Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası Bitki yağlarının istehsal texnologiyası



Yüklə 24,64 Kb.
səhifə2/7
tarix10.01.2023
ölçüsü24,64 Kb.
#78832
1   2   3   4   5   6   7
Bitki və heyvan mənşəli yeyinti yağlarının istehsal texnologiyası

Dezodorasiya əməliyyatı ilə yağları kənar qoxu və dad verən mad-dələrdən təmizləyirlər. Yağa kəskin su buxarı verilir və buxar özü ilə kəs-kin qoxunu ayırır. Sonra yağ vakuum altında qurudulur.
Yağların dondurulmasında məqsəd irimolekullu doymuş yağ tur-şularını və mumları ayırmaqdır. Bu əməliyyat vinterizasiya üsulu ilə təmizləmə də adlanır.
Pambıq yağının saflaşdırılmasının öz xüsusiyyətləri vardır. Pambıq yağının tərkibində 2% miqdarında qossipol maddəsi olur. Sərbəst qossi-polu qələvi ilə emal edib, birləşmiş qossipolu isə emulsiyalaşdırma üsulu və antranil turşusu ilə ayırırlar.
Ən çox istifadə olunan bitki yağlarına günəbaxan, qarğıdalı, soya, pambıq, zeytun və xardal yağları aid edilir. Bitki yağlarından marqarin və mayonez, mətbəx və qənnadı yağları istehsalında, yağda balıq konservisi və digər yeyinti sənayesi sahələrində xammal kimi istifadə edirlər.
Günəbaxan yağı – birillik günəbaxan bitkisinin toxumundan alınır. Presləmə və ekstraksiya üsulu ilə əldə edilir. İsti presləmə üsulu ilə əldə edilmiş yağ qızılı-sarı rəngdə, qovrulmuş iyə və dada malikdir, həm də şəf-faf olur. Soyuq presləmə üsulu ilə alınan yağ nisbətən açıq rəngdə, zəif ətirli, şəffaflığı nisbətən azdır.
Günəbaxan yağının 3 növü – şəffaflaşdırılmış, şəffaflaşdırılmamış və hidratasiya edilmiş istehsal edilir. Şəffaflaşdırılmış yağ əmtəə sortlarına ayrılmır, lakin dezodorasiya edilmiş və dezodorasiya edilməmiş çeşidində istehsal edilir (QOST 1129-93).
Şəffaflaşdırılmamış və hidratasiya edilmiş yağ əla, 1-ci və 2-ci əmtəə sortlarına bölünür. İctimai iaşə müəssisələrinə və ticarətə verilən günəbaxan yağı şəffaflaşdırılmış-dezodorasiya edilmiş olur. Belə yağın dad və iyi hiss olunmur. Qalan növ və sort yağlarda isə günəbaxan yağına xas iy və dad olub, kənar qoxu və dad, həmçinin acılıq hiss edilməməlidir. 2-ci sort yağda azacıq kif iyi və zəif acı dad ola bilər.
Saflaşdırılmış və hidratasiya edilmiş əla və 1-ci sort yağ şəffaf və çöküntüsüz olmalıdır. 2-ci sort hidratasiya edilmiş, əla və 1-ci sort saflaşdırılmamış yağda zəif bulanıqlaşma, 2-ci sort saflaşdırılmamış yağda isə çöküntü və çöküntünün üstündə bulanıqlaşma ola bilər. Günəbaxan yağının keyfiyyət göstəriciləri standarta (QOST 1129-93) uyğun olmalıdır. «Bakı Yağ və Qida Sənaye» ASC-də dezodorasiya və vinterizə edilmiş Final Günəbaxan bitki yağı istehsal edilir.
Günəbaxan yağından yeyinti məqsədləri üçün daha çox istifadə edilir. Marqarin və mayonez istehsalında, mətbəx və qənnadı yağları üçün salomas istehsalında, həmçinin sabun bişirmək üçün istifadə edilir. Bila-vasitə qida üçün saflaşdırılmış və hidratasiya edilmiş günəbaxan yağı sərf edilməlidir.

Yüklə 24,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin