Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə5/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   2   3   4   5   6   7   8   9   ...   27

SUMMARY 
Vidadi Muradov 
 
THE CONSTRUCTION OF TRADE AND ART FACILITIES IN NAKHCHIVAN  
(18TH CENTURY AND EARLY 20TH CENTURY) 
 
Placed on the Grand Silk Road historically, Nakhchivan preserved strong ties with the 
neighboring Azerbaijani provinces and a number of world countries, and gained fame as one of 
the important art centers of the region. The emerging situation pushed for the construction of 
trade and art facilities in the region. As before, many bazaars, caravanserais, trade shops, art 
workshops, bridges and so on were built in Nakhchivan in the 18
th
 and early 20
th
 centuries.  
 
Keywords:  construction, craftsmanship, trade, caravanserai, bazaar, bridge, hamam 
 
 
 
РЕЗЮМЕ 
Видади Мурадов 
 
СТРОИТЕЛЬСТВО ТОРГОВО-РЕМЕСЛЕННИЧЕСКИХ ОБЪЕКТОВ В 
НАХЧЫВАНСКОМ КРАЕ (XVIII – НАЧАЛО XX ВЕКОВ) 
 
Нахчыванский край, который исторически располагался на Великом шелковом пути, 
сохранял тесные торговые отношения с соседними областями Азербайджана и многими 
странами  мира,  завоевав  при  этом  также  славу  одного  из  важнейших  центров 
ремесленничества  в  регионе.  Сложившееся  положение  дало  серьезный  толчок  строи-
тельству в регионе объектов торговли и ремесленничества. Как и в прежние времена, и в 
XVIII – начале XX веков в Нахчыванском регионе были построено и введено строй значи-
тельное  число  базаров,  караван-сараев,  торговых  магазинов,  ремесленных  мастерских, 
мостов и других объектов. 
 
Ключевые слова:   строительство, ремесленничество, торговля, караван-сарай, ба-
зар, мост, баня 
 

Bakı Avrasiya Universiteti  
 
34
Fərəh HÜSEYN

 
 
İRƏVAN ŞƏHƏRİNİN TƏSVİRİ OSMANLI MƏNBƏLƏRİNDƏ 
 
Açar sözlər:  Rəvan qalası,  İrəvan  şəhəri, Osmanlı  mənbələri, I Şah  İsmayıl, Sultan IV 
Muradın hərbi kampaniyası 
 
Giriş 
Cənubi Qafqaz regionunda, xüsusilə də Şimali Azərbaycan ərazisini təşkil etmiş ta-
rixi Qafqaz Albaniyasında  şəhərlərin  ən qədim çağlardan bəri yarandığını  və inkişaf 
etdiyini antik qaynaqlar təsdiqləməkdədir. Bu bölgədə strateji mövqelərdə istehkam qa-
la və ya ticarət, sənətkarlıq mərkəzi kimi yeni şəhərlərin yaranması prosesi orta və yeni 
çağ dönəmlərində də müşahidə olunmaqdaydı.  
Mənbələrdə Rəvan şəklində zikr edilən İrəvanın bir şəhər kimi formalaşması XVI 
əsrin başlarında Zəngi çayının sahilində istehkam qalanın inşası ilə başlamışdır. Qaf-
qazda yaranmış ən qədim şəhərlərlə müqayisədə çox daha gənc olan İrəvan şəhəri möv-
cud olduğu 500 il ərzində keşməkeşli tarix yaşadı, xüsusilə son 200 il boyunca təhrif və 
dağıntılara məruz qalaraq günümüzdə ilkin simasını tamamilə itirmiş  vəziyyətdədir. 
Halbuki qalası və Sərdar sarayı, camiləri və məscidləri, karvansarayları və bazarları, ha-
mamları və körpüləri (1) ilə tarixi İrəvan şəhəri Şərq İslam şəhər mədəniyyətinin bariz 
nümunəsi və Türk ruhunun təcəssümü idi. 
 
Rəvanın Osmanlı qaynaqlarında zikr edilməsi 
İrəvanın, Azərbaycanın ən görkəmli şəhərləri sırasında qeyd edən Osmanlı qaynaq-
ları bu şəhəri “ab-ı ru-yı məmalik-i İran u Turan, bab-ı Naxçıvan u Şirvan, rəşk-i mülk-
i Azərbaycan olan qala-yı Rəvan” (2, v. 109 b), yəni “İran və Turan məmləkətlərinin 
üzünün suyu, Naxçıvan və Şirvanın qapıları, Azərbaycan mülkünün həsəd doğuran Rə-
van qalası”  şəklində  təsvir edirlər.  Hərfi mənada  üzünün suyu olaraq tərcümə edilən, 
məcazi anlamda isə ismət, şərəf, namus anlamına gələn âb-ı ru ifadəsinin məhz Rəvanı-
nepiteti olaraqSultan IV Muradın 1635 tarixli Rəvan qalası  fəthnaməsində  də  işlədil-
məsi diqqətəlayiqdır. (3, s. 29) 
Məlum olduğu kimi orta əsrlərdə İslam aləmində şəhərlərin əlamətdar xüsusiyyət 
və  cəhətlərinə görə onlara şərəfləndirici adların verilməsi  ənənəsi vardı. Bu epitetlər 
həmin şəhərlərin ikinci adına çevrilərək bəzən əsl adını əvəz edirdi. Məsələn, müqəddəs 
şəhərlər Məkkə  və  Mədinə üçün Hərəmeyn-i  şərifeyn, Bağdad üçün Dar-us salam, 
İstanbul üçün yüzdən çox adlar arasında Süddə-yi Səadət, Asitanə,Məhrusə-yi Konstan-
tiniyyə, Təbriz üçün Dar-ul mülk-i Azərbaycan, Dərbənd üçün Bab-ul  əbvab, Bərdə 
üçün Ümm-ül Aran vs. Bu baxımdan İrəvan şəhəri üçün Osmanlı qaynaqlarındakı “âb-ı 
ru-yı” Azərbaycan epitetinin istifadə olunması, xüsusilə də bunun rəsmi sənəd səciyyə-
sində olan Sultan IV Muradın fəthnaməsində də zikr edilməsi İrəvan şəhərinin əsl ma-
hiyyətini açıqlamaqdadır.  
 
İrəvan şəhərinin yaranma tarixi 
Erməni tarixşünaslığı İrəvan şəhərinin yaranma tarixini e.ə. 782-ci ildə Urartu çarı 
I Argiştinin  əmrilə  hərbi qalanın inşasına bağlayır. Bu qalanın adı, 1950-ci illərdə 
şəhərin cənub-şərqində Qanlıtəpədə aparılan arxeoloji qazıntılar zamanı tapılmış mixi 
                                                           

  Tarix üzrə fəlsəfə doktoru, AMEA A.Bakıxanov adına Tarix İnstitutu ferah@mail.ru 

 
Sivilizasiya 
 
35
yazılı kitabədəki RBN olaraq deşifrə olunmuş üç hərf üzərindən “Ərəbuni” (“İripuni”) 
şəklində oxunmuşdur.  Ərəbuni ilə  İrəvan arasında etimoloji bağın olduğuna dair irəli 
sürülən iddia (4) Rus tarixçisi B.B.Piotrovski tərəfindən dəstəklənərək rəvac tapdı. (5, 
c. 31) Halbuki yazının aid olduğu dövrdən keçən 20 əsrdən artıq bir tarixi dönəm içində 
“Ərəbuni” toponiminin heç bir şəkildə qaynaqlarda zikr olunmadığı halda XVI əsrdə 
məhz “Ərəbuni” kəlməsinin əhyası olaraq “Rəvan” şəklində ortaya çıxmasını iddia et-
mək əsassızdır. 
İrəvanın bir şəhər kimi təşəkkül tapmasını tarixi qaynaqlar XVI əsrin  əvvəllərinə 
aid edirlər. Bu tarixi hadisəni şərtləndirən və İrəvanın Çuxursəd vilayətinin mərkəzi şə-
həri statusuna yüksəlməsini təmin edən  əsas amillərdən biri burada istehkam qalanın 
inşa edilməsi idi. İrəvan şəhərinin yaranması və tarixinə dair dəyərli və nadir məlumat-
lar ehtiva edən Ö.Çələbinin “Səyahətnamə”si Rəvan qalasının inşası haqqında yazır ki, 
“815
*
sənəsində  İran  şahı  Şah  İsmayıl orada bir qala binasını (Rəvanqulu xan) nam 
vəzirinə fərman edər. O da yeddi sənədə qalanı inşa edərək ismini Rəvan qoyur. Zəngi 
nəhrinin canib-i şərqisi sahilində tuğla və  səng bina bir qala-yı  rənadır, amma yalın 
qatdır”. (6, s. 281)  
Hələ XIV əsrdə Qaraqoyunlu tayfa konfederasiyasına daxil olan Sədlü Türkman 
əşirətinin məskunlaşdığı və Çuxursəd adlandırdığı əyalətin təxtinə (7, s. 391) çevrilən 
Rəvan qalasının bu dövrdə deyil, məhz Səfəvilər dönəmində inşa olunması  əslində 
mövcud vəziyyətdən doğan bir zərurət idi. Belə ki, XV əsrin sonlarına doğru Osmanlı 
dövlətinin şərq istiqamətindəki hüdudları bu əraziyə qədər genişləndikdə Azərbaycanda 
yaranmış Səfəvi dövləti üçün bölgəni mühafizə altına almaq məqsədilə strateji əhəmiy-
yətli yerdə möhkəm bir qalanın inşasına ehtiyac yarandı. 
 
Osmanlı-Səfəvi rəqabəti və İrəvan  
Osmanlı-Səfəvi savaşları zamanı ən çox hərbi yürüşlərə məruz qalan İrəvan şəhəri 
bundan ciddi şəkildə zərər görmüş şəhərlərimizdəndir. 1647-ci ildə Rəvanı ziyarət etmiş 
Övliya Çələbinin müxtəsər icmalına görə “...990 sənəsində Süleyman xan diyar-ı Nax-
çıvana səfər edüb bəd-əl fəth Rəvanı əsakir-i İslama fəth etdirir. Müxtəsər və müqəyyəd 
qalasını da cabəca hədm etdirüb gənaim-i vafirə ilə Dar-üs Səadəsinə övdət idər. Sonra 
Murad xan-ı səlis əsrində vəzir-i əzəm Fərhad paşa diyar-ı Əcəmə sərdar olub Gəncə, 
Şirvan, Şamaxı, Rəvan, Naxçıvan tərəflərini nəhbü garət edər, Şahın oğlu ilə ətbəənin 
saraylarını  yıxıb, taşı taş üzərində  bıraxmaz. Sonra gəlüb bu Rəvan qalasının altında 
məksü aram edər...” (6, s.281)  
1590 İstanbul sülh müqaviləsi ilə Osmanlı torpaqlarına qatılan İrəvan əyaləti, 1603-
cü ilin sentyabr ayında Şah I Abbasın başladığı hərbi səfər sırasında növbəti dəfə savaşa 
meydan oldu. Şahın  şəxsən Naxçıvan və  Rəvan istiqamətində yürüşə  çıxdığı  xəbəri 
yayıldıqda Rəvan  əyanları  və  əhalisi, Naxçıvandakı osmanlı  əsgərləri  “öz yerlərində 
duramayıb” Rəvan qalasına çəkildiklərində qalanın genişlədilməsi zərurəti ortaya çıxdı. 
Bunu təfərrüatıyla qələmə alan Katib Çələbi yazır ki, 200-300 adam ilə 15-20 gün içində 
cənub, şərq və qərb tərəflərindən hər tərəfi 500 zera
*
 uzunluğunda olmaqla 3 divarın inşa-
sına başlanıldı və Şahın gəlişinədək qalanın tikintisi tamamlandı. (8, s. 210-211)  
 
                                                           
*
 Burada qeyri-dəqiqliyə yol verilib, hicri tarixi ilə 915 il olmalıdır. Miladi tarixilə 1509-1510-cu illərə 
təsadüf edir.  
*
 Zera uzunluq ölçü vahididir, 0,66 metrə bərabərdir. 

Bakı Avrasiya Universiteti  
 
36
Lakin bütün bu tədbirlərə baxmayaraq, əsasən, silsüpür, şəmsəddinli və hacılar qı-
zılbaş-türkman tayfalarının iştirakı ilə yeddi aya yaxın sürən mühasirə  əsnasında 5-6 
minlik osmanlı qoşununun sayının 500-ə düşdüyü (9, s. 108; 10, v.62 a) və hərbi yardı-
mın yetişmədiyi şəraitdə Rəvan qalası 1604-cü il 8 iyun tarixində Səfəvilər tərəfindən 
geri alındı. 
1635-də Sultan IV Muradın şəxsən rəhbərlik etdiyi Rəvan səfəri osmanlı mənbələ-
rində geniş şəkildə əks olunmuşdur. Möhtəşəm hazırlıqlarla “iki yüz minə qədər əsgər 
və iyirmi beş ədəd balyeməz top və yüzdən ziyadə şah-ı dərbzən ilə Ərzurumdan” (11, 
v. 48a) yola çıxan osmanlı ordusu 16 mənzili qət edərək Rəvana yaxınlaşıb, Zəngi su-
yunu ayaqdan keçib, otaq-ı hümayunu Xünkar təpəsi ardında qurub, təxminən Əskisa-
ray qədər olan Rəvan qalasını şiddətli top atəşinə tutdu. “Yeddi gün şəbü ruz dört qol-
dan atılan top danələri bürcü baru-yi hisarı xəndəyə döküb,.. divarlar bilkülliyə zəminə 
bərabər olub...” (11, v. 48a-50 b)  
İrəvan Osmanlı hakimiyyəti altına keçdikdə 4-5 minlik şiə əhalisi üç saat içində şə-
həri tərk etdi. (12, s. 438) Rəvanın fəthi şərəfinə IV Muradın əmrilə Topqapı Sarayında 
Rəvan köşkünün inşa olunması bu tarixi hadisənin Osmanlı dövləti üçün müstəsna əhə-
miyyətini ifadə etməktədir.  
Lakin 1639 Qəsr-i Şirin Andlaşması ilə regionda bərqərar olan barış dönəmi Səfəvi 
dövlətinə geri qaytarılan Rəvanın abadlaşmasına yol açdı. Bu dönəmdə Rəvanı ziyarət 
edən Ö.Çələbi şəhəri “məmur və abadan” olduğunu qeyd edir.  
Osmanlı-Səfəvi siyasi rəqabəti və  Rəvan üzərində hakimiyyətin tez-tez əldən-ələ 
keçməsi nəticə etibarilə bu şəhərin demoqrafik durumuna ciddi şəkildə  təsir etmişdir. 
Məzhəb mənsubiyyəti səbəbindən təqiblərə  məruz qalan müsəlman  əhali  şəhəri tərk et-
mək məcburiyyətində qaldığı halda xristian əhaliyə aman verilirdi. 1583-cü ildə Osmanlı 
ordusunun Fərhad paşanın başçılığı ilə  Rəvanı  ələ keçirdiyi zaman xristianlara olan 
münasibəti osmanlı müəllifi İ.Rəhimizadə qeydə almışdır. O yazır: xristianlar, “biz mü-
təq-i seyyid-ül kövneyn və rəsul-üs səqaleyn
*
 ikən bizi qırmazlar”deyü firar etməyüb və 
qətl olub əsir olmaların üləma-yı mütəqqədimin caiz görməmişlər imiş”. (13, v. 51 b)  
Lakin hətta bu əlverişsiz  şəraitdə belə müsəlman  əhali  İrəvanda üstünlük təşkil 
etmişdir, bu tarixi fakt mənbələrlə  də  təsdiqlənir. Məsələn, 1728 tarixli Rəvan Livası 
Müfəssəl Dəftəri Rəvan  şəhərinin  əhali tərkibinə dair məhəllələr üzrə  əks etdirdiyi 
məlumata görə Köhnə Şəhər və varoş-ı qala-yı Rəvan, Dəmir bulaq, Dərnə kəndi və Tə-
pəbaşı adlı 4 məhəllədən ibarət Rəvan  şəhərində toplam 428 Müsəlman, 244 Gebran 
vergi ödəyicisinin adları siyahıya alınmışdır. (14, s. 24-41) Bu rəqəmlər, şəhər əhalisi-
nin böyük əksəriyyətinin müsəlman türklərdən ibarət olduğunu müəyyən etməkdədir və 
eyni zamanda İrəvan şəhərində demoqrafik vəziyyətin tarixi dinamikliyini təhlil etməyə 
imkan verir. 
Ümumiyyətlə, Osmanlı  mənbələrinin ehtiva etdiyi zəngin məlumat  İrəvan  şəhəri-
nin istər meydana gəlişi, quruluşu, memarlıq abidələri, istərsə  də  əhalisinin tərkibinə 
görə Türk dünyasının  ən öndə  gələn şəhərləri sırasında yer aldığını  və gerçək tarixini 
ortaya qoyur.  
 
                                                           
*
  İki dünyanın seyidi, ins və cinin rəsulu (Hz. Məhəmməd peyğəmbər (səs) nəzərdə tutulur – F.H.) 
tərəfindən azad edilmişik. 

 
Sivilizasiya 
 
37
Nəticə 
Ümumiyyətlə,  İrəvan  şəhəri haqqında Osmanlı  mənbələrinin ehtiva etdiyi zəngin 
məlumat istər meydana gəlişi, quruluşu, memarlıq abidələri, istərsə də əhalisinin tərki-
binə görə türk dünyasının ən öndə gələn şəhərləri sırasında yer aldığını və gerçək tarixi-
ni ortaya qoyur.  
 
Qaynaqlar
1.  Hasan Oktay, “Ermenistan’da Türk Eserleri”, haypedia.com/.../c50f3601-a3ca-4630-814a-
d12ba484a6bc.pdf 
2.  Rahîmizâde İbrâhim (Harimî), Gencine-i Feth-i Gence, AМЕА M.Füzuli adına Əlyazmalar 
İnstitutu, Fs-649 
3.  Erdoğru M.Akif, “1635 Tarihli Revân Kalesi Fetihnamesi”, Tarih İncelemeleri Dergisi, 
XIV, Izmir 1999, Ege Üniversitesi Edebiyat Fakültesi Yay. 
4.  Капанцян Г. Р. Новая клинопись // Коммунист : газета. — Ереван, 1950. — Т. X, №4 
5.  Пиотровский Б.Б., Ванское царство (Урарту) / Орбели И.А., Москва: Издательство 
Восточной литературы, 1959 
6.  Evliya Çelebi, Evliya Çelebi Seyahatnamesi, İkinci cild, Tâ’biyi: Ahmed Cevdet, Maarif-i 
Nezaret-i Celilesinin ruhsatile, Der Saadetde”İkdam” Matbaası, 1314 (1896) 
7.  Kâtib Çelebi, Kitâb-ı Cihânnümâ, Cilt I, Tıpkıbasım, Türk Tarih Kurumu Basımevi, 
Ankara, 2009 
8.  Kâtib Çelebi. Fezleke. Ceride-yi havadis matbaasında tab`a olunmuşdur, Cild I- II, 1286 
(1869/1870)  
9.  Sadık Müfit Bilge, Osmanlı Çağı’ında Kafkasya (1454-1829), İstanbul, 2012 
10.  Cerrahzâde Mehmed Efendi, Revân Muhasarası Tarihçesi, TSA Revân Köşkü Ktb. 
nr..1290 
11.  Karaçelebi-zâde Abdülaziz Efendi, Zafernâme, Süleymaniye Ktp., Es’ad Efendi nr. 2086/3 
12.  Sıdkî Paşa, Gazavât-ı Sultân Murâd-ı Râbi`, Hazırlayan Mehmet Arslan, İstanbul, 2006 
13.  Rahîmizâde  İbrâhim (Harimî), Zafernâme-i Hazret Sultan Murad Han, AМЕА M.Füzuli 
adına Əlyazmalar İnstitutu, Fs-649  
14.  BOA,TT, nr. 901, s.24-41 
 
 
SUMMARY 
Farah Huseyn 
 
DESCRIPTION OF THE TOWN IREVAN  IN THE OTTOMAN SOURCES 
 
The history of İrevan one of the largest town of the Caucasus and the center of the 
Chukursaad province began with the construction of a military fortress according to the Safavid 
Shah Ismail’s I order. The Ottoman sources offering rich information about Revan mentioned it 
as an Azerbaijani city and referred to as “honor of Iran and Turan, gate of Nahchivan and 
Shirvan, enviable town of Azerbaijan”.  
 
Key words:  The fortress of Revan, İrevan city, Ottoman sources, Safavid Shah İsmail I, 
Sultan Murad IV’s Revan campaign 
 
 

Bakı Avrasiya Universiteti  
 
38
РЕЗЮМЕ 
Фарах Гусейн 
 
ОПИСАНИЕ ГОРОДА ИРЕВАН  В ОСМАНСКИХ ИСТОЧНИКАХ 
 
История  города  Иреван – одного  из  крупнейших  городов  Кавказа  и  центра 
Чухурсаадского  вилайета  началась  со  строительства  военной  крепости  по  приказу 
сефевидского шаха Исмаила I. Османские источники, содержащие богатую информацию 
о  Реване,  называют  его  «честью  стран  Ирана  и  Турана,  воротами  Нахчывана  и 
Ширвана, вызывающим зависть городом Азербайджана». 
 
Ключевые слова:   Реванская  крепость,  город  Иреван,  османские  источники,  Шах 
Исмаил I, военная кампания султана Мурада IV 

 
Sivilizasiya 
 
39
Arif ƏLİZADƏ

 
 
ALMANLARIN CƏNUBİ QAFQAZA KÖÇÜRÜLMƏSİ VƏ 
AZƏRBAYCAN TARİXİNDƏ YERİ VƏ ROLU 
 
Açar sözlər: emiqrant, siyasi terror, koloniya, 5-ci kolon 
 
Tarixdən məlumdur ki, işğalçı dövlətlər öz strateji maraqlarına çatmaq, özlərinə 
hərbi-siyasi, iqtisadi, ideoloji, dini dayaq yaratmaq üçün müxtəlif vasitələrdən istifadə 
edir. Həmin vasitələrdən biri də imperiyaların köçürmə siyasətidir. Bu siyasət tarixdə 
mövcud olmuş bütün imperiyalara xasdır. O cümlədən XV-XVI əsrlərdən geniş işğalçı-
lıq siyasətinə qədəm qoymuş Rus imperiyası da bu sahədə istisna deyil. XVIII əsrin II 
yarısından etibarən dünyanın siyasi xəritəsi bir sıra hadisə və proseslərin təsiri ilə ciddi 
dəyişikliklərə məruz qaldı ki, bunlara müstəmləkələr uğrunda mübarizəni, Böyük Fran-
sa inqilabını, ingilis koloniyalarının istiqlaliyyət müharibəsini, Polşanın bölüşdürülmə-
sini,  Şərq məsələsinin kəskinləşməsini, Napaleon müharibələri nəticəsində Avropada 
yaranmış beynəlxalq  şəraiti, antifransız koalisiyalarının yaradılması  və  fəaliyyətini, 
Vyana konqresi və  qərarlarını, Müqəddəs  İttifaqın və Vyana sisteminin yaradılmasını 
göstərmək olar. Vyana konqresindən sonra yaradılmış “pentarxiya” “beşlər ittifaqı” 
dünyanın yeni geosiyasi mənzərəsi idi. “Pentarxiya” ya daxil olan dövlətlərdən biri və 
siyasi baxımdan ən fəalı Çar Rusiyası oldu.  
XIX əsrin əvvəllərində Çar Rusiyasının İran ilə Qafqaz uğrunda mübarizə apardığı 
bir vaxtda Fransa Rusiya ilə müharibəyə başlamış bu da Napaleon Fransasının tarixi 
məğlubiyyəti ilə nəticələnmişdir. 
“Gülüstan” sülh müqaviləsindən sonra çarizm Cənubi Qafqazda öz hərbi-siyasi, iq-
tisadi, mənəvi və dini dayaqlarını möhkəmlətmək üçün bir sıra vasitələrdən istifadə et-
məyə başladı. Həmin vasitələrdən biri də bütün tarix boyu imperiyalara xas olan köçür-
mə siyasəti idi ki, bu siyasətdə də xristian məzhəbli xalqlara daha çox üstünlük verirdi. 
Ermənilər, ruslar (molokanlar, staroverlər, prıqunlar) xristian kürdlər, assurlar və o 
cümlədən almanlar çarizmin köçürmə siyasətində mühüm siyasi alətə çevrildilər. Lakin 
almanlar Qafqazda məskunlaşdırılan digər xristian məzhəbli xalqlardan fərqli olaraq ça-
rizm üçün heç vaxt “5-ci kalon” rolunu oynamadılar. 
Almanların kütləvi köçürülməsi I Aleksandrınonlara humanist siyasət yürütməsin-
dən yox, sadəcə olaraq onlardan, yuxarıda qeyd etdiyimiz kimi, bir siyasi alət kimi isti-
fadə etməsindən irəli gəlirdi. 
İlk alman ailələri Xerson vasitəsi ilə  Şimali Qafqaza, oradan isəTiflisə  gətirildi. 
1817-ci ildə Tiflis şəhərinin 35 km-də Marienfeld alman koloniyasının əsası qoyuldu. 
2-ci qruppa isə 1818-ci ilin noyabr ayında Tiflisə  gətirildi. Həmin qrupun bir hissəsi 
1818-ci ilin dekabr ayında Azərbaycana gətirildi və Gəncə şəhəri ətrafında yerləşdirildi. 
Yerli əhali onları çox mehribanlıqla qarşılamış və onlara lazım olan köməkliyi göstər-
mişlər. [5,16] 
XIX-XX əsrinəvvəllərində ümumiyyətlə Şimali Azərbaycanda onlarla alman kolo-
niyası salınmışdır. 1819-cu ildə Xanlıqlar kəndinin ərazisində Gəncənin 7 km-də Yele-
nendorf,  Şəmkirin cənub hissəsində isə Annenfeld alman kaloniyası salındı. 1888-ci 
ildə  Şamxorçayın sağ sahilində Seyfəlili Hacıbəyə  məxsus  ərazidə Georgefeld (indiki 
                                                           

 tarix üzrə fəlsəfə doktoru, dosent, Bakı Avrasiya Universiteti 

Bakı Avrasiya Universiteti  
 
40
Çinarlı) kaloniyasının əsası qoyuldu. 1902-ci ildə Akstafada Alekseyevka, 1906-cı ildə 
Qrinfeld, Eyqenfeld, 1912-ci ildə Tovuz kəndinin yaxınlığında Traubenfeld, 1914-cü 
ildə Yelizaqvetinka alman kaloniyaları meydana gəldi. Daha sonralar isə Akstafada 
Markovka və Kirovka törəmə kaloniyaları salındı. Maraqlısı budur ki, Qafqazda salınan 
alman koloniyalar Almaniyada olduğu kimi idarə olunurdu, onların qanunlara söykənən 
ciddi idarəetmə sistemi mövcud idi. İcmanın başçısı “sults” adlanırdı, hansı ki, kənd ic-
masının bütün işlərinə cavabdehlik daşıyırdı. İcmanın daxili və xarici həyatına xüsusi 
bir nəzarətçi rəhbərlik edirdi. [5,17] 
Alman icmalarının əsas məşğuliyyəti üzümçülük, şərabçılıq, sənətkarlıq idi.  
XIX əsrin II yarısından etibarən Bakıda neft sənayesinə xarici investisiya qoyuluşu 
xeyli artırıldı. Xarici investorlar arasında alman investorlarının, xüsusilə İsveç əsilli No-
bel qardaşlarını ayrıca qeyd etməliyik. Əvvəllər Robert Nobel, daha sonra onun qardaş-
ları Lyidviq vəAlfred qardaşları Bakı neftinə xeyli kapital yatırdılar. 
1875-ci ildə Nobel qardaşları ayrıca bir şirkət “Nobel qardaşları” şirkətini təsis et-
dilər. 30 illik fəaliyyəti dövründə bu kompaniya Azərbaycan neft sənayesinin inkişafına 
güclü təkan verdi. 1917-ci ildə “Nobel qardaşları” şirkəti 25 neft emalı müəssisəsini bir-
ləşdirə bildi. Almanlar təkcə, neft sənayesinə deyil, dağ-mədən sənayesində küllü miq-
darda sərmayə yatıra bilmişlər. XIX əsrin II yarısından etibarən Gədəbəy və Daşkəsən 
ərazilərində almanlar tərəfindən bir neçə mis əritmə müəssisələri istifadəyə verilmişdir. 
Gədəbəy və Daşkəsən dağlarında mis yataqlarının zənginliyi haqqında hətta V.F.Si-
mens öz “Xatirələr”ində xüsusi qeyd edir. Alman alimlərindən Leman-Xaupt da Qafqa-
za səfəri zamanı Gəncəbasarda olması, Gədəbəy-Daşkəsən mis yataqlarının zənginliyi 
haqqında məlumat verir. O, Qalakənd çayının sahillərindəki mis yataqlarından geniş 
söhbət açır. [6,30] 
XIX əsrin 60-cı illərində “Simens və K” şirkəti Gədəbəy mis yataqlarının istismarı 
ilə başlı geniş fəaliyyətə başladı. 1883-cü ildə artıq Gədəbəy mis əritmə kombinatında 
1825 adam çalışırdı. 
1883-cü ildə Gədəbəydən 30 km aralıda Simens qardaşları yeni bir misəritmə kom-
binatının təməlini qoydu. Bu Qalakənd çayının sahilində “Qalakənd” misəritmə kombi-
natı idi. Sonralar hər iki zavod arasında 20 km. uzunluğunda dəmiryol xətti istifadəyə 
verildi. Yeri gəlmişkən qeyd edək ki, bu Azərbaycanda ilk dəmir yol xətti idi. 
Statistik məlumatlara görə, “Simens qardaşları” firması XX əsrin əvvəllərində mis 
məmulatı istehsalını 147,7 min puda çatdırmışdı. Firma Almaniyaya bundan əlavə 15 
ton qızıl aparmışdır. Təkcə 1898-ci ildə 20,3 kq qızıl, 285 kq gümüş  əldə edilmişdir. 
Bütün bunlar Gədəbəy-Qalakənd mədənlərinin  əhəmiyyətinin yüksək dərəcədə böyük 
olduğunu göstərir. 
 Bir  faktı da qeyd etmək yerinə düşər. Gədəbəy və Yelizavetpol arasında 60 km 
teleqraf xəttinin çəkilişi də Simenslərin adı ilə bağlıdır. 
Simens qardaşlarının uğurları 1889-cu ildə Tiflisdə  şirkətin qızıl medalla təltif 
olunmasına gətirib çıxarmışdır. 
I Dünya müharibəsi illərində Çar Rusiyası ilə Kayzer Almaniyası arasında yaran-
mış gərginlik Qafqazda çalışan alman şirkətlərindən də yan keçmədi. Doğrudur Simens 
qardaşları I dünya müharibəsi illərində  fəaliyyətlərini davam etdirsələr də, sonradan 
müflis oldu və 1917-ci ildən sonra Rusiyanı tərk etdilər. 
Azərbaycan almanları AXC-nin tarixində də fəal rol oynamışlar. Hətta 120 nəfərlik 
parlamentarilərdən 1-i alman əhalisinin nümayəndəsi idi. Gənc Azərbaycan Respublika-

 
Sivilizasiya 
 
41
sının alman xalqına çox xoş münasibəti olmuşdur. Belə ki, vaxtı ilə Azərbaycanı tərk 
etmiş almanlar Cümhuriyyət dövründə yenidən geri qayıtmışlar. 
Zaqafqaziya Alman Milli Şurası rus imperiyası dağıldıqdan sonra Azərbaycan və 
Gürcüstan hökuməti ilə  sıx  əlaqə saxlayırdı. Almanlar Azərbaycanın ictimai-siyasi, 
sosial-iqtisadi həyatında yaxından iştirak edir və eyni zamanda Azərbaycan hökuməti 
də onların təhsilinin, mədəniyyətinin qayğısına qalır, hərtərəfli kömək göstərirdi.  
AXC-nin və Gürcüstanın Sovet Rusiyası tərəfindən işğalından sonra başlanmış mə-
nəvi, siyasi terror Qafqaz almanlarından da yan keçmədi. Həmin illərdə keçmiş bir çox 
alman sahibkarları, ziyalıları sovet totalitar rejiminin qurbanı oldular və almanların 
emiqrasiyası başlandı.  
Almanların emiqrant həyatının 1-ci mərhələsi ADR-in süqutundan sonra başladı. 
Bir çox azərbaycanlı siyasi emiqrantlar kimi almanlar da Azərbaycanı tərk etmiş, Türki-
yə vasitəsi ilə Almaniyaya keçmişlər. Lakin bu kütləvi xarakter almamışdı.  
1920-1921-ci illərdə “Emiqrant almanların birliyi” adlı təşkilat yaradıldı. Bu təşki-
lat bilavasitə Rusiya imperiyasından köçüb gələn kolonistlərin işi ilə məşğul idi. Birli-
yin sədri Yohannes Şleyninqin təşəbbüsü ilə emiqrantlar haqqında jurnal buraxılır və 
həmin jurnalda bir çox alman koloniyaları, o cümlədən Azərbaycandakı koloniyalardan 
söhbət açılırdı.  
1922-ci ildə Vyana şəhərində kolonistlərlə bağlı qurultay çağırıldı. Qurultayda 
xaricdə yaşayan almanlarla bağlı “Büro” yaradıldı. Həmin büroda Azərbaycandan olan 
alman Teodor Humel də aktiv iştirak edirdi. [5,90] 
Almanların emiqrant həyatının 2-ci mərhələsi XX əsrin 20-ci illərinin sonu, 30-cu 
illərin əvvəllərinə təsadüf edir. Həmin almanlar vaxtı ilə böyük nüfuz sahibi olan var-
dövləti müsadirə edilənlər idi. Həmin təbəqəyə daxil olanlar demək olar ki, praktiki 
olaraq SSRİ-dən çıxa bilmədilər. 
Almanların emiqrant həyatının 3-cü mərhəələsi XX əsrin 30-cu illərin ortalarından 
başladı. Lakin onların əksəriyyəti Almaniyaya yox, Sibirə sürgün edildi.  
1939-cu il 23 avqust Moskva sazişindən sonra Sovet alman kolonistlərinin Almani-
yaya köç etməsinə ümidlərinin artmasına baxmayaraq, 22 iyun 1941-ci il sovet-alman 
müharibəsinin başlanması bunun qarşısını aldı. 
Azərbaycan alman əhalisinin repressiya və deportasiyaya məruz qalmasında erməni 
parazitlərinin də xüsusi rolu olmuşdur. 
1941-ci ilin ortalarına qədər SSRİ Müdafiə Nazirliyinin 8.11.1941-ci il 744 saylı 
əmri ilə Karaqanda, Kustanay, Novosibirsk, Pavlodar və  Şimali Qazaxıstana sürgün 
edildilər. Ümumiyyətlə həmin illərdə Azərbaycan SSR-dən 25625, Gürcüstan SSR-dən 
20423, Ermənistan SSR-dən 212 nəfər alman deportasiya olunmuşdur. 
XX  əsrin 50-60-cı illərində Sovet totalitar rejimin nisbətən yumşalmasıbir çox 
azsaylı xalqlar kimi almanların da həyatında ciddi dönüş yaratdı. Belə ki, Stalinizm 
epoxasının günahsız qurbanı olmuş alman xalqının üstündən qara buludlar çəkildi. So-
vet imperiyasının süqutu, vahid Alman dövlətinin yaranması ilə bir çox alman ailələri 
öz tarixi ata-baba yurdlarına qayıda bildilər. 
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün azsaylı xalqlar kimi 
almanların da hüquqları, adət-ənənələri, mədəniyyətləri dövlət səviyyəsində qorunub 
saxlanılır. 
Müstəqil Azərbaycan Respublikası ilə Almaniya arasında bu gün də diplomatik, 
iqtisadi, mədəni əlaqələr yüksək səviyyədədir. 

Bakı Avrasiya Universiteti  
 
42
Son dövrlər müstəqil Azərbaycanın Almaniya ilə çox geniş siyasi-iqtisadi əlaqələri 
yaranmışdır. 
 
Qaynaqlar: 
1.  Qafqaz təqvimi Tiflis, 1885. s.124. 
2.  Nəcəfov B. Azərbaycan Demokratik Respublikası. Bakı, Azərnəşr, 1992, 95 s. 
3.  Nəcəfov B.Deportasiya. Bakı, Azərnəşr, 1998, 170 s. 
4.  Cavadov Q. Azərbaycan almanları, “Günay”qəzeti, № 77, 1994-cü il 
5.  Cəfərli M.Ş. Siyasi terror və Azərbaycan almanlarının taleyi, Bakı, Vətən nəşriyytı, 2003, 
319 s 
6.  İbrahimov N.A. Azərbaycan tarixində alman səhifələri, Bakı, 1995, 150 s. 
7.  Hüseynli N.Z. Qalakənd, Bakı Diplomatiya nəşriyyatı, 1999, 222 s.  
8.  Azərbaycan legion ədəbiyyatı, Bakı, “QAPP-POLİQRAF”, 2005, 370 с. 
9.  Пипия Г.Б. Политика Германии в Загафгазие 1918 году. Москва, Наука, 2000, 200с. 
10.  Kərimova S.M. Çarizmin Azərbaycanın işğalında və müstəmləkəçilik siyasətində erməni 
siyasətbazlarının rolu.Bakı, Azərnəşr, 1995, 192 s. 
11.  Azərbaycan qəzeti, 28 may 1919-cu il, 4 s. 
 
 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin