Baki avrasiya universiteti Elmi-nəzəri jurnal



Yüklə 4,01 Kb.
Pdf görüntüsü
səhifə12/27
tarix26.02.2017
ölçüsü4,01 Kb.
#9674
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Qaynaqlar: 
1.  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2009, 68 s. 
2.  Cəfərli E. Naxçıvan Muxtar Respublikası konstitusiyalarda. Bakı: Elm və təhsil, 2014, 208 s. 
3.  Gümrü, Moskva və Qars müqavilələri (Azərbaycan, türk, rus və fransız dillərində). 
Naxçıvan: 2004, 140 s.  
4.  Qayıdış (1990-1993). Təkmilləşmiş  və yenidən işlənmiş ikinci nəşr. Bakı: Azərbaycan, 
2008, 840 s.  
5.  Naxçıvan Muxtar Respublikası – 85. Naxçıvan: Əcəmi, 2009, 104 s. 
6.  Naxçıvan Muxtar Respublikasının Konstitusiyası. Naxçıvan: “Əcəmi” Nəşriyyat-
Poliqrafiya Birliyi, 2012, 40 s. 
7.  Naxçıvan Muxtar Sovet Sosialist Respublikasinin Konstitusiyası  (Əsas Qanunu). Bakı: 
Azərnəşr, 1982, 45 s.  
8.  “Şərq qapısı” qəzeti. 
9.  http://files.preslib.az/projects/remz/pdf/atr_kons.pdf 
 
 
 

Bakı Avrasiya Universiteti  
 
106
SUMMARY 
Elman Jafarli 
 
THE 1998 YEAR CONSTITUTION OF NAKHCHIVAN  
AUTONOMOUS REPUBLIC 
 
Nakhchivan lived hard period of its political history on the eve of independence and the 
first years of independence. Just nation-wide leader Heydar Aliyev’s living and leading the 
Autonomous Republic in Nakhchivan during 1990-1993 rescued it from armenian aggression. 
The constitution of Nakhchivan Autonomous Republic adopted in 1998 became the optional 
legal document which was the basis of political legal heading. Some international organizations 
valued autonomous model of Nakhchivan and its 1998 year Constitution for the other 
autonomouses of the European continent. 
 
Keywords: Nakhichevan Authonomyc Republic, constitution, authonomy, Supreme 
Parliament, Higher official, Council of Europe. 
 
 
РЕЗЮМЕ 
Эльман Джафарли 
 
КОНСТИТУЦИЯ НАХЧЫВАНСКОЙ АВТОНОМНОЙ  
РЕСПУБЛИКИ 1998 ГОДА 
 
В  накануне  и  первые  годы  независимости  был  трудный  период  в  политической 
истории  Нахчывана.  Благодаря  общенациональному  лидеру  Гейдара  Алиева,  который 
жил и руководил автономной республики в 1990-1993 гг., Нахчыван спась от армянской 
оккупации.  Конституция  Нахчыванской  Автономной  Республики  принятая  в 1998 г. 
стала оптимальной юридической основой для политико-правовой управлении Нахчыван-
ской автономии в современном периоде. Некоторые международные организации оцени-
ли модель Нахчыванской автономии и также ее Конституции 1998 г. в качестве модели 
для других автономий европейского континента. 
 
Ключевые слова:   Нахчыванская Автономная Республика, конституция, автономия, 
Верховный  Меджлис,  Высшее  должностное  лицо,  Европейский 
Союз. 
 
 
 
 

 
Sivilizasiya 
 
107
Xalid NİYAZOV

 
 
KÜTLƏVİ İNFORMASİYA AZADLIĞININ SİYASİ-HÜQUQİ TƏMİNATI 
 
Açar sözlər:  informasiya azadlığı, senzura, KİV qanunvericiliyi, dövlət sirri, insan 
hüquqları, vətəndaş cəmiyyəti 
 
Yazılı və elektron kütləvi informasiya vasitələrinin, xüsusən də internet şəbəkəsi-
nin sürətli inkişafı “informasiya seli”nin insanın taleyində, onun yaşayış  tərzində  əla-
hiddə rolunu qabarıq nümayiş etdirir. İnformasiya Azərbaycanda bəşəriyyətin tarixən 
can atdığı demokratiya və vətəndaş cəmiyyəti kimi idealların inkişafına zəmin yaradır, 
cəmiyyətdə  sərbəst və obyektiv düşüncə  tərzinin,  şəffaflığın, siyasi plüralizmin, insan 
hüquq və azadlıqlarının, milli-dini tolerantlığın vacib amili kimi çıxış edir.  
Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu seçmiş ölkə kimi 
ötən 20 ildə kütləvi informasiya vasitələrinin, geniş mənada, hər bir fərdin söz, məlu-
mat, informasiya azadlıqlarının təminatı istiqamətində kompleks tədbirlər həyata keçir-
mişdir. Həmin tədbirlər bugünün özündə də sürətlə davam etdirilir, informasiyalı – açıq 
cəmiyyətin formalaşdırılması  məqsədilə beynəlxalq təcrübə  dərindən öyrənilir, milli 
qanunvericilik yeni dövrün tələblərinə adekvat olaraq təkmilləşdirilir. Dövlət məlumat 
azadlığının həyata keçirilməsinin əsas təminatçısı qismində çıxış edərək hüquqi tənzim-
ləmənin köməyi ilə informasiyanın hüquqi rejimini, məlumatın axtarılmasının,  əldə 
olunmasının qaydalarını, bütövlükdə məlumat azadlığından istifadə qaydalarını müəy-
yənləşdirir, eyni zamanda, həmin azadlığın həyata keçirilməsinə mane olmağa görə hü-
quqi məsuliyyət tədbirləri tətbiq edir.  
Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci il noyab-
rın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitu-
siyasında kütləvi informasiya azadlığı insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi 
təsbit olunmuşdur. Konstitusiyanın 47-ci maddəsində fikir və söz azadlığının mahiyyəti 
açılır: “Heç kəs öz fikir və  əqidəsini açıqlamağa və ya fikir və  əqidəsindən dönməyə 
məcbur edilə bilməz” [25].  
50-ci maddə isə  sırf kütləvi informasiya azadlığına həsr olunmuşdur: “Hər kəsin 
istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq 
azadlığı vardır. Kütləvi informasiya azadlığına təminat verilir. Kütləvi informasiya va-
sitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır” [1, 26].  
Azərbaycan Respublikası Konstitusiyasına həmin müddəanın daxil edilməsi res-
publikamızın da qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlmişdir. 1948-ci ildə 
BMT tərəfindən qəbul edilmiş İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi, eləcə 
də 1966-cı ildə yenə də BMT tərəfindən qəbul edilmiş Mədəni və Siyasi hüquqların qo-
runmasına dair Konvensiyanın 19-cu maddəsi, həmçinin, 1950-ci ildə Romada qəbul 
edilmiş Avropa İnsan Hüquqlarının qorunmasına dair Konvensiyanın 10-cu maddəsi 
bütünlükdə  hər kəsin məlumat azadlığını - informasiyanın axtarılması,  əldə edilməsi, 
hazırlanması, ötürülməsi və yayılması hüququnu təsbit edir [2].  
1996-cı il noyabrın 15-də “Dövlət sirri haqqında” Azərbaycan Respublika-sının 
Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirrlərini Mühafizə 
edən Baş İdarənin (“Qlavlit”) iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. 
                                                           

 Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu xalid-555@mail.ru 

Bakı Avrasiya Universiteti  
 
108
Buna baxmayaraq, ölkədə demokratikləşmə prosesinin tədricən dərinləşməsi  əlavə 
qərarların qəbul olunmasını da zəruri edirdi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 
iyun tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” [3] isə vətəndaşla-
rın Azərbaycan Konstitusiyasında əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təmi-
natına  əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Res-
publikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı “Azərbaycan Respubli-
kasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 
fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin dinamik 
şəkildə demokratikləşməsinə  təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət 
siyasətinin həyata keçirilməsində mühüm addım olmuşdur [4].  
Həmin fərmanla Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəa-
liyyətini həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş 
İdarə (“Qlavlit”) ləğv olundu. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin hərbi 
senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərmanı, eləcə də bütün infor-
masiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sə-
rəncamı qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə  “Əkinçi” 
qəzeti ilə  əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə 
azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə  fərman 
kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiy-
yət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının 
əsas istiqamətlərini müəyyənləşdirdi.  
Ümumiyyətlə, Azərbaycan Respublikası Konstitusiyasının bazası  əsasında qəbul 
edilmiş aşağıdakı qanunlar KİV-in hüquqi tənzimlənməsində birbaşa rol oynayır: 
“Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında”, “Dövlət 
sirri haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haq-
qında”, “Müəllif hüququ haqqında”, “Reklam haqqında”, “Rabitə haqqında” Azərbay-
can Respublikasının Qanunu və s. 
Bundan başqa, ulu öndər Heydər Əliyev mətbuat üzərində SSRİ-dən miras qalmış 
qadağaları və senzura qalıqlarını ləğv etmək, KİV-in hüquqi tənzimlənməsinin əsasları-
nı formalaşdırmaq üçün bir sıra fərman və sərəncamlar imzalamışdır. Bunlardan aşağı-
dakıları qeyd etmək olar: 
-  “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi 
sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı; 
-  “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında” Azər-
baycan Respublikası Prezidentinin fərmanı. 
Daha sonra, 1992-ci ildə ilk dəfə parlamentdə  qəbul olunmuş “KİV haqqında” 
Azərbaycan Respublikası Qanunu 1999-ci ildə yenidən işlənmiş, 2002-ci ildə isə ona 
əlavələr və düzəlişlərin qəbul edilməsi nəticəsində daha da təkmilləşmişdir. “KİV haq-
qında” qanunun qəbulu Azərbaycan jurnalistlərinin fəaliyyətinə etibarlı hüquqi zəmin 
formalaşdırmaqla yanaşı, Azərbaycanın sivil Avropa dəyərlərinə sadiqliyini nümayiş 
etdirmişdir. “Bu Qanunun tətbiqi ilə  KİV sovet sistemindən, habelə  mətbuatın yalnız 
dövlət sektoruna malik olduğu absurd bir qaydadan xilas olmuşdur. Azərbaycanda indi 
onlarca qəzet, jurnal, radio, televiziya, internet şəbəkəsi fəaliyyət göstərir. Belə böyük 
və inkişaf etməkdə olan media sisteminin fəaliyyət mexanizminin, hüquqi bazasının 
yaradılması çox vacib siyasi və hüquqi aktdır” [5, 55]. 
 

 
Sivilizasiya 
 
109
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 1-ci maddəsinə əsasən, kütləvi 
informasiya azaddır. Bu azadlıq vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə 
etmək, hazırlamaq, istehsal etmək və yaymaq hüququna dövlətin verdiyi təminata söy-
kənir. KİV-in təsis və idarə olunması, sahiblik və istifadə hüququ, informasiyanın axta-
rılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsal və yayımı hər hansı normativ 
sənəddə deyil, yalnız KİV haqqında qanunvericilikdə  nəzərdə tutulmuş hallarda məh-
dudlaşdırıla bilər. Əlavə sənədlərin heç biri bu qanunvericiliklə ziddiyyət təşkil etmə-
məlidir [6, 11-12]. 
Məlumat azadlığının konstitusion təminatını xarakterizə edərkən, aşağıdakı 
prinsiplərə xüsusi diqqət yetirmək lazımdır: 
a)  Konstitusiya normalarının bilavasitə fəaliyyəti; 
b)  Beynəlxalq hüquq normalarının tətbiq edilməsi; 
c)  Məhkəmə hakimiyyətinin müstəqilliyi [6, 13]. 
Avropa Şurası Parlament Assambleyasının kütləvi informasiya azadlığının qorun-
ması ilə bağlı bir sıra mühüm sənədləri mövcuddur. Bunlardan biri də 1970-ci ildə qə-
bul edilmiş 428 saylı “KİV və insan hüquqları haqqında” Bəyannamədir. Bu sənəddə 
aşağıdakı prinsiplər müəyyən edilir: 
a)  Fikir azadlığı KİV-də gerçəkləşdirilməlidir; 
b)  “KİV-də fikir azadlığı” dedikdə, məlumatı maneəsiz axtarmaq, almaq, ötürmək, 
dərc etmək və yaymaq azadlığı nəzərdə tutulur; 
c)  Hakimiyyət ağlabatan hədlərdə ictimai əhəmiyyət kəsb edən məlumatları verməyə, 
KİV isə dövlətin fəaliyyəti ilə bağlı məlumatları tam həcmdə çatdırmağa borcludur; 
d)  Mətbuat və teleradio proqramları üzərində birbaşa və dolayı senzuraya yol veril-
mir; məhdudiyyətlər ancaq İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu 
maddəsində nəzərdə tutulan həddə olmalıdır; 
e)  Redaksiya nizamnaməsi müəllif fikirlərinin azad ifadəsini qorumaq üçün məsul 
(baş) redaktora təminat verməli, onların müstəqilliyi müdafiə olunmalıdır; 
f)  KİV-in müstəqilliyi inhisar təhlükəsindən müdafiə edilməlidir; 
g)  Nə özəl müəssisələr, nə də maliyyə qrupları KİV sahəsində inhisar hüquqi əldə edə 
bilməzlər; 
h)  Xarici jurnalistlərin azadlığını, o cümlədən statusunu, vəzifələrini, imtiyazlarını, 
habelə qeyri-qanuni deportasiyaya məruz qalmamalarını təmin etmək üçün xüsusi 
tədbirlər görmək lazımdır [6, 14]. 
Hazırda ölkə qanunvericiliyinin KİV-lə bağlı qolu inkişaf mərhələsini yaşayır. Avro-
pa Şurasının tövsiyəsi ilə ilə “KİV haqqında” qanuna əlavə və dəyişikliklər olunmuş, tele-
viziya və radio yayımını tənzimləyən ayrıca qanun layihəsi hazırlanıb qəbul edilmişdir. 
 “Kütləvi informasiya vasitələri haqqında” AR Qanunu kütləvi informasiya azadlı-
ğından sui-istifadəni qadağan edir. Bu halda nəinki fiziki şəxslər, hətta KİV redaksiya-
ları da məsuliyyət daşıyır. Qanunvericilikdə qorunan sirləri yaymaq, mövcud konstitusi-
yalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin bütövlüyünə qəsd etmək, mühari-
bəni, zorakılığı  və  qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ et-
mək, vətəndaşların  şərəf və  ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, por-
noqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanuna zidd əməllər tö-
rətmək məqsədilə KİV-dən istifadəyə yol verilmir.  
Qanunun 1-ci maddəsində (Kütləvi informasiya azadlığı) kütləvi informasiya azad-
lığı anlayışının hüquqi əsasları təsbiq edilmişdir. Burada göstərilir ki, “Azərbaycan Res-

Bakı Avrasiya Universiteti  
 
110
publikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı  vətəndaşların 
qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və 
yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Kütləvi informasiya 
vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların idarə olunması, 
kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və 
yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında qanunveri-
ciliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz” [6].
 
5-ci maddədə (Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası-
nın qanunvericiliyi) qeyd olunur ki, “Kütləvi informasiya vasitələri haqqında Azərbay-
can Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, 
bu Qanundan, “Televiziya və radio yayımı haqqında”, “Məlumat azadlığı haqqında”, 
“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Rabitə haqqında”, “Döv-
lət sirri haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Res-
publikası qanunlarından, habelə digər müvafiq qanunvericilik aktlarından ibarətdir. 
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun ara-
sında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir” [6].
 
Qanunun 6-cı maddəsinə görə, Azərbaycan Respublikasının ərazisində kütləvi in-
formasiya vasitələri dövlət dilindən istifadə edirlər. Azərbaycan Respublikası vətəndaş-
larının kütləvi informasiyanın istehsalı və yayımında Azərbaycan Respublikası əhalisi-
nin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış digər dillərdən istifadə 
etmək hüququ vardır [6].  
“Kütləvi informasiya vasitələri haqqında” qanunun 2-ci fəslində isə KİV-in infor-
masiya azadlığının əsasları əksini tapmışdır. Bu baxımdan senzuranın yolverilməzliyini 
nəzərdə tutan 7-ci maddənin (Senzuranın yolverilməzliyi) üzərində xüsusi dayanmaq 
lazımdır. Həmin maddədə gbstərilir ki, “Kütləvi informasiya vasitələri üzərində dövlət 
senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılma-
sına, maliyyələşdirilməsinə yol verilmir. Məlumatın və ya müsahibənin müəllifi olduq-
ları hallardan başqa, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, 
ictimai birliklərin, vəzifəli şəxslərin, habelə siyasi partiyaların kütləvi informasiya vasi-
tələrində yayılan məlumat və materialların qabaqcadan onlarla razılaşdırılmasını  tələb 
etmək və ya yayılmasını qadağan etmək hüququ yoxdur” [6]. 
 
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasının olmaması o deməkdir 
ki, dövlət kütləvi informasiya vasitələrinin fəaliyyətinə, onların əldə etdikləri informasi-
yanın məzmumuna birbaşa nəzarət mexanizminə malik olmur. İnzibati qaydada kütləvi 
informasiya vasitələrinin fəaliyyətinə bilavasitə müdaxilə edə və mane ola bilmir. Lakin 
onu da qeyd etmək lazımdır ki, fövqəladə  və  hərbi vəziyyət haqqında qüvvədə olan 
qanunvericilik fövqəladə və hərbi vəziyyət dövründə kütləvi informasiya vasitələri üzə-
rində senzuranın müvəqqəti tətbiqinə yol verir. Sırf bu zəmində senzuranın tətbiqinə bir 
çox inkişaf etmiş ölkələrin qanunvericiliyi də imkan yaradır.  
Akademik R.Mehdiyev yazır: “Söz, mətbuat azadlığı özbaşınalıq kimi başa düşülə 
bilməz.  Şəxsiyyətin  şərəf və  ləyaqətinin qorunması demokratiyanın ali prinsipidir və 
hər bir qurum, o cümlədən mətbuat ona ən müqəddəs dəyər kimi yanaşmalıdır. Tənqi-
din təhqirə çevrilməsi, insan ləyaqətinin alçaldılması,  şəxsiyyətə qarşı  şər və böhtan 
atılması, yoxlanılmamış, yalan informasiyalar yaymaqla ictimai rəyi çaşdırmaq cəhdləri 
isə  qətiyyən yolverilməzdir.  Əgər belə halların qarşısı vaxtında alınmazsa mətbuatda, 
informasiya mühitində nəticələri qaranlıq və bəlkə də faciəli olan hallar baş verə bilər. 

 
Sivilizasiya 
 
111
Buna görə də mətbuat nümayəndələri demokratik Azərbaycan dövlətinin onlara yaratdı-
ğı söz, mətbuat azadlığından sui-istifadə etməyə çalışmamalı, həmin azadlıqları deyilən 
sözə, yayılan informasiyaya görə də məsuliyyətdən azad olunmaq kimi başa düşməmə-
lidirlər” [7, 107]. 
Kütləvi informasiya azadlığından sui-istifadə qeyri-obyektiv, qərəzli, iftira, böhtan 
xarakterli informasiyanın yayılmasına  şərait yaradır. “Azərbaycanda bu gün insan 
hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut 
kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların 
inkişafı üçün yaradılmış hüquqi təminatlarda xə  təsdiqini tapır. Respublikamızın icti-
mai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar 
olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi 
prosesi sürətləndikcə, Azərbaycan iqtidarı da söz və mətbuat azadlığının qanunvericilik 
bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Respublikada 
mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə, 
vətəndaşların obyektiv informasiya almasına bütün imkanlar yaradılmışdır” [8]. 
Ulu öndər Heydər Əliyev ölkədə kütləvi informasiya azadlığı və demokratikləşmə-
nin vəhdət təşkil etdiyini xüsusi vurğulayırdı: “Respublikamızda hüquqi dövlət qurul-
ması, demokratik, sivilizasiyalı  cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan 
azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması 
bizim qəbul etdiyimiz prinsiplərdir” [9, 8]. 
Kütləvi informasiya azadlığının hüquqi təminatı  məqsədilə dövlət aşağıda qeyd 
olunan vəzifələri yerinə yetirir: 
• 
KİV inkişafı, onun səmərəli fəaliyyəti üçün hüquqi, iqtisadi, təşkilati-texniki 
şərait yaradılır;  
• 
Dövlət orqanlarının fəaliyyəti haqqında obyektiv və açıq informasiyaların 
təqdim edilməsi; 
• 
Kütləvi informasiyanın azad yayılmasının hüquqi tənzimlənməsinin təkmil-
ləşdirilməsi, KİV vasitəsilə zorakılıq və dözümsüzlüyün yayılmasının yolverilməzliyi, 
KİV-nin plüralizminin təmini; 
• 
KİV-nin keyfiyyətcə yaxşılaşdırılması. 
 “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda yayılması  məh-
dudlaşdırılan informasiyaların dairəsi dəqiqliklə göstərilmişdir. Qanun Azərbaycan 
Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə  məlumatların dövlət sirrinə 
aid edilməsi, mühafizəsi və istifadə edilməsi, onların məxfiləşdirilməsi və ya məxfiliyi-
nin açılması ilə  əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanunun 1-ci maddəsinə 
əsasən, (Əsas anlayışlar) dövlət sirri – dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, 
əks-kəşfiyyat və  əməliyyat-axtarış  fəaliyyəti ilə bağlı olub dövlət tərəfindən mühafizə 
edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən 
məlumatlardır [10]. 
“İnformasiya əldə edilməsi haqqında” qanunda rəsmi informasiyanın ilk mənbəyi 
kimi dövlət orqanlarının, eləcə də bələdiyyələrin internet resursunun rolu aydın göstəril-
mişdir. Qanunun 29-da maddəsinə əsasən, bəzi informasiya növləri var ki, onlar sorğu 
istənilmədən də informasiya sahibləri tərəfindən cəmiyyətə açıqlanmalıdır [11]. 
Kütləvi informasiya azadlığının gerçəkləşməsi bəzi mətbuat orqanlarını, xüsusən 
müxalifət, müxalifətyönümlü və bəzi “müstəqil” KİV-i qeyri-obyektiv, yalan informasi-
yalar yaymağa, anarxizmə, məsuliyyətsizliyə sürükləyir. Bu baxımdan akademik 

Bakı Avrasiya Universiteti  
 
112
R.Mehdiyevin “Demokratik Azərbaycan və müstəqil mətbuatın inkişafı” məqaləsi ak-
tuallığı və elmi-praktiki dəyəri ilə diqqət çəkir. Müəllifin fikrincə, azadlıq və məsuliy-
yət vəhdət təşkil edilmədikdə, azadlıq düzgün dərk edilmədikdə həqiqətdən və obyek-
tivlikdən uzaqlaşma baş verir, mövcud reallıq təhrif edilir: “Ölkəmizdə söz və mətbuat 
azadlığı adı altında xaos mətbuatı yaratmaq, jurnalist peşəsinin ləyaqət və məsuliyyətini 
şübhə altına qoymaq meylləri bu gün artıq həyatımızın acı reallığına çevrilməkdədir. 
Özünü müstəqil sayan, oxucuya doğru, düzgün, obyektiv informasiya verməyi vəd 
edən bəzi qəzetlərin səhifələrində ölkəmizdəki proseslərin həqiqi mahiyyətinin təhrif 
edilməsi, dövlət həyatına, respublikamızın daxili və xarici siyasətinə dair yalan məlu-
matların, çaşdırıcı xəbərlərin yayılması, böhtanların, təhqirlərin, şəxsiyyətin ləyaqətini 
alçaldan yazıların çap olunması insanlarda bu vaxta qədər obyektivlik etalonu kimi 
qəbul edilən mətbuatın yüksək adına şübhələr yaradır, onun cəmiyyət həyatındakı yeri 
və funksiyası üzərinə kölgə salır. ən təhlükəli cəhət odur ki, müxalifət mətbuatı ictimai 
funksiyasını itirərək şəxsi məqsədlər güdən ayrı-ayrı qrupların tribunasına, siyasi oyun-
ların qurbanına çevrilir, müxtəlif siyasi intriqalarda xoşagəlməz qızışdırıcılıq rolunu 
yerinə yetirir. Təəssüflə qeyd etmək lazımdır ki oxucu marağından və oxucu azlığından 
ehtiyac çəkən əksər qəzetlərin səhifələri dedi-qodularla, yalan, böhtan və şantajla, pro-
vokasiya xarakterli materiallarla, ucuz “bulvar demokratiyası” ilə doludur” [7, 105]. 
Ulu öndər Heydər Əliyevin “Kütləvi informasiya vasitələrinə dövlət qayğısının ar-
tırılması sahəsində  əlavə  tədbirlər haqqında”  [12] ilə kütləvi informasiya vasitələrinin 
maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, söz, mətbuat və fikir azadlığı üçün 
geniş imkanlar yaradılması  məqsədi güdən beş maddədən ibarət fəaliyyət proqramı 
müəyyən edilmişdir. Bu sərəncam kütləvi informasiya azadlığının gerçəkləşməsində 
mühüm addım olmuşdur. Sərəncamda aparıcı  qəzet redaksiyalarının mükafatlandırıl-
ması, istedadlı jurnalistlərə prezident təqaüdlərinin verilməsi üçün təkliflərin hazırlan-
ması, qəzetlərin “Azərbaycan” nəşriyyatına 2001-ci il üçün mövcud borclarının ödənil-
məsi və digər mühüm məsələlər əksini tapmışdı. Sərəncam kütləvi informasiya vasitələ-
ri ilə hakimiyyət arasındakı münasibətləri sivil məcraya yönəltməklə, müstəqil mətbua-
tın inkişafında yeni mərhələ açdı.  
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər 
şöbəsinin müdiri, professor Əli Həsənov 2012-ci il mayın 2-də Avropa Yayımları 
Birliyinin Cenevrədəki mənzil-qərargahında Azərbaycanda söz və mətbuat azadlığının 
vəziyyətinə dair seminarda “Azərbaycanda söz və  mətbuat azadlığı tam təmin olmuş-
dur” mövzusunda məruzə ilə çıxış etmişdir. Müstəqillik illərində Azərbaycanda söz və 
məlumat azadlığının təmini, KİV-in maddi-texniki bazasının yaxşılaşdırılması, jurna-
listlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçi-
rildiyini bildirən Əli Həsənov demişdir: “Ötən əsrin 90-cı illərində Azərbaycan dövlət 
müstəqilliyini bərpa edib. Biz daxili siyasətdə dövlətin media siyasətini formalaşdırıl-
ması və nəhayət dördüncüsü, bu sahə üzrə dünyada və Avropa Şurası çərçivəsində möv-
cud olan ən qabaqcıl hüquqi-normativ bazanın öyrənilməsi və Azərbaycan qanunverici-
liyinin ona uyğunlaşdırılmasıdır” [13]. 
Azərbaycanda kütləvi informasiya azadlığı Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə də tənzimlənir. Azərbaycan Respublikasının 
Cinayət Məcəlləsinə əsasən, böhtan, təhqir, şəxsi həyatın toxunulmazlığını pozma, öv-
ladlığa götürmə sirrini yayma, kommersiya və ya bank sirri olan məlumatları qanunsuz 
yolla əldə etmə və ya yayma böyük ictimai təhlükə törədən əməllərdir. Bu hərəkətlərin 

 
Sivilizasiya 
 
113
törədildiyi hallarda günahkar şəxslər, o cümlədən KİV redaksiyaları və jurnalistlər mə-
suliyyətə cəlb olunurlar. 
Hər kəsin şərəf və ləyaqətini müdafiə hüququna malik olması ölkə Konstitu-siya-
sında da öz əksini tapmışdır. Konstitusiyanın 46-cı maddəsində göstərilir ki, hər kəsin 
öz şərəf və ləyaqətini müdafiə etmək hüququ var, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən 
qorunur [1, 24]. Mülki Məcəllənin 23-cü maddəsinə əsasən, fiziki şəxs onun şərəf və lə-
yaqətini, işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığı-
nı pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə 
ki, həmin məlumatları yaymış şəxs (redaksiya və jurnalist) onların həqiqətə uyğun oldu-
ğunu sübuta yetirə bilməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də eyni qayda 
tətbiq edilir [14]. 
Cinayət Məcəlləsinin 163-cü maddəsinə  əsasən, zor tətbiqetmə  hədəsi ilə  KİV 
əməkdaşlarını məlumat yaymağa, yaxud ondan imtinaya vadaretməyə cəhd qeyri-qanuni-
dir [15]. Eyni zamanda, KİV məhsullarının müəyyən edilmiş qaydada yayımına mane-
çilik törədilməsi və ya dövri mətbu nəşrin tirajının satışına qanunvericiliklə nəzərdə tutul-
mayan məhdudiyyətlərin qoyulması qadağandır (İnzibati Xətalar Məcəlləsi, maddə 185). 
Belə olan halda, fiziki və vəzifəli şəxslər minimum əməkhaqqı məbləğinin on beş mislin-
dən iyirmi mislinədək və otuz mislindən əlli mislinədək miqdarda cərimə edilirlər. 
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 186-cı maddəsində jurnalistin 
sorğusuna cavab verməkdən imtina edən, informasiyanın verilməsi üzərinə  məhdudiy-
yətlər qoyan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi əksini tapmışdır [16]. 
 2000-ci ilin fevralından, yəni “Kütləvi informasiya vasitələri haqqında” Qanun 
qüvvəyə mindikdən sonra sonra respublikada mətbuat üçün lisenziya sistemi ləğv edil-
mişdir. Yazılı KİV-in təsis olunması üçün Ədliyyə Nazirliyinə rəsmi qaydada məluma-
tın verilməsi kifayətdir. 
Televiziya və radio yayımı təşkilatı isə hüquqi şəxs kimi Ədliyyə Nazirliyində qey-
diyyatdan keçməkdən əlavə, həm də radiotezlik üçün Rabitə və İnformasiya Texnologi-
yaları Nazirliyinin icazəsini almalıdır.  
Kütləvi informasiya azadlığının hüquqi təminatında Prezident İlham Əliyevin im-
zaladığı sərəncamlar, fərmanlar da mühüm rol oynayır. Azərbaycan Respublikası Prezi-
dentinin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya 
vasitələrinə birdəfəlik maliyyə yardımı göstərməsi haqqında” [17], eləcə də “Azərbay-
can Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsep-
siyasının təsdiq edilməsi haqqında” sərəncamları [17] Azərbaycanda mətbuata göstə-
rilən dövlət qayğısının davamlı və sistemli səciyyə daşıdığını nümayiş etdirmişdir. Belə 
bir konsepsiyanın imzalanması ilə milli mətbuatın problemlərinin həllində keyfiyyətcə 
yeni mərhələ başlanmışdır. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması döv-
lət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli  əməkdaşlığı inkişaf 
etdirmiş, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşə-
karlığının artırılmasına təkan vermiş, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi infor-
masiya vasitələrinin rolunu daha da gücləndirmişdir. 
Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncə kütləvi informasiya vasitələrinin və 
bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi  əsas dəyər və  məqsədlərdir. 
İnformasiya cəmiyyətinə keçid şəraitində ulu öndərin kütləvi informasiya azadlığının 
hüquqi tənzimlənməsi sahəsindəki siyasətini uğurla davam etdirən Prezident İlham Əli-
yev respublikada kütləvi informasiya vasitələrinin fəaliyyətinin, jurnalistlərin öz iradə-

Bakı Avrasiya Universiteti  
 
114
lərini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış 
edir.  
Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslan-
maqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini 
vacib sayır. Azərbaycan Respublikasının söz və mətbuat azadlığına necə həssas yanaş-
dığını dövlət başçısının bu fikirləri bir daha təsdiqləyir: “Azərbaycanda aparılan siyasi 
islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, öl-
kədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cüm-
lədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz 
azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə 
bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur” [18]. 
Azərbaycan mətbuatının respublikada demokratikləşmə proseslərinin dərinləşmə-
sində  və  vətəndaş  cəmiyyəti institutlarının mövqelərinin möhkəmlən-məsində xidmət-
ləri danılmazdır. Ölkədə söz və mətbuat azadlığının bərqərar olması prosesi cəmiyyətin 
özünün demokratik inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keç-
məkdədir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və 
məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl 
şəkildə davam etdirir.  
 
Qaynaqlar: 
1.  Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Qanun, 2002 
2.  Kütləvi informasiya vasitələri sahəsində qanunvericilik. Bakı: Yeni Nəsil, 2001. 
3.  1998-ci il 22 iyun tarixli “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” // http://e-
qanun.az/files/framework/data/3/c_f_3635.htm 
4.  Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 6 avqust tarixdə imzaladığı “Azərbaycan 
Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haq-
qında” fərmanı // Azərbaycan Mətbuat Şurası – 10 il. Bakı: Qanun, 2013, 220 s. 
5.  Niftəliyeva K. Müasir Azərbaycan mətbuatının tipologiyası [Mətn]: filol.e.n. a.dər. al. üçün 
təq. ol. dis.: 10.01.10. K. Q. Niftəliyeva; Azərb. Respub. Təhsil Nazirliyi, BDU.  
6.  “Kütləvi informasiya vasitələri haqqında” AR Qanunu // http://elibary.bcu.az/qanun 
7.  Mehdiyev R. Demokratik Azərbaycan və müstəqil mətbuatın inkişafı Azərbaycanın inkişaf 
dialektikası. Bakı: AMEN, 2000, 203 s. 
8.  Qlobal informasiya mübadiləsi geosiyasi zərurətə çevrilir //http. 
www/qlobal/informasiya/Azərtac 
9.  Heydər  Əliyev: “Müstəqilliyimiz  əbədidir” (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, 
məktublar, müraciətlər, fərmanlar). I c. Bakı: Azərnəşr, 1997, 606 s.  
10.  “Dövlət sirri haqqında” Qanun // http://e-qanun.az/files/ framework/data/3/f_3731.htm 
11.  “İnformasiya əldə etmək haqqında” AR Qanunu // http://mincom.gov.az  
12.  Azərbaycan Mətbuat Şurası – 10 il. Bakı: Qanun, 2013, 220 s. 
13.  Həsənov  Ə. Azərbaycanda söz və  mətbuat azadlığı tam təmin olunmuşdur. //hhtp.www 
03.05.2012 Azərtac. 
14.  Azərbaycan Respublikası Mülki Məcəlləsi //  
 www.justice.gov.az/images/mulki%20mecelle.doc  
15.  Azərbaycan Respublikası Cinayət Məcəlləsi // www.genprosecutor.gov.az/files/ 
uploader/AR-in_cinayet_mecellesi.doc 
16.  ARİXM http://dyp.gov.az/index.php?/az/content/203, http://president.az/articles/498 
17.  AR Prezidentinin “Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi  İnformasiya 
Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” 3 aprel 2009-cu il 
tarixli sərəncamı, “Respublika” qəzeti, 2009, 4 aprel  

 
Sivilizasiya 
 
115
Yüklə 4,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin