Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

SUMMARY 
Khalid Niyazov 
 
SOCIAL AND LEGAL PROVISION OF FREEDOM OF MASS MEDIA 
 
The article considers events carried out in the last 10 years in Azerbaijan in connection 
with socio-legal ensuring media and analyzed in detail relevant articles of the law "On mass 
media". The author investigates regulatory issues of freedom of mass information in Azerbaijan, 
mentioning the role of orders and decrees, signed by the president in this direction. It is noted 
that in Azerbaijan process formation of a freedom of speech and the press corresponds to 
features of democratic development of society, and that the Azerbaijani state successfully 
continues a certain policies in the field of providing a freedom of speech and the press. 
 
Keywords:  freedom of information, censorship, media law, a state secret, human rights, 
civil society 
 
 
РЕЗЮМЕ 
Халид Ниязов 
 
СОЦИАЛЬНО-ПРАВОВОЕ ОБЕСПЕЧЕНИЕ СВОБОДЫ МАССОВОЙ 
ИНФОРМАЦИИ 
 
В  статье  рассматриваются  мероприятия,  проводимые  в  последние 10 лет  в  Азер-
байджане, в связи с социально-правовым обеспечением СМИ и подробно анализируются 
соответсвующие нормативные акты регулирующие деятельность масс-медиа. Автором 
исследуются  вопросы  регулирования  свободы  массовой  информации  в  Азербайджане, 
затрагивая  роль,  подписанных  президентом  страны  распоряжений  и  указов,  в  данном 
направлении.  Отмечается,  что  в  Азербайджане  процесс  становление  свободы  слова  и 
печати  соответствует  особенностям  демократического  развития  общества,  и,  что 
азербайджанское государство успешно продолжает определенный политический курс в 
области обеспечения свободы слова и печати. 
 
Ключевые слова: свобода информации, цензура, законодательство СМИ, государст-
венная тайна, права человека, гражданское общество 
 
 

 
116
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA 
 
Elxan HÜSEYNOV

 
 
ABDUKSİYA METODU VƏ ONUN ELMI İDRAKDA ROLU 
 
Açar sözlər: abduksiya, izahedici hipotez, nəzəri təfəkkür, induksiya, deduksiya, hipotetiv-
deduktiv metod, fakt, qanun 
 
Elmi idrakın tərkibi və strukturu son dərəcə mürəkkəb olub, öz aralarında qarşılıqlı 
surətdə  əlaqələnən müxtəlif komponentlərdən və ya elementlərdən təşkil olunmuşdur 
[2, s. 55-60]. Bura biliyin spesifikliyinin tam əks etdirməyib, bir-birindən yalnız formal 
əlamətlərinə görə fərqlənən və elmi idrakın “mikrostrukturunu” təşkil edən anlayış, mü-
hakimə, əqli nəticə ilə yanaşı rasional idrakın daha mürəkkəb səviyyə daşıyan formala-
rı: fakt, problem, məsələ, ideya, prinsip, qanun, model, nəzəriyyə və s. təfəkkür forma-
ları daxildir. Elmi idrakın “makrostrukturuna” daxil olan belə mühüm formalardan biri 
də hipotezdir. Oxucuların diqqətinə verilən bu məqalədə izlədiyimiz başlıca məqsəd 
izahedici hipotezlərin axtarışlarında geniş istifadə olunan və mühüm idraki əhəmiyyət 
kəsb etməklə müasir epistemologiyanın evristik dəyərli problemlərindən biri kimi möv-
cud olan abduksiya metodunun elmi obrazını yaratmaqdır. 
Bu məqsədlə öncə qeyd edək ki, nəzəri təfəkkürdə yeni elmi həqiqətlərin axtarışları 
hələ antik alimlərin diqqətini çəksə də, onların sistemli işlənilməsinə yalnız XVII əsrdə, 
klassik təbiətşünaslığın yaradılmasından sonra başlanılmışdır. Tarixilik baxımından 
məntiq elminin başlanqıc mərhələsini təşkil edən Aristotel sillogizmi ancaq ümumi mü-
lahizələrdən xüsusi mülahizələrə aparan əqli nəticələrlə iş gördüyündən bu systemdən 
müşahidə və eksperimentlərin nəticələrini ifadə edən ayrı-ayrı faktların ümumiləşdiril-
məsi üçün istifadə etmək mümkün olmurdu. Bu vəziyyətlə razılaşmayan və  fəlsəfədə 
yeni metodologiyaya başlanğıc verən F. Bekon Aristotelin “Orqanonu”na qarşı özünün 
təbiət hadisələrinin izahı üçün daha geniş imkanlar açan məşhur “Yeni Orqanon” əsə-
rini ortaya qoydu. Bu əsərdə işıq üzü görmüş və XIX əsrdə C.S.Mill tərəfindən sistem-
ləşdirilib inkişaf etdirilmiş induksiya qanunları induktiv məntiqin əsas məzmununu təş-
kil etdirdi. Lakin Bekon və Mill özlərinin induksiya qanunlarının əhəmiyyətini həddən 
ziyadə şişirdərək onlara yeni elmi həqiqətlərin azalmasına geniş imkanlar yarada bilən 
ideal üsullar kimi baxırdılar. Halbuki, elmi idrakın inkişafı gedişində getdikcə daha çox 
məlum olurdu ki, induktiv məntiqlə ancaq bilavasitə müşahidə olunan hadisənin sadə 
səbəbiyyət əlaqələrini izah etmək mümkündür. Təbiətin daha dərin qanunauyğunluqla-
rını açıqlamaq üçün elmi dövriyyəyə vizual müşahidə olunmayan obyektləri (atom, mo-
lekul, gen və s.) daxil etmək və belə obyektləri ehtiva edən elmi nəzəriyyələri quraşdır-
maq vacib idi. Bu məqsədlə elmi hipotetik-deduktiv metoda alternativ olan abduksiya 
metodu yaradıldı bu metodun yaradılması alimlərdə hasil edilən belə bir yəqinliklə bağ-
lı olmuşdur ki, müşahidə olunan obyektlərdən abstrakt nəzəriyyələrə və qanunlara bir 
başa aparan heç bir məntiqi yol yoxdur, bu yolu yalnız çətin və mürəkkəb tədqiqat pro-
sesində kəşf etmək mümkündür. Bu prosesin isə başlanğıc nöqtəsinin nəticələrini ancaq 
müşahidə  və eksperimentlərdə yoxlaya biləcəyimiz hipotezlər təşkil edə bilər. Bu 
məqsədlə alimlər elmin metodologiyasında elmi təfəkkürün hipotetik-deduktiv modelini 
                                                           

 professor, Sumqayıt Dövlət Universiteti 

 
Sivilizasiya 
 
117
formalaşdırdılar. Bu model elmi fəlsəfəsinin başlıca vəzifəsini hipotezlərin yaradılması 
və onların yoxlanılması ilə məhdudlaşdırır, lakin bu zaman elmdə yeni biliyin mənşəyi 
və hipotezlərin formalaşması məsələsindən yan keçirdi. Halbuki, qaldırılmış məsələ ilə 
bağlı belə bir sual xüsusi maraq kəsb edirdi ki, elmdə yeni biliklər necə yaranır və onun 
daxilində yeni ideyalar, hipotezlər və  nəzəriyyələr necə formalaşırlar? Filosofların 
böyük  əksəriyyəti bu sualların cavablandırılmasında empirik psixoloji idraka, ya da 
elmi yaradıcılığın səlahiyyətlər sahəsinə yönəldərək bununla da elmi tədqiqat prosesinin 
metodoloji təhlilini formal-məntiqi təhlillə əvəz etməyə çalışırdılar. Buna görə də ayrı-
ayrı alimlərin yaradıcılığının psixoloji xüsusiyyətlərinin öyrənilməsi nə  məntiqin 
ümumi prinsiplərinin, nə də elmi tədqiqatın metodologiyasının aşkarlanmasına zəmanət 
vermirdi. Bu səbəbdən də o zamandan etibarən filosofların tədqiqat predmetini təşkil 
edən elmi biliyin əsaslandırılması məsələsi ilə psixoloqların tədqiqat predmetinə çevri-
lən elmi biliyin kəşfi problemi bir-birinə qarşı qoyulurdu. Bu məsələ fəlsəfədə əsaslan-
dırılmasına qarşı qoyan neopozitivist Q. Reyxenbal tərəfindən qeydə alınmışdır. 
Görkəmli amerikan məntiqşünası  və filosofu Çarlz Sanders Pirs hələ XIX əsrin 
sonlarında bu qəbildən olan baxışlara qarşı  çıxaraq belə bir fikrə  rəvac vermişdi ki, 
fəlsəfə və məntiq elmdə yeni ideya və hipotezlərin yaradılmasının konseptual təhlili ilə 
məşğul olmalıdır. Pirs deduktiv və induktiv əqli nəticələrin ənənəvi formaları ilə yanaşı, 
izahedici hipotezlərin axtarışlarının spesifik üsulu kimi abduksiya metodunu da irəli 
sürürdü [7, s. 221-224]. Qeyd edək ki, “induksiya” və “deduksiya” terminləri kimi “ab-
duksiya” terminində “decure” kökündən törəyib, latın dilində “yönəltmək” mənasına 
uyğun gəlir. Buna görə də Pirsin yanaşmasına epistemologiyada geniş istifadə olunan 
hipotetik-deduktiv metoda alternativ metod kimi baxmaq olar. 
Abduksiyanı induksiya və deduksiya ilə müqayisə edən Pirs əqli nəticələr içərisin-
də onun yerini aşağıdakı sözlərlə dəyərləndirirdi: “İnduksiya nəzəriyyələrə baxış kecirir 
və onların faktlara uyğunluq dərəcəsini ölçür. O, ümumiyyətlə, heç bir ideya yarada bil-
məz. Hər deduksiya da bunu etməyə qadir deyil. Elmin bütün ideyaları abduksiya 
vasitəsilə yaradılır. Abduksiyanın vəzifəsi faktları tədqiq etmək və onları izah edə bilə-
cək nəzəriyyəni yaratmaqdır”. Sözünə davam edərək o yazır ki, “deduksiya sübut edir 
ki, nə isə olmalıdır, induksiya göstərir ki, nə isə  həqiqətən mövcuddur, abduksiya isə 
sadəcə güman edir ki, nə isə ola bilər” [8, s. 189].  
Bu müddəada diqqət induksiya, deduksiya və abduksiya üzərində təmərküzləşsə də 
onların alınması üsulları əsla açıqlanmırdı. Bu baxımdan abduksiya və induksiya alınma 
metodlarına görə kəskin fərqlənsələr də, öz nəticələrinə görə bir-birinə çox oxşardılar. 
Doqrudan da abduksiya sadəcə hipotetik, ehtimallı nəticələrə gətirib çıxarmır, o həm də 
mövcud faktları izah edə biləcək elmi hipotez axtarışlarının spesifik metodu olmaq 
funksiyasını yerinə yetirir [1]. Ənənəvi məntiqdə induksiya xüsusidən ümumiyə, ayrı-
ayrı faktlardan ümumiyə aparan əqli nəticə kimi təqdim edilsə  də, həqiqətdə o, sadə 
empirik hipotezlərin qərarlaşması vasitəsindən başqa bir şey deyildir. Pirs isə elmdə 
hipotez axtarışlarının elə bir prosesini tədqiq etməyi planlaşdırır ki, həmin hipotez 
vasitəsilə müşahidə olunan fakt və hadisələrin həm daxili mexanizmini açıqlamaq, həm 
də onların izahını vermək mümkün olsun [5, s. 120-132]. Müasirlərinin əksəriyyəti kimi 
Pirs də ehtimali əqli nəticə kimi baxdığı induksiyanı mövcud hipotez və nəzəriyyələrin 
yoxlanılması metodu kimi xarakterizə edir, abduksiya isə izahedici hipotezlərin 
axtarışlarına yol açan metod kimi baxırdı [6, s. 54-59].  
Pirs abduktiv mülahizənin məntiqi formasını aşağıdakı şəkildə təqdim edir: 

Bakı Avrasiya Universiteti  
 
118
1.  Hər hansı bir P hadisəsi müşahidə olunur. 
2.  Əgər H hipotezi həqiqətdirsə, P hadisəsi izah oluna bilər. 
3.  Deməli, H hipotezinin həqiqət olmasını düşünməyə əsas vardır. 
İlk baxışdan belə görünə bilər ki, abduktiv mülahizə hipotezə müqəddimə kimi 
baxdığından özlüyündə o, hipotetik-deduktiv əqli nəticədən çox az fərqlənir. Halbuki, 
araşdırmalar göstərdi ki, induktiv əqli nəticənin abduksiyaya bənzəyişi daha çoxdur, 
belə ki, əvvəla, induktiv əqli nəticə də faktlardan başlayıb xüsusi mühakimələrdən ümu-
miyə doğru istiqamətlənir; ikincisi, abduksiya kimi induktiv əqli nəticə də həqiqətə yal-
nız oxşar, yaxud ehtimali səciyyə daşıyır. Lakin Pirs induksiyaya tamam başqa nəzərlə 
baxır, onun təbirincə induksiya hipotezin sadə və yaxud kəmiyyət formasında qiymət-
ləndirilməsinə imkan verən  əməliyyat kimi başa düşülməlidir [5, s. 120-124]. Qeyd 
edək ki, induksiyanın bu mənada başa düşülməsi ehtimal məntiqində  qəbul edilmiş 
müasir nöqteyi-nəzərə tamamilə uyğundur. 
Abduksiya təliminin Bekon-Mill klassik induksiya konsepsiyasından başlıca fərqi 
onun elmdə həqiqətlərin kəşf edilməsinin qüsursuz metodu, bir növ həmin kəşfin alqo-
ritmi olmasındadır. Abduksiyanın ali məqsədi yeni faktların rasional izahına impuls ve-
rən hipotezlərin axtarışlarıdır. Bununla bağlı Pirs elmdə izahedici hipotezlər qarşısına 
üç metodoloji tələb qoyur: 
1.  İzahedici hipotezlər ancaq müşahidə olunan faktları deyil, həmçinin bilavasitə mü-
şahidə olunmayan və yalnız dolayı yolla yoxlana bilən faktları da izah etməyi ba-
carmalıdır. 
2.  İzahedici hipotezlər interroqativ mühakimələr kimi formulə edilməli, başqa sözlə onlar 
tədqiqatın gedişində cavablandırılması vacib olan müəyyən sualları da ehtiva etməlidir. 
3.  İzahedici hipotezlər qarşısına qoyulan mühüm tələblərdən biri də onların yoxlanan 
olmasından ibarətdir. Hipotezin təkzib edilməsi meyarına gəldikdə isə, deməliyik 
ki, o məntiqi baxımdan qəbul edilsə də, olsa-olsa, yalnış hipotezlərin elmdən kənar-
laşdırılması vasitəsi funksiyasını yerinə yetirməlidir. 
Yuxarıda verdiyimiz sxemdən bəlli olur ki, abduktiv mülahizə  həqiqətin kəşfinə 
təlimat verməyib, onun yalnız axtarış yollarını asanlaşdırır, belə ki, bu üsul hipotezin 
sadə  kəmiyyət təsdiqinə deyil, relevant faktların izah edilməsi kimi keyfiyyət xarak-
teristikasına söykənir. 
Abduktiv mülahizələrin sistemli tədqiqi ilə yanaşı onların mümkün tətbiq üsulları-
nın öyrənilməsi də mühüm idrakı əhəmiyyət kəsb edir. Bu baxımdan onlar geniş tətbiq 
sferasına malikdir. Hazırda müəyyən edilmişdir ki, abduktiv mülahizələr adi təfəkkür-
dən tutmuş yüksək elmi tədqiqatlara qədər yeni biliklərin axtarışlarının baş verdiyi hər 
yerdə geniş istifadə oluna bilər [9, s.44]. Bu tezisi təsdiqləmək naminə bu abduktiv 
mülahizələrdən istifadə edilməsinin bir neçə sahəsinin müzakirəsinə nəzər salaq. 
Əvvəla qeyd edək ki, dedektiv ədəbiyyatda sujetlərin qurulmasında, axtarışların əsas 
mərhələlərinin təsvirində abduksiyalardan istifadə edilməsi daha aydın ifadə olunur. La-
kin buna baxmayaraq dedektivlərin fəaliyyəti əksər hallarda deduktiv, az-az hallarda isə 
hipotetik-deduktiv metodlar əsasında təhlil olunur. Halbuki ən yaxşı hallarda belə  həm 
deduktiv, həm də hipotetik-deduktiv metodlar axtarışların son nəticəsini təsvir edirlər. 
Bədii  ədəbiyyatda dedektivin deduktiv metodu əsasında mülahizə yürütməsi haq-
qında təsəvvür məşhur ingilis yazıçısı Konan Döylun qəhrəmanı, həvəskar xəfiyyə Şer-
lok Holmsun adı ilə bağlıdır [10]. Həqiqətdə Konan Döylun romanlarının təhlili göstərir 
ki, müəllif deduktiv metoddan yalnız öz gümanlarını, fərziyyələrini və hipotezlərini 

 
Sivilizasiya 
 
119
yoxlamaq məqsədilə istifadə etmişdir. Aydın məsələdir ki, belə hallarda dedektiv`aydın 
və konkret bir nəticəyə gəlmək üçün özünün gümanlarını, hipotezlərini təsdiqliyə bilə-
cək faktların çətin və uzun sürən təhlilini aparmalıdır. Bu isə o deməkdir ki, dedektivin 
mülahizələrinin gedişi deduktiv metod üzərində deyil, abduksiya mülahizələri üzərində 
qurulmalıdır. Buna inanmaq üçün sadəcə K. Döylun “Baskervillərin iti” adlı məşhur po-
vestinin məzmununa nəzər salmaq kifayətdir. Əgər biz adı çəkilən povestdə söylənilmiş 
mülahizələri diqqətlə təhlil edib, povestin sujet xəttinin açıqlanmasını izləsək əmin ola 
bilərik ki, onların hər biri abduktiv mülahizənin ayrı-ayrı elementlərinin çox yaxşı təs-
virinə söykənir. Qeyd edək ki, belə abduktiv mülahizələrə yazıçının digər dedektiv əsər-
lərində (məs. “Alabəzək lent”) rast gəlmək mümkündür. Deyilənlərə bunu da əlavə et-
mək maraqlı olardı ki, müasir tədqiqatlardan biri Konan Doylun yaradıcılığında istifadə 
edilmiş 217 belə abduktiv mülahizəni aşkarlaya bilmişdir. Əsərdə müəllif Şerlok Holm-
sun sözləri ilə deyir ki, onun əldə etdiyi nəticələrdə heç bir sirr yoxdur, belə ki, mövcud 
faktlar yalnız bir izahat tələb edir. Bu müddəa göstərir ki, K.Doyl özünün bütün əsər-
lərində abduktiv mühakimələr əsasında izahedici hipotezlərin axtarışları ilə məşğul ol-
muş və belə hallarda deduktiv metoddan yalnız özünün güman və hipotezlərini yoxla-
maq üçün istifadə etmisdir.  
Əlbəttə, abduktiv mülahizələr sxemi üzrə detektiv janrın yalnız o əsərləri yazılır ki, 
müəllif lap ilk başlanğıcdan cinayəti və onun iştirakçılarını açıqlayır, yalnız sonradan 
cinayətin baş vermə səbəblərini təsvir edir. 
Abduktiv mülahizələrdə yalnız detektiv əsərlərin yazılmasında deyil, həmçinin 
məhkəmə versiyalarının quraşdırılmasında və yoxlanılmasında da geniş istifadə olunur 
[10]. Əgər detektiv sujetlərdə nəticə və ona aparan yol müəllif tərəfindən uydurulursa 
və buna görə də qabaqcadan diqqətlə hazırlanırsa müstəntiq real detalların təhlili zama-
nı ən gözlənilməz hadisələrlə rastlaşa bilir. Bu mənada müstəntiqin fəaliyyəti istənilən 
tədqiqatçının: alimin, ixtiraçının, sənədçi-tarixçinin yaradıcı prosesinə daha çox bənzə-
yir. Buna görə  də müstəntiqin işi  ən mükəmməl detektivin fəaliyyətinə nisbətən daha 
mürəkkəb olub, qabaqcadan söylənilməsi mümkün olmayan səciyyə daşıyır. Doğrudan 
da, burada nəticə qabaqcadan məlum olmadığı kimi, faktların izahı da müxtəlif yönüm-
lü ola bilir. Lakin bununla belə, detektiv müəlliflərin və müstəntiqlərin iş metodları ara-
sında bir oxşarlıq da nəzərə çarpır.  Əvvəla, onların hər ikisinin işi cinayətin və onun 
sübut və fakt kimi qəbul edilən izlərinin təhlili ilə başlanır. Ikincisi, onların hər ikisi 
uydurulmuş  və ya real faktlar əsasında yaradılmış elə bir hipotez və yaxud versiya 
axtarır ki, o cinayəti törətmiş  və yaxud ona himayədarlıq etmiş  şəxslərin xarakterini, 
məqsədlərini, motivlərini izah etmiş olsun. 
Məhkəmə praktikasında adətən baş vermiş cinayət haqqında işçi hipotez kimi qəbul 
edilən bir neçə versiya irəli sürülə bilir. Bundan isə bir qənaət yarana bilir ki, məhkəmə 
təhqiqatı  məntiqi nöqteyi-nəzərdən hipotetik-deduktiv metod əsasında aparılır. Lakin 
müstəntiqin fəaliyyətinin təhlilinə belə hipotetik-deduktiv yanaşma baş vermiş cinayətin 
hüquqi araşdırılması prosesinin mahiyyətini heç də adekvat təsvir etmir. Ən yaxşı halda 
ona həqiqətə ən çox uyğun versiyasının adekvatlığının yoxlanılmasının yekun mərhələsi 
kimi baxmaq olar. Əsl həqiqətdə tədqiqat qeydə alınmış faktların təhlili ilə başlanır. 
Buna görə  də faktlarla möhkəmləndirilən və onları izah edə bilən versiyalar və 
yaxud işçi hipotezlər hesaba alınır. Tədqiqat prosesində bəzən ortaya elə faktlar çıxır ki, 
onlar irəli sürülmüş əvvəlki versiyalardan bəzilərini təkzib edir, bəzən də yeni versiya-
ların irəli sürülməsini şərtləndirir. Beləliklə, faktların diqqətli və hərtərəfli təhlili alter-

Bakı Avrasiya Universiteti  
 
120
nativ versiyalar arasından faktları,  şəhadətnamələri, maddi sübutları ekspert göstəriş-
lərini və digər məhkəmə materiallarını ən yaxşı tərzdə izah edə bilən yeganə versiya se-
çilib götürülür. Yalnız belə arqument sayəsində, bir tərəfdən, müəyyən bir versiyanın 
doğruluğunu sübut etmək, digər tərəfdən digər versiyaları yararsız şey kimi təkzib et-
mək mümkün olur. 
Məhkəmə versiyasının quraşdırılmasının bütün çətinliyi də məhz bundan ibarətdir 
ki, onun əsaslandırılmasında  əvvəla, cinayətin dəqiq protokollaşdırılmış izindən və 
maddi sübutlardan; ikincisi, zərərçəkmişin və canlı  şahidlərin subyektiv fikirlərindən; 
üçüncüsü ekspertlərin real faktlara söykənən rəylərindən istifadə olunur. Versiyanın 
tamamlanması  mərhələsində müstəntiqin başlıca vəzifəsi məhkəmə versiyasının ümu-
miləşdirilmiş nəticəsini möhkəmləndirən arqumentlər sisteminin uyerarxial qurulmasını 
başa çatdırmaqdan ibarətdir. Bu halda daha böyük izahedici qüvvəyə malik olan versiya 
baş vermiş cinayətin xarakterini, səbəblərini, məqsədini, habelə cinayət iştirakçılarının 
aşkarlanmasına imkan verəcəkdir. 
Yuxarıda biz detektiv janrlarda və  məhkəmə versiyalarının quraşdırılmasında ab-
duksiyanın rolunu açıqladıq, fikrimizcə təbii-elmi tədqiqatlarda abduksiyanın rolu daha 
böyükdür. Bu münasibətlə təbii-elmi tədqiqatlarda abduksiyanın roluna nəzər yetirməyi 
vacib bilirik. 
Məlumdur ki, hər bir elmi axtarış kimi elmi tədqiqatlar da problemin təhlilindən, 
yeni faktlarla onların izah edilməsinin köhnə metodları arasındakı ziddiyyətlərdən baş-
lanır. Belə bir izahat üçün isə  əvvəlcə  fərziyyə  və yaxud güman irəli sürülür. Daha 
sonra həmin fərziyyə yeni faktlar və nəzəri mülahizələrlə möhkəmləndirilərək elmi hi-
potez formasına salınır. Bu mülahizənin həqiqiliyini təsdiqləmək üçün Nyutonun 
ümumdünya cazibə qanununun kəşfinə gətirib çıxaran “almanın ağacdan düşməsi” ha-
disəsinə  qısaca da olsa nəzər salaq. Adətən, bu hadisəni  əfsanə adlandırırlar, halbuki, 
akademik S.İ.Vavilov onu səhih fakt hesab etmişdir. Akademik öz iddiasının təsdiqi 
kimi Nyutonun söhbət  əsnasında köhnə  həmkarlarından birinə etdiyi etirafa müraciət 
etmişdir: “Yeri gəlmişkən, ser Nyuton mənə dedi ki, onun başına cazibə haqqında fikir 
gələndə o da belə vəziyyətə düşmüşdür”. Bu fikir onda ağır düşüncələr içərisində out-
rub, ağacdan qopan almanın düşməsi ilə əlaqədar yaranmışdı. O, öz-özünə şaquli vəziy-
yətdə düşür? Nə üçün o kənara deyil, həmişə Yerin mərkəzinə düşür? Deməli bu halda 
bütün Kainatı dolduran və bizim ağırlıq qüvvəsi adlandırdığımız qüvvəyə  bənzər bir 
qüvvə mövcud olmalıdır [3, s.109-110]. 
Pirsin sxeminə görə almanın düşməsi hadisəsi diqqətəlayiq fakt olub təbii ki, 
abduktiv mülahizələrin başlanğıc nöqtəsi kimi qəbul edilməlidir. Lakin buna baxmaya-
raq Nyutonun ümumdünya cazibə qanununun kəşfi uzun sürən empirik və nəzəri hazır-
lıq mərhələsi keçmiş, özünün yalnız empirik faktlarla deyil, həm də Qaliley və Keplerin 
daha  əvvəllər kəşf edilmiş qanunları ilə  əsaslandırılmasını  tələb etmişdir. Bu qanuna 
xalis məntiqi səciyyə daşıyan induktiv və yaxud deduktiv əqli nəticələrlə nəzarət edilsə 
də adı çəkilən qanun heç də onların sayəsində kəşf edilməmişdir. Belə ki, nəzəri qanun-
ların kəşfində yalnız məntiq və riyaziyyatdan deyil, habelə intellektimizin intuisiya və 
təxəyyül, fikri eksperiment və konseptual sxemlər kimi incə üsul və vasitələrdən də 
istifadə olunur [4,5, s.73-76]. Elmi praktikada abduktiv mülahizələrdən ən çox hadisələ-
rin müşahidə olunan xassə  və münasibətləri arasında zəruri  əlaqələr yaradan empirik 
qanunların kəşfində istifadə olunur. Nəzəri qanunlar isə  təcrübədən çıxarılması müm-
kün olmayan abstrakt anlayış  və mühakimələri ehtiva etdiklərindən bu üsullarla kəşf 

 
Sivilizasiya 
 
121
edilə bilmirlər. Buna görə  də  nəzəri qanunların kəşfinə aparan yol hipotezlərdən və 
yaxud hipotezlər sistemindən keçir. İzahedici hipotezlərin quraşdırılması isə məhz ab-
duktiv metod əsasında baş verir. 
Abduksiya haqqında yuxarıda deyilənləri yekunlaşdırıb belə qənaətə gələ bilərik ki, 
abduktiv mülahizələrin fərqləndirici xüsusiyyəti onların bizim biliklərimizi inkişaf 
etdirən ümumiləşdirmələr olmasındadır. Buna görə də, bu mülahizələrin nəticələri əv-
vəllər elmə məlum olmayan yeni informasiyaları ehtiva edirlər. Bu kontekstdə abduktiv 
nəticələr müqəddəmələri ehtiva etdikləri biliklərdən savayı heç bir digər bilikləri ehtiva 
etməyən deduksiyadan əsaslı surətdə  fərqlənirlər. Doğrudur, psixoloji baxımdan belə 
düşünmək olar ki, deduksiyanın nəticəsi bizə yeni informasiya verir, lakin daha diqqətli 
təhlil göstərir ki, bu bilik yalnız nəticədə deyil, qeyri-aydın şəkildə hətta onun müqəd-
dəmələrində  də ehtiva olunur, nəticə isə onu yalnız aydın şəkildə ifadə edir. Halbuki, 
deduksiyada fərqli olaraq abduktiv mülahizələr ortaya yeni informasiyalar qoyur [11]. 
Buna görə də biz hökm edə bilərik ki, həqiqəti qoruyub saxlayan deduksiyadan fərqli 
olaraq abduksiya bu həqiqətin axtarışları ilə məşğul olur. Bu axtarışlar isə öz ifadəsini 
müqəddəmələrə mövcud bilikləri yeniləşdirməyə və genişləndirməyə imkan verən yeni 
informasiyanın daxil edilməsi yolu ilə baş verir. Prinsipcə biliklərimizi genişləndirə 
bilən ixtiyari ümumiləşdirmələr ehtimallı  nəticələrə  gətirib çıxardığından, bu dərəcəli 
abduksiyada həqiqət axtarışlarının mexanizmi vasitəsilə genişləndirilə bilər. Buna görə 
də, abduksiyanın təklif etdiyi sxem mövcud faktları uğurla izah edən və elmi kəşflərə 
aparıb çıxaran sxem kimi dəyərləndirilə bilər. 
Hazırda elmi həqiqətlərin araşdırılmasına imkan verən modellərdən biri kimi abduk-
siyaya elmi maraq xeyli artmışdır. Abduktiv mülahizələrin müdafiəçiləri onların ləhinə 
yeni-yeni arqumentlər irəli sürməkdədirlər. Məsələn, Helsinki universitetinin professoru 
S.Paavolanın fikrincə əgər hipotez axtarışlarının strategiyasının əhəmiyyəti nəzərə alınar-
sa abduksiyaya kəşflər məntiqinin açılmasının mühüm vasitəsi kimi baxıla bilər. 
Abduksiya mülahizələri haqqında qısa tədqiqatlarımızı başa vurarkən belə bir 
məsələyə də diqqət yetirməyi vacib bilirik ki, fəlsəfə uzun müddət yalnız elmi tədqiqat-
ların hazır nəticələri ilə  məşğul olmuş  və buna görə  də yeni biliyin formalaşmasına 
nəzər salmamışdır. Fəlsəfə “kəşfin konteksti” və “kəşfin əsaslandırılması” dilemmasına 
münasibətdə ikinci kontekstin tərəfini saxlamış və bu tərəfkeşlik özü üçün qabarıq ifa-
dəsini elmin hipotetik-deduktiv modelində tapmışdır. Keçən əsrin 80-ci illərindən etiba-
rən elmi biliyin formalaşmasının və artımının metodoloji təhlili üçün istifadə olunan 
evristik vasitələrin spektri xeyli genişlənmişdir. Bütün bunlar şəhadət verir ki, yeni elmi 
biliklərin axtarışları və formalaşması prosesinin yaradıcılıq psixologiyası ilə deyil, həm 
də fəlsəfənin və elmin metodologiyasını konseptual vasitələri ilə təhlil etmək mümkün-
dür. Abduksiyaya gəldikdə isə qeyd etməliyik ki, onun məzmununda deduksiya ancaq 
hipotezlərindən nəticə  çıxarılması kimi, induksiya isə  həmin nəticələrin yoxlanılması 
kimi iştirak etsə də, ona sadəcə əqli nəticə kimi baxmaq olmaz. Buna görə də ona izahe-
dici hipotez axtarışlarında istifadə olunan spesifik evristik metod kimi baxılmalıdır. 
 
Qaynaqlar: 
1.  Abduction//Commens Dictionary of Pcirces Terms, 2003. 
2.  Берков В.Ф., Терлюкевич И.И. Взаимоотношение форм развития научного познания 
//Философские науки, 1983, №1, с. 55-60. 
3.  Вавилов С.И. Исаак Ньютон. М-Л., Изд. АН СССР, с. 109-110. 

Bakı Avrasiya Universiteti  
 
122
4.  Вагин  В.Н.,  Головина  Е.Ю.  и  др.  Достоверный  и  правдоподобный  вывод  в 
интеллектуальных системах. М, 2004, 364 с. 
5.  Пирс Ч.С. Как сделать наши идеи явными /Вопрос философии. 1996, М 2, с. 120-132. 
6.  Пирс Ч.С. Принцип философии. СПб., 2001, 542 с. 
7.  Пирс Ч.С. Избранные философские произведения. 
8.  Peirce Ch. S. Collekted Papers.-Vol. S, 189. 
9.  Рузавин  Г.И.  Абдукция  как  метод  поиска  и  обоснования  объяснительных  гипотез // 
Теория и практика аргументации. М, 2001. С. 44. 
10.   Рузавин  Т.Н.  Абдукция,  ее  особенности  и  применение  в  научном  исследовании // 
Полигнозна. 2002. №3. 
11.  Yosepson J.R., Josephson S.C. Abductive inference: Computation Philosophy, Teshnjljgy. 
M. J., 1994. 
12.  Финн  В.К.  Синтез  познавательных  процедур  и  проблема  индукции //Научно-
техническая информация. Серия 2. № 1-2, с. 3-52. 
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin