Beynəlxalq aktlar, normative sənədlər, müraciət və şərhlər toplusu


Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası



Yüklə 434,4 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix07.09.2017
ölçüsü434,4 Kb.
#29224
1   2   3   4   5   6

 

Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar Azərbaycan Respublikası 

Milli Məclisinin Bəyanatı 

 

Bu  il  fevralın  26-da  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsindəki  Xocalı 

şəhərində  azərbaycanlıların  soyqırımının  15  ili  tamam  olur.  Bu  hüznlü  günlərdə 

Azərbaycan  xalqı  davakar  erməni  millətçilərinin  vəhşiliyinin  qurbanı  olmuş 

günahsız insanların əziz xatirəsini ehtiramla yad edir. 

Xocalı  Azərbaycan  xalqı  üçün  qəddarlıq  və  cəzasızlıq  rəmzinə 

çevrilmişdir. Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır 

cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Lidice, Babi Yar kimi dəhşətli faciələri 

ilə bir sırada dayanır. 

Xocalı  soyqırımı  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  bölgəsini 

zəbt  etmək  məqsədi  ilə  Ermənistan  Respublikasının  apardığı  işğalçılıq 

müharibəsinin  gedişində  dinc  azərbaycanlı  əhaliyə  qarşı  törədilmiş  soyqırımı 

cinayətlərinin  miqyasına  görə  ən  dəhşətlisidir.  Bundan  əvvəl  azərbaycanlılar 

yaşayan  İmarət  Qərvənd,  Tuğ,  Səlakətin,  Axullu,  Xocavənd,  Cəmilli,  Nəbilər, 

Meşəli,  Həsənabad,  Kərkicahan,  Qaybalı,  Malıbəyli,  Yuxarı  və  Aşağı  Quşçular, 

Qaradağlı  kəndlərinin  işğalı  zamanı  həmin  yaşayış  məntəqələri  əhalisinin  bir 

hissəsi xüsusi amansızlıqla qətlə yetirilmişdi. 

Dağlıq  Qarabağda  Şuşadan  sonra  azərbaycanlıların  yaşadıqları  ikinci 

böyük  yaşayış  məntəqəsi  olan  Xocalı  Ermənistan  hərbi  birləşmələrinin  növbəti 

hədəfi idi. Şəhərdə 7 min nəfərədək adam yaşayırdı. 

Ermənistan  Respublikasındakı  ata-baba  torpaqlarından  zorla  qovulub 

didərgin  salınmış  azərbaycanlıların  bir  hissəsi  və  1989-cu  ildə  Fərqanədən 

qovulmuş məhsəti türklərinin 54 ailəsi də burada məskunlaşmışdı. 

Xocalı şəhərinin yer üzündən silinməsi və əhalisinin kütləvi surətdə qətlə 

yetirilməsi  planı  qabaqcadan  hazırlanmışdı.  Davakar  erməni  millətçiləri  kütləvi 

informasiya vasitələrində,   mitinqlərdə  azərbaycanlıların   kütləvi   məhvini təşkil 

etməyə çağırışlar edirdilər. 

1991-ci  ilin  noyabr  ayından  şəhər  blokadaya  alınmışdı;  Xocalının  xarici 

aləmlə əlaqəsi ancaq radiotelefon və mülki vertolyotlar vasitəsilə həyata keçirilirdi. 

1992-ci  il  yanvarın  28-də  "Azərbaycan  Hava  Yolları"  Dövlət  Konserninə  məxsus 

Mİ-8 markalı mülki vertolyot Dağlıq Qarabağ səmasında erməni hərbi birləşmələri 

tərəfindən vurulmuş, vertolyotun sərnişinləri olan 47 azərbaycanlı həlak olmuşdu. 



31 

 

Bundan  sonra  şəhərlə  hava  əlaqəsi  də  kəsilmişdi.  Yanvarın  2-dən  şəhərə  elektrik 



enerjisi  verilməsinin  qarşısı  alınmışdı.  Şəhəri  yalnız  atıcı  silahları  olan  yerli 

özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika 

ilə  təchiz  edilmiş,  əvvəlcədən  xüsusi  hazırlıq  keçmiş  silahlı  birləşmələrə 

müqavimət göstərməyə qadir deyildilər. 

Fevralın  ikinci  yarısından  başlayaraq  Xocalı  Ermənistan  silahlı 

birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında 

və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı. 

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalıya  hücum  başlandı. 

Hücumda  Ermənistan  Respublikasının  hərbi  birləşmələri,  Dağlıq  Qarabağdakı 

erməni  terrorçu  dəstələri  və  keçmiş  sovet  ordusunun  Xankəndidə  yerləşən  366-cı 

motoatıcı  alayı iştirak edirdi.  Heç bir hərbi zərurət  olmadan şəhər bir  neçə  saatın 

içərisində  yerlə-yeksan  edildi.  Xocalı  sakini  olan  613  nəfər  dinc  azərbaycanlı,  о 

cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürüldü. 8 ailə bütünlüklə məhv edildi. 

487  nəfər  Şikəst  edildi.  1275  sakin  -  qocalar,  uşaqlar,  qadınlar  girov  götürülərək 

ağlasığmaz  təhqirlərə,  zülmə  və  həqarətə  məruz  qaldılar.  Girov  götürülənlərdən 

150  nəfərin,  о  cümlədən  68  qadının  və  26  uşağın  taleyi  bu  günədək  məlum 

deyildir. 

Beləliklə,  son  yüz  ildən  artıq  dövrdə  erməni  xalqının  bir  neçə  nəslinin 

milli müstəsnalıq, Azərbaycan xalqına qarşı düşmənçilik ruhunda tərbiyə edilməsi 

nəticə  etibarilə  XX  əsrin  sonlarında  sivil  dünyanın  gözü  qarşısında  Xocalı 

soyqırımı kimi qanlı faciənin baş verməsinə gətirilə çıxarmışdır. 

Xocalı  şəhərində  törədilmiş  müdhiş  cinayətlərin  xarakteri  və  miqyası  bu 

soyqırımı  aktının  BMT  Baş  Məclisinin  1948-ci  il  9  dekabr  tarixli  260  (III)  saylı 

qətnaməsi  ilə  qəbul  edilmiş  "Soyqırımı  cinayətinin  qarşısının  alınması  və 

cəzalandırılması  haqqında"    Konvensiyada    ifadə    olunmuş    tərifə    tam    uyğun 

gəldiyini  sübut  edir.  Qabaqcadan  planlaşdırılmış  kütləvi  və  amansız  qırğın  aktı  

həmin  ərazidə  yaşayan  insanları    məhz  azərbaycanlı  olduqlarına  görə  tamamilə 

məhv  etmək  niyyəti  ilə  törədilmişdir.  Azğınlaşmış  cəlladlar  insanların  başlarının 

dərisini  soymuş,  müxtəlif əzalarını  kəsmiş,  кörpə  uşaqların gözlərini   çıxarmış,   

hamilə   qadınların   qarınlarını   yarmış, adamları diri-diri torpağa basdırmış və ya 

yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq 

istəyən  insanlara  aman    verilməmiş,  dinc  sakinləri    yollarda,  meşələrdə  pusqu 

quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Məlum olduğu kimi, 

məhdud  coğrafi  zonada  oxşar    əməllərin        törədilməsi       keçmiş        Yuqoslaviya    

üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edilmişdir 

Xocalı  şəhərinə  hücum  əməliyyatına  366-cı  alayın  zabitləri  Seyran  Ohanyan 

(hazırda - işğal edilmiş Dağlıq Qarabağ   bölgəsində   Ermənistan   Rcspublikasının   

yaratdığı  oyuncaq  qurumun  "müdafiə  naziri"),  Yevgeni  Nabokix,  Valeri  Citcyan   

rəhbərlik   etmişlər.   Dinc   əhaliyə   qarşı   soyqırımı cinayətlərində fəal iştirak 


32 

 

etmiş alayın hərbi qulluqçularının, habelə digər şəxslərin bir qisminin adları bu gün 



Azərbaycan tərəfinə məlumdur. 

Xocalı  şəhərində  hərbi  əməliyyatdan  sonra  366-cı  alayın  cinayətdə 

iştirakının  izlərini  itirmək  üçün  alay  tələm-tələsik  Dağlıq  Qarabağdan  çıxarılıb 

Gürcüstana  aparılmış,  bu  zaman  hərbi  texnikanın  böyük  hissəsi  erməni 

birləşmələrinə  təhvil  verilmiş  və  azərbaycanlı  əhaliyə  qarşı  sonrakı  cinayət 

əməllərində istifadə edilmişdir. 

Xocalı  sakinlərinə  qarşı  soyqırımı  aktı  Dağlıq  Qarabağ  bölgəsinin  işğalı 

zamanı  Ermənistan  Respublikasının  həyata  keçirdiyi  etnik  təmizləmə  siyasətinin 

yeni bir  mərhələsini təşkil etmişdir. Bu dəhşətli cinayət  əməlinin  məqsədi doğma 

torpağının  müdafiəsinə  qalxmış  dinc  əhalini  qorxudub  onun  mübarizə  əzmini 

qırmaq,  eyni  zamanda,  ölkədə  siyasi  vəziyyəti  qarışdıraraq  Azərbaycan 

torpaqlarının  işğalını  asanlaşdırmaq  olmuşdur.  Bununla  birlikdə,  bəzi  xarici 

dövlətlərdən böyük miqdarda hərbi yardım alan Ermənistan Respublikasının silahlı 

qüvvələri  Xocalı  faciəsindən  sonra  tezliklə  özünə  gələ  bilməyən  Azərbaycanın 

Dağlıq  Qarabağ  bölgəsinin  işğalını  qısa  müddətdə  başa  çatdırmış  və  ətraf 

rayonların zəbt edilməsi planlarının icrasına başlamışdır. 

Xocalı  şəhərində  dinc  əhaliyə  vəhşicəsinə  divan  tutmuş  erməni 

hərbçilərini  və  onların  havadarlarını  təmizə  çıxarmaq  üçün  aparılan  təbliğat 

kampaniyası bu gün də ara vemir. İddia olunur ki, guya Xocalıya hücum şəhərdəki 

"atəş  nöqtələri"ni  məhv  etmək  məqsədi  ilə  həyata  keçirilmiş,  bu  zaman  dinc 

əhaliyə qarşı heç bir zorakılıq əməlinə yol verilməmişdir. Üzdəniraq təbliğatçıların 

dediklərindən az qala belə çıxır ki, guya Xocalıda azərbaycanlılar bir-birini, sonra 

da  özlərini işgəncə ilə qətlə  yetirmişlər. Bəzən onların  həyasızlığı elə  həddə  çatır 

ki,  Xocalı  şəhərində  lentə  alınmış  və  ya  təsvirləri  götürülmüş  qanlı  qırğın 

səhnələrini  beynəlxalq  ictimaiyyətə  azərbaycanlıların  ermənilərə  qarşı  cinayət 

əməlləri kimi təqdim edirlər. 

Yalançı  erməni  təbliğatının  miqyası  ildən-ilə  daha  da  genişləndirilir. 

Erməni millətçiləri qonşu dövlətlərə, о cümlədən Azərbaycan Respublikasına qarşı 

ərazi  iddialarına  haqq  qazandırmaq,  bunun  vasitəsi  kimi  seçdikləri  işğalçılıq, 

soyqırımı  və  dövlət  terrorizmi  siyasətini  pərdələmək  üçün  hər  vasitədən  istifadə 

edərək,  guya  1915-ci  ildə  ermənilərin  soyqırımına  məruz  qaldıqları  barədə 

uydurmaların beynəlxalq səviyyədə qəbul olunmasına cəhdlər göstərirlər. Həm də 

bu cəhdlər bir sıra hallarda müəlliflərinə çirkli siyasi "dividendlər" gətirir. Xocalı 

faciəsi kimi real soyqırımı aktına göz yuman ауrı-ayrı dövlətlərin parlamentlərinin 

təsir  altına  düşərək,  yaxud  siyasi  konyunkturaya  asaslanaraq  "erməni  soyqırımı" 

əfsanəsini  müzakirə  mövzusuna  çevirməsi,  hətta  bu  barədə  əsassız  və  ədalətsiz 

aktlar qəbul etməsi yalnız təəssüf hissi doğurur. 

Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Xocalı soyqırımı 

unudulmamalı,  dünya  birliyi  tərəfindən  beynəlxalq  hüquqi  qiymətini  almalıdır. 


33 

 

Faciənin ideoloqları, təşkilatçıları və icraçıları yaxalanaraq layiq olduqları cəzalara 



çatdırılmalıdırlar. 

Azərbaycan Respublikasının Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, 

Avropada  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatına,  Avropa  Şurasına,  Avropa 

İttifaqına,  İslam  Konfransı  Təşkilatına,  Müstəqil  Dövlətlər  Birliyinə,  digər 

beynəlxalq  təşkilatlara,  dünya  ölkələrinin  parlamentlərinə  və  hökumətlərinə 

müraciət edir ki, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş 

Xocalı  soyqırımını  tanısınlar  və  pisləsinlər,  gələcəkdə  bu  cür  cinayətlərin  baş 

verməsinin  qarşısını  almaq  üçün  təsirli  tədbirlər  görsünlər,  Ermənistan- 

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq  hüququn  hamılıqla  qəbul 

olunmuş  norma  və  prinsiplərinə,  xüsusən  onların  arasında  təməl  rolunu  oynayan 

dövlətlərin  ərazi  bütövlüyü  prinsipinə  əsasən  sülh  yolu  ilə  həllinə  kömək 

göstərsinlər. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycanın  işğal  olunmuş 

ərazilərinin  dərhal  və  qeyd  şərtsiz  azad  edilməsi  barədə  BMT  Təhlükəsizlik 

Şurasının  1993-cü  ildə  qəbul  etdiyi  822,  853,  874  və  884  nömrəli  qətnamələrin 

həyata  keçirilməsini  tələb  edərək,  ATƏT-in  Budapest,  Lissabon  və  İstanbul 

sammitlərinin  qərarları  və  yekun  sənədləri,  Avropa  Şurası  Parlament 

Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həll 

etməyə çağırır. Azərbaycan parlamenti erməni tərəfini sülh prosesində konstruktiv 

mövqe  tutmağa,  silahlı  qüvvələrini  işğal  olunmuş  torpaqlardan  geri  çəkməyə, 

Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanımağa çağırır. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  Azərbaycan  xalqının  suveren 

iradəsini  ifadə  edərək  bir  daha  bildirir  ki,  Azərbaycan  Respublikası  öz  ərazisinin 

bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının quldurcasına zəbt 

edilməsinə  və  qoparılmasına  heç  zaman  razı  ola  bilməz  və  mövcud  imkanların 

hamısından  istifadə  edərək  ərazi  bütövlüyünün  bərpasını  təmin  edəcək,  Xocalı 

faciəsinin  əsl  beynəlxalq  hüquqi  siyasi  qiymət  almasına,  onun  ideoloqlarının, 

təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır. 

Bəyanat  Azərbaycan  Respublikası  Milli  Məclisinin  2007-ci  il  27  fevral 

tarixli iclasında qəbul edilmişdir. 

 

Azərbaycan Respublikası Xarici İşlər  

Nazirliyinin Bəyanatı 

 

1992-ci  ilin  fevral  ayının  26-ı  müasir  Azərbaycan  tarixinə  faciəli  və 

dəhşətli  səhifələrdən  biri  kimi  daxil  olmuşdur.  Məhz  həmin  gün  Azərbaycanın 

erməni separatçılarının nəzarəti altında olan Dağlıq Qarabağ regionundakı hissələri 

azərbaycanlılardan ibarət Xocalı şəhərinin dinc əhalisinə qarşı xüsusi amansızlıqla 

kütləvi  terror  aktı  həyata  keçirmiş  və  nəticədə  şəhər  tamamilə  yandırılmış,  mülki 

əhali isə amansız vəhşiliklə məhv edilmişdir. 


34 

 

Нələ  ötən  əsrin  əvvəllərində  ermənilərin  soyqırım  siyasətinin  hədəfinə 



çevrilmiş  Azərbaycan  xalqı  1918-ci  ilin  mart  ayında  Bakıda,  Şamaxıda, 

Qarabağda,  Naxçıvanda,  Zəngəzurda  və  Azərbaycanın  başqa  əyalətlərində 

törədilmiş qırğınların, qanlı faciələrin qurbanı olmuşdur. 

1992-ci il, fevralın 25-dən 26-a keçən gecə işə erməni silahlı birləşmələri, 

keçmiş  SSRİ-уə  məxsus  olan  və  о  dövrdə  Dağlıq  Qarabağın  Xankəndi 

(Stepanakert)  şəhərində  yerləşən  366-cı  alayın  bilavasitə  iştirakı  ilə  yeddi  min 

nəfərə  qədər  azərbaycanlı  əhalinin  yaşadığı  Xocalı  şəhərinə  beş  istiqamətdən 

hücum  etdilər.  Ermənilər  366-cı  alaya  məxsus  ağır  hərbi  texnikanın  köməyilə 

Xocalı şəhərini yerlə-yeksan etdilər. Dinc mülki əhali-qadınlar, uşaqlar, qocalar və 

xəstələr ağlasığmaz vəhşiliklə qətlə yetirildi. Ermənilər XX əsrin ən dəhşətli tarixi 

cinayətlərindən bin olan Xocalı soyqırımı törətdilər. 

Onların  Azərbaycan  xalqına  qarşı  törətdikləri  bu  növbəti  soyqırım  aktı 

nəticəsində 613 nəfər mülki əhali məhv edilmiş, 1275 nəfər girov götürülmüşdür. 

Faciə  nəticəsində  mindən  artıq  dinc  sakin  müxtəlif  dərəcəli  güllə  yarası  alaraq 

şikəst  olmuşdur.  Qətlə  yetirilənlərin  106  nəfəri  qadın,  83  nəfəri  azyaşlı  uşaq,  70 

nəfəri ahıl qocalar olmuşdur. 

XX əsrin sonunda sivil dünyanın insan hüquqlarının aliliyinin qorunduğu 

bir  vaxtda  erməni  vəhşiliyinin  nəticəsi  olan  Xocalı  soyqırımına  dünya 

ictimaiyyətinin  və  beynəlxalq  təşkilatların  diqqətini  cəlb  etmək  istiqamətində 

Azərbaycan  Respublikasının  Xarici  Siyasət  İdarəsi  və  səfirlikləri  tərəfindən  də 

mütəmadi olaraq tədbirlər həyata keçirilir. 

İlk növbədə, aparılan işlər nəticəsində beynəlxalq ictimaiyyət Ermənistan-

Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  və  ermənilərin  törətdikləri  vəhşiliklər 

barədə  daha  geniş  məlumatlandırılmışdır.  Ölkəmizin  xarici  dövlətlərdə  yerləşən 

bütün  səfirlikləri  tərəfindən  Xocalı  soyqırımının  dəhşətlərini  həmin  ölkələrin 

ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra təbliğat xarakterli tədbirlər həyata 

keçirilmişdir.  Eyni  zamanda,  dünyanın  müxtəlif  şəhərlərində  məskunlaşmış 

azərbaycanlı  icmaları  da  bu  mühüm  əhəmiyyət  kəsb  edən  təbliğat  işlərinə  fəal 

qoşulmuş,  bir  sıra  təşəbbüslər  həyata  keçirmişlər.  Bu  növ  tədbirlərin  həyata 

keçirilməsində  əsas  məqsəd  isə,  cəzalandırılmamış  cinayət  aktlarının  yeni 

cinayətlərə  yol  açdığını  nəzərə  alaraq,  Azərbaycan  xalqına  qarşı  törədilmiş  bu 

qırğınların təkrar olunmasının qarşısını almaqdır. 

Bakı, 02 mart 2006-cı il.  

 

 



 

35 

 

Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın  



Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı  

siyasətinin tərkib hissəsidir 

 

Azərbaycan  Milli  Elmlər  Akademiyası  İnsan  Hüquqları  İnstitutunun 

Ekspert Komissiyasının  

QƏTNAMƏSİ: 

Bakı,  24  fevral  2000-ci  il:  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ 

münaqişəsi  dövründə  Azərbaycan  xalqına  qarşı  həyata  keçirilmiş  ən  dəhşətli 

cinayətlərdən  biri  1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  Azərbaycanın 

Dağlıq  Qarabağ  bölgəsindəki  Xocalı  şəhərində  ermənilərin  törətdiyi  tarixdə 

insanlığa qarşı görünməmiş vəhşilikdir. Bir gecənin içində yüzlərlə günahsız insan 

xüsusi  qəddarlıqla  məhv  edilib.  Xocalı  şəhərinin  işğalının  faciəli  nəticələri 

bunlardır:  613  nəfər,  о  cümlədən  106  qadın  və  63  uşaq  qətlə  yetirilib,  487  nəfər 

şikəst olub, 1275 adam əsir götürülüb, 150 nəfər itkin düşüb, şəhərin özü isə yerlə-

yeksan  edilib.  Bu  faciənin  nəticəsində  onlarca  uşaq,  qadın  və  qoca  güllələnib. 

Ermənistanın  silahlı  qüvvələri  və  muzdlular  bütöv  ailələri  məhv  edilə,  insanları 

amansızcasına  qətlə  yetirmişlər:  adamların  dərisi  soyulub,  qulaqları  kəsilib  və 

başlarının dərisi soyulub çıxarılmışdır. 

1.  Xocalı  soyqırımının  beynəlxalq  cinayət  kimi  səciyyəsi:  Soyqırımın 

hüquqi  məzmunu  BMT  Baş  Məclisinin  9  dekabr  1948-ci  il  tarixli  260  (III)  saylı 

qətnaməsi  ilə  qəbul  edilmiş  soyqırımı  cinayətinin  qarşısının  alınması  və 

cəzalandırılması haqqında Konvensiya ilə müəyyən olunmuşdur və hər hansı milli, 

etnik,  irqi,  yaxud  dini  qrupu  tam  və    ya    qismən      məhv      etmək    məqsədilə   

törədilən   aşağıdakı hərəkətlərdən ibarətdir: 

-bu cür qrup üzvlərinin öldürülməsi; 

-belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi

-hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan 

həyat şəraiti yaradılması; 

-bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; 

-uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. 

Soyqırımı  cinayəti  üçün  xüsusi  niyyətin  olması  zəruri  ünsür  sayılır.  Bu, 

soyqırımı  cinayətini  obyektiv  cəhətinə  görə  oxşar  beynəlxalq  cinayətlərdən 

fərqləndirir.  Soyqırımı  cinayətini  təşkil  edən  əməllərdən  hər  biri  öz  xarakterinə 

görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir 

halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin 

əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi 

əməlin  soyqmmı  kimi  tövsifi  üçün  kifayət  deyildir.  Burada  cinayətkarın  fikrinin 

xüsusi  istiqamətini  və  ya  əməlin  neqativ  nəticələri  ilə  bağlı  əvvəlcədən  mövcud 

olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur. 


36 

 

Qabaqcadan  xüsusi  olaraq  düzəldilmiş  pusqulardan  qaçıb  canını 



qurtarmaq  istəyən  azərbaycanlı  mülki  əhalinin  avtomat,  pulemyot  və  başqa 

silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. 

Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz 

faktdır. 

Soyqırımı  cinayətini  təhlil  edərkən  onun  üç  əsas  ünsürünün  mövcud 

olması aydınlaşır: 

-tanınan milli, etnik, irqi və ya dini qrupun olması; 

-bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); 

-tanınan  qrupla  bağlı  soyqmmı  hərəkətlərindon  hər  hansı  birinin  törədilməsi 

(actusreus). 

Deməli,  soyqırımı  aktı  hökmən  milli,  etnik,  irqi  və  ya  dini  qrupa  qarşı 

yönəlməlidir. Başqa qrupa, məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür 

hərəkətlər soyqırımı kimi qiymətlondirilə bilməz. 

"Soyqırımı"  anlayışı  qadağan  olunmuş  əməlin  ümumi  nəticələrinə  dair 

konkret niyyətin olmasını tələb edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi 

niyyot özündə bir neçə cəhəti birləşdirir: 

-niyyət,  təsadüfi,  bu  və  ya  digər  konkret  qrupa  məxsus  olan  bir,  yaxud  bir  neçə 

şəxsin  deyil,  qrupun  məhv  edilməsindən  ibarət  olmalıdır.  Fərdin  şəxsiyyət  yox, 

məhz  müəyyən  qrupa  mənsubluğu  soyqırımı  qurbanlarını  təyin  etmək  üçün 

həlledici meyardır; 

-niyyət,  özü-özlüyündə,  başqasından  fərqlənən  bir  qrupun  məhv  edilməsindən 

ibarət  olmalıdır.  Soyqırımı  bütüv  insan  qrupunun  mövcudluğu  hüququnu 

tanımaqdan  imtinadır.  Adamöldürmə  (hemosid)  isə  ayrı-ayrı  insan  varlıqlarının 

yaşamaq  hüququnu  tanımaqdan  imtina  kimi  səciyyələnir.  Deməli,  actus  reus 

(qadağan  olunmuş  əməl)  bir  adamla  məhdudlaşa  bilər,  lakin  mens  rea  (niyyət) 

qrupun mövcudluğu əleyhinə yönəlməlidir; 

niyyət qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır; 

-niyyət  məhz,  milli,  etnik,  irqi  və  ya  dini  qruplardan  birinin  məhv  edilməsindən 

ibarət olmalıdır. 

Soyqırımı  cinayətinə  görə  məsuliyyətin  ortaya  çıxması  üçün  müəyyən 

qrupun  tamamilə  və  ya  qismən  məhv  edilməsindən  ibarət  son  nəticənin  əldə 

olunması  tələb  kimi  qoyulmur.  Bunun  üçün  həmin  cinayətin  obyektiv  cəhətini 

təşkil edən əməllərdən hər hansı birinin  müəyyən  qrupun tamamilə və  ya  qismən 

məhv edilməsi niyyəti ilə törədilməsi kifayətdir. 

Soyqırımı  cinayətinin  obyektiv  cəhətinə  aid  olan  məhvetmə  anlayışı 

qrupun ən müxtəlif vasitələrlə cismən məhv olunmasını bildirir. 



"Barcelona  Traction  Case"  işi  üzrə  qərarında  BMT-nin  Beynəlxalq 

Məhkəməsi soyqırımı aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes 

öhdəliklər  adlandırmışdır.  Beynəlxalq  Məhkəmə  soyqırımı  cinayətinin  qarşısının 

alınması  və  cəzalandırılması  haqqında  Konvensiyanın  əsasında  duran  prinsipləri 



37 

 

beynəlxalq  adət  hüququnun  bir  hissəsi,  bütün  dövlətlər  üçün  məcburi  xarakter 



daşıyan normalar kimi tanımışdır. 

II.  Xocalı  soyqırımının  beynəlxalq  cinayət  kimi  tanınması  üçün  əsas  verən 

hüquqi sənədlər 

1.BMT  Baş  Məclisinin  9  dekabr  1948-ci  il  tarixli  260  (III)  saylı  qətnaməsi  ilə 

qəbul  edilmiş  Soyqırımı  Cinayətinin  Qarşısının  Alınması  və  Cəzalandırılması 

Haqqında Konvensiya. 

2.Nürnberq  Hərbi  Tribunalının  Nizamnaməsi  (Nizamnamədə  birbaşa  soyqırımı 

cinayəti  göstərilməsə  də,  həmin  cinayəti  təşkil  edən  əməllər  insanlıq  əleyhinə 

cinayətlər və müharibə cinayətləri kimi nəzərdə tutulmuşdur). 

3.Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4), 

4.Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad.l). 

5.Beynəlxalq Cinayət Məhkəməsinin Statutu (mad. 6). 

6.Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103). 

7.Azərbaycan 

Respublikası 

Prezidentinin 

"Azərbaycanlıların  soyqırımı 

haqqında" 26 mart 1998-ci il tarixli fərmanı. 



III. 

Xocalı soyqırımınm beynəlxalq hüquqi nəticələri

Beynəlxalq 

hüquq 

soyqırımı 



cinayəti 

ilə 


əlaqədar 

maşağıdakıları 

müəyyənləşdirmişdir: 

1.Soyqırımı  cinayəti  törətmiş  şəxslərin  cinayət  mühakiməsi  və  cəzalandırılması 

labüddür. 

2.Soyqırımı  cinayətinin  təkcə  icraçıları  deyil,  soyqırımı  törətməyə  sui-qəsd, 

soyqırımına  birbaşa  və  açıq  təhrikçilik,  soyqırımda  iştirak  etmək  də  cinayət 

məsuliyyəti doğurur. 

3.Soyqırımı  cinayəti  törətmiş  şəxslərə  universal  yurisdiksiya  prinsipi  tətbiq 

olunmalıdır. 

4.Soyqırımı  cinayətini  törətməkdə  əmrin  icrasına  istinad,  şəxsi  cinayət 

məsuliyyətindən azad etmir. 

5.Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə 

görə rəhbər şəxs məsuliyyət daşıyır. 

6.Soyqırımı  cinayətlərinə  cinayət  məsuliyyətinə  cəlbetmə  müddətləri  tətbiq 

edilmir. 

7.Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. 

8.Soyqırımı  cinayətini  törətmiş  şəxslər  cinayət  məsuliyyətinə  cəlb  edilməsi  üçün 

tələb edən dövlətə verilməlidir. 

Beləliklə,  ermanilər  tərəfindən  Xocalı  əhalisi  olan  etnik  azərbaycanlılara 

qarşı  törədilmiş  bütün  əməllər  beynəlxalq  hüquq  sənədlərinə  uyğun  olaraq 

soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq prinsiplərinə görə bəşəriyyətə 

qarşı cinayət sayılır. 

Rövşən  Mustafayev,  siyasi  elmlər  doktoru,  Ekspert  Komissiyasının 

rəhbəri, AMEA İnsan Hüquqlan İnstitutunun direktoru.  


38 

 


Yüklə 434,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin