdır ki, erkək fərdlərdə fermentlərin aktivliyi, dişi fərdlərə nisbətən daha intensiv artır. Bu erkək fərdlərin dişi fərdlərə nisbətən daha aktiv maddələr mübadiləsinə malik olduğunu göstərir.

6.3. Fəsillərdən asılı olaraq Sarcosystis gigantea ilə yoluxmuş qoyunların qan zərdabında transaminazaların dinamikası
Fəsillərdən asılı olaraq Sarcocystis gigantea ilə yoluxan 12 və 18 aylıq qoyunların qan zərdabında alaninaminotransferaza və aspartataminotransferazanın dinamikası haqqında məlumatlar cədvəl 6.3-də verilir.

Cədvəl 6.3

Fəsillərindən asılı olaraq Sarcosystis gigantea ilə yoluxmuş və yoluxmamış qoyunların qan zərdabında aminotransferazaların dinamikası (M±Sd, mkmol/ml•saat)


Göstərici

Fəsillər

Qruplar

Erkək fərdlər

Dişi fərdlər

Yoluxmamış

Yoluxmuş

Yoluxmamış

Yoluxmuş

12 aylıq

AST

Qış

1,04±0,01

1,13±0,01

P<0,05


0,96±0,02

1,06±0,01

P<0,01


Yaz

1,36±0,01

1,47±0,01

P<0,05


1,02±0,01

1,28±0,02

P<0,001


Yay

1,35±0,02

1,41±0,01

P<0,05


1,31±0,03

1,39±0,02

P>0,05


Payız

1,30±0,01

1,37±0,01

P<0,05


1,27±0,01

1,33±0,01

P>0,05


ALT

Qış

0,48±0,03

0,61±0,02

P<0,01


0,48±0,02

0,63±0,02

P<0,05


Yaz

0,66±0,01

0,77±0,01

P<0,01


0,65±0,01

0,71±0,01

P>0,05


Yay

0,60±0,01

0,66±0,01

P>0,05


0,46±0,02

0,63±0,01

P<0,01


Payız

0,56±0,03

0,63±0,01

P>0,05


0,52±0,01

0,60±0,01

P>0,05


18 aylıq

AST

Qış

1,00±0,01

1,15±0,01

P<0,05


0,92±0,02

1,03±0,01

P<0,05


Yaz

1,27±0,02

1,38±0,01

P<0,05


1,25±0,03

1,36±0,02

P<0,05


Yay

1,32±0,01

1,40±0,01

P<0,05


1,28±0,01

1,34±0,01

P<0,05


Payız

1,28±0,01

1,38±0,02

P<0,05


1,36±0,01

1,39±0,01

P>0,05


ALT

Qış

0,50±0,02

0,54±0,01

P>0,05


0,48±0,02

0,54±0,03

P<0,05


Yaz

0,65±0,02

0,70±0,01

P<0,05


0,63±0,01

0,72±0,01

P<0,01


Yay

0,65±0,01

0,71±0,02

P<0,05


0,52±0,01

0,59±0,01

P<0,05


Payız

0,62±0,01

0,68±0,01

P>0,05


0,58±0,01

0,69±0,01

P>0,05


Sarcocystis S.gigantea ilə yoluxan qoyunların qan zərdabında fermentlərin aktivliyində baş verən dəyişkənlikləri müəyyən etməzdən əvvəl baş verən dəyişkən-likləri müqayisəli şəkildə analiz etmək üçün ilk əvvəl sağlam heyvanların qan zərdabında alaninaminotransferazanın və aspartataminotransferazanın aktivliyinin öyrənilərək müəyyən edilmişdir ki, qış fəslində ALT və AST-nin aktivliyi yaz, payız və yay fəsillərində müəyyən edilən aktivliyindən aşağıdır.

Erkək fərdlərin qanında aspartataminotransferazanın aktivliyi qış fəslinə nisbətən yaz və yay aylarında yüksəlir, payız fəslində onun aktivliyi yenə də azalmağa başlayır. AST-nin ən yüksək aktivliyinin yaz fəslində (1,36±0,01 mkmol/ml•saat) olduğu müəyyənləşdirilmişdır. 12 aylıq dişi fərdlərin qanında AST-nin aktivliyi erkək fərdlərin göstəricilərinə nisbətən aşağı olmuşdur. Erkək fərdlərin müvafiq göstəricisi ilə müqayisədə aspartataminotransferazanın aktivliyi qışda 0,10 mkmol/ml•saat, yazda 0,34 mkmol/ml•saat, yayda 0,04 mkmol/ml•saat, payızda isə 0,03 mkmol/ml•saat az olmuşdur (cədvəl 6.3).

12 aylıq heyvanların qanında alaninaminotransferazanın və aspartatamino-transferazanın aktivliyinin qiyməti qış fəslində ən aşağı həddə olmuşdur. Qışda alaninaminotransferazanın aktivliyi həm erkək və həm də dişi fərdlərin qan zərdabında 0,48 mkmol/ml•saat olmuşdur. Yaz fəslində ALT-nin aktivliyi erkək fərdlərdə 0,66 mkmol/ml•saat, yayda 0,60 mkmol/ml•saat olmuş, payızda isə fermentinin aktivliyi 0,56 mkmol/ml•saat-ə qədər azalmışdır. Yaz fəslində erkək fərdlər ilə dişi fərdlərin göstəricilərinin qiyməti nisbətən oxşar (0,66 və 0,65 mkmol/ml•saat) olsa da, yay fəslində onun miqdarı dişi fərdlərdə erkək fərdlərin göstəricilərindən 0,04 mkmol/ml•saat az olmuşdur. Payız fəslində də bu fərq eyni (0,04 mkmol/ml•saat) olmuşdur (cədvəl 6.3).

18 aylıq erkək fərdlərin qanında aspartataminotransferazanın aktivliyi 12 aylıq heyvanların göstəriciləri ilə müqayisədə azalır. Fermentlərin aktivliyinin azalması qış, yaz, yay və payız fəsillərində müvafiq olaraq 0,04, 0,09, 0,03 və 0,02 mkmol/ml•saat təşkil etmişdir. Belə bir azalma dişi fərdlərdə qışda 0,04, yazda 0,23, yazda 0,23 və yayda 0,03 mkmol/ml•saat olmuşdur. Payız fəslində isə AST-nin aktivliyi əksinə 0,09 mkmol/ml•saat artmışdır. Alaninaminotransferazanın aktivli aspartataminotransferazanın aktivliyinin əksinə olaraq erkək fərdlərin qanında qış, payız və yay fəsillərində artmış, yazda isə əksinə azalmışdır.

18 aylıq yaş qrupundan olan dişi fərdlərin qanında 12 aylıq yaş qrupundan olan qoyunlar ilə müqayisədə alaninaminotransferazanın aktivliyinın qış fəslində dəyişmə-si (0,48 mkmol/ml•saat), yayda və payızda ALT-nin aktivliyi 0,06 mkmol/ml•saat artmış, yazda isə aktivliyi 0,02 mkmol/ml•saat az olmuşdur. Bu qrupdan olan dişi fərdlərin qanında alaninaminotransferazanın aktivliyi erkək fərdlərin göstəriciləri ilə müqayisədə qış və yazda 0,02 mkmol/ml•saat, yayda 0,13mkmol/ml•saat, payızda isə 0,04 mkmol/ml•saat az olmuşdur (cədvəl 6.3).

Beləliklə, sağlam 12 və 18 aylıq heyvanların qan zərdabında aspartatamino-transferazanın və alaninaminotransferazanın aktivliyinin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, AST-nin aktivliyi yaşla əlaqədar olaraq erkək fərdlərdə orta hesabla 0,04 mkmol/ml•saat, ALT-nin aktivliyi isə 0,03 mkmol/ml•saat artmış, dişi fərdlərin qan zərdabında AST-nin aktivliyi 0,06 mkmol/ml•saat azalmış, ALT-nin aktivliyi isə dəyişməmişdir.

Cədvəl 6.3-də verilən materiallardan məlum olur ki, 12 aylıq S.gigantea ilə yoluxmuş heyvanlarda qış fəslində aspartataminotransferazanın aktivliyi erkək fərdlərin qanında 8,65% (0,09 mkmol/ml•saat), dişi fərdlərin qanında isə 10,43% (0,10 mkmol/ml•saat) artır. Baş verən artım statistik dürüst olmuşdur (müvafiq olaraq P<0,05-0,01). Aspartatamino-transferazanın ən yüksək aktivliyi xəstə erkək fərdlərin qanında yazda (1,47 mkmol/ml•saat), ən az aktivliyi isə qış fəslində (1,13 mkmol/ml•saat) olmuşdur. Dişi fərdlərin də qan zərdabında AST-nin ən az aktivliyin digər fəsillər ilə müqayisədə qış fəslində 1,06 mkmol/ml•saat olduğu müəyyənləş-dirilmişdir (cədvəl 6.3).

S.tenella ilə yoluxmuş erkək fərdlərin qanında AST-nin aktivliyində statistik dürüst dəyişkənlik (P<0,05) ilin bütün fəsillərində müşahidə edilsə də, dişi fərdlərin qanında AST-nin aktivliyində qış və yaz fəsillərində statistik dürüst dəyişkənlik baş vermiş (P<0,01 və P<0,01), yay və payız fəsillərində isə statistik dürüst dəyişkənlik müşahidə edilməmişdir (P>0,05).

Yoluxmuş 12 aylıq qoyunların erkək fərdlərinin qanında alaninaminotransfe-

razanın ən yüksək aktivliyi yaz fəslində (0,77±0,01 mkmol/ml•saat) olduğu, qış fəslində yazda təyin edilən göstəricisindən 0,16 mkmol/ml•saat və ya 20,78%, yay və payız fəsillərində müəyyən edilən göstəricisindən müvafiq olaraq 14,29% (0,11mkmol/ml•saat) və 18,18% (0,14 mkmol/ml•saat) yüksək olduğu müəyyən-ləşdirilmişdir. Göründüyü kimi xəstə heyvanların qanında ALT-nin aktivliyi bütün fəsillərdə kontrol qrupun göstəricilərindən yüksək olmuş, lakin bu zaman baş verən dəyişkənliklər ancaq qış və yaz fəsillərində statistik dürüst olmuşdur (P<0,01).

Dişi fərdlərin də qanında alaninaminotransferazanın aktivliyinin sarkosporidio-zun təsirindən kontrol qrupun müvafiq göstəricilərindən yüksək olduğu müəyyənləşdirilmişdir. Bu halda isə ALT-nin aktivliyində baş verən dəyişkənlik qış və yay aylarında statistik dürüst olmuşdur. (Müvafiq olaraq P<0,05 və P<0,01). Bu zaman alaninaminotransferazanın aktivliyi kontrol qrupun göstəricisindən müvafiq olaraq 31,25% (0,15 mkmol/ml•saat) və 39,96% (0,17 mkmol/ml•saat) yüksək olmuşdur. Qeyd etmək lazımdır ki, kontrol qrupda qış fəslinə nisbətən yayda ALT-nin aktivliyi 0,02 mkmol/ml•saat azalsa da, yoluxan qrupda fermentin aktivliyi eyni olmuşdur (0,63 mkmol/ml•saat).

Payız və yaz fəsillərində isə yoluxan qrupda alaninaminotransferazanın aktivliyində artım müşahidə edilsə də, kontrol qrupun göstəriciləri ilə müqayisədə statistik dürüst deyil. Bu fəsillərdə fermentin aktivliyində artım 0,06-0,08 mkmol/ml•saat arasında tərəddüd etmişdir (cədvəl 6.3).

Eyni yaşdan olan (12 aylıq) erkək və dişi fərdlərin qanında ALT-nin aktivliyinin təyinindən aydın olur ki, aspartataminotransferazanın aktivliyində olduğu kimi, dişi fərdlərin qanında alaninaminotransferazanın aktivliyi erkək fərdlərin göstəricisindən aşağı olmuşdur. Bu hal S.gigantea ilə yoluxan heyvanların qanında da müşahidə edilmişdir.

Müəyyən edilmişdir ki, heyvanların yaşı artdıqca sağlam heyvanların qanında AST-nin aktivliyi azalır. Yoluxan 18 aylıq heyvanların erkək fərdlərinin qanında AST-nin aktivliyi 12 aylıq S.gigantea ilə yoluxan heyvanların göstəriciləri ilə müqa-yisədə qış və payız fəsillərində fermentin aktivliyi müvafiq olaraq 0,02 və 0,04 mkmol/ml•saat artmış, yaz və yay fəsillərində isə 0,09 mkmol/ml•saat və 0,01 mkmol

/ml•saat azalmışdır (cədvəl 6.3).

Dişi fərdlərin qanında 12 aylıq heyvanların göstəriciləri ilə müqayiisədə fermentin aktivliyi qışda 0,04, yayda 0,03 mkmol/ml•saat azaldığı, yazda isə 0,23 mkmol/ml•saat artdığı müəyyənləşdirilmişdir. Göründüyü kimi sarkosporidioz fəsillərdən asılı olaraq AST-nin aktivliyinin artıb azalmasına səbəb olsa da, illik orta göstəricilərin müqayisəsi göstərir ki, sarkosporidioz zamanı alaninaminotransferaza-nın aktivliyi artır (cədvəl 6.3).

Xəstə 18 aylıq heyvanların qanında alaninaminotransferazanın öyrənilməsi nəticəsində alınan məlumatların müqayisəsindən məlum olur ki, ALT-nin aktivliyi sağlam heyvanların qanında ilin fəsiilərindən asılı olaraq dəyişir. S.gigantea ilə yoluxan heyvanların erkək fərdlərinin qanında ALT-nin aktivliyinin maksimum qiyməti yay, mimimum qiyməti isə qış fəslində olmuşdur. Alaninaminotransferazanın aktivliyində sarkosporidioz nəticəsində baş verən dəyişkənlik kontrol qrupun qrupun göstəriciləri ilə müqayisədə ancaq yaz və yayda statistik dürüst olmuşdur.

Dişi fərdlərin qanında aktivliyi öyrənilmiş transaminazalardan alaninamino-transferazanın cədvəl 6.3- də verilən aktivliyinə nəzər saldıqda məlum olur ki, kontrol qrupun göstəriciləri ilə müqayisədə ALT-nin aktivliyi qışda 0,06 mkmol/ml•saat (P<0,05), yazda 0,09 mkmol/ml•saat (P<0,01), yayda isə 0,07 mkmol/ml•saat (P<0,05) artıb. Payız fəslində fermentin aktivliyinin 0,11 mkmol/ml•saat artmasına baxmayaraq, statistik dürüst deyil (P>0,05). Həm erkək və həm də dişi fərdlərin göstəricilərinin kontrol qrupun erkək və dişi fərdlərinin göstəriciləri ilə müqayisəsi göstərir ki, sarkosporidioz alaninaminotransferazanın aktivliyinın artmasına səbəb olur.

Beləliklə, müəyyən edilmişdir ki, 12 və 18 aylıq xəstə heyvanların dişi fərdlərinin qanında aspartat – və alaninaminotransferazanın aktivliyi eyni olmuş, kontrol heyvanların qanında AST-nin aktivliyi azalmış, ALT-nin aktivliyində baş verən dəyişkənlik fizioloji norma hüdudunda olmuşdur. Sağlam erkək fərdlərin qanında yaşın artması ilə pararel olaraq AST-nin aktivliyi azalmış, ALT-nin aktivliyi artmışdır. Xəstə heyvanların qanında isə hər iki fermentin aktivlikləri artmışdır.

Alınan məlumatları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, ilin fəsilləri

və sarkosporidioz aspartat – və alaninaminotransferazanın aktivliyinə təsir göstərir. Sarkosporidioz fəsillərdən asılı olamayaraq AST və ALT-nin aktivliyin artmasına səbəb olur. 12 və 18 aylıq erkək fərdlərin qanında AST və ALT-nin aktivliyi S.gigantea ilə yoluxma zamanı 12 aylıq heyvanlarda yazda, 18 aylıq heyvanlarda isə yayda, dişi fərdlərin qanında isə AST-nin aktivliyi ən çox 12 aylıq heyvanlarda yaz fəslində, 18 aylıq heyvanlarda payız, ALT-nin aktivliyi 12 və 18 aylıq heyvanlarda isə yaz fəslində daha çox artmağa meyillidir. Fermentlərin aktivliyinin dinamikasının öyrənilməsi göstərir ki, sarkosporidioz nəticəsində fermentin aktivliyinin dəyişməsi bir istiqamətdə gedir, yəni onların aktivliyi illik orta göstərici ilə müqayisədə artır.

Qeyd edilənləri ümumiləşdirərək göstərmək olar ki, sağlam heyvanların qanında transaminazaların aktivliyinə heyvanların yaşı ilə bərabər eyni zamanda onların cinsiyyəti də təsir göstərir.


Yüklə 8,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin