Beynəlxalq aktlar, normative sənədlər, müraciət və şərhlər toplusu


Xocalı soyqırımının ildönümü ilə əlaqədar



Yüklə 434,4 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix07.09.2017
ölçüsü434,4 Kb.
#29224
1   2   3   4   5   6

Xocalı soyqırımının ildönümü ilə əlaqədar  

Azərbaycan Xalqına Müraciət 

 

Əziz həmvətənlər! Hörmətli soydaşlar! 

Bu  gün  Sizə  xalqımızın  tarixində  kədərli  və  faciəli  bir  səhifə,  insanlığa 

qarşı  ən  qəddar  və  amansız  kütləvi  terror  hadisələrindən  olan  Xocalı  soyqırımı 

münasiləətilə müraciət edirəm. 

Xocalı  faciəsi  iki  yüz  ilə  yaxın  bir  müddət  ərzində  erməni  millətçilərinin 

və  onların  havadarlarının  xalqımıza  qarşı  apardığı  etnik  təmizləmə  və  soyqırımı 

siyasətinin  davamı  və  qanlı  səhifəsi  idi.  Bu  mənfur  siyasət  xalqımıza  saysız-

hesabsız müsibətlər və əzab-əziyyətlər gətirmişdir. 

Ötən əsrin 80-ci illərinin ikinci yarısında təcavüzkar erməni millətçilərinin 

xalqımıza  qarşı  irəli  sürdüyü  yeni  ərazi  iddiaları  azərbaycanlıların  doğma 



19 

 

torpaqlarından  kütləvi  surətdə  zorla  qovulmasına,  çoxsaylı  terror  aktları  ilə 



müşayiət olunan geniş miqyaslı amansız  müharibəyə gətirilə çıxardı. Nəticədə on 

minlərlə  insan  həlak  oldu,  yüz  minlərlə  soydaşımız  qaçqın  və  məcburi  köçkün 

vəziyyətinə  düşdü.  1992-ci  il  fevralın  26-da  Ermənistan  hərbi  birləşmələri 

tərəfindən  qədim  Xocalı  şəhərinin  misli  görünməmiş  qəddarlıqla  məhv  edilməsi, 

onun  müdafiəçilərinə  və  dinc  sakinlərə  qanlı  divan  tutulması  bu  faciələrin  ən 

dəhşətlisi idi. Yüzlərlə insan - qadın, uşaq, qoca xüsusi vəhşiliklə qətlə yetirildi və 

işgəncələrlə  öldürüldü.  Xocalı  faciəsi  öz  qəddarlığına,  kütləviliyinə  və  törədilən 

cinayətlərin  ağırlığına  görə  bəşəriyyətə  qarşı  ağır  cinayətlər  sırasına  daxil 

olmuşdur. 

Xocalı  soyqırımın  törətməklə  erməni  millətçiləri  məkrli  məqsədlər 

güdürdü:  xalqımızı  qorxutmaq,  vahimə  yaratmaq,  onun  mübarizə  əzmini  qırmaq, 

torpaqların  işğalı  faktı  ilə  barışmağa  məcbur  etmək.  Lakin  hiyləgər  və  amansız 

düşmən  məqsədinə  çata  bilmədi.  Xocalı  müdafiəçiləri  qəddar  düşmənlə 

mübarizədə  əyilmədilər,  qəhrəmanlıqla  vuruşaraq  Vətənə  sədaqət  nümunəsi 

göstərdilər. 

Xocalı faciəsindən danışarkən о zamankı rəsmi Azərbaycan rəhbərliyinin 

və  ölkədə  vəziyyətə  ciddi  təsir  edən  siyasi  qüvvələrin  acizliyini,  səriştəsizliyini, 

xalqın  taleyinə  biganəliyini  xüsusi  qeyd  etmək  lazımdır.  Dövlət  rəhbərliyi  xalqın 

qəzəbindən qorxaraq, hadisənin miqyasını kiçiltməyə cəhd etmiş, bu qanlı cinayət 

barədə beynəlxalq ictimaiyyətə operativ və ətraflı məlumat vermək üçün heç bir iş 

görməmişdi.  О  zamankı  müxalifət  isə  faciədən  xalqın  narazılıq  dalğası  üzərində 

hakimiyyətə gəlmək üçün istifadə etdi. О zaman Azərbaycanda hökm sürən hərc-

mərclik,  hakimiyyətin  nüfuzsuzluğu,  lidersizlik  bu  qanlı  fəlakətin  baş  verməsinə 

şərait yaratdı. 

1994-cü  ildən  ümummilli  liderimiz  Heydər  Əliyevin  təşəbbüsü  ilə 

Azərbaycan  hökuməti  və  parlamenti  erməni  millətçilərinin  azərbaycanlılara  qarşı 

törətdiyi  cinayətlər,  о  cümlədən  Xocalı  soyqırımı  haqqında  həqiqətləri  bütün 

miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, 

bunların  soyqırımı  siyasəti  kimi  tanınmasına  nail  olmaq  üçün  inadlı  və  ardıcıl 

fəaliyyət  göstərir.  Məqsəd  Xocalı  faciəsinə  beynəlxalq  hüquqi-siyasi  qiymət 

verilməsinə,  onun  təşkilatçılarının,  ideoloqlarının  və  icraçılarının  dünya 

ictimaiyyətinin  gözündə  ifşasına  və  cəzalandırılmasına  nail  olmaqdır.  Bu,  bir 

tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və 

vətəndaşlıq  borcumuzdur.  Digər  tərəfdən  isə,  insanlığa  qarşı  yönəlmiş  bu  cür 

qəddar cinayətlərin gələcəkdə təkrar olunmaması üçün mühüm şərtdir. 

Hazırda  Azərbaycan  rəhbərliyi  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın suverenliyi və 

ərazi bütövlüyü çərçivəsində  həll   olunması   üçün  ardıcıl  fəaliyyət  göstərir. 

Aparıcı  dünya  dövlətləri,  nüfuzlu  beynəlxalq  təşkilatlar  getdikcə  daha 

artıq  dərəcədə  Azərbaycanın  ədalətli  mövqeyini  qəbul  edir,  ərazilərimizin  işğalı 



20 

 

faktını  etiraf  edir,  Ermənistandan  Azərbaycan  torpaqlarını  azad  etməyi  tələb 



edirlər.  Biz  dövlətimizin  iqtisadi,  siyasi  qüdrətinə  və  qazanılmış  təcrübəyə 

arxalanaraq,  problemin  ədalətli  həlli  istiqamətində  səylərimizi  inadla  davam 

etdirəcəyik. 

Vətəndaşlarımız, 

soydaşlarımız 

unutmamalıdırlar 

ki, 

erməni 


millətçilərinin  anti-Azərbaycan  təbliğatı  getdikcə  daha  incə,  daha  mənfur 

formalarda  davam etdirilir, ərazi iddialarını əsaslandırmaq üçün  yeni-yeni əsassız 

tezislər uydurulur. Buna görə də belə ideoloji təxribatlara qarşı ayıq olmalı, onları 

vaxtında ifşa etməliyik. 

Hazırda  Azərbaycan  dövləti,  vətəndaşlarımız,  xaricdəki  soydaşlarımız 

Xocalı  həqiqətlərinin  dünyaya  çatdırılması,  onun  əsl  soyqırımı  aktı  kimi 

tanıdılması istiqamətində ardıcıl tədbirlər görürlər. Belə tədbirlər hər il daha əhatəli 

və peşəkar səviyyədə keçirilməli, xaricdəki soydaşlarımız isə öz fəallığını daha da 

artırmalıdırlar. 

Bu kədərli matəm günlərində Xocalı şəhidlərinin və qəhrəmanlarının əziz 

xatirəsini  bir  daha  dərin  hüznlə  yad  edərək  Allahdan  rəhmət  diləyir,  onların 

yaxınlarına,  bütün  xalqımıza  başsağlığı  verirəm.  Uğrunda  çalışdığımız  müstəqil, 

güclü, firavan Azərbaycan onların ruhu üçün ən böyük təsəlli olacaqdır. 

İlham  Əliyev,  Azərbaycan  Respublikasınm  Prezidenti.  Bakı  şəhəri, 

24fevral 2004-cü il. 

 

Milli Məclisin dünya parlamentlərinə 



və beynəlxalq təşkilatlara müraciəti 

 

Dövlət  səviyyəsində  qeyd  edilən  Xocalı  soyqırımının  (genosidinin) 

fevralın 26-da üçüncü ildönümü tamam olur. Keçən il parlamentin qərarı ilə Xocalı 

soyqırımı  günü  elan  edilmiş  həmin  matəm  xalqımız  tərəfindən  dərin  hüznlə  yad 

edilir və artıq bu tarix millətin qəlbinə yaddaş günü kimi daxil olmuşdur. 

Erməni  tarixçiləri  və  siyasətçiləri  guya  erməni  genosidi  olan  1915-ci  il 

hadisələrini  ildən-ilə  şişirtmək  və  təbliğ  etməklə,  əslində,  əsrin  əvvəlindən  həyata 

keçirilən  azərbaycanlıların  kütləvi  qırğınını  unutdurmağa,  dünya  ictimaiyyətini 

çaşdırmağa çalışırlar. 

Xocalı  faciəsi  XX  əsrdə  "Böyük  Ermənistan"  və  monoetnik  dövlət 

yaratmaq  kimi  şovinist  siyasət  müəllifləri  olan  ermənilərin  Azərbaycan  xalqının 

başına  gətirdiyi ən dəhşətli cinayətlərdən biridir. İndiyədək dünya ictimaiyyəti və 

beynəlxalq  təşkilatlar  tərəfindən  dərk  olunub  pislənilməməsi  və  qarşısının 

alınmasına  cəhd göstərilməməsi nəticəsində  1905-ci  ildən  başlayaraq Azərbaycan 

torpaqlarının  ilhaqını  davam  etdirən  erməni  qəsbkarları  XX  əsrin  sonunda, 

sivilizasiyalı  dünyanın  gözünün  qabağında  bütün  insanlığa  silinməz  ləkə  olan 

dəhşətli cinayət və vəhşilik törətmişlər. 


21 

 

Həmin  gün  qısa  bir  vaxt  ərzində  erməni  silahlı  dəstələri  şəhərin  dinc 



əhalisindən 613 nəfəri qəddarcasına, ağır işgəncə verməklə məhv etmiş, 421 nəfərə 

ağır xəsarət  yetirmişlər. Bu zaman 1275 nəfər itkin düşmüş və  girov götürülmüş, 

10  min  əhalisi  olan  şəhər  talan  edilmiş,  tikililər  dağıdılmış  və  yandırılmışdır. 

Xocalıdan sonra bu vəhşiliyi davam etdirən erməni quldurlan düşünülmüş surətdə 

Dağlıq Qarabağın onlarla  yaşayış  məntəqəsini dağıtmış, Meşəli kəndini tamamilə 

yer üzündən silmiş, Qaradağlı kəndində yaşayanların əksəriyyətini məhv etmişlər. 

Biz dünyanın bütün parlamentlərinə və beynəlxalq təşkilatlarına müraciət 

edərək  xalqımızın  başına  gətirilən  bu  dəhşətli  müsibət  barədə,  bütövlüklə  əsrin 

əvvəlindən  bu  günə  kimi  500  mindən  artıq  azərbaycanlının  ermənilər  tərəfindən 

öldürülməsi,  azərbaycanlılar  yaşayan  6  min  kvadratkilometrlik  əzəli  azəri 

torpaqlarının  zorla  boşaldılması,  həmin  ərazidən  1  milyon  nəfərdən  çox 

azərbaycanlının  qovulması,  2  minə  yaxın  Azərbaycan  mənşəli  yaşayış  yerlərinin 

tarixi  adının  dəyişdirilməsi,  ərazimizin  20  faizinin  (12  rayonun)  erməni  hərbi 

birləşmələrinin  işğalı  altında  olması,  bunun  nəticəsində  1  milyon  nəfərin  qaçqın 

kimi  yaşaması  faktlarını  bütün  dünya  ictimaiyyətinə  çatdırmağı  və  beynəlxalq 

prinsiplərə  və  hüquq  normalarına  uyğun  olaraq  bu  vəhşilikləri  pisləmələrini, 

Azərbaycanın işğalçılardan azad edilməsi üçün haqq səslərini qaldırmalarını xahiş 

edirik. 


Qoy heç bir xalqın həyatında Xocalı faciəsinə bənzər hadisə olmasın! 

Azərbaycan Respublikası Milli Məclisi. 24fevral 1995-ci il. 

 

Xocalı Soyqırımının 10-cu ildönümünün anılması ilə əlaqədar 

Azərbaycan Respublikası Мilli Məclisinin Bəyanatının təsdiq edilməsi 

haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı 

 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  qərara  alır:  Xocalı    

soyqırımının    10-cu    ildönümü    ilə    əlaqədar Azərbaycan   Respublikası   Milli   

Məclisinin   Bəyanatı   təsdiq edilsin. 



 

Xocalı Soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan 

Respublikası Milli Məclisinin Bəyanatı 

 

Xocalı soyqırımının 10-cu ildönümü bu günlər Azərbaycanda dərin hüzn 

içərisində  qeyd  edilir.  Bu  qəddar  və  amansız  soyqırımı  aktı  insanlığın  tarixinə 

dəhşətli terror hadisələrindən biri kimi daxil olmuşdur. 

1992-ci  il  fevralın  26-da  Ermənistan  Respublikasının  silahlı  birləşmələri, 

Dağlıq  Qarabağdakı  yerli  erməni  yaraqlıları  və  keçmiş  Sovet  ordusunun  366-cı 

motoatıcı  alayı  Azərbaycanın  ayrılmaz  hissəsi  olan  Dağlıq  Qarabağın  Xocalı 

şəhərini  sakinləri  ilə  birlikdə  büsbütün  məhv  edərək  insanlığa  silinməz  ləkə  olan 

soyqırımı aktı törətmişlər. Cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı, 


22 

 

о  cümlədən  63  uşaq,  106  qadın,  70  qoca  yalnız  azərbaycanlı  olduğuna  görə 



qəddarcasına,  dözülməz  işgəncə  verilməklə  öldürülmüş,  487  nəfərə  ağır  xəsarət 

yetirilmiş,  1275  sakin  -  köməksiz  qocalar,  uşaqlar,  qadınlar  girov  götürülərək 

ağlasığmaz  zülmə,  təhqirlərə  və  həqarətə  məruz  qoyulmuşlar.  Erməni  hərbçiləri 

öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə 

uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri 

torpağa basdırmış və ya yandırmışlar. 

Azərbaycan Respublikasının о dövrdəki prezidenti Ayaz Mütəllibovun və 

digər  rəhbərlərinin  cinayətkar  səhlənkarlığı  erməni  millətçilərinin  bu  ağır  cinayət 

əməlini  törətməsinə  şərait  yaratmışdır.  Hakimiyyətlə  müxalifətin  qarşılıqlı 

ittihamları  və siyasi mübarizəsi nəticəsində Xocalının müdafiəsi lazımi səviyyədə 

təşkil edilməmiş, şəhərin dinc əhalisinə heç bir köməklik göstərilməmişdir. 

Xocalı  şəhərində  törədilmiş  müdhiş  cinayətin  xarakteri  və  miqyası  bu 

soyqırımı  aktının  BMT  Baş  Məclisinin  1948-ci  il  9  dekabr  tarixli  260  (III)  saylı 

qətnaməsi  ilə  qəbul  edilmiş  "Soyqırımı  cinayətinin  qarşısının  alınması  və 

cəzalandırılması  haqqında"  Konvensiyada  ifadə  olunmuş  müddəalara  tam  uyğun 

gəldiyini sübut edir. 

Bu  kütləvi  və  amansız  qırğın  aktı  Azərbaycanın  dövlət  müstəqilliyinə  və 

ərazi  bütövlüyünə  qarşı  çevrilmiş  terror  siyasətinin  təzahürü  olmaqla,  təkcə 

azərbaycanlılara  qarşı  deyil,  bütövlükdə  insanlıq  əleyhinə  törədilmiş  qəddar 

cinayət  aktıdır.  Erməni  millətçiləri  Xocalıda  bu  soyqırımı  əməlini  törədərkən 

doğma  torpağını  qəsbkarlara  vermək  istəməyən  Azərbaycan  xalqını  qorxutmaq, 

onun mübarizə əzmini qırmaq və məhv etmək niyyəti güdmüşlər. 

Təəssüf  doğuran  haldır  ki,  dövlətlər  arasında  sivil  birgə  yaşayış 

qaydalarının  hakim  olduğu  XX  əsrin  sonlarında  Ermənistan  Respublikasının 

Azərbaycanın  ərazi  bütövlüyünə  qəsd  etməsinə,  qonşu  dövlətə  torpaq  iddialarını 

həyata keçirmək üçün işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, Xocalı 

soyqırımı  kimi  dəhşətli  cinayətlər  törətməsinə  dünya  birliyi  biganə  yanaşmış, 

təcavüzkarın cilovlanması  üçün təsirli beynəlxalq tədbirlər görməmişdir. Qəsbkar 

dövlət olan Ermənistan ətrafında yaradılmış bu cəzasızlıq mühitinin nəticəsidir ki, 

indiyədək ölkəmizin ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ və onun ətrafındakı 7 

rayon  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  olunmuş,  1  milyondan      çox   

azərbaycanlı  yerindən-yurdundan  didərgin salınmışdır. İşğal  olunmuş torpaqların 

azad  edilməsinə  dair  BMT  Təhlükəsizlik  Şurasının  dörd  qətnaməsinə  (822,  853, 

874  və  884  nömrəli  qətnamələr),  Avropa  Şurası  Parlament  Assambleyasının, 

ATƏT-in  Budapeşt,  Lissabon  və  Istanbul  sammitlərinin  sənədlərinə  məhəl 

qoymayan  Ermənistan  Respublikası  Azərbaycanın  ərazi  bütövlüyünü  tanımaqdan 

imtina edir. Dağlıq Qarabağ ərazisində təkcə Ermənistandan deyil, digər ölkələrdən 

də  gələn  terrorçuların  hazırlanması,  Azərbaycan  xalqına  qarşı  yeni  cinayətlərin 

təşkil  edilməsi  üçün  düşərgələr  yaradılmışdır.  Burada  narkotik  vasitələrin 


23 

 

dövriyyəsindən  və  nəqlindən,  silah  alverindən  əldə  edilən  gəlir  terror  məqsədləri 



üçün istifadə olunur. 

Azərbaycan  xalqına  və  digər  qonşu  dövlətlərə  qarşı  soyqırımı  və  terror 

Ermənistanda  dövlət  siyasəti  səviyyəsinə  qaldırılmışdır.  Erməni  millətçiliyinin 

məqsədlərinə  nail  olmaq  üçün  heç  bir  çirkin  vasitədən  çəkinməyən  yerli  və 

beynəlxalq  terrorçu  təşkilatların  bu  ölkədə  sərbəst  fəaliyyətinə  hər  cür  şərait 

yaradılmışdır. 

Son  yüz  ildən  artıq  bir  dövrdə  erməni  xalqının  bir  neçə  nəsli  milli 

müstəsnalıq,  Azərbaycan  və  digər  xalqlara  qarşı  düşmənçilik  ruhunda  tərbiyə 

edilmişdir.  Bu  nifrət  ideologiyasının  törətdiyi  faciəli  nəticələr  tarixdən  yaxşı 

məlumdur. 

XIX  əsrin  sonlarından  etibarən  böyük  dövlətlərin  himayəsindən  istifadə 

edən  erməni  millətçiləri  "Böyük  Ermənistan"  yaratmaq  xülyasına  düşmüş,  iddia 

etdikləri əraziləri yerli sakinlərdən təmizləmək niyyəti ilə  Qafqazda kütləvi terror 

aktları  və  qırğınlar  törədərək,  yüz  minlərlə  günahsız  azərbaycanlını  qətlə 

yetirmişlər. 

1905-1907-ci  illərdə  İrəvanda  və  Zəngəzurda  (müasir  Ermənistan 

Respublikası  ərazisində),  Tiflisdə,  Bakıda,  Naxçıvanda,  Gəncədə,  Qarabağda, 

1918-1920-ci  illərdə  Bakıda,  Şamaxıda,  Qubada,  Muğanda,  Lənkəranda  dinc 

əhaliyə amansızcasına divan tutulmuşdur. 

Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti Sovet hakimiyyəti illərində 

də davam etdirilmiş, SSRİ-nin ermənipərəst rəhbərliyinin köməyi ilə 1948-1953-cü 

illərdə, habelə  1988-1989-cu illərdə  qısa  bir vaxt içərisində  Ermənistandan  yarım 

milyona  yaxın  azərbaycanlı  deportasiya  edilmiş,  yaxud  qovulmuş,  yüzlərlə 

azərbaycanlı  milli  mənsubiyyətinə  görə  öldürülmüşdür.  Ermənilərin  bu  qanlı  və 

avantürist  siyasəti  iki  milyondan  çox  azərbaycanlının  ayrı-ayrı  vaxtlarda  etnik 

təmizləmə  və  soyqırımı  siyasətinə  məruz  qalması  ilə  nəticələnmişdir.  Bu  gün 

Ermənistanda  bir  nəfər  də  azərbaycanlı  qalmamışdır.  Erməni  millətçiləri 

qarşılarına  qoyduqları  məqsədə  nail  olmuş,  Ermənistanı  monoetnik  dövlətə 

çevirmişlər. 

Azərbaycan  xalqına  qarşı  soyqırımı  və  deportasiya  siyasəti  lap  əvvəldən 

geniş  miqyaslı  informasiya  müharibəsi  ilə  müşayiət  olunmuşdur.  Erməni 

"alimlərinin"  səyləri  ilə  bütün  Qafqazın  tarixi  saxtalaşdırılmış,  ermənilərin  tarixi 

şişirdilərək  qədimləşdirilmiş,  azərbaycanlılara  qarşı  kəskin  mənəvi  təcavüz 

kampaniyası  aparılmışdır.  Qafqazda  baş  verən  hadisələr  şüurlu  surətdə  təhrif 

olunmuş, dünya ictimaiyyətinin nəzərində "əzabkeş, məzlum və incidilmiş erməni 

xalqı"  obrazı  yaradılmışdır.  Azərbaycan  xalqına  qarşı  düşmənçilik  və  soyqırımı 

siyasətini  pərdələmək,  qonşu  dövlətlərə  ərazi  iddialarına  və  bunun  vasitəsi  kimi 

seçdikləri  işğalçılıq  müharibəsinə,  erməni  beynəlxalq  terrorizminə  haqq 

qazandırmaq  üçün  erməni  millətçiləri  guya  1915-ci  ildə  ermənilərin  soyqırımına 

məruz  qaldıqları  barədə  uydurmaları  ortaya  atmışlar.  Beləliklə,  təcavüzkar  və 



24 

 

cinayətkar özünü təcavüzün və cinayətin qurbanı kimi qələmə verərək beynəlxalq 



ictimaiyyəti çaşdırmağa səy göstərmişdir. 

Nə qədər qəribə olsa da, Xocalı faciəsi kimi real soyqırımına göz yuman 

bəzi  ölkələrin  parlamentləri  "erməni  soyqırımı"  əfsanəsini  müzakirə  predmetinə 

çevirmiş, hətta tarixi həqiqətlərə etinasızlıq göstərərək bu barədə ədalətsiz qərarlar 

da qəbul etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin    sülh    

yolu  ilə    nizama  salınması  səylərinin  Ermənistan  tərəfindən  indiyədək  boşa               

çıxarılmasının səbəblərindən biri də məhz budur. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  hesab  edir  ki,  dünya 

ictimaiyyəti,  nəhayət,  təcavüzkarı  öz  adı  ilə  çağırmalı,  Ermənistan  Respublikası 

tərəfindən  işğal  olunmuş  Azərbaycan  ərazilərinin  azad  edilməsinə,  qaçqın  və 

köçkünlərin doğma yurdlarına qaytarılmasına kömək göstərməlidir. 

Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, 

Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatına,  Avropa  Şurasına,  Müstəqil 

Dövlətlər  Birliyinə,  digər  beynəlxalq  təşkilatlara,  dünya  ölkələrinin 

parlamentlərinə  və  hökumətlərinə  müraciət  edir  ki,  Ermənistan  Respublikasının 

rəhbərliyi  tərəfindən  təşkil  edilmiş  və  onun  köməyi  ilə  Dağlıq  Qarabağda 

hakimiyyəti qanunsuz zəbt etmiş erməni millətçiləri tərəfindən Azərbaycan xalqına 

qarşı  törədilmiş  Xocalı  soyqırımını  tanısınlar  və  pisləsinlər,  Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq  hüquq  normaları  və 

prinsipləri əsasında ədalətli həlli üçün əllərindən gələni əsirgəməsinlər. 

Xocalı  soyqırımı  kimi  dəhşətli  cinayətlər  cəzasız  qalmamalıdır. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  bəyan  edir  ki,  Azərbaycan  dövləti 

mövcud imkanların hamısından istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin 

edəcək,  Xocalı  faciəsinin  əsl  beynəlxalq  hüquqi-siyasi  qiymət  almasına,  onun 

ideoloqlarının,  təşkilatçılarının  və  icraçılarının  layiqincə  cəzalandırılmasına  nail 

olacaqdır. 

(Bəyanat  Azərbaycan  Respublikası  Milli  Məclisinin  2002-ci  il  26  fevral 

tarixli iclasmda qəbul edilmişdir.) 

Azərbaycan  Respublikası.  Milli  Məclisinin  sədri  M.  Ələsgərov.  Bakı 

şəhəri, 26 fevral 2002-ci il.  

 

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan  

Respublikası Milli Məclisinin qərarı 

 

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Azərbaycan  Respublikasının 

Dağlıq  Qarabağ  bölgəsindəki  Xocalı  şəhərində  azərbaycanlılara  qarşı  soyqırımı 

aktı törədilmişdir. Təkcə  Azərbaycan  xalqına  qarşı deyil,  həm də  bütün insanlığa 

qarşı  yönəlmiş  bu  müdhiş  cinayətin  iştirakçıları  məlumdur.  Bunlar  Ermənistan 

Respublikası  silahlı  qüvvələrinin  bölmələri,  Dağlıq  Qarabağdakı  erməni  terrorçu 



25 

 

dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı 



alayının şəxsi heyətinin üzvləridir. 

Əvvəlcə  Xocalı  toplardan  və  digər  hərbi  texnikadan  şiddətli  atəşə 

tutularaq  darmadağın  edilmişdir.  Şəhər  ərazisində  yanğınlar  başlanmışdır.  Sonra 

piyada  qüvvələr  bir  neçə  istiqamətdən  şəhərə  girmişlər,  Sağ  qalmış  sakinlərə 

vəhşicəsinə divan tutulmuşdur. 613 nəfər dinc azərbaycanlı, о cümlədən 63 uşaq, 

106 qadın işgəncə ilə öldürülmüşdür. 8 ailə bütünlüklə məhv edilmişdir. 487 nəfər 

şikəst  edilmişdir.  1275  sakin  -  qocalar,  uşaqlar,  qadınlar  girov  götürülərək 

ağlasığmaz  təhqirlərə,  zülmə  və  həqarətə  məruz  qalmışlar.  Girov  götürülənlərdən 

150  nəfərin,  о  cümlədən  68  qadının  və  26  uşağın  taleyi  bu  günədək  məlum 

deyildir. 

Mühasirədən  çıxmağı  bacarmış  dinc  sakinləri  yollarda,  meşələrdə  pusqu 

quran  erməni  hərbçiləri  xüsusi  amansızlıqla  qətlə  yetirmişlər.  Azğınlaşmış 

cəlladlar  insanların  başlarının  dərisini  soymuş,  müxtəlif  əzalarını  kəsmiş,  кörpə 

uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri 

torpаğа basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. 

Xocalı  şəhərinə  hücum  əməliyyatına  366-cı  alayın  ikinci  taqımının 

komandiri Seyran Ohanyan, üçüncü taqımının komandiri Yevgeni Nabokix, birinci 

taqımının qərargah rəisi Valeri Citcyan rəhbərlik etmişlər.  Əməliyyata  alayın 90-

dan çox tankı,  piyada  döyüş  maşını  və  digər hərbi texnikası cəlb edilmişdi.  Dinc 

əhaliyə  qarşı  soyqırımı  cinayətlərində  alayın  hərbi  qulluqçularından  Slavik 

Arutyunyan,  Andrey  İşxanyan,  Sergey  Beqlaryan,  Movses  Akopyan,  Qriqori 

Kisebekyan,  Vacik  Mirzoyan,  Vacaqan  Ayriyan,  Aleksandr  Ayrapetyan  və 

başqaları,  erməni  silahlı  birləşmələrinin  üzvlərindən  Karo  Petrosyan,  Vitali 

Balasanyan, Seyran Tumasyan, Valerik Qriqoryan və digərlori fəal iştirak etmişlər. 

Dinc  əhaliyə  qəddarcasına  divan  tutanlar  arasında  Xankəndi  şəhər  daxili  işlər 

şöbəsinin  rəisi  işləmiş  Armo  Abramyanın,  Əsgəran  rayon  daxili  işlər  şöbəsinin 

rəisi  işləmiş  Mavrik  Qukasyanın,  onun  müavini  Şaqen  Barseqyanın,  Dağlıq 

Qarabağda  erməni  xalq  cəbhəsinin  sədri  olmuş  Vitali  Balasanyanın,  Xankəndi 

şəhər həbsxanasının rəisi işləmiş  Serjik Kocaryanın və  başqa  şəxslərin də  olduğu 

müəyyən edilmişdir. 

Bu  gün  cinayətkarlardan  30  nəfərinin  adları  Azərbaycanın  istintaq 

orqanlarına məlumdur. Xocalı soyqırımı zamanı mayor rütbəsində olan S.Ohanyan 

indi  general  paqonları  gəzdirir  və  işğal  edilmiş  Dağlıq  Qarabağ  bölgəsində 

Ermənistan  Respublikasının  yaratdığı  oyuncaq  qurumun  "müdafiə  naziridir". 

Cinayətin  bir  sıra  digər  iştirakçıları  da  oyuncaq  qurumda  və  Ermənistan 

Respublikasının dövlət orqanlarında müxtəlif vəzifələr tuturlar. 

Xocalı  şəhərində  hərbi  əməliyyatdan  sonra  366-cı  alayın  cinayətdə 

iştirakının  izlərini  itirmək  üçün  alay  tələm-tələsik  Dağlıq  Qarabağdan  çıxarılıb 

Gürcüstana  aparılmış,  bu  zaman  hərbi  texnikanın  böyük  hissəsi,  yəni  9  tank,  4 

zirehli transportyor, 70 piyada döyüş maşını, 4 "Strela-10" raket qurğusu, 8 top, 57 



26 

 

minaatan  və  digər  silah-sursat  erməni  birləşmələrinə  təhvil  verilmiş  və 



azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir. 

Xocalı  faciəsi  son  yüz  ildən  artıq  dövrdə  davakar  erməni  millətçilərinin 

azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasətinin 

yeni bir səhifəsi olmuşdur. XIX əsrin sonlarından etibarən çar Rusiyasının və digər 

dövlətlərin gizli  və açıq himayəsindən  istifadə edən  erməni  millətçiləri "böyük 

Ermənistan", yaratmaq xülyasına düşmüş, ələ keçirmək istədikləri   əraziləri   yerli   

sakinlərdən   təmizləmək  niyyəti   ilə müxtəlif  dövrlərdə   Şərqi   Anadoluda   və   

Cənubi   Qafqazda soyqırımı və terror aktları törədərək, 2 milyona qədər günahsız 

türkü  və  azərbaycanlının  vəhşicəsinə  qətlə  yetirmişlər.  1905-1907-ci    illərdə,  

habelə   1918-1920-ci  illərdə  Naxçıvanda,  Bakıda, Gəncədə, Şamaxıda, Qubada, 

Lənkəranda,  Qarabağda,  Muğanda  və  Azərbaycanın  digər  yerlərində,  habelə    

Tiflisdə dinc azərbaycanlı  əhali soyqırımına məruz qalmışdır. Qeyd etmək yerinə   

düşər   ki,   1918-ci   ildə   Ermənistan   Respublikasının yaradılması elan edilərkən 

onun  ərazisi  9,8  min  kvadrat  kilometr  olmuşdur.  Əslində  bu  süni  dövlət  qurumu 

Azərbaycanın  əzəli  torpaqlarında,  yəni  keçmiş  İrəvan  xanlığının  (çar  Rusiyası 

dövründə  İrəvan  quberniyasının)  ərazisində  təşkil  edilmişdir. Sonralar İrəvanda, 

Göycədə  və  Zəngəzurda  törədilən    kütləvi  qırğınlar    nəticəsində  bölgənin   

demoqrafik   vəziyyəti   erməni əhalinin xeyrinə dəyişdirilmiş, azərbaycanlılardan 

təmizlənən  yeni  ərazilər  Ermənistan  Respublikasına  qatılmışdır.  Ermənistanda  və 

Azərbaycanda sovet  hakimiyyəti  qurulduqdan  sonra bolşevik rejiminin  əli   ilə  

Azərbaycan   torpaqlarının   daha  bir  hissəsi Ermənistanın tərkibinə daxil edilmiş, 

nəticədə onun sahəsi 30 min kvadrat kilometrə çatdırılmışdır. 

Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında yığcam halda yaşayan 

yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində 

ermənilər  üçün  qondarma  "Dağlıq  Qarabağ  Muxtar  Vilayəti"  təşkil  edilmişdir. 

Beləliklə, davakar erməni millətçilərinin Azərbaycana qarşı gələcək ərazi iddiaları 

üçün  zəmin  yaradılmış,  Cənubi  Qafqazda  baş  verəcək  yeni  faciələrin  əsası 

qoyulmuşdur. 

Davakar  erməni  millətçilərinin  azərbaycanlılara  qarşı  soyqırımı 

cinayətlərinin  cəzasız  qalması,  bu  cinayətlərə  heş  bir  siyasi-hüquqi  qiymət 

verilməməsi  sovet  hakimiyyəti  dövründə  də  xalqımıza  qarşı  düşmənçilik  siyasəti 

yeridilməsinə gətirilə çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-

in  hakim  dairələri  1948-1953-cü  illərdə  Ermənistandan  yüz  minlərlə 

azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. 

1988-ci ildə keçmiş SSRİ mərkəzi hökumətinin ermənipərəst siyasətindən 

istifadə edən davakar erməni millətçiləri Ermənistan ərazisində etnik təmizləməni 

başa çatdırmaq niyyəti ilə azərbaycanlıların yaşadıqları rayon və kəndlərə basqınlar 

etməyə,  azərbaycanlıları  doğma  toıpaqlarından  qovmağa  başladılar.  Cinayət 

əməllərinə əsas yaratmaq üçün SSRİ xüsusi xidmət orqanlarının birbaşa iştirakı və 

təşkilatçılığı  ilə  Azərbaycanın  Sumqayıt  şəhərində  məlum  fitnəkarlıq  törədildi. 



27 

 

Əvvəlcədən hazırlanmış plana əsasən bu hadisələr bəhanə gətirilərək, qısa müddət 



ərzində Ermənistandan 250 minə yaxın azərbaycanlı kriminal ünsürlərlə əlbir olan 

hakimiyyət  orqanlarının  nümayəndələri  və  silahlı  quldurlar  tərəfindən  qovulub 

qaçqın salındı. Bu zaman yüzlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 

Ermənistan 

ərazisinin 

azərbaycanlılardan 

təmizlənməsini 

başa 


çatdırdıqdan sonra  Azərbaycanın əzəli  torpağı olan  Dağlıq  Qarabağı  Ermənistana 

ilhaq  etmək  üçün  fəal  döyüş  əməliyyatlarına  başlandı.  Qarşı  duran  tərəflərin 

qüvvələri heç də bərabər deyildi. Nizami ordusunu təşkil etməyə macal tapmamış 

əliyalın  azərbaycanlı  əhali  əvvəlcədən  xüsusi  hazırlıq  keçmiş  erməni  silahlı 

birləşmələri,  xarici  ölkələrdən  gətirilmiş  muzdlu  dəstələr  və  keçmiş  sovet 

ordusunun  tör-töküntüləri  ilə  üz-üzə  dayanmışdı.  Nəticədə  Azərbaycan 

Respublikası ərazisinin 20 faizi, yəni Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 

daha  yeddi  rayon  -  Laçın,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Qubadlı,  Zəngilan 

rayonları  işğal  olunmuş,  18  mindən  сох  azərbaycanlı  qətlə  yetirilmiş,  20  mindən 

çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuşdur. 4750 adam əsir və 

itkin  düşmüş,  girov  götürülmüşdür.  877  şəhər,  kənd  və  qəsəbə  qarət  edilmiş, 

dağıdılmış  və  yandırılmışdır.  Ermənistan  ərazisindən  və  Azərbaycanın  işğal 

edilmiş bölgəsindən qovulub didərgin salınmış azərbaycanlıların sayı 1 milyondan 

çoxdur. 


Eıməni  təcavüzkarları  işğal  olunmuş  ərazilərdə  Azərbaycanın  mədəni-

tarixi  irsini  təşkil  edən  obyektləri  xüsusi  qəddarlıqla  məhv  etmişlər.  Ələ 

keçirdikləri ərazilərdə onlar vandalizm aktları törədərək, 500-э qədər tarixi və 100-

dən çox arxeoloji abidəni, 22 muzeyi və 4 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 

sarayı qarət etmiş və yandırmış, 44 məbədi və 9 məscidi təhqir etmişlər. Dağıdılan 

və  yandırılan  927  kitabxanada  4,6  milyon  kitab  və  misilsiz  əlyazma  məhv 

edilmişdir. 

XX əsrin əvvəllərində azərbaycanlıların məruz qaldıqları fəlakətlərin əsrin 

sonlarında  yenidən  təkrar  olunmasının  bir  çox  səbəbləri  vardır.  Əlbəttə,  başlıca 

səbəb 1920-ci ildə Azərbaycanda və Ermənistanda sovet hakimiyyətinin qurulması, 

yeni  nəsillərin  saxla  beynəlmiləlçilik  ruhunda  tərbiyə  olunması,  "xalqlar 

dostluğu"nun tərənnüm edilməsi olmuşdur. Azərbaycan xalqının başına  gətirilmiş 

faciələri  unutdurmaq  üçün  sovet  ideoloqları  xalqımızın  xeyirxahlıq,  alicənablıq, 

rəhmdillik,  sülhsevərlik,  düşmənçiliyi  unutmaq  kimi  yüksək  mənəvi 

keyfiyyətlərindən məharətlə istifadə etmişlər. 

Lakin davakar erməni millətçiləri Azərbaycan xalqına nifrət hissini sovet 

hakimiyyəti illərində də  yaddan çıxarmamışlar. Ümumiyyətlə, son yüz ildən artıq 

dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq, Azərbaycan xalqına qarşı 

düşmənçilik  ruhunda  tərbiyə  edilmişdir. Erməni  "alim"lərinin səyləri ilə bölgənin 

tarixi  saxtalaşdırılmış,  ermənilərin  tarixi  şişirdilərək  qədimləşdirilmiş, 

azərbaycanlılara  qarşı  kəskin  mənəvi  təcavüz  kampaniyası  aparılmışdır.  Cənubi 


28 

 

Qafqazda  baş  verən  hadisələr  bilərəkdən  təhrif  edilmiş,  dünya  ictimaiyyətinin 



nəzərində "əzabkeş və məzlum" erməni xalqı obrazı yaradılmışdır. 

Qonşu  dövlətlərə,  о  cümlədən  Azərbaycan  Respublikasına  qarşı  ərazi 

iddialarına  haqq qazandırmaq, bunun vasitəsi  kimi seçdikləri işğalçılıq,  soyqırımı 

və  dövlət  terrorizmi  siyasətini  pərdələmək  üçün  davakar  erməni  millətçiləri  guya 

1915-ci  ildə  ermənilərin  soyqırımına  məruz  qaldıqları  barədə  uydurmalara  rəvac   

vermişlər.   Beləliklə,   təcavüzkar   və   cinayətkar   özünü təcavüzün və cinayətin 

qurbanı  kimi  qələmə  verərək  beynəlxalq  ictimaiyyəti  çaşdırmağa  cəhdlər 

göstərmişdir. Təəssüf ki, Xocalı faciəsi kimi real soyqırımına göz yuman ayrı-ayrı 

dövlətlərin  parlamentləri  bir  sıra  hallarda  yalançı  erməni  təbliğatının  təsiri  altına 

düşərək,  yaxud  siyasi  konyunkturaya  əsaslanaraq  "erməni  soyqırımı"  əfsanəsini 

müzakirə  mövzusuna  çevirmiş,  hətta  bu  barədə  əsassız  və  ədalətsiz  aktlar  qəbul 

etmişlər. 

Davakar  erməni  millətçilərinin  azğın  təbliğat  kampaniyasına  qarşı 

mütəşəkkil  müqavimət  Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 

hakimiyyətə  qayıtdıqdan  sonra  başlanmışdır.  "Azərbaycanlıların  soyqırım 

haqqında"  Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  26  mart  tarixli 

Fərmanı tarixi həqiqətlərin üzə çıxmasına  və öz yerini tutmasına təkan vermişdir. 

Bu  mühüm  sənəddə  tariximizdə  ilk  dəfə  olaraq  azərbaycanlılara  qarşı  törədilmiş 

kütləvi  qırğınların  -  soyqırımlarının  rəsmən  adı  çəkilmiş,  Cənubi  Qafqaz 

miqyasında  xalqımıza  qarşı  aparılmış  etnik  düşmənçilik  siyasətinin  kökləri 

açılmışdır.  "Böyük  Ermənistan"  xülyasını  həyata  keçirməyin  əsas  yolunu  tarix 

boyu  bu  ərazilərin  yerli  sakinləri  olmuş  azərbaycanlıların  məhv  edilməsində, 

köçürülməsində,  onların  tarix  və  mədəniyyət  abidələrinin  dağıdılmasında,  yer 

adlarının  dəyişdirilməsində  görmüş  davakar  erməni  millətçilərinin  mənfur 

fəaliyyətinə siyasi qiymət verilmişdir. Fərmana əsasən 31 mart günü son yüz ildən 

artıq  dövrdə  davakar  erməni  millətçilərinin  xalqımıza  qarşı  törətdikləri 

vəhşiliklərin  qurbanı  olmuş  günahsız  insanların  xatirəsinə  ehtiram  əlaməti  olaraq 

azərbaycanlıların soyqırımı günü elan edilmişdir. 

Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə 

xüsusi  bəyanatlar  və  müraciətlər  qəbul  etmiş,  beynəlxalq  təşkilatlardan,  dünya 

ölkələrinin  parlamentlərindən  və  hökumətlərindən  XIX-XX  əsrlərdə  erməni 

millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı 

cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının  qarşısının   

almaqdan    ötrü    təsirli    beynəlxalq    hüquq  mexanizmlərinin  yaradılması  işini 

tezliklə  başa  çatdırmağı,  azərbaycanlılara  qarşı  yeni  soyqırımı  cinayətlərinə  yol 

verilməməsi  üçün  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  dinc 

yolla  ədalətli  həllinə  kömək  göstərməyi  xahiş  etmişdir.  Milli  Məclisin  müvafiq 

qərarına  əsasən  26  fevral  Xocalı  soyqırımı  günü  elan  edilmiş  və  bu  barədə 

beynəlxalq təşkilatlara məlumat verilmişdir. 


29 

 

Xocalı  şəhidlərinin  xatirəsinin,  əbədiləşdirilməsi  üçün  dövlət  tərəfindən 



bir  sıra  tədbirlər  görülmüşdür.  Bakı  şəhərində,  ölkəmizin  digər  şəhər  və 

rayonlarında  Xocalı  qurbanlarına  abidələr  ucaldılmış,  Xocalı  faciəsi  haqqında 

məlumatlar orta məktəb proqramlarına daxil edilmişdir. 

Məlum 


olduğu  kimi,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsinin  sülh  yolu  ilə  həll  edilməsi  üçün  ATƏT-in  Minsk  qrupunun 

vasitəçiliyi  ilə  danışıqlar  aparılır.  Erməni  tərəfi  sülh  arzusunda  olduğunu 

göstərməyə  çalışsa  da,  münaqişənin  dinc  vasitələrlə  həllini  çətinləşdirən 

bəyanatlara  və  hərəkətlərə  yol  verir,  о  cümlədən  "erməni  soyqırımı"  haqqında 

əfsanənin  daha  çox  ölkədə  yayılmasına  cəhdlər  göstərir.  Xocalı  şəhərində  dinc 

əhaliyə vəhşicəsinə divan tutanların təmizə çıxarılması üçün iddia olunur ki, guya 

Xocalıda erməni hərbçiləri tərəfindən dinc əhaliyə qarşı heç bir zorakılıq əməlinə 

yol  verilməmişdir.  Faciənin  yaraları  hələ  qaysaq  bağlamamış  vəhşilik  əməlini 

unuldurmağa cəhdlər göstərilir. Üzdəniraq təbliğatçıların həyasızlığı ildən-ilə daha 

da  artır,  Xocalı  soyqırımı  haqqında  həqiqətlərin  dünya  birliyinə  çatmasına  yol 

verməmək üçün yeni-yeni yalanlar uydurulur. 

Davakar  erməni  millətçilərinin  və  onların  havadarlarının  Azərbaycan 

xalqına qarşı törədilmiş faciələri, о cümlədən Xocalı soyqırımını ört-basdır etmək 

və  unutdurmaq,  qondarma  "erməni  soyqırımı"nı  qəbul  etdirmək  üçün  beynəlxalq 

miqyasda  apardıqları  təbliğat  kampaniyasının  qarşısının  alınması  sahəsində 

göstərilən  səylərin    artırılması  indiki  dövrün  ən  aktual  vəzifələrindən  biridir.  Bu 

sahədə parlamentin hər bir üzvünün də üzərinə vəzifələr düşür. 

Azərbaycan Respublikasının Milli Məclisi yuxarıda şərh edilənləri nəzərə 

alaraq, qərara alır: 

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına bir vəzifə olaraq 

tapşırılsın  ki,  xarici  ölkələrə  səfərlər  zamanı,  о  cümlədən  beynəlxalq  təşkilatların 

tədbirlərində  iştirak  edərkən  son  yüz  ildə  azərbaycanlıların  məruz  qaldıqları 

soyqırımı  aktları,  о  cümlədən  Xocalı  faciəsi  haqqında  həqiqətlərin  daha  geniş 

yayılmasını  təmin  etsinlər,  bu  məqsədlə  Milli  Məclisin  xarici  ölkələrin 

parlamentləri  ilə  əlaqələr  üzrə  işçi  qruplarının  imkanlarından  dolğun  və  səmərəli 

istifadə etsinlər. 

Ermənistan  Respublikasının  ölkəmizə  silahlı  təcavüzü,  ölkəmizin  Dağlıq 

Qarabağ bölgəsini və ətraf rayonların işğal etməsi gedişində azərbaycanlılara qarşı 

törədilmiş  soyqırım  aktları,  xüsusən  Xocalı  faciəsi  ilə  bağlı  materialların 

toplanılması, öyrənilməsi, ümumiləşdirilməsi və yayılması məqsədi ilə Azərbaycan 

Respublikasının Milli Məclisi yanında informasiya-tədqiqat mərkəzi yaradılsın. 

3.Azərbaycan  Respublikasının  hüquq  mühafizə  orqanlarına  tövsiyə  edilsin  ki, 

Xocalı şəhərində soyqırımı aktının törədilməsində iştirak etmiş şəxslərin hamısının 

müəyyən  edilməsi,  onların  cinayət  məsuliyyətinə  cəlb  olunması  üçün 

görülən tədbirləri gücləndirsinlər. 



30 

 

4.Azərbaycan  Respublikasının  müvafiq  dövlət  və  qeyri-dövlət  qurumlarına,  о 



cümlədən qeyri-hökumət təşkilatlarına tövsiyə edilsin ki, Ermənistan-Azərbaycan, 

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların geniş yayılması, yalançı erməni 

təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər. 

Oqtay  Əsədov,Azərbaycan  Respublikası  Milli  Məclisinin  sədri,  Bakı 

şəhəri, 27 fevral 2007-ci il.  


Yüklə 434,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin