Азярбайъан милли елмляр академийасы м. Фцзули адына ялйазмалар институту



Yüklə 4,19 Mb.
Pdf görüntüsü
səhifə3/45
tarix26.02.2017
ölçüsü4,19 Mb.
#9788
1   2   3   4   5   6   7   8   9   ...   45

2)

 

Arxaik işarə  əvəzlikləri: Nəsiminin “Divan”ında sadə  şərti olaraq 

düzəltmə arxaik işarə əvəzliklərinə rast gəlirik.  



a)

 

Sadə arxaik işarə əvəzlikləri: “Divan”da rast gəndiyimiz ol, oş//uş, şu, 

şol//şul, işbu, uşbu, üştə, uştə  sadə arxaik işarə  əvəzliklərdir:  Andan bərü kim, 

eynimiz ol yüzüni gördi, Bir mu ilə asıldi canım qaldi maəllaq. (N.I426)Şol ləbi-

şirinə, Yarəbb, gər  şəkər dersəm nola?!  Şol günəş talətlü ayə  gər qəmər dersəm, 

nola?!  (N.I50);  Dilərmisən ki, sana əl verə  təcəllilər,  Gözüni uyuma özündən  şu 

nəfsini oda at! (Lek.32)Boyuηi tubiyə səniη nisbət edən nə dil ola, Uşbu qərarla 

əcəb sərvi-rəvanmısan, nəsən? (N.II31). 

Bu gün Azərbaycan dilində tam arxaikləşmiş şol, şu, şul, işbu, uşbu, üştə//uştə 

Nəsimi dilində çox məqamlarda işarə etmə funksiyasını bildirsə  də  bəzi hallarda 

qüvvətləndirici ədat funksiyasında çıxış edir. Bu mənada oş//uş səs tərkibi xüsusilə 

fəaldır: Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm mən uş! Gövhəri-kan mənəm 

mən uş, bəhrəvü-kanə sığmazam!(553 I). 

“Divan”da işlənmiş  oşbu//uşbu  əvəzlikləri də xüsusi emosional məzmundan 

xali deyildir: Canimi bir nigahilən aldi hərami gözlərin,  Gör ki nə dürlü fitnələr 

işbu nigah içindədir!(N.I143); Ey zahid, işbu meydan faş oldi sirri-vəhdət, Tərk et 

ikiligi kim, yegrək imiş libasi (Lek. 81); Ey Nəsimi sübhdəm, billah, şu yarim 

xoşmudur?  Şol  həbibim, dilbərim, aləmdə varim, xoşmudur? (N.I215); Öldi 

eşqindən Nəsimi,  üştə dünyadan gedər,  Sən muradilə  cəhandə sür, şahim, çox 

yaşlar! (N.I343) . 

Türkoloji ədəbiyyatlarda arxaik işarə əvəzlikləri haqda müxtəlif fikirlər möv-

cuddur. Oş// uş  və onun fonetik variantları haqqında belə bir fikir var ki, bunlar 

müəyyən konkret bir əşyaya ünvanlanarkən işlənir (4, s. 417). Şu haqqında fikirlər 

daha müxtəlifdir: N. K. Dmitriyev göstərir ki oşo daha konkret işarədir. V. A. Qor-

dilevski qeyd edir ki, şu gələcəkdə nəzərdə tutulan əşyaya işarə edir. A. N. Konono-

vun fikrincə şu vasitəsiz nitqi vasitəli nitqə çevirərkən istifadə olunur (14, s. 172). 

Böyük bir alimlər qrupu hesab edir ki, şu yüksək ekspressiv   emosional 

mənaya malik olub, bir əşyanı digərindən ayırmaq üçün işlədilir. Bir qrup alim belə 

fikir irəli sürür ki, şu uş  ədatının tərkibində metateza hadisəsinin baş verməsi 

nəticəsində yaranmışdır (15, s. 137; 19, s. 14). 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



18

Türk dilləri əvəzlikləri üzrə mütəxəssis F. D. Aşnin yazır ki, şu çox qüvvətli 

və nəzər diqqəti çəkəcək bir əşyaya işarə edir (5, s. 105). Bu fikri əksər türkoloqlar 

müxtəlif türk dilləri materiallarına  əsaslanaraq müdafiə edirlər; belə ki, türkmən 

dilində (26, s. 129), özbək dilində (24, s. 13), qaqauz, türk dillərində (19, s. 132) şu 

işarə  əvəzliyi bu işarə  əvəzliyinə nisbətən daha emosional, daha ekspressiv məna 

xüsusiyyətlərinə malikdir. 

 K. Dmitriyev qeyd edir ki, şul//şol, bul əvəzlikləri şu+ol, bu+ol quruluşuna 

malikdir (14, s. 173). X. Y. Suyunçev göstərir ki, şul  əvəzliyindəki  l  şunlar 

əvəzliyindəki  l  səsinin assimilyasiyası  nəticəsində  şullar→şul meydana gəlmişdir 

(26, s. 129). A. N. Kononov yazır ki, işbu əvəzliyi müasir turk dilində əsasən təyin 

kimi – işbu viza (başqa viza yox, məhz bu viza) kimi işlənməkdədir (14, s. 173). 



b) Düzəltmə arxaik işarə  əvəzlikləri: Nəsiminin “Divan”ında (şərti olaraq) 

düzəltmə arxaik işarə əvəzliklərinə rast gəlmək mümkündür: bunca, anca, munca: 



Gər  ənəlhəq söyləməkdən darə asılsam, nə  ğəm,  Bunca  Mənsurun asılmış başi 

bərdar üştə gör! (N.I291); Nəqlü rəvayət ilə vaizü zahid sözi, Munca  nə söylər, 

əgər toğri məqami bilür? (N.II139); Saçi qarəsinin qəmin ol nə bilür ki, çəkmədi, 

Sirr bilənə yetər bu sözanca sualə düşməsün! (N.I173). 

Beytlərdə işlənmiş bunca, munca ,əsasən, belə, elə əvəzliklərinə uyğun gəlir. 



3)

 

Arxaik sual əvəzlikləri: netəkim, nişə//neyşə və bəzi fonetik dəyişikliyə 

uğramış niçün, nicə “Divan”da işlədilmiş arxaik sual əvəzlikləridir:  Silsiləsində 



sünbuluη can vətən eylədi  niçün,  Yəni ki, canımıη yeri səhni-cinan içindədür! 

(N.I271);  Məndən ayirma vəslüni, nişə ki, şad olur ədu,  Yürəgini ədularıη yaralu 



eylə, yarə gəl! (N.I124)Vəslətüη bana müyəssər olmadi, Netəkim bu yolda çəkdüm 

çoq əmək (Lek, 86). 

Nəsiminin dilində  zəngin zaman məzmunlu arxaik sual əvəzlikləri vardır: 



qaçan//xaçan, qəndə//xandə, qani, qançəru, qənqi//qəysi, xansı  və s. göründüyü 

kimi bu əvəzliklərdə söz əvvəlində q//x paralelliyi özünü göstərir: Qaçan ki, sünbül 



zülfüη niqabi ayə düşər,  Qəmər səhabə girür, aftabə sayə düşər (N.I220); Saçıη 

qaranqusundan yüzüη nuri göründi, Hər qandə şam olursa, ardınca sübhdəmdür! 

(N.I320);  Dilbəra, sən hüsnüηə  mən eyləmə  mən aşiqi!  Xandə kim, bir gül bitər, 



bülbül qırağından gəlür! (N.I242); Hər nəyə kim, baxarisən, andə sən Allahi gör! 

Qançəru kim, əzm qılsaη  səmmə  vəcfullahi gör! (N.I290); Ey qılan dəvayi ki, 

şahəm, ədlü insafiη qani? Gər səfa əhlindən olduη məşrəbi-safıη qani(N.II220); 

Canimi yandirdi şövqiη, ey nigarım, qandəsən?  Gözlərim nuri, iki aləmdə varim, 

qandəsən? (N.II36); Aləm içində bigüman sənsən, əmiri dilbəran! Gör ki, bu rəsmə 

padişah qənqi sipah içindədir! (N.I144). 

Nəsiminin dilində  oğuz qrupu türk dillərinə aid xüsusiyyətlər üstünlük təkil 

etsə də, yeri gəldikcə, qıpçaq qrupu türk dili elementləri də özünü göstərir. Məsələn, 

qənqi sual əvəzliyi “Divan”ın Daşkənd nüsxəsində  qəysi variantındadır. Nəsimi 

əsərlərinin elmi tənqidi mətnini hazırlamış C. Qəhrəmanov yazır ki, şairin əsərləri-

nin Daşkənddə köçürülmüş nüsxəsində özbək-cığatay elementləri üstündür və ümu-

miyyətlə, Daşkənd nüsxəsi özbək türkcəsinə uyğunlaşdırılmışdır (9, s. 42). 

Göründüyü kimi, bütün bu əvəzliklərin  əsasında  xa//qa elementləri durur. 

Qeyd etmək lazımdır ki, əvəzlik əsaslarında ilk x//q samitləri təxminən XV əsrdən 

başlayaraq h samiti ilə əvəzlənməyə başlayır (1, s. 16). H samiti bu gün də bir çox 

sual  əvəzliklərinin başlanğıcında öz mövqeyini saxlayır:  haçan? hansı? hanı? 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



19

hara? V. İ. Aslanov göstərir ki, söz əvvəlində h qədim türk dillərində kay//qay//qa 

ilə əvəz edilir. Türk dillərindən fərqli olaraq qədim monqol dilində XIII-XIV əsrlərə 

qədər h bütün səviyyələrdə iştirak edir (1, s. 59). Türk dillərində əvəzliklərin tarixi 

inkişafını izləmiş F. D. Aşnin ha-nı çoxmənalı söz adlandırır və onun mənalarının 

birinin də «указательная частица» olduğunu qeyd edir (5, s. 432). Nəzərə alsaq 

ki, (bəzən bunlara hissəcik də deyilir) ən qədim dil vahidləridir, o zaman ha 

ədatının sonralar işarə etmə funksiyasını qazanma funksiyasını  qəbul etmək olar, 

çünki bu gün ha hissəciyi bəzi dialektlərdə  işarə funksiyası kimi fəaliyyətdədir: 



habu, hablə (Şəki dialekti, 109). 

4)

 

Arxaik təyini  əvəzlikləri:  “Divan”da rast gəlinən arxaik təyini 

əvəzlikləri bunlardır:  kəndu, kəndözi:  Nəsimi, sən yəqin  əhli-nəzərsən,  Bu üç 



nəsnəyi qıl  kəndunə adət! (N.I69);  Kənduyi bilmiyən bu dəm qorqu nədür, nə 

bilsün ol, Kəndusini bilənlərə sur nədür, xətər nədür?! (N.I271)Sən humayi-lamə-

kansan,  kəndözindən bixəbər! Gəlmədiη  ta  kim,  görəsən mənzili-əlayi-eşq! 

(N.I429);  Der Nəsimi sana, əqlin yar isə,  Kəndözümni yazaram fərmana mən 

(N.II226). 

“Divan”da  öz, kəndu, kəndözi paralel olaraq işlənir. Bu proses Azərbaycan 

ədəbi dili tarixində  təxminən XVII əsrə  qədər davam etmiş, fəaliyyətdə olduğu 

dövrlərdə xalq dilinə, eləcə  də, xalq yaradıcılığının dilinə daxil olmamış, yalnız 

ədəbi  əsərlərin, klassiklərin dilində  fəaliyyət göstərmişdir (17, s. 176). Bununla 

yanaşı, kəndi əvəzliyi həm qədim turk (osmanlı) abidələrində, həm də çağdaş türk 

dilində işlənməkdədir (14, s. 562). 

Qeyd etmək lazımdır ki, professor H. Mirzəzadənin kəndi əvəzliyinin folklor 

janrının dilində müşahidə edilməsi haqqında mülahizələri bu gün olduğu kimi qəbul 

edilə bilməz, çünki ədəbi dilimizin son illərdə  tədqiqi ilə  əlaqədar qeyd edilir ki, 

Azərbaycan klassik ədəbi dilinin böyük bir qolunu təşkil edən və  mədəniyyət 

tariximizin XVI, XVII, XVIII, XIX yüzillərində yazıya alınmış Azərbaycan xalq 

dastanlarının dilində kəndi əvəzliyi fəal şəkildə əksini tapır (16, s, 160 ). 

Türkoloji  ədədbiyyatlarda  kəndi  əvəzliyinin müxtəlif yozumları mövcuddur: 

S. E. Malov kəndi sözünü kin-göbək sözü ilə, E. İ. Ubryatova özünəməxsus sözü ilə, 

türk alimi Əli Ülvi Elove köndük-müstəqil olmaq sözü ilə (15, s. 393; 3, s. 329; 11, 

s. 203; 11, s. 176) əlaqələndirirlər. A. N. Kononov bu əvəzliyi müasir türk dilində 

özünəməxsus, öz- özü mənasında işləndiyini qeyd edir. Bizə elə gəlir ki, türk alimi 

E. Ü. Elovenin fikri ilə türkoloq A. N. Kononovun fikirləri yaxındır və biz də bu 

fikirlərə  dəstək veririk, çünki müasir Azərbaycan dilində  də, türkoloqların qeyd 

etdiyi kimi, özünəməxsus, öz fikrində müstəqil  mənasını ifadə edən  köntöy sözü 

vardır. Bununla bərabər,  kəndi  əvəzliyinin türk dillərində çin mənşəli söz olması 

fikri də maraqlıdır (16. s, 160). Kəndi Azərbaycan dialektlərindən yalnız  Şəki 

dialektində müşahidə olunur (12, s. 23).  

İlk mənbələr və ixtisarlar 

   

1.  M.Kaşqari. Divanü lüğat-it türk.― ─ −MK 

2.  İmadəddin Nəsimi əsərləri  İ.II  

3.  “Şeyx Səfi” təzkirəsi XVI əsr – ŞS. XVI 

4.  “Şühədanamə” XVI əsr – Şüh.XVI 

5.  “Kitabi-Dədə Qorqud” Bakı, 1988 – KDQ 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



20

6.  Şah İsmayıl Xətayi XVəsr – ŞİX 

7.  N. Kişvəri, XV əsr – K 

8.  M.Füzuli – F 

 

Ədəbiyyat 



 

1.  В.И.Аслопов.  Из  этюдов  по  исторической  фонетике  азербайджанского 

языка (о фонеме). Известия АН Азерб ССР, 1967, №1 

2.  С.Г.Ализаде. Именные части речи в «Шухаданаме». Баку, 1966 

3.  B.Atalay. Türk dilində ekler və köklər üzerine bir deneme. Istanbul, 1942. 

4.  Ф.Д.Ашнин.  Указательные  частицы  в  тюркских  языках.  Известия 

АНСССР, 1958, №5. 

5.  Ф.Д.Ашнин. 

Принципы 

дифференцации 

тюркских 

указательных 

местоимений. Вопросы языкознания. М-Л., 1958, №2. 

6.  Н.А.Баскаков. О состоянии значений личных и указательных местоимений 

в тюркских языках. Известия АН СССР, 1951, №1. 

7.  И.А.Батманов. 

Язык 

енисейских 



памятников 

древнетюркской 

письменности. Фрунзе, 1959. 

8.  Б.А.Богородицский. Введение в татарское языкознание в связи с другими 

тюркскими языками. Казань, 1949. 

9.  C.Qəhrəmanov. Nəsimi əsərlərinin tənqidi mətninin tərtibi. Əsərləri, I c., Bakı, 

1973. 

10. З.Г.Гаджнева.  Язык  азербайджанского  письменного  памятника  ХVI  в. 



Поэмы «Варга и Гюльшах» Баку, 1980. 

11. J.Deni. Türk dili qrameri. Osmanlı lehcesi. Tercümü edeni. Osmanlı Elovle. 

İstanbul, 1941-1945. 

12. М.И.Исламов.  Древние  формы  личных  азербайджанского  языка.  Сов. 

Тюркология. 1972, №3 

13. Ф.Г.Исхаков.  Местоимения.  Исследование  по  сравнительной  грамматике 

тюркских языков. т. II., Москва, 1956. 

14. А.Н.Кононов.  Грамматика  совроменного  турецкого  литературного  языка. 

М-Л, 1956. 

15. С.Е.Малов. Памятники древнетюркской письменности. М-Л, 1951. 

16. C.H.Mehdiyeva. folklor abidələrinin linqvo-poetik tədqiqi. Bakı, Elm, 2003. 

17. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi morfologiyası. Bakı,1962. 

18. H.Mirzəzadə. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı,1991. 

19. Л.А.Покровская. Грамматика гагаузского языка. М, 1964. 

20. СЭВ. Этимологический словарь тюркских языков. М,1974. 

21. СЭВ. Аффиксы именного словообразования в азербайджанском языке. М, 

1966. 

22. Б.А.Серебренников,  Н.З.Гаджиева.  Сравнительно-историческая  грамма-



тика тюркских языков. Баку, 1979. 

23. А.Ш.Садыхов.  Язык  азербайджанского  письменного  памятника XVI в. – 

тезкире. «Шейх Сефи» . Баку, 1972 

24. И.Суяров.  местоимения  в  современном  узбекском  литературном  языке. 

Самарканд, 1985. 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



21

25. Füzuli M. Seçilmiş əsərləri. I c., Bakı, 1958. 

26. А.М.Щербак. Грамматический очерк языка тюркских текстов X-XIII вв. из 

восточного Туркестана. М.-Л., 1961. 

27. А.М.Щербак.  Очерки  по  сравнительной  морфологии  тюркских  языков. 

Имя. 1977. 

28. Ə.C.Şükürov, A.M.Məhərrəmov. Qədim türk yazılı abidələrinin dili. Bakı, 

1976. 


29. В.Гукасян. Древние тюркизмы в удинском языке. Известия АН Азерб. ССР 

сер. лит. языка и исскуства, №2, 1978. 

30. V.Qukasyan. Udincə-Azərbaycanca-rusca lüğət. Elm. Bakı. 1974. 

 

 

Шукюрзаде Шахназханум  

Имена-архаизмы в словарном составе языка Насими 

Резюме 

 

Имена-архаизмы  (имя  существительное,  прилагательное,  местоимение), 



фонетические  и  лексические  архаизмы,  в  словарном  составе  языка  Насими, 

делятся на две группы. Архаизмы-имена существительные, использованные в 

«Диванах», полностью вышли из употребления, остались только в диалектах и 

наречиях и остались словами, которые употребляются только в определенных 

выражениях. 

Архаизмы-прилагательные бывают простыми, составными и сложными. 

В  общем,  язык  Насими  и  современный  литературный  словарный  состав 

азербайджанского языка имеют идентичность. 



 

Shukurzade Shakhnazkhanim  

Names - archaisms in the vocabulary of the Nasimi’s language 

Summary 


 

  Names - archaisms (nouns, adjectives, pronouns) phonetic and lexical 

archaisms in the vocabulary of the Nasimi’s language divide into two groups. 

Archaisms – nouns, used in the “Divan” are out of use now, remaining only in the 

dialects and being used only in some clauses.    

  Archaisms-adjectives can be simple, compound and complex. In general the 

language of Nasimi and modern vocabulary of literary Azerbaijani language have 

identity. 

 

Rəyçi:             Sevil Mehdiyeva 



              filologiya elmləri doktoru, professor 

  

 



 

  

 



 

 


 

Filologiya  məsələləri – №3, 2014

 

 



22

GÜNAY QULİYEVA  

AMEA Əlyazmalar İnstitutu

 

quliyeva.gunayy@mail.ru 

 

ƏRƏB DİLİNDƏ FELİN MƏNA NÖVLƏRİ  



 

Açar sözlər: fel babları, məna ifadə etmək, yaranmaq; 

Ключевые слова: породы глагола, выражать смысл, создаваться; 

Key words: kinds of meaning of the verbs, express the meaning, to be created. 

 

Ərəb dilində iri həcmli və mürəkkəb sözdüzəldici və sözdəyişdirici sistemə 



malik olan felin ən sadə, ilkin və əsas struktur tipi َﻞَﻌَﻓَﻞِﻌَﻓ

 

və َﻞُﻌَﻓ formalarında çıxış 

edir. َﻞَﻌَﻓ şəkilli fellər çox vaxt iş və ya hərəkət, َﻞِﻌَﻓ şəkillər az, َﻞُﻌَﻓ şəkillər isə çox 

davam edən hal və ya vəziyyət bildirir. 

Üç samitli fel babları: 

َﻞَﻌَﻓ

                           

 

- İşin yarandığı yerə gəlmək və ya getmək: َرﺎَﻏ mağaraya gəldi (getdi) 

- Felin bağlı olduğu ismin obyektə daxil olması. “Müncid”də yazılır: 

     


َﺖْﻴَﺒﻟا

 

َحاَر 

 Külək evə daxil olur. 

- Felin bağlı olduğu ismin ifadə etdiyi məkana çıxış: 

  

 ٌنﻼﻓ اَﺪَﺑ





 

َﺔَﻳدﺎَﺒﻟا َجَﺮَﺧ

   

  Filankəs səhraya çıxdı.  

- Subyektin felin bağlı olduğu ismə malik olması: ُﻞُﺟﱠﺮﻟا َلﺎَﻣ Adam mal sahibi 

oldu, varlandı. 

     - ُﺔَﻧﻮُﻨْﻴَﺤﻟا - gəlmə (zaman), nəyin isə vaxtının gəlməsi: ﻼَﺻ 

 

 Namaz vaxtı yetişdi.  



     - Felin bağlı olduğu ismin hərəkət etdirilməsi: َﻒَﺘَآ 

  

çiyinlərini tərpətmək 



     - Felin bağlı olduğu ismi toplamaq:

 َشاَر 

 )

 ﺶﻳر

(

  

lələk, qələm toplamaq 



     -  ُﺔَﻣﺎَﻗﻹا -felin bağlı olduğu zaman isminin bildirdiyi zamanda haradasa qərar 

tutmaq:  ِنﺎَﻜَﻤﻟﺎِﺑ َظﺎَﻗ



 

 (yayın ən qızmar vaxtı) yayda (hardasa) qərar tumaq 



َﻞِﻌَﻓ

                            

                                

-  ِةَﺮْﺜَﻜﻟا  ﻰَﻨْﻌَﻤِﺑ - çoxalmaq mənasında:

 

  ُنﺎَﻜَﻤﻟا  َﺊِﺑَو



  →

  ُﺄَﺑَﻮﻟا  ِﻪﻴِﻓ  َﺮُﺜَآ

Orada xəstəlik 

çoxaldı 

َﺲِﺒَﻟ ﻰَﻨْﻌَﻤِﺑ - geyinmək mənasında: 



 َﺐِﻠَﺳ

 →

َبﻼّﺴﻟا َﺲِﺒَﻟ

 Qara paltar geyindi. 

َﻢُﻈَﻋ ﻰَﻨْﻌَﻤِﺑ - böyük olmaq mənasında: 

 َﻒِﺘَآ

 →

ُﻪُﻔْﺘَآ َﻢُﻈَﻋ

  Çiyinləri böyük oldu, 

böyüdü. 

ُعﺎَﻄِﻘْﻧﻻأ - qırılmaq mənasında: 



  ُﻞُﺟﱠﺮﻟا  َبِﺮَآ

  →

َﻘْﻧإ

ِﻩِﻮْﻟَد ُبَﺮَآ  َﻊَﻄ

 Kişinin vedrəsinin 

ipi qırıldı. 

ُرﻮُﻬﱡﻈﻟا - zühur etmək, çıxmaq mənasında: 

     ُﺮﻴِﻜﱠﺸﻟا ﺎَﻬْﻨِﻣ َجَﺮَﺧ

 

-

 ُةَﺮَﺠﱠﺸﻟا ِتَﺮِﻜَﺷ Ağacın kökündən yeni zoğlar çıxdı. 

ِءْﻲﱠﺸﻟا ﻲِﻓ ُﺔَﺒْﻏﱠﺮﻟأ - istəmək mənasında: 

 َﻢِﺤَﻟ

 →

ا ﻰَﻬَﺘْﺷإ

َﻢْﺤﱠﻠﻟ

 Ət yemək istədi. 

ِﺮْﻣﻷا ﻲِﻓ ُعﻮُﻗُﻮْﻟأ - düşmək mənasında: 

 َﻢِﺛأ

 →

ِﻢﺛﻹا ﻲِﻓ َﻊَﻗَو

 günaha batmaq (düşmək) 



َﻞُﻌَﻓ

                           

 

ُةَروُﺮﻴﺼﻟا - olmaq mənasında: 



 َﻢُﺤَﻟ

 →

ٍﻢْﺤَﻟ اَذ َرﺎَﺻ

 Ətləndi. 

ُةَﺮﺜﻜﻟا - çox olmaq mənasında: 

َﻊُﻤَﻃ

 → 


ُﻪُﻌْﻤَﻃ َﺮُﺜَآ

Dadı çoxaldı. 

-  ُةﺎَآﺎَﺤُﻤﻟاو  ُﻪﱡﺒَﺸﱠﺘﻟا - oxşamaq, bənzəmək mənasında: 

  َبُؤَذ

  →

ُﻪَﻬَﺒْﺷأ

 Canavara 

bənzədi.

َﻞﱠﻌَﻓ

                           

 

İkinci kök samitinin ikiləşdirilməsi yolu ilə birinci babdan düzəlir. Mənaları: 



 

Filologiya  məsələləri – №3, 2014

 

 



23

Hərəkətin şiddətli olduğunu bildirir: َﺮَﺴَآ sındırmaq →  َﺮﱠﺴَآ  çilik- çilik etmək 

- hərəkətdə çoxlu subyektin iştirakı: ُلﺎَﻤﻟا َتﱠﻮَﻣ Sürü kütləvi halda qırıldı. 

- Təsirlilik ifadə edir:  ُﻪُﺘْﻤﱠﻠَﻋ و ُﻪُﺘْﺣﱠﺮَﻓ

 

 Onu sevindirdim və öyrətdim. 



- Felin bağlı olduğu ismin bildirdiyi zamanda hərəkət bildirir: 

     


 

 َﺮﱠﺠَه

 →

ِةَﺮِﺟﺎَﻬﻟا ﻲﻓ َرﺎَﺳ

günorta vaxtı yola çıxmaq 

- Felin düzəldiyi ismin bildirdiyi məkana, yerə getmək və ya gəlmək: 

İbn Əhmər deyir: “ٌﺮﱢﺼَﺒُﻣ ﻲﱢﻧَأ ُﺖْﻴَﻗﻻ ْﻦَﻣ ُﺮﱢﺒَﺧُأ” 

     “ Qarşılaşdığım hər kəsə bildirirəm ki, mən Bəsrəyə gedirəm.” 

- Felin düzəldiyi say qədər hərəkətin təkrarlanması: 



َءﺎﻧﻻا َﻊﱠﺒَﺳ

 

 →

ٍتاﱠﺮَﻣ َﻊْﺒَﺳ ُﻪَﻠﱠﺴَﻏ

 Qabı yeddi dəfə yudu. 

-  ِﺲﻴِﺒْﻠﱠﺘﻟا  ﻰَﻨْﻌَﻤِﺑ - geyindirmək mənasında: 

  ُﻪَﻤﱠﻤَﻋ

  →

َﺔَﻣﺎﱠﻤَﻌﻟا  ُﻪَﺴَﺒْﻟأ

 Ona əmmamə 

geyindirdi. 

ﻰَﻄْﻋأ - vermək mənasında:  



 ﺎَهَدﱠوَز

 →

ًاداَز ﺎَهﺎَﻄْﻋأ

 - Ona azuqə verdi. 



 َﺮﱠﻬَﻇ

 →

ِﺮْﻬﱡﻈﻟا ُﺖْﻗَو َنﺎَﺣ

 Günorta vaxtı gəldi. 

-  ِﺐﱠآَﺮُﻤﻟا  ِﺔﻳﺎﻜﺣ  ُرﺎَﺼِﺘْﺧإ Mürəkkəb birləşməni bildirir: َﻢﱠﻠَﺳ  → َمﺎَﻠَﺴﻟا  َلﺎَﻗ

  

salam 



vermək 

ُﻪﱡﺟَﻮﱠﺘﻟا - yönəlmək:  



َقﱠﺮَﺷ َو َبﱠﺮَﻏ  Qərbə və şərqə doğru yönəldi.  

  

َﻞَﻋﺎَﻓ



                       

 

 

Üçüncü bab birinci kök samitindən sonrakı saitin uzanması vasitəsilə yaranır. 



Bu babın ifadə etdiyi əsas mənalar aşağıdakılardır: 

- İş və ya hərəkətin başqa obyektə yönəldiyini bildirir. Məsələn: 



Yüklə 4,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin