Baki avrasiya universiteti Elmi-nəzəri jurnal


Üzümçülük, bostançılıq, bağçılıq, ovçuluq



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   2   3   4   5   6   7   8   9   ...   27

5. Üzümçülük, bostançılıq, bağçılıq, ovçuluq  
Əkinçilik texnikasının bəsit olması  səbəbindən Lənkəran xanlığında kənd tə-
sərrüfatı zəif inkişaf etmişdi. Xanlığın əhalisi üzümçülük, bostançılıq və xüsusilə bağçı-
lıq ilə də məşğul olurdular. Burada çəltik, pambıq və hər cür cənub bitkiləri yetişdirilir-
di [7, s. 140]. Leqkobıtovun fikrincə, burada əsil, düzgün bağçılıq yox idi. Lakin, meşə-
lərin arasındakı talaların hər yerində üzüm, heyva, nar, alma, armud, gavalı və s. ağacla-
ra rast gəlmək olurdu [19, h.III, s.222]. 
Lənkəran xanlığında hər cür bostan bitkiləri, həmçinin noxud və mərci də yetişdiri-
lirdi. Bostan bitkiləri əsasən xanlığın düzən rayonlarında becərilirdi, meşə zonalarında 
isə bostan bitkilərinin becərilməsi Veravul və Boladi icmasından başlayırdı [14, s. 202, 
225]. Bağçılıq və bostançılıqla xanlığın Ərkivan, Zuvand, Drığ, Çayiçi Lənkəran və As-
tara mahallarının  əhalisi məşğul olurdu. Astara mahalında ipəkçiliyin inkişafı naminə 
üzüm bağları qırılmış, yerinə tut bağları salınmışdı [5, s.12]. 
Xanlığın geniş düzənlərində və qalın meşələrində çoxlu heyvanlar yaşayırdı: bəbir, 
pələng, canavar, tülkü, dələ, dovşan, ceyran, maral, çaqqal, porsuq və s. Xanlığın əhalisi 

 
Sivilizasiya 
 
11
onların ovu ilə məşğul olur və emal edilmiş dərilərini satırdılar [19, h.III, s.223].Bundan 
başqa əhali quş ovu ilə də məşğul olurdu. Dubrovin təbiətinin zənginliyinə görə Lənkə-
ran xanlığını Cənubi Qafqazda Quba xanlığından üstün sayırdı [15, c.I, kitab II, s.323]. 
 
6. Sənətkarlıq  
Lənkəran xanlığında əhalinin digər məşğuliyyət sahəsi sənətkarlıq idi. Xanlıqda sə-
nətkarlıq zəif inkişaf etmişdi. Leqkobıtov bunu yerli camaatın “belə işlərə meyil etmə-
məsi” ilə əlaqələndirirdi [19, h.III, s.225]. Əslində isə xanlıqda sənətkarlığın inkişaf et-
məməsi təsərrüfatın natural xarakteri, yəni hər bir təsərrüfatda öz daxili ehtiyacları üçün 
istehsalla bağlı idi. 
Lənkəran xanlığında əhali dəmirçilik, xarratlıq, xalçaçılıq və keçəçilik ilə  məşğul 
olurdu.  Əhalinin manufakturasını  dəmir  əşyalar hazırlayan az sayda dəmirçilər və ev 
məişəti üçün kobud mahud, palaz, bəz toxuyan toxucular təşkil edirdi [19, h.III, s.224]. 
Xanlıqda  əhali ipək sap əyirməklə  də  məşğul olurdu, lakin xanlıqda bu sənət aşağı 
səviyyədə idi [2, f.4, siy.8, iş 421, v.79; 1, s.92]. 
Vilgic mahalının Xan kəndində  məişətdə istifadə edilən qab-qacaq istehsalı xeyli 
inkişaf etmişdi [20, s.209-210]. Astara, Vilgic mahallarının Ninəkəran, Ağdərə və digər 
kəndlərində yerli əhali ənənəvi olaraq öz tələbatlarını ödəmək üçün sadə şal və mahud 
istehsal edirdilər [4. s.89]. 
Lənkəran xanlığında sənətkarlar  əsasən Lənkəran  şəhərində  cəmlənmişdilər. Lən-
kəran bazarında 50 sənətkar dükanı vardı və bu dükanlarda sənətkarlar müxtəlif metal 
əşyalar düzəldirdilər. Kənd yerlərində sənətkarlarəsasən dəmirçiliklə məşğul olur, bıçaq 
və digər ev əşyaları düzəldir, saxsı məmulat da istehsal edirdilər [16, s.5]. Səid Əliyə 
görə, bazarda sənaye malları satılan 40 dükan, o cümlədən toxuculuq malları, digər əş-
yaları satanlar, bundan əlavə digər təbəqələrdən də sənətkarlar olmuşdur [5, s.6]. 
Tacir və sənətkarlar sayca az idilər və xanlığın iqtisadi və siyasi həyatında əhəmiy-
yətli rol oynamırdılar [19, h.III, s.202]. 
 
Nəticə 
Beləliklə,mənbələrin məlumatlarının araşdırılması  və qarşılıqlı  təhlili Lənkəran 
xanlığının əhalisinin torpağın münbitliyindən, suvarma sistemlərinin mövcud olmasın-
dan, hər hansı kənd təsərrüfatı bitkisinin müəyyən ərazidə bol məhsul verə bilməsindən
bol örüş yerlərinin olmasından asılı olaraq bu və ya digər məşğuliyyət növünü seçməsi 
qənaətinə  gəlməyə imkan verir. Lənkəran xanlığının  əhalisinin  əsas məşğuliyyət 
növlərindən olan çəltikçilik, arıçılıq kimi təsərrüfat sahələrinə hal-hazırda kifayət qədər 
diqqətin yetirilmədiyni nəzərə alaraq, bu sahələrin yenidən dirçəldilməsi istiqamətində 
tədbirlər planının hazırlanması məqsədə uyğun olardı. Belə bir tədbirlər planının həyata 
keçirilməsi qeyri neft sektorunun inkişafına köməklik göstərə bilər. 
 
Qaynaqlar
1.  Ağamalı F.R. XVIII əsrin II yarısında - XIX əsrin əvvəllərində Quzey Azərbaycan xanlıqla-
rının sosial-iqtisadi vəziyyəti. Bakı, “Azərbaycan Ensiklopediyası” NPB, 1999. 
2.  Gürcüstan MDTA, f.4, siy.8, iş 421. 
3.  Məmmədova  İ.M. Lənkəran xanlığının qonşu xanlıqlar və dövlətlərlə münasibətləri. 
Namizədlik dissertasiyası, Bakı, 2005. 
4.  Mustafayev C.M. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq, Bakı, Elm, 2002. 
5.  Səid Əli Kazımbəyoğlu. Cəvahirnamei-Lənkəran (fars dilindən tərcümə Rauf Şeyxzamanlı-
nındır), Bakı, AMEA Əİ nəzdində “Örnək” nəşr, 2000. 

Bakı Avrasiya Universiteti  
 
12
6.  Акты,  составленные  Кавказскою  Археографическою  Комиссией  (АКАК),  т.I-XII, 
Тифлис, 1866-1904. 
7.  Анисимов С. Кавказ, Санкт-Петербург, 1906. 
8.  Архив Внешней Политики России (АВПРИ), ф.77. Сношения России с Персией (СРП). 
9.  Архив Государственного Совета, т.I-V, Санкт-Петербург, 1869-1904. 
10.  Бахтадзе  И.Л.  Податное  обложение  государственных  крестьян  Закавказского  края.// 
Свод материалов по изучению экономического быта государственных крестьян, том I, 
Тифлис, типография Я.И.Либермана, Барятинская ул. д.№8, 1887,с.1-271. 
11.  Березин  И.  Путешествие  по  Дагестану  и  Закавказью  (с  картами,  планами  и  видами 
замечательных мест), изд. II, наполненное, ч.III, Казань, 1850. 
12.  Броневский С. Новейшие, географические и исторические известия о Кавказе, ч.I-II, 
Москва, 1823. 
13.  Бутков  П.Г.  Материалы  для  новой  истории  Кавказа. 1722-1801, ч.I-III,  Санкт-
Петербург, 1869. 
14.  Вермишев  Х.А.  Земледелие  у  государственных  крестьян  Закавказского  края 
(отдельный  очерк  из  т.IV  свода  материалов  по  изучению  быта  государственных 
крестьян Закавказского края), Тифлис, Типография М.Д.Ростианца, 1888. 
15.  Дубровин  Н.Ф.  История  войн  и  владычества  русских  на  Кавказе,  т.I-VI,  Санкт-
Петербург, 1871-1888. 
16.  Журнал «Естествознание и География» 1903, декабрь. 
17.  Кавказский календарь на 1847 год. 1846 г; на 1852 г 
18.  Кистенев  Д.А.  Экономический  быт  государственных  крестьян  Ленкоранского  уезда 
Бакинской губернии. \\ Материалы для изучения экономического быта государствен-
ных крестьян Закавказского края, т.VII, Тифлис, 1887, с.535-764. 
19.  Обозрение  Российских  Владений  за  Кавказом,  в  статическом,  этнографическом, 
топографическом и финансовом отношениях (ОРВЗ), ч.I-III, Санкт-Петербург, 1836. 
20.  Огронович И.А. Провинции Персии: Ардебильская и Серабская. \\ Записки КОИРГО, 
№2, 1876. 
21.  Псарева М.П. Очерк орошения в Закавказском крае. \\ Свод материалов по изучению 
экономического быта государственных крестьян, т.V, Тифлис, 1888,с.1-68. 
22.  Российский Государственный Военно-Исторический Архив (РГВИА), ф. 52 (ф. ВУА), 
д 19229. 
23.  Труды КОСХ, Тифлис, 1891, №9. 
24.  Шопен  И.  Некоторые  замечания  на  книгу  Обозрения  Российских  владений  за 
Кавказом, Санкт-Петербург, 1840. 
 
SUMMARY 
İrada Mammadova 
 
OCCUPATION OF THE PEOPLE OF THE LANKARAN KHANATE 
 
In the article the author examines the occupation of the people of the Lankaran Khanate. In 
the Lankaran Khanate occupation of the people primarly depended on the soil fertility, 
irrigation system and potential harvest from all kind of agricultural crops. 
In the Lankaran Khanate people were mainly involved in agriculture and animal hus-
bandry. People of the khanate, aside from growing cereal, also planted rice, cotton, flax, corn 
seeds of different qualities and cultivated various fruits. Chaltyk and rice grown in the khanate 
was especially famous. In the Zuvand and Drigis magals of the khanate animal husbandry 
prevailed. People of the khanate were also involved in sericulture, beekeeping, fishing, wine 
growing, gardening and hunting. There were very few merchants and craftsmen in khanate and 
they did not play a significant role in the political and economic life of the khanate.  

 
Sivilizasiya 
 
13
Keywords:   Lankaran Khanate, occupation of the people, agriculture, animal husbandry, 
handicrafts, beekeeping 
 
РЕЗЮМЕ 
Ирада Мамедова 
 
ЗАНЯТОСТЬ НАСЕЛЕНИЯ ЛЕНКОРАНСКОГО ХАНСТВА 
 
В  статья  автор  исследует  занятость  населения  Лянкяранского  ханства.  В  Лян-
кяранском  ханстве  население  выбрало  ту  или  иную  область  занятости  в  зависимости 
отплодородие почвы, оросительной системы, от обильности урожая любых сельскохоз-
яйственых культур в той или иной территории, от обилие выбранных пастбищ.  
В Лянкяранском ханстве основным занятием населения было сельское хозяйство, в 
первую очередь земледелие и скотоводство. Население Лянкяранскогоханства кроме зер-
новых культур также занимались посадкой разного качества риса, хлопка, льна, кукуруза 
и разведением различных садовых  культур. Население  Лянкяранского  ханства славилось 
вкультивирование  чалтыка.  В  Лянкяранском  ханстве  население  выращивало  высокока-
чественные сорта риса. В Зувандском и Дригском магале Лянкяранского ханство преиму-
щество  составляло  скотоводство.  Население  ханства  также  занималось  шелковод-
ством,  пчеловодством,  рыболовством,  виноградарством,  садоводством,  охотой.  Тор-
говцы и ремесленники были немногочисленны и не играли важную роль в экономической и 
политической жизни ханства. 
 
Ключевые слова:   Лянкяранское ханство, занятость населения, земледелие, ското-
водство, ремесло, пчеловодство 
 

Bakı Avrasiya Universiteti  
 
14
Gülzar İBRAHİMOVA

 
 
AVROPA İTTİFAQININ ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ AZƏRBAYCAN 
RESPUBLİKASININ ROLU 
 
Açar sözlər: Avropa İttifaqı, Azərbaycan, Xəzər dənizi, enerji ehtiyatları, təhlükəsizlik, neft-
qaz, investisiya 
 
Giriş 
Avropa İttifaqının rifahı və təhlükəsizliyi sabit və bol enerji təchizatından asılıdır. 
Qlobal miqyasda qarşılıqlı asılılığın getdikcə artdığı müasir dünyada gerçəkləşməkdə 
olan enerji siyasətində Avropanın özünəməxsus  şəkildə mütləq bir özünəməxsusluğu 
vardır. Yeni enerji landşaftı dünyanın digər iqtisadi regionları kimi, Avropa regionunu 
da enerji təhlükəsizliyinin, sabit iqtisadi şəraitin və iqlim dəyişikliyinə qarşı effektiv 
fəaliyyətin təmin edilməsi prosesində qarşılıqlı asılı  vəziyyətə  gətirmişdir. Bu yeni 
mənzərənin yaratmış olduğu enerji reallıqları Avropa üçün yeni bir çağırışdır [6]. Möv-
cud vəziyyət yeni enerji erasının başlanğıcında Avropanı daha yaxşı fəaliyyət göstərən 
və daha çox inteqrasiya olmuş bir enerji bazarını reallaşdırmağa nail olmağa məcbur 
edir. Getdikcə artan qlobal enerji tələbatı və qiymət artımına səbəb olan mədən yana-
caqları qıtlığı enerji idxalı məsələsini prioritet məsələyə çevirmişdirVətəndaşların ək-
səriyyəti üçün enerji əlçatan və hər yerdə olması enerji siyasətiylə bağlı milli qərarlara 
təsir edən amillərə böyük təsiri edir, yəni təchizat təhlükəsizliyi digər təhlükəsizliklər-
dən fərqli səviyyədə qiymətləndirilir. 
 
1.  Avropa İttifaqının enerji təhlükəsizliyi məsələləri  
 
AB dünya enerji resurslarının 16 faizini istehlak edir və onun inkişafı məhdud təbii 
enerji bazarına  əsaslanır. Avropanın enerji ehtiyatları dünya ehtiyatlarının 0,2 faizini, 
qaz ehtiyatları isə 1,4 faizini əhatə edir ki, bunların da istifadəsi 20 il ərzində başa çata 
bilər. Hal-hazırda Avropa İttifaqı  sərf etdiyi enerjinin yarısından çoxunu idxal edir. 
Enerji idxalından asılılıq xam neft (demək olar ki, 90%), təbii qaz (66%), daha az dərə-
cədə isə qatı yanacaq (42%) və eləcə  də nüvə yanacağındandır (40%). Aİ-nın xarici 
enerji fakturası günlük € 1 milyarddan və Avropa İttifaqının ümumi idxalının beşdə bi-
rindən çoxdur. Aİ illik € 350 milyarddan çox enerji idxal edir ki, bunun da üçdə biri 
 
Enerji təchizatı  təhlükəsizliyilə bağlı  ən aktual məsələ xarici təchizatçıdan güclü 
asılılıqdır. Bu xüsusilə qaz təchizatı üçün doğru olsa da, elektrik təchizatına da aid edi-
lir. Avropa İttifaqına Üzv Dövlətlərdən altısı özlərinin bütün qaz idxalında vahid xarici 
təchizatçıları olan Rusiyadan asılıdırlar və onlardan üçü ümumi enerji ehtiyaclarının 
dörddə biri üçün təbii qazdan istifadə edir. 2013-cü ildə Rusiyadan enerji tədarükü Aİ-
nın təbii qaz idxalının 39%-ini və ya Aİ-nın qaz istehlakının 27%-ini təşkil etmişdir. 
Rusiya isə təbii qazının 71%-ini, ən böyük həcmi Almaniya və İtaliyaya olmaqla, Avro-
paya ixrac etmişdir [4]. Bəzi Üzv Ölkələrin enerji təminatının güclü şəkildə tək təchi-
zatçıdan asılılığı, Aİ-na üzv olan bu ölkələri siyasi və ya kommersiya mübahisələri ya 
                                                           

  Siyasi elmlər doktoru, professor, Bakı Avrasiya Universiteti ibrahimova-gulzar@rambler.ru 
Rusiyadan təmin edilir. Buna görə də enerji təchizatı təhlükəsizliyi digər Üzv Dövlətlə-
rə nisbətən, Avropa İttifaqının, xüsusilə Baltik və Şərqi Avropa kimi daha az inteqrasi-
ya olmuş və əlaqələndirilmiş ölkələri üçün daha çox həssas məsələdir [4]. 

 
Sivilizasiya 
 
15
da infrastruktur çatışmazlığı  səbəbilə yaranan enerji təchizatındakı fasilələr qarşısında 
zəiflədir. Məsələn, Rusiya və tranzit ölkə Ukrayna arasında baş verən 2009-cu il qaz 
mübahisəsi bir çox Aİ ölkələrini ağır enerji çatışmamazlığı ilə üz-üzə qoydu. 
Mövcud durumuaradn qaldırmaq üçün Avropa Komissiyası 2014-cü ilin may ayın-
da Avropa vətəndaşları və iqtisadiyyatı üçün sabit və bol enerji təchizatını təmin etmək 
məqsədi daşıyan Enerji Təhlükəsizliyi Strategiyasını açıqladı. Bütün Aİ ölkələri, o 
cümlədən 38 Avropa ölkəsi tərəfindən həyata keçirilmiş bir və ya altı ay müddətinə iki 
enerji təchizatı fasiləsi ssenarilərini (Rusiya qazının Aİ-na idxalının tam dayandırılması 
və Ukrayna tranzit marşrutu ilə Rusiyanın qaz idxalının kəsilməsi) simulyasiya edən 
enerji təhlükəsizliyi stress testləri, uzun müddətli təchizat fasiləsinin Aİ-na əhəmiyyətli 
dərəcədə təsir edəcəyini göstərmişdir. Bu ssenari üzrə enerji fasiləsindən Şərqi Avropa 
İttifaqı ölkələri və Enerji İttifaqı ölkələri xüsusilə ziyan görəcəklər. 
Stress testlərin təhlili görüləcək bir sıra qısa müddətli tədbirlərin Aİ-na enerjinin 
təhlükəsiz təchizatını  təmin etməyə kömək edə biləcəyini ortaya qoymuşdur. Bunun 
üçün Aİ bazar-əsaslı yanaşmanı qəbul etməli və hökumətlər tərəfindən müdaxilə tədbir-
lərinə yol verməməlidir. Bundan əlavə ölkələr, enerji sistemində birliyin maksimum sə-
viyyəyə çatdırılması  və transsərhəd enerji ticarətinə  məhdudiyyətlərin aradan qaldırıl-
ması da daxil olmaqla, bir-biri ilə enerji koordinasiyasını artırmalı, enerji səmərəliliyi 
və aşağı tələbatın ödənilməsi üçün qısa müddətli davranış dəyişiklikləri qəbul edilməli 
və Aİ-nın Qaz Koordinasiya Qrupu davamlı qaz təchizatındakı yeniliklərin monitorinqi-
ni aparmalıdır. Strategiya təchizatın uzunmüddətli təhlükəsizliyi problemlərinin həlli 
üçün isə beş əsas sahədə görülməli tədbirləri təklif etmişdir: enerji səmərəliliyinin artı-
rılması; Aİ-da enerji istehsalının artırılması  və  təchizatçı ölkələrin və marşrutların di-
versifikasiyası(bura bərpa olunan enerjinin daha da inkişaf etdirilməsi, mədən yanacaq-
ların davamlı istehsalı  və seçim mövzusu olduğu təqdirdə  təhlükəsiz nüvə, həmçinin 
Rusiya, Norveç və ya Səudiyyə Ərəbistanı, eləcə də Xəzər hövzəsi regionundakı yeni 
tərəfdaş ölkələr kimi hal-hazırki başlıca enerji tərəfdaşları ilə səmərəli danışıqların apa-
rılması da daxildir); daxili enerji bazarının bütünləşdirilməsi və əksik infrastruktur bağ-
larının yaradılması; xarici enerji siyasətində vahid mövqedən çıxış edilməsi; fövqəladə 
və həmrəylik mexanizmlərinin gücləndirilməsi və vacib əhəmiyyətli infrastrukturun qo-
runması(bura regional və  Aİ  səviyyəsində  təchizat planlarının təhlükəsizliyinin hazır-
lanması da daxildir) [11]. 
Avropa İttifaqının enerji siyasətini reallaşdırılacaq Enerji Təhlükəsizliyi Strategiya-
sı 2020, 2030 və 2050-ci illəri  əhatə edən üç mərhələdə  həyata keçiriləcək. 2020 və 
2030-cu illər üçün enerji strategiyası bərpa olunan enerji, istixana qazının azaldılması 
və enerji səmərəliliyi sahəsində yeni hədəflər nəzərdə tutur. 2050 Enerji Strategiyası isə 
Avropa İttifaqının 2050-ci ilədək rəqabət qabiliyyətli, təhlükəsiz və davamlı enerji sis-
teminə keçid və  ən azı 80% istixana qaz emissiyalarının azaldılması strategiyasıdır. 
Enerji siyasətinin yekun hədəfi bütün İttifaq  ərazisində fasiləsiz enerji təminatı üçün 
enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi; enerji təchizatçılarının rəqabətli bir 
mühitdə fəaliyyətinin təmin edilməsi; istixana qaz emissiyalarının, çirklənmə və mədən 
yanacağından asılılığın azaldılması vasitəsilə enerji istehlakının davamlılığının təmin 
edilməsidir [12]. 
Avropa Enerji Təhlükəsizliyi Strategiyası, Enerji İttifaqı  və  Daxili Enerji Bazarı 
ideyaları ilə birlikdə Avropa İttifaqının enerji siyasətinin tərkib hissəsini təşkil edir. 
Bunlar Aİ-naqarşıya qoyduğu məqsədlərə nail olmaqda kömək edəcək əsas siyasət sa-

Bakı Avrasiya Universiteti  
 
16
hələridir. Avropa Enerji İttifaqı Avropa İttifaqı daxilində milli sərhədlər boyunca ener-
jinin sərbəst axınına imkan yaradaraq və enerji ödənişlərinin azaldılması, iş yerlərinin 
yaradılması və inkişafın sürətləndirməsi üçün yeni texnologiyalar və yenilənmiş infras-
truktur gətirərək, Aİ vətəndaşları və biznes sahələri üçün təhlükəsiz, əlverişli və iqlim 
dostu enerji təmin edəcək. Aİ-da güclü və inteqrasiya olmuş bir Daxili Enerji Bazarının 
reallaşdırılmasıisə bütövlüklə Aİ-da yeni qaz və elektrik şəbəkələrinin qurulması üçün 
yeni boru kəmərləri və elektrik xətlərinin tikintisini və təchizatçılar arasında rəqabətin 
artırılması  və istehlakçı seçiminin təşviq edilməsi üçün ümumi qaydaların hazırlan-
masını nəzərdə tutur [12]. 
Bunlarla yanaşı bərpa olunan enerji mənbələrinin inkişafı da daxil olmaqla, Aİ-nın 
daxili enerji istehsalının, enerji səmərəliliyinin dəstəklənməsi, nüvə tullantılarının utili-
zasiyası  və  dənizdə neft və qaz platformalarının istismarı kimi məsələlərə dair ciddi 
qaydaları ehtiva edən Aİ-nın bütövlükdə enerji sektorlarında təhlükəsizliyin təmin olun-
ması prioritet sahə kimi müəyyənləşdirilmişdir. Ardıcıl uzunmüddətli bir strategiya çər-
çivəsində bu məqsədləri təqib etmək üçün Aİ 2020, 2030 və 2050-ci illər üçün hədəflər 
formalaşdırmışdır. 2020 Enerji Strategiyası 2010 və 2020-ci illər arasında Aİ-nın enerji 
prioritetlərini müəyyən edir. Bu strategiyanın hədəfləri istixana qazlarının ən azı 20% 
azaldılması, Aİ-nın enerji müxtəlifliyində bərpa olunan enerji payının istehlakın ən azı 
20%-nə çatdırılması və enerji səmərəliliyinin ən azı 20% artırılmasıdır. 2030-cu ilədək 
isə  Aİ ölkələri, 1990-cı illə müqayisədə istixana qaz emissiyalarının azı 40% azaldıl-
ması, Aİ-da bərpa olunan enerjinin ən azı 27%-ə çatdırılması və nəhayət Avropa İttifaqı 
ölkələri arasında 15% elektrik enerji sistemlərinin birləşdirilməsi hədəfinə nail olaraq 
daxili enerji bazarının formalaşdırılmasının tamamlanması və mühüm infrastruktur layi-
hələrinin sürətləndirilməsi barədə razılığa gəlmişlər. Aİ-nın Enerji Yol Xəritəsi Aİ-da 
2050-ci ilədək istixana qazlarının 1990-cı illə müqayisədə 80% - 95% azaldılmasına 
nail olmağı əsas hədəf götürür [12]. 
Avropa Komissiyasının təklifi əsasında 2014-cü ilin oktyabrında Avropa Şurası yeni 
bir Aİ-səviyyə hədəfi qəbul etdi: enerji səmərəliliyi 2030-cu ilədək ən azı 27% artırılmalı-
dır. Bu hədəf bizneslər üçün yeni imkanlar, istehlakçılar üçün əlverişli enerji qiymətləri, 
təbii qaz idxalının əhəmiyyətli dərəcədə azaldılması ilə artan enerji təhlükəsizliyi və ətraf 
mühitə müsbət təsir vasitəsilə Avropaya fayda təmin edəcək. Təklif olunan hədəf mövcud 
nailiyyətlərə  əsaslanır: yeni binalar 1980-ci ildə istifadə etdiklərinin yarısı  qədər enerji 
sərf edir və sənaye 2001-ci ildəkindən 19% daha az enerji sərf edir [4]. 
Bütövlükdə qarşıya qoyulan hədəflər enerji sahəsində Aİ-nın sabit siyasət çərçivə-
sini təşkil edir və dünya miqyasında Aİ-nın bu sahələrdə qabaqcıl rolunu təsdiq edir. 
Cari hədəflər istiqamətində artıq  əhəmiyyətli irəliləyiş  əldə edilmişdir. Belə ki, 1990-
2012-ci illər arasında Aİ istixana qazı emissiyalarını 18% azaltmış  və 2014-cü ildə 
enerji müxtəlifliyində  bərpa olunan enerjinin payını 2005-ci ilin 8,5% səviyyəsindən 
15,3%-ə çatdırmışdır. Enerji səmərəliliyinin isə 2020-ci ilədək 19%-ə çatacağı proq-
nozlaşdırılır [12]. 
2014-cü ilin Oktyabrında Avropa Komissiyasının dərc etdiyi Avropa qaz sistemi-
nin möhkəmliyi haqqında hesabatı Avropanın müxtəlif ölkələrində potensial qaz təchi-
zatı fasilələrinin təsirini qiymətləndirdi. Hesabat Aİ ölkələrinə  əməkdaşlıq etməyi və 
bazar qüvvələrinin harada mümkünsə işləməyinə imkan yaratmağı tövsiyə edir. Hesa-
batda gəlinən nəticəyə görə enerji sahəsinə kooperativ yanaşma ən çox təsirə məruz qa-
lan ölkələrdə qaz fasilələrinin təsirini əhəmiyyətli dərəcədə azalda bilər. 

 
Sivilizasiya 
 
17
Aİ-nın enerji təhlükəsizliyi həmçinin bütün dünyada artmaqda olan enerji tələbatı 
kontekstində də görülməlidir. Gələcək illərdə bütün dünyada planetin mineral resursla-
rını əldə etmədə çətinliklər artacaqdır. Neft daha çox bahalı və daha çox çətin hasil edil-
miş olacaq. Yeni şist neft və qaz ehtiyatlarının mövcudluğuna baxmayaraq, onların 
hasilatına mane olacaq bir çox ekoloji məhdudiyyətlər mövcuddur. Mədənlərin mineral 
tərkibi azalmaqda davam edəcəyi üçün mədən xammallarını hasil etmək üçün getdikcə 
daha çox enerji lazım olacaq. Buna görə enerji mənbələrinin  əldə edilməsi getdikcə 
artan bir şəkildə geosiyasi mülahizələrin mövzusu olacaqdır [10]. 
Bundan əlavə, Asiya və dünyanın digər hissələrindəinkişaf etməkdə olan iqtisadiy-
yatların qlobal enerji tələbatındakı paylarınınartması qlobal enerji ticarətinin istiqaməti-
ni Şərqə doğru dəyişməkdədir. Son illərdə qlobal enerji istehlakındakı artımın 90%-nin 
səbəbi Çin və Hindistan olmuşdur və 2035-ci ilədək bu iki ölkənin enerji tələbatının 
təxminən 60%-dən 100%-dək artacağı proqnozlaşdırılır. Bu istehlak artımını  nəzərə 
alaraq, inkişaf etməkdə olan ölkələr qlobal enerji müzakirələrində daha aktiv rol oyna-
mağa başlayır və bu da öz növbəsində qlobal enerji idarəçiliyinin təkamülünü təmin 
edəcəkdir. Bu hadisələrin geosiyasi nəticələri və onların Aİ-nın enerji təhlükəsizliyinə 
və xarici siyasət maraqlarına təsiri isə labüddür [9]. 
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin