8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə20/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   126
Nurməhəmməd bəy
Ədilxan oğlu Şahsuvarov
1883‑cü ildə Azərbaycanın
Zəngəzur qəzasının
Minkənd kəndində
anadan olub
Xalq maarifi və dini
etiqad naziri vəzi fəsində
çalışıb (1920)
Nurməhəmməd bəy Şahsuvarov
Dağlı Respublikasının xalq
maarifi naziri vəzifəsində
işləyərkən (1918)


1919‑cu il iyunun əvvəlində Bakıya gələn Nurməhəm ‑
məd bəy Şahsuvarov Azərbaycan Demokratik Respublikası
Nazir lər Şurasının sədri, 4‑cü Hökumət Kabinetində xalq
maarifi və dini etiqad nazirinin müavini vəzifəsini icra etməyə
başlayıb. O, Azərbaycanın şəhər və kəndlərində ana dilində
məktəb və seminariyaların açılması və digər mütərəqqi təd bir ‑
lə rin həyata keçirilməsində böyük əmək sərf edib.  Azərbay ‑
canın ilk ali məktəbi olan Bakı Dövlət Universitetinin təşki ‑
lində Nurməhəmməd bəy Şah suvarov xüsusi xidmət göstərib.
«İttihad» partiyasının üzvü Nurməhəmməd bəy Şahsuva ‑
rov Na zirlər Şurasının sədri Nəsib bəy Yusifbəylinin 2‑ci Höku ‑
mət Kabinetində xalq maarifi və dini etiqad naziri təyin olunub,
25 gün sonra – martın 30‑da bütün kabinet ilə birlikdə istefa verib.
1920‑ci il aprelin 27‑də baş verən hadisələrdən sonra Nur ‑
mə 
həmməd bəy Şahsuvarov Azərbaycan SSR xalq maarifi
komis sa rının müavini təyin olunub.  O,  həmin dövrlərdə Bakı da
pe daqoji  və Səmədağa  Ağamalıoğlu adına torpaq və geode zi ya
texnikumlarında rus dilindən dərs deyib. Sonralar Bakı Döv lət
Universitetində rus dili kafedrasının müdiri, Azərbay can Neft
və Kimya İnstitutunda isə rus dili müəllimi işləyib.
Keçmiş Sovetlər Birliyində 1930‑cu illərdə tüğyan edən
repressiya dalğası ondan da yan keçməyib. 1940‑cı ildə qon‑
darma ittihamlarla həbs olunan və Krasnodar diyarına sürgü ‑
nə göndərilən Nurməhəmməd bəy Şahsuvarov orada da öz
ixti sası üzrə dərs deyib. Üç il sonra – 1943‑cü ildə sürgündən
Ba kıya qayıdıb, Azərbaycan Tibb İnstitutunda rus dili kafed ‑
rasının müdiri və müəllimi işləyib. Azərbaycanda rus dili sa ‑
həsində bir mütəxəssis kimi məşhur olub.
Nurməhəmməd bəy Şahsuvarov Feona Kuzmişina adlı
xanımla ailə həyatı qurub, bu izdivacdan Cahangir adlı oğlu
dünyaya gəlib. Cahangir bəy Şahsuvarov Moskvada yaşayıb,
ali təhsil alıb, Moskva Yerin Fizikası İnstitutunda çalışıb, fizika‑
riyaziyyat elmləri doktoru olub. Onu da xa 
tırladaq ki,
Nurməhəmməd bəyin təmsil olunduğu Şahsuvar lılar nəslin ‑
dən çoxsaylı alimlər çıxıb. Onun qardaşı Mürsəl bəy Azər ‑
baycan Xalq Cüm huriyyətinin xaricə təhsil almağa gön dərdiyi
100 azərbay canlı tələbədən biri olub.
Öz dövrünün tanınmış şəxsiyyətlərindən biri olan Nur ‑
mə həmməd bəy Şahsuvarov 1958‑ci il avqustun 11‑də Bakıda
və fat edib.   
52

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin