8 tn(end) tnazirler qxd


Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu ye ‑



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə29/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   126

Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu ye ‑
nidən Mərkəzi Komitədə işləməyə dəvət edirlər. 1936–1937‑ci
illərdə Azərbaycan K(b)P MK‑nın şöbə müdiri işləyib, 1937‑ci
il iyulun 29‑dan sentyabrın 19‑na qədər «Azərnəşr»in direkto ‑
runun səlahiyyətlərini icra edib. Respublikanın həyatında fəal
iştirak edən Maqsud Məmmədovun həmin dövrdə gördüyü
işlər mətbuat səhifələrində öz əksini tapıb, onun müx təlif
məsələlərlə bağlı çıxışlarına geniş yer verilib.
Marksizm‑leninizm ideyalarının fəal təbliğatçısı olan
Maqsud Məmmədov Azərbaycan K(b)P MK‑nın büro üzvü
seçilib, 1933‑cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə
Azərbaycan dilində nəşr olunan «V. İ. Lenin. Seçilmiş əsərləri»
altıcildliyinin redaksiya heyətinin tərkibinə daxil edilib.
Həmçinin V. İ. Leninin Azərbaycan dilində nəşr olunmuş digər
seçilmiş əsərlərinin redaktor və tərcüməçilər qrupunun tərki ‑
bində təmsil olunub.
1925–1927‑ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi ‑
nin, 1930–1934‑cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin,
1931‑ci ildən Azərbaycan K(b)P MK‑nın, 1931–1933‑cü illərdə
Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilib.
O, 1937‑ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı
tərəfindən həbs olunub, repressiyaya məruz qalıb.
Maqsud Məmmədov 1938‑ci ildə vəfat edib.
69

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin