8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə30/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   126
Respublikanın həyatında
fəal iştirak edən Maqsud
Məmmədovun həmin
dövrdə gördüyü işlər
mətbuat səhifələrində 
öz əksini tapıb, onun
müxtəlif məsələlərlə bağlı
çıxışlarına geniş yer
verilib


AĞA İSMAYIL OĞLU  
SULTANOV
(1901–1936)


Ağa İsmayıl oğlu Sultanov 1901‑ci ildə Bakı şəhərində
anadan olub.
Güzəranın ağırlığına görə ibtidai təhsildən sonra dəmirçi
yanında şagird kimi sənət öyrənməyə başlayıb. 1917‑ci ildə
inqilabi hərəkata qoşulub, 1919‑cu ildə bolşevik partiyası
sıralarına qəbul edilib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra
Hacıqabul və Şamxor (indiki Şəmkir) qəza inqilab komitələ ‑
rinin sədri (1920–1933), Azərbaycan diviziyasında şöbə rəisi və
partiya komissiyasının katibi, Stalin rayon Partiya Komitəsi
təşkilat şöbəsinin müdiri, Gəncə mahal Partiya Komitəsinin
katibi, AK(b)P MK‑nın ikinci katibi vəzifələrində çalışıb.
1931‑ci ildə Ağa Sultanov Azərbaycan Sovet Sosialist Res ‑
pub likasının xalq maarifi komissarı təyin edilir. Bu dövr
respublika tarixində çox mürəkkəb bir dövr idi. Ümumtəhsil
məktəblərinin sayı artırılmalı, pedaqoji kadr hazırlığı kəmiyyət
və keyfiyyətcə yaxşılaş dırılmalı, elmi‑metodik təminat istiqa ‑
mətində köklü işlər görülməli idi. Sələflərinin başladıq ları işi
davam etdirməklə yanaşı, Ağa Sulta nov yeni uğurlar naminə
Xalq Maarifi Komissarlığı əməkdaşlarının imkan larını səfər ‑
bərliyə almış, məktəb tikintisi, tədris ocaqlarının maddi‑texniki
təchizat  sahələ rin  də  nailiy yətlər  qaza nılmasına  çalışmışdır.
1933‑cü ildə Gürcüstana göndərilib, Axalsix rayon Partiya
Komitəsinin katibi vəzifəsində çalışıb. Gürcüstan K(b)P MK və
ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin üzvü olub. Gür cüstan
SSR və ZSFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.
Ağa Sultanov 1936‑cı ildə dünyasını dəyişib.  
71

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin