Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası Bitki yağlarının istehsal texnologiyası



Yüklə 24,64 Kb.
səhifə1/7
tarix10.01.2023
ölçüsü24,64 Kb.
#78832
  1   2   3   4   5   6   7
Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası




Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası


Bitki yağlarının istehsal texnologiyası . Bitki yağlarını yağlı bitkilərin meyvəsindən və toxumundan istehsal edirlər. Yeyinti yağı istehsal etmək üçün əsasən günəbaxan, soya, pambıq, yerfındığı, zeytun, küncüt, xardal, xaşxaş və s, texniki yağ almaq üçün isə kətan, tunq, gənəgərçək, peril və s. bu kimi yağlı toxumlardan istifadə edilir. Zeytun meyvəsində 23-49%, günəbaxanda 33-57%, pambıq çiyi-dində 16-29%, soyada 14-26%, qarğıdalı nüvəsində 30-48% yağ vardır.
Bitki yağlarının istehsalı 4 mərhələdə başa çatır:
- yağlı toxumların tədarükü və saxlanılmaya hazırlanması;
- yağlı toxumların istehsala hazırlanması;
- yağlı toxumlardan yağın ayrılması;
- alınmış yağın saflaşdırılması (rafinasiyası).
Yağ istehsalı üçün istifadə olunacaq yağlı toxumlar kənar qarı-şıqlardan təmizlənir, nəmliyi normalaşdırılır, ölçüsünə görə çeşidlənir, toxum qabığından ayrılır və nüvə xırdalanır. Bitki yağları əsasən iki üsulla – presləmə ekstraksiya üsulu ilə alınır. Bəzən kombinələşmiş üsul da tətbiq edilir. Yağlı toxumların preslənməsi isti və soyuq üsulla birdəfəyə və ya ikidəfəyə aparılır. Presləmə üçün şnekli və hidravlik preslərdən istifadə edilir.
Birdəfəyə presləmə tərkibində nisbətən yağı az olan toxumlar üçün tətbiq edilir. Bu üsulda yağın çıxarı az, keyfiyyəti isə aşağı olur. İkidəfəyə persləmədə əvvəlcə yağın bir hissəsi aşağı təzyiqli preslərdə (forpres) ayrılır və sonra yenidən yüksək təzyiqli şnekli preslərdə (ekspellerlər) sıxı-laraq yağ bütünlüklə ayrılır. Bu üsülda itki çox olur. Alınmış yağ yüksək-keyfiyyətli, açıq rənglidir, lakin saxlanılmağa davamsızdır.
İsti presləmə üçün toxumu hazırladıqda, onu ikidivarlı qazanlarda qovururlar. Yüksək temperaturun təsirindən zülallar denaturatlaşır, alınan yağın rəngi bir qədər tünd, dadı nisbətən kəskin, saxlanılmağa isə davamlı olur. Jmıxın tərkibində 7-8% yağ qalır.
Ekstraksiya üsulu ilə bitki yağlarının istehsalında üzvi həlledici-lərdən, əsasən yüngül fraksiyalı benzindən istifadə olunur. Ekstraksiya üsulu ilə bitki yağlarının istehsalı aşağıdakı ardıcıllıqla gedir:
- yağlı toxumun təmizlənməsi və qurudulması;
- toxumun xırdalanması;
- toxumdan yağın həlledicilərlə ekstraksiyası;
- həlledicinin yağdan ayrılması;
- alınmış yağın saflaşdırılması.
Bu üsulla yağın çıxarı artır, keyfiyyəti isə yaxşılaşır. Bu üsulla yağın çıxarı yüksək olur, jmıxın tərkibində 1%-ə qədər yağ qalır.
Kombinələşmiş üsulla bitki yağlarının istehsalında əvvəlcə toxum-lar forpreslərdə sıxılır və tərkibində 10-12% yağ qalmış jmıx xırdalanır və ekstraksiya üsulu ilə ikinci dəfə yağı ayrılır. Bu üsuldan pambıq yağı isteh-salında daha çox istifadə edilir.
Yağların saflaşdırılması xam yağın kənar maddələrdən təmizlən-məsidir. Saflaşdırılma üsulları əsas prosesin getdiyi mexanizmə uyğun olaraq fiziki, kimyəvi və fiziki-kimyəvi üsullarla aparılır.
Fiziki üsullara
çökdürmə
filtrasiya
mərkəzdənqaçma aparatından keçirmə aiddir. Bu üsullarla yağın tərkibindəki mexaniki qatışıqlar, çökmüş fosfatidlər, su və digər maddələr ayrılır. Fasiləsiz işləyən mərkəzdənqaçma aparatlarında yağın mexaniki qatışıqlardan təmizlənməsi daha səmərəlidir. Fiziki üsullar-dan filtrasiya, yağı çöküntülərdən və asılı hissəciklərdən birdəfəlik təmizləyir.
Kimyəvi üsullarla saflaşdırmaya hidratasiya və neytrallaşdırma aiddir. Bu üsullarla yağın tərkibindəki kolloid maddələr, fosforlu birləşmə-lər və sərbəst yağ turşuları təmizlənir.
Fosfatidləri ayırmaq məqsədilə yağların su ilə qızdırılıb emal edil-məsinə hidratasiya deyilir. Hidratasiya nəticəsində fosfatidlər şişir, yağda həll olmadığından çökür və bu da filtrasiya ilə ayrılır. Eyni zamanda yağ selikli və zülali maddələrdən təmizlənir.
Qələvi ilə saflaşdırma (neytrallaşdırma) yağın tərkibindəki sərbəst yağ turşuları, həllolan zülal və selikli maddələrin təmizlənməsidir. Nəticədə sərbəst yağ turşuları qələvi ilə reaksiyaya girərək sabun əmələ gətirir. Sabun piqmentləri, zülali və selikli maddələri də özü ilə birlikdə çökdürür.
Fiziki-kimyəvi üsullara yağın ağardılması, dezodorasiyası və dondurulması aiddir. Bu üsullarla yağın tərkibindəki boya maddələri və kəskin qoxulu birləşmələr təmizlənir.
Yağların ağardılması üçün onları adsorbentlərlə (heyvanat kömürü, qumbrin, askanit-ağardıcı torpaq və s.) emal edirlər. Yağın üzərinə 2-5% miqdarında adsorbent əlavə edilir, qarışdırılır və lazımi rəngdə yağ aldıq-dan sonra adsorbent filtrasiya üsulu ilə ayrılır.

Yüklə 24,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin