Beynəlxalq aktlar, normative sənədlər, müraciət və şərhlər toplusu


"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan



Yüklə 434,4 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix07.09.2017
ölçüsü434,4 Kb.
#29224
1   2   3   4   5   6

"Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan   

Respublikası Prezidentinin Fərmanı 

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi 



keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli 

saxlanılan,  üzərinə  qadağa  qoyulmuş  həqiqətlər  açılır,  təhrif  edilmiş  hadisələr 

özünün əsl qiymətini alır. 

Azərbaycan  xalqına  qarşı  dəfələrlə  törədilmiş  və  uzun  illərdən  bəri  öz 

siyasi-hüquqi  qiymətini  almamış  soyqırımı  da  tarixin  açılmamış  səhifələrindən 

biridir. 

1813-cü  və  1828-ci  illərdə  imzalanan  Gülüstan  və  Türkmənçay 

müqavilələri  Azərbaycan  xalqının  parçalanmasının,  tarixi  torpaqlarımızın 

bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi 

onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək 



10 

 

ermənilərin  kütləvi  surətdə  Azərbaycan  torpaqlarına  köçürülməsi  həyata  keçirildi. 



Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi. 

İrəvan,  Naxçıvan  və  Qarabağ  xanlıqlarının  ərazilərində  məskunlaşdırılan 

ermənilər  orada  yaşayan  azərbaycanlılarla  müqayisədə  azlıq  təşkil  etmələrinə 

baxmayaraq  öz  havadarlarının  himayəsi  altında  «Erməni  vilayəti»  adlandırılan 

inziləati bölgünün  yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü  ilə, əslində, 

azərbaycanlıların  öz  torpaqlarından  qovulması  və  məhv  edilməsi  siyasətinin 

bünövrəsi  qoyuldu.  «Böyük  Ermənistan»  ideyaları  təbliğ  olunmağa  başlandı.  Bu 

uydurma  dövlətin  Azərbaycan  torpaqlarında  yaradılmasına  «bəraət  qazandırmaq 

məqsədi ilə» erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı 

proqramlar  reallaşdırıldı.  Azərbaycanın  və  ümumən  Qafqazın  tarixinin  təhrif 

olunması  həmin  proqramların  mühüm  tərkib  hissəsini  təşkil  edirdi.  «Böyük 

Ermənistan»  yaratmaq  xülyasından  ruhlanan  erməni  qəsbkarları  1905-1907-ci 

illərdə  azərbaycanlılara  qarşı  açıq  şəkildə  geniş  miqyaslı  qanlı  aksiyalar  həyata 

keçirdilər.  Ermənilərin  Bakıdan  başlanan  vəhşilikləri  Azərbaycanı  və  indiki 

Ermənistan  ərazisindəki  Azərbaycan  kəndlərini  əhatə  etdi.  Yüzlərlə  yaşayış 

məntəqəsi  dağıdılıb  yerlə  yeksan  edildi,  minlərlə  azərbaycanlı  vəhşicəsinə  qətlə 

yetirildi.  Bu  hadisələrin  təşkilatçıları  məsələnin  mahiyyətinin  açılmasına,  ona 

düzgün  hüquqi-siyasi  qiymət  verilməsinə  maneçilik  törədərək  azərbaycanlıların 

mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər. 

Birinci  dünya  müharibəsi,  Rusiyada  baş  vermiş  1917-ci  il  fevral  və 

oktyabr  çevrilişlərindən  məharətlə  istifadə  edən  ermənilər  öz  iddialarını  bolşevik 

bayrağı  altında  reallaşdırmağa  nail  oldular.  1918-ci  ilin  mart  ayından  etibarən 

əksinqilabçı  ünsürlərlə  mübarizə  şüarı  altında  Bakı  Kommunası  tərəfindən 

ümumən  Bakı  quberniyasını  azərbaycanlılardan  təmizləmək  məqsədi  güdən 

mənfur plan həyata keçirilməyə başlandı. 

Həmin  günlərdə  ermənilərin  törətdikləri  cinayətlər  Azərbaycan  xalqının 

yaddaşına  əbədi  həkk  olunmuşdur.  Minlərlə  dinc  azərbaycanlı  əhali  yalnız  milli 

mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-

diri  yandırmışlar.  Milli  memarlıq  incilərini,  məktəbləri,  xəstəxanaları,  məscid  və 

digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. 

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, 

Zəngəzurda, Naxçıvanda, Lənkəranda və  Azərbaycanın başqa bölgələrində xüsusi 

qəddarlıqlarla  həyata  keçirilmişdir.  Bu  ərazilərdə  dinc  əhali  kütləvi  surətdə  qətlə 

yetirilmiş,  kəndlər  yandırılmış,  milli  mədəniyyət  abidələri  dağıdılıb  məhv 

edilmişdir. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  yarandıqdan  sonra  1918-ci  ilin  mart 

hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu 

faciənin  tədqiqi  məqsədi  ilə  Fövqəladə  İstintaq  Komissiyasının  yaradılması 

haqqında  qərar  qəbul  etdi.  Komissiya  mart  soyqırımını,  ilkin  mərhələdə 

Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır 



11 

 

cinayətləri  araşdırdı.  Dünya  ictimaiyyətinə  bu  həqiqətləri  çatdırmaq  üçün  Xarici 



İşlər Nazirliyi nəzdində  xüsusi qurum  yaradıldı.  1919 və  1920-ci  ilin  mart ayının 

31-i  iki  dəfə  Azərbaycan  Xalq  Cümhuriyyəti  tərəfindən  ümummilli  matəm  günü 

kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir 

əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə  siyasi 

qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin 

başa çatmasına imkan vermədi. 

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən 

ermənilər  1920-ci  ildə  Zəngəzuru  və  Azərbaycanın  bir  sıra  digər  torpaqlarını 

Ermənistan  SSR-in  ərazisi  elan  etdilər.  Sonrakı  dövrdə  bu  ərazilərdəki 

azərbaycanlıların deportasiya  edilməsi siyasətini daha da  genişləndirmək məqsədi 

ilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 

1947-ci  il  «Ermənistan  SSR-dən  kolxozçuların  və  başqa  azərbaycanlı  əhalinin 

Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 

1948-1953-cü  illərdə  azərbaycanlıların  öz  tarixi  torpaqlarından  kütləvi  surətdə 

deportasiyasına dövlət səviyyəsində nail oldular. 

Erməni  millətçiləri  öz  havadarlarının  köməyi  ilə  50-ci  illərdən  etibarən 

Azərbaycan  xalqına  qarşı  kəskin  mənəvi  təcavüz  kampaniyasına  başladılar. 

Keçmiş  sovet  məkanında  müntəzəm  şəkildə  yayılan  kitab,  jurnal  və  qəzetlərdə 

milli  mədəniyyətimizin,  klassik  irsimizin,  memarlıq  abidələrimizin  ən  nəfis    

nümunələrinin    erməni    xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni 

zamanda  onlar  tərəfindən  bütün  dünyada  azərbaycanlıların  mənfi  obrazını 

formalaşdırmaq cəhdləri də güclənirdi.  «Yazıq, məzlum erməni xalqı»nın surətini 

yaradaraq  əsrin  əvvəllərində  regionda  baş  verən  hadisələr  şüurlu  surətdə  təhrif 

olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə 

verilirdi. 

Əsrin  əvvəllərində  əksər  əhalisi  azərbaycanlı  olan  İrəvan  şəhərindən  və 

Ermənistan  SSR-in  digər  bölgələrindən  soydaşlarımız  təqilələrə  məruz  qalaraq 

kütləvi  surətdə  qovulur.  Azərbaycanlıların  hüquqları  ermənilər  tərəfindən 

kobudcasına  pozulur,  ana  dilində  təhsil  almasına  əngəllər  törədilir,  onlara  qarşı 

repressiyalar  həyata  keçirilir.  Azərbaycan  kəndlərinin  tarixi  adları  dəyişdirilir, 

toponimika  tarixində  misli  görünməyən  qədim  toponimlərin  müasir  adlarla 

əvəzolunma prosesi baş verir. 

Saxtalaşdırılmış  erməni  tarixi  gənc  ermənilərin  şovinist  ruhunda 

böyüməsinə  zəmin  yaratmaq  üçün  dövlət  siyasəti  səviyyəsinə  qaldırılır.  Böyük 

humanist  ideallara  xidmət  edən  Azərbaycan  ədəbiyyatı  və  mədəniyyəti  ruhunda 

tərbiyə olunmuş yeni nəslimiz ekstremist erməni ideologiyasının təqilələrinə məruz 

qalır.  Azərbaycan  xalqının  mənəviyyatına,  milli  qüruruna  və  mənliyinə  yönəlmiş 

böhtanlar  siyasi  və  hərbi  təcavüz  üçün  ideoloji  zəmin  yaradırdı.  Xalqımıza  qarşı 

aparılan  soyqırım  siyasəti  özünün  siyasi-hüquqi  qiymətini  tapmadığı  üçün  tarixi 

faktlar  sovet  mətbuatında  ermənilər  tərəfindən  təhrif  olunur  və  ictimai  fikir 



12 

 

çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci 



illərin  ortalarında  daha  da  güclənən  antiazərbaycan  təbliğatına  Azərbaycan 

Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 

1988-ci  ildən  ortaya  atılan  qondarma  Dağlıq  Qarabağ  konfliktinin  ilkin 

mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına da 

respublikada düzgün siyasi qiymət verilmədi. 

Azərbaycanın  Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  Ermənistan  SSR-in 

tərkibinə  daxil  edilməsi  haqqında  ermənilərin  qeyri-konstitusion  qərarını  və 

Moskvanın  əslində  bu  vilayəti  Xüsusi  İdarəetmə  Komitəsi  vasitəsi  ilə 

Azərbaycanın  tabeliyindən  çıxarmasını  xalqımız  ciddi  narazılıqla  qarşıladı  və 

mühüm  siyasi  aksiyalara  əl  atmaq  məcburiyyəti  qarşısında  qaldı.  Respublikada 

keçirilən  mitinqlər  zamanı  torpaqlarımızın  işğalı  siyasəti  qətiyyətlə  pislənsə  də, 

Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə bunun nəticəsi 

olaraq,  1990-cı  ilin  yanvar  ayında  getdikcə  güclənən  xalq  hərəkatını  boğmaq 

məqsədi ilə Bakıya qoşunlar yeridildi, yüzlərlə azərbaycanlı məhv və şikəst edildi, 

yaralandı, digər fiziki təzyiqlərə məruz qoyuldu. 

1992-ci  ilin  fevralında  ermənilər  Xocalı  şəhərinin  əhalisinə  misli 

görünməyən divan tutdu. Tariximizə  Xocalı soyqırımı  kimi  həkk olunan bu qanlı 

faciə  minlərlə  azərbaycanlının  məhv edilməsi,  əsir alınması,  şəhərin  yerlə  yeksan 

edilməsi ilə qurtardı. 

Millətçi-separatçı  ermənilərin  Dağlıq  Qarabağda  başladığı  avantürist 

hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq soydaşımız erməni qəsbkarları 

tərəfindən  öz  doğma  yurd-yuvalarından  didərgin  salınmış,  çadırlarda  yaşamağa 

məhkum  edilmişdir.  Ərazimizin  20  faizinin  erməni  silahlı  qüvvələri  tərəfindən 

işğalı zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır. 

Azərbaycanın  XIX-XX  əsrlərdə  baş  verən  bütün  faciələri  torpaqlarının 

zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı 

surətdə  həyata  keçirdiyi  soyqırımı  siyasətinin  ayrı-ayrı  mərhələlərini  təşkil 

etmişdir. Bu hadisəbrin yalnız birinə -1918-ci   il   mart   qırğınına   siyasi   qiymət   

vermək      cəhdi  göstərilmişdir.  Azərbaycan  Xalq  cümhuriyyətinin  varisi  kimi 

Azərbaycan  Respublikası  bu  gün  onun  axıra  qədər  həyata  keçirə  bilmədiyi 

qərarların  məntiqi  davamı  olaraq  soyqırım  hadisələrinə  siyasi  qiymət  vermək 

borcunu tarixin hökmü kimi qəbul edir. 

Azərbaycan  xalqına  qarşı  törədilmiş  bütün  soyqırım  faciələrini  qeyd 

etmək məqsədi ilə qərara alıram: 



1.31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilsin. 

2.Azərbaycan 

Respublikasımn 

Milli 

Məclisinə 



tövsiyə 

olunsun 


ki, 

azərbaycanlıların  soyqırımı  ilə  bağlı  hadisələrə  həsr  olunmuş  xüsusi  sessiyanın 

keçirilməsi məsələsinə baxsın. 

Heydər  ƏLİYEV,  Azərbaycan  Respublikası  Prezidenti  Bakı  şəhəri,  26 

mart 1998-ci il.  


13 

 

Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi 



haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

1992-ci  il  fevral  ayının  26-da  Ermənistan  silahlı  qüvvələri  Azərbaycan 



xalqına  qarşı  misli  görünməmiş  Xocalı  soyqırımı  törətmişlər.  Bu  kütləvi  və 

amansız qırğın aktı erməni qəsbkarlarının Azərbaycan dövlət  müstəqilliyini, ərazi 

bütövlüyünü  hədəf  almış  məqsədyönlü  irticaçı  siyasətinin  növbəti  qanlı  səhifəsi 

olmaqla, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir və bəşər 

tarixində qara ləkə kimi qalacaqdır. 

Xocalı  soyqırımı  qurbanlarının  xatirəsini  yad  etmək  məqsədi  ilə  qərara 

alıram: Hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində 

Xocalı  soyqırımı  qurbanlarının  xatirəsinə  ehtiram  əlaməti  olaraq  sükut  dəqiqəsi 

elan edilsin. 

Heydər  Əliyev  Azərbaycan  Respublikasının  Prezidenti  Bakı  şəhəri,  25 

fevral 1997-ci il. 

 

Azərbaycan Respublikasının Cinayət 



Məcəlləsindən Çıxarış

1

 

 

Maddə  103.  Soyqırım:  Hər  hansı  milli, etnik, irqi və  ya  dini qrupu, bir 

qrup  kimi  bütövlükdə  və  ya  qismən  məhv  etmək  məqsədi  ilə  qrup  üzvlərini 

öldürmə,  qrup  üzvlərinin  sağlamlığına  ağır  zərər  vurma  və  ya  onların  əqli 

qabiliyyətinə  ciddi  zərər  vurma,  qrupun  bütövlükdə  və  ya  qismən  fiziki  məhvinə 

yönəlmiş  yaşayış  şəraiti  yaratma,  qrup  daxilində  doğumların  qarşısını  almağa 

yönəlmiş  tədbirləri  həyata  keçirmə,  bir  qrupa  mənsub  olan  uşaqları  zorla  başqa 

qrupa  keçirmə  on  ildən  on  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  və  ya 

ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Maddə 104. Soyqırımın törədilməsinə təhrik etmə: Bu Məcəllənin 103-

cü  maddəsi  ilə  nəzərdə  tutulmuş  hər  hansı  bir  əməlin  törədilməsinə  bilavasitə  və 

açıq  təhrik  etmə  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 

cəzalandırılır.  



 

 

 

 

 

 

 

 

                                                           

1

 Səhifə 77-də bu maddənin şərhi verilmişdir.  



14 

 

Beynəlxalq Cinayət Məhkəməsinin 



Statutundan Çıxarış

2

 

 

Maddə  6.  Soyqırım:  Bu  Statuta  görə  «soyqırım»  hər  hansı  milli,  etnik, 

irqi və уa dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi niyyəti ilə törədilən 

aşağıdakı hərəkətlərdən biridir: 

a)bu cür qrup üzvlərinin öldürülməsi; 

b)bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi 

zərər yetirilməsi; 



c)qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat 

şəraiti yaradılması; 



d)bu  cür  qrup  daxilində  doğumun  qarşısını  almağa  yönəlmiş  tədbirlərin  həyata 

keçirilməsi; 



e)bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi. 

 

Azərbaycan Respublikası Prezidentinin 



səlahiyyətlərini həyata keçirən Azərbaycan 

Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 

BMT Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciəti 

 (26iyul 1993-cü il) 

 

1988-ci  ildə  Azərbaycan  Respublikasının  ərazisi  olan  Dağlıq  Qarabağda 



azərbaycanlılarla  yanaşı  yaşayan  Ermənilərin  Dağlıq  Qarabağın  Ermənistana 

birləşdirilməsi  iddiaları  ilə  yaranan  süni  problem  artıq  müharibə  şəklini  alaraq 

1992-ci  ildə  erməni  silahlı  birləşmələri  tərəfindən  Azərbaycan  ərazilərinin  zəbt 

edilməsinə gətirilə çıxardı. 

1992-ci  il  fevralın  26-da  Xocalı,  mayın  8-i  və  18-də  isə  Şuşa  və  Laçın 

rayonları  işğal  edildi.  Azərbaycan  hökumətinin  münaqişənin  dinc  yollarla  aradan 

qaldırılması  sahəsindəki  səylərinə  baxmayaraq  Ermənistan  tərəfi  sülhün 

yaranmasına əngəllər törədirdi. 

ATƏM-in münaqişənin həllindəki vasitəçiliyi isə heç bir nəticə vermirdi. 

Artıq  bu  arada  Azərbaycan  ərazisinin  17  faizindən  çoxu  erməni  təcavüzkarları 

tərəfindən qəsb edilmişdi. BMT Təhlükəsizlik Şurasının Kəlbəcər rayonunun zəbt 

edilməsi  ilə  bağlı  işğalçı  qonşuların  birmənalı  şəkildə  Azərbaycan  ərazilərindən 

çıxarılmasını  tələb  edən  822  saylı  qətnaməsinə  əməl  etməyən  Ermənistan  öz 

təcavüzkar  siyasətini  davam  etdirərək  1993-cü  ilin  iyul  ayında  Ağdam  rayonunu 

işğal edir. 

                                                           

2

 Международный  Уголовный  Суд  (сборник  документов)  -  Казань.  Центр 



инновационных технологий. 2004. 

 


15 

 

1993-cü  il  iyulun  26-da  Azərbaycan  Respublikası  Prezidentinin 



səlahiyyətlərini  həyata  keçirən  Azərbaycan  Respublikası  Ali  Sovetinin  sədri 

Heydər  Əliyev  erməni  təcavüzünün  qarşısının  alınması  məqsədilə  təcili  tədbirlər 

görülməsi  üçün  BMT  Təhlükəsizlik  Şurasının  dərhal  çağrılması  xahişi  ilə 

Təhlükəsizlik Şurasının sədrinə yazılı müraciət edir. 

26 iyul 1993-cü il. 

 

Azərbaycan Respublikasının Prezidentinin 



səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası  

Ali Sovetinin sədri Heydər Əliyevin BMT Təhlükəsizlik  

Şurasının sədrinə və BMT-nin baş Katibinə məktubu 

 

1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. 1992-

ci  ilin  fevral  ayında  erməni  işğalçıları  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində 

800  nəfərin  ölümü  ilə  nəticələnən  Xocalı  soyqırımını  həyata  keçirdi.  Həmin  ilin 

may ayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. 

BMT-nin  Təhlükəsizlik  Şurasının  qəbul  etdiyi  qətnamələrə  məhəl 

qoymayan erməni silahlı birləşmələri Azərbaycan torpaqlarını işğal etməyə davam 

edirdilər. 

Yaranmış gərgin vəziyyətlə  bağlı 1993-cü il avqustun 18-də  Azərbaycan 

Respublikası  prezidentinin  səlahiyyətlərini  həyata  keçirən  Azərbaycan 

Respublikası  Ali  Sovetinin  sədri  Heydər  Əliyev  BMT  Təhlükəsizlik  Şurasının 

sədrinə yazılı müraciət edir.  



BMT Təhlükəsizlik Şurasının sədrinə: Hörmətli cənab sədr! 

Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurası  tərəfindən  822  və 

853  nömrəli  qətnamələrin  qəbul  edilməsindən  artıq  kifayət  qədər  vaxt  keçmişdir. 

Lakin  indiyədək  heç  bir  əsər-əlamət  yoxdur  ki,  Ermənistan  Respublikası,  Dağlıq 

Qarabağ  ennənilərinin  uydurma  rəhbərliyi  belə  yüksək  hörmətli  beynəlxalq 

təşkilatın qərarını yerinə yetirmək niyyətindədirlər. 

Tamamilə aydındır ki,  nəinki  işğal olunmuş,  yandırılmış  və talan edilmiş 

Kəlbəcər  və  Ağdam  rayonları,  həm  də  digər  Azərbaycan  əraziləri  tərk 

edilməmişdir. BMT Təhlükəsizlik Şurasının qərarlarına və bütün beynəlxalq hüquq 

normalarına  təcavüzkar  həyasızcasına  məhəl  qoymur.  Füzuli  rayonunda 

azərbaycanlılar  yaşayan  dinc  kəndləri  zəbt  etməkdə  və  yandırmaqdadır,  Füzuli 

şəhəri  üzərinə  güclü  hücum  əməliyyatı  aparır,  Cəbrayıl,  Qubadlı  istiqamətində 

orazimizin içərilərinə doğru hücumu genişləndirir. Bərdə şəhərini və başqa yaşayış 

məntəqələrini ələ keçirməyə çalışır. 

Acıq təcavüz faktı о dərəcədə aşkardır ki, hər hansı əlavə faktlar gətirmək 

lüzumsuzdur,  əminəm  ki,  onlar  sizə  BMT-nin  Bakıdakı  nümayəndəsi,  bu 

yaxınlarda Füzulidə olmuş cənab Mahmud Əl-Səidin məruzələrindən məlumdur. 


16 

 

İzah  olunanlarla  əlaqədar  xahiş  edirəm,  Təhlükəsizlik  Şurası  dərhal 



çağırılsın və təcavüzkarı dayandırmaq, qan tökülməsinə son qoymaq, Azərbaycan 

Respublikasının  yüz  minlərlə  müdafiəsiz  dinc  sakinini  qorumaq  üçün,  nəhayət, 

kəsərli və təxirəsalınmaz tədbirlər görülsün. 

Heydər ƏLİYEV, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini 

həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri, 18 avqust 1993-cü il. 

 

Xocalı soyqırımı qurbanlarının ailələrinə 



(1 mart 1994-cü il) 

 

Əziz xocalılar! Hörmətli həmvətənlər!  

İki  il  öncə,  26  fevral  1992-ci  ildə  Xocalı  şəhərində  dünya  misli 

görünməyən dəhşətli bir vəhşiliyin şahidi oldu. Erməni hərbi quldurları aylarla tam 

mühasirədə  saxlanan  Xocalı  şəhərini  yerlə  yeksan  etdilər.  Köməksiz  mülki  əhali 

azğın  bir  amansızlıqla  qətlə  yetirildi.  Südəmər  körpələrə,  əlsiz-ayaqsız  qocalara, 

qadınlara,  uşaqlara  belə  aman  verilmədi.  Bütövlükdə  Azərbaycan  xalqına  qarşı 

yönəldilmiş  Xocalı  soyqırımı  öz  ağlasığmaz  qəddarlığı  və  qeyri-insani  cəza 

üsulları ilə bəşər tarixində tayı-bərabəri olmayan bir vəhşilik aktıdır. Bu soyqırımı  

eyni  zamanda  bütün  bəşəriyyətə qarşı  tarixi  bir cinayətdir. 

Mənəvi  fiziki  itkimiz  əvəzolunmaz  dərəcədə  ağırdır.  Təəssüf  ki,  son  altı 

ildə Azərbaycanın siyasi həyatında mövcud olmuş hərc-mərcliklər, anarxiya, milli 

taleyimizə  biganə  siyasi  ambisiyalar,  hakimiyyət  oyunları  və  siyasi  qruplar 

arasında  münaqişələr  də  həyatımızda  baş  vermis  bütün  faciələrdə  az  rol 

oynamamışdır.  Nəticədə  tariximizə  qara  səhifələr  yazılmış,  xalqımızın  qəlbinə 

sağalmaz  yaralar  vurulmuşdur.  Respublikanın  hüquq-mühafizə  orqanları 

günahkarların aşkar edilməsi istiqamətində ardıcıl iş aparır. Əmin ola bilərsiniz ki, 

törədilmiş cinayətin məsuliyyətindən heç kəs yaxa qurtara bilməyəcəkdir. 

Dünyada  hər  şeyin,  dərdin  də,  əzabların  da  bir  sonu  var.  О  cümlədən, 

məcburən  qatıldığımız  müharibənin  də.  Xalqımızı  əmin  etmək  istəyirəm  ki, 

müqəddəs  vətənimizin  real  müstəqilliyi  və  torpaqlarımızın  düşmən  tapdağından 

tam azad olacağı gün uzaqda deyildir. Hamımızın sıx birliyimizlə biz bu ağır tale 

sınağından qələbəylə çıxacağıq və hər kəs öz doğma od-ocağına qayıdacaqdır. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  qərarı  ilə  26  fevral  "Xocalı 

soyqırımı  və  milli  matəm  günü"  elan  olunmuş,  bu  barədə  bütün  beynəlxalq 

təşkilatlara məlumat verilmişdir. Bu gün ölkəmizin hər yerində Xocalının günahsız 

qurbanlarının  əziz  xatirəsi  ehtiramla  yad  edilir.  Xocalı  soyqırımı  qurbanlarının 

müqəddəs  ruhu  qarşısında  bir  daha  baş  əyir,  onların  qohumlarına  və  bütün 

Azərbaycan xalqına başsağlığı verirəm.  

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

Heydər ƏLİYEV, Azərbaycan Respüblikasının Prezidenti. 1 mart 1994-cü il. 

 

 


17 

 

Xocalı soyqırımının ildönümü ilə 



əlaqədar Azərbaycan xalqına müraciət 

 

Əziz həmvətənlər! Hörmətli soydaşlar! 

Bu gün mən Sizə insanlığın tarixində ən qəddar və amansız kütləvi terror 

hadisələrindən biri olan Xocalı soyqırımı münasibətilə müraciət edirəm. 

Xocalı  faciəsi  iki  yüz  ildən  çox  müddətdə  davakar  erməni  millətçiləri 

tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı 

səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə  yeridilən bu mənfur 

siyasət  və  düşmənçilik  heç  zaman  dayanmamış,  gah  açıq  qarşıdurma  və  qanlı 

toqquşmalar  şəklini  almış,  gah  da  dövrün  tələblərinə  uyğun  ideoloji  forma  ilə 

pərdələnmişdir. 

15 il əvvəl təcavüzkar erməni şovinistlərinin irəli sürdükləri ərazi iddiaları 

azərbaycanlıların  qədim  torpaqlarından  kütləvi  deportasiyasına,  çoxsaylı  terror 

aktlarına  və  tam  miqyaslı  amansız  müharibəyə  səbəb  oldu.  Nəticədə  on  minlərlə 

insan  həlak  oldu,  əlil  vəziyyətinə  düşdü,  yüz  minlərlə  soydaşımız  qaçqın  və 

məcburi  köçkünə  çevrildi.  Dağlıq  Qarabağ  və  onun  ətrafında  olan  7  rayonumuz 

erməni  hərbi  birləşmələri  tərəfindən  işğal  edildi.  Lakin  1992-ci  il  fevralın  26-da 

qədim Xocalı şəhərinin misli görünməmiş qəddarlıqla məhv edilməsi bu faciələrin 

ən  dəhşətlisi  oldu.  Erməni  hərbi  birləşmələri  366-cı  sovet  alayı  ilə  birlikdə 

qadınlara, uşaqlara, qocalara aman vermədən yüzlərlə insanı xüsusi vəhşiliklə qətlə 

yetirdi, onları hərb tarixində analoqu olmayan işgəncə verməklə öldürdü, təhqirlərə 

məruz qoydu. Öz amansızlığına, vəhşiliyinə, kütləviliyinə və törədilən cinayətlərin 

ağırlığına görə Xocalı faciəsi insanlığın tarixində qara ləkə kimi qalacaqdır. 

Xocalı  soyqırımını  törətməkdə  erməni  şovinistlərinin  məqsədi  xalqımızı 

qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə 

barışmasına  nail  olmaq  idi.  Lakin  düşmən  öz  məkrli  niyyətlərinə  çata  bilmədi. 

Xocalı  müdafiəçiləri  təpədən  dırnağa  qədər  müasir  silahlarla  təchiz  olunmuş 

düşmən  qarşısında  özünü  itirmədi,  əyilmədi,  qəhrəmanlıq  və  rəşadət  nümunələri 

göstərdi.  Onlar  qeyri-bərabər  döyüşdə  igidliklə  vuruşaraq,  əsl  fədakarlıq  və 

vətənpərvərlik  nümayiş  etdirdilər.  Xocalı  faciəsindən  danışarkən  о  zaman 

Azərbaycana  rəhbərlik  edən  şəxslərin  və  xalqa  rəhbərliyə  iddialı  olan  qüvvələrin 

siyasi və mənəvi məsuliyyətini ayrıca qeyd etmək lazımdır. Öz vəzifə borcuna görə 

vətəndaşların  asayişini  və  təhlükəsizliyini  qorumalı  olan  dövlət  orqanları  şəhərin 

müdafiəsini  təşkil  etmək  üçün  heç  bir  əməli  tədbir  görməmiş,  şəhər  sakinlərini 

taleyin  ümidinə  buraxmışdılar.  Uzun  müddət  mühasirə  şəraitində  qalan  güclü 

düşmənlə  mərdliklə  vuruşan  şəhərin  müdafiəçilərinə  heç  bir  kömək 

göstərilməmişdir.  Respublikanın  rəsmi  rəhbərliyi  baş  vermis  ağır  cinayət  və 

soyqırım aktının miqyasları və ağırlığı haqqında dünya dövlətlərinə və beynəlxalq 

ictimaiyyətə  məlumat  vermək,  həqiqəti  çatdırmaq  əvəzinə,  real  vəziyyəti 

gizlətməyə  cəhd  etmiş,  tam  fəaliyyətsizlik,  məsuliyyətsizlik  və  xalqın  taleyinə 


18 

 

biganəlik  nümayiş  etdirmişdi.  Sonradan  da  Xocalı  soyqırımının  mahiyyətini 



açmaq,  onun  təşkilatçılarını  və  icraçılarını  ifşa  etmək  üçün  heç  bir  iş 

görülməmişdir. Xalqımızın faciəsi, yüzlərlə insanın məhv olmuş həyatı о zamankı 

hakimiyyət  və  müxalifət  tərəfindən  yalnız  siyasi  mübarizədə  qarşılıqlı  ittihamlar 

üçün vasitə rolunu oynamışdır. 1994-cü ildən başlayaraq Azərbaycan hökuməti və 

parlamenti  Xocalı  soyqırımı  və  bütövlükdə  erməni  şovinist-millətçilərinin 

azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında  həqiqətləri olduğu kimi bütün 

miqyası  və  dəhşətləri  ilə  dünya  dövlətlərinə,  parlamentlərinə,  geniş  ictimaiyyətə 

çatdırmaq,  bütün  bunların  soyqırımı  siyasəti  kimi  tanınmasına  nail  olmaq  xətti 

yeridir.  Bu,  Xocalı  şəhidlərinin,  Vətən  müdafiəçilərinin  ruhu  qarşısında  bizim 

vətəndaşlıq  və  insanlıq  borcumuz  olmaqla  bərabər,  həm  də  faciənin  beynəlxalq 

hüquqi-siyasi  qiymət  almasına,  onun  ideoloqlarının,  təşkilatçılarının  və 

icraçılarının  layiqincə  cəzalandırılmasına  yönəlmişdir.  Azərbaycanın  dövlət 

rəhbərliyi  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq 

hüquq prinsiplərinə uyğun ədalətli həlli, ərazilərimizin işğaldan azad edilməsi üçün 

məqsədyönlü  və  ardıcıl  iş  aparır.  Haqq-ədalət,  beynəlxalq  hüquq  bizim 

tərəfimizdədir,  zaman  bizim  xeyrimizə  işləyir.  Bu  gün  dövlətimiz  və  xalqımız 

iqtisadi, siyasi və mənəvi cəhətdən müqayisə olunmaz dərəcədə güclənilə, müstəqil 

Azərbaycan  dövləti  dünya  siyasətinin  mühüm  faktoruna  çevrililə.  İnanıram  ki, 

Azərbaycanın  dövlət  müstəqilliyinin  daha  da  möhkəmlənməsi,  sərhədlərinin 

toxunulmazlığının  və  ərazi  bütövlüyünün  təmin  edilməsi  Xocalı  şəhidlərinə  və 

xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır! 

Bu  milli  matəm  günündə  Xocalı  şəhidlərinin  və  qəhrəmanlarının 

müqəddəs  ruhu  qarşısında  baş  çəkərək,  Allahdan  onlara  rəhmət  diləyir,  onların 

yaxınlarına, bütün xalqımıza başsağlığı verirəm! 

Heydər  Əliyev,  Azərbaycan  Respublikasının  Prezidenti.  Bakı  şəhəri,  25 

fevral 2003-cü il.  

 


Yüklə 434,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin