Beynəlxalq aktlar, normative sənədlər, müraciət və şərhlər toplusu


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin



Yüklə 434,4 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix07.09.2017
ölçüsü434,4 Kb.
#29224
1   2   3   4   5   6

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  

Kommentariyasından Çıxarış

3

 

 

Maddə  103.  Soyqırım:  Hər  hansı  milli, etnik, irqi və  ya  dini qrupu, bir 

qrup  kimi  bütövlükdə  və  ya  qismən  məhv  etmək  məqsədi  ilə  qrup  üzvlərini 

öldürmə,  qrup  üzvlərinin  sağlamlığına  ağır  zərər  vurma  və  ya  onların  əqli 

qabiliyyətinə  ciddi  zərər  vurma,  qrupun  bütövlükdə  və  ya  qismən  fiziki  məhvinə 

yönəlmiş  yaşayış  şəraiti  yaratma,  qrup  daxilində  doğumların  qarşısını  almağa 

yönəlmiş  tədbirləri  həyata  keçirmə,  bir  qrupa  mənsub  olan  uşaqları  zorla  başqa 

qrupa  keçirmə  -  on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya 

ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır (Azərbaycan Respublikasının 2 

iyul 2001-ci il tarixli Qanunu ilə edilmiş düzəlişlə - AR QT, 2001, N

Q

7,



 

m.455). 


1.Bu  norma  «Soyqırımın  qarşısının  alınması  və  cəzalandırılması  haqqında»  9 

dekabr  1948-ci  il  Konvensiyasının  müddəalarının  icra  edilməsi  üzrə  Azərbaycan 

Respublikasının 

öz  üzərinə  götürdüyü  öhdəliklərin  həyata  keçirilməsi 

istiqamətində görülən tədbir kimi CM-ə daxil edilmişdir (adı çəkilən Konvensiyaya 

qoşulmaq  barədə  Azərbaycan  Respublikasının  Milli  Məclisi  31  may  1996-cı 

il tarixli Qanun qəbul etmişdir). 

2.Soyqırım  cinayətinin  ictimai  təhlükəliliyi  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini 

qrupun bir qrup kimi bütövlükdə və ya qismən məhv edilməsi və ya məhv edilməsi 

təhlükəsinin  yaranması,  habelə  həmin  qrupların  tarixi,  mədəni,  mənəvi  və  s. 

dəyərlərinin yer üzündən silinilə getməsi, yaxud belə təhlükənin meydana gəlməsi 

ilə  xarakterizə  olunur.  10  dekabr  1948-ci  il  tarixli  İnsan  hüquqlarının  Ümumi 

Bəyannaməsində,  10  dekabr  1966-cı  il  tarixli  Mülki  və  siyasi  hüquqlar  haqqında 

                                                           

3

 



Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyası (hüquq elmləri doktoru, professor 

Firudin Yusifoğlu Səməndərovun redaktəsi ilə. "Digesta" nəşriyyatı, Bakı, 2009-cu il, 1012 səh.) 

 


47 

 

Beynəlxalq  Paktda  və  Azərbaycan  Respublikasının  Konstitusiyasında  irqindən, 



milliyyətindən,  cinsindən,  dinindən  asılı  olmayaraq  bütün  insanların  bərabər 

hüquqlu olması, hər kəsin belə fərqlərdən asılı olmayaraq yaşamaq və şəxsiyyətinə 

hörmət  olunmaq,  habelə  barəsində  heç  bir  ayrı-seçkiliyə  yol  verilməmək  hüququ 

vardır.  Soyqırım  cinayəti  insanlıq  əleyhinə  olan  cinayət  kimi  həm  sülh,  həm  də 

müharibə vaxtı törədilə bilər. 

3.Bu  cinayətin  obyekti  qismində  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupların 

normal həyat və fəaliyyəti çıxış edir. 



4.Bu  cinayətin  obyektiv  cəhəti  1948-ci  il  Konvensiyasının  2-ci  maddəsində 

soyqırıma verilən anlayışa daxil olan əlamətlərlə üst-üstə düşür. 

Soyqırım cinayəti obyektiv cəhətdən aşağıdakı hərəkətlərin törədilməsi ilə 

xarakterizə olunur: hər hansı milli, etnik, irqi və ya dini qrupun üzvlərini öldürmə

hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupun  üzvlərinin  sağlamlığına  ağır  zərər 

vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma; 

hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupun  bütövlükdə  və  ya  qismən  fiziki 

məhvinə yönəlmiş yaşayış şəraiti yaratma; 

hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrup  daxilində  doğumların  qarşısını  almağa 

yönəlmiş tədbirləri həyata keçirmə

hər hansı milli, etnik, irqi və ya dini qrupa mənsub olan uşaqları zorla başqa qrupa 

keçirmə. 



5.Hər hansı milli, etnik, irqi və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək 

məqsədi  ilə  belə  qrupun  üzvlərini  (sayından  asılı  olmayaraq)  öldürmə,  onların 

sağlamlığına  ağır  zərər  vurma,  əqli  qabiliyyətlərinə  ciddi  zərər  vurma,  qrup 

daxilində doğumların qarşısını alma və maddənin dispozisiyasında sadalanan digər 

əməllərin  törədilməsini  CM-in  şəxsiyyət  əleyhinə  olan  cinayətləri  nəzərdə  tutan 

normaları ilə deyil, yalnız 103-cü maddəsi ilə tövsif etmək lazımdır. 



6.Adam  öldürmə  cinayətinin  anlayışı  CM-in  120-ci  maddəsinin  şərhində 

verilmişdir. 



7.Sağlamlığa  ağır  zərər  vurmanın  anlayışı  CM-in  126-cı  maddəsinin  şərhində 

verilmişdir. 



8.Milli  qrup  dedikdə,  hər  hansı  bir  millətə  mənsubiyyəti  olan,  milli,  tarixi,  etnik, 

dil, mədəni və s. ənənələri ilə bir-birinə bağlılığı olan insanlar qrupu başa düşülür. 



9.Etnik qrup dedikdə, hər hansı bir xalqa (etnosa) mənsubiyyəti olan müəyyən bir 

ərazidə  sıx  və  kompakt  yaşayan,  ümumi  tarixi  kökləri,  dili,  mədəni-məişət 

ənənələri, mədəniyyəti olan insanlar qrupu başa düşülür. 

10.İrqi  qrup  dedikdə,  hər  hansı  bir  irqə  (monqoloid,  avropoid,  neqroid)  mənsub 

olan,  dərisinin,  gözlərinin  rənginə,  boyunun  hündürlüyünə  və  s.  görə  fərqlənən 

ümumi irsi bağlılığı olan insanlar qrupu başa düşülür. 

11.Dini  qrup  dedikdə,  hər  hansı  bir  dövlətdə  əhalinin  əksəriyyətinin  mənsub 

olduğu dinə deyil, başqa dinə ibadət edən insanlar qrupu başa düşülür. 



48 

 

12.Hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupun  üzvlərinin  əqli  qabiliyyətlərinə 

ciddi  zərər  vurma  dedikdə,  qrup  üzvlərinin  ağır  psixi  xəstəliklərə  tutulmasına, 

onların  şüurlu düşünmə  qabiliyyətlərinin  yox olmasına  və  s.  yönələn hərəkətlərin 

edilməsi başa düşülür. 

13.Hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupun  bütövlükdə  və  ya  qismən  fiziki 

məhvinə yönəlmiş həyat şəraiti yaratma dedikdə, qrup üzvlərini öz mövcudiyyətini 

saxlaması  üçün  zəruri  olan  qidalanmadan,  geyimdən,  işləyib  qazanc  əldə  etmək 

imkanından tamamilə və ya qismən məhrumetmə, ətraf mühiti zəhərləmə və s. başa 

düşülür. 

14.Qrup  daxilində  doğumların  qarşısının  alınmasına  yönəlmiş  tədbirləri  həyata 

keçirmə,  qrup  üzvləri  arasında  nikahın,  cinsi  əlaqədə  olmanın  qadağan 

edilməsində,  onların  məcburi  sterilizasiya  olunmasında,  axtalarılmasında, 

hamiləliyin zorla süni pozulmasında və s. ifadə oluna bilər. 



15.Bir qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi  hər hansı  milli, 

etnik,  irqi  və  ya  dini  qrupa  aid  olan  uşaqların  onların  valideynlərinin  razılığı 

olmadan  və  ya  onların  iradəsi  əleyhinə  zorla,  məcburi  surətdə  alınaraq  başqa  bir 

qrupa verilməsini nəzərdə tutur. 



16.Soyqırım  cinayəti  maddi-formal  tərkibli  cinayətdir.  Hər  hansı  milli,  etnik,  irqi 

və ya dini qrupu bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini 

öldürmə,  onların  sağlamlığına  ağır  zərər,  əqli  qabiliyyətinə  ciddi  zərər  vurma 

əməlləri  kriminal  nəticələri  -  ölümü,  sağlamlığa  ağır  zərər,  əqli  qabiliyyətə  ciddi 

zərər  vurulmasını  nəzərdə  tutur.  Belə  nəticələr  baş  verdiyi  andan  cinayət  başa 

çatmış  hesab  olunur.  Qrupun  bütövlüklə  və  ya  qismən  məhvinə  yönəlmiş  həyat 

şəraiti  yaratma,  qrup  daxilində  doğumların  qarşısını  alma,  bir  qrupa  mənsub 

olan  uşaqları  zorla  başqa  qrupa  keçirmə  cinayətləri  belə  hərəkətlər  törədildiyi 

andan başa çatmış sayılır. 

Bu  cinayətin  başa  çatması  üçün  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini 

qrupun  bütövlükdə  və  ya  qismən  məhv  edilməsi  məqsədinə  nail  olunub-

olunmamasınm heç bir əhəmiyyəti yoxdur. 



17.Soyqırım  cinayəti  subyektiv  cəhətdən  birbaşa  qəsdlə  xarakterizə  olunur. 

Təqsirkar  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupun  bütövlükdə  və  ya  qismən 

məhv edilməsinə yönələn əməllərinin ictimai-təhlükəli olduğunu qabaqcadan dərk 

edir və onların törədilməsini arzu edir. 

Bu cinayətin subyektiv cəhətinin zəruri elementi cinayətin törədilməsinin 

məqsədidir.  Təqsirkarın  məqsədi  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupu 

bütövlükdə və ya qismən məhv etməkdən ibarətdir. 

18. Bu cinayətin subyekti 16 yaşına çatmış anlaqlı fiziki şəxs (həm vəzifəli, həm də 

vəzifəli olmayan) ola bilər. 



Maddə 104: Soyqırımın törədilməsinə təhrik etmə. Bu Məcəllənin 103-cü 

maddəsi ilə nəzərdə tutulmuş hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq 



49 

 

təhrik  etmə  -  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 



cəzalandırılır. 

1.CM-in  104-cü  maddəsində  nəzərdə  tutulan  cinayətin  ictimai  təhlükəliliyi  bu 

cinayətin  subyekti  tərəfindən  hər  hansı  milli,  etnik,  irqi  və  ya  dini  qrupu 

bütövlükdə  və  ya  qismən  məhv  etmək  məqsədi  ilə  CM-in  103-cü  maddəsində 

sadalanan hər hansı bir əməlin edilməsinə başqa saxsı və ya şəxsləri sövq etməklə 

xarakterizə olunur. Başqa şəxsi (şəxsbri) soyqırım cinayətini törətməyə sövq etmə 

öz məqsədini başqalarınm əli ilə həyata keçirmək niyyətinin təzahürüdür. 



2.Soyqırımın anlayışı haqqında CM-in 103-cü mad-dəsinin şərhinə bax. 

3.Bu  cinayətin  obyekti  CM-in  103-cü  maddəsində  nəzərdə  tutulan  soyqırım 

cinayətinin obyekti ilə üst-üstə düşür. 



4.CM-in  104-cü  maddəsində  nəzərdə  tutulan  cinayət  obyektiv  cəhətdən  CM-in 

103-cü maddəsində sadalanan hər hansı bir əməlin törədilməsinə bilavasitə və açıq 

təhrik etmədə ifadə olunur. 

Cinayətin təhrikçisi başqa şəxsi (şəxsləri) hər hansı milli, etnik, irqi və ya 

dini  qrupu  bütövlükdə  və  ya  qismən  məhv  etmək  məqsədi  ilə  qrup  üzvlərini 

öldürməyə,  onların  sağlamlığına  ağır  zərər  vurmağa  və  ya  əqli  qabiliyyətlərinə 

ciddi  zərər  vurmağa,  qrupun  fiziki  məhvinə  yönəlmiş  yaşayış  şəraiti  yaratmağa, 

qrup daxilində doğumların qarşısını almağa, bir qrupa mənsub olan uşaqları zorla 

başqa qrupa keçirməyə sövq etməlidir. 

Soyqırım cinayətini törətməyə təhrik etmə dedikdə, başqa şəxsi (şəxsləri) 

ələ  alma,  sövdələşmə,  hədə-qorxu  gəlmə,  tapşırıq  verməklə,  inandırmaqla, 

aldatmaqla,  düşmənçilik  və  nifrət  hisslərini  gücləndirməklə  və  s.  üsullarla  həyata 

keçirilə bilər. Cinayətin törədilməsində təqsirkarın seçdiyi üsulun əməlin  tövsifinə 

heç  bir  təsiri  yoxdur,  lakin  məhkəmə  tərəfindən  işin  bütün  halları  əsas 

götürülməklə cəza təyini zamanı nəzərə alına bilər. 

Bu  cinayət  soyqırım  cinayətinin  törədilməsinə  bilavasitə  və  açıq  təhrik 

etməni nəzərdə tutur. 

Soyqırım cinayətinin törədilməsinə  bilavasitə  təhrik etmə  dedikdə, başqa 

şəxsi  (şəxsləri)  CM-in  103-cü  maddəsində  nəzərdə  tutulan  hər  hansı  bir  əməlin 

törədilməsinə heç bir əlavə  vasitələrdən istifadə etmədən, birbaşa sövq etmə başa 

düşülür. Bilavasitə təhrik etmə  soyqırım cinayətinin obyektiv cəhətini təşkil edən 

hər hansı bir əməlin törədilməsi üçün təqsirkarın başqa şəxsə (şəxslərə) birbaşa və 

dərhal həyata keçirilən tapşırıqlar verməsində ifadə oluna bilər. 

CM-in  104-cü  maddəsi  üzrə  məsuliyyətin  yaranması  üçün  təhrikçilik 

hərəkətləri  həm  də  açıq  xarakter  daşımalıdır.  Soyqırım  cinayətinin  törədilməsinə 

açıq  təhrik  etmə  başqa  şəxslərin  iştirakı  ilə  onlara  birbaşa  edilən  müraciətdə 

(kütləvi toplantılarda və s.), habelə onların ünvanına göndərilən yazılı vərəqələrdə 

və s. ifadə oluna bilər. Təhrik etmənin açıq xarakterdə olması başqaları tərəfindən 

həmin hərəkətlərin qəbul edilməsini nəzərdə tutur. 


50 

 

5.Bu  cinayət  təqsirkarın  başqa  şəxsi  (şəxsləri)  soyqırım  cinayəti  törətməyə  təhrik 

etdiyi  andan  başa  çatmış  sayılır.  Təhrik  olunan  şəxsin  (şəxslərin)  soyqırım 

cinayətini  törədilə-törətməməsinin  əməlin  tövsifinə  heç  bir  təsiri  yoxdur. 

Məsuliyyətin  yaranması  üçün  təhrik  olunan  şəxsin  soyqırım  cinayətini  törətmək 

qətiyyətini  qismən  həyata  keçirməsi  (məsələn,  hazırlıq  hərəkətləri  etməsi) 

kifayətdir. 

Əgər təhrik edən  şəxs öz  iradəsindən asılı olmayaraq başqasını  soyqırım 

cinayətini törətməyə sövq etməyə nail ola bilməmişdirsə, onun əməli baş tutmayan 

təhrikçilik kimi  soyqırım cinayətinə  (CM-in 103-cü  maddəsi)  hazırlıq kimi tövsif 

ediləcəkdir. 

6.Bu  cinayət  subyektiv  cəhətdən  birbaşa  qəsdlə  törədilir.  Təqsirkar  başqa  şəxsi 

(şəxsləri)  soyqırım  cinayətini  törətməyə  təhrik  etdiyini  qabaqcadan  dərk  edir  və 

bunu arzu edir. 

7.CM-in  104-cü  maddəsində  nəzərdə  tutulan  cinayətin  subyekti  16  yaşına  çatmış 

hər hansı anlaqlı fiziki şəxs ola bilər. 



 

 

51 

 

MÜNDƏRİCAT 



 

SOYQIRIM - insanlıq əleyhinə cinayətlərin ən təhlükəlisidir..................................3 

Soyqırımı cinayətinin qarşısının alınması və  

cəzalandırılması haqqında Konvensiya.....................................................................8 

Genosid cinayətinin qarşısının alınması və onun  

cəzalandırılması haqqında Konvensiyaya qoşulmaq  

barədə Azərbaycan Respublikasının Qanunu..........................................................14 

"Azərbaycanlıların soyqırımı haqqında" 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı....................................................15 

Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut  

dəqiqəsi elan edilməsi haqqında Azərbaycan  

Respublikası Prezidentinin Sərəncamı....................................................................21 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən Çıxarış.................................22 

Beynəlxalq Cinayət Məhkəməsinin Statutundan Çıxarış........................................23 

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata 

keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 

BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciəti...........................................24 

Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətlərini  

həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri  

Heydər Əliyevin BMT Təhlükəsizlik 

Şurasının sədrinə və BMT-nin Baş katibinə məktubu............................................25 

Xocalı soyqırımı qurbanlarının ailələrinə................................................................27 

Xocalı soyqırımının ildönümü ilə əlaqədar 

Azərbaycan xalqına müraciət..................................................................................29 

Xocalı soyqırımının ildönümü ilə əlaqədar 

Azərbaycan Xalqına Müraciət.................................................................................32 

Milli Məclisin dünya parlamentlərinə 

və beynəlxalq təşkilatlara müraciəti........................................................................35 

Xocalı Soyqırımının 10-cu ildönümünün anılması ilə əlaqədar 

Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatının 

təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası  

Milli Məclisinin Qərarı............................................................................................37 

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı...................................................42 

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar 

Azorbaycan Respublikası Milli Məclisinin bəyanatı...............................................50 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı...................................56 

Azərbaycan Milli Elmlər Akademiyası İnsan Hüquqları  

İnstitutunun Ekspert Komissiyasının Qətnaməsi.....................................................58 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə  



52 

 

Müvəkkilinin (Ombudsmanın) Xocalı soyqırımının 16-cı  



ildönümü  ilə əlaqədar bəyanatı...............................................................................63 

Xocalı qaçqınlarının BMT-yə, AŞ-a, ATƏT-ə müraciəti........................................68 

Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar Xocalı 

məcburi köçkünlərinin BMT-yə AŞ-a, ATƏT-ə müraciəti.....................................73 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 

Kommentariyasından Çıxarış..................................................................................77 

 

 

 



53 

 

 



 

 

 



 

 

 



 

 

 



AZE Konsaltinq Qrup 

AZƏRBAYCAN RESPUBLİKASI 

AZ 1073 Bakı ş., Mətbuat pr., 18/7, məhəllə 539 

Aze@aze-consultinggroup.az 

www.aze-consultinggroup.az 

 

 

 



Çapa imzalanıb: 16.02.2010 

Formatı: 60x84 1/16. Ofset çapı. Həcmi: 5.5 

Sifariş № 19. Tiraj: 2000 

Pulsuz paylanılır. 

 

 

 



 

 

 



 

 

 



 

Yüklə 434,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin