8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə31/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   126
Ağa İsmayıl oğlu
Sultanov 1901‑ci ildə Bakı
şəhərində anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1931–1933)
Ağa Sultanov məktəb
tikintisi, tədris
ocaqlarının maddi‑texniki
təchizatı sahəsində dönüş
yaratmağa nail olub


MAHMUD SƏFƏR OĞLU  
AĞAYEV
(1897–1937)


Mahmud Səfər oğlu Ağayev 1897‑ci ildə Bakıda anadan
olub.
1910‑cu ildə ibtidai rus‑tatar (rus‑Azərbaycan) məktəbini
bitirib. Atası ilə İrana gedib, bir müddət orada yaşayıb. 1912‑ci
ildə Azərbaycana qayıtdıqdan sonra dərzi sənətinə yiyələnib.
Fəal ictimai işlərə qoşulub, 1917‑ci ildə bolşevik partiya ‑
sının üzvlüyünə qəbul olunub. 1922–1925‑ci illərdə Moskvada
Kommunist Universitetində, 1929–1933‑cü illərdə isə Qırmızı
Professura Ədəbiyyat İnstitutunda oxuyub.
Dövrünün mötəbər ali məktəblərində təhsil almış Mah ‑
mud Ağayev Azərbaycana qayıtdıqdan sonra əvvəlcə AK(b)P
MK‑nın orqanı  olan «Bolşevik»  jurnalının redaktoru və zi fə ‑
sində çalışıb. Sonra o, «Kommunist» qəzetinə redaktor təyin
edilib. Mətbuat sahəsindən AK(b)P Bakı Komitəsinə şöbə
müdiri göndərilib, respublika marksizm‑leninizm kurslarının
direktoru vəzifəsində çalışıb. AK(b)P MK və Azərbaycan SSR
MİK‑in üzvü olub. 
Mahmud Ağayev 1934‑cü ildə Azərabycanın xalq maarifi
komissarı vəzifəsində çalışıb.
1934‑cü il sentyabr ayının 3‑də SSRİ XKC və ÜİK(b)P MK
ibtidai, natamam orta və orta məktəbdə tədris işinin təşkili və
daxili intizam haqqında qərar qəbul edib. Bundan sonra hər
bir sinifdə dərslərin miqdarı müəyyənləşdirilir, məktəblərə
qəbul, sinifdən sinfə keçmə, şagirdləri rəğbətləndirmə və
cəzalandırma, şagird bileti, şagirdlər üçün qaydalar və s.
haqqında mühüm tədbirlər həyata keçirilib.
1934‑cü ildə xalq maarifi sahəsində ən mühüm məsələ
ibtidai və orta məktəblərin quruluşundakı dəyişikliklərlə bağlı
idi. XKS və ÜİK(b)P MK‑nın 15 may 1934‑cü il tarixli qərarına
əsasən ibtidai məktəblər 4 sinifdən (I–IV), natamam orta
məktəblər 7 sinifdən (I–VII) və orta məktəblər 10 sinifdən (I–X)
ibarət təşkil edilib.
Mahmud Ağayev xalq maarif komissarı işlədiyi dövrdə
məktəblərdə bədən tərbiyəsi dərsləri, davamiyyət, şagirdlərin
ictimai işləri, dərsin müddəti, tənəffüslər, ev tapşırıqlarının
həcmi, məktəblərdə dərsin başlanması və s. məsələlərlə
əlaqədar mühüm sənədlər qəbul edilib.
Mahmud Ağayev 1937‑ci ildə vəfat edib.
73

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin