Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə4/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   2   3   4   5   6   7   8   9   ...   27

 
Qaynaqlar: 
1.  Azərbaycan Respublikası və Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaş-
lığa dair memorandum imzalanmışdır. //Azərbaycan qəzeti, 2006, 17 noyabr 
2.   Enerji siyasəti sahəsində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq. //Azər-
baycan qəzeti, 2011, 13 yanvar  
3.  Рзаева  Г.В.  Углеводородные  ресурсы  Азербайджана  и  их  роль  в  международной 
энергосистеме. /Черноморе – Каспий:  поиск  новых  форматов безопасности  и  сотру-
дничества. М.: 2011, 101 с 
4.  Communıcatıon From the Commıssıon to the European Parlıament and the Councıl 
European Energy Security Strategy {SWD(2014) 330 final}, European Commıssıon, 
Brussels, 28.5.2014 COM (2014) 330 final. 
5.   EU – Azerbaijan Action Plan. “EU Press Release”. Brussels, 2006, 14 november 
6.  Green Paper A European Strategy for Sustainable, Competitive and Secure Energy {SEC 
(2006) 317}, Commıssıon of the European Communıtıes, Brussels, 8.3.2006 COM (2006) 
105 final.  
7.   President Barroso and the President of Azerbaijan sign a Memorandum of Understanding 
on energy partnership. “EU Press Release”. Brussels, 2006, 7 november, p. 1 
8.  Ralf Dickel, Elham Hassanzadeh, James Henderson, Anouk Honoré, Laura El-Katiri, 
Simon Pirani, Howard Rogers, Jonathan Stern & Katja Yafimava. Reducing European 
Dependence on Russian Gas: distinguishing natural gas security from geopolitics. OIES 
PAPER: NG 92, Oxford Institute for Energy Studies, October 2014. 
9.  Report from the commıssıon to the European Parlıament, the councıl and the European 

Bakı Avrasiya Universiteti  
 
26
economıc and socıal commıttee Implementation of the Communication on Security of 
Energy Supply and International Cooperation and of the Energy Council Conclusions of 
November 2011 {SWD(2013) 334 final}, European Commıssıon, Brussels, 13.9.2013 
COM(2013) 638 final. 
10.  The EU explained: Energy, European Commission Directorate-General for Communication, 
Luxembourg, Publications Office of the European Union, 2014. 
11.  https://ec.europa.eu/energy/en/topics/energy-strategy/energy-security-strategy 
12.  https://ec.europa.eu/energy/en/topics/energy-strategy 
13.  https://ec.europa.eu/energy/en/topics/imports-and-secure-supplies 
14.  https://ec.europa.eu/energy/en/topics/imports-and-secure-supplies/supplier-countries 
15.  http://www.president.az/articles/14264 
16.  http://europahouse-az.org/presentations/Standard_ENP_Presentation_en.pp 
17.  http://www.mfa.gov.az/content/566 
18.  http://europahouse-az.org/presentations/Standard_ENP_Presentation_en.pp 
 
 
 
SUMMARY 
Gulzar Ibrahimova 
 
THE ROLE OF THE AZERBAIJAN REPUBLIC IN EUROPEAN  
UNION ENERGY SECURITY 
 
Energy Security Strategy which is going to realize the energy policy of European Union, 
reconstructed and coming to an end energy resources are analyzed in the article. It is noted that 
European Energy Security Strategy, Energy Union and Home Energy Market with their ideas 
form the part of European Union. It is mentioned that increase of energy effectiveness is the 
main target of European Union. On the basis of regional projects close corporation of EU with 
energy providing countries, especially the main regional programs TRACECA and INOGATE 
which realized the participation of the Azerbaijan Republic in the projects of EU in the sphere of 
transport and energy are discussed in the article. 
After the signing of documents “Mutual Understanding Memorandum about Strategic 
Support” and “ Joint declaration about South Caucasus Corridor”between Azerbaijan and EU 
in the sphere of energy the role and place of the Azerbaijan Republic in the EU energy Security 
is investigated in the paper. 
 
Key words:  Eu, Azerbaijan, Caspian Sea, energy, security, oil and gas, investment 
 
 
 
 
РЕЗЮМЕ 
Гюльзар Ибрагимова 
 
РОЛЬ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ В ЭНЕРГЕТИЧЕСКОЙ 
БЕЗОПАСНОСТИ ЕВРОПЕЙСКОГО СОЮЗА 
 
В статье анализируются энергетические источники Стратегии энергетической без-
опасности, реализующей энергетическую безопасноть Европейского Союза. Представлена 
Стратегия Энергетической Безопасности Европы, которая наряду с идеями Энергетичес-
кого Союза и  Внутреннего  Энергетического Базара, составляют основную часть энерге-
тической политики Европейского Союза. Увеличение энергетической рациональности в ЕС 
является  основной  целью.  На  основе  региональных  энергетических  проектов  комментир-
уется тесное сотрудничество ЕС со странами-поставщиками, в особенности программа 

 
Sivilizasiya 
 
27
TRACECA  и  основные  региональные  проекты INOGATE, осуществляющие  участие  Азер-
байджанской Республики в сфере транспорта и энергетики ЕС. Подписанными в области 
энергетики «Меморандумом о взаимопонимании сторонников стратегии» и «Совместной 
Декларацией  о  Южно-кавказском  коридоре»  изучается  роль  и  место  Азербайджанской 
Республики в энергетической безопасности Европейского Союза. 
 
Ключевые слова:   Европейский  Союз,  Азербайджан,  Каспийское  море,  энергети-
ческие ресурсы, безопасность, нефти и газа, инвестиция 
 

Bakı Avrasiya Universiteti  
 
28
Vidadi MURADOV

 
 
NAXÇIVAN DİYARINDA TİCARƏT-SƏNƏTKARLIQ 
OBYEKTLƏRİNİN TİKİNTİSİ (XVIII-XX ƏSRİN ƏVVƏLLƏRİ) 
 
Açar sözlər: tikinti, sənətkarlıq, ticarət, karvansara, bazar, körpü, hamam 
 
Əvvəllər olduğu kimi, XVIII-XX əsrin əvvəllərində də Azərbaycan xalqının təsər-
rüfat fəaliyyətində ticarət və  sənətkarlıq mühüm yer tuturdu. İqtisadi fəaliyyətin bu 
sahələri ilə məşğul olmaq isə uyğun tikililərin inşasını tələb edirdi. Ölkə ərazisində çox-
saylı bazarların, karvansaraların, ticarət dükanlarının, sənətkar emalatxanalarının, kör-
pülərin, hamamların tikintisi də bu tələbatın ödənilməsinə xidmət edirdi. Heç də təsadü-
fi deyildir ki, Naxçıvan diyarında da tikinti sənətinin  əsas istiqamətlərindən birini bu 
tipli obyektlərin inşası təşkil edirdi. Bir tərəfdən diyarın beynəlxalq ticarət yolları üzə-
rində  əlverişli mövqeyə malik olması, digər tərəfdən isə bazarların, karvansaraların, 
sənətkar emalatxanalarının, ticarət dükanlarının, körpü və hamamların şəhər hakimləri-
nin mühüm gəlir mənbələrindən birini təşkil etməsi onların tikintisini zəruri edən əsas 
amillər idi (5, s.146-147).
 
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da ticarət və 
sənətkarlıq obyektləri daha çox şəhərlərdə bazar meydanlarında və yaxud bu meydanla-
ra bitişik məhəllələrdə tikilirdi. Azərbaycanın əksər şəhərlərində ticarət-sənətkarlıq ob-
yektləri İç qalanın kənarında ayrıca memarlıq kompleksi şəklində formalaşdıqları halda 
Naxçıvan  şəhərində bunlar vahid memarlıq kompleksini təşkil edirdilər (13, s.8). 
İstənilən halda həm Naxçıvan, həm də Ordubad şəhərlərinin işgüzar mərkəzlərini 
bazarlar təşkil edirdi. “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə verilən məlumatlar-
dan aydın olur ki, XVIII əsrin əvvəllərində Naxçıvan şəhərində bir neçə bazar var idi ki, 
onlardan biri “Xətib çarşısı” adlandırılırdı (7, s.31). Bu dövrdə şəhərdə qeydə alınmış 
93 ticarət dükanı və sənətkar emalatxanasının əksəriyyəti “Xətib çarşısı”nda tikilmişdi. 
Bu obyektlərdən 24-ü Keçə Hüseyn, 44-ü isə Məlik Kəşa adlı şəxslərə məxsus idi. On-
ların hər biri ayda 10 ağca hesabı ilə icarəyə verilirdi (7, s.126-131).  
Naxçıvan  şəhəri ilə müqayisədə kiçik olmasına baxmayaraq, Ordubad şəhərində 
ticarət və sənətkarlıq obyektlərinin sayı daha çox idi. 1727-ci ildə şəhərdə ancaq Sultan 
Muradın vəqflərinə aid olan 150 dükan qeydə alınmışdı ki, onlardan da hər birinin aylıq 
icarə haqqı 40 ağça təşkil edirdi. Ordubadda tikilmiş ticarət və sənətkarlıq obyektlərinin 
daha bir xüsusiyyəti onların yalnız bazar meydanında yerləşmələri deyil, ayrı-ayrı 
məhəllələrə səpələnməsi idi. “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə Ordubadın adı 
göstərilməyən məhəllələrindən birində 1 karvansara, 11 dükan və emalatxana, Anbaras 
məhəlləsində isə 3 karvansara,19 dükan və emalatxana qeydə alınmışdı (7, s.126-131). 
Çox güman ki, bu obyektlər göstərilən məhəllələrin daha çox bazar meydanına yaxın 
ərazilərində tikilmişdi. 
Əldə olan məlumatların müqayisəsi göstərir ki, XVIII əsrin əvvəllərində olmuş türk 
istilasından yüz il sonra, daha doğrusu, Rusiya işğalının başlanğıcında Naxçıvan diya-
rında ticarət və sənətkarlıq obyektlərinin sayında artım baş vermişdi. Əgər 1727-ci ildə 
Naxçıvan şəhərində, yuxarıda qeyd edildiyi kimi, cəmi 93 dükan və emalatxana qeydə 
                                                           

  Tarix üzrə fəlsəfə doktoru, professor, AMEA-nın Naxçıvan Bölməsi azerilme@gmail.com 

 
Sivilizasiya 
 
29
alınmışdısa, 1831-ci ildə burada fəaliyyət göstərən ancaq sənətkar emalatxanalarının 
sayı 279-a çatırdı ki, bunların da 31-i karvansaralarda, 248-i isə bazar meydanında 
yerləşirdi (1, v.11). Göründüyü kimi, yüz il ərzində Naxçıvan  şəhərində ticarət və 
sənətkarlıq obyektlərinin sayı bir neçə dəfə artmışdı. Siyasi sabitliyin daimi pozulduğu 
bu yüz il ərzində Naxçıvanda ticarət və  sənətkarlıq obyektlərinin sayında baş vermiş 
artım haqqında danışmaq qəribə görünə bilər. Lakin nəzərə alsaq ki, şəhər  əhalisinin 
yaşayışı daha çox bu obyektlərin fəaliyyətindən asılı idi, onda belə qənaətə gəlmək olar 
ki, Naxçıvan diyarının şəhərlərində müharibələr nəticəsində dağıdılan obyektlər nəinki 
tezliklə bərpa edilir, hətta yeniləri də inşa olunurdu. Görünür, elə bunun nəticəsi idi ki, 
bütün XIX əsr ərzində cəmi 3-4 min nəfər əhalinin yaşadığı Ordubad şəhərində, 1859-
cu il məlumatına görə, 308 dükan və emalatxana fəaliyyət göstərirdi (14, s.50). Ehtimal 
etmək olar ki, bu obyektlərin əksəriyyəti XVIII-XIX əsrlərdə tikilmişdi.  
Naxçıvan diyarında inşa edilmiş ticarət-sənətkarlıq obyektləri arasında öz memar-
lıq üslubuna və say çoxluğuna görə karvansaralar xüsusilə seçilirdi. Diyarın əsrlər boyu 
tranzit ticarət yolları üzərində yerləşməsi burada karvansara tikintisini şərtləndirən əsas 
amillərdən idi. Dövrümüzədək gəlib çatmış abidələrin sayına və yazılı mənbələrin mə-
lumatlarına əsaslanan M.X.Heydərov göstərir ki, Azərbaycanda karvansara tikintisi orta 
əsrlərin heç bir dövründə XVII əsrdə olduğu kimi geniş yayılmamışdı (11, s.254). Bu 
dövrdə Azərbaycanda tikilmiş karvansaraların xeyli hissəsi Naxçıvanın payına düşürdü. 
XVII əsrin ortalarında Naxçıvanda olmuş Övliya Çələbinin məlumatları da bunu təsdiq 
edir. Türk səyyahı Naxçıvan şəhərində tikilmiş çoxsaylı tikililər arasında 20 “mehman-
xana”nın- karvansaranın olduğunu göstərir (8, s.13).  
Ordubad şəhərində də xeyli sayda karvansara tikilib tacirlərin istifadəsinə verilmişdi. 
“Naxçıvan sancağının müfəssəl dəftəri”ndə 1727-ci ildə Ordubad şəhərində 5 karvan-
saranın olması haqqında məlumat verilir. Bu karvansaralardan üçü Anbaras məhəlləsində 
tikilmişdi. Sadıq Qasım oğlu və Ağa Mirzə oğlu adlı şəxslərə məxsus karvansaralar isə, 
çox güman ki, bazar meydanında yerləşirdi (7, s.126-133). “Naxçıvan əyalətinin statistik 
təsviri”ndə də Ordubad karvansaraları haqqında maraqlı məlumatlar verilir. Həmin məlu-
matlardan aydın olur ki, “əvvəllər Ordubadda 6 karvansara və böyük bazar var idi; hazır-
da bazarın çox kiçik hissəsi (cəmisi 80 dükan) salamat qalmışdır, 6 karvansaradan isə an-
caq ikisi salamatdır” (12, s.194). Ehtimal etmək olar ki, XIX əsrin əvvəllərində Ordubad-
da qeydə alınmış 6 karvansaradan ən azı biri xanlıqlar dövründə inşa edilmişdi. 
Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarının şəhərlərində də 
karvansaralar, adətən ya şəhərin mərkəzi meydanında, ya da meydana bitişik məhəllə-
lərdə tikilirdi. Bu karvansaralarda tacirlərin istirahəti və ticarət əməliyyatları aparmaları 
üçün bütün şərait yaradılırdı. Hələ XVII əsrdə Azərbaycanda olmuş bir çox xarici ölkə 
səyyahları burada tikilmiş karvansaraları bütün Şərqin ən rahat və təhlükəsiz karvansa-
raları kimi qiymətləndirirdilər. Fransız səyyahı J.Şardenin verdiyi məlumata görə, kar-
vansaralar, adətən hündürlüyü 20 metrə çatan kvadratformalı böyük tikililər olurdu. Hər 
bir tacir üçün ayrıca tikilmiş otaqların uzunluğu 4-5 addım olur və onların hamısında 
ocaq (kamin) quraşdırılırdı. Burada ticarət karvanlarındakı yük heyvanları və qulluqçu-
lar üçün tövlələr də inşa olunurdu. Karvansaraların xüsusi bir guşəsi yemək hazırlamaq 
üçün nəzərdə tutulurdu (11, s.253). Daha böyük karvansaraların birinci mərtəbəsində 
tacir dükanları ilə yanaşı, sənətkar emalatxanaları da yerləşirdi (15, s.610).  
Tədqiq olunan dövrdə Naxçıvan diyarında  şəhər karvansaraları ilə yanaşı, xeyli 
sayda yolüstü karvansaralar da tikilmişdi. XVIII əsrin sonlarında Azərbaycanda olmuş 

Bakı Avrasiya Universiteti  
 
30
səyyahlardan biri ticarət yolları üstündə tikilmiş karvansaraların təyinatı  və quruluşu 
haqqında xeyli maraqlı  məlumat verərək yazır: “Yol boyunca bir-birindən müəyyən 
məsafələrdə yerləşən karvansaralar böyük olur və yonulmuş daşlardan tikilir. Onların 
daşları yastı, otaqları tağlıdır. Karvansaraların dörd tərəfində bürclər tikilmişdir ki, bun-
lar da onları karvanlar üçün təkcə sığınacaq deyil, həm də quldurlardan qorunmaq üçün 
bir vasitəyə çevirir” (9, s.15).  
Əksər hallarda həm şəhər, həm də yolüstü karvansaralar yerli hakimlər tərəfindən 
tikdirilərək ayrı-ayrı şəxslərə icarəyə verilirdi. Bəzən yolüstü karvansaralar varlı adam-
lar tərəfindən xeyriyyə məqsədilə də tikdirilirdi. XVIII əsrin sonlarında Azərbaycanda 
olmuş  səyyahlardan biri belə karvansaraların tikintisindən bəhs edərək yazırdı: “Asi-
yada insanlıq üçün belə bir gözəl adət vardır ki, varlı adamlar yollar üzərində  zəruri 
olan yerlərdə tacirlər üçün karvansaralar tikdirirlər” (10, s.145).  
Fransız səyyahı J.Şardenin məlumatına əsaslanan M.X.Heydərov göstərir ki, yolüs-
tü karvansaraları şəhər karvansaralarından fərqləndirən yeganə cəhət onların birmərtə-
bəli tikilməsindədir (11, s.253). Lakin son orta əsrlərdə Azərbaycanda ikimərtəbəli tikil-
miş yolüstü karvansaralara da rast gəlmək mümkündür. Belə karvansaralardan biri haq-
qında 1796-1797-ci illərdə rus ordusunun Azərbaycana yürüşünün iştirakçısı olmuş 
A.Araratski məlumat verir. Bakı-Salyan karvan yolunun üzərində yerləşən bu karvansa-
ra qala şəklində ikimərtəbəli tikilmişdi (10, s.144-145).  
Tədqiq edilən dövrdə Naxçıvan diyarında tikilmiş yolüstü karvansaralar haqqında 
mənbələrdə  məlumatlara rast gəlmək mümkündür. Belə karvansaralardan biri Naxçı-
vandan Gürcüstana gedən yolun üstündə, Qarabağlar kəndindən 4 verst cənubda yerlə-
şirdi. V.Qriqoryevin XIX əsrin 30-cu illərinə aid olan təsvirindən aydın olur ki, artıq 
dağıdılmış  vəziyyətdə olan bu karvansara yonulmuş gilli-qumlu daşlardan tikilmişdi. 
Karvansara tacirlərin rahat və təhlükəsiz yaşamaları üçün bütün tələblərə cavab verirdi. 
Burada malların saxlanılması, tacirlərin yatması və yük heyvanlarının qorunması üçün 
ayrıca otaqlar tikilmişdi. Əslində böyük bir kompleks olan karvansaranın ətrafına ümu-
mi uzunluğu 50 sajenə çatan hündür müdafiə divarı çəkilmişdi (12, s.78).  
Tacirlərin qısa müddətə dayanması və istirahəti üçün kiçikölçülü yolüstü karvansa-
ralar da tikilirdi. Belə karvansaralardan biri Şahbuz rayonunun Biçənək kəndinin şima-
lında, meşənin içərisində tikilmişdi. Tikilmə tarixi XVII-XVIII əsrlərə aid edilən bu 
karvansara iri qaya parçalarından dördkünc formada inşa edilmişdi və iki otaqdan ibarət 
idi. Karvansaranın ölçülərinin çox kiçik olması tacirlərin ondan ancaq qısamüddətli da-
yanacaq kimi istifadə etdiklərini göstərir (6, s.37).  
Naxçıvan diyarının Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə 
birləşdirən tranzit ticarət yolları üzərində yerləşməsi körpü tikintisini də zəruri edirdi. 
Əksər hallarda daşdan və  kərpicdən, nadir hallarda isə ağacdan tikilən körpülər daxili 
ticarətin inkişafı ilə yanaşı, Naxçıvan diyarının Azərbaycanın digər bölgələri, habelə 
İran, Türkiyə, Gürcüstan və s. ölkələrlə ticarət əlaqələri saxlamasında mühüm rol oyna-
yırdı. Bununla belə, körpülər həm də hərbi əməliyyatlar zamanı orduların hərəkəti üçün 
də istifadə olunduğundan mühüm strateji əhəmiyyətə malik olur və elə bu səbəbdən də 
tez-tez dağıdılırdılar. Naxçıvan diyarında hələ orta əsrlərin əvvəlki dövrlərində tikilmiş 
körpülərin xeyli hissəsi XVI-XVII əsrlərdə baş vermiş  Səfəvi-Osmanlı müharibələri 
zamanı dağıdılmışdı. Hələ XII-XIII əsrlərdə Culfa yaxınlığında Araz çayı üzərində ti-
kilmiş böyük körpü XVII əsrin əvvəllərində Səfəvi şahı I Abbasın əmri ilə uçurdulmuş-
du (11, s.255). Orta əsr Azərbaycan memarlığının incilərindən biri hesab edilən Araz 

 
Sivilizasiya 
 
31
çayı üzərindəki Xudafərin körpüsü isə 1797-ci ildə Qarabağ hakimi İbrahimxəlil xanın 
əmri ilə dağıdılmışdı (2, s.434).  
Vaxtaşırı baş verən dağıntılara baxmayaraq, Naxçıvan diyarından axan çayların 
üzərində son orta əsrlərdə, az miqdarda da olsa yeni körpülər tikilmişdi. Belə körpülər-
dən biri Ordubad rayonunun Aza kəndində, Gilançayın üzərində XVII əsrin əvvəllərin-
də tikilmişdir. Qırmızımtıl rəngli yonulmuş yerli daşlardan tikilmiş Aza körpüsü be-
şaşırımlıdır. 1997-ci ildə aparılmış əsaslı tikinti-bərpa işlərindən sonra əvvəlki görkəmi-
nə qaytarılan körpü hazırda işlək vəziyyətdədir (6, s.31-32).  
Tədqiq olunan dövrdə Naxçıvan diyarında tikilmiş körpülərin xarakterik nümunəsi 
kimi Ordubad rayonunun Biləv kəndinin cənubunda, Gülançayın üzərində tikilmiş 
körpünü göstərmək olar. Tikilmə tarixi XVII əsrə aid edilən beşaşırımlı bu körpü əhəng 
məhlulu ilə  bərkidilmiş iri çay daşlarından və qaya parçalarından hörülmüşdür. 
Uzunluğu 55, eni isə 3,3 metr olan körpünün tağabənzər aşırımları dördkünc dayaq sü-
tunları üzərində tikilmişdir. Bu günümüzə qədər körpünün yalnız bir hissəsinin qalıqları 
gəlib çatmışdır (6, s.43-44).  
Ordubad rayonunun ərazisindən axan Ələhi çayı üzərində tikilmiş Bist və  Ələhi 
körpüləri də orijinal memarlıq xüsusiyyətlərinə malikdir. Hər iki körpü Böyük İpək 
Yolunun qolları ilə hərəkət edən ticarət karvanlarına xidmət etmək üçün inşa edilmişdi. 
Tikildiyi  ərazinin relyefi hər iki körpünün ölçülərinin müəyyənləşməsində  əsas rol 
oynamışdır. Belə ki, ikitağlı tikilmiş Bist körpüsünün uzunluğu 21, hündürlüyü 10, eni 
isə 3,8 metrdir (6, s.46). Tağlarının sayı elə bu qədər olan Ələhi körpüsü daha böyük 
ölçülü idi. Onun uzunluğu 30, eni 3, hündürlüyü isə 6,5 metr təşkil edirdi. Qərb oturaca-
ğı qaya üzərində hörülmüş bu körpü hazırda yaxınlıqda yerləşən Ələhi kəndinin əhalisi 
tərəfindən istifadə edilir (6, s.46).  
Naxçıvan diyarında tikinti sənətinin geniş yayılıb inkişaf etmiş ənənəvi sahələrin-
dən biri də hamam tikintisi olmuşdur. Burada tikilmiş hamamlar özlərinin orijinal 
memarlıq üslublarına və  bəzək elementlərinə görə Övliya Çələbini heyran qoymuşdu. 
Türk səyyahı yazır ki, Naxçıvan şəhərində fəaliyyət göstərən 7 hamamın hər birinin di-
varları, tavanları və qapıları çini kaşılarla bəzədilmişdir. Zal Paşa hamamının təsvirini 
verən Ö.Çələbi göstərirdi ki, onun “bütün qapı və divarları kaşılarla, döşəməsi isə boz, 
sumağı və tünd-qırmızı mərmər daşlarla örtülmüşdür. Elə işıqlı hamamdır ki, onun bü-
tün pəncərələri büllurdandır. Həyətin ortasında böyük bir hovuz vardır. Gözəl havası 
olan bu hamamın tərifini, təmizliyini və gözəlliyini şərh və təsvir etməkdə qələm belə 
acizdir” (8, s.13).  
Əldə olan materiallar göstərir ki, Naxçıvan diyarında əvvəlki əsrlərdə geniş miqyas 
almış hamam tikintisi tədqiq etdiyimiz XVIII-XIX əsrlərdə  də davam etdirilmişdir. 
Maraqlı burasıdır ki, hamam tikintisi yalnız Naxçıvan və Ordubad şəhərlərində deyil, 
əhalisi nisbətən çox olan kəndlərdə də aparılmışdır. Yazılı mənbələrin məlumatları və 
müasir dövrümüzədək gəlib çatmış hamamların memarlıq xüsusiyyətləri göstərir ki, 
XVIII-XIX əsrlərdə Naxçıvan diyarında hamam tikintisi üzrə ixtisaslaşmış xeyli sayda 
peşəkar sənətkarlar çalışmışlar. Təəssüf ki, onların adları dövrümüzədək gəlib çatma-
mışdır. Hamamların tikintisi zamanı kvadrat formasında yonulan dağ daşlarından, biş-
miş kərpicdən və əhəng məhlulundan istifadə edilmişdir.  
XVIII-XIX  əsrlərdə Naxçıvan və Ordubad şəhərlərində tikilmiş hamamlar həm 
daha əzəmətli görkəmlərinə, həm də kifayət qədər möhkəm tikilmələrinə görə fərqlənir-
dilər. Bu baxımdan XVIII əsrin ortalarında Naxçıvan  şəhərində inşa edilmiş  “İsmayıl 

Bakı Avrasiya Universiteti  
 
32
xan” hamamı xüsusilə seçilirdi. “Naxçıvan abidələri ensiklopediyası”nda hamamın ti-
kintisi Naxçıvan xanlarından biri olması iddia edilən İsmayıl xanın adı ilə bağlanılır (6, 
s.211-212). Lakin, “Naxçıvan xanlığı” adlı əsərdə bu xanlığı idarə etmiş hakimlər ara-
sında belə bir xanın adı çəkilmir (3, s.48-106). Güman etmək olar ki, bu şəxs Naxçıva-
nın “xan” rütbəsi daşıyan iri feodallarından biri olmuşdur.  
 “İsmayı xan” hamamı bütünlükdə bişmiş kərpicdən inşa edilmişdir. Ümumi sahəsi 
526 m
2
 olan hamam giriş, xidmət zalı, çarhovuz, xəzinə və ocaqxanadan ibarətdir. Ha-
mamın bəzi hissələrinin bəzədilməsində, çox güman ki, yerli istehsalın məhsulu olan 
kaşılardan da istifadə edilmişdir. Son dövrdə  əsaslı  şəkildə  təmir və  bərpa edilmiş 
hamam yaxşı vəziyyətdədir və tarixi abidə kimi qorunur (6, s.212).  
Tikintisi XVIII-XIX əsrlərə aid edilən Ordubad hamamının da inşası zamanı ancaq 
bişmiş kərpicdən istifadə edilmişdir. Özünün dördbucaqlı forması ilə digər hamamlar-
dan fərqlənən Ordubad hamamının əsas hissələrini vestibül, soyunma və yuyunma otaq-
ları təşkil edirdi. Hamamdan istifadə edənlərin rahatlığını təmin etmək üçün soyunma 
və yuyunma zallarının divarları taxçalarla təmin olunmuşdu. Hamama su yaxınlıqdakı 
Qarahovuz çeşməsindən saxsı borular vasitəsilə daxil olurdu (6, s.387-388).  
Tədqiq edilən dövrdə Naxçıvan diyarında xeyli sayda kənd hamamları da tikilmiş-
dir. Buna misal olaraq, XVIII əsrin ortalarında Babək rayonunun Nehrəm kəndində 
Əsədulla Kərim bəy adlı şəxs tərəfindən tikdirilmiş Nehrəm hamamını, XVIII əsrin so-
nunda Şərur rayonunun Yenicə kəndində Tovuz xanım adlı şəxs tərəfindən tikdirilmiş 
Yenicə hamamını, XVII-XVIII əsrlərə aid edilən Yuxarı  Əylis hamamını, XIX əsrin 
ikinci yarısında Kəngərli rayonunun Şahtaxtı kəndində İsa Sultan tərəfindən tikdirilmiş 
Şahtaxtı hamamını göstərmək olar (6, s.373, 435-436, 469, 471).  
Naxçıvan diyarında inşa edilmiş kənd hamamları özlərinin bir sıra xüsusiyyətlərinə 
görə şəhər hamamlarından fərqlənirdi. Şəhər hamamları ilə müqayisədə daha kiçikölçü-
lü olduğundan, bu hamamların əksəriyyəti düzbucaqlı şəkildə tikilmişlər. Bununla belə, 
ümumi sahəsi, hətta şəhər hamamlarından çox olan kənd hamamları da inşa olunurdu. 
Məsələn, haqqında yuxarıda bəhs olunan Ordubad şəhər hamamının ümumi sahəsi 413 
m
2
 təşkil etdiyi halda, Yenicə hamamının ümumi sahəsi 650 m
2
-ə çatırdı (4). Hamam 
səkkizbucaqlı zaldan, iki köməkçi otaqdan və ocaqxanadan ibarət olmuşdur. Onun qız-
dırılması üçün döşəmənin altına yerləşdirilmiş saxsı hava borularından istifadə edilmiş-
dir. Hamam günbəzlərinin mərkəzində yerləşdirilmiş baca və divarlardakı kiçik pəncə-
rələr vasitəsilə işıqlandırılırdı (4).  
 
Qaynaqlar: 
1.  Azərbaycan DTA, f.24, siy.1, iş 353. 
2.  Azərbaycan tarixi. 7 cilddə, III c., Bakı, 1999. 
3.  Əliyev F., Əliyev M. Naxçıvan xanlığı. Bakı, 1996. 
4.  Qənbərova G.Q. Yenicə kəndində hamam //AMEA Naxçıvan Bölməsinin “Xəbərləri”, №1, 
2007. 
5.  Mustafayev C.M. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 2002. 
6.  Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan, 2008. 
7.  Naxçıvan sancağının müfəssəl dəftəri. Araşdırma, qeyd və şərhlərin müəllifiH.Məmmədov, 
Bakı, 2001. 
8.  Övliya Çələbi. Səyyahnamə. Türk dilindən işləyəni və şərhlərin müəllifi S.Onullahi. Bakı, 1997. 
9.  Биберщтейн  М.Ф.Описание  провинций,  расположенных  на  левом  берегу  Кас-
пийского моря, лежащего между реками Терек и Куры. Перевод С.Саламова //Azər-
baycan MEA Tİ EA, inv.466. 

 
Sivilizasiya 
 
33
10.  Жизнь Артемия Араратского. М, 1981. 
11.  Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв., Баку, 1982. 
12.  Григорьев В. Статистическое описание Нахичеванской провинции. СПб., 1833. 
13.  Салаева Р. Нахчыван – наследие архитектуры. Баку, 2002. 
14.  Сборник статистических сведений о Кавказа. т.I, Тифлис, 1869. 
15. 
Чулков М. Исторические описание российской коммерции. т.II, кн. II, М., 1785.
 
 
 
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin