Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi Bakы Qыzlar Universiteti



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə1/21
tarix07.04.2017
ölçüsü5,11 Kb.
#13621
  1   2   3   4   5   6   7   8   9   ...   21

 
Azяrbaycan Respublikasы Tяhsil Nazirliyi 
Bakы Qыzlar Universiteti 
                                          
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakы Qыzlar Universitetinin  
elmi яsяrlяri 
 
 
№ 1 (17)  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakы – 2014 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

 
 
 
 
Azяrbaycan Respublikasы Яdliyyя Nazirliyi 
   tяrяfindяn dюvlяt qeydiyyatы № 10/M – 4850 
06 yanvar 2010-cu il 
 
 
 
“Bakы Qыzlar Universitetinin elmi яsяrlяri” 
Azяrbaycan Respublikasыnыn Prezidenti 
yanыnda Ali Attestasiya Komissiyasы Rяyasяt 
Heyяtinin 2012-ci il 6 iyul tarixli (protokol № 10-R) 
qяrarыna яsasяn Azяrbaycan Respublikasыnda 
dissertasiyalarыn яsas nяticяlяrinin dяrc 
olunmasы tюvsiyя edilяn dюvri elmi 
nяшrlяrin siyahыsыna daxil edilmiшdir. 
 
“Elm” qяzeti, № 9-12 (1067-1070), 
15 mart 2013-cц il 
 
 
 
№ 1 (17), 2014 
Bakы Qыzlar Universiteti 
Elmi Шurasыnыn 27.ЫЫЫ.2014-cц il 
tarixli qяrarы ilя (protokol №8) 
чap olunur 
 
      
 
 
 
 
 
 
 
 
 
8
33
415
9952
415




PP
ISBN
     
 
       

  БГУ – 2014 
 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

Редаксийа щейяти: 
 
Аьарящим Рящимов    
    
  (ped.ц.е.д., проф.)                       Баш редактор 
Акиф Аббасов                    (пед.ц.е.д.,проф.)                        Редактор 
Гязянфяр Казымов            (filol.ц.e.d., prof.) 
Ябдцл Ялизадя 
  
    
 
    
(pсихол.ü.e.d., prof.) 
Məhərrəm Qasımlı            (filol.ц.e.d., prof.) 
Nizaməddin Şəmsizadə    (filol.ц.e.d., prof.) 
Ялизадя Яsэярли                  (filol.ц.e.d., prof.)                
Тяййар Саламоьлу     
    
    (filol.ц.e.d., prof.)  
 
  
Yavuz Akpinar                   (Türkiyə) 
 
                
Abuzər Bağırov                  (filол.ü.f.d., Rusiya) 
Щямдулла Асланов      
 
  
  (f-r.ü.e.d., prof.) 
Ядалят Ахундов               (f-r.ü.e.d., prof.)           
Mehralı Yusifov               (f-r.ü.e.d., prof.) 
Тарих Достийев                  (t.ü.e.d., prof.) 
Nərgiz Quliyeva                (t.ü.e.d., prof.)  
Anar İsgəndərov               (t.ü.e.d., prof.) 
Əlikram Tağıyev               (fялсяфя ü.e.d., prof.)   
Исфяндийар Новрузлу         (психол.ü.e.d., prof.)   
Интигам Ъябрайылов          (ped.ц.е.д., проф.) 
Fərrux Rüstəmov             (ped.ц.е.д., проф.) 
Исмайыл Казымов              (filol.ц.e.d., prof.) 
Низами Мяммядов          (filol.ц.e.d., prof.)                    
Чинэиз Гарашарлы                (filol.ц.e.d., prof.) 
Ramiz Əliyev          
     
      (pсихол.ü.e.d., prof.) 
Камал Камалов               (б/м.)                                         мясул катиб 
 
                                                          

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

FИLOLOGИYA ELMLЯRИ 
 
Yазычы карйерасы: дилин вя сянятин ишыьында  
 
Ramin Allahverdi (Allahverdiyev),  
фilologiya üzrə fəlsəfə doktoru
Azərbaycan Milli Elmlər Akademiyasının  
Folklor İnstitutunun elmi işçisi 
e-mail: ramin.allahverdi@yahoo.com 
 
Rəyçilər: f.ü.e.d., prof. N.T.Məmmədov 
                f.ü.e.d., prof. T.S.Cavadov 
 
Açar sözlər: ədəbi mühit, yazıçı, dramaturgiya, dilçilik, bədii əsər, sənətkar, 
aforizm, oxucu. 
 
Ключевые  слова:  литературная  среда,  писатель,  драма,  лингвистика, 
художественные работы, художник, афоризм, читатель. 
 
Key  words: literary atmosphere, writer, drama, linguistics, art work, artist, 
aphorism, the reader. 
 
Son dövrlər ədəbi mühitimizdə böyük bir kasadlığın, boşluğun olması  ger-
çəkliyini təəssüflə də olsa etiraf etmək məcburiyyətindəyik. Bunun əsas səbəb-
lərindən biri yeni Azərbaycan ədəbi mühitində, xüsusilə də nəsrimizdə öyünülə 
biləcək  sanballı  əsərlərin  yazılmamasından,  yaxud  сон  дяряъя  az  olmasından 
irəli  gəlirsə,  digər  bir  səbəbi  дя  az-çox  lazımi  bədii  məziyyətlərə  malik  nəsr 
əsərlərinin  ədəbiyyat  tənqidçiləri  tərəfindən  zəruri  təqdimi  və  təşviqinin 
yetərincə olmamasından qaynaqlanır. Ürək ağrsıyla qeyd едилмялидир ki, bu gün 
yazılan  bədii  əsərlərdə,  sözün  əsl  mənasında,  çox  mürəkkəb  və  qarmaqarışıq 
problemlər  girdabında  boğulan  Azərbaycan  cəmiyyətini,  bu  cəmiyyətin  dərdi-
sərini  görmək  olmуr,  həmin  cəmiyyətdə  inildəyən  insanların  məşəqqətli  inilti-
lərini eşidə bilmirik. Bu mənada elə bədii əsərin bədiiliyini şərtləndirən başlıca 
amil sayılan mövzu məsələsi gerçəkliklərə söykənmədiyindən dayaqsız qalır və 
sanki havadan asılmış olur. Axı, oxucu özü bu və ya digər cəmiyyətin insanıdır 
və o, bədii əsəri oxuyarkən istər-istəməz özünü və kerçək mühitin əsərdə bədi-
iləşmiş əksini axtarır. Ən azı ona görə ki, heç olmazsa, reallıqda addımbaaddım 
üzləşdiyi problemlərin bədiiləşmiş şəkildə də olsa qabardılması ona mənəvi bir 
təskinlik верир. Eyni zamanda da oxucuda onu qarabaqara izləyən naqиslиklərin, 
rəzilliklərin, cürbəcür çatışmazlıqların bir problem кими əsərdə gündəmə gətiril-
məsi və onun юз щяллини неъя тапаъаьыны bilmək istəyi təbii olaraq yaranır. 
Məlum olduğu kimi,  bədii  əsərlərin ədəbiyyat  tənqidçiləri tərəfindən təqdi-
mi  və  təhlili  də  oxucuları  istiqamətləndirməkdə  əhəmiyyətli  rol  oynayır.  Təbii 
ki, oxucu heç də щямин sahədə mütəxəssis olmadığından, əksər hallarda bu və 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

ya  digər  bədii  əsərin  ideyasının  qavranılmasında,  başa  düşülməsində  çətinlik 
çəkir  ki,  bu  zaman  ədəbi  tənqidçinin  düzgün  və  elmi-məntiqi  mülahizələrlə 
arqumentləşdirilmiş şəkildə sərgilədiyi istiqamət onun köməyinə çatыр.  
İstənilən bir yazarın əsərlərinin tədqiqata cəlb edilməsi onun yaradıcılığının 
adi oxucu gözü ilə nəzərə çarpmayan, ilk baxışdan kənarda qalan sətraltı (eləcə 
də  mətnaltı)  qaranlıq  məqamlarının  aşkara  çıxarılmasına  kömək  göstərir.  Bu 
mənada  haqqında  bəhs  edəcəyimiz  həmmüəlliflər  İsmayıl  Kazımov  və  Xəlil 
Xəlilov tərəfindən gərgin əməyin nəticəsində ərsəyə gətirilmiş ―Yazıçı karyera-
sı:  дilin  və  sənətin  işığında‖  kitabı  tanınmış  yazıçı,  alim-pedaqoq  Ağarəhim 
Rəhimovun  bədii  nəsr  və  dramaturgiyasının  poetik  məziyyətləri  ilə  oxucuları 
daha  yaxından  tanış  edir,  burada  yazıçının  əsərlərinin  əsas  ideya-məzmun 
xüsusiyyətləri, dil və üslub imkanları, ənənə və novatorluq keyfiyyətləri, eləcə 
də digər mühim cəhətləri təhlilə cəlb edilir. 
Kitabda  həmmüəlliflər  tərəfindən  yazıçının  çoxşaxəli  yaradıcılığını  təşkil 
edən müxtəlif məzmunlu bədii əsərləri iki bölümdə sistemli şəkildə tədqiq olu-
nur.  Bütövlükdə  kitabda  əksini  tapan  məsələlər  heç  də  təkcə  yazıçının  bədii 
əsərlərinin  ideya-məzmun  xüsusiyyətləri,  bədii  janr  və  digər  poetik  keyfiyyət-
lərindən  müfəssəl  şəkildə  bəhs  etməklə  məhdudlaşmır.  Demək  olar  ki,  sənət-
karın bədii əsərlərinin dil bazası, dil və üslub özəlliklərinin araşdırılması  başlı-
ca bir məqsəd kimi qarşıya qoyulmuş və bu məqsəddən irəli gələn bütün lazımi 
tələblər  maraqlı  bir  tərzdə  oxucuların  diqqətinə  çatdırılmışdır.  Kitabın  birinci 
bölümünün ―Dilin dərin qatlarına varanda‖ adlı yarımbölümündə həmmüəlliflər 
bədii əsərlərə belə bir maraqlı prizmadan yanaşırlar: ―Yazıçı təkcə təsvir etdiyi 
həyat gerçəkliklərini bədii dona geyindirmir, həm də  yazdığının içində dil mö-
cüzələri (dil məcazları anlamında) yaradır. O, dili bilir, dilin qrammatik qanu-
nauyğunluqlarından baş çıxardır, duyğuları ilə onu yaşadır. Yazıçının, ümumiy-
yətlə,  mövcud  olan  yaradıcı  təfəkkürünün  müəyyən  qismi  dil-üslub  yaradıcılı-
ğına,  dil  quruculuğuna  da  sərf  olunur.  Sənətkarın  dil  yenilikləri  dilin  dərin  və 
əlçatmaz qatlarında spesifik şəkildə üzə çıxır‖.  
Buradan da aydın olur ki, həmmüəlliflər yazıçı A.Rəhimovun bədii yaradıcı-
lığının çoxşaxəli dil-üslub məziyyətlərinin tədqiqi və təhlilinə xüsusi önəm ve-
rirlər. Bu isə öz növbəsində sənətkarın əsərlərinin dil fondunun, ifadə-təsvir va-
sitələrinin,  həmçinin  dil-üslub keyfiyyətlərinin  geniş  planda öyrənilməsinə  im-
kan yaratmış olur.  
Sözügedən yarımbölümdə yazıçının bədii əsərlərində ―ələyim ələnib, xəlbi-
rim  göydə  fırlanıb‖,  ―açıq  qaba  it  baş  salar‖,  ―qab  əlindən  düşdü:  sındı,  ya 
cınqıldadı. Qapıda duran üçün fərqi yoxdur‖, ―döyülməyən düyüdən aş olmaz‖, 
―qızını döyməyən dizini döyər‖, ―ölünün atı yüyrək olur‖, ―valideynlərinə qayğı 
göstərməyən övladlarından mərhəmət  ummasın!‖ və s. kimi çoxlu sayda   hik-
mətli, ibrətamiz ifadələrin, atalar sözləri və zərb-məsəllərin, aforizmlərin mütə-
madi işlədilməsi haqlı olaraq sənətkarın milli mental dəyərlərə dərindən bağlı-
lığı  kimi  səciyyələndirilir.  Bəzi  hallarda  isə  yazıçının  işlətdiyi  özünəməxsus 
aforizmlərinin, hikmətli ibarələrinin də semantik baxımdan son dərəcə əhəmiy-
yətli  didaktik  məzmunla  yüklənməsi  oxucu  kütləsinə  mənəvi-əxlaqi  dəyərlərin 

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

daha qabarıq şəkildə aşılanması işində olduqca diqqətəlayiq hal kimi dəyərlən-
dirilir.  
A.Rəhimovun  bədii  lüğət  fonduna  diqqəti  yönəldən  müəlliflər  onun  bədii 
əsərlərində spesifik üslubi səciyyə kimi sinonim sıralarından çox istifadə etmə-
sini  bildirərək,  bunun  əsərdə  ekspressiv-emosional  hisslər  yaratmaqda,  perso-
najların  nitqlərini  bir-birindən  fərqləndirməkdə,  hadisələrin  məzmununu  daha 
aydın  və  hərtərəfli  canlandırmaqda  vacib  rol  oynadığını  vurğulayırlar.  Yazıçı-
nın öz bədii əsərlərində antonimlərdən (―satıcılıarın başını alıcılar qatmışdı‖ və 
s.) istifadə  etməklə  bəşəri  münasibətlər zəminində  ziddiyyətləri qarşılaşdıraraq 
antiteza  yaratması,  habelə  obrazlılığı  daha  da  qüvvətləndirmək  üçün  frazeolo-
gizmlərdən (―üzünün suyu tökülsün‖, ―için-için özünü yemək‖ və s. ), həmçinin 
dialektizmlərdən  (―bir  əlçə  uşaq‖,  ―sonalamaq‖,  ―qaxıl  otur  yerində‖  və  s.) 
yerində lazımi səviyyədə bəhrələnməsi də diqqətə çatdırılır. 
Sənətkarın istər nəsr, istərsə də dram əsərlərinin dilində cümlə konstruksiya-
larının sintaktik quruluşuna maksimum məxsusi həssaslıqla yanaşması xüsusilə 
qeyd olunur. Bunun da əsas səbəbi kimi A.Rəhimovun həm də dilçiliyin sintak-
sis  bölməsi  üzrə  mütəxəssis  olması,  doğma  Azərbaycan  dilinin  bütövlükdə 
qrammatik-sintaktik  incəliklərini  mükəmməl  şəkildə  bilməsi  амили  ilə  əlaqəli 
olduğu araşdırıcılar tərəfindən nəzərə çatdırılır.  
Yazıçının poetik adlıq cümlələri də bədii əsərin bütövlükdə məzmununu  la-
konik şəkildə ehtiva etməsi baxımından maraq doğurur: ―Yanvar ayının əvvəl-
ləri. Qışın oğlan çağı. Şiddətlə əsən şimal küləyi. Bir həftə ərzində qılıncını qın-
dan çıxaran, quşbaşı yağan qarı yerindəcə donduran şaxta. Buz bağlamış küçə-
lər. Saat on‖. 
Ümumilikdə  həmmüəlliflər  yazıçının  nəsr  və  dramaturgiyasının  zəngin  dil 
faktları,  dil  hadisələri,  üslub  məziyyətləri  ilə  səciyyələndiyini  bildirərək,  gələ-
cəkdə bu istiqamətdə tədqiqat işlərinin aparılmasını vacib hesab edirlər. 
Qeyd etdiyimiz kimi, ―Yazıçı karyerası: dilin və sənətin işığında‖ kitabında 
müəlliflər yazıçı A.Rəhimovun ayrı-ayrı nəsr və dram əsərlərində əsasən dil-üs-
lub  xüsusiyyətlərini  müxtəlif  müstəvilərdə  araşdırırlar.  Birinci  bölümün  ―Gir-
dab‖ romanının dili və üslubu: ailələr və talelər müstəvisində‖ adlı yarımbölü-
mündə ―Girdab‖ romanının ideya-məzmun xüsusiyyətləri əsərin dil-üslub key-
fiyyətləri fonunda təhlilə cəlb olunur, araşdırılır. Mövzusu son dərəcə mühim və 
aktual olan gerçək həyat hadisələrindən, çoxşaxəli insani münasibətlərdən bəhs 
olunan  bu  romanda  yeni  ailə  həyatı  qurmuş  gənclərin  uğursuz  taleləri  diqqət 
mərkəzinə gətirilir. Romanın bu cür aktual məzmununun peşəkarlıqla oxuculara 
çatdırılmasında  yazıçının bir sıra səciyyəvi priyolmardan istifadə etməsi xüsu-
silə qeyd olunur. Romanda bədii ifadə və təsvir vasitələrindən, müqayisələrdən 
(Məs.: Hümmətin qəlbində doğan günəşin işığı sanki küçənin qaranlığını yarıb 
keçir, ətrafa ilıq bir nəfəs gətirirdi), bənzətmələrdən (Rumiyyənin bayaq dediyi 
sözlər, tutduğu iradlar sapa düzülmüş muncuq kimi keçdi Şəfəqin gözlərindən) 
geniş şəkildə istifadə olunması bu səciyyəviliyi şərtləndirən başlıca amillərdən 
biri  kimi  vurğulanır.  Yazıçının  romanda  bənzətmələrdən  obrazların  daxili-psi-
xolоji durumunu, iç dünyasını dolğun və canlı ifadə etmək üçün məharətlə isti-

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

fadəsi  diqqətdən  yayınmayır  (―məndən  ayrılarkən  yaz  yağışı  tək  gözlərindən 
axan damcılar...‖, ―mənəviyyat qəssabı‖, ―təzəcə leş dağıtmış canavar‖ və s.).  
Yarımbölümdə  ―Girdab‖  romanında  təkrarlardan  istifadənin  əsərin  dilinin 
xalq  dilinə  maksimum  yaxınlaşdırılmasına  xidmət  edən  vacib  bir  vasitə  kimi, 
habelə problemi daha dolğun qabartmaq üçün mühüm bir cəhət olaraq səciyyə-
ləndirilir.  Məsələn:  ―əti  ətimdən,  qanı  qanımdan‖,  ―doymamışam,  doymayaca-
ğam da‖, ―saray da saraydı ha‖ və s. Daha çox poeziya dili üçün səciyyəvi sayı-
lan alliterasiyalardan yazıçının nəsr dilində istifadə olunması bədii əsərdə üslubi 
həmahənglik  yaratması  nöqteyi-nəzərindən  lazımi  detal  kimi  səciyyələndirilir. 
Məs.:  ―sındıra-sındıra  süzsün‖,  ―boy,  balam  deyil  ey,  baldı...‖,  ―cır-cır  cırılda-
yırdı‖ və s. 
A.Rəhimovun yaradıcılığı üçün xarakterik olan aforizmlərin gen-bol işlədil-
məsi ―Girdab‖ romanı üçün də səciyyəvidir. Araşdırıcılar ona görə haqlı olaraq 
orijinallığı  ilə  diqqəti  cəlb  edən  bu  cür  aforizmlərə  nəzər  yönəldirlər.  Özü  də 
burada ifadəsini tapan aforizmlər cəmiyyətin əsas mənəvi daşıyıcısı olan qadın-
lar barəsində  söylənilir:  ―ərsiz qadın  saqqıza bənzər‖, ―qadın  o zaman qüdrətli 
olur  ki,  o,  anadı...‖,  ―kişi  yaşlı  olsa,  arvad  yumruq  yeməz‖,  ―yataq  üçün 
doğulmuşam‖ və s.  
Dilçilikdən bizə məlumdur ki, frazeologizmlər ümumi və xüsusi olmaqla iki 
yerə  bölünür.  Yəni  hamı  tərəfindən  işlədilən  frazeoloji  vahidlər  –  ümumi 
fraeologizmlər və yalnız yazıçılar tərəfindən bədii əsərlərdə yaradılan frazeoloji 
vahidlər – xüsusi frazeologizmlər. A.Rəhimovun bədii əsərlərində, o sıradan da 
―Girdab‖  romanında  ümumi  frazeologizmlərlə  yanaşı,  xüsusi  frazeolji  vahid-
lərin  yaradılması  da  diqqəti  cəlb  etməkdədir.  Həmin  frazemlər  bu  və  ya  digər 
bədii  obrazın  oxuculara  tanıdılmasına  da  kömək  göstərmiş  olur.  Ona  görə  də 
həmmüəlliflər  romandakı  frazemlərdən  bəhs  edərkən  эюстярирляр:  ―Frazeolji 
ifadələr: ağlı söz kəsəndən, ağ eləmək, gözünün kökü saralmaq, üzünün suyunu 
tökmək, canına qara dərd, əl-ayağını bağlamaq, əl-ayağını qurtarmaq, məsələni 
çürütmək, ağzıma daşlar, cana doymaq, hər sözün başına ip salmaq, dolmuş şar 
kimi boşalmaq və s. əsərin personajları üçün səciyyəvi olub xarakterlərin vəziy-
yətini, xasiyyətlərini müəyyələşdirir‖. 
Romanda yazıçının sözyaratma cəhdləri (―qərara alınmışdı - qərarlaşmışdı‖, 
―əraziyə bölünmək - əraziləşmək‖), habelə müxtəlif semasioloji dil hadisələri, 
evfemizmlər (ölmək əvəzinə dünyasını dəyişmək və s.), eləcə də əksinə kobud 
sözlərdən-kakoefemizmlər  (gönüqalın,  yırtıcı,  lotu  və  s.)  də  araşdırıcıların 
diqqətindən yayınmır.  
Yazıçının  nəsr  və  dramaturgiyasında,  o  cümlədən  sözügedən  romanında 
qoşulma  cümlələrdən  tez-tez  istifadə  etməsi  dilçi  tədqiqatçılar  tərəfindən  yeni 
cümlə tipi kimi dəyərləndirilir (―Arvadlar hər şeyi hamıdan yaxşı bilirlər. Özü 
də vaxtında‖ və s.).  
Romanda  ayrı-ayrı  obrazların  daxili-mənəvi  sarsıntılarını,  keçirdikləri  izti-
rablarını,  onların  iç  dünyasını  anlamaq  üçün  epistolyar  üslubdan  da  yazıçının 
lazımınca  yararlana  bilməsi  təqdirəlayiq  hal  kimi  dəyərləndirilir.  Araşdırıcılar 
bu  mənada  düzgün  olaraq  yazırlar:  ―Epistolyar  üslubun  məzmunu  əsas  obraz-

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

ların  mənəvi  xarakterini,  daxili  mədəniyyətini  müəyyən  edir,  bu  məktublarda 
ictimailik arxa plana keçir, fərdi hisslər qabarıqlaşır...‖.  
Lakin o da qeyd olunmalıdır ki, cəmiyyətdəki idbar, rəzil gerçəkliyin bədii 
mənzərəsini  yaratmaqdan  ötrü  yazıçı  məktublaşmanı  burada  bir  priyom  kimi 
istifadə edir. 
Həmmüəlliflər A.Rəhimovun müasir Azərbaycan cəmiyyətinin rəzilliklərini, 
eybəcərliklərini,  naqisliklərini  bədii  şəkildə  inikas  etdirən  ―Səfalət‖  romanının 
da  dil-üslub  məziyyətlərini  mənəvi  aşınmalar  kontekstində  təhlil  edirlər.  Bu 
romanda  onomastik  vahidlərdən  məharətlə  faydalanma  xüsusilə  diqqəti  cəlb 
edir. Araşdırıcıların qeyd etdikləri kimi, obrazların daşıdığı adların semantikası 
ilə onların xarakterləri uyğunlaşır. Bəzən isə gerçək həyatda olduğu kimi, obra-
zın adının semantikası onun həyat tərzi ilə təzad təşkil edir.  
Bu romanda da atalar sözləri və məsəllər, aforizmlər, hikmətamiz ifadələrlə 
zənginlik, eləcə də yazıçının digər bədii əsərlərində olduğu kimi burada da mor-
foloji  neologizmlər  yaratması  (―rahatlayacaqlar‖,  ―nəfəslik‖  və  s.)  təqdir  olun-
malı hal kimi dəyərləndirilir.  
Yazıçının  romanda  sintaktik  sinonim  əmələ  gətirə  bilən  uğurlu  anaforaları 
da araşdırıcılar tərəfindən yüksək qiymətləndirilir (―Ana yenə yataqdan dikəldi. 
Yenə  pəncərədən  boylandı.  Yenə  binaların  pəncərələrindən  həyətə  süzülən 
işıqları gördü. Yenə yatağına uzandı‖ və s.).  
Kitabın ―Yazıçının dramaturgiyası: дil və novatorluq keyfiyyətləri‖ adlı ya-
rımbölümündə  A.Rəhimovun  ―Xəyanət‖,  ―Haray‖,  ―Əl  əli  yuyar‖,  ―Macəra‖, 
―Məhəbbət və cinayət‖ və digər dram əsərlərinin real cəmiyyət hadisələrindən 
qidalanan  ideya-məzmun  məziyyətləri,  məxsusi  dil  və  üslub  xüsusiyyətləri, 
ələlxüsus  da  novatorluq  özəllikləri    elmi  baxımdan  təhlil  olunur.  Yazıçının 
dramlarının  dil-üslub  novatorluğunu  əsasən  müraciət  olunan  mövzuların  ye-
niliyi ilə əlaqələndirən həmmüəlliflər məhz bu amilin yazarın dramaturgiyasının 
dil  fondunda  istər-istəməz  siyasi  terminologiyanın  işlədilməsinə  zəruri  ehtiyac 
yaratdığını bildirirlər. 
―Düşnücələrin ekspressiv-dinamik sintaksisi‖ adlanan hissədə yazıçının təh-
kiyə  dilinin  monoloq  və  dialoqlarla  zəngin  olduğunu,  bədii  dilinin  romantik, 
hissiyyatlı,  real  həyat  koloritə  malik  olmasını  qeyd  edən  araşdırıcılar  bunu 
A.Rəhimovun təxəyyül zənginliyi, dərin psixoloji bilgiyə malik olması, narahat 
yazıçı  mövqeyi  ilə  əlaqələndirirlər.  Ümumilikdə  bütün  dünyanı,  bəşəriyyəti 
narahat  edən  problemləri  qabardan  ―Düşüncələr‖in  özünəməxsus  dil  və  üslubi 
xüsusiyyətləri diqqəti xüsusi olaraq cəlb edir. Burada nəzərə çarpan ən ümdə dil 
faktoru bədii mətnin məxsusi ekspressiv (emosional-ekspressiv) sintaktik struk-
turudur. Ona görə də araşdırıclar bu məqama diqqət yetirərək yazırlar: ―Düşün-
cələr‖  in  mətnlərinə  diqqət  edəndə  adi  ifadə  tərzi  dilimizin  qanunlarına  uyğun 
yüksək  sənətkarlıqla  dəyişir,  lirik-psixoloji  dona  düşür.  Yazıçı  yığcam  ifadə 
tərzi yaradır ki, bu, şübhəsiz ekspressiya doğurur. Yığcam ifadə tərzi bədii mü-
hiti  yeniləşdirir,  cilalandırır.  Ağarəhim  Rəhimovun  qurduğu  yığcam  və  stan-
dartlardan kənara çıxan cümlə konstruksiyaları bədiiliyin gücündən sanki sınır, 
o dəqiqə həmin konstruksiyaları digər bir formaya məna qalmaq şərtiylə çevir-

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 
 
 

mək  şansı  yaranır.  Sintaktik  sinonimlər,  sintaktik  derivasiyalar  ekspressivliyin 
meydana çıxmasının əsas faktoru kimi fəaliyyət göstərir‖. 
―Düşüncələr‖  lakonikliyi  şərtləndirən  semantik  tutuma  malik  olduğundan 
araşdırıcıların da vurğuladıqları kimi, burada semantik kondensasiya, semantik 
sıxılma  kimi  bir  sıra  dil hadisələri  ilə  üzləşirik.  Həm  də  burada  ekspressivliyi 
ayrı-ayrı dil vasitələrindən, məsələn, leksik vasitələrdən, sintaktik vasitələrdən 
və s. məharətlə istifadə etməklə yaratmaq labüdləşir.  
―Düşüncələr‖in  əsas  əlamətlərindən  biri  kimi  qeyd  olunan  standartlılıq  dil 
faktoru olaraq burada araşdırıcıların söylədikləri kimi bədii mətnin qapalılığına 
xidmət  edir  və  mətnin  əvvəlində  gələrək  fikir  və  hissləri  bir-birilə  əlaqələn-
dirmiş olur. 
Sözügedən  əsərin  ekspresiyasını  yaradan  dil  vasitələri  sırasında  seqment 
vahidlərin də rolu böyükdür. Dilçilikdən məlum olduğu kimi,  seqmentləşmədə  
bütöv bir informasiya hissə-hissə, parça-parça sanki həzm etdirilə-etdirilə oxu-
cuya  çatdırılır.  Bu  mənada  yazıçı  bu  vasitədən  istifadə  etməklə  öz  mülahizə-
lərini pillə-pillə oxuculara alatmaqla, qavratmaqla məqsədinə nail olur.  
Müəlliflər  ―Düşüncələr‖dəki  ekspressivliyin  yaranmasında  istifadə  olunan 
dil  vasitələrini  ayrı-ayrılıqda  nəzərdən  keçirirlər.  İntonasiyanı  aktuallaşdıran, 
funksional  işləkliyi  ilə  diqqəti  çəkən  inversiya  hadisəsi  A.Rəhimovun  sözü-
gedən əsərində ekspressivliyi gücləndirən mühüm bir üslubi məqam kimi göstə-
rilir (―...Titrəyir ürəklər! Alışır hisslər! Qaralır səma! Toqquşur buludlar, çaxır 
şimşəklər!‖ ).  
Əsərdə ekspresiyanı yaradan dil vasitələrindən biri də morfoloji vasitələrdir 
ki,  yazıçı  burada  əski  feli  bağlama  şəkilçisi  olan  –ıban  morfoloji  vahidinin, 
habelə  -mı ədatının,  eləcə  də ―kı‖ ədatının  işlədilməsi  ilə  meydana  gəlir (―Yol 
üstündə  dayanıban  o,  gözlərin  dikdi  mənə‖,  ―Onu  nə  adlandırım?  Bulağın 
dumduru suyumu?! Gürlayan şəlalənin ağ köpüklərimi?! ...‖, ―... Cismən getsə 
də,  xilqəti,  əməlləri  qan  yaddaşlarına  köçməyəcək  ki?!  Beyinlərə  öz  çirkin 
izlərini qoymayacaq ki?! Gələcək nəsillərin nifrətini qazanmayacaq ki?!‖ və s.). 
Yazıçının ―Düşüncələr‖ində ekspresiyanı əmələ gətirən dil amillərindən biri 
olaraq təkrarlardan geniş şəkildə istifadə olunması göstərilir və burada təkrarlar 
leksik-qrammatik  faktdan  daha  çox,  üslubi-ekspressiv  fakt  olaraq  səciyyələn-
dirilir. Təhlil zamanı təkrarlar bir sıra tiplərə bölünməklə (söz şəklində, söz bir-
ləşməsi şəklində, cümlə şəklində) diqqətə çatdırılır. 
―Düşüncələr‖də ekspressivliyə məxsusi həmahənglik verən dil faktlarından 
biri  də  alliterasiyalı  konstruksiyaların  işlədilməsidir  (Məs.,  ―Oyulurdu  içim 
oyum-oyum! Göynəyirdi qəlbim göyüm-göyüm!...‖).  
Antiteza,  kontrast,  paradoks,  dispropoziya  kimi  dil  faktorları  da  ―Düşün-
cələr‖də    ekspressivlik  yaradan amillərdən sayılır və əsərə xüsusi rəngarənglik 
vermiş olur.  
A.Rəhimovun bədii  əsərlərinin xarakterlər dünyası  da araşdırıcıların  diqqə-
tindən  yayınmır.  Kitabın  ―Yazıçı  xarakterologiyası‖  və  ―Xarakterlər  konsepsi-
yası‖ başlıqlı yarımbölümlərində sənətkarın xarakteryaratma ustalığı elmi əsas-
larla təhlil olunur. Burada yazıçının bədii əsərlərində istifadə etdiyi xarakter ya-

Bakı Qızlar Universiteti 
  №1                                    Elmi əsərlər                                       2014 

Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin