Beynəlxalq aktlar, normative sənədlər, müraciət və şərhlər toplusu


Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır



Yüklə 434,4 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix07.09.2017
ölçüsü434,4 Kb.
#29224
1   2   3   4   5   6

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır  

cinayətdir Azərbaycan Respublikasının İnsan Hüquqları  

üzrə Müvəkkilinin (Ombudsmanın)  Xocalı soyqırımının  

16-cı ildönümü  ilə əlaqədar bəyanatı (22 fevral 2008-ci il) 

 

Erməni  millətçiləri  tərəfindən  tarix  boyu  Azərbaycan  xalqına  qarşı  qanlı 

cinayətlər, terror aktları, soyqırım törədilmişdir. Çoxsaylı tarixi sənədlər sübut edir 

ki,  erməni  millətçiləri  hələ  1905-1907-ci,  1918-1920-ci,  1948-1953-cü  illərdə 

Qafqazda  öz  tarixi  ərazilərində  etnik  təmizləmə  və  soyqırımı  siyasətinə  məruz 

qalan yüz minlərlə azərbaycanlını kütləvi surətdə qətlə yetirmiş, oz torpaqlarından 

deportasiya etmişlər. Bu il işğalçı Eıınənistanın xalqımıza qarşı təcavüzünün 20 ili 

tamam  olur.  Yürüdülən  siyasət  nəticəsində  Azərbaycanın  əzəli  torpaqlarının  20 

faizi zəbt edilmiş, 20 mindən çox soydaşımız həlak olmuş, 50 mindən artıq adam 

yaralanmış, əlil və şikəst olmuşdur. Bir çox Azərbaycan hərbçisi əsir düşmüş, dinc 

əhali girov götürülmüşdür. Bir milyondan artıq həmvətənimiz qaçqına və məcburi 

köçkünə  çevrilmişdir.  1988-ci  ilin  fevralından  ermənilərin  Dağlıq  Qarabağın 

Ermənistana  birləşdirilməsi  çağırışları  ilə  başlanan  nümayişlərinə  heç  bir  siyasi 

qiymət verməyən keçmiş SSRİ rəhbərliyi tərəfindən zəruri tədbirlər  görülməməsi 

qısa  müddət  ərzində  Dağlıq  Qarabağ  ərazisində  və  ətraf  rayonlarda 

azərbaycanlıların  yurd  yerlərinin  yandırılması,  əhalisinin  qətlə  yetirilməsi  ilə 

nəticələndi.  Erməni  millətçiləri  Korkicahan,  Malıbəyli,  Quşçular,  Qaradağlı 

kəndlərində qətliamlar törətdilər. 

Düz  16  il  bundan  əvvəl,  fevralın  25-dən  26-na  keçən  gecə  Xocalı 

şəhərində  erməni silahlı birləşmələrinin keçmiş sovet  ordusunun 366-cı  motoatıcı 

alayı  ilə  birgə  törətdiyi  cinayət  müharibələr  tarixində  bənzəri  olmayan 

hadisələrdəndir.  Xankəndində  yerləşdirilmiş,  şəxsi  heyətində  erməni  zabitlərin  də 

olduğu  bu  alayın  çoxsaylı  ağır  texnikası  üç  istiqamətdə  şəhərə  yeridildi,  yaşayış 

evləri dağıdıldı və  yandırıldı. Şəhəri tərk etmək məcburiyyətində qalan dinc əhali 

Naxçivanik kəndi yaxınlığında erməni silahlıları ilə qarşılaşdı və əsl soyqırım baş 

verdi.  Qadınlar,  qocalar,  əlillər,  uşaqlar  xüsusi  amansızlıqla  qətlə  yetirildi. 

Soyqırımı  törədənlər  Xocalı  sakinlərini  misli  görünməmiş  qəddarlıqla  öldürmüş, 

diri-diri  yandırmış,  başlarının  dərisini  soymuş,  gözlərini  çıxarmışdılar.  Erməni 

təcavüzkarlarının  Azərbaycan  xalqına  qarşı  törətdikləri  növbəti  genosid  -  Xocalı 

soyqırımı  613  nəfərin,  o  cümlədən  106  qadının,  63  azyaşlı  uşağın,  70  qocanın 

həyatına  son  qoydu,  487  nəfər  şikəst  oldu,  1275  dinc  sakin  əsir  götürüldü,  150 

nəfər itkin düşdü. 

Bu soyqırım aktı nəticəsində bəzi ailələr bütünlüklə  məhv  edilmiş,  mülki 

əhali  görünməmiş  qəddarlıqla  qətlə  yetirilmiş,  əsir  götürülənlərə  amansız  işgəncə 

verilmişdir.  Bu  zaman  soydaşlarımızın  əsas  insan  hüquqları,  ən  başlıcası  isə 

yaşamaq hüququ kütləvi şəkildə pozulmuşdur. 



39 

 

Qeyd  olunmalıdır  ki,  münaqişə  başlanandan  bu  günədək  itkin  düşmüş 



4354 Azərbaycan vətəndaşından 783 nəfərinin əsir və girov kimi Ermənistanda və 

işğal  edilmiş  ərazilərdə  saxlanılması  baradə  əsaslı  məlumatlar  mövcuddur. 

Ermənistanın  təcavüzünə  məruz  qalmış  Azərbaycan  çox  böyük  itkilərlə,  o 

cümlədən  əsir  və  itkin  düşmüş,  girov  götürülmüş  şəxslərin  taleyi  ilə  bağlı 

problemlərlə  üzləşmişdir.  Ermənistan  tərəfi  və  separatçı  Dağlıq  Qarabağ  rejimi 

beynəlxalq  hüquq  normalarını  kobud  şəkildə  pozaraq,  bu  şəxsləri  hələ  də 

beynəlxalq təşkilatlardan gizlədir. 

Xocalı  soyqırımı  zamanı  yol  verilmiş  zorakılıq  əməllərinin  qabaqcadan 

düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv 

edilməsi  niyyətilə  törədilməsi  beynəlxalq  və  dövlətdaxili  hüquqa  əsasən  məhz 

genosiddir.  Bu  vəhşilik  və  vandalizm  aktı  Xatın  və  Sonqmi  faciələri  ilə  eyni 

səviyyədə  qiymətləndirilməli,  insanlığa  qarşı  törədilən  qanlı  cinayət  öz  layiqli 

qiymətini almalıdır. 

Beynəlxalq  hüquqa  görə,  genosid  sülh  və  bəşəriyyət  əleyhinə  yönələn 

əməldir  və  ən  ağır  beynəlxalq  cinayətlərdən  biri  hesab  olunur.  BMT  Baş 

Məclisinin  1946-cı  il  11  dekabr  tarixli  96  (I)  saylı  qətnaməsində  qeyd  olunur  ki, 

genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir 

edir,  bəşəriyyəti  insanlar  tərəfindən  yaradılan  maddi  və  mənəvi  dayaqlardan 

məhrum  edir.  Belə  bədnam  əməllər  BMT-nin  məqsəd  və  vəzifələrinə  tam  ziddir. 

BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul 

edilmiş və 1951-ci ildə qüvvəyə minən Genosid cinayətinin qarşısının alınması və 

cəzalandırılması  haqqında  Konvensiyada  genosid  cinayətinin  hüquqi  əsası  təsbit 

olunmuşdur.  Konvensiyaya  qoşulan  dövlətlər  sülh,  yaxud  müharibə  dövründə 

törədilməsindən  asılı  olmayaraq,  genosidin  beynəlxalq  hüquq  normalarını  pozan 

cinayət  olduğunu  təsdiq  edərək,  onun  qarşısının  alınması  və  səbəbkarlarının 

cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. 

Ermənistanın  Azərbaycana  qarşı  təcavüzü  zamanı  həmin  konvensiyada 

təsbit  olunmuş  genosid  cinayətinin  bütün  əməlləri  tətbiq  olunmuşdur.  Bu  işğalçı 

ölkənin yürütdüyü terrorçuluq siyasəti uzun illərdir ki, dünya ictimaiyyətinin gözü 

qarşısında baş verir. Halbuki beynəlxalq hüquq normalarına, BMT-nin və ATƏT-

in  prinsiplərinə  görə,  dövlətlərin  sərhədlərinin  toxunulmazlığına  hörmət 

edilməlidir,  ərazi  bütövlüyünün  və  suverenliyin  pozulması  yolverilməzdir.  BMT 

Təhlükəsizlik  Şurası  Azərbaycanın  işğal  olunmuş  torpaqlarının  qeyd-şərtsiz  azad 

edilməsi  barədə  dörd  qətnamə  qəbul  etsə  də,  işğalçı  Ermənistan  bunları  hələ  də 

yerinə yetirmir. 

Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə daim səy göstərir. 

Ümummilli  liderimiz  Heydər  Əliyev  Xocalı  soyqırımının  əsl  mahiyyətini 

açıqlamış,  1994-cü  ilin  fevralında  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir. 


40 

 

Prezident  İlham  Əliyev  dünyanın  nüfuzlu  tribunalarından  səslənən 



çıxışlarında  terrorla  mübarizə  aparan  beynəlxalq  birliyin  bu  məsələdə  ikili 

standartlara  yol  verməsinə  qətiyyətlə  etirazını  bildirmişdir.  Dövlət  başçımız 

Avropa Şurasında ilk dəfə olaraq  Ermənistanın təcavüzkar tərəf kimi tanınmasına 

nail  olmuş,  bu  dövlətin  Dağlıq  Qarabağı  və  Azərbaycanın  daha  7  rayonunu  işğal 

altında saxlaması faktı AŞPA-nın rəsmi sənədlərində öz əksini tapmışdır. 

Hazırda  Xocalı  faciəsi  dünyanın  böyük  dövlətlərinin  parlamentlərində 

müzakirəyə  çıxarılır, bir sıra nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən  Ermənistan 

təcavüzkar dövlət kimi tanınır, işğal edilmiş Azərbaycan ərazilərini geri qaytarmaq 

tələb olunur. 

Məlum  olduğu  kimi,  ötən  il  1918-ci  ilin  mart-may  aylarında  Qubada 

ermənilərin  xüsusi  qəddarlıqla  törətdikləri  kütləvi  insan  qətllərini  aşkarlayan 

faktlar üzə çıxarılmışdır.  Tikinti ilə əlaqədar qazıntı işləri aparıldığı  zaman iki iri 

quyuda tapılmış saysız-hesabsız insan sümükləri erməni vandalizmini təsdiqləyən 

əyani  nümunələr,  faktlardır.  Artıq  bunların  1918-ci  ildə  erməni  silahlı 

birləşmələrinin Qubaya basqını zamanı qəddarlıqla qətlə yetirilmiş yerli sakinlərə 

məxsus olduğu müəyyən edilmişdir. 

Tarixi  olayların  aşkar  olunmasında  Quba  məzarlığı  ilə  bağlı  üzə  çıxmış 

həqiqətləri  dünya  ictimaiyyətinin  nəzərinə  çatdırmaq  son  dərəcə  önəmlidir.  Bu 

faktlar  uydurma  "erməni  soyqırımı"  əfsanəsini  bir  daha  ifşa  edərək  yeni  tarixin 

ermənilər tərəfindən saxtalaşdırılmasını sübut edir. 

Təəssüf  ki,  insan  hüquqlarının  kütləvi  və  kobud  şəkildə  pozulması  ilə 

nəticələnmiş  Xocalı  soyqırımına  hələ  də  beynəlxalq  miqyasda  hüquqi  qiymət 

verilməmiş, terrorçu əməllərə qarşı qəti tədbirlər  görülməmişdir. Dünya  birliyinə, 

mötəbər beynəlxalq qurumlara  və  dünya  xalqlarına  müraciət  cdərək  Azərbaycana 

qarşı  aparılan  uzunmüddətli  erməni  təcavüzünə,  terror  siyasətinə,  kütləvi  şəkildə 

insan  hüquqlarının  pozulmasına  son  qoyulacağına,  bu  münaqişənin  sülh  və 

danışıqlar  yolu  ilə  aradan  qaldırılmasına  dəstək  veriləcəyinə,  zəbt  olunmuş 

torpaqların  qaytarılacağına,  yüz  minlərlə  qaçqın  və  məcburi  köçkünlərin  öz 

yurdlarına  dönəcəyinə,  onların  konstitusion  hüquqlarının  bərpa  ediləcəyinə 

inanırıq.  Ümid  edirik  ki,  ölkəmizə  qarşı  təcavüzü,  Xocalı  soyqırımını  törədən 

erməni  terrorçuları  və  onların  havadarları  cinayət  məsuliyyətinə  cəlb  ediləcək, 

işğalçı  Ermənistan  dövlətinə  qarşı  səlahiyyətli  beynəlxalq  qurumlar  tərəfindən 

sanksiyalar tətbiq olunacaqdır. 

Elmira  Süleymanova,  Azərbaycan  Respublikasının  İnsan  Hüquqları  üzrə 

Müvəkkili, (Ombudsman) 22 fevral 2008-ci il. 

Bəyanat  BMT-nin  Baş  Katibinə,  BMT-nin  İnsan  Hüquqları  üzrə  Ali 

Komissarına,  ATƏT-ə,  Avropa  Şurasına,  Beynəlxalq  və  Avropa  Ombudsmanlar 

İnstitutlarına,  Asiya  Ombudsmanlar  Assosiasiyasına,  Beynəlxalq  Sülh  Bürosuna, 

Universal  Sülh  Federasiyasına,  Azərbaycan  Respublikasının  xarici  ölkələrdəki  və 


41 

 

xarici  ölkələrin  respublikamızdakı  səfirliklərinə,  ombudsmanlara  və  Azərbaycan 



diasporu təşkilatlarına göndərilmişdir. 

  

Xocalı qaçqınlarının Birləşmiş Millətlər Təşkilatına, 



Avropa Şurasına, Avropa Təhlükəsizlik 

və Əməkdaşlıq Təşkilatına müraciəti 

 

Dünyanın  nüfuzlu  beynəlxalq  təşkilatları  olan  Birləşmiş  Millətlər 

Təşkilatı,  Avropa  Şurası  və  Avropa  Təhlükəsizlik  və  Əməkdaşlıq  Təşkilatına 

müraciət  etməkdə  məqsədimiz  1992-ci  ilin  fevralında  Azərbaycanın  Dağlıq 

Qarabağ  bölgəsində  ermənilər  tərəfindən  törədilmiş  Xocalı  soyqırımı  haqqında 

həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq və bu qanlı cinayətə hüquqi-

siyasi qiymət verilməsinə nail olmaqdır. 

Azərbaycanın  tarixinə  az-çox  bələd  olan  hər  bir  şəxsə  məlumdur  ki, 

Qarabağın dağlıq hissəsində yerləşən və eramızdan əvvəl 3-cü minillikdən mövcud 

olan  Xocalı  yurdumuzun  qədim  yaşayış  məskənlərindən  biridir.  Xocalı  şəhərinin 

ərazisində  aparılmış arxeoloji qazıntılar zamanı əldə  olunmuş eksponatlar,  habelə 

nadir tarixi abidəbr buna əyani sübutdur. 

İrandan  Azərbaycana  köçmələrinin  150  illiyi  münasibətilə  1978-ci  ildə 

Dağlıq Qarabağda abidə ucaltmış ermənilər tarixi Azərbaycan torpaqları hesabına 

xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq məqsədi ilə son iki əsrdə xarici 

havadarlarının  köməyi  ilə  Azərbaycana  qarşı  ardıcıl  işğalçılıq  siyasətini  həyata 

keçirmiş və bu məkrli məqsədə çatmaq üçün zaman-zaman dəhşətli terror, kütləvi 

qırğın, deportasiya və soyqırımı kimi bəşəri cinayətlərdən belə çəkinməmişlər. 

Çoxsaylı  tarixi  sənədlər  şahidlik  edir  ki,  1905-1907,  1918-1920,  1948-

1953-cü  illərdə  Qafqazda  öz  tarixi  torpaqlarında  etnik  təmizləmə  və  soyqırımı 

siyasətinə  məruz  qalan  milyonlarla  azərbaycanlı  kütləvi  surətdə  qətlə  yetirilmiş, 

dədə-baba  yurdlarından  zorla  çıxarılmışdır.  Nəhayət,  1988-ci  ildən  başlayaraq 

Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları  və  erməni  separatizmi  yenidən  baş 

qaldırmış, heç bir tarixi, siyasi, etnik əsası olmayan Dağlıq Qarabağ fitnəkarlığına 

rəvac  verilmişdir.  1988-1989-cu  illərdə  Ermənistandan  -  öz  tarixi-etnik 

torpaqlarından  250  mindən  artıq  azərbaycanlı  son  nəfərinə  kimi  deportasiya 

edilmiş,  bu  zaman  yüzlərlə  dinc  sakin  vəhşicəsinə  qətlə  yetirilmişdir.  Nəticədə 

Ermənistan  ermənilərin  illərlə  arzusunda  olduqları  monoetnik  respublikaya 

çevrilmişdir. 

1988-ci  ildən  başlayan  əsassız  Dağlıq  Qarabağ  münaqişəsi,  Azərbaycan 

ərazilərində  tüğyan  edən  erməni  irticası  və  bu  irticanın  qurbanı  olan  günahsız 

Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil 

dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən 

ermənilər  azərbaycanlılara  qarşı  soyqırımı  siyasətini  və  misli  görünməmiş  tarixi 

cinayətlərini  bir-birinin  ardınca  həyata  keçirməyə  müvəffəq  oldular.  Azərbaycan 


42 

 

ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon 



Ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  olundu.  1  milyondan  artıq 

azərbaycanlı  öz  dədə-baba  ocaqlarından  vəhşicəsinə  qovuldu,  on  minlərlə  adam 

qətlə  yetirildi,  şikəst  edildi,  girov  götürüldü.  Yüzlərlə  yaşayış  məskəni,  minlərlə 

mədəniyyət,  təhsil  və  səhiyyə  müəssisəsi,  tarix-mədəniyyət  abidələri,  məscidlər, 

müqəddəs  sitayiş  yerləri,  qəbristanlıqlar  yerlə-yeksan  edilərək  misli  görünməmiş 

erməni vandalizminə məruz qaldı. 

Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, 

Meşəli,  Quşçular,  Qaradağlı,  Ağdaban  və  digər  kəndlərində  erməni  silahlı 

quldurlarının  törətdikləri  faciələr,  nəhayət,  Xocalı  soyqırımı  "məzlum  və  əzabkeş 

erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir. 

1992-ci  ilin  fevralında  isə  XX  əsrin  ən  dəhşətli  faciələri  hesab  olunan 

Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi insan fəlakətləri sırasına Xocalı soyqırımı 

da əlavə olundu. 

1992-ci  il  fevralın  25-dən  26-na  keçən  gecə  erməni  silahlı  birləşmələri 

keçmiş  SSRİ-yə  məxsus  olan  və  o  dövrdə  Dağlıq  Qarabağın  Xankəndi 

(Stepanakert) şəhərində yerləşən 366-cı sovet alayının bilavasitə iştirakı ilə 7 rain 

nəfərə qədər azərbaycanlı əhalinin yaşadığı Xocalı şəhərinə 5 istiqamətdən hücum 

etdilər (hücum zamanı şəhərdə  3 minə  yaxın adam qalmışdı). Həmin vaxta  qədər 

Xocalı  şəhəri  4  aydan  artıq  idi  ki,  erməni  silahlı  birləşmələri  tərəfindən  tam 

mühasirə vəziyyətində saxlanılır, əhali tiləbi xidmət və ərzaq sarıdan ciddi əziyyət 

çəkirdi. Şəhərdə çoxlu sayda xəstə, yaralı, qoca, qadın və uşaq var idi. 

Azğınlaşmış  erməni  quldurları  özlərinin  muzdlu  xarici  havadarlarının 

köməyi  ilə  həmin  gecə  Xocalı  şəhərini  yerlə-yeksan  etdilər.  366-cı  alaya  məxsus 

çoxsaylı  ağır  hərbi  texnikanın  köməyi  ilə  şəhər  tamamilə  dağıdıldı  və  yandırıldı. 

Əliyalın dinc mülki əhali dəhşətli qırğına məruz qaldı - uşaqlar, qadınlar, qocalar, 

xəstələr  ağlasığmaz  vəhşiliklə  məhv  edildi.  Ermənilər  XX  əsrin  sonlarında 

sivilizasiyalı  bəşəriyyət  üçün  üzqaralığı  olan  növbəti  tarixi  cinayəti  -  Xocalı 

soyqırımını  törətdilər.  Bu  vəhşi  aksiyadan  məqsəd  şəhərin  bütün  əhalisini  məhv 

etmək  idi.  Ancaq  sırf  təsadüflər  nəticəsində  Xocalının  xeyli  sakini  sanki  tarixə 

şahidlik etmək üçün sağ qaldı. 

Ermənilərin  Azərbaycan  xalqına  qarşı  törətdiyi  növbəti  soyqırımı  Xocalı 

faciəsi  nəticəsində  613 nəfər məhv edildi,  1275 nəfər dinc  sakin  girov götürüldü. 

Onlardan 150 nəfərinin taleyi bu gün də  məlum deyildir. Faciə nəticəsində 1000-

dən  artıq  dinc  sakin  müxtəlif  dərəcəli  güllə  yarası  alaraq  şikəst  olmuşdur.  Qətlə 

yetirilənlərin 106 nəfəri qadın, 83 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst 

olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 

Bu hərbi-siyasi cinayət nəticəsində 6 ailə tamamilə məhv edilmiş, 25 uşaq 

hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 

56 nəfəri xüsusi    qəddarlıq    və    amansızlıqla    diri-diri    yandırılmış, başlarının 


43 

 

dərisi  soyulmuş,  başları  kəsilmiş,  gözləri  çıxarılmış  hamilə  qadınların  qarınları 



süngü ilə deşik-deşik edilmişdir. 

Təsəvvür etmək belə çətindir ki, tarixdə analoqu olmayan belə qəddarlıq 

və  vəhşilik  insan  tərəfindən  törədilmiş,  XX  əsrin  sonunda,  dünyanın  gözü 

qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara 

deyil,  bütün sivil bəşəriyyətə  qarşı yönəlmiş bu tarixi cinayətin  müəllifi "əzabkeş 

və məzlum" ermənilərdir. 

Artıq  11  ildir  ki,  qaçqınlıq  həyatı  yaşayan  biz  xocalılar  dünyanın  bütün 

sülhsevər  xalqlarına,  beynəlxalq  təşkilatlara  ürək  ağrısı  ilə,  eyni  zamanda,  böyük 

ümidlərlə  müraciətlər  edirik.  Sizlərdən  xahiş  edirik  ki,  bizim  başımıza  gətirilən 

müsibətlərə,  erməni  hərbi  təcavüzü  nəticəsində  düçar  olduğumuz  dərdlərə  soyuq, 

laqeyd  münasibət  bəsləməyəsiniz.  Biz  inanmırıq  ki,  dünyanın  çox  nüfuzlu 

beynəlxalq  təşkilatları  olan  BMT,  AŞ  və  ATƏT,  sülhsevər  qüdrətli  ölkələr 

sivilizasiyalı  bəşəriyyətə  meydan  oxuyan  təcavüzkar  bir  dövləti  -  Ermənistanı 

haqq-ədalətə, beynəlxalq hüquq normalarına əməl etməyə məcbur edə bilməsinlər! 

Biz  əmin  olduğumuzu  bildiririk  ki,  dünya  birliyi  Ermənistan  dövlətinin 

Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün 

təmin olunmasına, bir milyondan artıq qaçqın-köçkünün öz doğma  yurd-yuvasına 

qayıtmasına,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  tarixi-siyasi 

ədalət kontekstində və sülh yolu ilə həllinə kömək edəcəkdir. 

2001-ci  il  sentyabrın  11-də  ABŞ-da  minlərlə  günahsız  insanın  ölümünə 

səbəb  olmuş  dəhşətli  terror  aktlarını  biz  xocalılar  dərin  kədər  hissi  ilə  qarşıladıq. 

Bu ağır bəşəri faciə bizi, nə qədər ağır olsa da, 11 il əvvələ qaytardı. Çünki 11 il 

bundan əvvəl belə bir acı müsibəti biz və on minlərlə azərbaycanlı qaçqın-köçkün 

öz  şəxsi  taleyimizdə  yaşamışıq  və  bu  gün  də  çadırlarda,  vaqonlarda,  yeraltı 

qazmalarda, zirzəmilərdə ağır qaçqınlıq həyatı sürməkdəyik. 

Biz  -  Xocalı  soyqırımının  möcüzə  nəticəsində  sağ  qalmış  şahidləri 

insanlığa  qarşı  yönəlmiş  hər  cür  soyqırımı  və  terror  aktını  qətiyyətlə  pisləyərək 

BMT-yə,  AŞ-yə  və  ATƏT-ə,  dünyanın  bülün  mütərəqqi  ictimaiyyətinə  böyük 

ümidlə  növbəti  müraciətimizi  edir,  Xocalı  faciəsinə  də  hüquqi-siyasi  qiymət 

verilməsi zərurətini bir daha beynəlxalq birliyin nəzərinə çatdırırıq. 

XX  əsrin  ən  dəhşətli  müsibətlərindən  birini  yaşamış  biz  xocalılar  dünya 

xalqlarını sülh və əmin-amanlıq uğrunda birgə mübarizəyə səsləyirik. Biz dünyanın 

bütün  beynəlxalq  təşkilatları  və  sülhsevər,  nüfuzlu  dövlətləri  qarşısında  həyəcan 

təbili çalaraq, hamını yer üzündə müharibə ocaqlarının söndürülməsi üçün səfərbər 

olmağa,  sülh  və  əmin-amanlıq  şəraitində  yaşayan,  gündən-günə  çiçəklənən  azad, 

xoşbəxt insan cəmiyyəti uğrunda mübarizəyə çağınnq. 

Bakı şəhəri, lSfevräl 2003-cü il. 

 

 

 


44 

 

Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar 



Xocalı məcburi köçkünlərinin Birləşmiş Millətlər Təşkilatına, 

Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına  

MÜRACİƏTİ 

 

Biz  -  1992-ci  il  fevralın  26-da  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsinin 

Xocalı  şəhərində  erməni  millətçiləri  tərəfindən  törədilmiş  soyqırımının  möcüzə 

nəticəsində sağ qalmış şahidləri Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, 

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyanın bütün 

mütərəqqi  ictimaiyyətinə  növbəti  dəfə  böyük  ümidlərlə  müraciət  edir,  Xocalı 

soyqırımına  hüquqi-siyasi  qiymət  verilməsinin  zəruriliyini  bir  daha  sivilizasiyalı 

beynəlxalq aləmin nəzərinə çatdırırıq. 

İrandan  Azərbaycana  köçmələrinin  150  illiyi  münasibətilə  1978-ci  ildə 

Dağlıq Qarabağda abidə ucaltmış ermənilərin millətçi və ekstremist dairələri tarixi 

Azərbaycan torpaqları hesabına xəyali "Böyük Ermənistan" ideyasını reallaşdırmaq 

məqsədi ilə son iki əsrdə xarici havadarlarının köməyi ilə Azərbaycana qarşı ardıcıl 

işğalçılıq  siyasətini  həyata  keçirmiş  və  məkrli  niyyətlərinə  çatmaq  üçün  zaman-

zaman çoxsaylı terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırımı kimi 

bəşəri cinayətlər törətmişlər. 

Çoxsaylı  tarixi  sənədlər  şahidlik  edir  ki,  1905-1907,  1918-1920,  1948-

1953-cü illərdə Qafqazda öz tarixi-etnik ərazilərində etnik təmizləmə və soyqırımı 

siyasətinə məruz qalan azərbaycanlılar kütləvi surətdə qətlə yetirilərək, dədə-baba 

torpaqlarından deportasiya olunmuşlar. 

1988-ci  ildən  Ermənistanın  Azərbaycana  qarşı  əsassız  ərazi  iddiaları 

yenidən  baş  qaldırmış,  heç  bir  tarixi,  siyasi,  etnik  əsası  olmayan  Dağlıq  Qarabağ 

fitnəkarlığına rəvac verilmişdir. Ermənistanda öz tarixi-etnik torpaqlarında yaşayan 

250 mindən artıq azərbaycanlı 1988-1989-cu illərdə son nəfərinə kimi deportasiya 

edilmiş,  bu  zaman  yüzlərlə  dinc  sakin  vəhşicəsinə  qətlə  yetirilmişdir.  Nəticədə 

Ermənistan ermənilərin illərlə arzusunda olduqları monoetnik dövlətə çevrilmişdir. 

Artıq  20  ilə  yaxındır  ki,  Azərbaycan  ərazisinin  20  faizi,  o  cümlədən 

Dağlıq  Qarabağ  inzibati-ərazi  bölgüsünə  daxil  olmayan  və  1990-cı  illərin 

əvvəllərinədək  bütünlüklə  azərbaycanlıların  yaşadığı  7  rayon  Ermənistan  silahlı 

qüvvələrinin işğalı altındadır. 1 milyondan artıq azərbaycanlı öz əzəli yurdlarından 

vəhşicəsinə  qovulmuş,  on  minlərlə  adam  qətlə  yetirilmiş,  şikəst  edilmişdir. 

Ermənistanın  və  Dağlıq  Qarabağın  həbs  düşərgələrində  qeyri-insani  təhqir  və 

işgəncələrdən əziyyət çəkən 4500-dən çox azərbaycanlı əsir, girov və itkin düşmüş 

insanın  taleyi  hələ  də  məlum  deyildir.  İşğal  zonasında  yüzlərlə  şəhər  və  kənd, 

minlərlə  ictimai-mədəni  tikili,  təhsil  və  səhiyyə  müəssisələri,  tarix-mədəniyyət 

abidələri,  muzeylər,  məscidlər,  müqəddəs  sitayiş  yerləri,  qəbiristanlıqlar  yerlə-

yeksan  edilərək,  misli  görünməmiş  vandalizmə  məruz  qalmışdır.  İyirminci  əsrin 

90-cı illərinin əvvəllərində Qarabağın azərbaycanlılar yaşayan Korkicahan, Meşəli, 


45 

 

Quşçular,  Qaradağlı,  Ağdaban  və  sair  kəndlərində  erməni  silahlı  quldurlarının 



törətdikləri  kütləvi  qırğınlar,  Bakıda  və  digər  şəhərlərimizdə  həyata  keçirilmiş 

qanlı terror aksiyaları, nəhayət, Xocalı soyqırımı "məzlum və əzabkeş ermənilərin" 

vicdanında əbədi qara ləkə kimi qalacaq tarixi cinayətlərdir. 

Acı təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, XX əsrin ən dəhşətli faciələri 

hesab  olunan  Xatın,  Xirosima,  Naqasaki,  Sonqmi  kimi  insan  fəlakətləri  sırasına 

1992-ci  ildə  törədilmiş  Xocalı  soyqırımı  da  əlavə  olunmuşdur.  Həmin  il  fevral 

ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-yə məxsus 

olan  və  o  dövrdə  Dağlıq  Qarabağın  Xankəndi  (Stepanakert)  şəhərində  yerləşən 

366-cı  alayın  bilavasitə  iştirakı  ilə  vaxtilə  yeddi  min  nəfərə  qədər  azərbaycanlı 

əhalinin  yaşadığı  Xocalı  şəhərinə  5  istiqamətdən  hücum  etdilər  (hücum  zamanı 

şəhərdə 3 minə yaxın adam qalmışdı). Həmin vaxta qədər Xocalı şəhəri artıq dörd 

aydan çox idi ki, erməni silahlı birləşmələri tərəfindən tam mühasirə vəziyyətində 

saxlanılır,  əhali  tibbi  xidmət  və  ərzaq  sarıdan  ciddi  əziyyət  çəkirdi.  Şəhərdə  çox 

sayda  xəstələr,  yaralılar,  qocalar,  qadınlar  və  uşaqlar  var  idi.  Həmin  gecə  Xocalı 

şəhəri yerlə-yeksan olundu. Əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qaldı - 

uşaqlar,  qadınlar,  qocalar,  xəstələr  ağlasığmaz  vəhşiliklə  məhv  edildi.  Erməni 

millətçiləri  XX  əsrin  sonlarında  sivilizasiyalı  bəşəriyyət  üçün  üzqaralığı  olan 

növbəti  tarixi  cinayəti  -  Xocalı  soyqırımını  törətdilər.  Bu  vəhşi  aksiyada  məqsəd 

şəhərin  bütün  əhalisini  məhv  etmək  idi.  Ancaq  sırf  təsadüflər  nəticəsində 

xocalılıların bir hissəsi sanki tarixə şahidlik etmək üçün sağ qaldı. 

Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edildi, 1275 nəfər dinc sakin 

girov  götürüldü.  Onlardan  155  nəfərinin  taleyi  bu  gün  də  məlum  deyildir.  Faciə 

nəticəsində 487 dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu.  Qətlə 

yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst 

olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır. 

Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq 

hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 

56  nəfəri  xüsusi  qəddarlıq  və  amansızlıqla  diri-diri  yandırılmış,  başlarının  dərisi 

soyulmuş,  başları  kəsilmiş,  gözləri  çıxarılmış,  hamilə  qadınların  qarnı  süngü  ilə 

deşik-deşik edilmişdir. 

Təsəvvür  etmək  belə  çətindir  ki,  tarixdə  analoqu  olmayan  beb  qəddarlıq 

və  vəhşilik  insan  tərəfindən  həyata  keçirilmiş,  XX  əsrin  sonunda,  dünyanın  gözü 

qarşısında baş vermişdir! Ancaq dünya bilib agah olmalıdır: təkcə azərbaycanlılara 

deyil,  bütövlükdə  bəşəriyyətə  qarşı  törədilmiş  bu  tarixi  cinayətin  müəllifi  özünü 

bütün dünyaya "əzabkeş və məzlum millət" obrazında təqdim edən davakar erməni 

millətçiliyidir.  Artıq  17  ildir  ki,  məcburi  köçkün  həyatı  yaşayan  biz  xocalılar 

dünyanın  bütün  sülhsevər  xalqlarına,  beynəlxalq  təşkilatlara  ürək  ağrısı  ilə,  eyni 

zamanda, böyük ümidlərlə  müraciət edirik. Biz inanırıq ki, dünyanın çox nüfuzlu 

beynəlxalq  təşkilatları  olan  BMT,  AŞ  və  ATƏT,  sülhsevər  qüdrətli  ölkələr 

beynəlxalq  hüquqa  və  bəşəri  dəyərlərə  məhəl  qoymayan  təcavüzkar  bir  dövləti  - 



46 

 

Ermənistanı  haqq-ədalət  prinsipləri  ilə  yaşamağa,  qonşu  dövlətlərlə  normal 



münasibətlər qurmağa sövq edəcəkdir! 

İşğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-

şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək 

icra edilməməsi, ilk növbədə, həmin təşkilatın nüfuzuna ciddi zərbədir. 

Biz  əmin  olduğumuzu  bildiririk  ki,  dünya  birliyi  Ermənistanın 

Azərbaycana qarşı hərbi təcavüzünü pisləyəcək, Azərbaycanın ərazi bütövlüyünün 

təmin  edilməsi,  bir  milyondan  artıq  qaçqın-köçkünün  öz  doğma  yurd-yuvasına 

qayıtması,  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  sülh  və 

danışıqlar  yolu  ilə  həll  olunması  üçün  ədalətli  və  obyektiv  mövqe  nümayiş 

etdirəcəkdir. 

Bakı şəhəri, 17 fevral 2009-cu il. 


Yüklə 434,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin