Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası Bitki yağlarının istehsal texnologiyası



Yüklə 24,64 Kb.
səhifə3/7
tarix10.01.2023
ölçüsü24,64 Kb.
#78832
1   2   3   4   5   6   7
Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası

Pambıq yağı – pambıq çiyidindən isti presləmə, həmçinin ekstrak-siya üsulu ilə alınır. Saflaşdırılmış və dezodorasiya edilmiş pambıq yağı qida üçün istifadə edilə bilər. Pambıq yağından alınan salomas marqarin və mətbəx yağı istehsalında, həmçinin sabun bişirmək üçün istifadə edilir.
Pambıq yağı təyinatından asılı olaraq qələvi ilə təmizlənir, ağardılır və dezodorasiya edilir. Qələvi və antranil turşusunun iştirakı ilə saflaşdı-rıldıqda qossipoldan təmizlənir.
Pambıq yağı saflaşdırılmış və saflaşdırılmamış olur. Hər iki növ yağ keyfiyyətindən asılı olaraq əla, 1-ci və 2-ci əmtəə sortuna ayrılır (QOST 1128-75).
Yeyinti məqsədləri üçün presləmə üsulu ilə alınan və saflaşdırılmış əla və 1-ci sort yağ istifadə olunur. Bu yağ neytrallaşdırılmış dezodorasiya edilmiş və ya neytrallaşdırılmış dezodorasiya edilməmiş olmalıdır.
Yağın rəngi açıq sarıdır.
Bundan əlavə salat üçün dezodorasiya edilmiş pambıq yağı da istehsal edilir. Bunu presləmə üsulu ilə alınmış yağı 7,5-8oC-də dondurub fraksiyalara ayırmaq yolu ilə əldə edirlər. Bu yağın spesifik dadı və iyi olmur, rəngi açıq sarıdır. 0oC-də 7 saat saxladıqda şəffaf olmalıdır.
Saflaşdırılmış 2-ci sort və saflaşdırılmamış pambıq yağı texniki məqsədlər üçün istifadə edilir. Pambıq yağının keyfiyyət göstəriciləri stan-darta (QOST 1128-75) uyğun olmalıdır.
Soya yağını soya paxlasından alırlar. Soya paxlasında 15-25% yağla yanaşı bioloji cəhətdən tam dəyərli zülali maddə vardır. Soya zülali heyvandarlıqda yemlərin azotlu maddələrlə zənginləşdirilməsində böyük əhəmiyyət kəsb edir.
Soya yağı presləmə və ekstraksiya üsulu ilə istehsal edilir. Təmiz-lənməsi dərəcəsindən asılı olaraq saflaşdırılmış, saflaşdırılmamış 1-ci və 2-ci sort, hidratasiya edilmiş 1-ci və 2-ci sort soya yağı istehsal edilir (QOST 7825-75).
Saflaşdırılmamış 2-ci sort yağdan (texniki yağdır) başqa qalan bütün yağlardan yeyinti məqsədləri üçün istifadə edilir.
Xam soya yağının rəngi yaşıl qəhvəyi, saflaşdırılandan sonra isə açıq sarıdır. Soya yağının keyfiyyət göstəriciləri standarta (QOST 7825-76) uyğun olmalıdır.
Qarğıdalı yağı un-yarma və ya nişasta-patka sənayesinin tullantısı olan qarğıdalı nüvəsindən presləmə və ekstraksiya üsulu ilə alınır. Xam qarğıdalı yağı spesifik, bəzən isə xoşagəlməyən dad və iyə malik olur. Rəngi açıq sarımtıl, qırmızımtıl qəhvəyiyə qədər ola bilər. Emalı üsulların-dan asılı olaraq qarğıdalı yağı saflaşdırılmış- dezodorasiya edilmiş, saflaş-dırılmış-dezodorasiya edilməmiş və saflaşdırılmamış növlərdə istehsal olu-nur. Bu yağlar əmtəə sortuna ayrılmır (QOST 8808-91).
Ictimai iaşə və pərakəndə ticarət üçün saflaşdırılmış - dezodorasiya edilmiş Final Qarğıdalı yağı istehsal edilir.
Zeytun yağını subtropik zeytun ağacının meyvələrindən və çəyirdək nüvəsindən isti və soyuq presləmə yolu ilə alırlar. Bilavasitə qida üçün istifadə olunan keyfiyyətli zeytun yağı soyuq presləmə üsulu ilə alınır ki, buna da «provans yağı» deyilir. Zeytun yağı xoşagələn iy və dada malikdir. Yüksəkkeyfiyyətli yağın rəngi açıq sarıdan qızılı sarıya qədər, aşağı sort yağda isə yaşıl çalarlı olur. Zeytun yağı yüksək- keyfiyyətli konserv istehsalında istifadə olunur.
Zeytun meyvəsinin ətlik hissəsində 55%-ə, çəyirdəyində isə 12-13% yağ olur. Tərkibcə bu yağlar eynidir. Soyuq presləmə yolu ilə yağ ayrıldıqdan sonra 2-ci dəfə isti presləmə ilə yerdə qalan yağ ayrılır ki, bu da texniki məqsədlər üçün istifadə edilir. Provans yağı uzun müddət sax-lanıldıqda bulanıqlaşır. «Bakı Yağ və Qida Sənaye» ASC-də RIVIERA markalı xalis Final Zeytun yağı istehsal edilir (RST 574-86).

Yüklə 24,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin