8 tn(end) tnazirler qxd



Yüklə 3,85 Mb.
Pdf görüntüsü
səhifə25/126
tarix25.12.2016
ölçüsü3,85 Mb.
#2848
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   126
1925‑ci ildən ümumi
ibtidai icbari təhsilə
keçilib



RUHULLA ƏLİ OĞLU 
AXUNDOV
(1897–1938)


Ruhulla Əli oğlu Axundov 1897‑ci il yanvarın 13‑də Bakı ‑
nın Şüvəlan kəndində müəllim ailəsində anadan olub.
Dörd yaşı olanda atası vəfat edib, çətinliklərlə böyüyüb. Əv ‑
vəl cə kənd məktəbində təhsilə başlayan,  sonra Bakı şəhər I realnı
məktəbində oxuyan sakittəbiətli, mütaliəyə meyilli Ruhulla
Axun dov 1916‑cı ildən mətbəədə korrektor və tərcüməçi işləyib.
1917–1920‑ci illərdə inqilabi mübarizədə iştirak edib, bol ‑
şevik partiyası sıralarına qoşulub. O, «Bakıətrafı fəhlə, əsgər və
matros deputatları şurasının əxbarı» (1918), «Hürriy yət» (1919),
Azər baycan dilində çıxan gizli bolşevik «Kommunist»  qəzet ‑
lərinin (1919) redaktoru olub. 1920–1921‑ci illərdə Mos kva da
V.İ.Le nin lə görüşüb.  Sonralar  AK(b)P BK‑nın katibi,  AK(b)P MK
katibi,  «Azərnəşr»in direktoru,  ÜİK(b)P Zaqaf qa zi ya Ölkə
Komitəsinin katibi kimi mühüm vəzi fələrdə çalışıb.
Marksizm‑leninizm klassiklərinin əsərlərinin,  Kom mu ‑
nist Partiyasının ikinci proqramının Azərbaycan dilinə tərcü ‑
mə sində iştirak edib, «Kənd füqərası», «Bakinski raboçi», iki ‑
cild lik «Rusca‑türkcə lüğət»in redaktoru olub.  Azərbaycan SSR
və SSRİ MİK‑in üzvü, ÜİK(b)P‑nin bir neçə qurul 
tayına,
Kominternin II konqresinə nümayəndə seçilib. Lenin ordeni
ilə təltif edilib.
1927–1930‑cu illərdə Azərbaycanın xalq maarifi komissarı
olan Ruhulla Axundov hələ Azərbaycanda sovet hakimiy ‑
yətinin qurul duğu ilk illərdə yazırdı ki,  tarix Azərbaycanın
öhdəsinə Yaxın Şərq zəhmətkeşlərinin avanqardı olmaq kimi
bir vəzifə qoyulub. Bəs, savadsız Azərbaycan lazımi mədəni
səviyyəyə çatmadan Şərq ölkələrinin rəhbəri ola bilərmi?
1923‑cü ildən yeni əlifbanın tətbiqi məsələsində fəallıq
göstərən Ruhulla Axundov  Yeni Əlifba Komitəsinin orqanı
olan «Yeni yol» qəzetinin səhifələrində bu mövzuda bir sıra
məqalələrlə çıxış edib.
Xalq maarifi sahəsində məktəbəqədər tərbiyə müəssi ‑
sələrinə özək kimi dəyər verən Ruhulla Axundov  tədris plan
və proqram larının keyfiyyətini yaxşılaşdırmağı vacib sayırdı.
O, Azərbaycan K(b)P‑nin VIII qurultayında xalq maarifi
haqqında məruzə edib, bu sahədəki nailiyyətlərdən danışıb,
məcburi pulsuz təhsili həyata keçirməyin, məktəbə 
qədər
tərbiyə müəssisələ rinin,  kənd yerlərində yeddiillik məktəb‑
lərin sayının artırılması zəruriliyini göstərib. Ruhulla Axundov
həmin qurultayda stabil tədris proqramları, ideyaca daha
sağlam dərsliklər yaratmaq, texniki təhsilə diqqəti artırmaq,
müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq və s. mühüm
məsələlərdən də bəhs edib.
63

Yüklə 3,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin