8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə22/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   126
Dadaş Xoca oğlu
Bünyadzadə 1888‑ci ilin
aprel ayında Bakının
Fatmayı kəndində anadan
olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1920–1922)
Dadaş Bünyadzadə
Azərbaycanda maarif
işində tez bir zamanda
yüksəliş əldə etmək üçün
müəllim hazır lığını,
məktəblə ictimaiyyət
arasında üzvi əlaqə
yaradıl masını ən mühüm
vəzifə hesab edirdi


mədəni‑məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra
qərarlar qəbul edir.
Maarif komissarı Dadaş Bünyadzadənin imzaladığı bir
Dekretdə göstərilirdi ki, maarif xadimləri birinci növbədə
ərzaqla təmin olunacaq, maarif işçiləri tutduqları evlərdən
çıxarılmayacaqlar. Həmçinin sənəddə maarif xadimlərinə və
onların ailələrinə aid əşyaların müsadirə edilməyəcəyi, onların
maarif işlərindən və iməcilikdən başqa digər əmək işlərinə cəlb
olunmayacağı, vilayət, qəza və yerli hökumətin maddi cəhət ‑
dən maarif xadimlərinə müavinət verəcəyi əksini tapır.
1920‑ci ildə Dadaş Bünyadzadənin imzası ilə XMK bir sıra
mühüm qərarlar qəbul edib. Azərbaycan dilində məktəb sənəd ‑
lə rinin aparılması,  Azərbaycan Dövlət Universiteti haq qında,
universitet işçilərinin əmək haqqı barəsində, şagird ictimai təş ‑
kilatlarına dair,  orta məktəblərin quruluşunun də yiş dirilməsi,
məktəb işlərinin əsasları, tədris planları haqqın da, özünüidarə,
qüsurlu uşaqlar haqqında və digər qərarlar onun xalq maarifi
komissarı işlədiyi dövrün ölkənin təhsil həyatındakı mühüm
rolunu əks etdirir.
Azərbaycan müəllimlərinin IV qurultayındakı çıxışında
vurğulayıb: «… bu gün müəllimlərimiz bir yandan kəndliləri
maa  rif ləndirməli,  digər tərəfdən …onlara təsərrüfat savadı
verməlidirlər».
Azərbaycan XKS‑nin sədri Dadaş Bünyadzadə 25–27
yanvar 1931‑ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin
V qu rultayındakı məruzəsində yeni əlifbaya keçilməsini ən bö ‑
yük nailiyyət adlandırıb.
Dadaş Bünyadzadə repressiyaya məruz qalıb, 1938‑ci ildə
dünyasını dəyişib.
56
Respublikada müəl ‑
limə olan ehtiyacı
ödəmək üçün XMK
1920–1922‑ci illərdə
qısamüddətli kurslar
açır, müəllimlərin
mədəni‑məişət şərai tini
yaxşılaş dırmaq
məqsədilə bir sıra
qərarlar qəbul edir



MUSTAFA ZƏKƏRİYYƏ OĞLU  
QULİYEV
(1893–1938)


Mustafa Zəkəriyyə oğlu Quliyev 1893‑cü ildə Nuxa (in‑
diki Şəki) şəhərində anadan olub.
1913‑cü ildə Tiflis gimnaziyasını bitirib. Sonra Kiyev
Univer sitetinin fizika‑riyaziyyat fakültəsinə daxil olub. 1918‑ci
ildə Kiyevdə bolşevik partiyası sıralarına qoşulub, çox keç mə ‑
dən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri se çi ‑
lib. 1919‑cu ildə Bakıya gəldikdən sonra gizli siyasi fəaliy yət
göstərib, RK(b)P‑nin XI qurultayında (1922) Leninlə görüşüb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o,
Azərbay can Mərkəzi İcraiyyə Komitəsinə,  Zaqafqaziya Mərkə ‑
zi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK‑ya, Bakı Ko ‑
mitəsinə üzv seçilib.
Mustafa Quliyev bir müddət Lənkəranda qəza inqilab
ko mi tə sinin sədri (1920),  Azərbaycan Kommunist (bolşevik)
Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin