Baki avrasiya universiteti Elmi-nəzəri jurnal


İrəvan qalası istiqamətində Qacar və Rusiya orduları arasında toqquşmalar



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

İrəvan qalası istiqamətində Qacar və Rusiya orduları arasında toqquşmalar 
İki gündən sonra Sisianov da Gümrüyə gəlir. Burada qüvvələri toplayaraq iyunun 
15-də Eçmiədzin monastırına doğru hərəkətə başlayır. Bu zaman ruslar Qacarlarla 
qarşılaşmasalar da, onların mayaklarının işıqlarının hərəkətindən Qacarların rusların 
hərəkətini izlədiyi məlum olurdu
 
(2, s. 138). 
Bütün bu müddət ərzində İrəvan xanı isə Sisianovla danışıqlar apararaq rusların şəhə-
rə yürüşünün qarşısını almağa çalışırdı. Sisianov onun bu cəhdlərinə cavab olaraq yazırdı 
ki, - Gümrüyə  gəldikdən sonra o, İrəvan xanından 3 məktub almışdır. Bu məktublarda 
rusların İrəvana doğru hərəkətindən narahatlıq keçirən xan Sisianovdan Gümrüdən daha 
da irəli hərəkət etmək niyyətində olduğunu öyrənmək istədikdə o, rusların məqsədinin 
İrəvanı almaq olduğunu bildirməklə xanın yeganə çıxış yolunun Sisianovu qarşılayıb, qa-
lanın açarlarını ona təqdim edərək təslim olmaq olduğunu bildirir. Sisianov xana məktu-
bunda onun qoşunla Eçmiədzinə  gəlməsi ilə qalanın açarlarının təqdim edilməsi, bütün 
təchizatı ilə qala qarnizonunun təslim olacağı öhdəliyini üzərinə götürən məktubun şəhə-
rin fəxri adamlarının vasitəsilə ona çatdırılmasını tələb edir. Sonda o yazır ki, “ya rəhm və 
bağışlamanı dilə, ya da gəncəli Cavad xanın aqibətini gözlə” (7, s. 615). 
Avanqardı general-mayor Portnyaginə, piyada və artilleriyanı general-mayor Tuç-
kova, aryerqardı isə general-mayor Leontyevə həvalə edən Sisianov iyunun 15-də Güm-
rüdəki düşərgədən hərəkətə başlayıb ayın 19-da Eçmiədzin monastırına çatır. Eçmiədzi-
nə doğru dağlıq, sıldırımlı yollarla yayın istisində hərəkət edən Sisianov monastıra tez 
çatıb buradan İrəvan xanıyla danışıqlara başlamaq üçün tələsdiyindən yolda hissələrinə 
istirahət vermədən hərəkət etmiş, nəticədə onunla birlikdə monastıra hər batalyondan 
bayraqla ən çoxu 60 adam çata bilmişdi. Qalan hissə isə əldən düşdüyündən geri qala-
raq yalnız gecəyə doğru monastıra çata bilirlər
 
(3, s. 314). 
İyun ayının 19-u hələ Eçmiədzin monastırının 8 verstliyinə çatan Sisianov kilsə 
zənglərinin səslərini eşitdikdə elə bilir ki, bu onun qarşılanması üçün görülən hazırlıq-
larla bağlıdır və avanqarda monastıra doğru tələsməyi  əmr edir. Lakin həmin vaxtı 
monastırda, onun ətraf bağlarında mövqe tutmuş 400 nəfərlik Qacar qüvvəsi tərəfindən 
rusların bu avanqard hissələri atəşə tutulur. Xətti kazaklar və gürcülərin köməyə gəlmə-

Bakı Avrasiya Universiteti  
 
82
silə ruslar Qacarları bağlardakı mövqelərdən sıxışdırıb çıxarda bilsələr də monastırın 
alınması növbəti günə saxlanılır. Çünki onun hərbi hissələri 44 verstlik yoldan sonra 
yorğun idi və monastırın yaxınlığında düşərgə salır. Rusların hissələri hələ düzülməyə 
macal tapmamış monastırın arxasındakı hündürlüklərdə Qacarların çoxsaylı  dəstələri 
görünürlər ki, bu Abbas Mirzənin başçılığı altındakı rusları qabaqlayaraq İrəvan ətrafı-
na gəlmiş 20 minlik qüvvə idi
 
(3, s. 315).  
Qacarların artilleriyası Eçmiədzinin yuxarı bağlarından müqəddəs Ripsima monas-
tırı və Kaysana qədər uzanırdı. İlk hücumu da Qacarların bu hissələri edir. Vagenbur-
qun müdafiəsi üçün Saratov muşketyor alayının 1 batalyonunu saxlayan Sisianov qalan 
qüvvələrlə Eçmiədzinə doğru hərəkətə başlasa da Qacarların rus düşərgəsini mühasirə-
yə almaq məqsədilə 7 süvari kolonnasını göndərməsi onu taktikanı dəyişməyə məcbur 
edir. Sisianov bu hücumun qarşısını almaq məqsədilə general-mayor Portnyaginin ko-
mandanlığı ilə iki kareni onlara qarşı çıxarır. General-mayor Leontyevə əmr olunur ki
2 batalyonla 4 verst irəlidə yerləşən kiçik monastırı almaq üçün getsin. Tuçkova 2 ba-
talyonla sağa gedərək baş monastırla onun yaxınlığındakı dəyirmanın arasındakı möv-
qeni tutmaq əmr olunur. Sisianov isə artıq Qacarlar tərəfindən  ələ keçirilmiş iki kiçik 
monastırın arasında qaldığından hər 3 tərəfdən mühasirəyə alınmışdı. 
Döyüş axşama doğru başa çatır. 1804-cü il iyunun 20-də Eçmiədzin monastırının 
ətrafındakı döyüşdə ruslardan 4 nəfər zabit yaralanmış, 8 aşağı rütbəli öldürülmüş, 54-ü 
yaralanmış, 2-si əsir düşmüşdür (8, s. 133). “Russkiy invalid”də göstərilirdi ki, Avropa 
döyüş taktikası ilə tanış olmayan Qacarlar bir neçə dəqiqənin içərisində məhv edəcəklə-
rini düşündükləri azsaylı rus hissələrinin əzmli müqavimətindən dəhşətə gəlirlər. Rusla-
rın nizami piyada kareləri onlar üçün hərəkət edən alınmaz divara çevrilmişdi. Bununla 
bərabər rusların əlverişli yüksəkliklərdə yerləşdirdikləri artilleriyasının düzgün hərəkət-
ləri Qacar ordusunda güclü tələfata və qorxuya səbəb olmuşdu (9, s. 316). Əksəriyyəti 
hərbiçilər tərəfindən tərtib edildiyi üçün rus dilli mənbələrdə  məlumatlar birtərəfli və 
şişirdilmiş şəkildə verilmişdir. 
Möhkəmləndirilmiş Eçmiədzin monastırının tutulması üçün mübarizənin mənasız 
olduğunu anlayan Sisianov Kənəkir kəndinə (İrəvandan 5 verst şimalda yerləşir) doğru 
hərəkət edir. Zəngi çayında olan yeganə keçid burada yerləşirdi. Polkovnik Tsexanovs-
ki buradakı Qacarları geri oturdaraq keçidi ələ keçirir və kəndin mərkəzi hissəsindəki 
qalanı qaydaya salaraq müdafiəyə hazır vəziyyətə  gətirir. Sisianov Saratov alayının 
batalyonunun mühafizəsi altında bütövlükdə vagenburqu saxlayaraq, iki bölüyü rusların 
İrəvana doğru hərəkətinin ardınca onların təqib edilməsi məqsədilə Eçmiədzindən çıx-
mış Qacar qüvvələri tərəfindən tərk olunmuş Eçmiədzini tutmaq üçün göndərir. 
İrəvanlı Məhəmməd xan və naxçıvanlı Kəlbəli xan (o qacarlar tərəfindən xanlıqdan 
kənarlaşdırılmış, yerinə isə Baba xanın yanında girov kimi saxlanılan oğlu təyin olun-
muşdu) Abbas Mirzəyə hədiyyələr göndərərək onu geri çəkilməkdən imtina edib qala-
nın yaxınlığına gəlməyi xahiş edirlər. Abbas Mirzədə iyunun 26-da İrəvan qalasının 3 
mil məsafədə düşərgə salır. 
Sisianov iyunun 26-dan 30-a kimi Kənəkir kəndindəki qalanın müdafiə vəziyyətinə 
gətirilməsi işlərilə məşğul olur. Bu zaman Eçmiədzin monastırından gəlmiş rahib Sisia-
nova xəbər gətirir ki, Qacarlar oranı tərk etmişlər və orada az da olsa ərzaq var. Dərhal 
Sisianovun göndərdiyi 2 bölük tərəfindən monastır tutulur. 
İyunun 30-da Zəngi çayını keçən rus hissələri İrəvan qalasını keçərək Abbas Mir-
zənin əsas düşərgəsinə yaxınlaşırlar. Onun düşərgəsi İrəvanın 8 verstliyində yerləşmək-

 
Sivilizasiya 
 
83
lə ön tərəfdən sıldırımlı qayalıqlı dərələrlə qorunurdu. 9-cu yeger alayı artilleriyanı geri 
göndərərək rəqiblə hər bir yüksəklik uğrunda vuruşaraq onları bir-bir ələ keçirir. Nəha-
yət gəlib onların hərəkət yolunu kəsən dikin qarşısında dayanırlar. Sisianov hesab edir 
ki, bələdçi düşmənin güllə yağışından qorxduğu üçün onları bu yolla gətirib. Lakin 
burada dayanıb gözləmək qorxulu idi. 50 sajenlik (1 sajen 2,134 metrə  bərabərdir) 
hündürlüyə baxış keçirən Sisianov Tuçkovun batalyonunu polkovnik Kozlovskinin 
Qafqaz qrenader alayı ilə əvəz olunması barədə göstəriş verir (10, s. 809). Bu dikə dır-
manma zamanı bütöv batalyondan yalnız 40 nəfər (o cümlədən Kozlovskiy və mayor 
Osipov) onun başına qalxa bilirlər. Kozlovskinin adamlarından başqa onların ardınca 30 
nəfər greben və tersk kazakı da bu diki qalxa bilir. Burada baş verən süngü döyüşündə 
rus dəstəsinin komandiri mayor Osipov öldürülsədə Qacar dəstəsi müvəffəqiyyət qaza-
na bilməyərək geri çəkilmək məcburiyyətində qalır. Abbas Mirzənin 27 minlik ordusu 
düşərgəni tərk edərək Arazın o tayına doğru üz tutur. Rus mənbələrinin yazdığına görə 
onun düşərgəsini ələ keçirən ruslar, 4 bayraq və 4 topu da ələ keçirsələr də süvarisi və 
artilleriyası olmadığı üçün azsaylı qüvvə ilə onları təqib edə bilmir
 
(10, s. 115). Sisia-
nov bu qələbədən sonra hərəkət istiqamətini İrəvana yönəldir.  
 
Qaynaqlar: 
1.  Azərbaycan tarixi 7 cilddə. IV cild. Bakı: Elm nəşriyyatı, 2007, 503 s.  
2.  Потто  В.  Утверждение  русского  владычества  на  Кавказе.  Т.I.  Тбилиси:  Типография 
Либермана Я.И., 1901, 309 с. 
3.  Дубровин Н. Закавказье от 1803-1806 года. Спб., 1866, 542 с. 
4.  Присоединение  Восточной  Армении  к  России.  Т.I.(1801-1813).  Ереван:  Изд-тво 
Академии наук Армянской ССР, 1972, 715 с. 
5.  Потто  В.  Первые  добровольцы  Карабаха  в  эпоху  водворения  русского  владычества. 
Тифлис, 1902, 138 с. 
6.  Süleymanov M. İrəvan xanlığının Rusiyaya birləşdirilməsi tarixindən. Bakı: Hərbi 
nəşriyyat, 1997, 159 s. 
7.  Писъмо  кн.  Цицианова  к  Эриванскому  Мамед  хану,  от 14 июня 1804 года,  АКАК, 
Т.II, док.1230. Тифлис, 1868, 615 с. 
8.  Гизетти А. Сборник сведений о потерях Кавказских войск во время войн Кавказско-
горcкой,  персидских,  турецких  и  в  Закаспийском  крае, 1801-1885гг.  Тифлис:изд-тво 
военно-исторического отдела при штабе Кавказского военного округа, 1901, 222 с. 
9.  Русский инвалид, 1831, №6. 
10.  Сообщение  кн.  Цицианова  кн.  Тенишеву  от 7-го  июля 1804 года,  АКАК,  Т. II, 
док.1668. Тифлис,1868, стр. 809-810. 
 
SUMMARY 
Leyla Alieva 
 
IREVAN PREMIERE OF MILITARY OPERATIONS BETWEEN THE  
ARMIES OF RUSSIA AND THE QAJAR 
 
Fatali shah was demand to leave russian troops from the Caucasus but his cliam was 
requested. Therefore, he all the diplomatic relations between the two countries ceased in 10 July 
of 1804 year and a war between Russian and Iran begin. Tsitsianov wanted not only Irevan, he 
wanted also to carry out Russia
,
s geopolitical plans in Caucasus and to spread the power of 
Russia in the areas between Black and Caspian sea. But khanate of Irevan wanted to bring face 
to face Russians and Gadjars, wanted to defend his castle from the protect by both sides. 

Bakı Avrasiya Universiteti  
 
84
Tsitsianov noted this words in a letter to khan: “ ask your forgiveness or you
,
ll get the end as 
Javad Khan”. 
 
Key words: war, camp, Gyumri, letter, Echmiadzin 
 
 
РЕЗЮМЕ 
Лейла Алиева 
 
ВОЕННЫЕ ДЕЙСТВИЕ МЕЖДУ РУССКИМИ И КАДЖАРСКИМИ ВОЙСКАМИ  
В НАПРАВЛЕНИЕ ИРАВАНСКОЙ БАШНИ 
 
Фатали шах требует вывода российских войск с Кавказа, но его запрос отклоняет-
ся. Таким образом, 10 июля 1804 год между двумя странами дипломатические отноше-
ние  сократилис  и  начилься  русско-иранская  война.  Цицианов  не  только  Ереван  хотель 
получить, но и ешо осушествит геополитические планы России на Кавказе, распростра-
нить  силу  России  в  области  между  Черным  и  Каспийским  морями.  Но  хан  Еревана  хо-
тель защитить крепость от атаки обе стороны, при этом рассорит Руских и Гаджа-
ров. В письме хану Цицианов отметил, что "помилуй и попроси прощение или жди конца 
Джавад хана из Гянджи". 
 
Ключевые слова: война, лагерь, Гюмри, письмо, Эчмиадзин 
 

 
Sivilizasiya 
 
85
Bəxtiyar HƏSƏNOV

 
 
AZƏRBAYCANIN QARABAĞ REGİONUNUN İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ 
(XX ƏSRİN ƏVVƏLLƏRİ) 
 
Açar sözlər:  Azərbaycan, Qarabağ regionu, inzibati ərazi bölgüsü, çar hökumətinin 
məmurları 
 
Giriş 
Şimali Azərbaycan XIX əsrdə çar Rusiyası tərəfindən işğal edildikdən sonra müs-
təmləkəçi hökumət işğal etdiyi bütün ərazilərdə inzibati ərazi bölgüsü ilə bağlı yeni 
islahatlar həyata keçirilməyə başladı. Çar hökuməti tərəfindən təcili yeni inzibati ərazi 
bölgüsünün aparılması, bu ərazilərdə yaradılmış yeni qəzalara xristian mənşəli məmur-
lar təyin edilməsi ilə bağlı olmuşdur. Çünki çar hökuməti bu inzibati ərazi bölgüsü ilə 
Şimali Azərbaycanın idarəçilik sistemini öz nəzarətinə götürmək istəyirdi. 
Bununla yanaşı, bu dövrdə çar hökuməti Azərbaycanın Qarabağ bölgəsinə erməni-
lərin kütləvi köçünü başlatdı və bölgənin inzibati-ərazi, idarəçilik sistemində dəyişiklik-
lər etdi. Ruslar özlərinə etnik-siyasi dayaq yaratmaq üçün 1828-1830-cu illərdə Azər-
baycana İrandan, Osmanlı imperiyasından erməni əhalisini köçürdü. Bu əhalinin əksə-
riyyəti məhz Qarabağ regionunda məskunlaşdırıldı. 
 
1.  XX əsrin əvvəllərində Qarabağ regionunda inzibati ərazi bölgüsü  
 
Çar Rusiyası tərəfindən 1822-ci ildə xanlıq statusu dəyişdirilən Qarabağ bölgəsinin 
ərazisi müxtəlif inzibati idarəetmə sistemlərinə daxil edilmişdir. 
Məlumdur ki, komendant idarə üsulu çarizmin Cənubi Qafqazda, o cümlədən  Şi-
mali Azərbaycanda siyasi dayaqların möhkəmləndirilməsinə cavab vermədiyindən 
1840-cı ilin aprelin 10-da Cənubi Qafqazda inzibati islahat haqqında qanun verildi. Qa-
nuna görə komendant üsul-idarəsi ləğv olunmuş  və burada da Ümumrusiya inzibati 
sistemi yaradılmışdı (10, s.132).  
1897-ci ilin məlumatlarına görə Şimali Azərbaycanın Qarabağ regionunun qəzala-
rının sərhədləri aşağıdakı kimi verilmişdir. Qəzaların ərazisi kiçik dəyişikliklər istisna 
olmaqla 1929-cu ilə qədər eyni olaraq qalmışdır. Şimali Azərbaycanın Qarabağ regio-
nunun Şuşa qəzası, Cavanşir, Göyçay, Cavad, Cəbrayıl, Zəngəzur qəzaları ilə həmsər-
həd idi. Mərkəzi Şuşa şəhəri idi. Şuşa qəzası 1841-ci ildə Kaspi vilayətinin tərkibində 
təsis edilmişdir. 1846-cı ildən Şamaxı, 1859-cu ildən Bakı 1867-ci ildən isə Yelizavet-
pol (Gəncə-H.B) quberniyasının tərkibinə olmuşdu. Şuşa qəzası Mığrı, Kəbirli, Zəngə-
zur, Cavanşir, Çiləbörd, Vərəndə sahələrinə bölünürdü. 1867-ci il dekabr tarixli fərma-
na  əsasən, Zəngəzur və Cavanşir sahələri  Şuşa qəzasından ayrılıb müstəqil qəzalara 
çevrildilər. Qəzanı qəza rəisi, onun müavini, xəzinədar, sahə iclasçıları və şəhər polisi 
idarə edirdi. Qəzada məhkəmə yaradılmışdı. Qəzanın sahəsi 4911 kvadrat kilometr, 
əhalisi 140740 nəfər olmuşdur (1897). Təsərrüfatında  əkinçilik, maldarlıq, ipəkçilik, 
üzümçülük, bağçılıq əsas yer tuturdu. Şimali Azərbaycanın qəzaları bəhs edilən dövrdə 
qəza rəisi, onun köməkçisi, katibi və b. tərəfindən idarə olunurdu (7, s.124).  
1881-ci ildə Tiflisdə nəşrə başlamış Qafqaz Tədris İdarəsi tərəfindən çap olunmuş 
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusunun 1904-cü il buraxılı-
                                                           

 AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu bosa6983@gmail.com 

Bakı Avrasiya Universiteti  
 
86
şında Qarabağ regionunun Zəngəzur qəzasının sərhədləri  şərqdən və  şimal-şərqdən 
Şuşa, Cəbrayıl qəzaları, şimaldan Cavanşir qəzası, Ərəş qəzası Nuxa, Göyçay, qərbdən 
və cənub-qərbdən Naxçıvan və Şərur –Dərələyəz qəzaları, İrəvan quberniyası, Cənubi 
Azərbaycan Yelizavetpol qəzaları və Zaqatala, cənub və cənub-şərqdən Araz çayı hansı 
ki, Rusiya və  İran dövləti arasındadır” kimi göstərilmişdir. 1873-cü ildə Yelizavetpol 
quberniyasında təsis olunmuş Qəza mərkəzi Gorus məntəqəsi idi. Qəza 3212, 5 kv. km 
sahəyə malik idi. Fəaliyyətinə 1929-cu ildə son qoyuldu (13, s.182; 3, s.38). 
1883-cü ildə Yelizavetpol (Gəncə-H.B) quberniyasında 2 qəza Cəbrayıl və Cavan-
şir qəzaları yaradılır. Şuşa, Zəngəzur, Cavad qəzaları və İran Azərbaycanı ilə həmsər-
həd olan Cəbrayıl qəzası (mərkəzi Cəbrayıl məntəqəsi) 3332 kv.km sahəyə, Ərəş, Yeli-
zavetpol, Zəngəzur, Şuşa qəzaları və İrəvan quberniyası ilə həmsərhəd Cavanşir qəzası 
(mərkəzi Tərtər məntəqəsi) isə 5497 kv.km sahəyə malik idi. Hər iki qəzanın fəaliyyəti 
1929-cu ildə başa çatdı (3, s.38; 7, s.125). 
XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Azərbaycanın tarixi-siyasi coğrafiya-
sının ümumi mənzərəsini təsəvvür etmək üçün 1903-cü ildə çəkilmiş “Karta Kavkazs-
koqo voennoqo okruqa 1903 qoda” xəritəsi mühüm əhəmiyyət kəsb edir. Xəritədən gö-
ründüyü kimi, Şimali Azərbaycanın əsas ərazisi Bakı, Yelizavetpol (Gəncə-H.B) və İrə-
van quberniyalarının tərkibində idi. Bakı quberniyası 6 qəzaya (Bakı, Quba, Şamaxı, 
Göyçay, Cavad, Lənkəran), Yelizavetpol quberniyası 8 qəzaya (Yelizavetpol, Ərəş, 
Nuxa, Cavanşir, Qazax, Şuşa, Cəbrayıl (Qaryagin), Zəngəzur qəzaları) və bir dairəyə 
(Zaqatala), Yelizavetpol quberniyasının sahəsi 39982 kv. km olmuşdur. 1905-ci ildə 
Yelizavetpol quberniyasının  ərazisində 2 müvəqqəti general-qubernatorluq yaradıldı. 
Bunlardan biri Zəngəzur, Cavanşir və  Şuşa qəzalarını, digəri isə qalan əraziləri  əhatə 
edirdi. İrəvan quberniyası 7 qəzaya (İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Yeni Bayəzid, 
Sürməli, Eçmiədzin, Aleksandropol) bölünmüşdü. Azərbaycanın tarixi əraziləri olan 
İrəvan, Naxçıvan, Göycə mahalı, Şərur-Dərələyəz, Yeni Bayəzid əraziləri İrəvan quber-
niyasının, Borçalı Tiflis quberniyasının, Dərbənd isə Dağıstan vilayətinin tərkibində idi 
(7, s.119-122).  
Bu xəritədə Qarabağ bölgəsinin inzibati ərazisi Yelizavetopol quberniyasına daxil 
olan  Şuşa, Zəngəzur, Cavanşir, Cəbrayıl (1904-cü ildən Qaryagin-H.B.) 4 qəzasından 
ibarət olmuşdur.  
1868-ci ildən başlayaraq, Azərbaycanda Sovet inzibati idarəetmə sisteminin yaran-
masına qədər (1920) Qarabağ regionu mərkəzi Gəncə şəhəri olan Yelizavetpol (Gəncə-
H.B) quberniyasının tərkibində olmuşdu. Yelizavetpol (Gəncə-H.B) quberniyasının əra-
zisi Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur bir qismi isə Cavad uyezdlərinə daxil olmuşdur. 
1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti dövründə  də  ərazidə  dəyişiklik 
edilməmişdir (5, s.476-478).  
XX əsrin əvvəllərində bütün Rusiyanı bürüməkdə olan inqilabi hərəkatın Azərbay-
cana da yayılması çar hökumətini məcbur etdi ki, 1881-ci ildə qəbul etdiyi azadlıq hərə-
katını boğmağa yönəldilmiş “Müvəqqəti əsasnamə”ni Azərbaycanın şəhər və qəzalarına 
da  şamil etsin. Beləliklə, 1903-cü ilin sentyabrından bu əsasnamə Qarabağa da tətbiq 
edildi. Bu, o demək idi ki, Bakı  və Yelizavetpol quberniyaları “ictimai qaydalara və 
asayişə zidd olan yığıncaq və toplantıların iştirakçılarını, gücləndirilmiş mühafizə haq-
qında əsasnaməni “pozan” digər şəxsləri 500 rubladək cərimələyə və ya 3 aylıq müddə-
tədək həbs etdirə bilərdilər” (2, s.98).  
Belə ki, həqiqətən də ötən  əsrin  əvvəllərində milli oyanışın və ictimai-siyasi 
hərəkatın başlıca mərkəzləri həmin quberniyaların Bakı, Gəncə və Şuşa qəzaları idi. 

 
Sivilizasiya 
 
87
 
Bakıda yaradılmış, demək olar ki, bütün siyasi partiya və ictimai təşkilatların özək-
ləri Şuşada da fəaliyyət göstərirdi. 1904-cü ilin fevralında Şuşa real təhsil məktəbində 
eser dərnəyi yaradılmışdı (1, v.9). 
Azərbaycanın böyük şəhərlərindən olan Bakı və Gəncə ilə yanaşı Şuşada da 1898-
ci ildən özünüidarə orqanları mövcud idi. Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni 
inkişafında bu orqanların mühüm rolu olmuşdur. Bu orqanların üzvləri arasında Azər-
baycanın görkəmli ziyalıları – dramaturq Əbdürrəhim bəy Haqverdiyev, jurnalist Haşım 
bəy Vəzirov, həkim Əbdülkərim bəy Mehmandarov da var idi. 1904-1907-ci illərdə Ca-
vad bəy Səfərəlibəyov Şuşa şəhərinin başçısı olmuşdur (3, s.92). 
Bəhs etdiyimiz dövrdə,  Şuşa qəzasına aşağıdakı yaşayış  məntəqələri  Şuşa  şəhəri, 
Xankəndi, Qaragədik, Ulubəy, Qayabaşı, Sarıkeşiş, Qışlaqkənd, Şəlvə, Seyidbəyli, Daş-
bulaq, Mehdikənd, Bədara, Seyidkənd, Xındırıstan,  İsmayılbəyli, Məlikbəyli, Xəlfəli, 
Xocalı, Quşçular, Körpə Ətəfli, Zarıslı, Naxçıvanik, Pircamal, Dağros, Ağdərə, Ağbu-
laq, Aranzəmin, Lisaqor, Kərgicahan, Cəmilli, Ballıca, Qaybalıkənd, Bəhlul, Xandcək, 
Mədətkənd, Yuxarı Siznək, Aşağı Siznək, Dəmirçilər, Sığnaq, Çanaxçı, Qarabulaq, 
Quş-Baba, Sarıkənd, Xaçmaz, Tuknakal, Qaralı, Pirimkənd, Muxtarkənd, Dağdağan, 
Sarov, Daşkənd,  Şuşakənd, Daşaltı, Gülqarlı, Pircamal, Keşişkənd, Daşburun, Xoca-
börd, Kəndxord, Karyagin, Muşqabad, Qabaxanlı, Maştaqkənd, Quzumkənd, Acıkənd, 
Keşan, Hadıkənd, Yenikənd, Qarakənd, Yemişan, Cəmiyyət, Qarqarça, Mirikənd, Qara-
dağlı, Xonaşen, Bəhrəmli, Xocallı, Muğanlı, Abdal, Kotluyarovski, Kurapatkin, Nikala-
yevka, Skolyevka, Sus, Suxtaraşen, Hirkan, Zavodkənd, Tərtərkənd, Movos, Amaran, 
Bülbül, Ağbulaqkənd, Quzeykənd, Tuğ, Tağ, Azox, Zardanşen,  Şəhər, Caqauz, Tağ-
verd, Quzey-Cartaz, Keşan, Güney Çartaz, İsfahankənd, Yenicə, Daşbaşı, Yeni Xana-
bad, Xramord, Yuxarı Kliçbağ, Aşağı Kliçbağ, Qraxtuğ, Mamedzor, Şahinli,  Şuşalıx, 
Köşətli, Axullu, Domı, Toqa, Tsaqor, Çıraqlı daxil idi. Şuşanın Yuxarıda qeyd etdiyi-
miz kəndlərinin adlarını nəzərdən keçirərkən görürük ki, 121 adın yalnız bir neçəsi er-
mənilər tərəfindən dəyişdirilmişdir (6, s.23-24). 
1904-ci il Qafqaz təqvimində Şimali Azərbaycanın Qarabağ regionunun qəzaların-
da qəza polis məntəqələrinin yerləşdiyi ərazi, bu polis məntəqələrinin sahəsi haqqında 
aşağıdakı  məlumatlar verilmişdir. 1903-cü ilin məlumatına görə  Şuşa qəzasında  Şuşa 
şəhəri və dörd polis məntəqəsi olub. 1.Xankəndi, bu polis məntəqəsinin sahəsi 1024,89 
verst, 106759 desyatin, 21,18 mil, 1166, 34 kvadrat kilometr olmuşdur. Bu polis məntə-
qəsinə 16 kənd cəmiyyəti daxil idi. 2. Qacar, bu polis məntəqəsinin sahəsi 726,2 verst, 
75646 desyatin, 15,01 mil, 826,44 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsinə 16 
kənd cəmiyyəti daxil idi. 3. Ağdam, bu polis məntəqəsinin sahəsi 821,54 verst, 85577 
desyatin, 16,98 mil, 934,93 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsinə 15 kənd 
cəmiyyəti daxil idi.. 4. Ağcabədi, bu polis məntəqəsinin sahəsi 1850,65 verst, 192776 
desyatin, 38,24 mil, 2106,08 kvadrat kilometr olmuşdur. Bu polis məntəqəsinə 12 kənd 
cəmiyyəti daxil idi (8, s.32-33). 
Qafqaz təqviminin 1906-ci il buraxılışında isə Şuşa qəzasında olan kənd cəmiyyət-
lərinin adları aşağıdakı kimi verilib. Ağdam (Aqdamskoe), Ağcabədi (Aqdjabedinskoe), 
Hindarx (Qindarskoe), Gülanlı (Qyülanlinskoe), Camiat (Djamiatskoe), Qacar (Kadjar-
skoe), Keşişkend (Keşişkendskoe), Ləmbəran (Lemboranskoe), Naxçıvan (Naxiçeva-
niskoe), Nikolayev (Nikolayevskoe), Siznik (Siznikskoe), Taqaver (Taqaverskoe), Tuğ 
(Tuqskoe), Xankəndi (Xankeninskoe), Xınzıristan (Xinziristanskoe), Xocavənd (Xodja-

Bakı Avrasiya Universiteti  
 
88
vendskoe), Çəmənli (Çemenlinskoe), Çertaz (Çertazskoe), Şıxlar-Qərvənd (Şıxlyar-
Korvendskoe). (9, s.244). 
Qarabağ regionunun digər qəzası olan Zəngəzur qəzasında beş polis məntəqəsi 
olub. 1. Qarakilsə, bu polis məntəqəsində 15 kənd cəmiyyəti vardı. 2. Xanazax, bu polis 
məntəqəsinə 23 kənd cəmiyyəti daxil idi. 3. Dondarlı, bu polis məntəqəsinə 19 kənd cə-
miyyəti daxil idi.. 4. Şıxauz bu polis məntəqəsinə 20 kənd cəmiyyəti daxil idi. 5. Kəvər 
(Kavarta) bu polis məntəqəsi haqqında məlumat verilməmişdi (8, s.32-33). 
Yenə  də 1906-cı  il  Qafqaz  təqvimlərinin məlumatlarında Zəngəzur qəzasında olan 
kənd cəmiyyətləri Əlianlı (Alianlinskoe), Əlidərə (Alidarinskoe), Əliqulu-Uşağı (Alikulu-
Uşaqinskoe),  Əliqulukənd (Alikulikendskoe), Əlili (Alilinskoe), Əngələvit (Anqelauts-
koe),  Ərkivan (Arçevaninskoe), Astazur (Astazurskoe), Axlatian (Axlatianskoe), Babalı 
(Babalinskoe), Bazarçay (Bazarçayskoe), Bartaz (Bartazskoe), Bayandur (Bayandurskoe), 
Vağudi (Vaqudinskoe),Vartanazur (Vartanazurskoe), Qal (Qalıskoe), Qarar (Qararskoe), 
Gorus (Qeryusinskoe), Güdgüm (Qyudqyumskoe), Qyaqlin (Qyaqlinskoe), Dərəbas (Da-
rabasskoe), Dərzalı (Darzalinskoe), Cağazur (Djaqazurskoe), Cahangirbəyli (Djaqanşir-
beklinskoe), Cicimli (Djidjimlinskoe), Dondarlı (Dondarlinskoe), Dığ (Dıqskoe), Zəngi-
lan (Zanqelanskoe), İskenderbeyli (İskanderbeqlinskoe), Kavart (Kavartskoe), Qazıqurda-
lı (Kazikurdalinskoe), Qaladərəsi (Kaladarasinskoe), Qaraqışlaq (Karakışlyakskoe), Gö-
dəklər (Kedaklarskoe), Kercalanlı (Kerdjalanlinskoe), Kiratağ (Kirataqskoe), Lehvaz 
(Leqvazskoe), Malbəyli (Malbeklinskoe), Məmmədli (Mamedlinskoe), Miqri (Miqrins-
koe), Mollalar (Mollalarskoe), Molla (Mollinskoe), Müsəlmanlar (Musulımanlarskoe), 
Noraşen (Noraşenskoe), Nüvədi (Nyuvadinskoe), Qrdaxlı (Qrdaklinskoe), Qxtar (Qxtars-
koe), Qxçu (Qxçinskoe), Pirnaut (Pirnautskoe), Pirçevan (Pirçevanskoe), Piçanis (Piça-
nisskoe), Rabaid (Rabaidskoe), Saralı (Saralinskoe), Sarıyataq (Sariyataqskoe), Səfiyan 
(Safiyanskoe), Sofulu (Safulinskoe), Seyidlər (Seidlarskoe), Sisiyan (Sisianskoe), Tatev 
(Tatevskoe), Tirin (Tirinskoe), Udcanı (Udjanisskoe), Üz (Uzskoe), Hadcaqan (Xadja-
qanskoe), Xəzinəvar (Xaznavarskoe), Xələc (Xaladjskoe), Xəndək (Xandakskoe), Xinzi-
rak (Xinzirakskoe), Hot (Xotskoe), Şalat (Şalatskoe),  Şalvin (Şalvinskoe),  Şahnazuz 
(Şahnazuskoe), Şahsuvarlı (Şaxsuvarlinskoe), Şəki (Şekinskoe), Şinqer (Şinqerskoe), Şı-
xevi (Şixavinskoe), Şıxlar (Şixlyarskoe) kimi verilmişdi (9, s.243-244). 
Qarabağın Cəbrayıl qəzasında isə üç polis məntəqəsi olub. 1.Qarabulaq polis 
məntəqəsi. Sahəsi, 1249,30 verst, 130154 desyatin, 25,82 mil, 1421,96 kvadrat kilometr 
olmuşdur. Bu polis məntəqəsində 14 kənd cəmiyyəti vardır. 2.Hadrud polis məntəqəsi. 
Sahəsi 605,90 verst, 63116 desyatin, 12,52 mil, 689,52 kvadrat kilometr olmuşdur Bu 
polis məntəqəsində də 14 kənd cəmiyyəti vardır. 3.Cəbrayıl polis məntəqəsinin sahəsi 
1420,91 verst, 148012 desyatin, 29,36 mil, 1617,02 kvadrat kilometr olmuşdur Cəbrayıl 
polis məntəqəsində 13 kənd cəmiyyəti vardır. (8, s.32-33). 
Cəbrayıl qəzasında olan kənd cəmiyyətləri Qafqaz təqviminin 1906-cı il məlumat-
larına görə  Ağəli (Aqalinskoe), Asrik (Asrikskoe), Bərdə (Bardinskoe), Həsən-Rizik 
(Qasan-Riziskoe), Keştağ (Qeştaqskoe), Dovşanlı (Dovşanlinskoe), Qabarta – Boy-Əh-
mədli (Kabarta-Boy-Axmadlinskoe), Qatırlı (Katurlinskoe), Kiçik – Qarabəy, (Kiçik-
Karabekskoe), Mamırlı (Mamirlinskoe), Xan – Qaraqoyunlu, (Xan-Karakoyinlinskoe), 
Çaykənd (Çaykendskoe), Şirvanlı (Şirvanlinskoe) idi (9, s.243). 
Qarabağın digər qəzası olan Cavanşir qəzasında da üç polis məntəqəsi olub. 1. 
Bərdə, məntəqəsinin sahəsi, 744,71 verst, 77754 desyatin, 15,39 mil, 847,49 kvadrat 
kilometr olmuşdur. Bu polis məntəqəsində 14 kənd cəmiyyəti vardır. 2. Şirvanlı polis 

 
Sivilizasiya 
 
89
məntəqəsinin sahəsi 713,01 verst, 74272 desyatin, 14,73 mil, 811,42 kvadrat kilometr 
olmuşdur Bu polis məntəqəsində 18 kənd cəmiyyəti vardır. 3. Qabarta-Boy-Əhmədli 
polis məntəqəsinin sahəsi 3196,34 verst, 332952 desyatin, 66,05 mil, 3637,51 kvadrat 
kilometr olmuşdur Bu polis məntəqəsində 17 kənd cəmiyyəti vardır. (8, s.32-33).  
Cavanşir (Qaryagin-1904 - H.B) qəzasında olan kənd cəmiyyətləri. Bəhmanlı (Beq-
manlinskoe), Havalı (Qavalinskoe), Hadrut (Qadrutskoe), Horadiz (Qoradinskoe), Cəb-
rayıl (Djebrailskoe), Qarabulaq (Karabulaqskoe), Qaraxanbəyli (Karaxanbeqlinskoe), 
Maralyan (Maralyanskoe), Sultan (Saltaninskoe), Xanlıq (Xanlıxskoe) idi (9, s.244). 
XX əsrin əvvəllərində Şimali Azərbaycanın Gəncə şəhərində buraxılan Elizavetpol 
(Gəncə) quberniyasının yaddaş kitabçasının 1910-cu il buraxılışında  Şimali 
Azərbaycanın Qarabağ regionunun qəzalarında inzibati idarəetmə sistemi haqqında çox 
qiymətli məlumatlar verilmişdi.  
Bu dövr Quberniya müdiriyyəti tərəfindən yenidən 1909-cu ildə qəzalarda yerləşən 
kəndlər, kənd cəmiyyətləri və polis məntəqələri ayrı-ayrı  şöbələr nəzdində birləşdiril-
məyə başladı. Bu iş 1910-cu ildə başa çatdırıldı (11, s.1).  
Bu dövrdə Qarabağ regionunun Şuşa və Gorus şəhərlərinin ictima idarəçiliyində 
Şuşa şəhərində şəhər başçisi S.Kələntərov, S.İmxanov, S.Səfərov, M.İsaquluyev, M.Mi-
xaylov, S.Avakov, M.Kasparov, A.Gülməmmədbəyov, A.Qəmbərov, M.Muxtarov və 
A.Qondaksazov, Gorus şəhərində isə şəhər başçısı A.Qazarov, Məlik Hüseynov, A.Mi-
rimov, V.Səfrazbəyov, Behbud Mahmudbəyov, Xurşud Məlik Oqanov, O.Mıkırtıçev, 
A.Melkumov, A.Qazarov, S.Bağırov, Q.Malinçev, A.Oqanov, A.Mosesov kimi şəxslər 
iştirak edirdilər (11, s.11). 
XIX  əsrin  əvvəllərindən XX əsrin  əvvəllərinədək bir əsr boyunca Rusiya imperi-
yası tərəfindən ermənilərin Şimali Azərbaycanın Qarabağ regionunun ərazilərinə kütlə-
vi köçürülməsinə baxmayaraq, hələ  də XX əsrin  əvvəllərində Qarabağın qəzalarınin 
mərkəzi şəhərlərində idarəçilik sistemində azərbaycanlılar ermənilərə nisbətdə üstünlük 
təşkil edirdi. Lakin bu üstünlük imperiya hökumətini narahat edirdi. Hökumət tədricən 
Quberniyalarda, qəzalarda hətta belə  kəndlərdə xristian mənşəli məmurların üstünlük 
təşkil etməsi üçün yeni layihələr hazırlayıb həyata keçirməyə başladı.  
Çar hökuməti bu tədbirlərdən birincisi kimi hələ XIX əsrdə həyata keçirdiyi inziba-
ti  ərazi idarəetmə sistemində  dəyişikliklər etməklə xristian mənşəli məmurların idarə-
çiliyə cəlb edilməsi işini sürətləndirməyə başladı.  
Hələ XIX əsrin ikinci yarısında Rus imperiyası tərəfində həyata keçirilməyə başla-
yan inzibati ərazi bölgüsü və idarəetmə sistemi ilə bağlı Rus imperatorluğunun Çarı tə-
rəfindən 1865-ci ildə verilən “Kənd Cəmiyyəti haqqında qanun”la bəy və ağalar kəndlə-
rin inzibati məhkəmə işlərindən uzaqlaşdırıldılar, kəndlərdə idarəçiliyi həyata keçirmək 
üçün vahid kənd idarələri yaradıldı (14, s.8).  
Bununla da çar hökuməti yerlərdə xristian mənşəli məmurları idarəçiliyə  cəlb 
etməklə bu əraziləri tam öz nəzarətinə götürdü. Həm də imperiya bir neçə il sonra 
həyata keçirəcəyi layihələrə o dövrdə  əhali arasında böyük nüfuza malik olan bəy və 
ağaların maneə olmamalarını nəzərə alaraq bu tədbirlərə əl atdı. 
Bu inzibati ərazi bölgüsü Qarabağ regionunun qəzalarında 1910-cu ildə yenidən 
həyata keçirilməyə başladı. 1910-cu ildə Şuşa qəzasında 4 kənd şöbəsi yaradıldı. Birinci 
şöbəyə bu kənd cəmiyyətləri Şuşakənd, Daşaltı, Xəlfəli, Keşişkənd, Malbəyli, Pircamal, 
Siznik, Xanazıx, Qışlaqkənd, Canaxçı, Xankendi, ikinci şöbəyə bu kənd cəmiyyətləri 
Tuğ, Taqaver, Tağ, Sus, Arbaduz, Çertaz, Qacar, Gülablı, Yenikənd, Skobelev, Kaqar-
zin, üçüncü şöbəyə bu kənd cəmiyyətləri Ağdam, Şelli, Qiyaslı, Göytəpə, Şıxlar-Qər-

Bakı Avrasiya Universiteti  
 
90
vənd, Zəngişal, Qaraxanlı, Sarcalı-Quzanlı, (Ləmbəran tərəf) Qaravəlli, Xanabad, Nov-
ruzlu, dördüncü şöbəyə isə Hindarxı, Arazparlı, Mərzili, Minaxorlu, Hüsülü, Xalfara-
din, Qaradolaq, Novruzlu, Xocavənd, (Ləmbəran tərəf) İlaqilar və Ləmbəran kənd cə-
miyyətləri daxil edildi (11, s.4). 
Qarabağın digər qəzası Zəngəzur qəzasında da 4 kənd şöbəsi yaradıldı. Birinci şö-
bəyə Əliqulukənd, Aypilin, Əngələut, Axlatian, Bazarçay, Vağudi, Gorus, Dərabas, Pir-
naut, Sisiani, Tatev, Uz, Xinzirak, Xot, Şalat, Şəki, Şinger, Şıxlar, Yaycı, ikinci şöbəyə 
Bayandur, Gərənzu, Cağauz, Cicimli, Dığ, Qaladərə, Qaraqışlaq, Malbəyli, Mollalar, 
Müsülmanlar, Piçanis, Səfiyan, Seyidlər, Xəzinəvar, Şahsuvarlı, üçüncü şöbəyə Əliyan-
lı, Əliquluuşağı, Arçevan, Babalı, Qal, Qarar, Dondarlı, Gödəklər, Qazıqurdalı, Kerdca-
lanlı, Məmmədli, Mollin, Noraşen, Oxtar, Saralı, Sarıyataq, Sofulu, Ucanis,Xəndək, 
Xələc, Xocapan, Şıxavin, dördüncü şöbəyə isə  Əlidərə, Astazur, Bartaz, Vartanzur, 
Qyaqyalin, Güdgüm, Dərzili, Cahangirbəyli, Kirataq, Kəvər, Lehvaz, Mehri, Nüvədi, 
Oxçu, Pirçevan, Raband, Tirin, Ordaxlı, Zəngilan, Şıxauz və İsgəndərbəyli kənd cəmiy-
yətləri daxil edildi (11, s.3-4). 
Cavanşir qəzasında 3 kənd  şöbəsi yaradıldı. Birinci şöbəyə bu kənd cəmiyyətləri 
Bərdə, Qeranin, Dorbatli, Ayridcin, Xoruzlu, Qaramanlı, Yevlağ, Qaradağlı, Borsunlu, 
Sarov, Talış, ikinci şöbəyə bu kənd cəmiyyətləri Ağəli, Alpaut, Xan-Ərəb, Köçərli, 
Nəmirli, Xan-Qaraqoyunlu, Səhləbad, Ləki, Şirvanlı, Marağalı, Mamırlı, Qılıçlı, üçün-
cü şöbəyə bu kənd cəmiyyətləri Can-Yataq, Kasapet, Həsən-Riz, Dovşanlı, Kiçik-Qara-
bəy, Orlovo-Denisov, Minqrel, Boy-Əhmədli, Sırxavənd, Çırağlı,  İmarət-Qərvənd, 
Avaryan, Ayrım, Keşdağ, Asrik və Qoturlu daxil edildi (11, s.4). 
1904-cü ilə  qədər Cəbrayıl adlanan Qaryagin qəzasında 2 kənd  şöbəsi yaradıldı. 
Birinci şöbəyə Əbdürəhmanbəyli, Ağəli, Əlixanlı, Banazur, Bəhmanlı, Hadrut, Horadiz, 
Qarakelli, Qarğabazar, Qaryagin, Kərimbəyli, Mahmudlu, Süleymanlı, Taqasır, Şahse-
vən, Edilin, Qaraxanbəyli, ikinci şöbəyə  Cəbrayıl, Daşkəsən, Qucaq, Maralyan, Əh-
mədli, Aragül, Ağcakənd, Soltanlı, Qovşutlu, Ağəli, Xanlıq, Xocik, və Məfruzlu kənd 
cəmiyyətləri daxil edildi (11, s.4). 
Yuxarıda verilmiş inzibati ərazi bölgüsünün nəticəsi kimi deyə bilərik ki, 1910-cu 
ilin məlumatına baxarkən azərbaycanlıların qəzaların idarəçılıyındəki üstünlüyü artıq 
imperiya tərəfindən tamamilə  dəyişdirilmişdi. Bu dövrdə  təyin olunan qəzaların mən-
təqə müvəkkillərinin demək olar ki hamısı xristian mənşəli şəxslər idi. Qarabağ regio-
nunun bütün polis məntəqələrinə  təyin olunanan müvəkkillər  Şuşada D.A.Yaraşenko, 
Zəngəzurda A.Qrozdov, Qaryagində (Cəbrayil-1904-ə  qədər H.B) A.İ.Zavalişin, Ca-
vanşirdə isə S.İ.Maebski kimi xristian mənşəli şəxslər olmuşdu (11, s.20). 
Göründüyü kimi Qarabağın dörd qəzasının 3-də  qəzaların məntəqə müvəkkilləri 
ərazidə yaşayan əhalinin ən az faizini təşkil edən slavyan mənşəli məmurlar, birində isə 
gürcü mənşəli xristian təyin edilmişdi. Rus imperiyasının öz geosiyasi maraqlarına uy-
ğun apardığı bu siyasətə baxmayaraq Şimali Azərbaycanın Qarabağ regionunun qəzala-
rının idarəçilik sistemində hələ də azərbaycanlılar iştirakı edirdilər. 
Bunu 1914-cü ildə buraxılan Yelizavetpol (Gəncə-H.B) quberniyasının yaddaş ki-
tabçasında Şimali Azərbaycanın Qarabağ regionunun qəzalarında idarəçilik sistemində 
çalışan insanlar haqqındakı məlumatlarda aydın görmək olur.  
Şuşa qəzasının başçısı V.İ.Brılkin olmuşdur. Qəzanın idarəçilik sistemində Hilal 
Rzayev, Mirzəlibəy Əlibəyov, Abbasəli Məmmədov, Paşa bəy Cəlalov, polis sistemin-
də Kərim Kələbəyov, İsa bəy Əliyev, Əyyub bəy Rəfibəyov çalışmışlar. Şuşa şəhərinin 

 
Sivilizasiya 
 
91
başçısı S.Kələntərov olmuşdur.  Şuşa  şəhərinin idarəşiliyində  İsmayıl bəy Bəylərbəy-
oğlu Novruzov, Firudin bəy Həsənəlibəyoğlu Behbudov, Mahmud bəy Mürsəqulubəy-
oğlu Fərzəlibəyov və b. işləmişlər (12, s.32-33).  
Zəngəzur qəzasının isə başçı N.Pivaroviç olmuşdur. Qəzanın idarəçiliyində azər-
baycanlılardan qəza başçısının baş köməkçisi Hüseyn bəy Behbudbəyoğlu Mahmudbə-
yov, tərcüməçi Şamxal bəy Məlikhüseynov, Hüseyn bəy Məlikabasov, Paşa bəy Səyad-
bəyov, polis sistemindı  Həbib xan Şəkinski, Bəylərbəy Həsənbəyov çalışmışlar (12, 
s.30-31)  
Cavanşir qəzasında qəzanın başçısı Z.M.Lorçenko olmuşdur. azərbaycanlılardan 
Ələkbər bəy  Əzizbəyov, polis sistemində  Ələkbər bəy Kələbəyov (Şirvanlı), Cümşüd 
bəy Vəzirov (Orlovo-Denisov) və  İsfəndiyar bəy  Əliyev (Yevlax) qəzanın idarəçilik 
sistemində işləmişlər (12, s.29). 
1904-cü ilə qədər Cəbrayıl adlanan Qaryagin qəzasında isə qəzanın başçısı Q.Z.Ki-
piyani olmuşdur. Qəza başçısının baş köməkçisi Mikayıl bəy İsrafilbəyov, katib isə Ab-
durazax bəy Teymurazbəyov olmuşdur (12, s.30). 
Ümumiyyətlə, o dövrdə Yelizavetpol (Gəncə-H.B) quberniyasının qubernatorları 
Çar Rusiyası imperiyasının aşağıdakı  məmurları Bulatov Fokion Ebstafıebiç Dövlətin 
məclis üzvü 1868-1876, Nakaşidze Aleksandr Davidoviç general-mayor (16.02.1880-
20.05.1897), Kireev İvan Petroviç general-mayor (22.05.1897-05.07.1900), Lutçau Ni-
kolay Aleksandroviç polkovnik general-leytenant (12.07.1900-20.08.1905), Kalaçyov 
Aleksey Alekseeviç Dövlətin məclis üzvü (20.08.1905-1908), Kovalyov Qeorqiy Sa-
moyloviç Məclis üzvü (1908-1916), Poyarkov Mixail Petroviç Məhkəmə müşaviri (kol-
legial məsləhətçi) (1916-1917) olmuşdur (15). 
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin