Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi Bakы Qыzlar Universiteti



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə18/21
tarix07.04.2017
ölçüsü5,11 Kb.
#13621
1   ...   13   14   15   16   17   18   19   20   21

Мягалянин aktuallığı. Reallıqdır ki, kişi və qadının həyatı, fəaliyyət dairəsi 
həm ailə  münasibətlərində, həm də ailədən xaric cəmiyyəтdə formalaşır. Ətraf 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
155 
mühit,  ictimai-psixoloji  təsir,  siyasi  proseslər,  sosial  hadisələr,  mənəviyyat  və 
mədəniyyətdəki köhnəliklə yeniliyin qarşıdurması kimi təzahürlər insanın həyat  
şəraitinə,  yaşayış  tərzinə  təsir  edən  amillərdir.  Bu  amillər  isə  keçid  dövründə   
də  müəyyən  ziddiyətlər  yaradır,  bəzi  böhranlı  hallar  törədir.  Bu  baxımdan  da 
keçid dövrünü yaşayan ölkələr üçün gender problemi daha qabarıq tərzdə nəzə-
rə çarpır. 
Мягалянин  elmi  yeniliyi. Ondan ibarətdir ki,  gender probleminə,  yəni qa-
dınların da kişilərlə sosial bərabərliyə malik ola bilmələrinə müxtəlif dövrlərlə 
müxtəlif сür yanaşmışlar. 
Мягалянин  praktik  əhəmiyyəti  вя  тятбиги.  Tədqiqatın  nəticələrindən  psi-
xoloji  xidmət  sahəsində  istifadə  oluna  bilər.  Eyni  zamanda,  tədqiqatda  verilən 
anlayışlar psixologiyanın tədrisi zamanı aktual ola bilər. 
 
Ədəbiyyat 
 
1.
 
«Azərbaycan  Respublikasında  dövlət  qadın  siyasətinin  həyata  keçiril-
məsi haqqında». Azərbaycan Respublikasının Prezidenti H.Ə. Əliyevin Fərma-
nı, 2000, 6 mart. 
2.
 
Gender probleminin pedaqoji aspektləri. Bakı, 2003. 
3.
 
«Azərbayсan qadını», 1998, № 1-12; 199. № 1-4. 
4.
 
Abbasov Ə., Mirzadə R. Genderə giriş. Bakı, 2004. 
 
К.Ханджанова 
Подход к проблеме гендера в Азербайджане 
Pезюме 
 
Гендерная проблема, как проблема одной личности не прошла мимо в 
развивающимся  как  в  экономическом  так  же  и  социальном  плане  Азер-
байджане.  Изучение  этой  проблемы  началось  с  "переходного  периода" 
страны. В результате, за короткое время были сделаны большие шаги для 
решения этой задачи, которые вовсе не отставали от запада. 
 
К.Кщанжанова 
Аппроъщинэ то тще эендер проблем ин Азербаижан  
Summary 
 
The  issue  of  gender  as  an  identity  problem  did  not  pass  such  developing 
country  as  Azerbaijan  also.  The  investigation  of  this  problem  started  from 
"transition  period".  As  a  result,  there  was  done  actions  which  equally  with 
western countries to solve this issue. 
 
Редаксийайа дахил олуб: 16.02.2014 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
156 
Psixologiyada addiktiv davranış problemi 
 
                                                                Yeganə Mikayılova, 
                                                                BQU-nun müəllimi 
                                                    е-маил:
Yegane.mek@gmail.com
 
Rəyçilər: психол.ц.е.д., prof.İ.М.Novruzlu, 
                психол.ц.ф.д., dos.C.Г.Alıyev 
 
Açar  sözlər: asılı davranış, addiksiya, fiziki asılılıq, psixi asılılıq, addiktiv 
davranış formaları. 
 
Ключевые   слова:    зависимость,  аддиксия,  физическая  зависимость, 
психологическая зависимость, просматривая аддиктивного поведения. 
 
Key  words:  дepending  on  the  behavior,  addiction,  physical  dependence, 
psychological dependence, looking through addictive behavior. 
 
Müasir  şəraitdə  asılılıq  problemi  bir  çox  tədqiqatçıların  diqqət  mərkəzində 
olan problemlərdən biridir. Asılı davranış problemi  insanlarda iş qabiliyyətinin 
itirilməsi, ətrafdakı insanlarla ünsiyyətin pozulması, bir sıra cinayət hadisələri-
nin törədilməsi kimi neqativ hallara yol açdığı üçün cəmiyyətin çox mühüm so-
sial problemi olaraq qeydə alınmışdır . 
Hazırda elmi ədəbiyyatlarda psixoloji asılılığın dəqiqləşdirilmiş bir adı yox-
dur.  Asılılıq  və  addiktologiya  elmdə  yeni  termin  olub,  rus  elmi  ədəbiyyatında 
bir neçə  il bundan öncə A. E. Liçkov və N. Y. İvanov tərəfindən tərtib olunmuş 
―Müasir Amerikan psixiatrik terminologiyası― adlı lüğətində  işlənilmişdir. Belə 
ki, bəzi müəlliflər addiksiyanı xəstəlik kimi, asılılığı isə davranışın bir forması 
kimi izah edirlər, bir qrup müəllif isə bu anlayışları bir-birindən ayırmırlar. 
Asılılıq – bu, insanın özünü xoşagəlməz reallıqdan uzaqlaşdırması üçün et-
diyi hər bir şeydir. Asılı və ya addiktiv davranış həmişə  müdafiəedici xarakter 
daşıyır,  azadlıqdan  məhrum  olma  şəraitində  və  ya  məhdud  azadlıqda  özünü 
göstərir. 
Addiktiv davranışı fərqləndirmək üçün hər şeydən əvvəl, davranışın norma 
və pаtologiyası anlayışlarını, eyni zamanda deviant davranış anlayışını araşdır-
maq lazımdır. 
Patoloji davranış (P.B.Qannuşkinə görə) insanda dezadaptasiyaya meyl, to-
tallıq, stabillik və s. kimi  halların özünü göstərməsidir. Dezadaptasiyaya  meyl 
dedikdə, insanın cəmiyyətə, ətraf mühitə tam uyğunlaşa bilməməsi, reallığa qar-
şı çıxma, qəbuletməzlik, sosial-psixoloji təcrid başa düşülür. Totallıq (ümumi-
lik)  onu  ifadə  edir  ki,  sosial  dezadaptasiyanın  təzahürləri  insanın  bütün  davra-
nışında,  stabillik  isə  dezadaptiv  təzahürlərin  uzunmüddətli  olmasında  özünü 
göstərir. 
Patoloji  davranış  forması  psixopotoloji  faktorlarla  və  eləcə  də  xarakterin 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
157 
pаtologiyası ilə də şərtlənə bilər. 
Deviant davranış forması isə insanın cəmiyyətdə mövcud olan norma və qa-
nunlara riayət  etməməsi, kənaraçıxan davranışlar nümayiş etdirməsi və özünü-
aktuallaşdırma prosesinin pozulması ilə özünü göstərir. 
Psixoloji  ədəbiyyatda  güclü  asılılıq  və  bağlılıq,  nəyinsə  dərk  edilmədən 
istənməsi  nəyəsə  qarşı  meyllilik  kimi  qəbul  olunur.  Bu  söz  addiksiya  sözünə 
sinonim kimi qəbul olunur. 
Addictus  (addiktus)  –  tabe  olan,  məhkum  edilmiş  insan  barəsində  istifadə 
olunan hüquqi termindir: ―addicere liberum corpus in servitutem‖ – ―azad şəxsi 
borc    səbəbindən  köləliyə  məhkum  etmək‖;  ―addiktus‖  –  borclarla  bağlı  şəxs, 
başqa  sözlə,  hansısa  qarşısı  alınmaz  qüvvədən  dərin  köləlik  asılılılığında  olan 
şəxs  deməkdir.  Beləliklə,  müəyyən  qüvvədən,  adətən  narkotiklər,  seksual 
partnyor,  qida, pul, hakimiyyət, qumar oyunları kimi xaricdən gələn güc kimi 
qəbul edilən və yaşanan, yəni insandan total itaət tələb edən və onu alan sistem 
və  ya  obyekt,  dəf  edilməyən  məcburedici  gücdən  asılılıq  metaforik  addiktiv 
davranış adlandırılır. Bu cür davranış könüllü itaət  kimi müşahidə olunur. 
Addiksiyanı asılılığın sinonimi, addiktiv davranışı isə asılı davranışın sino-
nimi  hesab  edən  Avropa  tədqiqatçılarından  fərqli  olaraq,  rus  psixoloji  ədəbiy-
yatında  addiktiv  davranış  adətən  fiziki  və  fərdi  psixoloji  asılılıq  olmadıqda  
davranışın pozulması kimi izah olunur.  
Bəzən addiktiv davranış daha geniş mənada qəbul edilir. Addiktiv davranış 
bəzi  maddələrin  qəbulu  vasitəsilə  psixi  vəziyyətin  süni  dəyişdirilməsi,  bu  za-
man reallıqdan uzaqlaşmaq səйлərinin yaranması, intensiv emosiyaların inkişaf 
etdirilməsi və ya saxlanması məqsədi ilə müəyyən fəaliyyət növlərində diqqətin 
daimi  fiksasiyası  ilə  müşayiət  olunan  deviant  davranış  növlərindən  biri  kimi 
izah olunur. 
Addiktiv  davranışın  müəyyən  edilməsi  çoxsaylı  formalara  malikdir.  Psixi 
vəziyyətin dəyişməsi yolu ilə reallıqdan uzaqlaşma müxtəlif vasitələrdən istifa-
də etməklə baş verə bilər. Hər bir insanın həyatında onu hazırda qane etməyən, 
psixi vəziyyətinin dəyişdirilməsinə ehtiyacı olması ilə bağlı anlar olur. Bu məq-
sədin  reallaşdırılması  üçün  insan  vərdişə,  stereotipə  çevrilən  fərdi  yanaşmaları 
―işləyir‖.  Addiksiya  problemi
 
psixi  vəziyyətin  dəyişdirilməsi  ilə  bağlı  reallıq-
dan qaçmaq səyləri, reallıqdan ayrılmağa gətirdikdə, mərkəzi ideyaya çevrilərək 
şüurda üstünlük təşkil etməyə başladıqda yaranır, insanın yalnız özü üçün vacib 
olan problemləri həll etmədiyi və mənəvi inkişafı dayandığı zaman  baş verir. 
Psixoloji ədəbiyyatda verilən tərifə görə, asılılıq ―təbii və ya sintetik maddə-
nin  təkrar  qəbulunun  səbəb  olduğu  dövri  və  ya  xroniki  intoksikasiya  vəziyyə-
tidir‖. Asılılıq psixi və fiziki asılılığa bölünür. 
Psixi asılılıq psixoaktiv mаddəni qəbul etmək üçün insanı ələ alan hiss və ya 
qarşısıalınmaz meyilliliklə, istənilən effektə nail olmaq üçün bu cür maddənin 
dozasını artırmaq meyli, onu qəbul etmək intizarında olduqda əhval-ruhiyyənin 
yüksəlməsi ilə xarakterizə edilir, maddəni qəbul etməmə psixi diskomforta, ruh 
düşkünlüyünə  və  həyəcana  səbəb  olur.  Psixi  meyl  insanın  sosial  oriyentasiya-
sını dəyişir  və şəxsiyyətlərarası münasibətləri yenidən təşkil edir. 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
158 
Fiziki  asılılıq  –  qəbul  edilən  maddə  orqanizmin  normal  işini  təmin  etmək 
üçün daima tələb olunduqda və həyat təminatı sxeminə daxil edildikdə mövcud 
olan  haldır.  Bu  maddədən  məhrum  etmə  özünü  somatik,  nevroloji  və  psixi 
pozuntularla göstərən məhrum edilmə sindromunu (abstinent sindrom) yaradır. 
Həqiqətdən  uzaqlaşma  mexanizmi  aşağıdakı  qaydada  təzahür  edir:  insanın 
seçdiyi  vasitə  təsir  edib  xoş  gəlir  və  şüurda  psixoloji  komfort  vəziyyəti  təmin 
edir, tapılmış təsirli vasitə kimi saxlanır. Sonralar qərarın qəbul edilməsini tələb 
edən çətinliklərlə qarşılaşma avtomatik olaraq problemdən xoş uzaqlaşma, onun 
həllinin ―sonraya‖ saxlanılması ilə əvəz olunur. Addiktiv realizasiyalar daha az 
müqavimət taktikasını seçməyə gətirməklə iradi funksiyaları zəiflətdiyinə görə 
tədricən iradi səylər azalır. Çətinliklərə davam gətirməyin azalması, onların öh-
dəsindən gəlməkdən uzaqlaşmaq həll edilməmiş problemlərin yığılmasına gəti-
rib çıxarır. 
Yuxarıda deyilənləri yekunlaşdıraraq demək olar ki, addiktiv, asılı davranışı 
öz psixi vəziyyətinin xüsusilə dəyişdirilməsi vasitəsilə reallıqdan uzaqlaşmağa 
səy kimi ifadə olunan destruktiv, deviant davranışın bir forması kimi tərif etmək 
olar. Addiktiv davranış anlayışı davranışın müxtəlif tiplərini əhatə edir: buraya 
narkotik asılılıq və alkoqolizm, siqaret çəkmə, qumar və kompйуter oyunlarına, 
çox yeməyə və s. həvəs daxildir. 
Мягалянин aktuallığı. Müasir şəraitdə asılılıq problemi bir çox tədqiqatçı-
ların diqqət mərkəzində olan problemlərdən biridir. Asılı davranış problemi in-
sanlarda  iş  qabiliyyətinin  itirilməsi,  ətrafdakı  insanlarla  ünsiyyətin  pozulması, 
bir  sıra  cinayət  hadisələrinin  törədilməsi  kimi  neqativ  hallara  yol  açdığı  üçün 
cəmiyyətin çox mühüm sosial problemi olaraq qeydə alınmışdır . 
Мягалянин elmi yeniliyi. Məqalədə addiktiv davranışın müəyyən edilməsi-
nin çoxsaylı formaları şərh olunur. 
Мягалянин  praktik  əhəmiyyəti  вя тятбиги. Tədqiqatın nəticələri  addiktiv 
davranışın psixokorreksiyası zamanı faydalı ola bilər. 
 
Ədəbiyyat 
 
1.
 
Берн Э. Введение в психиатрию и психоанализ для непосвященных. 
СПб.; Питер, 1992. 
2.Блейхер В.М.,  Крук  И.В.  Толковый  словарь  психиатрических  тер-
минов  /  Под  общ.  ред.  к.м.н.  С.Н.Бокова.  В  2-х  томах.  Ростов-на-Дону: 
Феникс, 1996. 
3. Буторина 
Н.Е.,  Дедков  Е.Д.  Особенности  девиантного  поведе-
ния  как  клинического  проявления  пубертатного  криза  //  Саморазруша-
ющее  поведение  у  подростков.  Л.:  Изд-во  Ленинградского  психонев-
рологического института, 1991.  
4. Войскунский  А.Е. Актуальные проблемы зависимости от интернета 
// Психологический журнал,  2004., № 1. 
5. Гоголева 
А.В. Аддиктивное поведение и его профилактика. М.: 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
159 
Изд-во Моск.псих.-соц. ин-та, Воронеж: Изд-во НПО МОДЭК, 2002.  
6. Егоров  А.Ю.  Нехимические  (поведенческие)  аддикции  (обзор)  //      
Аддиктология, 2005, № 1.  
               
Е.Микаилова 
 
Просматривая привыкание проблемы в психологии 
 
Резюме 
 
Сущетвует  достаточно  большое  количество  исследовательских  работ 
по проблеме различных зависимостей, как химических: наркомании, алко-
голизма, так и нехимических, например, интернет-зависимости. Задачи ис-
следования  проанализировать  проблему  аддиктивного  поведения  в  под-
ростково-юношеском возрасте, а также изучить исследования, посвящен-
ные значению социально-психологических факторов в развитии аддиктив-
ного  поведения  и  личностных  особенностей  и  самосознания  зависимой 
личности. 
                  
 
Й.Микщаилова 
 
Лоокинэ тщроуэщ аддиъитиве бещавиор проблем ин псйъщолоэй 
 
Summary 
 
Dependance  is  the  everything  that  a  person  does  to  divert  himself  from  an 
unpleasant  reality.  Dependent  or  additive  behaviour  is  characteristic  of 
supportive  manner  showing  itself  in  the  deprivative  condition  or  limited 
freedom. 
 
Редаксийайа дахил олуб: 15.03.2014

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
160 
 
Kiçik məktəb yaşlı uşaqlarda davranış pozuntularının 
eksperimental tədqiqi 
 
Günel Əhmədova,  
ADPU-nun magistrантı 
е-маил:
gunelka.ahmadova@gmail.com
 
 
Rəyçilər: псих.ц.ф.д., dos.U.M.Qəzvini, 
                псих.ц.ф.д., dos.C.Q.Alıyev 
                                            
Açar sözlər: deviant davranış, kiçik məktəbli, psixoterapiya, şüuraltı, NLP. 
 
Ключевые   слова:  девиантное  поведение,  младшие  школьники,  психоте-
рапия, подсознание, НЛП 
 
Key words: deviant behavior, junior, psychotherapy, subconscious, NLP 
 
Kiçik  yaşlı məktəblilərin davranış  pozuntularının eksperimental  tədqiqi bir 
neçə seriyanı əhatə edir.  
Tədqiqat zamanı 10 kiçik məktəblidən ibarət qrup yaradılmışdır. Onla-
rın fobiyaları analiz edilmişdir.  
I situasiya. Kiçik məktəbli Arif  (10 yaş). 
Ariflə  10  həftə  ərzində  20  seans  keçirilmişdir. Seans  1,5–2  saat  ərzində 
pasient özünü rahat hiss edənə qədər davam etmişdir. 
Arifin  malik  olduğu  qorxuları  korreksiya  etmək,  onları  aradan  qaldır-
maq  üçün  davranış  psixoterapiyasının  metodlarından  istifadə  edilmişdir. 
Bu  metod  1967-ci  ildə  Ştampfl  tərəfindən  təklif  olunan  imploziya-təxəy-
yüldə daşqın metodikasıdır. Ariflə söhbət zamanı məlum oldu ki, o, ən çox 
siçovullardan  qorxur.  Ariflə  seans  zamanı  psixoloq-eksperimentator  bu 
sözlərdən istifadə edir: “Təsəvvür edin ki, siz laboratoriyada siçovula toxu-
nursunuz... O mırıldanır və sizin barmağınızı dişləyir... Sonra isə siz onu öz 
bədəninizdə  hiss  edirsiniz...  O  sizin  boynunuza  dırmaşaraq  sizi  dişləйir… 
Siz onun quyruğunu üzünüzdə hiss edirsiniz... Artıq o sizin saçlarınızda gə-
zir... Siz onu qanlı əllərinizlə tutmağa çalışırsınız, ancaq o sizə müqavimət 
göstərir... Qəflətən sürüşüb sizin üzünüzə düşür və s.” 
II situasiya. Kiçik məktəbli Bahar (9 yaş). 
Bahar ən çox qapalı məkanlardan qorxur. Baharın qorxuları korreksiya 
olunsun  deyə  “Daşqın”  metodikası  keçirildi.  “Daşqın”  qorxular  zamanı 
əsas korreksiya metodlarındandır.  
Baharla birgə eksperimentator dəfələrlə qapalı məkanda oldu. Məsələn, 
qapalı məkandan qorxan Bahar metroda gedərkən nəsə yaxşı bir şey haq-
qında və ya gələcəkdə görməli olduğu vacib işlər haqqında fikirləşməyə ça-

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
161 
lışır. Bütün bu hallarda Bahar real situasiyadan uzaqlaşır və bu zaman öz 
həyəcanlılıq səviyyəsini aşağı salır. Bahara başa salınır ki, gizli şəkildə möv-
cud  olan  “Qaçma”  –  subyektiv  qorxu  səviyyəsinin  enməsinə  səbəb  olur. 
Qorxuya səbəb olan situasiyada qalma (bu misal metroda) müдdətli olma-
lıdır  (45  dəqiqədən  az  olmamaq  şərti  ilə).  Baharla  eyni  situasiya  liftdə  də 
aparıldı. 
III situasiya. Orxanın (kiçik məktəbli,8 yaş) qorxuları ən çox düşüncə ilə 
bağlıdır. Onunla keçirilən terapiya obsessiv-fobiyalı vəziyyətlər zamanı qa-
baqcadan hiss edilən reaksiyaların nəzarəti üçündür.  
IV situasiya. Ulduz (kiçik məktəbli, 9 yaş) qaranlıq vanna otağına gir-
məkdən qorxur.  Qaranlıq vanna otağına girmək onun  üçün dəhşət idi. O, 
dərk edirdi ki, orada heç nə yoxdur və onu heç bir təhlükə gözləmir. Lakin 
o,  qorxudan  qaranlıq  vanna  otağına  baxmağa  belə  cəsarət  edə  bilmirdi. 
Ora girmək üçün o, mütləq işığı yandırmalı idi.  
NLP-nin  I  seansında  bu  qorxunun  nə  vaxt  yarandığını  aşkara  çıxart-
maq  üçün  “Şəxsi  tarixçənin  dəyişdirilməsi”  metodu  tətbiq  olundu.  Meto-
dika Şerbatıxa mənsubdur. Seans nəticəsində müəyyənləşdirilдi ki, Ulduz 6 
yaşında nənəsinin yanında dincələrkən qəflətən qaranlıqdan qorxmuş, 8 ya-
şında isə onu vanna otağında törədilmiş cinayət haqqında olan film qorxut-
muşdur. Göründüyü kimi, hal-hazırda mövcud olan qaranlıq qorxusu uşaq-
lıqdan gəlir. Buna görə də 6 yaşında olan epizoddan başlаyaraq “Şəxsi ta-
rixçənin  dəyişdirilməsi”  metodu  tətbiq  olundu.  Bu  texnika  psixi  travmaya 
səbəb  olan  hadisənin  çox  dəqiq  xatırlanmasını  tələb  edir.  Belə  ki,  filmlə 
bağlı epizodların korreksiyasına istiqamətlənmiş “Fobiyanın dərhal müali-
cəsi” metodu tətbiq olundu. Bu zaman filmlə bağlı kadr arxası səhnələr əldə 
olunur. Texnikanın tətbiqi zamanı Ulduz bu hadisə haqqında filmi görməli 
və keçmişdə onu zədələyən situasiyaya kənardan – kinomexanika otağında 
baxmalıdır. Qıza onu qorxudan filmin  çəkilişlərinin necə getməsini, filmin 
necə meydana çıxmasını təsəvvür etmək təklif olunur. Söhbət zamanı məhz 
qızı  nəyin  belə  qorxutması  aşkar  olundu.  Filmin  gedişi  zamanı  əsas  qəh-
rяman  vanna  otağının  qapısını  açır  və  orada  kişi  meyidi  görür.  Bu  an 
kamera  yaxınlaşır  və  ekranda  iri  planda  meyidin  üzündəki  donub  qalmış 
ölümqabağı əziyyət göstərilir. Məhz dəhşətlə dolu donub qalmış üz qızı qor-
xudur və onun beynində uzun illər ilişib qalır. İndi onun keçmişinə daxil ol-
maq və bu filmə münasibəti dəyişmək lazımdır.  
Şerbatıx  öz  texnikasında  faciənin  yumorla  əvəzlənməsini  təklif  edir. 
Qıza  filmin  kino  çəkilişlərinə  baxmaq  təklif  olunur.  Bu  situasiyada  Ulduz 
meyit  rolunu  oynayan  aktyorun  vannaya  necə  girməsi,  rejissorun  necə 
çəkiliş əmrini verməsini görməli idi.  
V situasiya. Güllü (9 yaş) I sinifdə oxuyarkən çox ünsiyyətcil idi və parta 
yoldaşı  ilə  çox  danışırdı.  Buna  görə  də  müəllimə  onu  sinifdən  çıxarır.  O, 
bütün dərs müddəti qapı arxasında gözləməli olur. Dərsdən sonra müəllimə 
qızı  tibb  bacısının  yanına  aparır  və  soruşur:  “Biz  çox  danışan  qızlarla 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 
162 
neyləyirik?” Tibb bacısı sakitcə cavab verir: “Onların dillərini kəsirik”. Bu 
hadisədən sonra Güllü bir daha dərsdə söhbət etmir. Lakin bundan başqa 
o,  диэяр  insanlarla  da  söhbət  qabiliyyətindən  məhrum  olur.  Daha  çox  za-
manlarda  susur  və  qulaq  asır.  Bir  müddətdən  sonra  onun  dərslərə  cavab 
verməsində  də  çətinliklər  yaranır.  Eyni  zamanda  ailədə  də  öz  hisslərini 
bölüşə bilmir.  
Korreksiya məqsədi ilə Linde tərəfindən işlənmiş emosional obrazlı te-
rapiya tətbiq olunur. Psixoloq-eksperimentator Güllüdən soruşur: “Sən hə-
min müəllimə və tibb bacısına nə eləyərdin?” O, deyir: “Onların dillərini çı-
xarıb bir-birinə bağlаyardım, sonra isə tavandan asardım”. Psixoloq deyir: 
“Bunu elə indi et”. Güllü tavana baxaraq bu səhnəni təxəyyülündə canlan-
dırdı, təsirlənib ağladı, daha sonra isə güldü. Bir neçə seаnsdan sonra Güllü 
vəziyyətdən razı qaldığını və onları azad edə bildiyini söylədi. Bu terapiya-
dan sonra Güllünün kommunikativ qabiliyyətləri bərpa olundu.  
Мягалянин  aktuallığı. Kiçik  məktəblilərdə  davranış  pozuntusu  kimi  mey-
dana çıxan fobiyalar və onların tədqiqi elmi-nəzəri əhəmiyyətinə görə son dərə-
cə  aktualdır.  Fobiyalar,  onların  diaqnostikası,  korreksiya  və  terapiyası  praktik 
psixologiyada öyrənilməyə ehtiyac duyulan, fundamental tədqiqatlar tələb edən 
anlayışlardır.  
Мягалянин  elmi  yeniliyi.  Tədqiqatda  davranış  pozuntularının  diaqnostika, 
korreksiya və terapiya üsulları şərh olunur. 
Мягалянин praktik əhəmiyyəti. Tədqiqatda əldə olunan nəticələr məktəbə 
psixoloji xidmət işi sahəsində tətbiq oluna bilər. 
 
Яdяbiyyat 
 
1.
 
Изард К. Психология чувств. М.,1986. 
2.
 
Вадим Дружинин Психология эмоций, чувств, воли. М., 2003.  
3.  Рибо  Т.А.  Психология  чувств.  СПб:  Типография  А.А.  Порохов-
щикова, 1898. 
4. www.kayzen.az 
                                          
Г.Ахмедова 
 
Экспериментальная изучения поведения детей у 
младщих щкольников 
 
Резюме 
 
   В последние годы исследователями отмечено большая классифика- 
ция детского испуга. По нашему мнению более глубокое изучение 
этого феномена должно привести к правильному пониманию этого 
вопроса. Испуг ребенка в детском возрасте нельзя оставлять без  

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin